Ardını oxu...
Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyanın Kadis şəhərində keçirilən dünya çempionatı ilə vidalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Sahib Məmmədovun başçılıq etdiyi yığma 1/8 finalda Portuqaliya seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin 13:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Azərbaycan millisi mübarizəni dayandırıb.
 
Ardını oxu...
Tacikistan Futbol Federasiyası Rusiya Futbol İttifaqının noyabrda milli komandalar arasında yoldaşlıq oyunu keçirmək təklifindən imtina edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, təklif hələ iyun-iyul aylarında irəli sürülüb.

Lakin noyabrda ev oyunlarının çoxluğu səbəbindən qarşı tərəf təklifdən imtina edib.
 
Ardını oxu...
Hollandiya millisinin, “Barselona”nın və “Ayaks”ın sabiq yarımmüdafiəçisi Yohan Neeskens oktyabrın 6-da 74 yaşında Əlcəzairdə vəfat edib.

TEREF APA-ya istinadla xəbər verir ki, bu barədə Hollandiya Kral Futbol İttifaqının (KNVB) mətbuat xidməti məlumat yayıb.

Neeskens bazar günü Niderland Kral Futbol Assosiasiyası adından iştirak etdiyi Əlcəzairdə keçirilən tədbir zamanı özünü pis hiss edib və onun həyatını xilas etmək mümkün olmayıb.

Neeskens ilk dəfə 19 yaşında millidə çıxış edib və ümumilikdə komandanın heyətində 49 oyun keçirib və bu oyunlarda 17 qol vurub.

Milli komandanın tərkibində Neskens iki dəfə Dünya Çempionatının gümüş mükafatçısı olub (1974, 1978), həmçinin 1976-cı ildə Avropa çempionatında bürünc medal qazandı.

“Barselona” ilə Kral Kubokunu və Avropa Kubok Qalibləri Kubokunu qazanıb (1978). 1979-cu ildə Neeskens “Nyu York Kosmos”da oynamaq üçün ayrılıb. O karyerasını İsveçrədə başa vurub.

Oyunçu karyerasından sonra Neeskens uzun illər peşəkar futbolda məşqçi kimi Hollandiya, Avstraliya (hər ikisində Quus Hiddinkin köməkçisi olub), “Barselona” və digər komandalarda çalışıb.
Ardını oxu...
Türkiyə Superliqasında VIII tura yekun vurulub.

Son çempion “Qalatasaray” doğma meydanda “Alanyaspor”a 1:0 hesabı ilə qalib gəlib. “Beşiktaş” isə səfərdə “Qaziantep”lə heç-heçə edib – 1:1. Turnir cədvəlinə 22 xalla “Qalatasaray” başçılıq edir. “Samsunspor” 18 xalla

2-ci, 17 xallı “Beşiktaş” isə 3-cü pillədə qərarlaşıb.

Ardını oxu...
  

"Real" 2 ciddi itki ilə üzləşib.

Madrid təmsilçisi La Liqanın 9-cu turunda "Vilyarreal"la qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin "Real"ın heyətində Vinisius Junior və Dani Karvaxal zədələnib.

İspaniyalı müdafiəçinin durumu ağırdır. Onun mövsümü qapatdığı bildirilir.//Offsideplus.az

 
 
 
Ardını oxu...
“Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsində növbəti oyuna çıxıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Malmö”nü qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə "Qarabağ" 1-2 hesabı ilə məğlub olub.

“Qarabağ” ilk oyunda “Tottenhem”ə (0:3), “Malmö” isə “Reyncers”ə (Şotlandiya) uduzub (0:2).

Avropa Liqası

Liqa mərhələsi, II tur

3 oktyabr

20:45 Qarabağ – Malmö (İsveç) 1-2

Qollar: Juninyo 14. - Erik Botheim 19, 47

Baş hakim: Anatasios Papapetru (Yunanıstan)

(Tofiq Bəhramov adına Respublika stadionu)

 
 
 
Ardını oxu...
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk 5 oyunluq cəzalandırıla bilər.

Referans.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb mütəxəssisin "Kasımpaşa" ilə oyunda işlətdiyi ifadə olub.

Belə ki, 3:3 hesabı ilə başa çatan oyunun son dəqiqələrində VAR-da penalti epizoduna baxan hakimə Okan Burukun "bu epizoda penalti verən hakim burda bir daha oyun idarə edə bilməz" dediyi iddia olunur.

Türkiyə Futbol Federasiyası bunu "təhdid" kimi dəyərləndirib. Bununla bağlı qurumun İntizam Komitəsi qərar verəcək.

İdman hüququ üzrə vəkil Emin Özkurt bildirib ki, TFF-nin Okan Buruka 5 oyun cəza verməsi gözlənilir. Baş məşqçi həmçinin 50 mindən 500 min lirəyə qədər cərimə oluna bilər.
 

UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda “Qarabağ”ın qonağı olacaq “Malmö”nün futbolçusu Yens Striqer oyundan öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Tribunainfo.az xəbər verir ki, İsveç təmsilçisinin müdafiəçisi belə danışıb:

“Uzun yol gəlmişik. Sabahkı oyunun çətin olacağını bilirik. Amma uduzmaq barədə düşünmürük. “Reyncers”lə oyundakı səhvləri təkrarlamaq niyyətində deyilik. Rəqibimizi məğlub etməyə çalışacağıq. “Qarabağ”la bağlı məlumatlar əldə etmişik. Rəqibin gücünə də bələdik. Lakin məğlub olmaq istəmirik”.

Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
 
Ardını oxu...
Azərbaycan ərazisində Rusiyanın yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə işlənir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində bildirib.

Azərbaycana, o cümlədən Azərbaycanın Qarabağ regionunda yeni baş konsulluqların açılması ehtimalı ilə bağlı sualı cavablandıran Klimov qeyd edib ki, hazırda bu məsələ ilə bağlı siyasi səviyyədə işlənilir.

“Azərbaycan tərəfi ilə müvafiq sazişlər yekunlaşdıqca XİN-in konsulluq departamenti də onlarla bağlı əməli addımların həyata keçirilməsinə qoşulacaq”, - deyə rusiyalı diplomat vurğulayıb.
 

Dünyapress TV

Xəbər lenti