Ardını oxu...
Azərbaycanda siqaretin qiyməti bahalaşacaq.

Bu barədə Valyuta.az-a iqtisadçı ekspert Xalid Kərimli elektron siqaret, qəlyan və onların əvəzedicilərinin aksiz dərəcəsinin qaldırılmasından danışarkən deyib. Ekspertin sözlərinə görə, elektron siqaret, qəlyanlarda vergi əhəmiyyətli dərəcədə artıb:

"Bir vahid üçün 25 qəpikdən 2 manata qaldırılıb. Bu o deməkdir ki, həmin məhsullar ən azı 1 manat 50 qəpik- 2 manat arasında qalxacaq. Aksiz dolayı vergidir. Bir başa müştəridən tutulan vergidir”.

Ekspertin fikirincə, satıcılar topdan satış qiymətini ya yuvarlaşdıracaqlar, ya da qiymət siyasətini nəzərə alacaqlar:

"Yəni, birini çox, digərini az qaldırıb qiyməti tənzimləsinlər. Amma təbi ki, bu qərar qiymətlərə təsir edəcək”.

Qeyd edək ki, Milli Məclisdə Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi 0,25 manatdan 2 manata qaldırılır.

Dəyişikliyə əsasən, aksiz dərəcəsi nazik siqaretlərin hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 manatdan 45,5 manata yüksəldilir.
Ardını oxu...
Son günlər Bakı Metrosunda gediş haqqının artacağı ilə bağlı xəbərlər dolaşır.

Məsələnin nə qədər real və həqiqətə uyğun olduğunu dəqiqləşdirmək üçün Moderator.az "Bakı Metropoliteni"QSC ilə əlaqə saxlayıb.

Bakı Metropoliteninin sözçüsü bildirib ki, gediş haqqı tariflərinə baxılması və müvafiq qərarların verilməsi Bakı Metropolitenin səlahiyyətinin xaricində olan məsələdir:

"Bakı Metropoliteninə bununla bağlı müraciət ünvanlanmayıb. Artıq sözügedən məsələyə Tarif Şurası deyil, Rəqəmsal İnkişaf Nəqliyyat nazirliyi baxır. Sərəncamda qeyd olunur ki, Maliyyə və İqtisadiyyat Nazirliyinin rəyi əsasında qanun qəbul olunur. Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 2 sentyabr 2023-cü il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir".

Qeyd edək ki, ötən günlərdə “Bakı Metropoliteni” QSC-dəki yeniliklər və fəaliyyəti ilə bağlı qurumun sədr müavini Hidayət Məmmədov mətbuata müsahibəsində “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edildiyini vurğulayıb. Onun sözlərinə görə, edilən bir dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir. Digər dəyişikliyə uyğun olaraq, müvafiq sahədə qanunla müəyyən edilmiş hallarda tarifləri və xidmət haqlarını, habelə Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulan tarifləri İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyləri nəzərə alınmaqla, təsdiq etmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib. Fərmanın 9-cu bəndinə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb ki, sənədin 1-8-ci hissələrində nəzərdə tutulan tarifləri və xidmət haqlarını, İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyləri nəzərə alınmaqla, altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanda o da qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tariflər və xidmət haqlarını təsdiq edənədək, mövcud tariflər və xidmət haqları hüquqi qüvvəsini saxlayacaq.

 
Ardını oxu...
2024-cü ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına (MSK) seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 milyon 935 min manat ayrılması nəzərdə tutulub. Bu, 2023-cü ilin dövlət büdcəsindən eyni istiqamətə ayrılan vəsaitlə müqayisədə 2.3 dəfə çox vəsait deməkdir.

Qeyd edək ki, cari ildə MSK-ya 46,7 milyon, 2022-ci ildə 27.5 milyon, 2021-ci ildə 13, 8 milyon, 2020-ci ildə 57,7 milyon, 2019-ci ildə 51, 3 milyon, 2018-ci ildə isə 67.6 milyon manat vəsait ayrılıb.

