Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Finlandiya Prezidenti Aleksandr Stubb Helsinkidə görüş keçirib. Görüşdə Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat verib. Məlumatda qeyd olunub ki, Ararat Mirzoyan Cənubi Qafqazda dayanıqlı sülhün qurulması və Ermənistan vətəndaşları üçün daha təhlükəsiz mühitin təmin edilməsinin ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam etsə də, hələ də razılıq əldə olunmayıb. Ermənistan hakimiyyəti sülhün imzalanmasında maraqlı olduqları iddialarını irəli sürür, amma əməlləri ilə bunu inkar etdikləri göz önündədir. Onlar Qərb dövlətləri və digər əlaltıları ilə münaqişənin yenidən alovlanmasına şərait yaradaraq hər cür planlar qururlar.

Politoloq İlyas Hüseynov "Sherg.az"a söyləyib ki, Ermənistan uzun müddətdir ki, regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır:

"Finlandiya rəhbəri ilə danışıqlar regiondakı problemləri müxtəlif güc mərkəzləri ilə müzakirə etməyin mümkünlüyünə hesablanıb. Çünki Avropa "ailəsinin" burada iştirakı Ermənistan üçün daha məqbuldur. Polşa lideri Andjey Duda Ermənistana səfəri, Mirzoyanın Finlandiya Prezdineti ilə görüşməsi və s.-nin mahiyyəti Ermənistanın öözünü sülh tərəfdarı kimi təqdim etməsidir. Ermənistan tərəfi bununla yanaşı, sülh haqqında daha geniş danışıb elə təəssürat formalaşdırmağa çalışırlar ki, sanki Azərbaycan sülhə maraqlı deyil. Guya Azərbaycan Ermənistanın sülh istiqamətlərində təşəbbüslərini inkar edir, daha amnistiyalı təkliflər irəli sürür. Lakin reallıq tamamilə başqadır".

Politoloqun sözlərinə görə, Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlayır:
"Rəsmi İrəvan qanunvericilik müstəvisində dəyişiklik etməkdən boyun qaçırır. Bununla yanaşı sürətlə silahlanır, müxtəlif silah mənbələrini formalaşdırmağa çalışır. Hətta Hindistan, Fransa, Yunanıstan kimi dövlətlərdən bu sövdələşmələri əldə etmək şərtləri icra olunur, ayrı-ayrı logistik marşurutlar formalaşdırılır. Amma Paşinyan dildə qeyd edir ki, Ermənistan sülh sazişinin imzalanması üçün siyasi iradəyə malikdir və sözügedən sazişin imzalanması mümkündür. Onlar xarici ünsürlərə göstərməyə çalışırlar ki, Ermənistanın xarici siyasətinin əsas prioriteti Azərbaycanla nizamlanmadır. Beynəlxalq auditoriyanı çaşdırmağa yönəlmiş addımlar isə heç nəyə gətirib çıxarmır və nəticədə sülh əldə etmək də mümkün olmur. Bunun əsas günahkarı rəsmi İrəvan və onun siyasi elitasıdır".

Bölmənin digər xəbərləri

04 Dekabr 2024 Bu ölkə Zurabişviliyə sığınacaq təklif etdi
04 Dekabr 2024 Cənubi Koreyada hərbi vəziyyət elan edilib - ŞİMAL FAKTORU
03 Dekabr 2024 Ərdoğan İshak Herzoqun atəşkəslə bağlı açıqlamasını səmimi hesab etmir
02 Dekabr 2024 Əraqçi TƏCİLİ Türkiyəyə getdi - Nələr müzakirə ediləcək?
02 Dekabr 2024 BMT Təhlükəsizlik Şurasına sədrlik ABŞ-yə keçdi
02 Dekabr 2024 "Zurabişvili kreslosu ilə birgə küçəyə gedəcək..." - Kobaxidze prezidentə vaxt qoydu
02 Dekabr 2024 Əsəd Türkiyə ilə DANIŞIQ istəyir - Bu ölkəyə müraciət etdi
02 Dekabr 2024 AB rəhbərliyinin Kiyevə səfəri... - Medvedyev
02 Dekabr 2024 Mirzoyan BCM-in tədbirində iştirak edəcək - İlk dəfə
02 Dekabr 2024 Gürcüstanda yeni hökumət formalaşıb: 12 nazir təyin edilib
30 Noyabr 2024 Dünya dərin liderlik böhranı içərisindədir - Ərdoğan
29 Noyabr 2024 Ərdoğan: Baydenin atəşkəs barədə açıqlaması çox gec, lakin mühüm addımdır
29 Noyabr 2024 Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır
28 Noyabr 2024 “Gürcü Arzusu” prezidentliyə keçmiş futbolçu Kavelaşvilinin namizədliyini irəli sürüb
27 Noyabr 2024 Trampı yenə O DƏLİ ilə görüşdürmək istəyirlər: komandası birbaşa danışıqlara hazırlaşır
27 Noyabr 2024 Rusiyapərəst Georgeskunun qələbəsi Avropada "şok" yaratdı - "Politico"
26 Noyabr 2024 Prezidentin COP29 dərsi - Baydenin təbriki, iflas olan dairələr...
26 Noyabr 2024 Rumıniyada prezident seçkisi: İlk turda rusiyapərəst namizəd qalib gəldi
25 Noyabr 2024 The Guardian: "Tramp komandasının bir hissəsi Putinin Ukrayna ilə bağlı şərtləri ilə razılaşır"
24 Noyabr 2024 Hikmət Hacıyev Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb

Dünyapress TV

Xəbər lenti