Övladları yüksək vəzifə tutan sabiq məmurlar... - SİYAHI
Cəmiyyətimizdə məmurların iş fəaliyyətləri ilə yanaşı onların özəl həyatları, həmçinin ailələri də insanların hər zaman maraq dairəsində olub. Hətta vəzifəsini itirən sabiqlərin sonrakı fəaliyyəti və həyatları zaman-zaman diqqət mərkəzinə düşüb.

Maraqlıdır ki, vəzifədən azad olunmuş bir sıra sabiq məmurların yaxın ailə üzvləri, övladları hələ də yüksək vəzifələrdə çalışırlar.

Bizim.Media övladları vəzifədə olan sabiq məmurları araşdırıb:

Oqtay Şahbazov 1991-ci ildən etibarən Prezident Administrasiyasında çalışıb. O, müxtəlif illərdə Prezidentin İşlər müdirinin birinci müavini, 2016-2021-ci illərdə isə Prezidentin işlər müdiri vəzifəsini icra edib.

Oqtay Şahbazovun oğlu nazirdir. Belə ki, Pərviz Şahbazov hazırda Energetika naziri vəzifəsini daşıyır. O, 2017-ci ildən bəri bu vəzifəni icra edir.

Ərazilərin Bərpası üzrə Dövlət Agentliyinin sabiq sədri Əli Məmmədov 1997-2021-ci illərdə bu vəzifəni icra edib. Əli Məmmədov uğurlu fəaliyyətinə görə “Əməkdar mühəndis” fəxri adına, “Şöhrət” ordeninə layiq görülüb.

Əli Məmmədovun oğlu da yüksək vəzifə daşıyır. Sahib Əli oğlu Məmmədov hazırda İqtisadiyyat nazirinin müavinidir. O, 2021-ci ildən etibarən nazir müavini vəzifəsini icra edir.

Elçin Əfəndiyev 1993-2018-ci illərdə Baş nazirin müavini vəzifəsini icra edib. O, dövlət idarəetməsindəki fəaliyyəti ilə yanaşı, yazıçı kimi də tanınır.

Sabiq məmurun qızı Humay ixtisasca hüquqşünasdır. Hazırda Humay Əfəndiyeva Konstitusiya Məhkəməsində Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsini tutur. Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi var.

Tağı Əhmədov 1998-2014-cü illərdə “Bakı Metropoliteni”nin rəisi vəzifəsini icra edib. Sonrakı illərdə YAP-ın Yasamal rayon təşkilatına sədrlik edən T.Əhmədovun 74 yaşı var. Hazırda sabiq məmurun səhhətində ciddi problemlərin olduğu bildirilir.

Tağı Əhmədovun iki oğlu var. Onlardan biri Rauf Əhmədov hakimdir. Digər oğlu Ruslan Əhmədov isə Xarici İşlər Nazirliyində çalışır.

Elman Məmmədov 1991–2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb. O, hazırda Milli Məclisin deputatı, GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Elman Məmmədovun oğlu Elşad Məmmədov da yüksək vəzifə tutur. O, hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisidir.

Uzun illər “Azərxalça” ASC-nin İdarə heyətinin sədri olmuş Vidadi Muradov 9 yanvar 2021-ci ildə külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunub. 31 oktyabrda səhhəti ilə əlaqədar həbsdən azad edilib. 4 noyabr 2021-ci ildə xərçəng xəstəliyindən vəfat edib.

Vidadi Muradovun oğlu da yüksək vəzifə daşıyır. Cavid Muradov Sabunçu rayon Polis İdarəsinin rəisidir.

2012-2020-ci illərdə İmişli rayon İcra Hakimiyyətinin başçısı olmuş Vilyam Hacıyev hazırda həbsdədir. O, 5 may 2020-ci ildə DTX əməkdaşları tərəfindən saxlanılıb. V. Hacıyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə sabiq başçı 12 il azadlıqdan məhrum edilib.

Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Qubadlı rayon prokurorluğunda müstəntiq işləyir.

Ağstafa rayonunun sabiq İcra başçısı Nizaməddin Quliyev də Vilyam Hacıyev kimi vəzifə başında həbs olunan məmurlardandır. 10 il icra başçısı olmuş N.Quliyev 2019-cu ildə saxlanılıb.

O, yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almaqda ittiham olunub. Nizaməddin Quliyev 2021-ci ildə həbsxanada olarkən COVID-19-dan vəfat edib.

Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Quba rayon prokurorunun köməkçisidir.
 

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Gəncədə şagirdlər arasında mübahisə düşüb, xəsarət alan var
23 Aprel 2025 Hacıqabuldakı sel yolu UÇURDU, sakinlər çətin VƏZİYYƏTDƏ - İcr Hakimiyyətinin nəzərinə VİDEO
23 Aprel 2025 Baş Notarius VƏZİFƏSİNİ İTİRDİ — Ədliyyə Nazirliyində KORRUPSİYA ƏMƏLİYYATI?
23 Aprel 2025 Mal əvəzinə qoyun əti, qoyun əvəzinə toyuq, toyuq əvəzinə... - "İstehlakçıların aldadılması yolverilməzdir"
22 Aprel 2025 Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun `saqqızını oğurlaya` bilib - İLGİNC İDDİALAR
22 Aprel 2025 “Pilot-16” qalmaqalı böyüyür – Prorab məhkəmə zalında həbs edildi
22 Aprel 2025 Azəriqazda mütəxəsis qıtlığı ,yoxsa SOCAR-çoxvəzifəlilik siyasəti davam edir
22 Aprel 2025 Şərurlu İsfəndiyarın oğlunun həbsi ilə bağlı ŞOK İDDİA – Türkiyədən…
21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO

Dünyapress TV

Xəbər lenti