Ardını oxu...
“Yeni Azərbaycan Partiyası oturuşmuş bir siyasi təşkilatdır. Biz onların daxili işlərinə qarışa bilmərik. Partiyada Tahir Budaqov, Əli Əhmədov kimi ağıllı adamlar var. O cümlədən, cənab Prezidentimiz partiyanın sədridir. Hər halda, onlar nə məsləhət görüblərsə, o da olacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

YAP-ın builki seçki siyahısında adı olmayan sabiq millət vəkillərindən söz açan partiya sədri deyib ki, sözügedən şəxslər etimadı doğrulda bilməyiblər.

““Mürdəşiroğlu” və digərləri seçilməyibsə, yəqin ki, YAP-ın bir bildiyi var. Çünki YAP müstəqil bir partiyadır və nəyisə bilirsə, elə də edir. Mən həmin siyahıda Elnur Allahverdiyevin də adını gördüm. İndiyə qədər belə bir deputatın varlığından xəbərsiz idim. Mən bu adamı “Kontakt Home”un yiyəsi kimi tanımışam. Bu adam deputat olmaqdansa, gedib paltaryuyan maşınlarını, televizorlarını satsın, daha yaxşı. Onun parlamentdə nə işi var?! Görünür, bu adamlar yüz dənə yerə işləyirlər deyə onlara təzədən etimad göstərilmədi. Həssas dövrdə gərək belə şeylərə fikir verəsən”.

Partiyasının parlament seçkilərində iştirak edib-etməyəcəyi sualına isə siyasətçi belə cavab verib:
“Hələlik mənim namizədliyim bilinmir. Lakin biz Nizami Rayon İcra Hakimiyyətində çalışan nümayəndəmizin namizədliyini irəli sürmüşdük. Həmin şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır. O şəxs bizim ideoloji sahəyə baxan keçmiş müavindir”.
Ardını oxu...
Külli miqdarda dələduzluqda ittiham olunan iş adamı, "Elite Travel" MMC-nin təsisçisi Sadıxov Xalıq Faiz oğlu ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevə qarşı məhkəmədə iddia qaldırıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsinə müraciət edən iş adamı maddi və mənəvi ziyanın ödənilməsini istəyir.

İddia hakim Nail Abbasovun icraatına verilib.

İttihama görə, "Elite Travel" MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaq zamanı cəmiyyətin təsisçisi Xalıq Sadıxov, direktoru Fariz Sadıxov və baş mühasibi Sevda Nuriyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq mövqeyindən istifadə etməklə "Azər Türk Bank" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında bankdan götürülmüş 575 min manat məbləğində pul vəsaitinin 320 min manatını qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb edildiyi halda belə razılıq olmadan "Elite Travel" MMC-nin adından bank kimi qanunsuz fəaliyyət göstərərək kredit şəklində ayrı-ayrı Bakı və Sumqayıt şəhər sakinlərinə vermələrində, eyni zamanda həmin şəxslərdən əsas və faiz borcunun ödənişi adı ilə qəbul etdikləri 109 min 810 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmələrində, habelə Bakı şəhər sakininin qeyri-yaşayış sahəsini "Azər Türk Bank" ASC-də ipoteka ilə yüklü edərək mülkiyyət hüquqları ilə bağlı vətəndaşın mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan Xaliq Sadıxov və Fariz Sadıxova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 192.2.1 (qanunsuz sahibkarlıq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Sevda Nuriyevaya isə 32.5, 178.3.2, 192.2.1, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Sadıxov və F.Sadıxovun hər biri 12 il, şirkətin mühasibi Sevda Nuriyeva isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi isə X.Sadıxov və F.Sadıxovun hər birinin cəzasını 9 ilə endirib.

Xatırladaq ki, həbsdə olan X.Sadıxov aMtb-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin 2023-cü il may ayının 8-də imzaladığı sərəncamla Azər Mehdiyev əfv edilib.

Ardını oxu...
1 sentyabr VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin yaxınlaşması deputat seçilmək istəyən bir sıra şəxsləri hərəkətə keçirib. Artıq mediada bir sıra nüfuzlu şəxslərin, iş adamlarının millət vəkilliyinə iddia etməsi ilə bağlı məlumatlar dərc olunmaqdadır.

Dia-az.İnfo bildirir ki, bu xüsusda editor.az-ın redaksiyasına daha bir tanınmış və qalmaqallı iş adamının deputat seçilməyə çalışdığı barədə maraqlı informasiya daxil olub.Məlumata görə, “Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Faiq Seyidov millət vəkili seçilmək üçün bütün imkan və əlaqələrini səfərbər edib. İddiaya görə, Faiq Seyidov hazırda deputat, ölkənin əsas dərman monopolistlərindən hesab edilən Kamaləddin Qafarovun seçildiyi 9 saylı Binəqədi ikinci seçki dairəsindən millət vəkili seçilməyə çalışır. F.Seyidovun bütün yaxın ətrafına deputat seçilmək üçün siyasi xeyir-dua aldığını və hakim Yeni Azərbaycan Partiyasının seçkilərdə onun namizədliyi üçün güzəştə gedəcəyini elaan etdiyi qeyd olunur.

