Ardını oxu...
"Qarabağ"ın müdafiəçisi Rahil Məmmədovun Polşanın LKS klubu ilə anlaşdığı barədə məlumat vermişdik. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və klub rəhbərliyi bu keçidə "yaşıl işıq" yandırıb.

Publika.az bu transferlə bağlı bir informasiya əldə edib. Łods təmsilçisi Rahillə müqavilə bağlasa belə, onu qeydiyyatdan keçirə bilməz. Buna səbəb kluba FİFA tərəfindən transfer qadağası qoyulmasıdır.

Polşa təmsilçisi sabiq futbolçuları Mikkel Riqaard və Ricardinyo ilə bağlı maliyyə öhdəliklərini yerinə yetirə bilməyib. Buna görə LSK maksimum üç qeydiyyat müddəti (transfer pəncərələri) üçün tətbiq oluna bilən transfer qadağası ilə üzləşib. Klub bu borcları ödədikdən dərhal sonra qərar FİFA tərəfindən ləğv ediləcək.

Bu qərardan sonra Loks klubu artıq futbolçulara borclarının bir hissəsini ödəyib. Qalan ödənişlərin 2024-cü ilin yanvar ayının sonuna qədər tamamlanacağı bildirlir. Bununla belə, klub oyunçularla yeni müqavilələr bağlaya bilər. Lakin onları cəza müddətində qeydiyyatdan keçirə bilməz.

Polşada oyunçuların qeydiyyatına imkan verən qış transfer pəncərəsi yanvarın 29-da başlayacaq və fevralın 27-də başa çatacaq.
 

PSJ-nin hücumçusu Kilian Mbappe gələcəyi ilə bağlı Fransa mətbuatına açıqlamalar verib.

Fanat.az xəbər verir ki, “QG France” ulduz futbolçunun sözlərini belə çatdırır:

“Futbol tarixində iz qoymuş bir çox böyük oyunçu bu yay Avropanı tərk etdi. Biz futbolda yeni dövrə qədəm qoyuruq. Mən bu dəyişikliklərdən narahat deyiləm və sadəcə öz yolumla irəliləyərək karyeramı davam etdirməyi planlaşdırıram”.

Ardını oxu...
“Botafoqo”nun futbolçusu Gilyermo Madruqonun qolu 2023-cü ilin ən yaxşı qolu olub.

Futbolçu ilin ən yaxşı qoluna görə FİFA-nın Puşkaş mükafatına layiq görülüb.

Madruqa Braziliya B Seriyasının 14-cü turunun matçında “Novorizontino”ya (1:0) cərimə meydançasının kənarından aşırma zərbə ilə qol vurub.

 Mənbə: championat.com
Ardını oxu...
“Antalyaspor”un İsrail ordusuna dəstəyini bildirən yəhudi əsilli futbolçusu Saqiv Yehezkel Türkiyədən xaric edilib.

Türkiyə daxili işlər naziri Ali Yerlikaya bununla bağlı “X” sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, futbolçu yerli vaxtla saat 17:15-də ölkəni tərk edib:

“Bir daha qeyd etmək istərdim ki, Türkiyə hər zaman bütün məzlumların və Fələstin xalqının yanındadır”, – o qeyd edib.

Yanvarın 14-də keçirilən oyunda qola imza atan israilli futbolçu bunu Qəzzada 101 gündür ki, HAMAS tərəfindən saxlanılan israilli girovlara həsr etdiyini bildirib.

Buna cavab olaraq futbolçu Antalyada saxlanılıb və istintaqa cəlb edilib.
Ardını oxu...
Əfsanəvi argentinalı futbolçu Diyeqo Armando Maradonanın oğlu atasının öldürüldüyünü bildirib.

APA-nın “Marca”-ya istinadən verdiyi xəbərə görə, oğul Diyeqo Maradona hesab edir ki, atasını öldürüblər.

Diyeqo Maradona qeyd edib ki, bununla bağlı fikri var, lakin istintaq davam edir, buna görə açıqlaya bilməz:

“Onlar nə isə etməyin mümkün olduğu zaman atamı taleyin ümidinə atıblar”.

Qeyd edək ki, Diyeqo Armando Maradona 25 yanvar 2020-ci ildə ürək tutmasından vəfat edib. Həkimlər ölümün səbəbinin kəskin ağciyər ödemi olduğunu açıqlayıblar. Polis futbolçunun şəxsi həkimi və Maradonanın öldüyü gün növbədə olan tibb bacısının səhlənkarlığından şübhələnir və bununla bağlı istintaq aparılır.
 
Ardını oxu...
Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün ikinci yoxlama görüşünü keçirib.

“Report”un məlumatına görə, Premyer Liqa təmsilçisi Ukraynanın “Vorskla” klubu ilə qarşılaşıb.

Murad Musayevin rəhbərlik etdiyi komanda meydançanı böyükhesablı məğlubiyyətlə tərk edib. Ukraynalılar 3 cavabsız qol sayəsində 3:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, “Sabah” Antalyadakı ilk sınaq matçında “Rapid”ə (Rumıniya) 2:1 hesabı ilə qalib gəlib.
 
Ardını oxu...
Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi "İnter Mayami"nin səfərdə “Los-Anceles Qalaksi”yə qarşı keçirəcəyi matç böyük marağa səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Sözügedən görüşün biletləri cəmi 6 dəqiqə ərzində satılıb. İndi satışda yalnız ön cərgə üçün biletlər qalıb. Bu biletlərin qiyməti isə 1500 dollardır.

Qeyd edək ki, “Los-Anceles Qalaksi” - "İnter Mayami" matçı fevralın 6-da keçiriləcək.
 
Ardını oxu...
Hobartda keçirilən WTA 250 turnirində final görüşü baş tutub.

Publika.az xəbər verir ki, titul uğrunda mübarizədə 22 yaşlı amerikalı Emma Navarro təcrübəli belçikalı Elise Mertensi məğlub edərək karyerasının ilk titulunu qazanıb. Dünya reytinqinin yeni buraxılışında Navarro ilk 30-luqda debüt edəcək.

Qeyd edək ki, Emma Navarro Çarlstondakı turnirin sahibi milyarder Ben Navarronun qızıdır.

Bu, Mertensin 13-cü WTA finalı və beşinci məğlubiyyəti olub.

Final

Emma Navarro (ABŞ) – Elise Mertens (Belçika) – 6:1, 4:6, 7:5
 
Ardını oxu...
Fransa yığması və PSJ-nin hücumçusu Kilian Mbappenin anası Fayza Lamari oğlunun ona nə qədər maaş verdiyini açıqlayıb.
Tribunainfo.az bu barədə “Le Parisien” nəşrinə istinadən xəbər verir.
Fayzanın dediyinə görə, o, oğlunun gəlirinin bərabər şəkildə bölüşdürülməsini istəyib, lakin onlar 30 faizlə razılaşıblar.
“Mən ona bölgünün 50/50 olacağını bildirdim, lakin biz 30%-lə razılaşdıq. Mən ona dedim ki, 30%-dən aşağı işləməyəcəyəm. Təqaüdə çıxmaq və başqalarının etdiyini – işləmək əvəzinə Maldiv adalarına tətilə getmək daha yaxşıdır”, deyə Mbappenin anası bildirib.
Qeyd edək ki, Kilianın anası yeniyetmələrə kömək edən “Inspired by Kylian Mbappé” fondunu idarə edir.
 
Ardını oxu...
Braziliya millisinin yeni baş məşqçisi Dorival Junior ulduz hücumçu Neymarın 2024-cü ildə keçiriləcək Amerika Kubokunda iştirakının sual altında olmasını şərh edib.

Fanat.az xəbər verir ki, “Globo” təyinatı bu həftə reallaşan çalışdırıcının dediklərini belə çatdırıb:

“Braziliya Neymarsız oynamağı öyrənməlidir, çünki indi o, zədəlidir. Amma biz dünyanın ən yaxşı 3 oyunçusundan birinə sahibik. O, sağaldıqdan sonra ona arxalanacağıq”.

Xatırladaq ki, Neymar oktyabrda beynəlxalq fasilə zamanı çarpaz bağ və meniskindən ağır zədə alıb və bu səbəbdən əməliyyat olunub. Beləliklə, uzun müddətə sıradan çıxan braziliyalı yeni klubunda – 90 milyon avroya başa gəldiyi Səudiyyə Ərəbistanı “Əl-Hilal”ında cəmi 5 oyun keçirib (1 qol + 3 məhsuldar ötürmə).
 

Dünyapress TV

Xəbər lenti