Gürcüstanın Baş naziri İrakli Kobaxidze 26 oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən yeni hökumətin tam formalaşdığını elan edib. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş nazir mətbuat konfransında danışıb.
O bildirib ki, artıq 12 nazir təyin olunub və hökumətin formalaşdırılması prosesi yekunlaşıb.
İrakli Kobaxidzenin sözlərinə görə, dekabrın 14-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Bu seçkilərdən sonra ölkədə bütün konstitusiya orqanları xalqın iradəsinə uyğun şəkildə tam fəaliyyət göstərəcək.