Ardını oxu...
Komandalar meydana aşağıdakı heyətlə çıxdılar:
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Cəfərquliyev, Toral Bayramov, Julio Romao, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo
“Tottenhem”: Qulelmo Vikario, Van de Ven Mikki, Brennan Conson, Dominik Solanke, Radu Drequşin, İv Bissuma, Arçi Qrey, Lukas Berqvall, Pap Matar Sarr, Ben Devis, Son Hın Min
***
“Tottenhem” (İngiltərə) – "Qarabağ" oyunu başladı.
***
“Tottenhem” 7-ci dəqiqədə azlıqda qalır. London təmsilçisinin futbolçusu Draqusin Juninyonun qapıçı ilə təkbətək çıxmasının qarşısını kobudluqla aldığı üçün qarşısında qırmızı vərəqə görür.
***
22-ci dəqiqədə meydan sahibləri hesabı açır: 1:0.
***
Birinci hissə başa çatdı
***
İkinci hissə başladı.
***
53-cü dəqiqədə “Tottenhem” hesabı 2:0 edir. Sarr fərqlənir.
***
58-ci dəqiqədə Toral Bayramov penaltini dəqiq yerinə yetirə bilmir.
***
68-ci dəqiqədə “Tottenhem”dən daha bir qol. Solanke hesabı 3:0 edir.
***
Oyun başa çatdı. “Qarabağ” 0:3 hesabı ilə məğlub oldu
bakipost.az
 
 
 
Ardını oxu...
"Əl Hilal"ın baş məşqçisi Jorje Jesus Neymarın sağlamlıq durumu barədə danışıb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu sözləri deyib:

"Neymar təkcə "Əl Hilal" üçün yox, bütün liqa üçün vacib oyunçudur. Lakin onun qayıdışı barədə dəqiq tarix deyə bilmərəm. Yanvar ayında durumunu yenidən nəzərdən keçirəcəyik".

Qeyd edək ki, Neymar 2023-cü ilin oktyabr ayından zədəyə görə yaşıl meydanlardan uzaq qalıb. 32 yaşlı braziliyalının klubla müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.
 
Ardını oxu...
Təmsilçimiz "Qarabağ" bu gün UEFA Avropa Liqasının yeni formatı olan Liqa mərhələsində ilk oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi komanda ilk tur oyununda İngiltərənin "Tottenhem" klubunun qonağı olacaq.

Görüşü Villi Delajonun başçılıq etdiyi fransalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

UEFA Avropa Liqası

I tur

"Tottenhem" - "Qarabağ"

Saat 23:00, "Tottenham Hotspur Stadium"
 
Ardını oxu...
“Fənərbaxça” Türkiyə millisinə basketbolçu göndərməyəcək.

AzFakt.com xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi açıqlama yayıb.

Açıqlamada yığmanın çalışdırıcı Ergin Atamanın etdiyi hərəkət tənqid edilib və milliyə oyunçu göndərməmək qərarı alındığı bildirilib: “Kişilərdən ibarət milli komandanın baş məşqçisinin çalışdırdığı “Panatinaikos”un oyunundan sonra tribunadan ictimaiyyətə münasibəti hər kəsə bəllidir.

Bu şəxsin xarakteri, münasibəti və üslubu ilə missiyası aydındır. Milyonlarla tamaşaçı qarşısında gördüyü işlər onun “milli komandanın baş məşqçisi” kimi nüfuzu və şəxsiyyəti ilə tamamilə ziddiyyət təşkil edir.

Milli komanda bizim komandadır. Bu komandanın üzvü olan hər bir şəxs bu vəziyyətdən xəbərdar olmalı və buna görə məsuliyyət daşımalıdır.

Bu hərəkət cəmiyyətimizə, milli komandanın baş məşqçisi olmaq prestijinə və hətta bir cəmiyyətə rəğbət qazandırmaq naminə ölkəmizə qarşı böyük hörmətsizlikdir.

İctimaiyyətin nəzərinə çatdırırıq ki, “hörmətlilik və qərəzsizlik” kimi vazkeçilməz keyfiyyətlər tələb edən bu vəzifədə olduğu müddətdə milli komandamıza oyunçu göndərməməyə qərar vermişik”.

Qeyd edək ki, Ergin Ataman ötən gün “Qalatasaray” və “Panatinaikos” arasında keçirilən oyundan sonra etdiyi hərəkətlə gündəmə gəlib. O, Türkiyə futbol çempionatında keçirilən “Fənərbaxça” – “Qalatasaray” (1:3) hesabını əli ilə tribunalara göstərib. “Fənərbaxça” tərəfdarları isə Türkiyə yığmasının baş məşqçisinə sərt reaksiya göstərib.
Ardını oxu...
İran və Fransa milli komandası futzal üzrə dünya çempionatının qrup mərhələsində danışılmış oyunda iştirakda şübhəli bilinir.

Oxu.Az bu barədə "RMS Sport"a istinadən xəbər verib.

