Ardını oxu...
Klassik güləş üzrə İran millisinin kapitanı Məhəmmədəli Gərayi İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə əlaqədar etiraz aksiyalarında qadınlara qarşı zorakılıq göstərən hüquq mühafizəçilərini kəskin tənqid edib.

Bu barədə o, özünün “Instagram” hesabında post paylaşıb.

“Qadınlara və qızlara əl qaldıranlara səslənirəm, siz çox mənəviyyatsız və şərəfsizsiniz”, – deyə idmançı paylaşımında etirazını bildirib.

Xatırladaq ki, 22 yaşlı Məhsa Əmini sentyabrın 13-də əxlaq polisi tərəfindən saxlanıldıqdan bir neçə saat sonra komaya düşüb, sentyabrın 16-da isə xəstəxanada ölüb. Şahidlər, ailə və xəstəxana hesabatları gənc qadının təbii səbəblərdən ölümünü inkar edirlər. Bundan sonra ölkəboyu geniş aksiyalar başlayıb. Ancaq bu nümayişlər hüquq mühafizəçiləri tərəfindən kobud şəkildə yatırılır, etirazçılar həbs olunurlar. Qeyri-rəsmi məlumata görə, aksiyalarda bu günə qədər 41 nəfər həlak olub.


Ardını oxu...
 
 
 
Ardını oxu...
“Hazırda Azərbaycan millisinin sükanı arxasındayam və burada uğur qazanmaq üçün əlimdən gələni edirəm”.
Bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi gələcəkdə Albaniya yığmasına mümkün qayıdışı ilə bağlı danışarkən deyib.
İtaliyalı mütəxəssis bildirib ki, həyatda hər şey mümkündür: “Albaniya çox sevdiyim ölkədir. Mənim bu ölkə ilə xüsusi bağlarım var. Xalqınızdan özümə qarşı həmişə sevgi və hörmət hiss etmişəm”.
66 yaşlı baş məşqçi UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Slovakiyaya 2:1 hesabı qalib gəldikləri matça da toxunub: “Bu komandanı məğlub etdiyimiz üçün şadam. Onlara qarşı qrupdakı ilk görüşdə 0:1 hesabı ilə uduzmuşduq. Bu, mən və komandam üçün ağır məğlubiyyət idi. Mən dostlarımla oynayanda belə, qələbəyə sevinən mütəxəssislərdənəm. Yəni, mənim üçün hər oyun vacibdir”.
Qeyd edək ki, Canni De Byazinin Azərbaycan millisi ilə müqaviləsi sentyabrın 30-da başa çatacaq.
 

Ardını oxu...
 
 

 
Azərbaycan millisinin futbolçusu Qara Qarayev baş məşqçi Canni De Byazi ilə arasındakı gərginliyin səbəbini açıqlayıb.

 

30 yaşlı yarımmüdafiəçi İctimai Televiziyada yayımlanan "Bol idman" verilişində problemin məşq vaxtı italiyalı mütəxəssisin ona dediyi sözlərdən qaynaqlandığını bildirib.

"Qarabağ"da çıxış edən təcrübəli oyunçunun sözlərinə görə, 66 yaşlı baş məşqçi ona boyunun balaca olduğunu və həmin mövqedə ucaboy futbolçu oynatmaq istədiyini söyləyib:

"Bu söhbət federasiya rəhbərliyi və mətbuat katibinə yaxın yerdə oldu. İctimai rəyi mənim üstümə yönləndirməyini heç vaxt qəbul etməmişəm. De Byazinin dediyi kimi, özüm bilirəm. Hətta çox şeyi bilirəm. Sadəcə, bilmirəm ki, bunlar kimin daha çox ziyanına və ya xeyrinə işləyəcək".

Qeyd edək ki, Canni De Byazi Qara Qarayevi Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstanla oyunlara dəvət etməyib.

