İran və Fransa danışılmış oyun keçiriblər - İDDİAYaradılıb 25.09.2024 09:50 | Baxış sayı: 333İran və Fransa milli komandası futzal üzrə dünya çempionatının qrup mərhələsində danışılmış oyunda iştirakda şübhəli bilinir.Oxu.Az bu barədə "RMS Sport"a istinadən xəbər verib.Görüş 4:1 hesabı ilə İranın xeyrinə başa çatıb.Mənbənin iddiasına görə, fransızlar pley-off mərhələsində daha rahat rəqiblə qarşılaşmaq üçün matçı uduzublar.F qrupunda İranla oyundan öncə Fransa artıq turnirin həlledici mərhələsinə vəsiqəni təmin etmişdi. Facebook-da paylaş