Ardını oxu...
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisi İsveçlə üz-üzə gələcək.

Oxu.Az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, qarşılaşmanı Balaş Berkeyin başçılıq etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək.

5 sentyabr

UEFA Millətlər Liqası

Qrup mərhələsi

Azərbaycan - İsveç

Saat 20:00, Tofiq Bəhramov Stadionu
 
Ardını oxu...
"France Football" 2023-24 mövsümü üzrə kişi futbolunda "Qızıl top", ilin ən yaxşı baş məşqçisi, ilin ən yaxşı komandası, ilin ən yaxşı qapıçısı, qadın futbolunda "Qızıl Top", ilin klubu mükafatına namizədləri açıqlayıb.

Oxu.Az xəbər verir ki, "France Football" öz saytında bununla bağlı siyahı dərc edib.

Maraqlıdır ki, 2003-cü ildən bəri ilk dəfə Kriştianu Ronaldu ("Ən-Nəsr", Portuqaliya millisi) və Lionel Messi ("İnter Mayami", Argentina millisi) ən yaxşı namizədlər arasında deyillər.

Kişi futbolunda "Qızıl top"a iddialıların siyahısına aşağıda adıçəkilənlər daxildirlər:

Cud Bellinhem, Kilian Mbappe, Vinisius Junior, Toni Kroos (karyerasını bitirib), Antonio Rüdiger, Federiko Valverde, Daniel Karvaxal (hamısı "Real Madrid"), Ruben Diaş, Erlin Holann, Filip Foden, Rodri (hamısı "Mançester Siti") , Emiliano Martines ("Aston Villa"), Niko Uilyams ("Atletik"), Qranit Caka, Florian Virts, Aleks Qrimaldo (hamısı "Bayer 04"), Artem Dovbik ("Jirona"/"Roma"), Mats Hummels (Dortmund "Borussiya"sı/"Roma"), Dani Olmo ("Leypsiq"/"Barselona"), Lamin Yamal ("Barselona"), Harri Keyn ("Bavariya"), Vitinya (PSJ), Koul Palmer ("Çelsi"), Bukayo Saka, Martin Edeqor, Vilyam Saliba, Deklan Rays (hamısı "Arsenal"), Hakan Çalhanoğlu, Lautaro Martines (hər ikisi "İnter"), Ademola Lokman ("Atalanta").

Kişi futbolunda ilin ən baş məşqçisi mükafatına namizədlər:

Xabi Alonso ("Bayer");

Karlo Ançelotti ("Real");

Luis de la Fuente (İspaniya millisi);

Can Pyero Qasperini ("Atalanta");

Xosep Qvardiola ("Mançester Siti");

Lionel Skaloni (Argentina millisi).
Ardını oxu...
2023-24 mövsümü üzrə kişi futbolunda ilin komandası mükafatına namizədlər:

"Borussiya" Dortmund (Almaniya);

"Jirona" (İspaniya);

"Bayer" Leverkuzen (Almaniya);

"Real", Madrid (İspaniya);

"Mançester Siti" (İngiltərə).
Ardını oxu...
Ən yaxşı qapıçısı mükafatına namizədlər:

Dioqu Koşta (Portuqaliya, "Portu");

Canluici Donnarumma (İtaliya, PSJ);

Qreqor Kobel (İsveçrə, "Borussia", Dortmund);

Andrey Lunin (Ukrayna, "Real", Madrid);

Mayk Menyan (Fransa, "Milan");

Georgi Mamardaşvili (Gürcüstan, "Valensiya");

Emiliano Martines (Argentina, "Aston Villa");

Unai Simon (İspaniya, "Atletik", Bilbao);

Yan Zommer (İsveçrə, "İnter"),

Ronven Uilyams (CAR, "Mamelodi Sandauns").
Ardını oxu...
Ardını oxu...
2023-24 mövsümü üzrə qadın futbolunda "Qızıl Top" mükafatına namizədlər:

