Ardını oxu...
Böyük Qayıdışın ilk ünvanlarından olan Laçında istehsal müəssisələri inşa edilib.

Bunlardan biri də, yuyucu tozu istehsalı müəssisəsidir.

Belə ki, müəssisə gün içində 10 tonluq məhsulu istehsal etmə gücünə malikdir.

Müəssisənin gələcəkdə, ay ərzində 250-300 min manatlıq istehsal gücü olacağı planlaşdırılır.
Qeyd edək ki, artıq Laçın sakinləri də burada işlə təmin olunublar.

Daha ətraflı AzTV-nin süjetində:

 
 
 

 

Ardını oxu...
Çin iqtisadiyyatı ekspertlərin gözləntilərini doğrultmayıb. Onlar son aylarda sektorda canlanma proqnozlaşdırdılar.

Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin məlumatları belə deməyə əsas verir.

Analitiklər istehsalatda satınalma menecerləri indeksini 49,8 bənd həcmində proqnozlaşdırsalar da, cari rəqəm 49,5-dən 49,4-ə düşüb. Xidmətlər sahəsində isə indeks 50,6 bənddən 50,2 bəndə enib.

Tikinti üzrə satınalma menecerləri indeksi 4 bənd, kompozit indeksi isə 3 bənd geriləyib və ötən il üçün minimum həddə çatıb.
Məlumatlar göstərir ki, Çin iqtisadiyyatı koronavirus pandemiyasından bəri dayanıqlı mövqe əldə edə bilməyib.

Bir çox ekspertlər 2023-cü ilin əvvəlində Çinin iqtisadi dirçəlişini proqnozlaşdırırdılar. Onlar bildiriblər ki, COVID-19 ilə bağlı bütün məhdudiyyətlər götürüldükdən sonra iqtisadiyyat sürətlə inkişaf etməyə başlayacaq. Lakin statistik məlumatlar gözləntilərlə üst-üstə düşməyib.

Mənbə: mk.ru
 
Ardını oxu...
Hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklər hazırlanarkən onların hazırkı norma ilə pensiyaya çıxmaq hüququ saxlanılıb, qazanılmış normalara toxunulmayıb.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliyin birinci oxunuşda müzakirəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov bildirib.

Elnur Abbasov deyib ki, 20 təqvim ilindən 25 təqvim ili arasında hərbi xidməti olan istənilən hərbi qulluqçu 1 yanvar 2024-cü ildən sonra köhnə normalara əsasən, yəni 20 təqvim ilinə təminat xərcliyinin 50 faizi, sonrakı hər ilə görə isə Müdafiə Nazirliyində təminat xərcliyinin 3 faizi, digər qurumlarda 2 faizi miqdarında əlavə olmaqla pensiyaya çıxa və təminat xərcliyini hesablatdıra bilər: “Eyni zamanda 1 yanvar 2024-cü il tarixə kimi 17 təqvim ilini tamamlamış şəxslər də köhnə normalarla pensiya hüququ əldə edə bilər. Amma onlarda bir şərt var ki, 20 təqvim ilini tamamlanmasını gözləməlidirlər. Məsələn, 1 yanvar 2027-ci il tarixində gəlib yenə ərizə yazıb ordudan tərxis oluna və təminat xərcliyinin 50 faizi miqdarı və üzərinə də indiki normalarla əlavələr artırılmaqla pensiyaya çıxa bilərlər”.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, hazırda pensiya hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilir.

Layihəyə əsasən, pensiya hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər, hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən ediləcək.