Bu illərdə 2018-ci ildə Azərbaycanda prezident seçkiləri, 2019-cu ildə bələdiyyə, 2020-ci il fevralın 9-da isə növbədənkənar parlament seçkiləri keçirilib. Ayrılan vəsaitlərin həcminə diqqət etdikdə seçki ilində MSK-ya 50 milyon manatdan çox vəsait ayrıldığı görünür.

Bu il Azərbaycanda referendumun olacağına dair xəbərlər yayılsa da, rəsmi qurumlar tərəfindən nə təsdiq, nə də təkzib edilib. Amma bəzi millət vəkilləri hökumətin referenduma və yeni parlament seçkilərinə hazırlaşdığı barədə açıqlamalar veriblər.

Seçki qrafiki üzrə 2024-cü ildə Azərbaycanda bələdiyyə seçkiləri keçirilməlidir. Qeyd edək ki, 2019-cu ildə bu məqsədlə büdcədən 51.3 milyon manat vəsait ayrılıb. Amma gələn ilki ayırmalar bundan 2 dəfədən çoxdur, o zaman hökumətin referendum, yaxud parlament seçkiləri haqqında planlarının olduğunu güman etmək olar.

Konstitusiyaya görə, 2025-ci ildə həm parlament, həm də prezident seçkiləri keçirilməlidir. Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir və hər çağırışın seçkiləri beş ildən bir - noyabrın birinci bazar günü keçirilir. Azərbaycanda sonuncu parlament seçkiləri 2020-ci ilin fevralında növbədənkənar formada gerçəkləşib. Konstitusiyada növbədənkənar seçki ilə formalaşmış parlamentlə bağlı qeyd edilir: "Növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Milli Məclis çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir". Bu baxımdan, gələn ilin noyabrında parlament seçkilərinin keçirilməsi üçün konstitusion əsaslar var.

Beləliklə, gələn ilin büdcəsində seçkilər üçün nəzərdə tutulan 110.9 milyon manatın yalnız bələdiyyə seçkiləri üçün ayrılmadığı qənaətinə gəlmək olar.

Maraqlıdır, haqqında daha çox danışılan referendum, yoxsa parlament seçkiləri baş tutacaq?

Ekspertlərə görə, 2025-ci ildə ölkədə həm prezident, həm də parlament seçkilərinin keçirilməsi məqsədəuyğun sayılmaya bilər. Çünki seçkilər kifayət qədər vaxt, resurs tələb edən ağır prosesdir, bir ildə iki böyük kampaniyanı təşkil etmək çətindir. Hökumət bu nöqteyi-nəzərdən parlament seçkilərini ertələyə bilər. Yuxarıda qeyd olunduğu kimi, bunun üçün konstitusion əsaslar da var.

Referendumun zəruri olub-olmadığına gəlincə, ekspertlər 44 günlük müharibədən sonra idarəçilik sisteminin təkmilləşdirilməsinə, dövlət institutları arasında səlahiyyət bölgüsünün dəqiqləşdirilməsinə ehtiyac olduğunu vurğulayırlar.

Maraqlıdır, hökumət bələdiyyə seçkilərindən əvvəl, 2024-ü ilin başlanğıcında hansı qərarı verəcək?

Rasim Əliyev

“AzPolitika.info”
 
Ardını oxu...
Ödəmə qabiliyyətini itirmiş bankların əmlaklarına dair vergi güzəştinin müddəti 2 il artırılır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırdığı əmlaka görə 2019-cu il yanvarın 1-dən 5 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. Bu müddət gələn il yanvarın 1-də bitir.

Layihəyə əsasən, bununla bağlı əmlak vergisini ödəməkdən azadolma 2019-cu il yanvarın 1-dən 7 il müddətinə olacaq.
 
Ardını oxu...
Son günlər ölkədə aktual olan mövzulardan biri də gömrük limitinin 300-dən 150 dollara endirilməsi ilə bağlı yayılan məlumatlardır.

Bu isə ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb.

