Ardını oxu...
 

Musavat.com xarici mediaya əsasən xəbər verir ki, Donald Trampın komandası Şimali Koreya lideri Kim Çen In ilə birbaşa danışıqların keçirilməsi imkanlarını araşdırır. Reuters agentliyinin mənbələrinə əsasən, bu diplomatik təşəbbüs silahlı münaqişə risklərini azaltmağı hədəfləyir.

Yeni diplomatik addımların məqsədi

Musavat.com-un topladığı məlumata görə, Tramp hələ bu məsələ ilə bağlı yekun qərar qəbul etməyib. Mənbələr bildirir ki, ilkin məqsəd ABŞ və Şimali Koreya arasında əsas əlaqələrin bərpası olacaq. Lakin gələcək siyasi məqsədlər və danışıqların dəqiq qrafiki hələ müəyyənləşdirilməyib.

Trampın komandası hesab edir ki, birbaşa danışıqlar gərginliyi azaltmaq və potensial münaqişələrin qarşısını almaq üçün vacib addım ola bilər. Xüsusilə də, son illərdə ABŞ-Şimali Koreya münasibətlərində yaranan durğunluq fonunda bu cür təşəbbüslər mühüm əhəmiyyət daşıyır.

Keçmiş təcrübə və yeni ümidlər

Xatırladaq ki, Donald Tramp 2019-cu ilin iyununda Kim Çen In ilə tarixi bir görüş keçirərək iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması üçün addımlar atmışdı. Lakin bu cür səylər nəticəsiz qalmışdı. Yeni danışıqların müsbət nəticələr verib-verməyəcəyi isə hələlik qeyri-müəyyəndir. 

Ardını oxu...

Musavat.com-un şərhi

Bizə görə bu diplomatik təşəbbüs ABŞ-ın Asiya-Sakit Okean regionunda təsirini gücləndirmək cəhdi kimi qiymətləndirilməlidir. Şimali Koreya ilə birbaşa danışıqlar uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün bir vasitə ola bilər.

Trampın komandası tərəfindən irəli sürülən bu təşəbbüsün reallaşıb-reallaşmayacağı və hansı nəticələr verəcəyi yaxın aylarda aydın olacaq.

 

Musavat.com


Ardını oxu...
Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda ifrat sağçı rusiyayönlü namizəd Kalin Georgeskunun qələbəsi Brüsseldə təşviş yaradıb.

Politico yazır ki, Georgesku rəhbərliyi Rumıniyanın Moskvayönlü düşərgəyə keçə biləcəyi qorxusuna səbəb olub.

Nəşr qeyd edir ki, Brüsseldə "həyəcan siqnalı” çalınır – Georgeskunun şok qələbəsi Moskvanın NATO və Aİ-nin üzvü və 19 milyon əhalisi olan Rumıniyanı öz düşərgəsinə gətirməyə çalışacağı ilə bağlı narahatlığı artırıb.

"Politico” yazır ki, birinci tur "şok yaratdı”, çünki Rumıniya qanunun aliliyi və rusiyapərəst əhval-ruhiyyə ilə problemləri olan Macarıstan, Slovakiya və Bolqarıstan kimi ölkələrdən fərqli olaraq etibarlı Aİ üzvü və NATO müttəfiqi kimi görünür.

Əgər Buxarest də daha çox anti-Avropa, Rusiyayönlü yol seçərsə, bu, Aİ-nin fəaliyyət qabiliyyətini ciddi şəkildə sarsıdacaq, material müəllifləri qeyd edirlər. Avropa Parlamentinin üzvü Ziqfrid Muresan Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunun nəticələrinin "Rusiyanın Avropa demokratiyasına qarşı hibrid müharibəsinin bir hissəsi olduğuna” əmin olduğunu bildirib.

"Həqiqətən də, Rumıniyadakı gözlənilməz nəticə Rusiyanın Avropa İttifaqı ölkələrini və ya qonşu ölkələri Moskvayönlü düşərgəyə cəlb etmək cəhdləri ilə üst-üstə düşür”, - "Politico” vurğulayır.
Nəşr həmçinin Moldova və Gürcüstanda seçkilərin nəticələrinə təsir etmək cəhdlərinə, Macarıstan və Slovakiyanın rusiyayönlü baxışlarına və Çexiyanın onlara qoşula biləcəyi perspektivinə diqqət çəkir.

Alman Xarici Əlaqələr Şurasının analitiki Milan Nitşin fikrincə, rusların bölgədəki hərəkətlərini izləsəniz, "Rumıniya onlar üçün çox önəmlidir”. Nitş əmindir ki, Rusiyanın planı Rumıniyanın Qara dənizdən kəsilməsidir.

Nəşr qeyd edir ki, Rumıniya Qərbin Ukraynaya dəstəyində köməkçi rol oynayır və Rusiyanın başlatdığı müharibə Qara dənizdəki Mihai Koqalniçanu aviabazasının strateji əhəmiyyətini artırıb. Lakin Georgesku prezident seçkilərində qalib gəlsə, "hər şey alt-üst ola bilər”.

Brüssel qorxur ki, Georgesku Rumıniyanı liderləri Aİ və NATO-nu tənqid edən və Rusiya prezidenti Vladimir Putinə üstünlük verən ölkələr siyahısına daxil edəcək. Georgesku Putini "öz ölkəsini sevən insan" adlandırıb və Milan Nitşi vurğulayır ki, bu, "bir çox həyəcanverici siqnallardan biridir”.
 

Ardını oxu...
 

“Tam məsuliyyətlə demək olar ki, COP29 komandası öz işinin öhdəsindən şərəflə gəldi”

Azərbaycanın mükəmməl təşkilatçılığı ilə reallaşan BMT-nin COP29 qlobal iqlim tədbiri uğurla başa çatdı. Təsadüfi deyil ki, sessiyanın sonuncu günü tədbirin yüksək səviyyəli təşkilinə görə Azərbaycana rəsmi təşəkkür elan edilməsi barədə qətnamə qəbul olundu. Ayrıca BMT Baş katibi Antoni Quttereş, ABŞ prezidenti Co Bayden, dünyanın bir sıra digər liderləri COP29-a uğurlu ev sahibliyinə görə ölkəmizə təbrik və təşəkkür etdilər.

“Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək”.

Bu barədə Prezident İlham Əliyev X-da paylaşımında bildirib.

“Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”, - deyə paylaşımda bildirilib.

Prezident habelə COP29-u iqlim diplomatiyasında dönüş nöqtəsi adlandırıb.

Sirr deyil ki, Bakının ev sahibliyinə kölgə salmaq üçün anti-Azərbaycan çevrələr əlindən gələni etdi. Amma Prezidentin də vurğuladığı kimi, çirkin hədəflərinə çata bilmədilər. Təbii ki, Azərbaycan həm təşkilatçılıq, həm də təşəbbüskarlıq baxımından hər şeyi etdi ki, BMT konfransı qarşıya qoyduğu hədəfə xeyli yaxınlaşsın. Bunu bacardı.

Bakı konfransı bitdi, görəsən, Qərbdəki anti-Azərbaycan kampaniyası necə, heç olmasa, səngiyəcəkmi?

Ardını oxu...

 Günay Ağamalı 

Ana Vətən Partiyasının sədr müavini, deputat Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi etməklə beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artırmağı bacardı: “Rəsmi Bakı dünya ölkələrinin, xüsusilə inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu üçün bütün qüvvəsini səfərbər etdi. Nəticədə Bakı Maliyyə Məqsədi (BMG) barədə razılıq əldə olundu. Bu, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə, xüsusilə kiçik ada dövlətlərinə iqlim dəyişmələri ilə bağlı mübarizədə hər il minimum 300 milyard dollar həcmində vəsaitin ayrılması deməkdir. BMG razılaşması COP29 çərçivəsində qəbul edilən ən önəmli qərarlardan biridir.

Ölkəmiz COP29-la planetimizin gələcəyini düşündürən taleyüklü məsələlərin həllinə öz töhfəsini verdi.  Sessiyanın sonuncu günü tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi səviyyədə təşəkkür elan edilməsi, bununla yanaşı, Antoni Quttereş və Baydenin ölkəmizi təbrik etməsi Bakı platformasını ən möhtəşəm COP-lardan biri kimi tarixə həkk etdi. Lakin Azərbaycanda keçirilən COP29 tədbiri digərlərindən fərqli olaraq qərəzli və qarayaxma kampaniyaları fonunda baş tutdu. Təbii ki, bu, arzuolunmaz bir hal olmaqla yanaşı, konfransın mahiyyətindən kənar siyasi motivlərin canlandırılması idi. Azərbaycanın beynəlxalq müstəvidə qazandığı uğurları həzm edə bilməyən dövlətlər, xüsusilə erməni lobbisinin ayırdığı qrantlardan bəhrələnən siyasi dairələr COP29-dan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışdılar. Bütün bunlara baxmayaq onların bütün cəhdləri fiaskoya uğradı və ölkəmiz qarşıya qoyulan hədəflərə nail oldu. Bu, başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan diplomatiyasının növbəti uğuru idi. Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyalarının təkcə COP29-la əhatə olunmadığını nəzərə alsaq, hesab edirəm ki, dövlətimizin dünya siyasi arenasında nüfuzu yüksəldikcə anti-Azərbaycan qüvvələrin də fəallaşacağı istisna deyil. Bunun üçün haqq mübarizəmizə daha əzmlə  davam etməliyik".

Deputat Vüqar İsgəndərov Qərbdəki anti-Azərbaycan dairələrin ölkəmizə qarşı kampaniyasının bundan sonra dayanıb-dayanmayacağı barədə sualımıza belə cavab verdi: “Təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil. Çünki bəhs edilən dairələrin anti-Azərbaycan kampaniyası təkcə COP29-la bağlı deyil. Bu dairələr bizə qarşı haqsız hücumları bir növ özlərinin gündəlik yaşam halına gətiriblər. Biz bunu COP29-dan əvvəl də müşahidə etmişik, çox güman bundan sonra da müşahidə edəcəyik. Əslində COP29-un Azərbaycanda keçirilməsinə və yüksək səviyyəli təşkilatçılığa görə həmin dairələr bizə minnətdar olmalı idilər. Axı COP29 bəşəriyyətin sabahı ilə bağlı bir qlobal əhəmiyyət kəsb edən tədbir idi. Özü də siyasi tədbir deyildi. Lakin biz nə gördük? Həmin bəhs edilən dairələr yenə də öz köhnə tezislərini "yeniləyərək" bu cür ali, iqlim, ekologiya, yaşıl enerji ilə bağlı tədbirdən də öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərdilər. Ancaq həmişəki kimi, bu dəfə də ölkəmizin qətiyyətli mövqeyi qarşısında məğlub oldular. Bununla belə, yuxarıda da qeyd etdiyim kimi, bunların anti-Azərbaycan kampaniyasından əl çəkəcəkləri inandırıcı görünmür".

Deputat Elman Nəsirov bütün təzyiq xarakterli addımlara baxmayaraq, COP29 komandasının öz işinin öhdəsindən şərəflə gəldiyini söylədi: “Heç kimə sirr deyil ki, bu gün dünya üçün bir nömrəli təhdid daha beynəlxalq terrorçuluq yox, iqlim dəyişikliyi məsələsidir. Çünki bu problem istənilən ölkəni hədəfə alıb. Dünya bu ağır problemə qarşı birlikdə səylərini birləşdirməsə, onda planetimizi hansı təhlükələr və təhdidlərin gözlədiyini proqnozlaşdırmaq elə də çətin deyil. Bu nöqteyi-nəzərdən COP29 tədbiri dövlətimizin gücünü ortaya qoydu. Bir daha məlum oldu ki, Azərbaycan dünyada sülhün, təhlükəsizliyin, əmin-amanlığın təminatında nə qədər maraqlı idisə, bir o qədər də dünyamızın hifz olunmasında, onu təhdid edən iqlim dəyişiklikləri problemlərinin həllində ciddi rol oynamaqda maraqlıdır. COP29 Azərbaycanın demokratik inkişaf yolunu seçdiyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın bu xoş niyyətləri fonunda anti-Azərbaycan dairələr COP29-a ölkəmizə qarşı təzyiq kampaniyaları aparmaq üçün bir fürsət kimi yanaşdılar. Həm də koordinasiya olunmuş hücumlar təşkil edirdilər. Avropa İttifaqının təhlükəsizlik məsələlərinə cavabdeh olan Cozef Borrel "Avropa bir bağdır, dünyanın qalan hissəsi isə cəngəllikdir" deyəndən sonra onlardan nə gözləmək olar? Bu nöqteyi-nəzərdən anti-Azərbaycan dairələrin ölkəmizə qarşı təzyiq kampaniyası iflasa uğradı. Bu gün tam məsuliyyət hissi ilə demək olar ki, COP29 komandası öz işinin öhdəsindən şərəflə gəldi. Hesab edirəm, COP30 tədbirini keçirəcək dövlət Azərbaycanın bu təcrübəsindən yararlanacaq".

Ardını oxu...

 Azər Badamov

Deputat Azər Badamov Azərbaycanın COP29-dan sonra dünyada yeni bir libasda göründüyünü diqqətə çatdırdı: “COP29-a ABŞ və Qərb mane olmaq məqsədilə tədbiri pozmağa çalışdı. Amma onların Azərbaycana qarşı nümayiş etdirdikləri qərəz və qarayaxmalar ayaq tutub yerimədi. Bayden Adıministrasiyası da COP29-dan bir fürsət kimi istifadə edərək 4 illik hakimiyyəti dövründə yarıtmaz fəaliyyətini ört-basdır etmək üçün Azərbaycanı Ermənistanla yarımçıq sülhə razılaşdırmağa və bu sənədi Vaşinqtonda imzalatdırmağa çalışdı. Amma Azərbaycan öz mövqeyini dəyişmədi və özünün əsas hədəfini COP29-un yüksək səviyyədə keçirilməsi üzərində qurdu. Son məqamda qlobal həmrəylik əldə olundu və iqlim maliyyəsini 300 milyard dollara razılaşdı. Həm də 2035-ci ilə qədər yeni hədəflər müəyyənləşdirildi. İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan və kiçik ada ölkələrinə iqlim maliyyəsi ilə bağlı həmrəylik əldə olundu. Beləliklə, deyə bilərik ki, Azərbaycan COP29-la bağlı qarşısına qoyduğu bütün hədəflərə nail oldu. COP29 Azərbaycan diplomatiyasının dönüş nöqtəsidr. Yəni Azərbaycan COP29-dan sonra dünyaya yeni bir libasda görünür. Bu, həm də Azərbaycanı beynəlxalq tədbirlərə yüksək ev sahibliyi edən, qlobal çağırışlara qoşularaq töhfə verən, qarşılıqlı hörmət əsasında əməkdaşlıq quran, dostlarının sayını artıran, etibarlı və məsuliyyətli tərəfdaş kimi dünyaya bir daha tanıtdı”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Ardını oxu...
Rumıniyada prezident seçkisinin birinci turunda müstəqil namizəd Kelin Corcesku qalib gəlib.

Bu məlumatlar bülletenlərin 100%-i emal edildikdən sonra ölkənin Daimi Seçki Administrasiyasının internet saytında yerləşdirilib.

Corcesku 22.94% səs toplayıb. İkinci yerdə 19.18% səs qazanan sağ mərkəzçi Rumıniyanın Qurtuluşu İttifaqı Partiyasının lideri Yelena Laskoni qərarlaşıb. Sosial Demokrat Partiyasının sədri, Baş nazir Marsel Çiolaku 19.15% səslə üçüncü yerdədir.

Namizədlərdən heç biri, mütləq qələbə üçün lazım olan 50%+1 səs toplaya bilməyiblər. Beləliklə də, Corcesku və Laskoninin iştirakı ilə seçkinin ikinci turu dekabrın 8-də keçiriləcək.

Qeyd edək ki, "Rumıniya Trampı" adlandırılan 62 yaşlı Kelin Corcesku ölkənin NATO-da iştirakından ehtiyatlanır və Rusiya ilə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır.
Ardını oxu...
Rusiya Ukraynanı “silahsızlaşdırmağa” çalışır və ABŞ-nin seçilmiş prezidenti Donald Trampın ətrafındakı bəzi insanlar Vladimir Putinin şərtləri ilə razılaşırlar.
“Report” xəbər verir ki, bunu Cons Hopkins Universitetinin baş elmi işçisi Peter Pomerantsev “The Guardian” üçün yazdığı məqaləsində bildirib.

Müəllif Kiyev və Moskva arasında danışıqların nə ilə sonuclana biləcəyini mülahizə edir.

“Tramp “güc vasitəsilə sülh”, “qələbə” və “Hər şeydən öncə Amerika” haqqında danışır. Amma “güc” Amerikanın xeyirxah qoruyucu kimi hərəkət etməsindənmi irəli gəlir? Bu, məsələn, Ukraynanın hava müdafiəsini təmin etməklə nüvə obyektlərinin Rusiyanın azad bombalarından qorunmasını və beləliklə də dünyanı məhv edə biləcək potensial nüvə fəlakətinin qarşısını almağı nəzərdə tuta bilər. Yoxsa “güc” Ukraynanı öz suverenliyindən imtina etməyə məcbur etmək deməkdir?”

“Tramp bu danışıqları Putin üslubunda necə aparacaq? Rusiya həmişə Kremlin faktiki siyasi nəzarəti altında silahsızlaşdırılmış Ukrayna tələb edib. Trampın ətrafında bununla razılaşa biləcək insanlar var, xüsusilə də əgər Rusiya Çinlə hərbi əlaqələrini kəsərsə”, – məqalədə deyilir.

Müəllif eyni zamanda Moskvanın “qeyri-müəyyən” Amerika naminə Çinlə strateji tərəfdaşlığından imtina edib-etməyəcəyini sual edir. Pomerantsev qeyd edir ki, İranla əlaqələrdən imtina belə Putin üçün pis sövdələşmə olacaq.
Ardını oxu...
 

COP29 uğurla başa çatıb və digər mühüm nailiyyətlər arasında yeni maliyyə hədəfinin müəyyən edilməsi ilə qlobal iqlim fəaliyyəti tarixində “Bakı sıçrayışı” kimi öz damğasını vurub.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində yazıb.

“Bununla belə, danışıqların ən kritik və çətin anlarında, inkişaf etməkdə olan dünya və Qlobal Cənub Avropa İttifaqından və daha çox Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Berbokun COP29-a sədrlik edən Azərbaycana və konvensiyanın digər tərəflərinə qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi.

Təəssüf ki, xanım Berbok Almaniyada keçiriləcək seçkiləri daxili siyasət kimi son dərəcə mürəkkəb çoxtərəfli diplomatiya ilə qarışdırır, ola bilsin ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə çalışır.

O, həmçinin nəzərə almalı idi ki, bu çətin danışıqlar Avropanın liderlik nümayiş etdirə bilmədiyi və dünyanın geosiyasi baxımdan dərin qütbləşdiyi bir vaxtda Almaniya kansleri və Avropa Komissiyasının iştirakı olmadan baş verib. Lakin biz Almaniya və Avropa İttifaqının iqlim danışıqları qruplarının peşəkar töhfəsini və əməkdaşlığını tanıyırıq.

Dünya gördü ki, Azərbaycan COP29-un ev sahibi və sədri kimi, nəticələr əldə etmək üçün vicdanlı vasitəçi kimi çıxış edib”, – o qeyd edib.

 
 
 
Ardını oxu...
Rusiya ilə Ermənistan arasında münasibətlər çoxsaylı çətinliklərlə üzləşir.

“Report” xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya-Ermənistan (Slavyan) Universitetinin tələbələri ilə görüşdə deyib.

O, vurğulayıb ki, bu gün çoxsaylı çağırışlar qarşısında iki ölkə arasındakı münasibətlər çətin mərhələdən keçir.

Daha əvvəl Sergey Kopırkin qeyd edib ki, Ermənistanla Rusiya arasında dostluq iki ölkə arasında duran çağırışlar qarşısında möhkəmlənməlidir.
 
Ardını oxu...
“Politico”nun Avropa nəşrində “Azərbaycanın Avropaya qaz qambiti – Rusiya üçün yaxşı xəbərdir” başlıqlı məqaləsi siyasi dairələrdə müzakirələrə səbəb olub. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev yayımlanan dezinformasiyaya tutarlı cavab verərək nəşrdən tələb edib ki, böhtana görə Azərbaycandan üzr istəsin və məqaləni geri çəksin.

Bu, Qərbin media vasitəsi ilə Bakıya qarşı ilk təxribat cəhdi deyil. Daha əvvəllər də müxtəlif dünyaca nüfuzlu KİV-lər heç bir əsası olmayan və sübuta yetirilməyən iddialarla Azərbaycanı hədəfə alıb.

Qərbin informasiya təxribatında əsas hədəf nədir? Bu cür yalan məlumatları yayıb, ardından hansı addımları atmağı hesablayıblar?

