Ardını oxu...
Sberbank və Bank Melli İran Rusiyadan İrana zəruri malların idxalı üçün 6,5 milyard rublluq (təxminən 70 milyon dollar) kredit xətti açmağa razılaşıb.

Musavat.com xəbər verir ki, bu barədə İran Mərkəzi Bankı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Rza Fərzinin Rusiyaya səfəri çərçivəsində Sberbank və Bank Melli İranın rəhbərləri arasında görüş keçirilib və bu görüşdə Rusiyadan zəruri malların idxalı üçün 6,5 milyard rubl məbləğində kredit xəttinin açılmasına dair qərar qəbul olunub.

Bildirilir ki, bu addım İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında azad ticarət zonası haqqında sazişin imzalanmasından sonra Moskva ilə Tehran arasında maliyyə-bank əməkdaşlığının inkişafı yolunda ilk addımlardan biridir.

İran Mərkəzi Bankı Tehran və Moskva arasında “maliyyə və bank əməkdaşlığı tarixində yeni səhifənin başladığını” vurğulayıb.

Xatırladaq ki, dekabrın 25-də Aİİ ölkələri (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya) İranla tam miqyaslı azad ticarət sazişi imzalayıb. Sənədin imzalanması mərasimi Rusiya prezidenti Vladimir Putinin iştirak etdiyi Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası çərçivəsində baş tutub.
 
Ardını oxu...
Ötən gün Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Biləsuvar Rayon Məhkəməsinin müraciəti əsasında Mülki Məcəllənin 6.2, 390.1-ci və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin III hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Mülki Məcəlləsinin 16.1-ci və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Biləsuvar Rayon Məhkəməsi və Milli Məclis Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin, Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin tələbləri, Mülki Məcəllənin 6.2, 390.1-ci və 390.5-ci maddələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi baxımından hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi ilə bağlı müddəaların daxil edilməsi yol veriləndir.

Mülki Məcəllənin 16.1, 339.1-ci və 560.2-ci maddələrinə uyğun olaraq, hüquqi yardım xidmətinin göstərilməsi haqqında müqavilələrin işin uğurlu nəticəsinə görə mükafatı nəzərdə tutan müddəalarının ağır şərtli əqd olaraq hüquqdan sui-istifadə təşkil edib-etmədiyi məhkəmələr tərəfindən qanunvericiliyin tələbləri və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla müəyyən edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Bəs ölkəmizdə vəkillərin sayı və maaşı nə qədərdir?

"Cebhe.info" bununla bağlı müvafiq araşdırmalar aparıb.

Belə ki, 2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edib. 2018-2022-ci illər arasında keçirilən 10 yazılı test imtahanlarının nəticəsində 1303 nəfər ixtisas imtahanlarını müvəffəqiyyətlə başa vuraraq icbari təlimə cəlb olunub. Bu gün isə vəkillərin sayı 2 387 nəfər təşkil edir.

Vəkillin qazancı şəxslə arasında bağlanan müqavilədən asılı olaraq dəyişir. Bu müqavilə əsasında ödənilən pul isə vəkilin yekun gəlirini təşkil etmir.
Ödənilən məbləğdən 30 faizə qədər - 14 faiz gəlir vergisi, 10 faiz Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait, 2 faiz vəkil məsuliyyətinin sığorta haqqı tutulur.

Vəkil də buna uyğun olaraq, şəxslə müqaviləyə baxır. Bu peşənin çətinliyini də nəzərə alsaq, əslində 300-350 manatlıq bir müqavilə vətəndaşa sərf etsə də, vəkil üçün yetərli hesab olunmur.

Bəzən isə vəkil tuta bilməyən şəxslər üçün dövlət hesabına vəkillə təminat həyata keçirilir. Belə olduğu halda isə vəkil saatına 6 manat qazanc əldə edir.
 
Ardını oxu...
Yeni 2024-cü ilə sayılı günlər qalıb. Hökumət yetkililəri xeyli vaxtdır əhalinin başını gələn ildən pensiyaların, sosial ödəmələrin dolanışıq xərcləri indeksinin dəyişməsinə uyğun olaraq artım faizi ilə qatmaqla məşğuldur. Bu faizin nominal əmək haqqı artımına əsasən 11,2 həcmində olacağı bildirilir. Keçən il isə artım 14,7 faizdən hesablanmışdı. Bəs indeksasiyada kommunal xidmət ödənişlərinin artması nəzərə alınırmı?
Kommunal xidmətlərdə artım olmadığını düşünənlər yanılır. Artıq “ Azəristilik” istilik qiymətlərini mənzilin yaşayış sahəsinə uyğun yox, ümumi sahəyə uyğun hesablayır. Yəni istiliyin qiyməti orta hesabla 1,5-2 dəfə artıb! Bu artımı NK-nın 05.09.2023 tarixli, 303 saylı qərarı ilə bağlayan xidmət qurumu qiymətləri İqtisadiyyat Nazirliyinin Tarif Şurasının müəyyən etdiyini bilərəkdən unudur. NK-nın sözügedən qərarında istilik sayğaclarının binaların girişində quraşdırılan mənzillərin ümumi sahəsinə əsasən Tarif Şurasının müəyyən etdiyi qiymətlərlə hesablanması vurğulanıb. Fikrimizcə, burada anlaşılmazlıq var və bu anlaşılmazlıq istilik xidmətinin əhalinin, istehlakçıların boş cibinə girməsinə gətirib. Birinci anlaşılmazlıq odur ki, qiymətləri Tarif Şurası müəyyən edir, NK yox. Tarif Şurasının qərarında isə mənzilin yaşayış sahəsinin kvadrat metrinə görə 15 qəpik ödənilməsi doğrulanıb. Belə çıxır, hökumət ümumi qiyməti artırmadan ümumi sahəyə uyğun gizli artım tətbiq edir? İkinci anlaşılmazlıq odur ki, axı binaların girişində sayğac quraşdırılmayıb ! Ən başlıcası, mənzillərin ümumi sahəsi deyildikdə binada olan bütün mənzillərin ümumi yaşayış sahəsi anlaşılır yəqin.
Hələ ki istilik qiymətinin NK-nın anlaşılmaz qərarına uyğun 1,5-2 dəfə artırılmasına nə İqtisadiyyat Nazirliyinin Tarif Şurası, nə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti , nə əhalinin sosial müdafiəsinə cavabdehlik daşıyan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə Ombudsman, nə MM, nə də NK-nın özü reaksiya verir. Yəqin hamısının ürəyincədir. Sabir demiş, mən salim olum, cümlə cahan batsa da batsın!
Yeri gəlmişkən, NK-nın 08.01.2013 tarixli 2 saylı qərarı ilə hərbi və xüsusi rütbəli şəxslərin ərzaq payı norması ikiqat artırılaraq 64 manatdan 128 manata qaldırılıb. Lakin 11 ildir bu artım hərbçilərin təminat xərcliyinə, şəhidlərin , qazilərin, əlillərin pensiyalarına hesablanmır. Sosial hökumət belə olur? Necə olur, əhalinin ziyanına olan bir sözdən yapışıb, anında qiyməti artırırlar, amma konkret artıma uyğun 11 ildir hesablama aparılmır? Bəs indi, istilik qiymətinin gizlin artımı indeksasiya faizinin artımına gətirəcək?
Məğrur Bədəlsoy
Teref. Xocanın bloqu
Səhifəmiz hamının üzünə açıqdır.
Ardını oxu...
Yeni il xüsusi bir bayramdır və Azərbaycanda da bu, qeyd olunur. Turistlər Azərbaycana səfər edərkən bunu mütləq qeydə alırlar.

Bu sözləri Yenisabah.az-a açıqlamasında turizm və hotelçilik üzrə mütəxəssis Cabir Dövlətzadə deyib.

Mütəxəssis Yeni il ərəfəsində ölkəmizdəki turizm potensiallarından söz açıb.

Müsahibimizin fikrincə, bayram zamanı qiymətlərin yüksəlməsi normal haldır:

“Çünki müvafiq qiymətlər tələb və təklif əsasında müəyyən olunur. Hotellərin qiymətlərində də 40-50% arasında qiymət artımı görünür. Hazırda mərkəzi hotellərin doluluq dərəcəsi tamdır. Gələn qonaqlar da Yeni ili Bakıda keçirib imkan daxilində müəyyən turlar vasitəsilə regionlara səfər etməyi düşünürlər”.

Ekspert əlavə edib ki, Bakıya gələn turistlərin əksəriyyəti Rusiyadandır:

“Çünki Rusiya buraya yaxın bir bazardır və rusiyalılar Avropaya səfər etməkdə çətinlik yaşadıqları üçün postsovet ölkələrinə üz tuturlar:

“Azərbaycan isə onlar üçün sınanmış bir ölkədir. Ona görə də onların Azərbaycana axınlarının sayı hər il artır. Ruslardan sonra isə ölkəyə Türkiyədən gələnlərin sayında artım özünü büruzə verir. Ərəb zonasından isə daha çox Səudiyyə Ərəbistanı ilk pillədədir. Bu il Avropa və Şimali Amerika ölkələrindən Azərbaycana gələnlərdə də artım özünü göstərir. Xüsusilə də Almaniya və Kanadadan gələn müştərilərin sayəsində hotellərdə yerlər dolur”.

Müsahibimiz söyləyib ki, sərhədlər açılmasa büdcet, yəni daha aşağı büdcəli müştərilərin ölkəyə gəlməsinin imkanı olmayacaq:

“Bunlar daha çox sərhədlərin açılmasına bağlıdır. Ümid edirik ki, aprelin 2-dən quru sərhədlərimiz açılar, o vaxta qədər də Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayar və bu, ümumi turizmin inkişafına ciddi köməklik edər”.

Bayram günlərində restoranların qiymətindən söz açan turizmçi onu da vurğulayıb ki, Yeni ildə qiymətlərdə artım olacaq:

“Bunu həm mərkəz restoranları, həm də bu işlə məşğul olan brend restoranlar edirlər. Qiymətlər, əsasən, paket olaraq, yəni Yeni il gecəsində hansı müğənnilərin iştirak etməsinə görə 150 manatla 500 manat arasında dəyişir. Bunu da xarici müştərilər öz büdcələrinə görə müəyyən edirlər. Bu məsələ ilə bağlı əsas xoş xəbər odur ki, artıq azad edilmiş ərazilərə xarici turistlərin səfərləri həyata keçiriləcək. Fikrimcə irəli vaxtlarda həmin xarici turistlər müəyyən edilmiş nöqtələrə səfər edəcəklər”.
Ardını oxu...
Rusiya üçün ən ağrılı problem Qərb sanksiyaları, SWIFT ilə əlaqənin kəsilməsi və aktivlərin dondurulması olub.

Ölkə.Az xəbər verir ki, bunu Rusiya Bankının sədri Elvira Nabiullina bildirib .

“Əlbəttə, sanksiyaya məruz qalmayan, lakin aktivləri dondurulmuş milyonlarla insanın aktivlərinin bloklanması və dondurulması çox ağrılı mövzuya çevrildi", - Nabiullina bildirib.

Onun sözlərinə görə, bu da beynəlxalq ödənişlər zamanı problemə çevrilib. “Problemin olmasına baxmayaraq biz bunu həll etməyə çalışırıq”- Nabiullina bildirib.

Bu baxımdan da Nabiullina SWIFT-dən ayrılmanı və aktivlərin dondurulmasını Rusiya üçün ən ağrılı sanksiyalar hesab edir: “Çünki bu beynəlxalq ödənişlər zamanı ciddi problemlər yaradır”.

O, anti-Rusiya sanksiyalarının sərtləşdirilməsini istisna etməyib və vurğulayıb ki, buna hazır olmalıdırlar.
Ardını oxu...
Dollar iyul ayından bəri ən zəif səviyyəyə düşüb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, İsveçrə frankı isə 2015-ci ildən bəri dollar qarşısında ən yüksək səviyyəyə qalxıb. O, həmçinin, avroya qarşı təxminən doqquz ilin ən yüksək səviyyəsinə çatıb.
O da vurğulanıb ki, bu il İsveçrə frankı 10 valyuta qrupundan olan bütün analoqlarını qabaqlayır.
 
Ardını oxu...
"Banka va digər şəxslərə pul öhdəliyi olan borclu vəfat edibsə, vərəsələri onlara miras qalmış əmlak həddində borcu ödəməlidirlər".
Bunu vəkil Vamiq Şükürov deyib.

Vəkilin sözlərinə görə, kredit təşkilatları vəfat etmiş şəxsin kredit borcunun ödənilməsini onun ailə üzvlərindən tələb edə bilməz:

"Hər kəs özünə cavabdehdir. Borclu kredit borcuna görə yalnız öz əmlakı ilə məsuliyyət daşıyır. Əmlakı yoxdursa, kredit borcu ödənilmir və buna görə borclunun vərəsələrinə qarşı hər hansı tədbir görülə bilməz. Təbii ki, vəfat etmiş şəxsə zamin durmuş şəxslərdən də borc tələb oluna bilər. İpoteka kreditləri verilən zaman müştərilər adətən ölüm və ya işləmə qabiliyyətini itirmə hallarından sığorta olunur. Yaxud borcun ödənilməsinin təminatı qismində daşınmaz və ya danışar əmlak girov qoyulubsa, borcun ödənilməsi həmin əmlakların satılması hesabına həyata keçirilir".News24.az
 

Ardını oxu...
Yeni ilə sayılı günlər qalıb. Həmişə olduğu kimi, bu il də Yeni ili ev şəraitində qarşılayanlar daha çox olacaq.

Axar.az 4 nəfərlik ailənin bayram süfrəsinin neçəyə başa gələ biləcəyini hesablayıb.

Qeyd edək ki, ən məhdud bayram süfrəsində ənənəvi olaraq plov, dolma, balıq, salat, desert kimi isə tort və meyvə olur.

Plov:

Düyü – 1 kq, 3,6 manat

Kərə yağı – 200 qr, 3,20 manat (1 kq - 16 manat)

Qaysı – 200 qr, 2-3 manat (1 kq- 8-10 manat)

Kişmiş – 200 qr, 2-3 manat (1 kq - 8-12 manat)

Şabalıd – 200 qr, 1,5 manat (1 kq - 7 manat)

Soğan – 3 ədəd, 0,4 manat (1 kq - 0,8 manat)

Quzu əti – 400 qr, 7 manat (1 kq – 18 manat)

Ərzaqların qiymətini nəzərə alaraq, 4 nəfərlik plov və aş-qara hazırlanması üçün təxminən 19 manat xərcləmək lazımdır.

Salat:

Yeni il süfrəsində ailələrin əksəriyyəti “paytaxt” salatına üstünlük verir:

Yumurta – 5 ədəd, 0,9 manat (1 ədəd - 0,18 qəpik)

Kartof – 4 ədəd, 0,7 qəpik (1 kq - 0,9-1,6 manat)

Kök – 4 ədəd, 0,6 manat (1 kq- 1,7 manat)

Yaşıl noxud - 3 manat

Mayonez – 400 qr, 2,8 manat

Göyərti - 2 dəstə, 0,4 manat (1 dəstə - 0,2 manat)

Xiyar turşusu - 1 banka, 3 manat

Xiyar – 4 ədəd, 0,8 manat (1 kq - 3-5 manat)

Dana əti – 200 qr, 3-4 manat (1 kq – 14 manat)

Yeni il süfrəsində 4 nəfərlik paytaxt salatı 16-17 manata başa gəlir.

Yarpaq dolması:

Qoyun əti – 16 manat

Yarpaq – 2-5 manat

Düyü – 200 qr, 0,90 manat (1 kq - 3,6 manat)

Yeməyin hazırlanmasında lazım olan digər komponentləri də əlavə etsək, 4 nəfərə çatacaq dolmanı ən yaxşı halda 20 manata hazırlamaq olar.