 

XalqXeber.Az
Ardını oxu...
Mali milli komandasının iki basketbolçusu Avstraliyada keçirilən dünya çempionatında Serbiya millisi ilə görüşdə (68:81) uduzduqdan sonra bir-biri ilə dava salıb.

Hadisə Serbiya millisinin basketbolçusu müsahibə verərkən tribunaların altındakı otaqda baş verib. Qızları digər basketbolçular və Mali millisinin məşqçilər korpusunun üzvləri ayırmalı olub.

Qeyd edək ki, Mali basketbol komandası ardıcıl dördüncü məğlubiyyətini alaraq dünya çempionatının pley-off mərhələsinə çıxmaq şansını itirib. ABŞ hazırkı dünya çempionudur. Amerikalılar bu turnirdə 10 dəfə qalib olublar. //qaynarinfo

 
Ardını oxu...
Almaniya millisinin hər bir futbolçusu yığma komandanın DÇ-2022-nin qalibi olacağı təqdirdə 400 min avro alacaq.

Bu barədə Almaniya Futbol Federasiyası (DFB) məlumat yayıb.

Məlumata görə, hər bir oyunçu milli komanda qrup qalibi olduqda 50 min avro, 1/4 finala yüksəldikdə 100 min avro, yarımfinala çıxdıqda isə 150 ​​min avro alacaq.

3-cü yer üçün 200 min avro, vitse-çempionluq üçün isə 250 min avro ödəniləcək.

Mənbə: sports.ru
 
Ardını oxu...
Keniyalı Eliud Kipçoqe Berlin marafonunda 2 saat 1 dəqiqə 9 saniyə nəticə ilə birinci yeri tutub.

O, 2018-ci ildə Berlin marafonunda özünə məxsus olan dünya rekordunu yeniləyib. Həmin vaxt idmançı məsafəni 2 saat 1 dəqiqə 39 saniyəyə qət edib.

Qeyd edək ki, hazırda Kipçoqenin 37 yaşı var. O, marafonda ikiqat Olimpiya çempionu, 2008-ci il Olimpiadasının gümüş, 2004-cü il Olimpiadasının 5000 metr məsafəyə qaçışda bürünc mükafatçısıdır.

Keniyalı 2003-cü il dünya çempionatının qızıl və 2007-ci il dünya çempionatının da gümüş medalına sahibdir.

Mənbə: TASS
 
Ardını oxu...
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo aprelin 9-da İngiltərə Premyer Liqasında keçirilən “Everton”la oyundan (0:1) sonra nalayiq və aqressiv davranışda ittiham olunub.

Qol.az xəbər verir ki, ötən mövsüm ölkə çempionatının 32-ci turunun matçı başa çatdıqdan sonra portuqaliyalı azarkeşlərdən birinin telefonunu sındırıb. Futbolçu paltardəyişmə otağına gedən zaman azarkeşlərdən biri telefon tutduğu əlini ona uzadıb. O, fanatın əlini itələyən vaxtı telefon yerə düşüb. Oyunçu daha sonra hadisəyə görə üzr istəyib.

“Sky Sports” nəşri yazıb ki, İngiltərə Futbol Assosiasiyası yalnız indi bu hadisəni araşdırmaq qərarına gəlib və futbolçuya ittiham irəli sürüb.
Ardını oxu...
UEFA Millətlər Liqasının qrup mərhələsində V turun digər oyunları keçirilib.

Oxu.Az-ın məlumatına görə, A, B, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.

A Liqasının 3-cü qrupunda Macarıstan səfərdə Almaniyanı 1:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub. İtaliya isə İngiltərəyə eyni hesabla qalib gəlib. Bu nəticələrdən sonra britaniyalılar B Liqasına düşüb.

Monteneqroya qalib gələn Bosniya və Herseqovina millisi A Liqasına vəsiqəni rəsmiləşdirib. B Liqasındakı digər matçda Finlandiya Rumıniya ilə heç-heçə edib - 1:1.