Dövlət Gömrük Komitəsi məsələyə aydınlıq gətirərək bildirib ki, səsləndirilən iddiaların heç bir əsası yoxdur:

“Vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydalarında hər hansı dəyişiklik müzakirə mövzusu deyil”.

Xatırladaq ki, 2020-ci ilin 23 avqust tarixində Dövlət Gömrük Komitəsinin və Nazirlər Kabinetinin qərarı ilə xaricdən gətirilən malların limiti 1000 dollardan 300 dollara endirilib. Həmin qərara əsasən, vətəndaş ay ərzində bir neçə dəfə sifariş verə bilər, amma gətirdiyi malların ümumi həcmi 300 dolları keçməməlidir. Vətəndaşlar razılaşmasalar da, artıq bir neçə ildir ki, ölkədə həmin qayda tətbiq edilir. Maraq doğuran isə ümumiyyətlə, xaricdən gətirilən məhsullara limitin qoyulmasıdır.

Qeyd edək ki, bu gün ölkədə sahibkarlar xaricdən istədikləri məbləğdə məhsul gətirirlər və onlar həmin məhsulla bağlı ödədikləri rüsumu ölkədəki satış zamanı gəlirdən əldə edirlər. 300 dollara qədər məhsul sifariş edən şəxslər isə sahibkarlar deyil, sadə vətəndaşlardır.

Belə olan təqdirdə ölkəyə gətirilən məhsula limit tətbiq edilməsində məqsəd nədir?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, indi məmurlara bağlı bəzi maraq qrupları ortalığa mövzu atıblar :

“Təklif edirlər ki, vətəndaşların xaricdən sifarişləri üçün 300 dollarlıq limiti azaldılsın, vətəndaşlar üçün çox sərfəli olan online sifarişləri məhdudlaşdırsın. Zatən sifarişləri 1000 dollardan 300 dollara salmaqla sivil dünyada olan trendlərə qarşı gedirlər, artıq dünyada bəzi ölkələrdə online ticarət ənənəvi satışların çox üstləyib.

Nə baş verir – şəhərin mərkəzində, mərkəzə yaxın yerlərdə alış-veriş yerləri, mağazalar əsasən məmurlara, onların ailə üzvlərinə məxsusdur, onlar da həmin məkanları fantastik qiymətə icarəyə verirlər. Yəqin ki, onların icarədarları şikayət edirlər ki, camaat xaricdən sifariş verir, bizim alverimiz ölür, sizin icarə haqqınızı verə bilmirik. Ortalığa mövzu atırlar ki, sifarişləri azaltsınlar, “online” ticarəti məhv etsinlər”.

İqtisadçı-ekspert Əkrəm Həsənov isə “Cebhe.info”-ya bildirib ki, gömrük məhdudiyyətləri yalnız yerli istehsalçıları stimullaşdırmalıdır:

“Dövlət üçün nə fərqi var ki, mən onu xaricdən gətirirəm, yoxsa sahibkar gətirib Azərbaycanda satır? Əgər söhbət Azərbaycanda istehsal olunan məhsuldan gedirsə, o, başqa məsələdir. Həmin məhsul burada istehsal olunubsa, xarici şirkət yerli istehsalçı ilə rəqabət aparırsa, o zaman bu məhdudiyyətin mənası var.

Yəni biz istəyirik ki, yerli istehsalçını stimullaşdıraq. Ancaq faktiki olaraq dövlət heç nə istehsal etməyən yerli sahibkarla istehlakçı arasında seçim edəndə, istehlakçının xeyrinə etmir. Niyə? Bu da məmurların marağından irəli gələn bir amildir. Məqsəd odur ki, sahibkarlar mal gətirsinlər və s. Bu baxımdan Azərbaycanda istehsal olunmayan mallara limit tətbiq olunmamalıdır”.

