Gömrük ödənişləri niyə bahadır? -
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq.

Bildirək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Mövzu ilə əlaqədar sosioloq Ağasəlim Həsənov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, sosioloqların bununla bağlı narahatlığı var:

"Sosioloji sorğular zamanı apardığımız müşahidələr göstərdi ki, Azərbaycanda kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların Türkiyədən Azərbaycana mal gətirməsi ilə bağlı qarşılaşdığı müəyyən çətinliklər var. Bunlar nəinki həmin sahibkarların işinə təsir göstərir, məsələyə bir qədər dərindən yanaşdıqda görürük ki, Türkiyədən Azərbaycana ixracatın həcmi azalır.

Xatırladım ki, bir il öncə İstanbuldan Bakıya daşınan yüklərin həcmi vergi və gömrük rüsumları daxil olmaqla yekun qiymət 7 dollar 20 sentə qaldırıldı. Bundan əvvəl isə rüsumlar 3 dollar səviyyəsində idi. Hesab edirik ki, bu məbləğin (3 dollar) özü belə yüksəkdir, amma birdən-birə 100 faiz qiymət artımı ortaya çıxdı. Bu da kiçik sahibkarlıqla məşğul olan “Binə” və “Sədərək” ticarət mərkəzlərində çalışan sahibkarların haqlı narazılığına gətirib çıxardı".

Onun sözlərinə görə, artıq Türkiyədən Azərbaycana uzun illər mal gətirən insanlar Çin bazarına üz tutub:

"Bu isə Azərbaycana Türkiyədən ixracatın səviyyəsinə, xüsusilə tekstil sənayesi məhsullarının azalmasına gətirib çıxardı. Bu gün Türkiyədən Tacikistanın paytaxtı Düşəmbəyə bütün xərclər daxil olmaqla daşımaçılıq 1 kiloqram üçün 1 dollar nəzərdə tutulur. Biz xəritədən baxdıqda İstanbudan Düşəmbəyə məsafə nə qədərdir, İstanbuldan Bakıya isə nə qədər, o zaman bütün sualların cavabı bəlli olur.

Necə olur ki, İstanbuldan Çin sərhədinə yaxın yerləşən ölkəyə gömrük rüsumları daxil 1 kiloqram üçün 1 dollar qiymət təyin olunub, yaxın məsafədə yerləşən şəhər üçün malların gömrük rüsumu 1 kiloqram üçün 7 dollar təyin olunub? Bu qərarı qəbul edən qurumlar bunu düşünməlidir".

Sosioloq qeyd edib ki, artıq sahibkarlar bununla bağlı Türkiyə dövlətinə müraciət ünvanlayıblar:

"Türkiyədə olan sahibkarlar Azərbaycandakı qiymət artımından dolayı istehsal etdiyi malların ixracatının azalması ilə bağlı Türkiyə dövlət qurumlarına rəsmi müraciət ünvanlayıblar.Düşünürlər ki, Türkiyə tərəfdən bu məsələyə baxılacaq. Real vəziyyət ondan ibarətdir ki, uzun illərdir kiçik sahibkarlıqla məşğul olan, Türkiyə ilə çalışan, işini quran sahibkarlar Çinə üz tutmalı olublar.

Çinin də coğrafi baxımından daha uzaqda yerləşməsi daşımaçılıq cəhətdən vaxt itkisi yaradır. Türkiyə üzərindən işini quran sahibkarlar Azərbaycana mal göndərdiyi halda onu cəmi bir həftə ərzində Bakıya çatdıra bilirdi. Bu, azərbaycanlı iş adamlarının, Azərbaycana mal satan Türkiyə şirkətləri üçün əlverişli bazar idi".

Onun sözlərinə görə, azərbaycanlı sahibkarların 90 faizi Çinə üz tutur:

"Necə olur ki, digər ölkələrdə aşağı olan daşımaçılıq qiymətləri Azərbaycanda 6 dəfə bahadır. Bütün bunlar kiçik sahibkarlıqla məşğul olanların işinə mənfi təsir edir. Düşünürəm ki, dövlətimiz bununla bağlı ciddi addımlar atacaq və sahibkarların hüquqlarının qorunmasını təmin edəcək.

Ulu Öndər Heydər Əliyev illər öncə Türkiyə ilə Azərbaycanın müttəfiqliyini geniş anlamda ifadə edərək "Bir millət, iki dövlət" fəlsəfəsini ortaya qoydu. Bu, bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də inkişaf etməlidir. Azərbaycanlı iş adamları kiçik sahibkarlıqla məşğul olanların işinə öz töhfəsini verməlidir".
 

Bölmənin digər xəbərləri

09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ

Dünyapress TV

Xəbər lenti