Ardını oxu...
"Atletik Bilbao"nun və İspaniya millisinin hücumameylli yarımmüdafiəçi Niko Uilyams "Real Madrid"in hədəfinə çevrilib.

Fanat.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

Mənbənin məlumatına görə, “kral klubu"nun rəhbərliyi Vinisius Junior və ya Rodriqoya alternativ olaraq 22 yaşlı ispaniyalının namizədliyini nəzərdən keçirir. Braziliyalılardan birinin yaxın vaxtlarda "Real"ı tərk edəcəyi bildirilir.

Qeyd edək ki, Uilyams yayda “Barselona”ya keçməyə yaxın idi, lakin son anda müqavilə uğursuzluğa düçar oldu.

Niko və "Atletik" arasında hazırki müqavilənin müddəti 2027-ci ilin ortalarına qədər hesablanıb. Futbolçunun transfer dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.
 
Ardını oxu...
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində bu mövsüm ilk dəfə qol vura bilməyib.
Tribunainfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatında “Əl-Nəsr” “Əl-Əhli” ilə heç-heçə oynayıb – 1:1.
“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında 5 xalla altıncı yerdədir. “Əl-Əhli” isə 4 xalla 9-cu sırada qərarlaşıb.
Qeyd edək ki, Ronaldo 2 yanvar 2023-cü ildə illik 200 milyon avro qarşılığında “Əl-Nəsr”ə keçib.
 
Ardını oxu...
Artıq milli çempionatlarda yeni mövsümlərə start verilib. Komandalar yay fasiləsində heyətlərində islahatlar aparıb, yeni futbolçularla gücləniblər.

"Transfermarkt" da futbolçuların qiymlətləndirməsini yeniləyib, bəzilərinin dəyəri artıb, bəzilərində isə azalıb.

Misli Premyer Liqsının ən bahalı futbolçusu "Qarabağ"ın üzvü Juninyodur. Onun transfer dəyəri 2 milyon avro hesablanıb.

İkinci pillədə başqa bir "Qarabağ"lı - yeni transfer Aleksey Kaşuk qərarlaşıb. Ukraynalı oyunçuya 1,8 milyon avro qiymət qoyulub.

Növbəti yerləri də "Qarabağ"lılar tutur. Belə ki, Mateuş Koxalski və Leandro Andradenin dəyəri 1,5 milyon avrodur.

Ümumilikdə çempionatımızın 30 ən dəyərli oyunçusu siyahısında "Qarabağ"dan 11, "Neftçi"dən 6, "Sabah" və "Zirə"dən 3, "Sumqayıt"dan 2 futbolçu yer alıb.

Juninyo (Qarabağ) - 2 milyon avro
Aleksey Kaşuk (Qarabağ) - 1,8 milyon avro
Mateuş Koxalski (Qarabağ) - 1,5 milyon avro
Leandro Andrade (Qarabağ) - 1,5 milyon avro
Yassin Benzia (Qarabağ) - 1,2 milyon avro
Nəriman Axundzadə (Qarabağ) - 1,2 milyon avro
Yuri Matias (Neftçi) - 1,2 milyon avro
Toral Bayramov (Qarabağ) - 1 milyon avro
Emmanuel Addai (Qarabağ) - 1 milyon avro
Ramil Şeydayev (Neftçi) - 1 milyon avro
Pavol Safranko (Sabah) - 1 milyon avro
Şahrudin Magomedaliyev (Qarabağ) - 900 min avro
Emin Mahmudov (Neftçi) - 900 min avro
Qismət Alıyev (Zirə) - 900 min avro
Ayron Qomis (Zirə) - 900 min avro
Aleksey İsayev (Qarabağ) - 850 min avro
Brayan Moreno (Neftçi) - 850 min avro
İvan Lepiniça (Sabah) - 850 min avro
Rza Cəfərov (Neftçi) - 800 min avro
Andre Şinyaşiki (Neftçi) - 800 min avro
Rəhim Sadıqov (Sumqayıt) - 800 min avro
Elvin Cəfərquliyev (Qarabağ) - 750 min avro
Yusif İmanov (Sabah) - 750 min avro
Ruan Renato (Zirə) - 750 min avro
Səbuhi Abdullazada (Sumqayıt) - 750 min avro
 
Ardını oxu...
Azərbaycanın ən sürətlisi “Bakcell” 13-15 sentyabr tarixlərində keçiriləcək “Formula 1 Azərbaycan Qran Pri 2024”ün tədbir tərəfdaşıdır. Bununla bağlı “Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında tədbir sponsorluğuna dair müqavilə imzalanıb.