Ekspert deyib ki, bəzi ölkələrdə belə limit varsa, bu, ancaq məmurların öz monopoliya maraqlarından çıxış etdiyi ölkələrdədir:

“Ya da o ölkələrdədir ki, onun yerli istehsalçısı var. Məsələn, bu gün Polşa istehsalçıları etiraz edirlər ki, niyə Ukrayna malları buraya məhdudiyyətsiz gəlir? Çünki o malları özləri də istehsal edirlər. Bildirirlər ki, gəlin, məhdudiyyət qoyaq. Yəni məqsəd həmin ölkələrdə yerli sahibkarlığın inkişafıdır. Bizdə isə məqsəd fərqlidir”.
 
Ardını oxu...
Ərzaqlıq buğda ilə bağlı kreditlərə dövlət zəmanəti veriləcək.

Bu barədə İTV süjet hazırlayıb.

Bildirilib ki, kənd təsərrüfatı üçün nəzərdə tutulan kreditlərə dövlət zəmanəti ilə yanaşı faiz subsidiyası da veriləcək.

Qeyd edək ki, bu fürsətdən yararlanmaq üçün bəzi şərtlər var.
Belə ki, ilk növbədə bir layihə üzrə kreditin məbləği 3 000 000 manatdan çox olmamalıdır. Müasir suvarma sistemlərinin müəyyən olunan satış qiymətlərinin minimum 20 faizi həcmində sahibkar ilkin ödəniş etməlidir. Eyni zamanda fermerin götürdüyü kreditin illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalı, kreditin müddəti isə beş ildən çox olmamalıdır.

Mövzu ilə bağlı ətraflı süjeti təqdim edirik:
https://t.me/oxuaze/72026
 
Ardını oxu...
Azərbaycanda neft istehsalı yanvar ayı ilə müqayisədə 8.25 faiz azalıb. Rəqəm ifadəsi ilə desək, yanvarda gündəlik 533 min barel neft hasil olunurdusa, oktyabrda bu rəqəm 489 min barel təşkil edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Ekspert Energetika Nazirliyinin rəsmi məlumatlarına istinad etdiyini bildirir və əlavə edir ki, azalma tempi neft yataqları üzrə çox yüksəkdir.

“Dadımıza çatan qaz yataqlarındakı kondensat (daha duru neft) həcmlərinin hazırda artımıdır”, - vurğulayıb.

İlham Şabanın sözlərinə görə, bəxtimiz o mənada gətirdi ki, Nigeriya, Anqola və Venesuela yolu ilə getmədik: “Norveç yoluna çıxmağa ümumi inkişaf "mühərrikimiz" yetərli olmadı, Abu-Dabi modelinə çatmağa isə enerji ehtiyatlarımız yetmədi. 7 ildə - 2008 və 2015-ci illərdə iki dəfə neft qiymətlərinin dünya bazarlarında kəskin ucuzlaşması ilə rastlaşdıq. Birinci dəfə bunun ötəri hal olduğunu düşündük və o qədər də əhəmiyyət vermədik.Amma qeyri-neft sektorunun inkişafı ilə bağlı hökumətin ilk addımları onda atıldı, hətta 2009-da Dövlət Alternativ Enerji Agentliyi belə təsis edildi.Amma 2015-ci ilin sonlarında hökumət nələri itirdiyini real dərk edəndən sonra2016-cı ildə özünü toparlamağa başladı”.

Ekspert itkilər dedikdə, Beynəlxalq Bankda olan10 milyard dollar vəsaitlərin itirilməsi, Milli Bankın 10 milyard dollardan çox ehtiyatlarının qısa müddətdə manatın kursunun saxlanılmasına sərf etməsi və nəhayət, 11 ayda milli valyutanın 2 dəfə dəyərsizləşməsi ilə üzləşməsini nəzərdə tutduğunu vurğulayıb.

“Nə əldə etmişik, hara çatmışıq, cəmiyyətin hər bir üzvü bunu individual qiymətləndirir, amma müxtəlif beynəlxalq reytinqləri və yaşam imkanlarını ümumiləşdirsək, BMT "kupçası" olan dövlətlər arasında 70-75-dən geridəyiksə, təqribən 120-dən də irəliyə çıxa bilmişik”, - İlham Şaban qeyd edib.
 