 
Ardını oxu...
Qarşıdan Yeni il bayramı gəlir. Bayram ərəfəsində Azərbaycanda ərzaq məhsullarının qiymət artımı “ənənəvi” xarakter alıb. Satıcılar fürsətdən istifadə edərək qiymətləri süni şəkildə qaldırır, daha çox pul qazanmağa çalışırlar.
Trend- ə açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bayramlar ərəfəsində qiymətlərin qalxması hər birimizdə təəssüf doğurur, ancaq bunun da müəyyən səbəbləri var.
“Həmin səbəblərdən biri də həmin dövrdə ərzaq məhsullarına olan tələbatın artması və onlardan daha çox istifadə edilməsidir. Bu da bazarda müəyyən qədər qiymətlərin artmasına səbəb olur. Digər tərəfdən, burada müəyyən sahibkarların da rolu var. Onlar süni şəkildə qiymətləri artırmaq istəyirlər.
Əslində, bayram vaxtı qiymətlər aşağı düşməlidir. Hesab edirəm ki, bu işbazlar müəyyən insafa gəlməlidir”, - deyə komitə sədri bildirib.

O qeyd edib ki, dövlət bazarda qiymətlərin süni qaydada artmasının qarşısını alır və bu istiqamətdə müəyyən tədbirlər həyata keçirir.
“Ancaq bu gün bazar iqtisadiyyatıdır, heç kimi istehsal etdiyi məhsulu aşağı qiymətə satmağa məcbur etmək mümkün olmur. İnsanların özlərində müəyyən qaydada bayramlara münasibət formalaşmalıdır, insanların tələbatının ödənilməsinə qayğı olmalıdır.
Ancaq son müşahidələr deməyə əsas verir ki, bazarda müəyyən ərzaq məhsullarının qiyməti aşağı düşüb. Misal üçün, müxtəlif növ yağ məhsullarının qiyməti enib. Un məmulatlarının qiymətlərinin azalması da müşahidə olunur. Xaricdən idxal olunan məhsulların çoxluğu və ölkədə məhsul istehsalının artması əsas verir ki, bayramda qiymətlər bir o qədər yüksəlməsin”, - deyə T.Rzayev əlavə edib.
 
Ardını oxu...
Larsda (“Yuxarı Lars” keçid məntəqəsi – red.) yüzlərlə yük maşını Rusiya sərhədindən keçə bilmir. Meyvə-tərəvəz, balıq, gül və digər ərzaq məhsulları ilə yüklənmiş avtomobillər fitosanitar məntəqəsində ciddi yoxlanılır və geri qayıdır.
Bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edilib ki, qızılgül yüklənmiş 2 maşından biri artıq Rusiya sərhədindən qayıdıb, digəri isə yoldadır. Rusiyanın Sanitar Xidməti fitosanitar nəzarət məntəqəsində 65 min qızılgülü yoxlayıb və sanitar normalara cavab vermədiyini əsas gətirərək onların keçirilməsinə icazə verməyib .
“İlk dəfədir ki, bizdə belə hal baş verir, hansısa problemə görə mallar sərhəddən geri göndərilir. Çox qəribədir, çünki indiyə qədər heç nə olmayıb. Aydındır ki, burada siyasi problemlər var. Hər gün 20 minə yaxın qızılgül yığırıq. Təsəvvür edin: 15 gündür Rusiyaya gül göndərə bilmirik, məhsullarımızın 90 faizi Rusiyaya gedirdi”, - qızılgül yetişdirilən istixana rəhbəri bildirib.
Şimali Osetiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Yuxarı Larsda 2660-dan çox yük maşını dayanıb.
Larsdakı problemlə bağlı İqtisadiyyat Nazirliyi mətbuata bildirib ki, Ermənistan dövlət nömrə nişanlı 21 yük maşını geri qaytarılıb, 30-dan çox maşında olan məhsullardan nümunələr götürülüb.
Ermənistan Nazirlər Kabineti isə yeni bazar tapmaq lazım gəldiyi haqda məlumat yayıb.

Mövzunu “Sherg.az”a şərh edən politoloq Turan Rzayev bildirib ki, yuxarı Larsda baş verən hadisənin məhsullarda həqiqətən problem olduğu üçün yaşandığı deyilir. Amma Rusiya və Ermənistan arasında hazırda gərginliyi olması da hər kəsə məlumdur:
“Rəsmi İrəvanın radikal şəkildə Qərbə inteqrasiya etməsini Rusiya qəbul etmir. Bu səbəbdən artıq Ermənistana təzyiqlər başlayıb. Təzyiqlər siyasi, iqtisadi, diplomatik kimi aspektlərdə özünü birüzə verir. Hazırda baş verən hadisə isə məsələnin iqtisadi yönlərindən biridir. Bu gün Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiyadan aslıdır. Onların kənd təsərrüfatı malları əsasən Rusiya bazarında satılır. Eyni zamanda minlərlə Ermənistan vətəndaşı Rusiyada çalışır. Kreml hakimiyyəti həm sözü gedən insanları ölkədən deportasiya etməklə həm də Ermənistan mallarını qəbul etməməklə Paşinyan və komandasını çıxılmaz vəziyyətdə qoyur”.

Politoloq Ermənistanın mövcud reallıqlar içərsində yeni bazarlar tapmasının çox çətin olduğunu vurğulayıb:
“Avropa bazarında ölkələr kənd təsərrüfat ehtiyacını daxili istehsal hesabına ödəyir. Eyni zamanda Avropa inkişaf etmiş kənd təsərrüfatı təchizatına malikdir. Ermənistanın elementar üsullarla istehsal etdiyi məhsullara o qədər də tələbat yoxdur. Bundan başqa Ermənistanın hər hansı digər bazara məllarını çıxarması daşıma xərclərini artıracaq. Daşıma xərclərinin artması isə, məhsulun bazardakı satış qiymətinin artması ilə nəticələnəcək. Bunların fonunda mallara olan təlabat daha da azalacaq. Rusiya bazarında Ermənistan malları ucuz qiymətə satıldığı üçün onların satışı baş tutur”.
 
Ardını oxu...
Hər il olduğu kimi, bu ildə bayramqabağı qiymətlərin bahalaşacağı gözlənilir.

Bayram yaxınlaşdıqca “ənənəvi” qiymət artımının şahidi oluruq. Sanki bu, dəyişməz adətə çevrilib.

Alıcılar da hər bayramqabağı xüsusilə ərzaqların qiymətinin artmasından şikayətlənirlər.

Maraqlıdır ki, digər ölkələrdə bayramqabağl xüsusi, böyük qiymət endirimlərinə şahid oluruq. Lakin ölkəmizdə bayramqabağı ciddi bahalaşma olur.

İqtisadçı-ekspert Akif Nəsirli mövzu ilə bağlı Cebhe.info-ya bildirib ki, ərzağın qiymədətində bu il artım olacaq:

“Bu il ərzaq məhsullarının qiymətində artım olacaq. Bu il hökumət tərəfindən fermerlərə və digər sahibkarlara dövlət tərəfindən dəstək zəif olduğuna, bəzi hallarda isə heç bir dəstək olmadığına görə istehsalata maraq azalıb. Bu səbəbdən idxal məhsullarına maraq artıb. Buna görə də ərzaq və digər məhsulların qiymətində artım olacaq”.

Ekspert həmçinin, qiymətləri artacaq ərzaq məhsullarından danışıb. Onun sözlərinə görə, ətin, süd və süd məhsullarının, bitki mənşəyli məhsulların bahalaşması gözlənilir:

“Torpaqların istifadəsində aqrotexniki qaydalara əməl olunmadığına görə məhsuldarlıq aşağı düşür. Nəticədə məhsulun azalması yerli istehlak bazarının tələbatını qarşılaya bilmir. Yerli məhsulları idxal məhsulları əvəz edir. O da özlüyündə qiymət artımına gətirib çıxarır”.

Müəllif: Həsən Məmmədov - Mənbə: Cebhe.info
 
Ardını oxu...
Hazırda Rusiyaya meyvə-tərəvəz ixracının əsl mövsümüdür. Bəs bağlardan xarici bazara göndərilən məhsullar gömrükdən necə keçir? Xüsusilə də tez xarab olan xurmanın daşınması ilə bağlı vəziyyət yerdədir?

“ATV Xəbər” mövzunu araşdırıb.

Zaqataladan olan fermer bildirib ki, məhsuldarlıq çox aşağı səviyyədədir. Bu il havaların soyuq keçməsi və dolu yağması xurmanı çox zədələyib.

Zaqatalada bu il əksər xurma bağlarında vəziyyət elə fermer Həbibulla Babayevin sahəsində olduğu kimidir. Əlverişsiz hava şəraiti səbəbindən məhsulun keyfiyyəti də arzuolunan kimi deyil. Buna görə də bu il fermerlər məhsulu daha çox daxili bazarda emalçılara satmağa məcburdurlar.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Noyabrın 23-də paytaxtımızın “Dərnəgül” kimi tanınan ərazisində - Binəqədi rayonu, Ziya Bünyadov prospektindəki taxta bazarında ciddi fəsadlarla nəticələnən yanğın baş verdi. “Report” xəbər verir ki, taxta bazarında ticarətlə məşğul olan obyektlər bir-birinə o qədər sıx yerləşir ki, yanğın zamanı alovun qonşu obyektlərə sıçramasının qarşısını tez bir zamanda almaq mümkün olmadı. Nəticədə yanğın geniş vüsət alaraq bu ərazidə yerləşən yüksək gərginlikli elektrik xəttini tamamilə sıradan çıxardı.

Buraya qədər hər şey aydındır. Qaranlıq qalan məqam isə odur ki, bəs elektrik şəbəkələrinin mühafizə zonasına niyə riayət olunmur?!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci hissəsinə əsasən elektrik şəbəkələrinin mühafizə zonaları xətlərin gərginliyinə uyğun məsafədə yerləşməlidir. Dərnəgüldəki taxta bazarında yanaraq sıradan çıxan elektrik xəttinin gərginliyi 110 kV olduğundan o, ən azı, 20 metr məsafə qorunaraq mühafizə zonası ilə əhatələnməli idi.

Nazirlər Kabinetinin Qaydaları dövlət arxivlərində tozlanmaq üçün yox, onlara riayət olunmaq üçün qəbul olunur. Elektrik şəbəkələrinin mühafizə zonalarına riayət etməməklə açıq-aşkar qaydalara meydan oxuma azmış kimi, hətta tezalışan materialların satışının da yüksək gərginlikli xətlərin altında təşkilinə göz yumulur.

Qeyd olunan faktlar acı həqiqətdir, lakin ən acısı yüzlərlə kiçik sahibkarın ailəsini dolandırmaq üçün min bir əzab-əziyyətlə ərsəyə gətirdiyi irili-xırdalı obyektlərin yanıb kül olmasıdır. Əlbəttə, bu hadisənin araşdırılması hüquq-mühafizə orqanlarının işidir. Amma “Dərnəgül yanğını” təkcə kiçik sahibkarların biznesini batırmayıb, ölkəmizin də adını batırmağa doğru gedir. Söhbət Azərbaycanın strateji əhəmiyyətli sənaye müəssisələrinin elektrik enerjisi təminatı dayandırıldığı üçün fəaliyyətlərini də dayandırmaq məcburiyyətində qalmalarından gedir. Məsələn, ölkəmizin ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company”nin fəaliyyəti artıq 4 gündür ki, elektrik enerjisinin bərpa olunmaması səbəbindən dayanıb. Dörd gün sizə az gəlməsin, bu miqyasda bir müəssisə üçün çalışmadığı gün yox, hətta saat belə dövlətin polad sütununa vurulan zərbədir. “Baku Steel Company” QSC Azərbaycanın qeyri-neft sektorundakı ən böyük vergi ödəyicilərindəndir, Qarabağın yenidənqurma və bərpa işlərində, eləcə də ölkəmizdəki digər quruculuq layihələrində şirkətin müxtəlif məhsullarından fasiləsiz şəkildə istifadə olunur.