Şimali Makedoniyanı 2 cavabsız qolla üstələyən Gürcüstan yığması B Liqasına yüksəlib. Bolqarıstana 1:5 hesabı ilə uduzan Cəbəllütariq isə D Liqasına enib.

Nəhayət, Maltanı 2:1 hesabı ilə məğlub edən Estoniya seçməsi C Liqasına vəsiqə qazanıb.

UEFA Millətlər Liqası
V tur

A Liqası

3-cü qrup

Almaniya - Macarıstan - 0:1

Qol: Adam Salai,17


İtaliya - İngiltərə - 1:0

Qol: Cakomo Raspadori


Xal durumu: Macarıstan - 10, İtaliya - 8, Almaniya - 6, İngiltərə - 2

B Liqası

3-cü qrup

Bosniya və Herseqovina - Monteneqro - 1:0

Qol: Ermedin Demiroviç, 45+1

Finlandiya - Rumıniya - 1:1

Qol: Teemu Pukki, 12 - Florin Tanase, 52

Xal durumu: Bosniya və Herseqovina - 11, Monteneqro - 7, Finlandiya - 5, Rumıniya - 4.

C Liqası

4-cü qrup

Gürcüstan - Şimali Makedoniya - 2:0

Qol: Boyan Miovski, 35 (avtoqol). Xviça Kvaratsxeliya, 65

Bolqarıstan - Cəbəllütariq - 5:1

Qol: Valentin Antov, 23. Kiril Despodov, 36 - Roy Çipolina, 26. Radoslav Kirilov, 52. İliyan Stefanov, 55. Marin Petkov, 81

Xal durumu: Gürcüstan - 13, Şimali Makedoniya - 7, Bolqarıstan - 6, Cəbəllütariq - 1.

D Liqası

2-ci qrup

Estoniya - Malta - 2:1

Qol: Rauno Sappinen, 45+6. Henri Anier, 86 - Teddi Teuma, 51

Qırmızı vərəqə: Jean Borq, 45 (Malta)

Xal durumu: Estoniya - 9, Malta - 6, San marino - 0
 
 
 
Ardını oxu...
“Yığmadan kənarlaşdırılıb-kənarlaşdırılmadığımızı bilmirəm. Sadəcə, onu deyim ki, hazırda havada qalmışıq”.

Bunu “Report”a açıqlamasında Azərbaycan taekvondoçusu Radik İsayev milli komandadan uzaqlaşdırılması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

80 kq-dan yuxarı çəki dərəcəsində Avropa, dünya və olimpiya çempionu özü ilə yanaşı, Milad Beiqi Harçeqani (87 kq) və Ayxan Tağızadənin (74 kq) də təlim-məşq toplanışına çağırılmadığını söyləyib:

“Bundan başqa, açıq Sloveniya çempionatına da aparılmadıq. Bütün aparıcı idmançılar turnirə yollansa da, bizim üçün viza açılmadı. Nə vitse-prezident Nağı Səfərov, nə də baş məşqçi bizə dəvət göndərir. Mehmandust bizi komandada istəmir, vitse-prezident isə heç nə edə bilmir. Onlara sual verin ki, niyə problem yoluna qoyulmur. Cavabını öyrənəndən sonra mənə də deyərsiniz. Özüm üçün də maraqlıdır ki, orada nə baş verir. Yığmaya lazım deyiliksə, niyə bizə məlumat verilmir?”

Qeyd edək ki, Azərbaycan taekvondoçuları açıq Sloveniya çempionatında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
 
Ardını oxu...
“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev millimizə uğurlar arzulayıb.

Oxu.Az-ın məlumatına görə, o, bu barədə “Instagram” səhifəsində paylaşım edib.

Qeyd edək ki, Azərbaycan millisi bu gün C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağıdır.

Xatırladaq ki, Qara Qarayev baş məşqçi Canni De Byazi tərəfindən yığmaya çağırılmayıb.
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti