Ardını oxu...
 

COP29 tədbiri ilə bağlı ölkəmizdə səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Bakıda qeyri-rəsmi şam yeməyində görüşüblər.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Lukaşenko BƏƏ Prezidenti tərəfindən qeyri-rəsmi şam yeməyinə dəvət olunub.

Şam yeməyində BƏƏ nümayəndə heyəti, İordaniya Haşimilər Krallığının vəliəhdi şahzadə II Əl-Hüseyn bin Abdullah və Albaniyanın Baş naziri Edi Rama da iştirak edib.

Ardını oxu...

 

Ardını oxu...
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı paylaşımında ədalətli və inklüziv keçid üçün çağırış edib.

Oxu.Az xəbər verir ki, bu barədə belçikalı siyasətçi "X" sosial şəbəkəsində qeyd edib.

"Kollektiv mübarizəmiz ekzistensial önəm daşıyır. Kollektiv intihar yerinə sağ qalma instinktini seçməliyik. Eyni zamanda, ədalətli və inklüziv keçid üçün tədbir görməliyik", - o yazıb.

Aİ-nin ali məmuru Avropa icmasının bu çağırışı qəbul etməyə hazır olduğunu vurğulayıb.
https://x.com/CharlesMichel/status/1856047678645264683?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1856047678645264683%7Ctwgr%5E8d3836c91f5a5b6d69be6c27e7285de43c4bc70d%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Foxu.az%2Fsiyaset%2Fmisel-cop29-ile-bagli-paylasim-edib-edaletli-ve-inkluziv-kecid-ucun-tedbir-gormeliyik
Ardını oxu...
Moldova Respublikasının Prezidenti xanım Maya Sandu noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və digər rəsmi şəxslər qarşılayıblar.
 
Ardını oxu...
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkiqabağı bəyanatlarını yerinə yetirmək baxımından indiki ABŞ prezidenti Co Bayden və Trampın seçkidəki rəqibi Demokratlar Partiyasının nümayəndəsi Kamala Harrislə müqayisədə daha az proqnozlaşdırmaq olar.

Bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Xanım Harris və cənab Baydenin planında hər şey, onların Ağ Evi tərk edənə qədər tutacaqları xətt olduqca aydın idi. Cənab Trampı bu baxımdan daha az proqnozlaşdırmaq mümkündür. Və onun seçki kampaniyası zamanı verdiyi bəyanatlara nə qədər sadiq qalacağını gözləyirik” - bu barədə Kremlin sözçüsü jurnalist Pavel Zarubinə şərhində bildirib.
 
Ardını oxu...
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan noyabrın 11-12-də İsveçdə işgüzar səfərdə olacaq.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat yayıb.

Mirzoyanın isveçli həmkarı ilə görüşü nəzərdə tutulur.

Qeyd edək ki, sabah Bakıda COP29 Liderləri Sammiti başlayacaq. Mirzoyanın İsveçə səfərindən belə görünür ki, o, COP29-da iştirak etməyəcək.
 
Ardını oxu...
Keçmiş dövlət katibi Mayk Pompeo ABŞ-ın yeni müdafiə naziri ola bilər. Məlumata görə, Tennessi ştatından respublikaçı senator Bill Hagerti (ABŞ-ın Yaponiyadakı keçmiş səfiri) dövlət katibi, ABŞ Milli Kəşfiyyatının direktoru Con Ratkliff isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsini tuta bilər.

Bundan öncə “Politoko” nəşri senatorlar Rubio və Hagerti, eləcə də Qrenellin dövlət katibi vəzifəsinə namizəd olduqlarını yazmışdı, müdafiə naziri kimi isə senator Tom Kotonun adı hallanır.

Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev deyib ki, Mayk Pompeo ilə bağlı yayılan məlumatlar diqqət çəkir:

“Əslində bu təyinatlar ilə bağlı səslənən versiyalar onu deməyə əsas verir ki, Donald Tramp birinci dönəm prezidentliyindəki siyasi xətti davam edəcək. Müəyyən korrektlər, dəyişikliklər ola bilər. Amma ümumi bir dəyişikliyin olacağını güman etmirəm. Mayk Pompeonun vəzifəyə gətirilməsi də bunu sübut edir.

Hesab edirəm təyinatlar ilə bağlı bir qədər gözləmək lazımdır. Çünki hələlik bu bir iddiadır. Yaxın zamanlarda ABŞ-ın Rusiya, Ukrayna, Yaxın Şərq və digər məsələlərə yanaşmasının necə olacağı daha aydın şəkildə üzə çıxacaq. Fikrimcə, ümumi mənada Tramp mühafizəkar və izolyasionist siyasət yeridəcək. Yəni daha az proseslərə müdaxilə edən ABŞ görə bilərik”.
 
Ardını oxu...
Hazırkı ABŞ lideri Cozef Biden və ABŞ-nin seçilmiş prezidenti Donald Tramp noyabrın 13-də Ağ Evdə görüşəcəklər.
Bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyerin yazılı bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, görüş Ağ evin Oval kabinetində saat 11:00-da (Bakı vaxtı ilə 20:00) keçiriləcək. Məlumatda bildirilir ki, görüşlə bağlı əlavə təfərrüatlar sonradan təqdim ediləcək.
Trampın köməkçiləri daha əvvəl onun Baydenlə görüşünün yaxın vaxtlarda baş tutacağını bildirmişdilər.
 
Ardını oxu...
Polşanın baş naziri Donald Tusk deyib ki, Ukraynada münaqişənin həlli ilə bağlı istənilən qərar ölkəsinin təhlükəsizliyinə zəmanət verməlidir. Çünki Polşa xüsusi vəziyyətdədir.

Qaynarinfo xəbər verir ki, bu barıdə "RİA Novosti" yazıb.

"Bizim fikrimzcə Ukrayna ilə bağlı istənilən qərar ilk növbədə Polşanın təhlükəsizliyinə təminat verməlidir, bu, dəqiqdir. Mən bunu böyük problem kimi görürəm", deyə Tusk bildirib.

Onun sözlərinə görə, qarşıda çox çətin günlər var və Polşa xüsusi vəziyyətdədir.

ABŞ prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra Ukrayna böhranının həlli perspektivlərini şərh edən Tusk deyib ki, artıq plan formalaşır və Respublikaçının andiçməsindən sonra müvafiq təkliflər çox tez gözlənilməlidir.

Polşanın baş naziri vurğulayıb ki, münaqişə ilə bağlı qərarlar təkcə Ukraynanın deyil, həm də Polşanın arxasından verilə bilməz. Siyasətçi bütün maraqlı ölkələrlə ümumi yanaşmaya çağırıb.

Tusk bildirib ki, hazırda Ukraynadakı vəziyyətin həlli ilə bağlı heç bir rəsmi təklif və ya sülh missiyaları yoxdur. Baş nazir qeyd edib ki, rəsmi təkliflər əvəzinə indi çoxlu spekulyasiyalar var.

Tuskun sözlərinə görə, yaxın günlərdə hər hansı sülhməramlı missiya üçün hər hansı təfərrüatlı planın ortaya çıxacağını gözləmək lazım deyil. O bildirib ki, Böyük Britaniya və Fransanın baş nazirləri, eləcə də Skandinaviya tərəfdaşları ilə ABŞ-ın Ukraynaya qarşı aktiv siyasətdən geri çəkilməsinin onlar üçün nə məna kəsb edə biləcəyini müzakirə edib.

"Mən çox istərdim və həm də bu, Polşa hökumətinin vəzifəsidir ki, Polşa bu variantların heç birində tək qalmasın. Əgər Rusiya-Ukrayna münaqişəsində "az Amerika" olacaqsa, o zaman "daha ​​çox Avropa" bizim təhlükəsizliyimiz prizmasından qiymətləndirilməlidir", deyə baş nazir bildirib.

Tusk qeyd edib ki, münaqişənin gərginləşməsi heç kimə lazım deyil və heç bir halda o, Polşanı daha da bu işə cəlb etmək istəmir. Siyasətçi vurğulayıb ki, eyni zamanda o, Ukraynanın zəifləməsini və onun təslim olmasını istəmir, çünki bu, ölkəsinin təhlükəsizliyi üçün ciddi təhdid olacaq.
 
Ardını oxu...
Donald Tramp 2024-cü il prezident seçkilərində qalib gəldikdən və ABŞ-ın 47-ci prezidenti seçildikdən sonra onun dünya səhnəsində qarşılaşacağı çətinliklərlə necə mübarizə aparacağı maraq doğurur. Tramp 2021-ci ildə vəzifəsini tərk edərkən geridə qoyduğu dünya və bu gün qarşılaşdığımız dünya çox fərqli bir nöqtəyə gəlib çatıb.

Qlobal problemlər, Rusiyanın Ukrayna ilə müharibəsi üçüncü il davam edərkən, İsrailin HƏMAS, "Hizbullah" və İranla münaqişələri ilə Yaxın Şərqdəki xaos dərinləşib. Eyni zamanda, Amerikanın Çinlə böyük güc mübarizəsi ilə ən gərgin dövrünü yaşayır.

Trampın bu son dərəcə mürəkkəb problemlərə necə yanaşacağı səbirsizliklə gözlənilsə də, görünür, onun münasibəti dünyadakı hadisələrin necə formalaşacağını müəyyən edəcək.

Avropa

Tramp bundan əvvəl dəfələrlə bildirib ki, əgər özü prezident olsaydı, Rusiya-Ukrayna müharibəsi başlamayacaqdı və o, yenidən prezident seçiləcəyi təqdirdə münaqişəni 24 saatda dayandıracaq. Lakin bu iddiaları dəstəkləmək üçün konkret planı açıqlamaqdan yayınıb. "Wall Street Journal"ın Trampa yaxın üç mənbəyə əsaslanaraq yazdığına görə, o, Kiyevin NATO üzvlüyünə mane olmaq təklifi müdafiə edir.

"Wall Street Journal"ın yazdığına görə, Trampın planına Ukraynanın NATO-ya üzvlüyünü ən azı 20 il təxirə salmaq və bunun müqabilində Kiyevlə sərfəli silah sövdələşmələri etmək olub. Xəbərdə sözügedən təkliflə Ukraynanın şərqindəki 20 faizlik bölgənin müharibənin dondurulması üçün bufer zona kimi istifadə edilməsinin nəzərdə tutulduğu bildirilib. Bufer zonasının demilitarizasiyası planlaşdırılır.

Lakin sözügedən bufer zonanın necə yoxlanılacağı, kimlər tərəfindən idarə olunacağı və ABŞ əsgərlərinin bu prosesə cəlb edilib-edilməyəcəyi ilə bağlı qəti məlumat verilməyib. Ukrayna prezidenti Volodimir Zelenski torpaqlarının Rusiyaya verilməsinə qarşı çıxıb və sərt bəyanatla çıxış edib: "Putinə hər hansı güzəştə getmək Ukrayna üçün qəbuledilməzdir və Avropa üçün intihardır".

İngiltərə, Fransa və Almaniya nə olursa-olsun Ukraynanı dəstəkləyəcəklərini açıqlasa da, Kiyev administrasiyası Rusiyaya ərazi güzəştindən imtina edib.

Analitiklər bəyan ediblər ki, bu, Vaşinqtonun Avropa ilə münasibətlərini ciddi şəkildə zəiflədə və NATO-nun legitimliyini şübhə altına ala bilə Trampın yenidən prezidentliyə qayıtması Avropa İttifaqınının (Aİ) təkcə Ukrayna və NATO-da deyil, həm də ticarət-iqtisadi münasibətlərdə narahatlığa səbəb olub.

Bildirilib ki, Trampın hakimiyyətə gəlməsi ilə Bayden administrasiyasının maliyyə və sənaye sektorlarında tətbiq etdiyi tənzimləmələrin yumşaldılması, bank və kriptovalyuta bazarlarında tənzimləmənin ləğvi və vergi endirimlərinin olacağı gözlənilir.

Əvvəlki prezidentlik dövründə Tramp Aİ-dən gələn polad və alüminiuma rüsumlar tətbiq edib və bu, Avropa ölkələrinin ABŞ məhsullarına analoji reaksiyasına səbəb olub. İndi Tramp ABŞ-a idxal edilən bütün mallara 10 faiz rüsum tətbiq etməyi təklif edir.

Böyük Britaniya

"Daily Mail"də dərc olunan xəbərə görə, Donald Tramp yenidən prezident seçildikdən sonra ABŞ-ın yüksək səviyyəli analitiklərindən biri Trampın Böyük Britaniya baş naziri Kir Starmeri "bir az solçu" kimi görəcəyini və ona etibar etməyəcəyini bildirib.

Trampın Starmeri danışıqlarda "yeni" kimi qiymətləndirəcəyini ifadə edən analitik bildirib ki, baş nazirin sentyabr ayında Nyu Yorkda yeni prezidentlə münasibətlərini düzəltməyə çalışsa da, bu baş tutmayıb. Analitik onlar arasında ciddi gərginlik olacağını proqnozlaşdırır.

Leyboristlər Partiyasının bir çox fəalı ABŞ seçkiləri zamanı Demokrat namizəd Kamala Harrisə dəstək olmaq üçün ABŞ-a uçduqdan sonra partiya lideri Kir Starmer Tramp tərəfindən kifayət qədər soyuq qarşılanıb.

Çin

Donald Trampın prezidentliyə qayıdışı ABŞ və Çin arasında rəqabətin daha da şiddətlənəcəyinə işarə vurur. Tramp Amerikanın Çinin istehsal və ixrac etdiyi məhsullardan asılılığını əhəmiyyətli dərəcədə azaltmaq niyyətini açıq şəkildə bəyan edib.

Trampın planlarına elektronika, polad və əczaçılıq kimi bəzi məhsullara yüksək gömrük rüsumları tətbiq etməklə Çindən idxalı mərhələli şəkildə dayandırmaq da daxildir. Tramp həmçinin Çin şirkətlərinin Amerika daşınmaz əmlakını almasını, enerji və texnologiya infrastrukturuna investisiya qoymasını əngəlləməyi hədəfləyib.

Trampın prezident seçkilərində qələbəsinə cavab olaraq Çin Xarici İşlər Nazirliyi diplomatik bəyanatla çıxış edərək, ABŞ-la münasibətlərin qarşılıqlı hörmət və "qazan-qazan əməkdaşlığı" əsasında idarə olunacağını bildirib.

Tayvan

2024-cü ildə yeni lider kimi vəzifəyə başlayan Lai Çinq suverenlik tərəfdarı ritorikası ilə dəfələrlə Pekini qəzəbləndirib. Çin və Tayvan arasındakı problemlər Sakit okeanda gərginliyin tez-tez artmasına səbəb olub.

Tramp Tayvanın qabaqcıl yarımkeçirici sənayesinin işlərini Amerikadan uzaqlaşdırmasından şikayət edərək, Tayvanın müdafiə xərclərini ödəmək üçün ABŞ-a pul verməli olduğunu bildirib.

Tayvan Çinin son vaxtlar artan aqressiv münasibəti qarşısında Donald Trampın "qorunma pulu" tələbini ciddi qəbul etdiyini göstərmək ehtiyacı hiss edə bilər.

Şimali Koreya

Trampın ikinci müddətində Asiyada qarşılaşacağı ən böyük problemlərdən biri Şimali Koreya ilə münasibətlər olacaq. 2018-ci ildə Sinqapurda keçirilən sammitdə Kim Çen Inla üz-üzə gələn Tramp Şimali Koreya lideri ilə görüşən ilk ABŞ prezidenti kimi tarixə düşüb. Bu sammit Vaşinqtonun Şimali Koreyanı legitim dövlət kimi tanıması və ikitərəfli münasibətlərdə dramatik dəyişikliyə səbəb olan dönüş nöqtəsi olub.

Lakin 2019-cu ildə danışıqların nəticəsiz qalmasından sonra Kim nüvə sınaqlarına qoyulan moratoriyi ləğv edib və silahlanma və nüvə genişləndirilməsi kampaniyasını sürətləndirib. Nəhayət, Kim Putinlə yeni müdafiə sazişi imzalamaqla Rusiya ilə münasibətlərini gücləndirib və Şimali Koreya əsgərlərinin Ukraynadakı münaqişəyə cəlb olunması ABŞ-ın Pxenyana münasibətini daha da sərtləşdirib.

Yaxın Şərq

Tramp Yaxın Şərqdəki müharibələrə son qoyacağını vəd etsə də, İsrailin Qəzzada HƏMAS və digər Fələstin qrupları, həmçinin Livanda "Hizbullah"la davam edən münaqişələri, eləcə də İranla gərgin münasibətləri bu ritorikanı bir çox cəbhələrdə sınaqdan keçirəcək.

Trampın İrana qarşı daha sərt mövqe tutacağını gözləyən analitiklər onun İsrailə Qəzza və Livanda hərbi hücumlarını davam etdirməsinə icazə verəcəyi, yoxsa Benyamin Netanyahunu münaqişəni tez bir zamanda sona çatdırmağa sövq edib-etməyəcəyi ilə bağlı fikir ayrılığına düşüb.

Tramp prezidentliyinin ilk dövründə İrana qarşı sərt mövqe tutub, ABŞ-ı Tehranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq üçün nəzərdə tutulan JCPOA nüvə sazişindən çıxarıb və İran iqtisadiyyatını hədəf alan ağır sanksiyalar tətbiq etməyə başlayıb.

Analitiklər Trampın 2-ci müddətində yanaşmasının yumşalmadığını bildirsələr də, yeni prezident Məsud Pezeşkianın daha mötədil mövqe tutacağını dəyərləndiriblər.

Pezeşkian sanksiyaların aradan qaldırılması müqabilində Qərblə münasibətlərin və əməkdaşlığın bərpası siqnalları versə də, Tramp administrasiyasının İrana daha stabil yanaşma təklif edə biləcəyinə dair bəzi ümidlər yaranıb. Lakin Pezeşkianın Trampla nə qədər yaxın münasibət qura biləcəyi İranın dini lideri Ayətullah Əli Xameneinin təsiri ilə formalaşacaq.

Latın Amerikası

Tramp prezidentlik kampaniyasında "cənub sərhədini təmin etmək" və qeyri-qanuni mühacirləri deportasiya etmək vədləri ilə diqqət çəkib. Demokratların Trampı irqçi kimi səciyyələndirmək cəhdlərinə baxmayaraq, o, Latın Amerikası kökənli səslərin 46 faizinin səsini toplayaraq, böyük uğur əldə edib və immiqrasiya ilə mübarizəni prioritet siyahısında birinci yerə qoyacağına işarə edib.

Braziliya prezidenti Lula da Silvanın ABŞ əleyhinə ritorikasına baxmayaraq, Tramp Latın Amerikasında başqa müttəfiqlər tapa bilər.

Meksikanın yeni prezidenti Klaudiya Şeynbaum sərhəd təhlükəsizliyini artırmaq və qeyri-qanuni immiqrasiyanı azaltmaq üçün daha sərt addımlar atacağı gözlənilən Tramp administrasiyası ilə əməkdaşlıq etməli ola bilər. Argentina lideri Xavyer Mileyin ölkəsində inflyasiyanı nəzarətdə saxlamaq üçün Trampla sıx əlaqə qurmağa cəhd etməsi də gözlənilir.

Mənbə: "Hürriyet"
Tərcümə: Aydın
 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə sosial şəbəkədə rəsmi hesablarında paylaşım edib.

Paylaşımı təqdim edirik:
https://x.com/azpresident/status/1854569658143195392?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1854569658143195392%7Ctwgr%5E7f000b7f130481111641743e614fa984ca3e5260%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fazpolitika.info%2F%3Fp%3D774590

Dünyapress TV

Xəbər lenti