Tort:

Ev şəraitində bu şirniyyatı hazırlamaq xammalın qiymətləri də daxil olmaqla, 10-15 manata başa gəlir.

Balıq – 10-15 manat

Meyvə:

Alma – 1-4 manat

Naringi – 1,5-2 manat

Üzüm – 3-4 manat

Xurma – 1,5 manat

Portağal – 1,5-2 manat

Armud – 2,5-3 manat

Nar – 2-6 manat

Banan – 2,6 manat

Tərəvəz:

Xiyar – 3 manat

Pomidor – 4 manat

Göyərti dəstəsi – 0,2 manat

Çərəz:

Qoz – 6-8 manat

Fındıq - 5-6 manat

Fıstıq - 4-6 manat

Çörək - 0,55-1 manat

Təbii meyvə şirələri - 2-4 manat

Şampan - 5 manat

Konfet və şokalad – 6-15 manat

Orta hesabla 4 nəfərlik bir ailə təxminən 150-170 manata normal Yeni il süfrəsi aça bilər.

Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin Təminat Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “Dialur” MMC olub.

Yeniavaz.com xəbər verir ki, Nazirliyin Mərkəzi şirkətə Tibbi avadanlıqların satınalmasına görə 11 milyon 825 min 947 manat 2 qəpik ödəyəcək.

Nizamnamə kapitalı 100 manat olan “Dialur” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq, ev 241, mənzil 27-də yerləşir. Şirkətin qanuni təmsilçisi Rəsulov İsmət Əbil oğludur.

Ardını oxu...
Bu həftə Çində ən az 147 nəfərin ölümü ilə nəticələnən güclü zəlzələ on milyonlarla dollar dəyərində iqtisadi itkilərə səbəb olub. Bu barədə şənbə günü dövlət mediası məlumat verib.

CCTV dövlət televiziyası xəbər verir ki, Qansu rəsmiləri ilkin qiymətləndirmələr aparıblar və əyalətin kənd təsərrüfatı və balıqçılıq sənayesinə təxminən 74,6 milyon dollar ziyan dəydiyini təxmin ediblər. Xəbərdə deyilir ki, səlahiyyətlilər günlər əvvəl yaradılmış yardım fondundan istehsalı mümkün qədər tez bərpa etmək üçün kənd təsərrüfatı sektoruna istifadə etməyi düşünürlər.

6.2 bal gücündə zəlzələ bazar ertəsi gecə Çinin paytaxtı Pekindən 1300 kilometr uzaqda Qansu ilə Şinxay vilayətləri arasındakı dağlıq ərazidə baş verib. CCTV bildirib ki, Qansuda 117 nəfər, qonşu Şinxayda 31 nəfər ölüb, üç nəfər isə itkin düşüv. 1000-ə yaxın insan yaralanıb, 14 mindən çox ev dağılıb.

Çinin dövlət yayımçısı CGTN bildirib ki, cümə günü Qansuda Meipo kəndinin sakinləri üçün 500 müvəqqəti ev tikilib.

Bir çoxları, temperatur şaxta səviyyəsindən xeyli aşağı düşdüyü vaxtda, gecəni ərazidə qurulmuş sığınacaqlarda keçiriblər. Həlak olanların dəfn mərasimləri keçirilib. Zərər çəkmiş ərazidə əhalinin çox hissəsi müsəlman olduğundan onların bəziləri İslam adət-ənənələrinə uyğun olaraq dəfn edilib.

Çində zəlzələlərin əksəriyyəti ölkənin qərb hissəsində, o cümlədən Qansu, Şinxay, Siçuan və Yunnan əyalətlərində, habelə Sincan bölgəsi və Tibetdə baş verir. Son zəlzələ ölkədə son doqquz ildə baş verən ən ölümcül zəlzələdir.
amerikaninsesi

Dünyapress TV

Xəbər lenti