 
 
Ardını oxu...
Gələn ildən 2014-cü il istehsalı olan avtomobillərin də ölkəyə idxalı məhdudlaşdırılacaq.

Globalinfo.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən həyata keçirilir.

“Həmin qərarın 2-ci bəndinə əsasən, istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı məhdudlaşdırılıb. Məsələn, artıq 2024-cü ildə də istehsal ili, yəni 2014 və ya əvvəlki illərdən çox olan avtomobillərin ölkəyə idxalı məhdudlaşdırılacaq.

Bu, 10 il müddətini əhatə etdiyinə görə növbəti illərdə də 10 nəzərə alınmaqla qərarın icrası həyata keçiriləcək. Ona görə də biz praktiki olaraq növbəti illərdə də Azərbaycana gətirilən avtomobillərin məhdudlaşma ilinin artacağını müşahidə edəcəyik. Məsələn 2015-ci ildə də istehsal edilən avtomobillərin idxalı 2025-ci ildə məhdudlaşdırılacaq. Gözlənilir ki, avtomobil parkında köhnə avtomobillərin payının azalması müşahidə olunacaq”, – deyə V.Bayramov deyib.

Onun sözlərinə görə, bu, maşın bazarının strukturuna da təsir göstərir.

“Bazarda da ili nisbətən köhnə olan avtomobillərin sayında azalmalar müşahidə olunacaq. Ancaq bütövlükdə biz 2023-cü ilin geridə qalan aylarında avtomobil bazarında qiymət artımlarını müşahidə etdik. Köhnə avtomobillər üzrə qiymət artımlarının davam edəcəyi gözlənilir”, – deyə o, əlavə edib.
 
Ardını oxu...
Bu ilin ilk 10 ayı ərzində Azərbaycanın ümumi ixracı 29,3 milyard dollar olub və bunun cəmi 9,2%-i və ya 2,7 milyard dolları qeyri-neft sektorunun payına düşüb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ixrac olunan qeyri-neft məhsullarının 17%-i və ya 456 milyon dolları 9 şirkət və 1 fərdi sahibkarın payına düşüb.

2023-cü ilin ilk 10 ayında xarici ölkələrə ən çox qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərin (fərdi sahibkarların) siyahısı aşağıdakı kimi olub:

Bütün növ saytların yığılması - EMBLEM.AZ
saytlarin yigilmasi
Şirinov Elvin Valeh oğlu – 98,4 milyon dollar
“MKT İstehsalat Kommersiya” MMC – 75,2 milyon dollar
“Baku Steel Company” QSC – 58,7 milyon dollar
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi – 53,2 milyon dollar
“Best Logistik” MMC – 37,4 milyon dollar
“STP Global Cable” MMC – 31,1 milyon dollar
“My Fruit” MMC – 30,1 milyon dollar
“P-Aqro” MMC – 28,7 milyon dollar
“Mors Trading” MMC – 22,6 milyon dollar
“Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC – 20,7 milyon dollar

Məlumat üçün onu da bildirək ki, 10 ay ərzində 100 milyon dollara yaxın məhsul ixrac edən Elvin Şirinov haqqında açıq mənbələrdə məlumat mövcud deyil. Fərdi sahibkar kimi (VÖEN – 2700187092) 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınan Elvin Şirinovun hansı məhsulları ixrac etdiyi barədə də məlumat yoxdur.

Lakin qeyd edək ki, rəsmi qurumlar Azərbaycanın ən böyük ixracatçısı barədə məlumat açıqlamasalar da, xarici ölkələrin müvafiq rəsmi qurumları Elvin Şirinov barəsində məlumatları açıqlayıblar.

Məsələn, Ukraynanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlardan belə görünür ki, Elvin Valeh oğlu Şirinov Mingəçevir şəhəri, Ə. Vahid küçəsi ev 2, m. 88-də qeydiyyatdadır. Elvin Şirinov Ukraynaya əsasən qarpız və qovun olmaqla meyvə-tərəvəz ixrac edir. Elvin Şirinovun ixrac etdiyi məhsulların Ukraynadakı alıcısı “FPP Antares” şirkətidir. Bu şirkət 2022-ci ilin yanvar ayında təsis olunub. Elvin Şirinovun adı da Azərbaycanın ən böyük 10 ixracatçısı siyahısına ilk dəfə 2022-ci ildə düşüb.
 
