Ardını oxu...
Son günlər ölkədə ətin qiymətində ucuzlaşma müşahidə edilir.

Xüsusilə dana ətinin kiloqramı 16-17 manatdan 13-14 manata qədər ucuzlaşıb.

Ətin qiymətinin ucuzlaşmasının şadlıq saraylarında da menyunların qiymətinə təsir edə biləcəyi gözlənilir. Hazırda bu məkanlarda qiymətlər minimum 50 manatdan başlayır. Bu rəqəmlərin 110, 240 və 250 manata qədər gedib çıxdığı məkanlar da var. Onların bəziləri müştərilərə menyu qiymətinə müsiqi, videoçəkiliş, bəy-gəlin maşınını da daxil edir. Lakin bunun üçün qonaqların sayı qoyulan minimum həddi, məsələn, 300 nəfəri keçməlidir. Hətta qonaqların sayı çox olarsa, qiymətlərdə endirimlərin edilə biləcəyi də deyilir.

Şadlıq evləri qiymət artımını yağın, ətin və istehlak səbətinə daxil olan qida məhsulların bahalaşması ilə əlaqələndirirlər. Lakin qeyd etdiyimiz kimi, son zamanlar bazarda ətin qiymətində ucuzlaşma müşahidə olunur. Buna səbəb isə istehlak bazarında ətə olan tələbin azalmasıdır.

Sözügedən məsələ ilə bağlı şadlıq saraylarından Cebhe.info-ya bildirilib ki, ət az miqdarda alındığından baha qiymətə gəlir:

“10 ildir ki, tanış qəssabla çalışırıq. Hər zaman əti ondan alırıq, qiymət isə bazar qiyməti ilə eynidir. Siz bazardan və ya qəssablardan necə alırsınızsa, biz də elə o qiymətə alırıq. Bizim aldığımız ət ən yaxşı ətlərdəndir. İstinilən zaman gəlib yoxlaya da bilərsiniz. Müştərilərimizdə göstərdiyimiz xidmətdən olduğca razıdırlar”.

Həmsöhbətimizə “Menyunun ucuzlaşması gözlənillirmi?” sualına cavabında hazırda qiymətdə ucuzlaşma gözləmədiklərini deyib:

“O halda ucuz olar ki, əti topdan çox alarsan, o zaman 1 və ya 2 manat ucuzuna almaq olar. Lakin son günlər bazarda ətin ucuzlaşdığını mən də müşahidə eləmişəm. Ətin qiyməti ola bilsin ki, aşağı düşsün, biz də istəyərik ətin qiyməti ucuz olsun. Bizlərə də sərf edir əti ucuz alaq, o zaman restoranlarda qiymətlər də aşağı düşə bilər”.
Ardını oxu...
Noyabrın son həftəsində bütün dünyada keçirilən “Black Friday” (“Qara cümə”) endirimləri Bakıda da keçirilib.

Hətta bəzi mağaza və dükanlarda kəskin endirimlər səbəbindən izdiham yaşanıb.

Alıcıların bir qismi isə endirimlərim olmadığını və mağazaların bir neçə gün öncədən qiymətləri qaldıraraq saxta kompaniyalar keçirtdiklərini bildiriblər.
“ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 

Bu gün Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçiriləcək.

Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak edəcəklər.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.
2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir. Bu il SPECA-ya sədrlik Azərbaycandan Tacikistana keçib. Növbəti 19-cu SPECA sammiti gələn il Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.
 
Ardını oxu...
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,56 ABŞ dolları, yaxud 2,99 % azalaraq 83,17 ABŞ dolları təşkil edib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 80,89 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Neftin qarşıdakı aylar ərzində də qiymətinin aşağı düşməyə davam edəcəyini bildirən iqtisadçı Razi Abbasbəyli Banco.az-a açıqlamasında xatırlatdı ki, son iki ay ərzində neftin qiymətində təxminən 17 faizə qədər ucuzlaşma baş verib:

“Azərbaycanın ixrac etdiyi məhsullar içində neft əsas yer tutur. Bu məhsulun qiymətinin aşağı düşməsi valyuta ehtiyatlarımıza, milli valyutanın həcminə, büdcə proqnozlarının idarəedilməsinə birbaşa təsir göstərir.

Azərbaycan üzən məzənnə sisteminə keçməsə də, milli valyutanın kursu Mərkəzi Bank tərəfindən daha çox inzibati yollarla, inzibati alətlərlə idarə olunur. Yaxın gələcək üçün proqnozlaşdırılmasa da, neftin qiymətinin aşağı düşməsi manat üçün təhdid yarada bilər. Çünki, Neft Fondundan proqnozlaşdırılan gəlirlərin azalması transferlərin həcminə təsir göstərə bilər. Təkcə qiymətlər ucuzlaşmır, Azərbaycanda neft hasilatı da sürətlə azalır. Məsələn, proqnozlara görə, 2024 -2025-ci ildə Azərbaycanda 30 milyon ton neft hasil olunacaq. 2022-ci ildə bu rəqəm 34 milyon ton idi. Deməli, iki il ərzində Azərbaycanın neft hasilatı 4 milyon ton azalacaq. Bu, kifayət qədər ciddi rəqəmdir”.

2030-cu ilə qədər həm neftin qiymətinin ucuzlaşması, həm də hasilatın kəskin azalmasının proqnozlaşdırıldığını qeyd edən iqtisadçı bildirdi ki, belə olan təqdirdə, Mərkəzi Bank istər büdcə proqnoz və xərcləri ilə, istərsə də milli valyutanın məzənnəsinin idarə edilməsi ilə bağlı uzunmüddətli strateji planları hazırlamalıdır:

Əks təqdirdə, 2024-cü ildən sonra manatla bağlı ciddi narahatlıqlar yaşana bilər...

“Bütün hallarda hökumət maliyyə siyasəti ilə bağlı manatın kursunun tənzimlənməsi ilə bağlı olaraq atacağı addımları 2030-cu ilə hədəfləməlidir. İxracatının 80 faizi neftdən asılı olan Azərbaycanın təcili olaraq yaxın 10 il üçün strateji maliyyə siyasəti hazırlamalıdır. Bununla bağlı proqramlar müzakirə edilməlidir və uzunmüddətli dövrlər üçün qərarlar qəbul olunmalıdır”.
Gülbəniz Hüseynli/Banco.az
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Azərbaycanda pambıq yığımında ciddi azalma var. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu il noyabrın 1-dək 72,1 min hektar sahədən 168,9 min ton (15,1 faiz az) pambıq yığılıb. Hər hektardan orta məhsuldarlıq 23,4 sentner təşkil edib. Ötən ilin eyni dövründə 80 min ha sahədən 199 min ton pambıq yığılıb, orta məhsuldarlıq 24,9 sentner olub. Bu isə o deməkdir ki, cari ildə ötən ilkindən 8,9 faiz az sahədən məhsul toplanıb.

Qeyd edək ki, bu il ölkə üzrə 94,2 min hektar sahədə pambıq əkilmişdi. Ötən il isə əkin sahələri 100,4 min hektar idi. Əkin sahələrinin azalmasına rəğmən məhsuldarlığın artırılması hesabına pambıq istehsalının ötən ilkindən daha yüksək olacağı proqnozlaşdırılırdı. Lakin proqnozlar özünü doğrultmadı. Bunun səbəblərini açıqlayan Sabirabadlı fermer Əfras Əsgərovun “Yeni Müsavat”a dediyinə görə, burada iki amil mühüm rol oynayıb: “Birinci amil avqust ayında pambığı naməlum xəstəliyin vurmasıdır. Mən 30 ildir pambıq əkirəm, bu xəstəliyi ilk dəfədir müşahidə edirəm. Avqustun 23-də sahələrimi bir-bir gəzmişəm, hər hansı xəstəlik görməmişəm, nə olubsa ondan sonra olub. Bu xəstəlik məhsuldarlığı 1-2 sentner aşağı saldı. Daha bir səbəb sentyabrda yağan davamlı yağışlar oldu. Yağışlar məhsuldarlığın daha 3-4 sentner düşməsinə gətirib çıxarıb. Bu iki amil üzündən bu il məhsuldarlıq hər hektardan 6 sentner aşağıdır. Deyim ki, bu, çox böyük itkidir. Mən məsələn, avqustun 23-də desəydilər, 500 ton məhsulun pulunu götür, sahədən çıx, razılaşmazdım, çünki daha yüksək məhsuldarlıq gözləyirdim. İndi amma 400 tona çata bilsəm, sevinərəm”.

Fermer deyir ki, nə xəstəlik, nə də yağışların vurduğu zərər aqrar sığorta hadisəsi deyil: “Aqrar sığorta sel, daşqın kimi fəlakətlərdən sığortalayır. Xəstəlik, sel olmadan yağşların vurduğu zərər qarşılanmır, dünyanın heç bir yerində qarşılanmır. Xəstəliklə bağlı günah bizim özümüzdədir - dövlət qurumları, aqronomlar, pambıqçıların özləri o xəstəliyi görməliydik”.

Ə.Əsgərovun sözlərinə görə, problem ən çox az sahədə pambıq əkənlərə zərər vurur: “Mənim kimi çox əkənlər birtəhər vəziyyətdən çıxırıq. Amma 4-5, 2-3 hektar əkənlərin çoxu zavodlara borclu qalır. Biz pambıqçılar bu vəziyyətdə dövlətdən dəstək gözləyirik. Əlbəttə, anlayırıq ki, dövlətin azad olunan ərazilərin bərpası kimi böyük yükü var. Amma fermerləri də zərərdə qoymaq olmaz. Dövlət pambığın hər kiloqramına görə 19 qəpik subsidiya verir. Mümkün olarsa, fermerlərin zərərə düşməməsi üçün yalnız bu il üçün subsidiya həcmini 10 qəpik artırsınlar. Ümumi istehsal həcmini nəzərə alsaq, bu, dövlət üçün 2-2,5 milyon manat xərc yaradacaq, amma minlərlə fermeri zərərdən çıxaracaq”.

Müsahibimiz qeyd edir ki, 2016-cı ildən bəri pambıqçılıq gəlirli sahəyə çevrilib: “Əvvəllər pambığı zorla əkdirirdilərsə, indi camaatı saxlamaq olmur, hamı pambıq əkmək istəyir. Zavodlar toxumu verir, becərmə xərcini ödəyir, texnika verir, dəyərini axırda məhsulun pulundan çıxır. İstehsalçı məhsulu verir, qazancını cibinə qoyub gedir evinə. Məhsuldarlıq da artırdı: Türkiyədə orta məhsuldarlıq 40-45 sentnerdir, biz yaxın 3-4 ildə bu həddə çatmağı gözləyirik. Pambıqçılar yaxşı qazanırlar, bu illər ərzində pambıqla varlanıb iş adamı olanlar o qədərdir ki... Bu gün pambıqçılıqda 400 minə yaxın insan qazanc əldə edir, yüksək əmək tutumlu sahədir. Buna görə də dövlətin də marağındadır ki, pambıqçılıq inkişaf etsin. Digər tərəfdən, pambıq taxılla növbəli əkilir, onu ləğv etsək, taxılçılıqda da məhsuldarlıq kəskin düşər aşağı”.

Ə.Əsgərovun verdiyi məlumata görə, hazırda da pambıq yığımı davam edir: “Hər hektardan orta hesabla 25-26 sentner olacaq. Ümumilikdə ölkə üzrə 240-250 min ton məhsul əldə edə bilərik”.

Qeyd edək ki, müstəqillik illərində kəskin azalan pambıq istehsalına diqqət 2015-ci ildə neft qiymətlərinin kəskin düşməsi nəticəsində gəlirlərin azalmasından sonra yetirilməyə başlanıb. 2016-cı ildən etibarən toplanan pambığa görə dövlət tərəfindən dəstək ödənişi təyin edilib. 2016-cı ildə 89 min 442 ton olan pambıq istehsalı 2017-ci ildə 207 min 525 tona, 2018-ci ildə 233 min 592 tona, 2019-cu ildə 295 min 279 tona, 2020-ci ildə 336 min tona çatdırılıb. Pambıq əkinlərinin sahəsi qeyd olunan illərdə 51,4 min ha, 136,4 min ha, 132,5 min ha, 100,1 min ha təşkil edib. Bu zaman orta məhsuldarlıq 2016-cı ildə 17,3 sentnerdən 2017-ci ildə 15,3 sentnerə düşsə də, 2018-ci il ildən artmağa başlayaraq 2020-ci ildə 33,6 sentnerə çatıb. Göründüyü kimi, məhsuldarlığın artırılması istiqamətində nəzərəçarpacaq irəliləyiş vardı: 2017-ci illə müqayisədə 2020-ci ildə əkin sahələri 36 min ha azalsa da, istehsal həcmində 72 faizə yaxın artıma nail olunmuşdu.

2017-ci ildə təsdiqlənən “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın 6.3-cü bəndində sənədin icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalının 500 min tona çatdırılması hədəflənirdi. Lakin 2021-ci ildə istehsal 287 min 41 tona, məhsuldarlıq isə 28,5 sentnerə düşüb. Rəsmilər istehsaldakı azalmanın iqlim şərtlərindən qaynaqlandığını bildiriblər. Belə ki, 2021-ci ildə ölkədə quraqlıq və yağıntıların qeyri-bərabər paylanması nəticəsində pambıq sahələrinin vaxtında suvarılmasını təmin etmək mümkün olmayıb. Xüsusilə pambıq istehsalında öndə gedən rayonlarda suvarmanın müasir metodlarından istifadə olunmaması, sentyabrda - yığım ərəfəsində güclü yağışların yağması məhsuldarlığı kəskin azağı salıb.

Azərbaycanda 2022-ci ildə pambıq əkinləri artırılaraq 104,3 min hektara çatdırılıb. Dövlətin hər 1 ton məhsula görə verdiyi subsidiya 100 manatdan 170 manata qaldırılıb. Eyni zamanda ötən il yığım ərəfəsində xam pambığın alış qiyməti iki dəfə 50 manat, ümumulikdə 100 manat artırılıb. Nəticədə emal müəssisələri istehsalçılara xam pambığın birinci növü üçün 1 tona 800 manat, 2-ci növ üçün 780 manat, 3-cü növ üçün 740 manat, 4-cü növ üçün 700 manat ödəyiblər. Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına əsasən xam pambığın alış qiymətinin hər tona görə əlavə 100 manat qaldırılması 2022-ci ildə pambıq istehsalı ilə məşğul olan fermerlərin 30 milyon manata yaxın əlavə gəlir əldə etməsinə imkan verəcəkdi. Bu isə o deməkdir ki, ötən il pambıq istehsalı həcminə dair gözləntilər 300 min ton civarında idi. Rəsmi statistikadan aydın olur ki, 2022-ci ildə faktiki istehsal 321,8 min ton (2021-ci ildəkindən 12,1 faiz çox) təşkil edib.

Yuxarıda da qeyd etdik ki, pambıq ixracyönümlü məhsul olduğuna görə dövlət onun istehsalını subsidiyalaşdırır, ixracı isə stimullaşdırılır. Rəsmi statistikadan aydın olur ki, 2020-ci ildə Azərbaycandan xaricə133 milyon 260,32 min dollarlıq 100 min 466,82 ton, 2021-ci ildə 210 milyon 919,04 min dollarlıq 126 min 997,96 ton, 2022-ci ildə isə 174,5 milyon dollar dəyərində 77,6 min ton pambıq lifi ixrac olunub. Pambıqdan hazır məhsul istehsalı zəncirində ikinci həlqə olan pambıq iplik ixracı isə 2020-ci ildə 18 milyon 951.27 min dollar dəyərlə 9 040.91 ton, 2021-ci ildə 58 milyon 115.09 min dollar dəyərlə 18 429.01 ton 2022-ci ildə isə 33,1 milyon dollar dəyərlə 8,6 min ton təşkil edib. Göründüyü kimi, 2022-ci ildə pambıq lifi ixracında illik azalma həcm ifadəsində 39 faiz, dəyər ifadəsində isə 17,3 faiz, pambıq iplik ixracında isə müvafiq olaraq 54 faiz və 43 faiz olub.

Pambıq lifi və iplik ixracındakı azalma bu il də davam edir. Belə ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 98 milyon 461 min ABŞ dolları dəyərində 54 min 634 ton pambıq lifi, 27 milyon 708 min dollar dəyərində 9 min 755 ton pambıq iplik ixrac edilib. Ötən ilin eyni dövründə pambıq lifi ixracı 153 milyon 834 min dollar dəyərlə 66 min 112 ton, pambıq iplik ixracı isə 30 milyon dollar dəyərlə 7,5 min ton təşkil etmişdi. Dövlət Gömrük Komitəsinin məlumatı əsasında apardığımız hesablamaya əsasən, pambıq lifi ixracı illik müqayisədə dəyər ifadəsində 36 faiz, çəki ifadəsində isə 17,4 faiz, pambıq iplik ixracı dəyər baxımından 7,6 faiz azalıb, çəki baxımından isə 30,6 faiz artıb.

Bu rəqəmlər göstərir ki, qlobal bazarlardakı qiymət azalması Azərbaycanın pambıq ixracından gəlirlərini kəskin azaldıb. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, dünya üzrə pambıq balansına əsasən, 2023/24-cü məhsul ilində pambıq istehsalının 2022/23-cü məhsul ili ilə müqayisədə 2.8 faiz azalaraq 24.7 milyon ton olacağı proqnozlaşdırılır.

Müəllif: Dünya SAKİT - “Yeni Müsavat”
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Ardını oxu...
Dövlət Sərhəd Xidməti elan etdiyi iki tenderin qalibi "ŞURATAZ LTD" ilə müqavilə imzalayıb.

32gun.az-ın məlunatına görə, DSX ilə qalib şirkət arasında "KAMAZ-43114 markalı yük və şəxsi heyət daşıyan avtomobillər üçün avtoşinlər" üçün 212.400 AZN-lik, "Minik, yük avtomobilləri, xüsusi və mühəndis texnikaları üçün avtoşinlər" üçün isə 258.188,72 AZN dəyərində müqaviləyə imza atılıb.

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "ŞURATAZ LTD" MMC-nin qanuni təmsilçisi İlham Rəhimov Ərəstun oğludur.

Yerli mediada gedğn məlunatlara görə, rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasovdur. Məlumatlarda Xaliq Abbasovun Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin həmyerlisi və dostu olduğu bildirilib.

Həmçinin Xaliq Abbasov “IFO Tire LTD” və digər ofşor şirkətləri vasitəsilə beynəlxalq ticarət əməliyyatlarında pul “itirmək”, külli miqdarda valyutanı Azərbaycandan kənarda müxtəlif ofşor banklara köçürməklə məşğul olması yazılıb. Qeyd edilib ki, Xaliq Abbasovun sahibi olduğu “Şurataz LTD” şirkəti “Goodyear”, “Michelin” və “Continental” şirkətlərinin Azərbaycanda distribüteri kimi, onun öhdəliyi adıkeçən şirkətlərə aid məhsulları Azərbaycana çatdırmaq və bu ölkədə satmaqdan ibarətdir.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevdir.
 
Ardını oxu...
Azərbaycan sistemin sərtləşmə dozunu artırır – bunun hələ ardıcıl siyasət, və ya epozodik məqam olduğunu görəcəyik, amma belə davranışın müxtəlif səbəblərindən biri bəzi Qərb siyasətçilərinin və ölkələrinin beynəlxalq hüququ çeynəyən qərəzli açıqlamaları və qəbul edilmiş sənədlərdir. Doğrudan da bəzi Qərb siyasətçilərin məntiqsiz açıqlamaları heyrət və qəzəb doğurur.
Amma, məncə, əsas səbəblərdən biri ölkə iqtisadiyyatının getdikcə daha ağır duruma düşməsi, bununla bağlı hökumətin iqtisadi komandasının heç bir həll yolu təqdim edə bilməməsidir. Azərbaycanda bu il ÜDM artımı MDB ölkələri arasında ən zəif nəticə oldu – iqtisadiyyatımız bu ilin ilk 3 rübündə cəmi 0,5% artıb, bu isə artım deyil, hətta ressesiyadır. Məmləkətdə rəsmi inflyasiya ikirəqəmlidir, insanların real gəlirləri artmır, iş yerləri azalır, son 2-3 gündə elə hökumətin özünün rəsmi məlumatlarına baxın: Azərbaycanda armatur istehsalı 26%-dən çox, ayaqqabı istehsalı 45%, makaron istehsalı 32%, geyim istehsalı 12,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 25,4% azalıb. Bir daha, bu son 2-3 günün məlumatlarıdır, hətta iş o yerə çatıb ki, ilk dəfə olaraq Gürcüstanla ticarət dövriyəmizdə mənfi saldo yaranıb – həmişə biz Gürcüstana daha çox mal-məhsul satırdıq, indi əksinə olub, Gürcüstanın Azərbaycana ixracı idxalından daha çox olub.
Ölkədə sonuncu sərt repressiya dalğası 2013-2016 arası oldu, o zaman da müxtəlif səbəblər var idi, amma əsas məsələlərdən biri o idi ki, 2013-dən başlayaraq ölkədə iqtisadi mənzərə kəskin pisləşməyə başladı, nəticədə kəskin devalvasiyalar yaşadıq, iqtisadiyyat daraldı, qiymətlə kəskin artdı – pararlel olaraq da siyasət, media, sivil toplum alanları kəskin daraldıldı, siyasi həbslərin pik nöqtəsini yaşadıq.
Hökumətin iqtisadi komandasının bacarıqsızlığını sərtləşmə həll edə bilməz, çünki iqtisadiyyatda fundamental və institutsional, idarəetmə ilə bağlı problemlər var. Bu problemlərin həlli yolu isə sərtləşmədən deyil də, tam tərsinə sərbətləşmədən, vergi-gömrük islahatlarından keçir.
Məmləkətimiz tariximizdə görünməyən qürurlu bir uğur qazanıb - ərazi bütövlüyümüz tam bərpa olunub, Azərbaycan post-sovet məkanında ilk və yeganə ölkədir ki, Rus və Sovet İmperiyasının basdırdığı “etnik münaqişə minasını” təmizləməyə nail oldu, indi məmləkətin qarşısında daha böyük çağırışlar, daha böyük xərclər var – deməli ölkə daha çox qazanmalıdır ki, daha çox da xərcləyə bilsin. İndiki iqtisadi siyasətlə bu mümkün deyil və bu problemin həlli yolu sərtləşmədən deyil də, rəqabət və şəffaflıqdan keçir...
Natig Cəfərli
Teref. Xocanın Blogu
 
 
 
Ardını oxu...
Elçin Bayramlı: “Bütün bunlar Kənd Təsərrüfatı Nazirliyinin qeyd olunan sahəyə diqqət yetirməməsinin nəticəsidir”.
Bu fikirləri yerli meyvə-tərəvəz məhsulları bazarındakı mövcud vəziyyəti və qiymətlərin uyğunluğunu dəyərləndirən kənd təsərrüfatı üzrə ekspert Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, əhalinin sosial vəziyyəti yaxşılaşmadığı üçün həmin məhsullara tələbat nəinki artmayıb, əksinə, azalıb:
“Bahalaşma əvvəlki illərlə müqayisədə təbii ki uyğun deyil. Ümumiyyətlə, bahalaşma prosesinin ildən-ilə intensivləşdiyi müşahidə olunur və o baxımdan, hər ilin sonuna doğru meyvə-tərəvəzlərin qiyməti artır. Çünki payızlıq meyvə-tərəvəzlərin artıq yay başa çatmadan azaldığını görürük.
Bu həm də ölkədə meyvə-tərəvəz istehsalının azalmasının göstəricisidir. Çünki bu məhsulların ixracında da hər hansı artım yoxdur ki bahalaşmanı onunla əlaqələndirə bilək. Əksinə, ixrac göstəricilərində də azalma qeydə alınıb. Bütün bunları nəzərə aldıqda, ölkədə meyvə-tərəvəz bolluğu və qiymətlərin ucuzlaşması baş verməli idi.
Lakin bahalaşmanın davamlılığı onu göstərir ki, əhalinin sosial vəziyyəti yaxşılaşmadığı üçün həmin məhsullara tələbat nəinki artmayıb, hətta azalıb. Dediyim kimi, bunun da əsas səbəbi yerli istehsalın azalmasıdır. Belə bir vəziyyətin yaranması isə sahibkar və fermerlərin bazara çıxışında ciddi maneələrin olması ilə bağlıdır.
Eyni zamanda, toxumun və müxtəlif zəruri xidmətlərin bahalaşması, o cümlədən, bir çox ərazilərdə suvarma sisteminin olmamasında ifadə olunan bahalaşma təsərrüfatları sıradan çıxarır. Nəticədə istehsal azalır və idxaldan asılılığımız artır.
Bütün bunlar Kənd Təsərrüfatı Nazirliyinin qeyd olunan sahəyə diqqət yetirməməsinin nəticəsidir. Yerlərdə sahibkaralara qarşı maneələr, korrupsiya halları, bürokratik əngəllər, subsidiyaların verilməsində yaşanan neqativ nüanslar hələ də aradan qaldırılmayıb. Çünki bu sahədə düzgün və effektli idarəetmə sistemi qurulmayıb”.
Yusif Səmədzadə
www.yenicag.az
 
Ardını oxu...
“Mərkəzi Bank tərəfindən bir sıra “interchange” tariflər üzrə yuxarı hədlərin müəyyənləşməsi sahibkarların xərclərinin azaldılması məqsədini daşıyır”.

Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, tariflərin azaldılması ərzaq və dərman satan obyektlərin xərclərinin azalmasına gətirib çıxaracaq.

Maraqlıdır, bu addım sözügedən malların qiymətinə necə təsir edəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O qeyd edib ki, Azərbaycanda əvvəllər də belə güzəştlər tətbiq olunub:

“Məsələn, 2017-ci ildə də belə güəştlər tətbiq olunmuşdu. Amma bu, ərzaq və dərman qiymətlərinə ciddi şəkildə təsir etməyib.

Burada çox cüzi məbləğlərdən söhbət gedir. Bank kartları ilə alış-veriş edərkən tutulan komissiyalar azalacaq.

Komissiya haqları da böyük məbləğ deyil. Komissiyaların azaldılması və ya güzəştlərin tətbiq olunması qiymətlərə nəzərəçarpacaq şəkildə təsir etməyəcək. Qarşılıqlı şəkildə banklararası güzəştlərin edilməsi isə pozitiv addımdır”.
 
 
 
Ardını oxu...
"İri marketlərdə torpaqlı kartofların satılması ilə ilə bağlı Qida Təhlükəsizlik Agentliyi rəy verməlidir”.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu marketoloq Pərviz Əzimov deyib.

Onun sözlərinə görə, aydın görünür ki, qidanın üstündə torpaq var, içində qurd ola bilər:

”Bu, təmizlənməlidirmi? Qida Təhlükəsizlik Agentliyi bunun satışına nəzarət edib rəy verməlidir. Amma bir də kartofun çəkisi məsələsi var. Mütləq mənada torpaqlı tərəvəzlə təmizlənmiş məhsulların qiymət fərqi olmalıdır. Çünki müştəriyə təmiz məhsulun çəkisi satılmalıdır. Bütün müştərinin haqqıdır ki, məhsulun təmiz çəkisini əldə eləsin. Məsələn, əgər yazılıbsa ki, kilosu 1 manata satılır, burada təmiz çəkidən söhbət gedir.
Qanunvericiliyə görə istehlakçı əldə etdiyi məhsulun dəyəri qədər pul ödəməlidir. Ona görə də belə hallarda müştəriyə ikili təqdimat olmalıdır. Ya da bu məsələ müştərinin istəyini nəzərə alaraq onlara satılmalıdır”.

Pərviz Əzimov hesab edir ki, belə halda marketin üzərinə düşən öhdəlik var:

"Məsələn, təmizlənməmiş kartofun 1 kilosu 80 qəpikdir. Müştəri qiymətlə razılaşmalıdır və onu belə halda alıb-almamasına özü qərar verməlidir”.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.
 

Dünyapress TV

Xəbər lenti