Görüş 4:1 hesabı ilə İranın xeyrinə başa çatıb.

Mənbənin iddiasına görə, fransızlar pley-off mərhələsində daha rahat rəqiblə qarşılaşmaq üçün matçı uduzublar.

F qrupunda İranla oyundan öncə Fransa artıq turnirin həlledici mərhələsinə vəsiqəni təmin etmişdi.
 
 
 
Ardını oxu...
Belarusun “BQU” (Mins) klubunun futbolçusu Fyodor Poloneyçik bədbəxt hadisə nəticəsində vəfat edib.

Gununsesi.info xəbər verir ki, 18 yaşlı oyunçu ötən gün avtomobil qəzasında ölüb.

Qeyd edək ki, Poloneyçik Minsk Futbol Akademiyasının yetirməsi olub. “BQU” kollektivi Belarus çempionatının ikinci liqasında mübarizə aparır.
 
Ardını oxu...
Formula 1 üzrə dünya çempionatının 18-ci mərhələsi Sinqapurda başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, Bakıdan sonra komandalar daha bir şəhər trassında mübarizə aparıb. Həftə ərzində çox sürətli olan Lando Norris qələbə qazanıb.

Şənbə günü təsnifatda birinci nəticə göstərən “Maklaren” sürücüsü startdan finişə qədər liderliyi əldən verməyib. Bu , Britaniyalı pilotun 2024-cü idlə 3-cü qələbəsidir. Qələbə sayəsində Lando Norris Ferstappenlə fərqi bir qədər də aşağı salıb. Niderlandlı sürücü bu yarışı ikinci pillədə başa vurub. Hazırda onlar arasında xal fərqi 52-yə bərabərdir.

Podiumun 3-cü pilləsi Azərbaycan qran-prisində qalib gələn Oskar Piastriyə qismət olub. 4-cü yeri Corc Rassel, 5-cini isə Şarl lekler tutub.

Bu yarışdan sonra “Maklaren” Mühəndislər kubokunda liderliyini möhkəmləndirib. Hazırda onlar “Red Bull”u 41 xal qabaqlayır.

Əlavə edək ki, növbəti yarış 4 həftə sonra baş tutacaq. Komandaları bu dəfə ABŞ-nin Ostin şəhərində mərhələ gözləyir.
 
 
 
Ardını oxu...
Məşhur "CBS Sports" telekanalında yayımlanan verilişdə maraqlı bir hadisə yaşanıb.

Rekord.az xəbər verir ki, tanınmış aparıcı Keyt Abdo daimi ekspertlər Ceymi Karraqer və Mayka Riçardsa bu il Avropa Liqasında oynayan klubların ölkələrini tapmağı təklif edib.

Suallardan biri "Qarabağ"la bağlı olub. "Bu klub hansı ölkəni təmsil edir?" sualına 3 cavab variantı verilib: Gürcüstan, Qazaxıstan, Azərbaycan. Riçards cavabı doğru tapıb, Karrager isə Gürcüstanın adını çəkib.

Sonda digər ekspert Tyerri Anri klubumuz haqda məlumat verib, təmsilçimizin Birinci Qarabağ müharibəsi zamanı doğma Ağdamdan didərgin düşdüyünü və oyunlarını paytaxt Bakıda keçirdiyini qeyd edib.

 
Ardını oxu...
TEREF apasport.az-a istinadla xəbər verir ki, “Fənərbaxça” doğma meydanda “Qalatasaray”a məğlub olub.

Matçdan sonra hər iki komandanın baş məqçisi mətbuat konfransı təşkil etməli idi, lakin bu baş verməyib.

Belə ki, “sarı-lacivərd”lərin baş məşqçisi Joze Mourinyo oyunsonrası mətbuat konfransı keçirməyib.

O, konfransa qatılmaqdan imtina edib.

Mourinyonun bu hərəkəti Türkiyə mətbuatında birmənalı qarşılanmayıb.

Qeyd edək ki, görüş “Cimbom”un 3:1 hesablı qələbəsi ilə nəticələnib.
 
Ardını oxu...
İspaniya La Liqasının altıncı turu çərçivəsində son çempion "Real Madrid" "Espanyol"la qarşılaşıb.

Oxu.Az xəbər verir ki, Santyaqo Bernabeuda bütün maraqlı hadisələr ikinci hissədə cərəyan edib.

Hesabı qonaqlar açsalar da, bu, onların yeganə qolu olub.

Kral klubu dörd dəqiqə ərzində geridönüş edərək rəqibini qol vurmağa peşman edib və matçın nəticəsini öz xeyrinə dəyişib - 4:1.

Bu nəticədən sonra paytaxt komandası 14 xalla ikinci, "Espanyol" isə 7 xalla 13-cü yerdədir. Çempionata "Real"dan bir oyun az keçirən, lakin bir xal daha çox toplayan "Barselona" başçılıq edir.

Dünyapress TV

Xəbər lenti