Barba Banda, Aytana Bonmati, Lüsi Bronz, Mariona Kaldenti, Tabita Çavinqa, Qreys Qeyoro, Manuela Quqliano, Karolin Qreham Hansen, Patrisiya Qucarro, Quliya Qvinn, Yu Haseqava, Ada Hecerberq, Loren Hemp, Lindsi Horan, Loren Ceyms, Meri-Antuanetta Katoto, Alisa Neer, Syok Nusken, Eva Pacor, Salma Paralluelo, Qebi Portilyo, Aleksiya Putellas, Mayra Ramires, Triniti Rodman, Li Şüller, Xadica Şou, Sofiya Smit, Melori Suenson, Tarsin, Qlodis Viqqosdottir.
2023-24 mövsümü üzrə qadın futbolunda ilin klubu mükafatına namizədlər:

Barselona;

Çelsi;

"Nyu-Cersi/Nyu-York Qotem";

"Lion";

PSJ.
 
 
 
Ardını oxu...
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsində Lüksemburqla keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.

Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Eş-syur Alzett şəhərindəki "Emil Mayriş" stadionunda oynanılacaq görüşü İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Dezire Qrundbakerdir. Qadın referiyə Mattias Sbrissa və Giyom Mer kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anozhen Kanaqasinqam yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma sentyabrın 6-da Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq.
 
Ardını oxu...
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan paratleti Lamiyə Vəliyevanı “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.
TEREF paylaşımı təqdim edir:
 
 
Ardını oxu...
Braziliya millisinin və İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisius Junior "Goal"un versiyasına görə, "Qızıl top"a namizədlər siyahısında birinci olub.

Bu barədə goal.com məlumat yayıb.

İlk beşliyə ispaniyalı ilə yanaşı, İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Rodri, "Real"ın futbolçuları Cud Bellinqem və Dani Karvaxal, həmçinin "İnter"in hücumçusu Lautaro Martines daxil olublar. Fransa millisi ilə birlikdə Avropa çempionatının yarımfinal mərhələsində mübarizədən kənarlaşdırılan Kilian Mbappe yeddinci, AVRO-2024-ün ən yaxşı gənc futbolçusu Lamin Yamal 12-ci, Lionel Messi 16-cı yerdə qərarlaşıb.

Rodri, Karvaxal və Yamal İspaniya millisinin tərkibində Avropa çempionu olublar. Finalda ingilislərə 2:1 hesabı ilə qalib gəliblər. Yamal həm də dörd məhsuldar ötürmə ilə ən yaxşı assistent olub.

Martines və Messi əlavə vaxtda Kolumbiyaya qalib gələrək Amerika kubokunun qalibi olublar - 1:0. Qələbə qolunu 112-ci dəqiqədə Lautaro vurub, Messi 66-cı dəqiqədə zədələnərək meydanı tərk edib.

Qeyd edək ki, Messi 2023-cü ildə "Qızıl top"u qazanıb. Onun üçün bu kubok karyerasında səkkizinci olub.
 
Ardını oxu...
Sentyabrın 13-dən 15-dək keçiriləcək "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2024 üçün “Fan Zona Biletiləri” və” Konsert Biletləri” satışa çıxarılıb.

Hər il yenilənən əyləncə zonasındakı bulvar səhnəsində canlı musiqi performansları, müxtəlif zonalarda qurulmuş oyunlar, simulyatorlar, virtual reallıq təcrübələri, rəqslər yarış həftəsonunda fanatlara əsl festival ab-havası bəxş edəcək.

Azarkeşlər "Formula 1"-in bütün aktivasiyalarını bu il Fan Zonada görə biləcək, Fan Forumda pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcəklər.

Foto həvəskarları üçün quraşdırılmış iri "Formula 1" dekorasiyaları, retro maşınların sərgisi, canlı heykəllər, “selfie” zonalar ən yaddaqalan kadrlar çəkmək üçün mükəmməl fürsət təqdim edir.

Əyləncə zonasında böyüklərlə yanaşı, uşaqlar üçün də müxtəlif növ oyunlar və fəaliyyətlər təklif olunur.

Həmçinin, bu gündən etibarən yarış həftəsində baş tutacaq konsert proqramlarına ayrıca biletlərin satışına start verilib.

13-14 sentyabr tarixlərində keçiriləcək möhtəşəm konsertlərdə, musiqi dünyasının ən böyük ulduzları Uill Smit, Black Coffee və J Balvin çıxış edəcək.

"Formula 1" Azərbaycan Qran Prisinin möhtəşəm atmosferini yaşamaq və həyacanını birbaşa hiss etmək istəyənlər, “Fan Zona Bileti” və “Konsert Biletləri”ni əldə edə bilərlər. Biletləri Bakı Şəhər Halqasın-ın rəsmi veb saytından və ya mobil tətbiqindən əldə etmək mümkündür.
 
 


 
Ardını oxu...
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Səid Nəcəfzadənin “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir: “Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!”.
 
Ardını oxu...
Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

"Report"un məlumatına görə, sonuncu matçda "Zirə" "Qarabağ"ı qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 3:1. Qonaqların heyətində 18-ci dəqiqədə Toral Bayramov, 33-cü dəqiqədə Emmanuel Addai, 88-ci dəqiqədə Abdullah Zubir fərqləniblər. Paytaxt klubunda 40-cı dəqiqədə Ceyhun Nuriyev adını tabloya yazdırıb.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Qarabağ" üçüncü pilləyə yüksəlib. "Zirə" 6 xalla beşincidir.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Sabah" səfərdə "Kəpəz"i (3:2), "Araz-Naxçıvan" "Sumqayıt"ı (1:0), "Turan Tovuz" isə evdə "Səbail"i (1:0) məğlub edib. "Şamaxı" - "Neftçi" görüşündə hesab açılmayıb.
 
Ardını oxu...
Amerikanın Milli Futbol Liqasında (NFL) çıxış edən “San-Fransisko 49ers”in oyunçusu Riki Pirsall sinəsindən güllə yarası alıb.

“BBC Sport” xəbər verir ki, hadisə şənbə günü baş verib.

Şəhərin “Yunion” meydanında qeydə alınan insidentdən sonra “San-Francisco 49ers”in 23 yaşlı oyunçusu sinəsindən güllə yarası alıb. Dərhal xəstəxanaya çatdırılan R.Pirsallın durumu ciddidir.

San-Fransisko polisi hadisəni törədən 17 yaşlı şəxsi həbs edib.

İlkin istintaqa əsasən, silahlı şəxs “San-Francisco 49ers”in oyunçusunu soymağa cəhd etdiyi zaman müqavimətlə üzləşib. Nəticədə həm şübhəli şəxs, həm də oyunçu xəsarət alıb.

Qeyd edək ki, R.Pirsall çiynindəki zədəsini yenicə sağaldıb məşqlərə qoşulmuşdu.
 
 


 
Ardını oxu...
Türkiyə Superliqasının dördüncü turunda son çempion "Qalatasaray" Adanada "Adana Demirspor"un qonağı olub.

Oxu.Az xəbər verir ki, "cim-bom" rəqibinin qapısından beş top keçirib. Meydan sahibləri bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 1:5.

İstanbul klubunun heyətində İkardi 25-ci dəqiqədə zədələnərək meydanı tərk etməli olub.

Bu qələbədən sonra "aslanlar"ın aktivində doqquz xal var və onlar bir oyun artıq keçirən "Fənərbağça"dan cəmi bir xal geri qalmaqla turnir cədvəlində ikinci pilləni tuturlar. "Adana Demirspor" isə bir xalla sonuncu - 19-cu yerdədir.
 
 

Dünyapress TV

Xəbər lenti