Əməkdaşlıq çərçivəsində Qran Prinin Azneft tribunası “Bakcell” adlandırılıb. Tribuna ərazisində yerləşən istirahət və əyləncə zonasında qonaqlar “Bakcell”in ultrasürətli şəbəkəsini sınaqdan keçirmək, həmçinin müxtəlif oyun və əyləncələrə qatılmaq imkanı əldə edəcəklər. Bundan əlavə, şirkət yarış günlərində “Bakcell” tribunası yaxınlığında yerləşən əyləncə zonasında öz innovativ məhsul və xidmətlərini tamaşaçılara təqdim edəcək.

Qeyd edək ki, “Bakcell” artıq üçüncü ildir ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisinin rəsmi tədbir sponsorudur.

“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.

“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 
Ardını oxu...
Argentina millisinin üzvü Lionel Messi Madrid “Real”ında da çıxış edə bilərmiş.

Bunu ulduz futbolçunun ilk agenti Horasio Qaqqoli açıqlayıb.

Onun sözlərinə görə, Messi 16-17 yaşlarında “kral klubu”ndan təklif alıb:

“Real” gənc yaşlarında onunla maraqlanırdı. Lakin Leo heç vaxt “Barselona”dan ayrılmaq istəmirdi. “Arsenal”dan da təklif gəlmişdi. Sadəcə, futbolçunun qalmaq qərarı qəti idi”.

Qeyd edək ki, Lionel Messi 2000-ci ildə - 13 yaşında “Barselona” akademiyasına cəlb olunub. 36 yaşlı futbolçu hazırda “İnter Mayami”nin formasını geyinir.
 
Ardını oxu...
13-15 sentyabr tarixlərində baş tutacaq Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-i gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən xəbərə görə, məhdudiyyət tədbirin sonunadək davam edəcək.

Xatırladaq ki, Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Hərəkət 17 sentyabr, səhər saat 8:00-dan etibarən bərpa olunacaq.

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən, cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:

- Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

- Böyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə

Tel: (012) 497-35-89

- Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4

- Xəqani küçəsi 26/32

Tel: (012) 498 88 06

- Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58

- İstiqlaliyyət küçəsi 5

Tel: (012) 492 41 85

Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması 29 avqust tarixindən başlayıb 13 sentyabradək davam edəcək.

Hər il olduğu kimi, bu il də Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Nəqliyyatın hərək
 
Ardını oxu...
Bu gün Azərbaycan milli komandası Millətlər Liqasının qrup mərhələsində 2-ci tur oyununa çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə Slovakiya millisi ilə üz-üzə gəlib.

“Koşitse Futbol Arenası”nda keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Matç Slovakiya millisinin 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Millətlər Liqası

C liqası, 1-ci qrup

8 sentyabr

Slovakiya – Azərbaycan 2:0 (1-ci hissə)

Qol: 22', Ondrey Duda. 29, David Strelec.

Hakimlər: Damian Silvestrjak, Pavel Sokolniçki, Adam Karaseviç, Martsin Koçanek (Polşa)

“Koşitse Futbol Arenası
 
 
 
Ardını oxu...
UEFA Millətlər Liqasının qrup mərhələsinin I turunda Gürcüstan millisi Çexiya Respublikası ilə qarşılaşıb.

Görüş qonşularımızın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda vurulan qolları təqdim edirik:

 
 
 
Ardını oxu...
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində daha səkkiz görüş keçiriləcək.

Oxu.Az xəbər verir ki, ikinci oyun günündə Belçika İsrail ilə, Fransa İtaliya ilə, Qazaxıstan Norveç ilə, İslandiya Monteneqro ilə, Sloveniya Avstriya ilə, Uels Türkiyə ilə, Latviya Kipr ilə, Kosovo isə Rumıniya ilə qarşılaşacaq.

Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

UEFA Millətlər Liqası

Qrup mərhələsi

6 sentyabr

Saat 22:45, Belçika - İsrail

Saat 22:45, Fransa - İtaliya

Saat 22:45, Qazaxıstan - Norveç

Saat 22:45, İslandiya - Monteneqro

Saat 22:45, Sloveniya - Avstriya

Saat 22:45, Uels - Türkiyə

Saat 22:45, Latviya - Kipr

Saat 22:45, Kosova - Rumıniya
 
 
 
Ardını oxu...
UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən Azərbaycan – İsveç oyununda millimiz hesabı açmağa çox yaxın olub.

“Qafqazinfo” xəbər verir ki, matçın 45+7-ci dəqiqəsində qarşılaşmanın baş hakimi Balaş Berke qonaqların qapısına penalti təyin edib.

Lakin topa yaxınlaşan Ramil Şeydayev ələ düşən şansı qola çevirə bilməyib.

Həmin anın videosunu təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti