Ardını oxu...
Turnirinin üçüncü tur matçında Top Team (Qırğızıstan) və 2Drots (Rusiya) komandalarının oyunçuları arasında kütləvi dava başlayıb.
Davaya ilkin səbəb kimi meydanda qırğızıstanlı rəqiblərini təhqir edən rusların qeyri-idman davranışı göstərilir.
Hakim Top Komandanın oyunçularına bir neçə qırmızı vərəqə göstərdikdən sonra onlar oyunu davam etdirməkdən imtina ediblər, bundan sonra onlara texniki məğlubiyyət verilib.
Azarkeşlərin fikrincə, ruslar bir az “döyüldülər” və onların kim olduqlarını və Putinlərinin kim olduğunu izah etdilər
Tetyana Gavriluck
 


 
Ardını oxu...
Azərbaycan Premyer Liqasının 21-ci turunda keçirilən "Qəbələ” - "Zirə” oyununda fantastik qol vurulub.

Meydan sahiblərinin hücumçusu Ülvi İsgəndərov 14-cü dəqiqədə uzaq məsafədən qolla fərqlənib.

Həmin qolu təqdim edirik:

qafqazinfo.az
Ardını oxu...
La Liqada 23-cü tur çərçivəsində son çempion “Barselona” “Deportivo Alaves”in qonağı olub.

Katalonlar çətinlik çəkmədən üç xalı əldə ediblər. Levandovski (22), Gündoğan (49) və Roke (63) fərqləniblər.

Hərçənd sonuncusu qoldan az sonra ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoyub. Lakin bu, “Barsa”nın qələbəsinə əngəl törətməyib. Ev sahibləri qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 1:3.
Beləliklə də, hazırda “Barselona” 50 xalla turnir cədvəlində 3-cü, “Alaves” isə 26 xalla 12-cidir.
 
 
Ardını oxu...
Özünü dünyada boks yarışlarının əvəzolunmaz rinq aparıcısı kimi tanıdan Maykl Baffer uğura gedən yolu tapanda 38 yaşı var idi. Özü bu haqda belə danışır:

“Bir dəfə oğlumla televizorda boks yarışını izləyirdim. Rinqdəki aparıcı iştirakçıları o qədər pis təqdim edib danışırdı ki, 12 yaşlı oğlum dedi ki, “ata, sən bunu daha yaxşı bacararsan” və elə bil ki, bu söz ağlıma batdı və özüm üçün rinqdəki kimi təqdimat hazırlayıb məşq etməyə başladım.

Təzə-təzə bu, çox pis alınırdı. Sonra isə auditoriyanın diqqətini cəlb etmək üçün cümlələr qurmağa başladım. “Kəmərlərinizi bağlayın, başlayırıq” kimi müraciətlərdən istifadə etdim. Amma bunların heç biri tamaşaçıları ələ almaqda kömək etmirdi. Zal coşmurdu”.

Bunlara baxmayaraq, Maykl ruhdan düşmür və sonda onu boks yarışlarının məşhur aparıcısı edən həmin o beş sehrli sözü tapa bilir.
“Birdən Məhəmməd Əlinin yarışdan öncə rəqibini əsəbiləşdirmək üçün dediyi sözləri xatırladım. O, “mən çox güclüyəm, yarışa hazıram, gəl, dalaşaq, gəl, səni sındırım, mən səni parçalamağa hazıram” kimi sözlər mırıldanırdı”, - deyə Maykl bildirib.

Maykl Məhəmməd Əlinin dediklərindən özünə lazım olan sözləri tapır və həmin cümlə belə səslənirdi: Guruldamağa hazır olun (Let’s get ready to rumble). Məhz bu sözlərlə rinqdən müraciət tamaşaçıları o qədər coşdurur ki, Maykl ulduza çevrilir. Baffer familiyası artıq məşhur idi.

Ətraflı Baku TV-nin əməkdaşı Gülnar Muradovanın araşdırmasında:

 
 
 
Ardını oxu...
Əfsanəvi basketbolçu Maykl Cordanın 6 cüt idman ayaqqabısı hərracda 8 milyon dollara satılıb.

“AVESTA.AZ” xəbər verir ki, kolleksiyada sabiq idmançının Milli Basketbol Assosiasiyasında (NBA) çempionluq uğrunda həlledici oyunlarda geyindiyi ayaqqabılar yer alıb.

O, 1991-1993 və 1996-1998-ci illərdə “Çikaqo”nun heyətində NBA çempionu olub. Cordan dörd cüt ayaqqabısının üzərinə qol çəkib.

Qeyd edək ki, Maykl Cordanın peşəkar karyerası 1984-2003-cü illəri əhatə edib.
 
Ardını oxu...
Futbol üzrə Boliviya yığmasının keçmiş futbolçusu Serxio Xaureqi güllələnib. Hadisə Meksikada olub.

Belə ki, adıçəkilən ölkənin həvəskar komandaları arasında keçirilən oyunda 38 yaşlı futbolçu su içmək üçün kənara gəlib. Həmin vaxt naməlum şəxs onu güllələyib və hadisə yerindən qaçıb.

6 güllə yarası alan oyunçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Serxio Xaureqi Boliviya millisində 13 oyun keçirib.
 
Ardını oxu...
İspaniya Primerasının 20-ci turunun təxirə salınmış oyunu keçirilib.

“Xetafe” doğma meydandan “Real Madrid”lə qarşılaşıb.

“Kolizey Alfonso Peres” stadionundakı oyun qonaqların ütünlüyü ilə yekunlaşıb. Xoselunun dublu (14, 56) Kral klubuna vacib üç xalı qazandırıb - 0:2.
Hazırda La Liqada “Xetafe” 29 xalla 10-cu pillədə qərarlaşıb. “Real Madrid” isə 57 xalla birinci yerdədir.
Ardını oxu...
UEFA Çempionlar Liqasının qrup mərhələsində vurulan ən yaxşı qol bəlli olub.

Apasport.az xəbər verir ki, "Qalatasaray" - "Mançester Yunayted" matçında Kerem Aktürkoğlunun vurduğu qol bu mükafata layiq görülüb.

Xatırladaq ki, İstanbulda “Mançester Yunayted”lə 3:3 hesabı ilə başa çatan matçda Kərəm Aktürkoğlu komandasının bərabərlik qolunu vurmuşdu.

Türkiyəli futbolçunun bu qolu həm də həmin həftə vurulan ən yaxşı qol seçilmişdi.

 
Ardını oxu...
Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri bulvarda törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər - Tofiq Musayev və Mehman Məmmədov haqqında həbs qətimkan tədbiri seçilib.
Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, R.Əsədov, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov münaqişə vəziyyəti yaradaraq ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək ona qarşı xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.
Anar Soltanoğlu
 
Ardını oxu...
“TikTok”un dünya trendinə düşən azərbaycanlı idmançı Emin Çaqayevin məşqlərinin müzakirəsi davam edir. Özünəməxsus tərzdə məşq keçən idmançı gündəmdən düşmür.

Görəsən, ağır çəkili insanların rəqs və yüksək templi məşqlər etməsinin sağlamlığa hər hansı zərəri varmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli bildirib ki, bu cür məşqlər ürək üçün risklidir:

“Bu cür yüksək templi məşqlər infarktdan tutmuş, qəfil ölümə qədər apara bilər. Həmçinin, bu cür məşq qan təzyiqinin qalxmasına da səbəb olur. Xüsusilə, yaşlı adamlar üçün bu təhlükə daha böyükdür. Belə məşqlər ağır fiziki məşqlərdir. Bu gün qəfləti ölümlərin sayı artıb, adicə toyda içib tullanıb-düşəndə bir də görürsən şəxs ürəktutmadan vəfat edir.

Ümumiyyətlə, hər şeyin əndazəsi var. Məşqçi bununla nə etmək istəyir? Bu məşq deyil, sanki idmana gələnləri qamçılayıb döyür, belə məşqin orqanizmə nə faydası var?! Hər məşqin özünün qaydası var, orqanizm buna öyrəşməlidir. Birdən-birə belə məşqlə, tullanıb-düşməklə orqanizmə xeyirdən çox zərər dəyir”.

Kardioloq qeyd edib ki, piylənmədən əziyyət çəkənlər əvvəlcə həkimə müraciət etməlidir:

“Piylənmədən əziyyət çəkənlər məşqə yazılmamışdan öncə həkimə müraciət etməlidir. Aydınlaşdırmaq lazımdır ki, şəxsin piylənməsi genetikdirmi, yoxsa qida ilə bağlıdır?

Ola bilər ki, kökələn adamın hər hansı endokrin xəstəliyi olsun. Bunları yoxlamaq lazımdır. Xəstənin heç olmasa kardeoqrammı, exo-kardeoqrammı olmalıdır, məşqlər mütləq pəhrizlə birgə aparılmalıdır. Pəhriz olmasa, bu cür məşqi gündə 10 saat da etsən istədiyin nəticəni ala bilməyəcəksən. Yavaş-yavaş pəhrizlə istədiyin çəkiyə çatandan sonra məşqləri edə bilərsən, amma birdən-birə o cür ağır məşqlər təhlükəlidir. Bunun xoşagəlməz nəticələri ola bilər.

O cür artıq çəkili adamların bədənindəki qədər daxildə - ürəyinin ətrafında piy olur. Piy ürəyi sanki torbanın içinə alır və sıxır, ürəyi normal açılıb-yığılmağa qoymur. Buna görə də daxili piyləri yavaş-yavaş, mülayim formada əritmək lazımdır. Bunun üçün zaman lazımdır. Birdən-birə ürəyi piy basmış adamı ağır məşqlərə saldıqda qəfləti ölüm riski artır”.
 

Dünyapress TV

Xəbər lenti