Ardını oxu...
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Azərbaycan qazını daşıyacaq Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Mərasimə hər üç ölkənin prezidentləri də qatılıblar.

Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi qismən Avropa Birliyinin ayırdığı 49.6 milyon avro məbləğində qrant, qismən də Avropa İnvestisiya Bankından Serbiyanın aldığı 25 milyon avro güzəştli kredit hesabına maliyyələşdirilib. Bu vəsaitlər qaz kəmərinin Serbiyadan keçən hissəsinin tikintisi üçün nəzərdə tutulub.

Yeni qaz kəməri Serbiyanın Niş şəhərindəki mövcud şəbəkəni paytaxt Sofiyadakı Bolqarıstan şəbəkəsi ilə birləşdirəcək. Qaz kəmərinin Serbiya hissəsinin uzunluğu 109 kilometrdir. Layihə Serbiyanın illik toplam istehlakının 60 faizinə yetəcək 1,8 milyard kubmetr təbii qazı ötürməyə imkan verəcək.

Ötən ilin oktyabrında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı olmuşdu. Onun ümumi uzunluğu 182 kilometrdir. Bu kəmər Bolqarıstanla Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. İnterkonnektorun toplam dəyəri 240 milyon avrodan çoxdur.

Avropa Komissiyası 2010-cu ildə texniki-iqtisadi əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın gerçəkləşdirdiyi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib.

Bu interkonnektorlar Azərbaycan qazının Bolqarıstandan digər Avropa ölkələrinə ixracına şərait yaratmaq məqsədi ilə inşa edilib və “Şahdəniz-2” yatağından çıxarılan təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

Azərbaycanın Avropa qaz bazarında yeri
Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun işə düşməsindən sonra Serbiya Azərbaycanın təbii qaz satdığı 9-cu ölkəyə çevriləcək. Bu ölkələrdən yeddisi Avropa ölkələridir. Unutmaq olmaz ki, ötən il Avropa Birliyi və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilədək Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalı - 20 milyard kubmetrə çatdırmalıdır.

Ötən ilin fevralında Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə Avropanın təbii qaz bazarında ciddi dəyişikliklər doğurub.

Avropa ölkələrinin Rusiya qazından asılılığı azaltmaqla bağlı qərarı Azərbaycan kimi alternativ qaz qaynaqlarının istər iqtisadi, istərsə geosiyasi önəmini artırıb. Azərbaycan qazının Şərqi Avropa ölkələrinə çatdırılmasını hədəfləyən interkonnektorların tikintisinin sürətlənməsi də bu dövrdən başlanıb.

Qaz satışını artırsa da, Azərbaycan Avropanın təbii qazla təminatında həlledici rol oynamır. Avropa İttifaqı statistika qurumunun açıqladığı göstəricilərdən bəlli olur ki, bu ilin ilk altı ayında həmin birliyin boru kəmərləri ilə idxal etdiyi qazın cəmi 6 faizi Azərbaycanın payına düşüb.

Avropanın təbii qazla təminatında maye qazın da rol oynadığını nəzərə alınsa, Avropanın toplam qaz idxalında Azərbaycanın payı 6 faizdən də azdır. Müqayisə üçün: Bu ilin ilk yarısında boru kəmərləri ilə Avropaya təbii qaz nəqlində sanksiyalara məruz qalan Rusiyanın payı 13.6 faiz olub, yəni Azərbaycanla müqayisədə iki dəfə daha çox.

Hazırda Avropa ölkələri boru kəmərləri ilə ən çox Norveçdən (44.3 faiz), Birləşmiş Krallıqdan (17.8 faiz) və Əlcəzairdən qaz idxal edir (16.5 faiz).

Azərbaycanın təbii qazdan qazancı
Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın qazla təminatında Azərbaycanın rolu həlledici həddə yüksəlməsə də, təbii qaz qiymətlərindəki kəskin artım azalan neft hasilatı fonunda ölkəni potensial iqtisadi böhrandan qoruya bildi. Axı müharibədən sonra təbii qaz qiymətlərində bir neçə dəfə artım baş verib. Dövlət Gömrük Komitəsinin açıqladığı göstəricilərə görə, bu ilin ilk on ayı ərzində təbii qaz ixracının Azərbaycanın toplam ixracındakı payı 42 faizə yüksəlib. Bir neçə il öncə bu göstərici 20 faizə yaxın idi. Deməli, son bir neçə ildə təbii qazın Azərbaycanın ixracındakı payı iki dəfəyə yaxın artıb.

Təbii qazdan gəlir artdığından, son illər Azərbaycanın neft hasilatındakı azalma ölkə iqtisadiyyatında çox ciddi hiss edilməyib. O da var ki, hazırda ölkə iqtisadiyyatında Ümumi Daxili Məhsulun (ÜDM-in) artımı bir faizdən də aşağıdır. Başqa deyimlə, əslində, ölkə iqtisadiyyatı yerində sayır.

