Ardını oxu...
Ötən gün UEFA Superkuboku uğrunda oyun keçirilib.

Qarşılaşma Polşanın paytaxtı Varşavada təşkil olunub.

Çempionlar Liqasının son qalibi “Real” Avropa Liqasının kubokunu başı üzərinə qaldıran “Atalanta” ilə üz-üzə gəlib. Qarşılaşma Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunalşıb.

"Real" tarixində 6-cı dəfə UEFA Superkubokunu baş üzərinə qaldırıb.
 
Ardını oxu...
Bu gün 49-cu UEFA Superkuboku "Atalanta" - "Real Madrid" matçında öz sahibini tapacaq.

Oxu.Az xəbər verir ki, Polşanın Varşava şəhərində keçiriləcək Superkubok uğrunda matçda UEFA Çempionlar Liqasının qalibi "Real Madrid"lə UEFA Avropa Liqasının qalibi "Atalanta" üz-üzə gələcək.

Qeyd edək ki, maraqlı futbol tamaşası vəd edən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Superkuboku

14 avqust

"Real Madrid" - "Atalanta"

Saat 23:00, "PGE Narodovy" stadionu
 
 


 
Ardını oxu...
Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

"Report" xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bolqarıstanda "Ludoqorets"in qonağı olan Ağdam təmsilçisi rəqibini 7:2 hesabı ilə məğlub edib.

Bununla da Qurban Qurbanovun rəhbərlik etdiyi komanda doğma meydandakı 1:2 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.

Qeyd edək ki, "Qarabağ"ın qrup mərhələsinə gedə yolda rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq. "Köhlən atlar" Xorvatiya çempionu ilə ilk görüşünü avqustun 20-si səfərdə keçirəcək. Pley-off-da mübarizəni dayandıran tərəf birbaşa Avropa Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanacaq.
 
Ardını oxu...
"Vətənə medalla qayıtdığım üçün çox sevincliyəm".

Oxu.Az bildirir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan güləşçisi Həsrət Cəfərov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama mərasimində jurnalistlərə açıqlamasında deyib.

"Vətənə medalla qayıtdığım üçün çox sevincliyəm. Heyif ki, qızıl medal qazana bilmədim. Amma məqsədim Parisdən qızıl medalla dönmək idi. Bundan sonra daha yaxşı hazırlaşıb növbəti olimpiya oyunlarında bayrağımızı daha zirvələrdə dalğalandıracağam. Olimpiya çempionu olsaydım, daha yaxşı olardı, amma yenə də mükafatçılar siyahısında olduğum üçün xoşbəxtəm".

Qeyd edək ki, Həsrət Cəfərov 2024-cü ildə Buxarestdə keçirilən Avropa çempionatının qızıl medal mükafatçısıdır.

Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan yeddi medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.
 
 
 
Ardını oxu...
Türkiyə I Liqa təmsilçisi "Ankaragücü"nün futbolçusu Renaldo Sefas itkin düşüb.

Oxu.Az NTV-yə istinadən xəbər verir ki, klubun məşqçilər heyəti futbolçu ilə əlaqə saxlaya bilmirlər. Onun harada olması da məlum deyil.

Sefas I tur çərçivəsində "Şanlıurfaspor" oyun üçün stadiona gəlməyib.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Renat Dadaşov da eyni komandada çıxış edir.
Ardını oxu...
“Vasko da Qama”nın yarımmüdafiəçisi Ze Qabriel karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Braziliya KİV-i məlumat yayıb.

Bildirilib ki, 25 yaşlı futbolçu Premyer Liqamızda çıxış edən bir klubun maraq dairəsindədir.

Dayaq yarımmüdafiəçisinin son vaxtlar komandada uğursuz çıxışla yadda qalması səbəbindən rəhbərlik onunla yolları ayırmağın əleyhinə deyil.

Ze Qabrielin danışıq apardığı Azərbaycan klubunun adı açıqlanmayıb.

“Vasko da Qama”ya 2022-ci ildə “İnternasional”dan keçən Ze Qabrielin klubu ilə müqavilə müddəti 2025-ci ilin sonuna qədərdir.
 
Ardını oxu...
Amerikalı yüngül atletlər Olimpiadada 4×400 metr estafetdə final yarışlarında qalib gəliblər.

Referans.az xəbər verir ki, kişilərin finalında amerikalılar Botsvana və Böyük Britaniyadan üstün olub.

Komandasının qələbəsi 16 yaşlı Kvinsi Uilsonun payı da olub. Bu, Uilsonu olimpiya medalı qazanan ən gənc Amerika idmançısı edib.(Publika.az)
 
Ardını oxu...
Azərbaycan idmançıları Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

48 idmançıdan 7-si medal qazanıb.

Azərbaycan idmançıları əldə edilən mükafatlardan sonuncusunu bu gün aktivinə yazdırıb.

Sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçedlidze ilə üz-üzə gəlib və 10:0 hesablı qələbəyə sevinib. Bununla da idmançımız üçüncü bürünc medalı Azərbaycana qazandırıb.

Ümumilikdə 7 medal qazanan idmançıların siyahısı:

Cüdo: Hidayət Heydərov (73 kq) – qızıl, Zelim Kotsoyev (100 kq) – qızıl

Boks: Alfonso Dominges (92 kq) – gümüş

Taekvondo: Qaşım Maqomedov (58 kq) – gümüş

Yunan-Roma güləşi: Həsrət Cəfərov (67 kq) – bürünc

Sərbəst güləş: Giorgi Meşvildişvili (125 kq) – bürünc

Maqomedxan Maqomedov (97 kq) – bürünc

Medal qazana bilməyənlər:

Badminton

Edi Reski Dviçayo (kişilər, fərdi), Keişa Fatimə Zəhra (qadınlar, fərdi)

Bədii gimnastika

Zöhrə Ağamirova

Qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)

Batut gimnastikası

Selcan Maqsudova

Sərbəst güləş

Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq)

Yunan-Roma güləşi

Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq)

Qadın güləşi

Mariya Stadnik (50 kq)

Atletika

Anna Skidan, çəkicatma

Boks

Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq)
Məhəmməd Abdullayev (+92 kq)

Atıcılıq

Ruslan Lunyov (10 m, pnevmatik tapança)

Basketbol

Qadın yığması, 3×3 növü

Avarçəkmə

Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)

Triatlon

Rostislav Pevtsov

Qılıncoynatma

Anna Başta, (sablya)

Kamandan oxatma

Yaylagül Ramazanova

Üzgüçülük

Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə

Cüdo

Balabəy Ağayev (kişilər, 60 kq), Yaşar Nəcəfov (kişilər, 66 kq), Zelim Tçkayev (kişilər, 81 kq), Elcan Hacıyev (kişilər, 90 kq), Uşanqi Kokauri (kişilər, +100 kq), Leyla Əliyeva (qadınlar, 48 kq), Gültac Məmmədəliyeva (qadınlar, 52 kq)
 
Ardını oxu...
Fransada Sena çayında üzgüçülük üzrə olimpiya yarışlarına qatılan dörd almaniyalı idmançıdan üçünün səhhətində problemlər yaranıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “DPA” agentliyinə Almaniya Olimpiya İdman Konfederasiyasından məlumat verilib.

Qeyd olunub ki, Almaniyanın iki üzgüçüsü dünən ürəkbulanma, qusma və ishal şikayətləri ilə ambulator müalicə alıblar: “Bu səhər onlar daha yaxşıdır. Bənzər simptomları olan daha bir üzgüçü indi kişilərdən ibarət komandanın həkimləri tərəfindən müalicə olunur”.

Bundan əvvəl, isveçrəli triatlonçular Adrien Briffod və Simon Uestermann, belçikalı atlet Kler Mişel Sena çayında çimdikdən sonra səhhətlərində problemlər yarandığını bəyan etmişdilər.
 
 

 


Dünyapress TV

Xəbər lenti