 
 
Ardını oxu...
Dünya Bankı "Azərbaycanın iqliminə və inkişafına dair Hesabat"ını yayımlayıb. Hesabatda ölkə iqtisadiyyatının mövcud durumunun ölkənin iqlim hədəflərinə təsiri də dəyərləndirilib. Dünya Bankının hesabatında bildirilir ki, indi Azərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) üçdə biri, ixracınsa 90 faizi enerji sektorundan asılıdır. Qurumun hesablamalarına görə, Azərbaycanın mövcud neft ehtiyatları qarşıdakı 25 ildə ölkənin tələbatının ödənilməsinə yetəcək. Dünya Bankının qənaətincə, belə ortamda kompleks və effektiv dekarbonizasiya səyləri ilə iqtisadiyyatı şaxələndirməyə, yaşıl hidrogen və kənd təsərrüfatı kimi yeni artım drayverlərinə ehtiyac var. Təbii qaz ehtiyatları ilə bağlı isə bildirilir ki, ölkədə ixrac üçün mövcud təbii qaz ehtiyatlarının 2060-cı ilədək 35 faizədək artacağı proqnozlaşdırılır.

Hazırda Azərbaycanın ciddi iqlim riskləri ilə üz-üzə olmasına da hesabatda xüsusi diqqət yetirilir. Hesabatda bildirilir ki, ölkənin, demək olar, bütün ərazisi həm quraqlığa, həm də su qıtlığına məruz qalır. Ekstremal hava şəraiti üzündən quraqlığın tezlik və sıxlığının artacağı gözlənilir. Eyni zamanda, ölkənin təbii sərvətləri torpağın deqradasiyası, səhralaşma və ifrat otarılma nəticəsində zədələnir və bu, kənd təsərrüfatına mənfi təsir göstərir. Onu da unutmaq olmaz ki, neft-qaz hasilatı da torpağın aşındırıb və su ehtiyatlarını çirkləndirib.

Azərbaycan dekarbonizasiya hədəflərinə çata bilməyəcək
Dünya Bankının hesabatında bildirilir ki, Azərbaycan iqlim dəyişikliyi üzrə Paris Sazişini imzalasa da, hələ də ölkə üzrə emissiyaların xalis sıfır səviyyəsinə çatdırılmasına dair hər hansı öhdəlik götürməyib. Bununla belə, ölkə 2030-cu ilədək istixana qazı emissiyalarını 1990-cı il səviyyəsindən 35 faiz, 2050-ci ilədəksə 40 faiz azaltmaqla bağlı milli hədəflər müəyyənləşdirib. Dekarbonizasiya üzrə öhdəliklərini gücləndirsə də, Azərbaycan hələ də öz milli hədəflərinə çatmaq yoluna qədəm qoymayıb.

Dünya Bankının hesablamaları göstərir ki, Azərbaycan 2035 və 2050-ci illərədək hədəflədiyi göstəricilərə çata bilməyəcək. Sənəddə bildirilir ki, Azərbaycan 1990-cı illə müqayisədə istixana qazının zəhərli tullantılarını 2030-cu ilədək 35 faiz, 2050-ci ilədək isə 40 faiz azaltmağa dair proqnozdan geridə qalır. Belə ki, 1990-cı illə müqayisədə enerji ilə əlaqədar və sənaye proseslərindən yaranan zəhərli tullantılar 2030-cu ilədək yalnız 28 faiz, 2050-ci ildə isə 30 faiz daha az olacaq.

Azərbaycanın dekarbonizasiya hədəflərinə çata bilməməsinin əsas səbəblərindən biri milli iqtisadiyyatın strukturudur. Dekarbonizasiya kursunu müəyyənləşdirib gerçəkləşdirməkdən ötrü iqtisadi şaxələnmə və daha çevik özəl sektor tələb olunur. Azərbaycanda isə bu sahədə ciddi çağırışlar var və uzun illərdir önəmli dəyişikliklər qeydə alınmayıb. Nəzərə almaq lazımdır ki, energetika və su təchizatı da daxil, yaşıl keçidə mütləq gərəkli sektorlarda dövlət müəssisələri daha çoxdur və ölkədəki işçi qüvvəsinin yarısı onlarda çalışır.

Kənd təsərrüfatı ilə bağlı çətinliklər
Dünya Bankının hesabatında Azərbaycanda kənd təsərrüfatı ilə bağlı çətinliklərə də diqqət çəkilir. Sənəddə bildirilir ki, Azərbaycandakı fermerlər hələ də ənənəvi əkinçilik təcrübəsindən yararlanır, torpağın sağlamlığının artırılmasının faydaları barədə bilgili deyillər. Bu sahədəki məlumatlılığın azlığı daha yüksək məhsuldarlıq potensialını özündə birləşdirən yeni bitkilərin tətbiqini məhdudlaşdırır.

Qurumun Azərbaycanda kənd təsərrüfatı ilə bağlı diqqət çəkdiyi daha bir məqam su çatışmazlığı və çağdaş suvarma sistemlərinin məhdudluğudur. Dünya Bankı analitiklərinin fikrincə, məhsuldarlığı artırmaq və iqlim dəyişmələrinə qarşı dayanıqlılıq yaratmaq üçün kiçik və orta fermerlərin bacarıqları gəlişdirilməlidir və bu baxımdan onların ayrıca dəstəyə ehtiyacı var. Fermerlərə dəstəklə yanaşı, çatışmazlıqları aradan qaldırmaqdan ötrü mütləq kadr və maliyyə resursları da olmalıdır. İndi dövlət bu potensialı gücləndirmək üçün iş görmədiyindən özəl sektordakı müxtəlif subyektlər belə çatışmazlıqları müvəqqəti tədbirlərə əl atmaqla aşmaq məcburiyyətində qalır. Daha iri aqrobiznes müəssisələrinin bəziləri öz heyətlərindən və təchizatçı fermerlərdən ötrü təlim keçəcək beynəlxalq mütəxəssislər gətirir. Bostançılığın inkişafına dəstək məqsədilə yaradılmış bir sıra ticarət birliyi də eyni işi görür. Ancaq belə təşəbbüslərin əhatə dairəsi yetərsiz olduğundan yeni yaradılmış birliklərin həmin sektorları dəstəkləməyə təcrübə və resursları yoxdur.

Dünya Bankının hesablamasına görə, hökumət effektiv cavab tədbirləri görə bilməsə, yağış suyu ilə qidalanan bitkilərin məhsuldarlığı 2060-cı ilədək, orta hesabla, 14-20 faiz azalacaq. Yüksək dəyərli bitkilərdə daha çox azalma gözə çarpacaq. Hesabatda vurğulanıb ki, hazırda Azərbaycanda suvarılan bitkilər də su çatızmazlığı riski ilə üz-üzədir. Bu problem cənub rayonlarında bəzi bitkilərin 60 faizindən çoxunun, Şərqi Aşağı Kür hövzəsində isə 20 faizdən çoxunun itirilməsi ilə nəticələnəcək. Onu da nəzərə almaq lazımdır ki, bütün bu proseslər əkinçiliklə yanaşı, heyvandarlığı da mənfi təsir göstərəcək. Hesabatda ayrıca vurğulanıb ki, torpağın nəmişliyinin azalması, səhralaşma, otlaqların normadan artıq istismarı otlaq sahələrinin keyfiyyətini aşağı salacaq. Bitki örtüyündən qaynaqlanan problemlər də mal-qaranın sağlamlığına birbaşa təsir edəcək.

Mənbə: AzadlıqRadiosu ©
 

Dünyapress TV

Xəbər lenti