Elektrik şəbəkəsinin mühafizə zonasının qaydalarını heçə sayan rəsmi qurumlar nə vaxta kimi hərc-mərcliklə məşğul olacaq?! Nə vaxta kimi öz şəxsi maraqlarını düşünüb, Azərbaycanın prioritet maraqlarına zərbə dəyməsinə vəsilə olacaqlar?! Suallar çoxdur, cavab isə ölkəmizin strateji sənaye müəssisələrinin hələ də qaranlığa və sükuta qərq olması ilə nəticələnən rəsmi qurumların fəaliyyətsizliyi, ya da ki özfəaliyyətidir.
 
 
 

   
Ardını oxu...
Orta əmək haqqı 980 manat olacaqsa, minimum əmək haqqımız 588 manata qalxmalıdır, amma…

Gələn il respublikada minimum əmək haqqı əvvəlki səviyyədə qalacaq - 345 manatdan çox olmayacaq. Lakin orta nominal əmək haqqı bir qədər artacaq. Hesablama Palatasının məlumatına görə, azərbaycanlıların orta əmək haqqı 980 manata yüksələcək.

Vətəndaşlarımız orta hesabla nə qədər alırlar və gələn ildə nə qədər alacaqlar?

Burada qeyd etmək lazımdır ki, orta nominal əmək haqqı tam olaraq nə qədər alacağınızın və ya orta iş əldə etsəniz, nə qədər ala biləcəyinizin göstəricisi deyil. Təsadüfi deyil ki, bu göstəricinin hesablanması ərazidəki orta temperaturun hesablanması ilə müqayisə olunur.

Maaşlara gəlincə, bəziləri üçün yüksəkdir, lakin əksəriyyət üçün minimumdan bir qədər fərqlənir. Deməli, ölkədə orta əmək haqqı həddən artıq yüksəkdir, paytaxtda isə ənənəvi olaraq daha yüksəkdir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, paytaxt rayonlartında insanlar orta hesabla 1200 manat alırlar.

Əslində, özəl sektorda hardasa belə maaşlar tətbiq edilsə də, dövlət sektorunda çalışanların maaşı bunun yarısı qədərdir və burada söhbət maaşları ayda 800 manata güclə çatan ixtisaslı işçilərdən gedir. Hər cür ayırmalar çıxıldıqda isə, vətəndaşların əsas hissəsi ələ daha da az pul alır.

Məsələn, xalis 800 manat əmək haqqı ilə büdcə təşkilatında çalışan işçinin əmək haqqı 672 manat (gəlir vergisi - 84 ₼, Dövlət Sosial Müdafiə Fonduna ayırmalar - 24,00 ₼, işsizlikdən sığorta - 4,00 ₼, icbari tibbi sığorta - 16 ₼) təşkil edir. Özəl qeyri-neft strukturlarında xalis əmək haqqı daha yüksəkdir, çünki bu sahədə gəlir vergilərinə moratorium qoyulub. Eyni qaydada hesablanmış əmək haqqı ilə özəl biznes sektorunda çalışan bir işçinin xalis əmək haqqı 714 manat təşkil edəcək.

980 manat (özəl sektor üzrə xalis əmək haqqı 871 ₼, dövlət sektoru üçün 817 ₼) olan orta hesablanmış əmək haqqını əsas gətirərək, ölkəmizdə minimum əmək haqqını da bütün vergilərin siyahısına tabe ediblər. Belə ki, ən az maaş alanlar hesablanmış 345 manatı deyil, dövlət sektorunda 306 manat, özəl sektorda isə 316 manat alırlar.

Yeri gəlmişkən, bütün bu müddət ərzində yerli iqtisadçılar minimum əmək haqqının dövlət vergilərindən azad edilməsini təklif ediblər, lakin hələ də bir nəticə yoxdur. Biz artıq bir neçə dəfə yazmışıq ki, reallığa ən yaxın olan orta əmək haqqının statistik hesablanması median yanaşmadır. Bu yanaşmaya görə, bu ilin doqquz ayında Azərbaycanda orta əmək haqqı 478 manat (qeyri-neft sektorunda 432 ₼, dövlət sektorunda isə 413) təşkil edib. Göründüyü kimi, vətəndaşların əsas kəsimi müəyyən edilmiş minimumdan 133 manat çox alır.

Minimum əmək haqqı ilə bağlı daha bir məqam var. Minimum əmək haqqını eyni səviyyədə qoyub, indi orta əmək haqqının artırılması mövzusunu müzakirə edirlər. Bu məsələnin digər tərəfi də ondan ibarətdir ki, ölkəmizin imzaladığı Avropa Xartiyasına görə minimum əmək haqqı orta nominal əmək haqqının 60 faizini təşkil etməlidir.

Deməli, bu məntiqdən çıxış edərək, 930 manat orta nominal əmək haqqı ilə bizim minimum əmək haqqımız nəzəri olaraq 558 manat olmalıdır. Gələn il orta nominal əmək haqqı 980 manata qalxarsa, minimum əmək haqqı 588 manata qalxmalıdır. Amma bizim minimum əmək haqqımız bunun yarısıdır və ölkədə maaşların əsas kütləsi bu səviyyədən bir qədər yüksəkdir.

Bundan əlavə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) standartları var. BƏT tövsiyə edir ki, ölkələrə itirilmiş qazancın ən azı 40%-i həcmində əmək haqqının dəyişdirilməsi dərəcəsini (dünya üzrə pensiyaların qiymətləndirildiyi standart) hədəfləsinlər. Belə ki, işçi ilə pensiyaçının həyat səviyyəsi arasındakı ziddiyyət çox kəskin olmasın. Avropa Sosial Xartiyası qocalıqda sosial təminat üçün minimum standart kimi 55-60% əvəzetmə dərəcəsini nəzərdən keçirməyi təklif edir. Analitiklərin fikrincə, bizdə maaşların aşağı olması həm də layiqli pensiya təminatı görüntüsü yaradır.

Müəllif: Emma Rzayeva
ayna.az
 
Ardını oxu...
Bakıda fəaliyyət göstərən 4 nömrəli Uşaq Vərəm Sanatoriyası ilə bağlı müəmmalı olaylar baş verir.

Qaynarinfo xatırladır ki, sanatoriyanın sökülməsi və onun yerində 100 çarpayılıq Birləşmiş Şəhər Xəstəxanasının tikilməsi nəzərdə tutulur.

Bir müddət əvvəl Səhiyyə Nazirliyi Birləşmiş Şəhər Xəstəxanasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib. Həmin tenderin qalibi BİMD Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib.

Təklifin qiyməti 295 800 AZN olub. Yəni, şirkət layihə-smeta sənədlərinin bu qiymətə hazırlayacağını bildirib, nazirlik də təklifi qəbul edib.

Noyabrın 20-də dövlət satınalmalarının vahid elektorn portalına bununla bağlı daha bir məlumat yerləşdirilib. Məlum olur ki, Birləşmiş Şəhər Xəstəxanasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasını "Hinal Proje” MMC həyata keçirəcək. Bu şirkətin təklifinin qiyməti isə 127 440 AZN-dir.

Beləliklə, aydın olur ki, layihə-smeta sənədlərinin hazırlanmasının qiyməti 295 800 AZN-dən 127 440 AZN-ə düşüb (fərq 168 360 manat). Bu halda baha qiymət təklif edən BİMD MMC-nin qalib seçilməsi anlaşılmır.

Yeri gəlmişkən, BİMD MMC-nin qalib seçildiyi tender barədə Qaynarinfo-da məlumat gedib. Həmin məlumatda layihə-smeta sənədlərinin baha qiymətə hazırlanması xüsusi qabardılıb.

Görünür, bu, müəyyən dairələrin də diqqətini də çəkib və bundan sonra tenderin ləğv edilməsi və yenidən müsabiqə keçirilməsi qərara alınıb.
Ətraflı
 
 
 

Dünyapress TV

Xəbər lenti