Globalinfo.az-a danışan politoloq Əli Mustafayev deyib ki, Qərbin Azərbaycana hücumunun bir neçə səbəbi var:

“Birincisi, erməni faktorudur. Erməni kilsəsi və diaspor Azərbaycanı, hətta ümumilikdə türk millətini özlərinin başlıca düşməni hesab edirlər. Üzdə hər nə qədər sülhpərvər kimi görünsələr də, mənfur və ikiüzlü siyasətlərini yeritməkdən geri durmurlar. Erməni diasporunun Avropa və ABŞ-da çox ciddi təsir imkanları var. Buna görə də Azərbaycana qarşı müxtəlif istiqamətlər üzrə tez-tez təzyiq göstərməyə çalışırlar. Düzdür, bütün cəhdlər uğurlu olmur, amma təkrar-təkrar etmələri əllərindəki resursun nə qədər geniş olduğundan xəbər verir.

İkincisi, Azərbaycanın Cənubi Qafqazda Qərbin diktəsi ilə hərəkət etməməsidir. Qarabağ zəfərindən sonra ölkəmizin beynəlxalq aləmdə mövqeyi daha da güclənib. Qərbə qarşı xüsusilə konyekturaya meyilli xarici siyasət yeritməməyimiz onları qıcıqlandırır.

Üçüncüsü, Rusiya ilə münasibətlərimizdir. Rəsmi Bakı illərdir Qərblə Rusiya arasında daha ölçülü siyasət yeridir. Bu, daha çox Qərbin yanaşmasıdır. İndi isə düşünürlər ki, Qərbin mövqeyi Rusiyanın xeyrinə zəifləyib”.

Ekspert deyib ki, Qərb Bakıya təzyiq edərək mövqelərinin güclənəcəyini düşünür:

“Təbii ki, Qərbin özünün dəyərləri, standartları var. Lakin bütün bunlar bizə rəftarının doğru olduğunu göstərmir. Qərb ilə Bakı arasındakı gərginlik, ya da fikir ayrılıqları fərqli səbəblərdən qaynaqlanır. Vacib məsələlərdən biri də orta dəhlizdir. Bu layihə ABŞ, Almaniya, Fransanın diqqətindədir. Onlar bu və ya başqa formada orta dəhlizdən pay qoparmaq istəyirlər. Azərbaycan isə müstəqil xarici siyasət yeridir. Bu da onları qıcıqlandırır.

Qərb bilir ki, Azərbaycan fərqli regionlarla qonşudur. Məsələn, Mərkəzi Asiya ilə yaxınlığımız xüsusi diqqət çəkir. Qərb istəyir ki, Bakını təsirə salaraq o regiona çıxış əldə etsin. Lakin mövcud üslub və metodla bu məsələ çətin görünür”.
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar prosesində müəyyən müsbət irəliləyişlərin olduğunu bildirib.

TASS xəbər verir ki, o, bu barədə Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.

Paşinyan qeyd edib ki, o, öz növbəsində Azərbaycanla müqavilənin ilin sonuna qədər imzalanması üçün hər şeyi edəcək.
 
Ardını oxu...
Qərbin ehtiyatsızlığı Rusiya tərəfindən cavabsız qalmayacaq - prezidentin müraciətinin əsas mesajı budur.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin xalqa dünənki müraciətindən danışarkən bildirib.

Onun sözlərinə görə, Putinin bir gün əvvəl verdiyi bəyanatlar əhatəli, başa düşülən və məntiqli idi: "Putin vurğuladı ki, o, “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır. ABŞ-nin hazırkı administrasiyası Ukraynada münaqişənin ehtiyatsız şəkildə gərginləşməsi yolu ilə getməyə üstünlük verir. Kremldə şübhə yoxdur ki, indiki ABŞ administrasiyası Putinin bəyanatları ilə tanış olub".

Kremlin sözçüsü Putinlə ABŞ-nin hazırkı administrasiyası arasında yeni təmasların olmamasına da diqqət çəkib.

Peskov onu da bildirib ki, Rusiya hərbçiləri "Oreşnik"dən istifadə olunmaqla gözlənilən zərbələr barədə Ukraynada mülki əhaliyə xəbərdarlıq etməyin nüanslarını işləyəcək.

Dünyapress TV

Xəbər lenti