Rəsmi rəqəmlərə görə, Azərbaycanın ən böyük neft yatağı olan Azəri-Çıraq-Günəşli yatağından hasil edilən neftin həcmi 2015-ci ildən bəri 42 faiz azalıb. Belə bir şəraitdə təbii qaz gəlirlərində kəskin artım olmasaydı, ölkə iqtisadiyyatında çox ciddi geriləmələr gözə çarpacaqdı.

Son illər təbii qaz gəlirlərinina artması Azərbaycan iqtisadiyyatını böhrandan qorusa da, bu durum riskləri aradan qaldırmayıb. Bir çox ölkənin alternativ enerji qaynaqlarına irihəcmli yatırımlarından, üstəlik, Azərbaycanla yanaşı, digər resurs ölkələrinin də Avropaya qaz satışını artırmasından sonra Avropada təbii qaz qiymətlərinin nisbətən sabitləşəcəyi ehtimal edilir.

Bu baxımdan, bir çox xarici təşkilat və müstəqil ekspertlər Azərbaycanla bağlı açıqlamalarında ölkədə qeyri-neft sektorunun inkişafının həyati önəm daşıdığını bildirib. Bu, qarşıdakı illərdə ölkənin dayanıqlı iqtisadi inkişafa nail olmasının yeganə imkanıdır.

Mənbə: AzadlıqRadiosu
 
Ardını oxu...
“Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyaların açılması regional əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək”.

Bu sözləri Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov "Cebhe.info"-ya İrəvanın Gümrü-Qars və Arazdəyən-Naxçıvan dəmiryol xətləri ilə bağlı təklifini şərh edərkən bildirib.

O qeyd edib ki, Ermənistan bu istiqamətdə fəallıq nümayiş etdirməlidir:

“Gümrü-Qars və Arazdəyən dəmiryol xətləri vasitəsilə Naxçıvanı Azərbaycanın qərb əraziləri ilə birləşdirməklə yanaşı Ermənistan-Türkiyə dəmir yollarının açılmasına şərait yaradacaq. Bu dəmiryol xətləri ilə bağlı perspektivlər var.

Əsas məsələ, bu xətlərin açılmasına nail olmaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, rəsmi Bakının təklifi Zəngəzur istiqamətində kommunikasiyaların işə salınması ilə bağlıdır.

Ancaq İrəvanın nəqliyyat kommunikasiyalar məsələsində öz məqsədləri var. Belə ki, üçtərəfli noyabr Bəyanatının 9-cu maddəsinə əsasən, Ermənistan ərazisindən keçəcək dəmiryol xətləri Rusiya hərbçilərinin nəzarəti altında olmalıdır. Bu məsələdə Moskva ilə İrəvan arasında gərginlik yaşanır. İrəvanın onun ərazisindən keçəcək dəmiryol xətlərinin rus hərbçilərinin nəzarəti altında olmasını istəmir.

Ermənistan hakimiyyəti bu xətlərin özünün müəyyən etdiyi istiqamətdən keçməsini və öz prosedur qaydalarının tətbiq olunmasını istəyir. Burada əsas məsələ Ermənistanın kommunikasiyalar məsələsinin arxasında dayanıb-dayanmayacağıdır. Çünki burada həm siyasi çətinliklər, həm də texniki məsələlər var.

Bildirim ki, Azərbaycanın həm beynəlxalq hüquq və prinsiplərlə, həm də regional siyasi-hərbi-iqtisadi baxımdan mövqeyi çox güclüdür. Nəqliyyat kommunikasiyaların açılması Azərbaycan-Ermənistan münasibətlərinin inkişafına çox müsbət təsir göstərəcək”.
 
 
 
Ardını oxu...
Azərbaycanın cənub rayonlarında şəxsi təsərrüfatlarda istehsal edilən "kənd" yumurtasının bir ədədinin qiyməti 40 qəpiyə yüksəlib. Astara rayonunun mərkəzi bazarında rast gəldiyimiz bir alıcının sözlərinə görə, bir ay bundan əvvəl belə yumurtanın bir ədədi 25-30 qəpiyə olub: "Yerli yumurta, kənd yumurtası da, deyirlər, sürətlə bahalaşdı. Bazardan 10 ədəd yumurta almışam, 4 manat vermişəm. Əvvəllər yumurta kasıbın ərzağı idi, indi yox. Kasıb yumurtanı bu qiymətə necə alsın?".

Astara şəhər sakini Novruz Feyziyev də deyir ki, kənd yumurtasının bahalaşması ailə büdcəsinə mənfi təsir edir: "Pensiyaçıyam. Yumurtaya öyrəşmişəm, gündə bir ədəd yumurta yeyirəm. Ayda 10 manatdan çox pul götürür. Əvvəllər qiymət çox aşağı idi. Yerli toyuq da bahalaşıb".

"Əvvəllər toyuq-cücə saxlayanlar çox idi"
Bazarda yumurta, toyuq əti və digər məhsulların satışı ilə məşğul olan satıcı isə deyir ki, ilin bu vaxtında yumurtanın qiyməti adətən yüksəlir: "Quşçuluq fermalarında istehsal olunan bir ədəd yumurtanın qiyməti 17-20 qəpik, yerli yumurta isə 35-40 qəpikdir. Qapalı şəkildə saxlanan toyuqların yumurtaları 20 qəpiyədir. Əvvəllər fərdi təsərrüfatlarda toyuq-cücə saxlayanlar çox idi, indi onların sayı azalıb. Kəndlərdən gəlib marketdən yumurta alırlar. Yerli yumurtalar baha olduğu üçün də alıcısı azdır. Mənə kənd yumurtasının bir ədədini 30 qəpikdən verirlər, məcburam 40 qəpiyə satım".

Marketlərdə yumurta kifayət qədərdir. Başqa bir marketdə üç qiymətə yumurta gördük. Adının çəkilməsini istəməyən bu satıcı da deyir ki, marketə yerli toyuq əti də gətirilir: "Qablaşdırılmış yumurtaların bir ədədi 17 qəpikdir. Yerli yumurta ilə broyler yumurta arasında qiymət fərqi 20 qəpikdir. Broyler yumurtaları daha tez satılır, ucuzdur, ona görə. Yerli toyuq ətinə maraq böyükdür. Sifariş də verirlər. Çəkisi 800-900 qramdır. Digər toyuq ətlərindən bahadır".

"Cücə dəni çörəkdən bahadır"
Astara rayonunun Seləkəran kənd sakini, kənd təsərrüfatı məhsulların istehsalı ilə məşğul olan Mikayıl Əhmədov isə kənd yumurtasının bahalaşmasını belə izah edir: "Qiymət bahalaşırsa, deməli, bazara kifayət qədər məhsul çıxarılmır, azdır. İndi toyuq-cücə saxlamaq da problemə dönüb. Cücəni böyüdənə qədər dərman verilməli, iynə vurulmalıdır. Dərman, cücə dəni çörəkdən bahadır, kiloqramı 1 manat 50 qəpikdir. Gələn il necə olacaq, bilmək olmur? 50 cücə alırsan, üç-dörd aya yarısı da qalmır".

Onun deməsinə görə, üç aylıq cücə 5 manata başa gəlir: "Cücəni üç ay saxlayıb çəkisini 600 qrama çatdırırlar, sonra satırlar. Gözləmədən xəstəlik gəlir, hamısını məhv edir. Zəhmət hədərə gedir. Yumurtaya düşmüş toyuq xəstəliyə bir qədər dözümlüdür, amma orada da problem var. Səhər tez dururam, kəndə xoruzların səsini eşidirəm. Xoruz səsi gələn evlərin sayı azalıb".

Əhmədovun fikrincə, ölkədə gedən bahalaşmanın da buna təsiri var: "Fərdi təsərrüfatda saxlanılan toyuq broylerdə saxlanılan toyuqdan baha başa gəlir. Kəndli də fikirləşir ki, nə üçün evdə toyuq saxlayım, elə mağazadan alaram. Adamlar münasib qiymətə olan toyuq əti axtarırlar. Yayda yerli yumurta 20 qəpikdən aşağı düşmədi, halbuki 10-15 qəpik olardı. İndi yerli yumurtanın qiyməti artıb. Hələ artacaq, yerli toyuq yumurtalarını Bakıya daşıyırlar".

"Dən almağa hamının imkanı yoxdur"
Toyuq-cücə dəni satmaqla məşğul olan satıcının sözlərinə görə də, evdə saxlanan toyuq baha başa gəlir: "10-15 günlük cücənin dəni ayrıdır. Bir kiloqramı 1 manat 50 qəpikdir. Bu dəndən cücələrə iki ay verilməlidir ki, özünə gəlsin. Fərdi təsərrüfatlarda toyuq-cücəni həyətə buraxırlar, qapalı saxlamırlar, ona görə cücələri xəstəlik tez tapır. Özüm toyuq-cücə saxlayıram. Fevraldan bəslədiyim quşların hamısını sentyabrda satdım".

Onun deməsinə görə, sentyabrdan sonra ziyana düşmək ehtimalı böyükdür: "İndi əhalinin çoxu toyuğa arpa, buğda verir. Buğdanın bir kiloqramı 55, arpanın bir kiloqramı 60 qəpiyədir. Dən almağa hamının imkanı yoxdur. Qiymətlər, yəqin ki, qar yağandan sonra qalxacaq. Hər qiymət qalxanda fərdi təsərrüfatda toyuq saxlayanların sayı azalır".

Astara rayon Baytarlıq İdarəsindən bildirdilər ki, bu il quşçuluq təsərrüfatlarında kütləvi tələfat qeydə alınmayıb: "Fərdi təsərrüfatlarda saxlanan toyuq-cücələrdə keçici xəstəliklər ola bilər. Bu da yumurtanın azalmasına ciddi təsir etmir. Yerli yumurtanın ilin bu vaxtında azalması həmişə olur. Növbəti ayda yerli yumurta istehsalı artacaq. Onda qiymət aşağı düşəcək".


Mənbə: AzadlıqRadiosu ©
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
Ardını oxu...
Azərbaycandan Rusiyaya toyuq yumurtasının ilk tədarükləri bu həftənin sonuna, Türkiyədən isə yaxın gələcəkdə gözlənilir.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, Azərbaycan və Türkiyədən yumurta alışları ilə Rusiyada yumurtanın qiymətinin yaxın aylarda sabitləşəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, son 1 ildə Rusiyada yumurta 40% bahalaşıb.

"Daxili bazarın təlabatını ödəmək üçün operativ tədbir olaraq toyuq yumurtasına idxal rüsumlarının sıfıra endirilməsi barədə qərar qəbul edilib və bu məhsulların tədarükünün artırılması üçün dost ölkələrlə də danışıqlar aparılır. Azərbaycandan ilk tədarüklər bu həftənin sonuna, yaxın gələcəkdə isə Türkiyədən gözlənilir. Nəticədə, qarşıdakı ayda qiymət dinamikasının sabitləşəcəyi proqnozlaşdırılır",- deyə məlumatda deyilir.

Artıq ilk Türkiyə şirkətləri Rusiyaya toyuq yumurtası ixrac etməyə başlayılar. Bunu Türkiyənin Yumurta İstehsalçıları Mərkəzi Birliyinin idarə heyətinin rəhbəri İbrahim Afyon bildirib. Azərbaycandakı fərdi ticarətçilər bildirir ki, Azərbaycandan Rusiyaya yumurta ixracı daxili bazarda qiymətlərin yüksəlməsinə səbəb olacaq. Hazırda ədədi 16 qəpik olan broyler yumurtasının qiymətinin 25 qəpiyə qədər artacağını deyənlər var.

Quş əti, yumurta istehsalçıları və ixracatçıları assosiyasının sədri Mürvət Həsənli “Cebhe.info”-ya bildirib ki, Rusiya bazarına yumurta ixracına nail olmaq üçün 10 il çalışıblar:

“Yaxın 10 il ərzində biz davamlı olaraq Rusiya Kənd Təsərrüfatı Nazirliyinə müraciət edirdik ki, Azərbaycan istehsalı olan yumurtaları ixrac edə bilək. Nəhayət, 20 gün öncə kənd təsərrüfatı rəhbərliyi ölkəmizə səfər etdi və Qida Təhlükəsizliyi Agentliyi ilə razılığa gəldilər. 6 yerli firma reyestrden keçə bilib. Artıq Rusiya bazarına bu həftədən yumurta ixracına başlamışıq”.

O, həmçinin Azərbaycanın daxili bazarında yumurta istehsalından danışıb:

"Günlük yumurta tələbatımız 3 milyon 600 min ədəddir. İstehsalımız isə 4 milyon 900 min bəzən isə 5 milyon civarında ola bilir. Hal hazırda isə 10 yaxın ölkəyə yumurta ixrac edirik. Onlar yaxın şərq ölkələridir. Adlarını çeksək Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İraq və digər ölkələrdir. Oktyabrın 1- nə olan məlumata görə 40 milyon üzərində yumurta ixrac olunub və artmaqda sürətlə davam edir.

Bundan əlavə assosiasiya olaraq may ayının sonuna qədər 15-20 faiz civarında istehsalı və ixracı artırmaq istəyirik. Onu da qeyd edim ki, Rusiya bazarı bizim üçün çox böyük bazardır, həm də rentabellidir. Eyni zamanda, logistika baxımından çatdırılma da asandır. Lakin digər bazarlarıda itirə bilmərik. Çalışdığımız qədər bütün bazarlara yumurta təminatıdır”.

Həmsöhbətimiz Rusiyaya yumurta ixracından sonra daxili bazarda qiymətlərin qalxmasından danışıb:

"Mən düşünmürəm ki, daxili bazarda yumurtanın qiyməti qalxsın. Ola bilər 1, 2 qəpik artım olsun. O da hər zaman bazarda baş verə biləcək təbii məsələdir. Yumurtanın qiymətinin qalxmamasını onunla əlaqələndirirəm ki, ölkədə kifayət qədər yem ehtiyatı mövcuddur.

Dövlətin qayğısı və diqqəti yetərli qədərdir. Həm də daxili bazarda 10-a yaxın rəqabət aparacaq firmalar var. Ona görə qiymətlərin qalxması gözlənilmir. Eyni zamanda, səyyar satıcılar da çox olduğuna görə qiymət artımı olmaz”.
 
 
 
Ardını oxu...
Və ya adı bizim oldu, dadı özgənin

Yeni il bayramı ərəfəsində paytaxt bazarlarında xurma, korolyok və narıngi xeyli bahalaşıb. Satıcıların sözlərinə görə, artım bu məhsulların yeni il qabağı qonşu Rusiya bazarına çıxarılması ilə bağlıdır.

Alıcılar piştaxtalarda xurma və naringi qıtlığından danışır, qiymətlərin baha olmasından şikayətlənirlər. Ölkənin əsas şəhərinin bazarlarında korolyokun kiloqramı dekabrın əvvəlində 1,5-2,5 manata qalxıb. Xurma daha ucuzdur – kiloqramı 1 manatdan 1,5 manata qədər.

Ancaq bu qiymət etiketini çətin ki, uyğun hesab etmək olar. Məsələn, keçən ilin eyni mövsümündə sözügedən meyvələrinin kiloqramı üçün daha aşağı qiymət istəyirdilər. Korolyokun qiyməti 1 – 1,50 AZN-dən yuxarı qalxmırdı. Dükan sahibləri qiymətlərin bu qədər kəskin artmasının səbəbini soruşduqda deyirlər ki, mallar daha çox Rusiya bazarına çıxarılır.

Eyni səbəbdən paytaxt piştaxtalarında yerli naringilər bahalaşıb. Hər kəsin sevimli sitrus meyvələri ötən illərin bolluğu ilə müqayisədə daha az satılır. Portağalın qiyməti isə təklifin 1,5-2 manata düşməsi fonunda bahalaşıb.

Müqayisə üçün qeyd edək ki, ötən il keyfiyyətli meyvələrin qiyməti marketlərdə bir manat yarımı ötmürdü, halbuki mağazalarda ondan dəfələrlə baha qiymətlər tələb olunurdu.

Xiyarın qiyməti də kəskin bahalaşıb. Cəmi bir ayda artıq istixana məhsullarının qiyməti 3-4 manata yaxınlaşıb. Amma hələ noyabrın əvvəllərində onları 1-1,5 manata almaq olardı.

Qiymətlərin bahalaşmasına təkcə mövsümilik (soyuq havaların başlaması ilə xiyar məhsulları tarlalardan istixanalara köçüb) deyil, həm də açıq şəkildə azalan təklif təsir edib. Bu tərəvəz indi daha az miqdarda satılır.

Satıcıların qeyd etdiyi kimi, topdansatış qiymətinin artması və nəticədə tələbatın azalması səbəbindən onları topdansatış bazarından külli miqdarda idxal etmək sərfəli deyil. Əgər isti mövsümdə alverçilər gündə 40-50 kiloqrama qədər xiyar satırdılarsa, indi bu tərəvəzin ticarəti 10 dəfəyə qədər azalıb. Satıcılar deyirlər ki, yay tərəvəzləri çox zəif satılır. İndi onlar gündə 5-7 kiloqram satmaq üçün mübarizə aparırlar.

Paytaxtda ticarətin durğunluğuna və qiymətlərin kəskin bahalaşmasına baxmayaraq, bu meyvə-tərəvəzin ənənəvi bazara tədarükü gözlənildiyi kimi artıb. “Rosselxoznadzor”un məlumatına görə, 29 oktyabr 2023-cü il tarixinə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 11,3% artıb.

Yeni il qabağı Bakı bazarlarını və qiymətləri görəndə nədənsə inanmaq olmur ki, bizim ölkə xurma istehsalında dünya liderləri sırasındadır. Bununla belə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, respublikamız 192,4 min metrik tonla bu meyvənin dünyada ilk üç ən böyük istehsalçısı sıralamasını bağlayır.

Dünya bazarında xurmanın əsas tədarükçüləri Çin (3 milyon 429,4 min metrik ton), Cənubi Koreya (200,6 min metrik ton), Azərbaycan (192,4 min metrik ton), Yaponiya (187,9 min metrik ton) və Braziliyadır (170,2 min metrik ton).

Amma bu, ölkəmizdə bol-bol yetişən meyvənin bir kiloqramının mövsümün qızğın vaxtında 2-2,5 manata satılmasına mane olmur. Naringi ilə də oxşar vəziyyət yaşanır - kiçik olanlar bizim rəflərdə qalır, seçilmiş günəşli meyvələr qonşu ölkənin rəflərini bəzəyir.

Azərbaycanda sitrus meyvələrinin 20-dən çox çeşidi yetişdirilir. Onun böyük hissəsi daxili bazara gedir, qalan hissəsi ixrac olunur. Ötən il Rusiya bazarına minlərlə ton məhsul göndərilib. Göründüyü kimi, indi də yeni il ərəfəsində və qonşu ölkədə yüksək səmərəli tələbat yarandığı bir vaxtda bu meyvə sözün əsl mənasında ixrac üçün süpürülüb.

Bundan əlavə, nisbətən aşağı məhsuldarlıq da təsir edir. Astaralı bağbanların dediklərinə görə, onlar mallarını alıcılara 20-30, ən yaxşı halda 50 qəpiyə satmağa məcburdurlar. Məsələn, yanvar ayında bağ sahibləri sitrus meyvələrini adekvat qiymət gözləyərək, ağaclara dəyməyiblər, nəticədə meyvələri ağacdaca şaxta tələf edib. Bu arada paytaxtda Astara naringisinin kiloqramı iki manata satılır - bu qiymət isə topdansatış qiymətindən bir qədər bahadır.

Müəllif: Emma Rzayeva
Ayna.az
 
Ardını oxu...
Türkiyənin “Economist” jurnalı “Ən zəngin 100 araşdırması”nın nəticələrini ictimaiyyətlə paylaşıb.

Jurnalda Türkiyədə ən böyük sərvətə sahib olanların adları və ailələri açıqlanıb.

Siyahıda ilk 9 yer dəyişməyib. Türkiyənin 100 ən zəngin insanı və ailələri ümumi sərvətlərinə görə sıralanıb.

Həmçinin siyahıda bəzi adlar da təəccübləndirib.

Beləliklə, siyahıda 1-ci yeri 6 milyard dollardan çox sərvətlə Koç ailəsi və “Koç Holding” tutub.

2-ci yerdə 5-6 milyard dollarla Şevket Sabancının ailəsi və “Esas Holding”, 3-cü yerdə Erol Sabancı və ailəsi - “Sabancı Holding”, 4-cü yerdə 4-5 milyard dollar sərvəti olan Türkan Sabancı və ailəsi - “S. Sabancı Holding”, 5-ci yerdə 3-4 milyard dollara sahib Tara ailəsi və “Enka Holding”, 6-cı yerdə 3-4 milyard dollarla Eczacıbaşı ailəsi - “Eczacıbaşı Holding”, 7-ci yerdə 3-4 milyard dollar sərvətə sahib Hüsnü Özyeğin və “Fiba Holding”, 8-ci yerdə 2,5 milyard-3 milyard dollarla Murat Ülker və “Kökler Holding”, 9-cu yerdə 2,5 milyard-3 milyard dollarla Özokur ailəsi və “Üs Holding” qərarlaşıb. 10-cu yeri 2,5 milyard-3 milyard dollar ilə Erdemoğlu ailəsi və “Erdemoğlu Holding” əldə edib.

Digər ailələr isə aşağıdakı kimi sıralanıblar:

11 - Doğan ailəsi, “Doğan Holding” (2,5 milyard-3 milyard dollar)

12 - Şahenk ailəsi, “Doğuş Holding” (2,5 milyard-3 milyard dollar)

13 - Zorlu ailəsi, “Zorlu Holding” (2,5 milyard-3 milyard dollar)

14 - Yazıcı ailəsi, “Anadolu” Qrupu

15 - Özilhan ailəsi, “Anadolu” Qrupu

16 - Kibar ailəsi, “Kibar Holding”

17 - Tosyalı ailəsi, “Tosyalı Holding”

18 - Kocabıyık ailəsi, “Borusan Holding”

19 - Erman Ilıcak, “Rönesans Group”

20 - Mehmet Başaran, “Habaş Group”

21 - Konukoğlu ailəsi, “Sanko Holding”

22 - Yıldırım ailəsi, “Yıldırım Holding”

23 - Ömer Sabancı, “Densa Denizcilik”

24 - Çolakoğlu ailəsi, “Çolakoğlu Group”

25 - Sevda-Serra Sabancı, “Sabancı Holding”

26 - M. Latif Topbaş və ailəsi, BİM

27 - Gülçelik ailəsi, “ENKA Holding”

28 - Turgay Ciner, “Ciner Group”

29 - Mehmet Cengiz, “Cengiz Holding”

30 - Cemal Kalyoncu, “Kalyon İnşaat”

31 - Ahmet Çalık, “Çalık Group”

32 - Demir Sabancı, “Sedes Group”

33 - Küçük ailəsi, “Taha Holding”

34 - Nihat Özdemir, “Limak Group”

35 - Sezai Bacaksaz, “Limak Group”

36 - Eren ailəsi, “Eren Group”

37 - Torun ailəsi, “Torun Holding”

38 - Lucien Arkas, “Arkas Holding”

39 - Hamdi Akın, “Akfen Group”

40 - Kurdoğlu ailəsi, “Ata Holding”

41 - Nezih Barut, “Abdi İbrahim İlaç”

42 - Esirgen ailəsi, “Abdi İbrahim İlaç”

43 - Çarmıklı ailəsi, “Nurol Holding”

44 - Mehmet Ali Aydınlar, “Acıbadem Group”

45 - Alaton ailəsi, “Alarko Holding”

46 - Garih ailəsi, “Alarko Holding”

47 - Yamantürk ailəsi, “Güriş Holding”

48 - Mehmet Emin Karamehmet, “Çukurova Holding”

49 - Şefik Dizdar, “Taha Holding”

50 - Kazancı ailəsi, “Aksa Enerji”

51 - Altınbaş ailəsi, “Altınbaş Holding”

52 - Demet Sabancı Çetindoğan, “Demsa Group”

53 - İnan Kıraç, “Kıraç Holding”

56 - Zeynep Bodur Okyay, “Kale Group”

57 - Zafer Yıldırım, “Orjin Group”

54 - Ahmet Ahlatçı, “Ahlatçı Group”

55 - Hüseyin Özdilek, “Özdilek Group”

58 - Zafer Kurşun, “Orjin Group”

59 - Aslan ailəesi, “İçdaş”

60 - Lodrik ailəsi, “Enboy Tekstil”

61 - Berker ailəsi, “Tekfen Holding”

62 - Gökyiğit ailəsi, “Tekfen Holding”

63 - Akçadağlılar ailəsi, “Tekfen Holding”

64 - İbrahim Çeçen, “IC Holding”

65 - Yahya Kiğılı, “Hayat Holding”

66 - Boyner ailəsi, “Boyner Holding”

67 - Aydın ailəsi, “Turgut Aydın Holding”

68 - Orhan ailəsi, “Orhan Holding”

69 - Kanatlı ailəsi, “Eti Group”

70 - Demirören ailəsi, “Demirören Holding”

71 - Raif Ali Dinçkök, “Akkök Holding”

72 - Ömer Dinçkök, “Atlantik Holding”

73 - Nilüfer Dinçkök Çiftçi, “Akkök Holding”

74 - Yalçın Sabancı, “Yasa Holding”

75 - Öztürk ailəsi, “Opet”

76 - Yaşar ailəsi, “Yaşar Holding”

77 - Özaltın ailəsi, “Özaltın Group”

78 - İsfendiyar Zülfikari, “Zülfikarlar Group”

79 - Erdal Aksoy, “Turcas Group”

80 - Hanefi Öksüz, “Kipaş Group”

81 - Umur Üstünberk, “Üstünberk Holding”

82 - Pak ailəsi, “Pakmaya”

83 - Gürsel ailəsi, “Kiska Holding”

84 - Gülay ailəsi, “Gülaylar Group”

85 - Taşkent ailəsi, STFA

86 - Vedat Aşçı, “Astaş Holding”

87 - Hüseyin Aslan, “YDA Group”

88 - Avni Çelik, “Sinpaş Holding”

89 - Ali Ağaoğlu, “Ağaoğlu Group”

90 - Kiler ailəsi, “Kiler Holding”

91 - Koloğlu ailəsi, “Kolin İnşaat”

92 - Demet Mutlu, “Trendyol”

93 - Evren Üçok, “Trendyol”

94 - Fehmi Yıldız, “Yıldızlar Yatırım Holding”

95 - Süleyman Çetinsaya, “Artaş Holding”

96 - Feridun Geçgel, “Astor Enerji”

97 - Karamancı ailəsi, “Orta Anadolu Tekstil”

98 - Nafi Güral, NG Group”

99 - Erikoğlu ailəsi, Erbakır

100 - Fettah Tamince, “Rixos”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Haber Global
 
Ardını oxu...
Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada hazırkı geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Artıq iki ildən çoxdur ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Ölkəmizin hər bir layihəni uğurlu sonluqla başa çatdırması malik olduğu imkanların dünyaya təqdimatıdır.
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Dövlət başçısı İlham Əliyev mərasimdəki çıxışında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edərək bildirdi ki, enerji strategiyası uğurla icra edilir. Tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Azərbaycanın Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox olub. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaq.
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması ölkəmizin əməkdaşlığa önəm verməsinin təqdimatıdır. Dövlət başçısı İlham Əliyev sözügedən açılış mərasimində ölkəmizin enerji sektorunda qazandığı uğurların təhlili fonunda bu mühüm məqamı böyük əminliklə qeyd etdi ki, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir.
Prezident İlham Əliyev qeyd olunan mərasimi dostluq, strateji tərəfdaşlıq mərasimi kimi dəyərləndirərək bildirmişdir ki, bu layihə Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımızı səkkiz ölkəyə ixrac edirik. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək.

Ümumilikdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır.
Prezident İlham Əliyev Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində «Gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır» söyləyərək onu da qeyd etmişdir ki, əsas hədəfimiz bərpa olunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpa olunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır. Dövlət başçısı bu məqama da xüsusi diqqət yönəltdi ki, bir neçə gün bundan əvvəl yenə də növbəti dostluq təzahürünün şahidi olduq. Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsini dəstəklədilər: «Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir.»
Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
Ardını oxu...
"Ötən günlərdə baş vermiş zəlzələ zamanı ciddi bir fəsad və dağıntılar olmadığı üçün bu, əmlak bazarına elə bir ciddi təsir göstərməyəcək".

Bunu İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O, zəlzələdən sonra həyət evlərinin qiymətində artımın müşahidə olunub-olunmadığı ilə bağlı suala aydınlıq gətirib:

"Yay aylarında da belə bir zəlzələ baş vermişdi. Həmin ərəfədə də həyət evlərinin qiymətinin artması ilə bağlı qeyri-rəsmi xəbərlər yayılırdı. Ümumiyyətlə, tələbat yüksək olduğu zaman həyət evlərində qiymət artımı olur. Tələbat təxminən mart ayının sonundan başlayaraq avqustun sonuna qədər davam edir. Soyuq aylarda isə həyət evlərinə tələbat azalır. Çünki yay aylarında tikinti işləri daha rahat həyata keçirilir və bağ evlərinə maraq böyük olur".

Ekspert həmçinin xatırladıb ki, oktyabrın 1-dən çıxarışı olmayan evlərə kommunal xidmətlərin verilməməsi qərarı artıq çıxarışı olan həyət evlərinin qiymətini artırıb. O, həyət evlərinin böyük qisminin sənədlərində problemlər olduğuna görə həmin evlərin ipoteka predmentinə çevrilə bilmədiyini qeyd edib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə İqtisadiyyat.az-a açıqlamasında zəlzələdən sonra hələ ki, həyət evlərinə tələbatın o qədər də müşahidə olunmadığını deyib.

O da digər həmkarının fikirlərinə qatılaraq, ötən günlərdə baş vermiş zəlzələnin psixoloji baxımdan əmlak bazarına ciddi təsir göstərmədiyini vurğulayıb: "Ümumiyyətlə, biz bunun nəticələrini ayın axırından sonra biləcəyik. Zəlzələnin ciddi fəsadları olsaydı, bu, əmlak bazarında qiymətlərə öz təsirini göstərərdi. Lakin dağıntı və fəsadlar olmadığından hesab edirəm ki, baş vermiş zəlzələ əmlak bazarına ciddi təsir göstərməyəcək".

Xatırladaq ki, dekabrın 7-də Xəzər dənizində 5,6 maqnitutada zəlzələ baş verib. Yeraltı təkan 68 km dərinlikdə, 5,6 maqnitudalı olub. Zəlzələ 5-3 bala qədər hiss olunub. Xəzərdəki zəlzələ Bakı ilə yanaşı daha 8 rayonda hiss edilib. Hazırda afterşoklar davam edir.
 
 
 
Ardını oxu...
Yerli sahibkarlar hökumətə səsləniblər.

Sahibkar Yavuz Həsənov bildirib ki, elektron ticarətin onlara təsiri çox böyükdür:

“Hazırda Türkiyədə qiymətlər aşağı olduğu üçün hər kəs alış-verişi oradan edir. Bu bizim işimizə çox təsir edir. Vergi və gömrük rüsumları azalsa, satışımız artacaq”.
Mağazalardan birinin satış üzrə meneceri Pərvanə Musayeva qeyd edib ki, son aylarda satışlar kəskin olaraq azalıb.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
Ardını oxu...
Keçmiş deputat, "Karat" Holdinqin sahibi Əsabil Qasımov Rusiyada olduqca bahalı yaşayış kompleksi tikintisinə başlayıb. Azərbaycanda taxıl və un biznesindən qazandığı vəsaitləri böyük ölçüdə Rusiya iqtisadiyyatına yatıran sabiq deputat Kislovodsk şəhərindəki layihəsinə 50 milyon dollar vəsait (4.6 milyard rubl) xərcləyəcək. Layihə çərçivəsində88.5 min kv. metr sahəsi olan 1100 mənzildən ibarət 17 binanın, fitnes mərkəzinin, 300 maşınlıq parkının, üzgüçülük hovuzunun və ümumilikdə 11.5 min kv. metr sahəsi olan ticarət mərkəzinin tikintisi nəzərdə tutulur.
Kompleksin tikintisi bu ilin martında təsis edilmiş "ZAMKOVAYA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО "ЗАМКОВАЯ") tərəfindən həyata keçiriləcək və 2027-ci ildə başa çatdırılacaq.
Ardını oxu...
"ZAMKOVAYA" MMC-nin 100 faiz payla təsisçisi Qasımovlar ailəsinə məxsus " EKSPO" MMC-dir.
"EKSPO" MMC-nin təsisçisi isə 80 faiz payla Azərbaycanda hüquqi qeydiyyatda olan "KARMEN" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-dir. Digər 20 faizlik pay isə "Karat" Holdinqin Rusiyada təsis etdiyi "Aqros" MMC-yə məxsusdur.
Ardını oxu...
Cavanşir Həsənli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 

Dünyapress TV

Xəbər lenti