Ardını oxu...
İspaniyanın “Barselona” klubunun gənc futbolçusu Lamin Yamal tarixə keçərək yeni rekorda imza atıb.
Yamal La Liqanın 11-ci turunda keçirilən “El Klasiko”da “Real Madrid”ə qarşı qələbə qazandıqları matçda fərqlənib. O, bu qol ilə “El Klasiko”da qol vuran ən gənc futbolçu ünvanını əldə edib. Bu tarixi uğuru Yamal 17 yaş 106 günlüyündə ikən reallaşdırıb.

Qeyd edək ki, qarşılaşma “Barselona”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
 
 
 
Ardını oxu...
İspaniya La Liqasında təkcə bu ölkədə yox, bütün dünyada futbolsevərlərin böyük maraqla izlədikləri matç - "El-Klasiko" baş tutub.

Oxu.Az xəbər verir ki, çempionatın 11-ci turu çərçivəsində "Real Madrid" və "Barselona" İspaniya paytaxtındakı "Santyaqo Bernabeu" arenasında üz-üzə gəlib.

Əzəli rəqiblərin qarşılaşması gözlənilmədən qonaqların mütləq üstünlüyü ilə keçib və Kral klubunun darmadağını ilə yekunlaşıb. 54 və 56-cı dəqiqələrdə qol vuran Levandovski dubla imza atıb. 77-ci dəqiqədə Yamal fərqi üç topa çatdırıb. 84-cü dəqiqədə isə Rafinya dördüncü topu "Real"ın qapısından keçirib - 0:4.

Bu nəticədən sonra çempionatın lideri olan Kataloniya klubu ikinci pillədəki paytaxt təmsilçisi ilə arasındakı xal fərqini 6-ya çatdırıb (müvafiq olaraq, 30 və 24 xal).
 
 
Ardını oxu...
Gerard Pike və Şakiranın uzun illərdir davam edən münasibəti keçmiş futbolçunun xəyanəti səbəbindən 2022-ci ildə bitib.

Milliyet bildirir ki, müğənni ayrılıqdan sonra uşaqları ilə birlikdə ABŞ-a köçüb.

Gerard Pike, Şakiranın 2022-ci ildə bitən münasibətləri barədə ictimaiyyətə yalan məlumat verdiyini iddia edib.

Pike ayrılıqdan uzun müddət sonra açıqlama verib. 37 yaşlı keçmiş futbolçu müsahibəsində Şakiranı ayrılıqları ilə bağlı tam həqiqəti söyləməməkdə günahlandırıb.

“Axı həqiqət və ya baş verənlər təsvir olunduğu kimi deyil. Mən bu vəziyyəti idarə edə bilmirəm”, – Pike deyib.

Pike axtardığı xoşbəxtliyi 25 yaşlı Klara Çia Marti ilə münasibətində tapdığını bildirib. Məşhur ad, “Məni sevdiklərim, ailəm və dostlarım əhatə edir. Onlar sizi həqiqətən tanıyırlar, nə etdiyinizi bilirlər və bu mənə böyük rahatlıq verir. Çox xoşbəxtəm, əla vaxt keçirirəm və mən özümü imtiyazlı hiss edirəm, həyatımın klubunda 20 ildən çox oynaya bilmək, gözəl uşaqlar, inanılmaz ailə, ömürlük dostlar, hələ də məktəbdən gələn dostlarım”, deyə fikrini bildirib.
 
Ardını oxu...
“Sumqayıt” futbol klubunun keçmiş oyunçusu Abu Dosso 21 min manatdan artıq vergi borcunu ödəməyib.
Qaynarinfo-nun məlumatına görə, Fil Dişi Sahilindən (Kot d’İvuar) olan legioner futbolçunun Dövlət Vergi Xidmətinə 21.721,64 manat vergi borcu var.
Ötən mövsümün sonunda ölkəmizi tərk edən futbolçu barəsində Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilib və onun “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” iddia qaldırılıb.
İşə hakim İslam Əliyevin sədrliyi ilə baxılacaq.Qeyd edək ki, Abu Dosso 2023-2024 mövsümündə “Sumqayıt”da çıxış edib. Bu müddətdə 29 Premyer Liqa, 3 Azərbaycan Kuboku matçına çıxıb və 5 məhsuldar ötürmə edib. 28 yaşlı müdafiəçi ölkəmizdə son oyununu mayın 25-də “Qəbələ”yə qarşı keçirib və həmin vaxtdan klubsuzdur.
Afrikalı müdafiəçi əvvəllər vətənində “SO Armee”, İsraildə “Hapoel” (Təl Əviv), “Bney Sakhnin” və “Rişon leZion” klublarında çıxış edib.
 
Ardını oxu...
Xaricə ixrac etdikləri 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
İstintaqla Məmmədov Tərlan Firuddin oğlu, Hüseynov Gündüz İsmayıl oğlu, Rezzahnicat Hafiz Malik oğlu, Əmrahov Elşən Bayram oğlu, İmanov Röyal Mahir oğlu, Nəsirov İntiqam Feyruz oğlu, Əlimərdanov Nicat Kərim oğlu və qeyrilərinin cinayətkar niyyətlə təsis etdikləri “Xaçmaz Aqro”, “Natural Fruit”, “Fresh Fruits Group”, “Global Trade Group”, “Garden Store” və digər məhdud məsuliyyətli cəmiyyətlərlə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 340 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 578 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarmamalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham elan edilib.
Tərlan Məmmədov, Gündüz Hüseynov və Hafiz Rezzahnicat barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Röyal İmanov, Elşən Əmrahov, İntiqam Nəsirov, Nicat Əlimərdanov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
 
 
 

 

Ardını oxu...

“Monako” Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində səfərdə “Srvena Zvezda” üzərində 5:1 hesabı ilə inamlı qələbə qazanıb. 

"DogruXeber.az" fanat-a istinadən xəbər verir ki, Monakodakı "II Lui" stadionunda baş tutan görüşün nəticəsi 20 illik rekordun təkrarlanması ilə yadda qalıb.

Moneqasklar 2004-cü il dekabrın 8-də Çempionlar Liqasının qrup mərhələsində "Deportivo"nu fərqli hesabla məğlub etdikdən (5:0) sonra ilk dəfə avrokubok matçında 5 qol vurub.

Bundan əlavə, "Monako" 2024/25 mövsümünün başlanğıcından bəri məğlubiyyətsizlik seriyasını 11 matça çatdırıb. 

Fransa klubu ÇL-in Liqa mərhələsində yeddi xal toplayıb. 

Ardını oxu...
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Barselona" "Bavariya"nı məğlub edib.

Oxu.Az xəbər verir ki, Barselona şəhərində yerləşən "Estadi Olimpik Lluis Kompanis" stadionunda keçirilən oyunda ev sahibləri 4:1 hesabı ilə inamlı qələbə qazanıblar.

Ardını oxu...
Nüfuzlu "Goal" nəşri 21-ci əsrin ən yaxşı PSJ futbolçularının reytinqi dərc olunub.

Fanat.az xəbər verir ki, birinci yerdə bu yay azad agent kimi Paris nəhəngindən "Real Madrid"ə keçən hücumçu Kilian Mbappe qərarlaşıb.

İkinci sırada daha bir keçmiş ulduz forvard Zlatan İbrahimoviçdir. İlk "üçlüy"ü braziliyalı Neymar tamamlayır.

İlk "onluq"da həmçinin, Edinson Kavani, Tyaqo Silva, Markinyos, Pauleta, Marko Verratti, Anxel di Mariya və Blez Matyuidi yer alıb. PSJ-də iki mövsüm keçirən Lionel Messi bu reytinqdə cəmi 23-cü yeri tutub.
 
Ardını oxu...
Mahir Emreli Almaniyanın "Nürnberq" klubunda ilk qoluna imza atıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü "Qroyter"ə qarşı oyunda hesabı açıb. Mahir qol sevincini baş məşqçi Miroslav Klozeni qucaqlayaraq qeyd edib.

Qolun videosunu təqdim edirik:
 
 

Dünyapress TV

Xəbər lenti