Ardını oxu...
Türkiyə Futbol Federasiyası millinin baş məşqçisi Vinçenzo Montellanın “Roma”ya keçəcəyi ilə bağlı iddialara münasibət bildirib.

TEREF xəbər verir ki, bu barədə TFF-nin vitse-prezidenti Ceyhun Kazancı açıqlama verib:

“Belə bir klubun öz əfsanəsinə təklif etməsi təbiidir. Bizə gələn heç bir rəsmi təklif yoxdur. Rəsmi bir vəziyyət olarsa, qiymətləndiriləcək. Biz məşqçimizdən və məşqçimiz də bizdən razıdır. Məncə, məşqçimizin o istiqamətə meyli olmayacaq. “Roma” söhbətimizin mövzusu deyil”.//Qafqazinfo
 
Ardını oxu...
Braziliya futbolunun əfsanəsi Roberto Karlos Bakıya gəlib.

Bakupost.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında məlumat paylaşıb.
Karlos COP29-la bağlı Azərbaycana səfərə gəlib.
Qeyd edək ki, daha öncə FİFA-nın prezidenti Canni İnfantino və braziliyalı ulduz futbolçu Ronaldinyo da COP29-la əlaqədar Bakıya gəlib.
 
Ardını oxu...
Brazliya millisinin və "Barselona" klubunun sabiq futbolçusu Ronaldinyo Qauşo Bakıya gəlib.

TEREF Oxu.az-a istinadən xəbər verir ki, əfsanəvi futbolçu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) qonaq qismində iştirak edəcək.

Xatırladaq ki, Ronaldinyo daha öncə də Azərbaycanı ziyarət edib.

Belə ki, o, futbol məktəbi yaratmaq üçün ölkəmizə səfər etmişdi.

"Sehrbaz" ləqəbli futbolçu karyerası ərzində 570 oyunda meydana çıxıb, 206 qol, 171 məhsuldar ötürmə ilə yadda qalıb.

Ronaldinyo bundan başqa, iki dəfə dünyada ilin ən yaxşı futbolçusu seçilib, bir dəfə "Qızıl Top", bir dəfə isə UEFA-nın "İlin ən yaxşı futbolçusu" mükafatının sahibi olub.

"Sehrbaz" iki dəfə də "Qol kralı" adını qazanıb.

O, Braziliya millisi ilə 2002-ci ildə dünya çempionatının qalibi olub. Bir dəfə isə Amerika kubokunu başı üzərinə qaldırıb.

Bundan başqa, iki dəfə İspaniya La Liqasının, iki dəfə İspaniya Superkubokunun, bir dəfə UEFA Çempionlar Liqasının, İtaliya A seriyasının və Braziliya Liqasının kuboklarını da qazanıb.

Qeyd edək ki, Ronaldinyo "Barselona", PSJ, "Milan", "Fluminense", "Flamenqo" kimi klublarda çıxış edib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
Ardını oxu...
"Barselona" və "Real Madrid"ın əfsanələri Yaponiyada keçiriləcək "El-Klasiko" matçında üz-üzə gələcəklər.

TEREF xəbər verir ki, görüş dekabrın 15-də keçiriləcək.

"Barselona"nın heyətində Xavi, Andres İnyesta, Rafael Markes, Xavyer Maskerano, Rivaldo, Boyan Krkiç, Xavyer Saviola, Ludoviq Jüli, Adriano, Qaiska Mendieta və digərləri iştirak edəcəklər.

Kataloniyalıları "El-Klasiko"ya Albert Ferrer çıxaracaq. "Real Madrid"in heyəti hələ tam bəlli deyil. \\Oxu.az
Ardını oxu...
Türkiyə millisinin üzvü Çağlar Söyüncü zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça”nın üzvü bu səbəbdən də heyətdən çıxarılıb. Çağlar Super Liqanın 12-ci turunun “Sivasspor”la matçında (4:0) zədələnib.

Onun bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Türkiyə millisi UEFA Millətlər Liqası çərçivəsində noyabrın 16-da Uels və noyabrın 19-da isə Monteneqro ilə qarşılaşacaq.
 
Ardını oxu...
“Real” 2024/25 mövsümündə oyunçuların maaşlarına təxminən 273 milyon avro xərcləyəcək.

Publika.az xəbər verir ki, “kral klubu”nun ən yüksək maaş alan futbolçusu həftədə təxminən 600 min avro qazanan Kilian Mbappedir.

“Real”ın oyunçularının maaşları (həftəlik):

Kilian Mbappe – 600 min

David Alaba – 433 min

Vinisius – 400 min

Cud Bellinqem – 400 min

Federiko Valverde – 320 min

Tibo Kurtua – 288 min

Antonio Rudiger – 280 min

Eder Militao – 280 min

Rodriqo – 240 min

Aurelien Tçuameni – 240 min.
 
Ardını oxu...
A Seriyasında 12-ci turun "İnter" və "Napoli" komandalarının qarşılaşdığı oyun başa çatıb.

Oxu.Az xəbər verir ki, komandalar Milanda (İtaliya) "San Siro" stadionunda qarşılaşıblar. Matçı Mauritsio Marianinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Yekun nəticə 1:1 olub.

"Napoli"nin yarımmüdafiəçisi Skott Maktominey 23-cü dəqiqədə fərqlənib. "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu 43-cü dəqiqədə hesaba tarazlıq gətirib. Çalhanoğlu eyni zamanda, 74-cü dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.

"İnter"in A Seriyasının turnir cədvəlində 11 oyundan sonra 24 xalı var. "Napoli" isə dördüncü yerdədir. Eyni sayda oyundan sonra komandanın 25 xalı var.
Ardını oxu...
"Real" "Osasuna"ya qarşı La Liqa oyununda şok itkilərlə üzləşib.

Referans.az xəbər verir ki, "Kral klubu"nda ilk hissədə Eder Militao ilə Rodriqo zədələnərək oyundan çıxıblar. Bundan əlavə birinci hissənin sonunda Lukas Vaskes də zədə səbəbindən əvəzlənib.

Militaonun zədəsinin uzunmüddətli olduğu bildirilir.

Qeyd edək ki, hazırda davam edən oyunda hesab 3:0 Madrid klubunun xeyrinədir.
 
Ardını oxu...
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Braziliya millisini çalışdıra bilər.

Oxu.Az "The Atletic"ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin Braziliya yığmasına rəhbərlik etmək ehtimalı var.

Braziliya Futbol Federasiyasının rəsmiləri Qvardiola ilə bir neçə dəfə əlaqə saxlayıblar.

53 yaşlı məşqçi beşqat dünya çempionuna rəhbərlik etməyə isti yanaşır.

Qeyd edək ki, Pep Qvardiolanın "Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatır.
 
Ardını oxu...
"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe İsveçə səfərindən sonra zorlama ittihamı ilə üzləşdikdən sonra psixoloji problemlər yaşayır.

Bu barədə "Get French Football News" yazıb.

"Real Madrid"ə yaxın mənbələr fransız futbolçunun psixoloji problemlərlə mübarizə apardığını bildirib. O, İspaniya klubunda uğursuz çıxış etdiyinə görə də tənqid olunub, lakin buna baxmayaraq "Real Madrid"də xoşbəxtdir.

"Get French Football News" həmçinin yazıb ki, Mbappe artıq Fransa millisində oynamaq istəmir. Nəşrin mənbəsi iddia edir ki, futbolçunun baş məşqçi Didye Deşamla münasibətləri gərgindir. Qeyd olunur ki, Mbappenin hazırkı məşqçinin sükan arxasında olduğu müddətdə millidə oynaması ehtimalı azdır.

Oktyabrın 15-də KİV Mbappenin Stokholmdakı oteldə qadını zorlamaqda şübhəli bilindiyini yazıb. Futbolçunun cinayət işində statusu "əsaslı şübhəli" kimi qeyd olunub ki, bu da şübhənin ən aşağı səviyyəsinə uyğundur. Mbappe özü bu ittihamları saxta adlandırıb.

Oktyabrın 17-də Mbappenin səfəri zamanı bir qadınla cinsi əlaqədə olduğu bildirilib. Lakin onunla bu razılıq əsasında əlaqə quran qadının və onu zorlamada ittiham edən qadının eyni şəxs olduğunu göstərən heç nə yoxdur.

Futbolçu zədə səbəbindən Fransa millisinin Millətlər Liqasında oktyabrdakı oyunlarını buraxıb. Fransanın İsraillə oyunu günü o, Stokholm gecə klublarından birindən şəkil paylaşıb.

Mbappe ilə "Real Madrid" arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu İspaniya nəhənginə azad agent kimi keçib. Bundan əvvəl forvard PSJ-də çıxış edib.

Dünyapress TV

Xəbər lenti