Ardını oxu...
Afrika Millətlər Kubokunun finalında “Nigeriya” və “Kot-d'İvuar” komandaları qarşılaşıb.

Oxu.Az xəbər verir ki, qarşılıqlı qollarla yadda qalmış matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Oyunda ilk qol 38-ci dəqiqədə vurulub: Uilyam Troost-Ekonq Nigeriyanın hesabda irəli çıxarıb. Komandalar fasiləyə Nigeriyanın minimal üstünlüyü ilə yollanıb.

İkinci hissədə isə “Kot-d'İvuar” millisi geridönüş edə bilib: 62-ci dəqiqədə “Əl-Əhli”nin hücumçusu Frank Kessi status-kvonu bərpa edib, 19 dəqiqə sonra isə “Borussiya Dortmund”da çıxış edən Sebastyen Alle fərqlənərək yekun hesabı müəyyənləşdirib – 1:2. “Kot-d'İvuar”ın hər iki qolunda məhsuldar ötürməni 22 yaşlı Simon Adinqra edib.

Beləliklə, qərbi Afrika təmsilçisi dördüncü dəfə qitənin ən güclü komandası olub.
Qeyd edək ki, “Kot-d'İvuar” seçməsi bu uğur nəticəsində 7 milyon ABŞ dolları gəlir götürüb.
Ardını oxu...
Afrika Millətlər Kubokunda üçüncü yer uğrunda oyun baş tutub.

Cənubi Afrika yığması Konqo yığmasını məğlub edib.

Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb.
Penaltilər seriyasında (6:5) cənubi afrikalı futbolçular daha dəqiq olublar.
 
 
 
Ardını oxu...
Futbol üzrə Türkiyə Superliqasında XXV turun daha iki oyunu keçirilib.

Çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” öz meydanında “Başakşəhər”lə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən İstanbul klubu xallarını 66-ya çatdıraraq zirvəyə yüksəlib. Liderdən bir oyun az keçirən “Fənərbağça” isə 63 xalla hələlik 2-ci pillədə qərarlaşıb.

Günün digər oyununda “Karagümrük” evdə “Pendikspor”a 2 cavabsız qolla qalib gəlib.
 
Ardını oxu...
Avstraliyanın cənubunda 16 xokkeyçi dəm qazından zəhərlənib.

Lent.az-ın ABC radiosuna istinadən verdiyi məlumata görə, matçdan sonra futbolçular xəstəxanaya yerləşdirilib. Qurbanlar Melburn və Adelaida xokkey komandalarının üzvləridir. Onlar “Adelaide Arena”nın buzu üzərində görüşdən sonra xəstəxanaya yerləşdirilibər.
"Xəstələrin əksəriyyəti müşahidə altındadır, bəziləri isə oksigen terapiyasına ehtiyac duyur", - Avstraliya Tibb Xidməti bildirib.

Xilasedicilər və yanğınsöndürənlər zəhərlənmənin səbəbini müəyyən ediblər. Zəhərlənməyə buz təmizləyən maşının çənlərindən maye sızması səbəb olub.
 

 
Ardını oxu...
Almaniya Bundesliqasının 21-ci turunda “Bayer”(Leverkuzen) evdə Münhen “Bavariya”sını qəbul edib.

Oyun meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb – 3:0

Bu qələbədən sonra hesabında 55 xalı olan “Bayer”(Leverkuzen) turnir cədvəlinin lideridir.

“Bayer”(Leverkuzen) - “Bavariya”(Münhen) – 3:0

Qollar: Stanişiç,18 (1:0), Qrimaldo,50 (2:0), Frimponq, 90+5 (3:0)
Ardını oxu...
“Əl-İttihad”ın ulduz hücumçusu Kərim Benzema növbəti anlaşılmaz davranışı ilə mətbautın diqqətini üzərinə çəkib.

Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.

Xəbərə görə, bazar ertəsi Səudiyyə Ərəbistanı klubunun düşərgəsinə qayıdaraq məşqləri bərpa edən fransalı forvard baş məşqçi Marselo Qalardo ilə dalaşıb. Onun yenidən düşərgədən ayrılaraq bu dəfə Türkiyəyə yollandğı bildirilib. Benzemanın Fransaya qayıdıb-qayıtmadığı barədə məlumat yoxdur.

Benzema bundan əvvəl dekabrın sonunda üç məşqi buraxmışdı. Bundan sonra 36 yaşlı futbolçunun “Əl-İttihad”dan ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı.

Benzema bu mövsüm bütün yarışlarda 20 matçda iştirak edib, 12 qol vurub və 1 məhsuldar ötürmə verib.
 
Ardını oxu...
UFC prezidenti Dana Uayt irlandiyalı Konor Makqreqorla amerikalı Maykl Çandler arasındakı döyüş haqqında danışıb.

“Bu, zamanla baş verəcək. İnanıram ki, bu il olacaq. Hələlik dəqiq tarix yoxdur. Amma ümid edirəm ki, döyüşü payızda təşkil edə bilərik”, – deyə Uayt “The Pat McAfee Show”ya müsahibəsində bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Makqreqor özü uzun fasilədən sonra ilk döyüşünün amerikalı Maykl Çandlerə qarşı olacağını söyləmişdi. Konorun sözlərinə görə, döyüş 2024-cü il iyunun 29-da baş tutmalıdır.

İrlandiyalı sonuncu dəfə 2021-ci ilin yayında amerikalı Dastin Puaryeyə uduzmuşdu. Həmin qarşılaşmada o, ayağını da sındırmışdı.

Konorun hazırda 35 yaşı var. Makqreqor və Çandler 2023-cü ildə döyüşməli idilər. Lakin Konor ABŞ Antidopinq Agentliyinin testinə vaxtında qatıla bilməmişdi.
 
Ardını oxu...
Bir müddət əvvəl LKS ə keçən Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni komandasında oynaması üçün heç bir əngəl qalmayıb.

Sportinfo.az Polşa klubunun rəsmi saytına istinadən xəbər verir ki, FIFA tərəfindən Lodz təmsilçisinə qoyulmuş transfer qadağası ləğv olunub.

Polşa təmsilçisi keçmiş futbolçuları Mikel Reyqaard və Rikardinyoya olan borcunu tam ödədiyi üçün qış transfer pəncərəsində heyətinə qatdığı yeni oyunçuların qeydiyyatdan keçirilməsinə icazə verilib.

Rahil Məmmədov ötən ay LKS klubu ilə 1,5 illik müqavilə imzalayıb. “Neftçi”nin yetirməsi olan futbolçu son olaraq “Qarabağ”ın formasını geyinib.
 
 
 
Ardını oxu...
Türkiyə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Hazırda ölkə çempionatının lideri olan “Fənərbağça” “Qaziantep”in qonağı olub.

Matçın 17-ci dəqiqəsində Batşuayi penaltini dəqiq yerinəyetirərək qonaqları önə çıxarıb. 31-ci dəqiqədə isə o, dubla imza ataraq oyunun yekun hesabını müəyyənləşdirib - 0:2.
Beləliklə də, bu qələbə sayəsində “Fənər” türkiyə Kubokunun 1/4 mərhələsinə adlayıb.
 
 
Ardını oxu...
Niderlandlı sabiq futbolçu Robin van Persi UEFA-nın peşəkar məşqçi lisenziyasının tələblərini yerinə yetirmək üçün “Mançester Yunayted”in Trafford Məşq Mərkəzində olacaq.


Referans.az xəbər verir ki, “Mançester Yunayted” keçmiş hücumçusuna baş məşqçi Erik ten Haqın rəhbərliyi altındakı məşqləri izləmək və personalla müsahibə etmək şəraiti yaradıb.

Qeyd edək ki, van Persi karyerasının 8 ilini “Arsenal”da keçirib. Niderlandlı futbolçu 278 oyunda 132 qol vurub ki, bu da “topçular”ın tarixində ən yaxşı səkkizinci göstəricidir. 2012-ci ildə isə niderlandlı futbolçu “Mançester Yunayted”ə keçib. Hücumçu şotlandiyalı çalışdırıcı Aleks Ferqyusonun karyerasının son Premyer Liqa çempionluğuna (2012/2013) nail olmasında müstəsnə rol oynayıb. O zaman futbolçu 26 qolla turnirin bombardiri olub. Ümumilikdə van Persi “Mançester Yunayted”də 105 oyunda 58 dəfə fərqlənib.
 

Dünyapress TV

Xəbər lenti