Ardını oxu...
Türkiyə superliqasında 6-cı turun oyunları davam edir.

Bizim.Media xəbər verir ki, turun mərkəzi qarşılaşması bu günə təyin edilib.

Əzəli rəqiblər - İstanbul təmsilçiləri “Fənərbaxça” ilə “Qalatasaray” üz-üzə gəlib. “Şükrü Saracoğlu” stadionunda keçirilən görüş "Qalatasaray"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu oyun liderlik baxımından da əhəmiyyət daşıyıb. Bu mövsüm liqada bütün 6 matçda qələbə qazanan “Qalatasaray” 18 xalla birinci yeri tutur. “Fənərbaxça” isə 6 oyundan sonra 13 xalla 2-ci yeri tutur.

21:00. "Fənərbaxça" - "Qalatasaray" - 1:3

Qollar: Livakoviç, 20 - avtoqol (0:1), Mertens, 28 (0:2), Sara, 60 (0:3), Dzeko, (1:3)




 
Ardını oxu...
"Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası mövsümdə ikinci qələbəsini qazanıb.

Fanat.az xəbər verir ki, Ər-Riyad klubu 4-cü tur çərçivəsində səfərdə mövsümə ardıcıl üç qələbə ilə başlayan “Əl-İttifaq”la qarşılaşıb.

"Əl-Nəsr"in yeni baş məşqçisi Stefano Pioli özünün debüt oyununda böyükhesablı qələbəyə sevinib. Matçda hesabı 33-cü dəqiqədə penaltidən Kriştianu Ronaldu açıb. Digər qolları Salem Əl-Najdi və Anderson Talişka vurublar.

“Əl-Nasr” 4 turda topladığı xalların sayını 8-ə çatdıraraq 4-cü pilləyə yüksəlib. “Əl-İttifaq” 9 xalla 1-3-cü yerləri bölüşdürür.
 
Ardını oxu...
İngiltərəli müdafiəçi Trent Aleksander Arnold Fransa Liqa 1 komandası olan "Nant"ı almaq istəyir.

Oxu.Az xəbər verir ki, futbolçu atasının idarə etdiyi yatırım fondu vasitəsilə kluba sahiblənmək istəyir. Arnold 100 milyon avroluq təkliflə fransızların "qapısı"nı döyüb.

"Nant"ın sahibi Valdemar Kita ilə görüşdüyü söylənilən oyunçunun cavab gözlədiyi qeyd olunub.

Xatırladaq ki, "Real"a transferinin ardınca Kilian Mbappe də ölkəsinin II Liqa klubu "Kaen"in çox hissəsini satın almışdı. O, aktiv futbol oynayıb klub sahibi olan ilk futbolçu olmuşdu.
 
Ardını oxu...
Bu yay "Çelsi"ni digər London klubu "Arsenal"a dəyişməsi Rahim Sterlinq üçün xüsusi məqamla yadda qalıb.

Fanat.Az xəbər verir ki, o, "topçular"ın heyətində Çempionlar Liqasında matça çıxmaqla rekord müəllifi olub.

"Opta"nın məlumatına görə, Liqa mərhələsinin açılış turunda "Atalanta" ilə (0:0) oyunda meydana çıxan vinger dörd fərqli komanda üçün bu turnirdə oynayan ilk ingilis futbolçu ünvanına sahib çıxıb.

Sterlinq bundan əvvəl “Liverpul”, “Mançester Siti” və “Çelsi”nin heyətində eyni uğura imza atıb.
 
 
 
Ardını oxu...
İngiltərənin "Arsenal" klubunun keçmiş futbolçusu Cey Emmanuel-Tomas narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb.

Oxu.Az xəbər verir ki, "Stansted" aeroportunda (London) Banqkokdan gələn 33 yaşlı idmançının iki çamadanında təxminən 600 min funt sterlinq (798 min dollar) dəyərində olan 60 kiloqram marixuana aşkarlanaraq müsadirə edilib.

Emmanuel-Tomas bu gün hakim qarşısına çıxarılacaq.

2008-ci ildən 2011-ci ilə qədər "Arsenal" klubunun futbolçusu olan Cey komanda debüt matçına 2010-cu ildə çıxıb. O, hazırda Şotlandiyanın İkinci Liqasında çıxış edən "Morton" klubunda oynayır və müqaviləsi 2025-ci ilin yayına qədərdir.

 
Ardını oxu...
Bu gün Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə açıq yayımla baxmaq mümkün olacaq.

Tribunainfo.az-xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə birbaşa nümayiş etdiriləcək:

“CBC Sport”

20:45. “Bolonya” (İtaliya) – “Şaxtyor” (Ukrayna)

23:00. “Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya)

“İTV”

23:00. PSJ (Fransa) – “Jirona” (İspaniya)

TRT 1

20:45. “Bolonya” (İtaliya) – “Şaxtyor” (Ukrayna)

23:00. “Brügge” (Belçika) – “Borussiya” (Dortmund, Almaniya)
 
Ardını oxu...
 

“Mənim yarışlarım 2025-ci ildə başlayacaq. Çalışacam ki, fevral, mart ayına qədər hazır olum və reytinq turnirlərində güləşim”.

Bunu İdman.bizə Azərbaycan millisinin sərbəst güləşçisi Əliabbas Rzazdə deyib. Zədəli olan Əliabbas ötən günlərdə sol çiynindən və sol biləyindən əməliyyat olunub. Gənc idmançı bildirib ki, yarışlara daha tez qayıtması üçün özünü toparlayacaq: “Hər gün daha da yaxşıya doğru gedirəm. 14 gündən sonra əlimin gipsi açılacaq. Reablitasiya, fizioterapiya başlayacaq. Daha sonra yavaş-yavaş məşqlərə çıxacam. 6 aydan sonra isə xalça üzərində məşqlərə start verəcəyəm. Ondan daha tez də ola bilər. Maksimum 6 ay demişik. Çalışacam ki, daha tez sağalım”.

Rzazadə zədəsinin ona Parisdə keçirilən son Olimpiya Oyunlarında uğurlu çıxış etməsinə mane olduğundan da danışıb: “Olimpiya Oyunlarına 1 ay qalmış Budapeştdə keçirilən yarışda çiynimdən ağır zədə aldım. Yarışa tam istədiyim kimi hazırlaşa bilmədim. 1 ay qabaq rahatlıqla qalib gəldiyim idmançıya Olimpiya Oyunlarında məğlub oldum. Buna zədə səbəb oldu. Travmam olduğu üçün məşqlərdə istədiyim kimi işləyə bilmirdim. Parisdə məğlub olmağım mənim ən pis günlərimdən biri oldu. Xalça üzərinə zədəli çıxsam da məğlub olacağımı düşünmürdüm. Bundan sonra daha da ciddi və məsuliyyətli hazırlaşacam ki, gələn Olimpiya Oyunlarına qatılım və orda yaxşı nəticə əldə edim”.

Qeyd edək ki, Əliabbas Rzazadə Avropa çempionu və U-23-ün dünya birincisidir.

Ardını oxu...
Azərbaycanın çimərlik futbolu yığmasının 2025-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.

Bu barədə Dünya Çimərlik Futbolu Təşkilatının mətbuat xidməti məlumat yayıb.

Sahib Məmmədovun baş məşqçisi olduğu millimiz A qrupunda İspaniya, İngiltərə və Gürcüstanla mübarizə aparacaq.
 
Ardını oxu...
Braziliyalı hücumçu Neymar "Real Madrid"də çıxış edən həmyerlilərinə məktub yazıb, fransız hücumçu Kilian Mbappedən şikayətlənib.

Bu barədə GFFN məlumat yayıb .

Jurnalist Siril Anunanın imzasıyla qeyd olunan mənbənin sözlərinə görə, cənubi amerikalı Vinisius Junior, Rodriqo və digər oyunçularla Mbappenin transferini mənfi şəkildə müzakirə edib.

“Real Madrid”dən olan braziliyalılar Neymarla dostdurlar. Onunla Mbappe arasında həmişə müharibə olub. Neymar onlara Mbappe haqqında yazıb ki, bu, fəlakət və cəhənnəmdir”, - Anuna bildirib.

Mbappe ilə Real Madrid arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu Madrid klubuna azad agent kimi keçib. Bundan əvvəl forvard 2017-ci ildən çıxış etdiyi PSJ-də çıxış edib.

Mbappe İspaniya çempionatında "Real"ın heyətində ilk qollarını "Betis"lə 4-cü tur matçında vurub. O, dubla imza atıb və Madrid klubu 2:0 hesabı ilə qalib gəlib. Sentyabrın 4-də Mbappe “Qızıl top”a namizədlər siyahısına daxil edilib.
 
Ardını oxu...
“Ən-Nəsr”in hücumçusu və kapitanı Kriştianu Ronaldu xəstəliyi səbəbindən komanda ilə sentyabrın 16-da “Əl-Şorta” ilə Afrika Çempionlar Liqası matçının keçiriləcəyi İraqa gedə bilməyəcək.

Gununsesi.info xəbər verir ki, Ronaldu bu gün özünü pis hiss edib və ona virus infeksiyası diaqnozu qoyulub.

“Komandanın həkimi idmançının istirahətə ehtiyacı olduğunu və evdə qalmalı olduğunu təsdiqləyib. O, komanda ilə İraqa getməyəcək. Kapitanımızın tezliklə sağalmasını arzulayırıq”, – Səudiyyə klubunun sosial şəbəkələrdəki açıqlamasında deyilir.

Qeyd edək ki, “Əl-Şorta” – “Ən-Nəsr” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 
 
 

Dünyapress TV

Xəbər lenti