Editor.az xatırladır ki, Faiq Seyidov ölkənin ən qalmaqallı iş adamlarından biri hesab edilir. Uzun illər paytaxt Bakının ictimai nəqliyyat sektorunu monopoliyada saxlayan F.Seyidov oğlunun maşınla adam vuraraq öldürməsi xəbəri ilə uzun müddət medianın diqqət mərkəzində olub.

Editor.az mediada yazılanlara istinadən xəbər verir ki, “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidov 2014-cü ildə ağır qəza törədib.

Yerli KİV-də “Xaliq Faiqoğlu” şirkətinin rəhbəri Faiq Seyidovun oğlu Xaliqin 2014-cü ildə ağır yol qəzası törədərək adam öldürməsi və məsuliyyətdən yayınması ilə bağlı məlumatlar yayılıb.

Sözügedən hadisə 2014-cü ildə “Memar Əcəmi” metro stansiyasının yaxınlığında baş verib. Belə ki, həmin ilin mayın 18-də Nəsimi rayonu, “3-cü mikrorayon dairəsi” kimi tanınan ərazidə 10-LU-090 dövlət nömrə nişanlı “Mercedes GL” markalı avtomobillə Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub. E.Məmmədov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

E.Məmmədov 2005-ci ilin oktyabr ayından etibarən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsində baş zabit vəzifəsində polkovnik-leytenant olaraq işləyirdi.

Bundan başqa millət vəkili olmaq istəyən Faiq Seyidov yerli KİV-də aralarında yaranan mübahisə zəminində sahibkar Azadxan Xanməmmədovu qanunsuz həbs etdirməkdə ittiham olunur.
Ardını oxu...
Qazaxin Xeyrimli kəndi ilə Ermənistanin Tovuzqala rayonunun Kirants kəndi arasından keçən Ermənistan – Gürcüstan magistral yolunun 800 metrlik hussəsi və bu yolun üzərində yerləşən körpü Azərbaycanın nəzarətinə keçib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat verib.

Ərazi Dövlət Sərhəd Xidmətinin Qazax Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti tərəfindən nəzarətə götürülüb.
 
Ardını oxu...
Partiyaların sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkisinə hazırlıq işləri davam edir. Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib ki, 401 nəfər parlament seçkilərinə namizədlik üçün müraciət edib. O qeyd edib ki, siyasi partiyalar kifayət qədər fəaldır: "Sənəd təqdim edənlərin 168-i siyasi partiya təmsilçisidir. Onlar 13 siyasi partiyanı təmsil edirlər.
Bu say artmaqdadır". Seçkilərdə şansını sınayacaq partiyalardan biri də Klassik Xalq Cəbhəsi Partiyasıdır.
Partiya sədri Mirmahmud Mirəlioğlu "Sherg.az"a aparılan müzakirələrdən sonra partiya olaraq seçki prosesində iştirak etmək qərarı aldıqlarını bildirib. M.Mirəlioğlu neçə dairə üzrə namizəd çıxaracaqlarının müəyyənləşdiyini söyləyib:
"Səlahiyyətli nümayəndələrimiz təsdiqlənib. 43 dairədən namizədimiz var. Hazırda müvafiq sənədlərin dairələrə təqdim olunması mərhələsindəyik. Sənədlərini verib, namizədliyi təsdiqlənib, imza vərəqələrini alanlarımız da var. Onlar imzatoplamaqla məşğuldurlar. Artıq iki gündür qanunlara uyğun olaraq prosesə başlamışıq. Mənim də namizədliyim irəli sürülüb. 43 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyim verilib".

"Yeni dönəmə, müasir tələblərə uyğun yeni parlament necə formalaşmalıdır" sualına isə M.Mirəlioğlunun cavabı belə olub:
"Bu suala obyektiv və dolğun cavabı məsələni gündəmə gətirənlər, anlayışın müəllifləri özləri verməlidir. Açıqlasınlar, görək "yeni parlament" dedikdə nəyi nəzərdə tuturlar? Axı bu məsələ 4 il bundan öncə, Milli Məclis özünü buraxanda, fəaliyyətinə xitam verəndə də aktual idi. Elə sizlər də, bizlər də bu məsələdə seyirçi qismindəyik. Çünki "müasir dövrün yeni çağırışlarının" nədən ibarət olduğunu bilmirik. Şəxsən mən bilmirəm. Əgər parlamentdə 4-5 çağırış gördüyümüz deputatların dəyişməsindən söhbət gedirsə, bu, bizim istəyimizdən asılı deyil. Bu, həm də birbaşa və birmənalı şəkildə yürüdülən siyasətdən asılıdır. Ona görə də belə məsələlərdə ancaq özümüzün subyektiv mülahizələrimizi deyə bilərik. Adam var ki, bütün çağırışlarda millət vəkili olub. Seçicini qane edib, o cümlədən hakimiyyətin siyasətinin həyata keçirilməsində iştirakçı olub və nəticədə orada əyləşib. Bizim məsələyə münasibət bildirməyimiz heç nəyi dəyişmir".

Partiya rəhbəri hazırda seçki prosesində, yəni namizəd və dairələrin müəyyən olunması məsələsində tərəfdaşlıq etdikləri partiyanın olmadığını deyib:
"Əgər gündəmə gələrsə, təklif olarsa, dəyərləndirərik. Hazırda belə məsələ yoxdur".
M.Mirəlioğlu seçki sistemində dəyişikliyin vacib və aktuallıq kəsb edən məsələ olduğunu vurğulayıb: "Amma bunun reallaşdırılması üçün referendum keçirilməli, konstitusiya dəyişikliyi edilməli və ondan sonra proporsional seçki sistemi tətbiq olunmalıdır. Hətta qarışıq sistem - yəni həm proporsional, həm də majoritar qaydada seçki keçirilə bilər. Bununla bağlı bizim nümunəmiz mövcuddur. 2000-ci il parlament seçkiləri həm proporsional, həm də majoritar seçki sistemi ilə keçirilib".
Ardını oxu...
Azərbaycanda son 1 il əzində eşşəklərin sayında ciddi azalma qedə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin əvvəlində ölkəmizdə 14924 baş eşşək olub.

Məlumata görə, eşşəklərin böyük hissəsinin – 10174-nün yaşı 3 və daha çoxdur.

Qeyd edək ki, ötən ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək “yoxa çıxıb”.

Ümumiyyətlə son 20 ildə Azərbaycana eşşəklərin sayı təxminən 3 dəfə azalıb. 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14.9 min olub.

Eşşəklərin sayına görə rayonların sıralamasına Lerik başçılıq edir. Belə ki, bu rayonda 1362 baş eşşək var. Onların 1000-ə yaxınının 3 və daha artıq yaşı var.

Sıralamada ikinci yeri 1284 başla Şəmkir rayonu, üçüncü yeri isə 1063 başla Ağstafa rayonu tutur.

Statistikaya görə, Bakı şəhərinda cəmi 4 eşşək var. Sözügedən heyvanlar paytaxtın Sabunçu rayonu ərazisindədir.

İqtisadi rayonlar arasında eşşələrin sayının ən çox olduğu bölgələr Qazax-Tovuz (4116 baş), Lənkəran-Astara (2713 baş) və Quba-Xaçmazdır (1812 baş),

İşğaldan azad edilən bölgələrə gəlincə, Cəbrayılda 9, Laçında 54, Zəngilanda 18, Ağdamda 173, Füzulidə 315, Xocavənddə 3 baş eşşək var.

Eşşəklərin sayının daha çox olduğu digər rayonlar aşağıdakıladır:

Qazax rayonu – 895 baş

Quba rayonu – 891 baş

Samux rayonu – 728 baş

Tovuz rayonu – 550 baş

Yardımlı rayonu – 553 baş

Sabirabad rayonu – 474 baş

Goranboy rayonu – 468 baş

Astara raonu – 448 baş

Modern.az
 
 
 
Ardını oxu...
Sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində Milli Məclisin 1, 2, 3, 4, 5 və 6-cı çağırış deputatı olmuş İmamverdi İsmayılov yenidən seçkilərə qatılmaq istəyir.

AzFakt.com xəbər verir ki, İmamverdi İsmayılov yenidən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilmək niyyətindədir.

Onun hazırda iqtidarın yuxarı dairələri və YAP rəhbərliyi ilə danışıqlar apardığı bildirilir. Məlumata görə, iqtidar yetkililəri İmamverdi İsmayılovun yenidən deputat olmasına hələ ki, müsbət yanaşmırlar.

Bildirək ki, İmamverdi İsmayılov 24 ildir Milli Məclisdə deputat kimi fəaliyyət göstərir. Parlamentin lal deputatlar siyahısına düşən İsmayılov daha çox müxtəlif qalmaqalları ilə mətbuatın gündəminə düşüb.

Onuda qeyd edək ki, İmamverdi İsmayılov Milli Məclisin varlı deputatları siyahısındadır. Onun Sumqayıt şəhərində restoranları, şadlıq evləri, internet-klubları və dükanlarının olduğu deyilir. Həmçinin Sumqayıtda tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payının olduğu bildirilir. Həmçinin ölkənin müxtəlif bölgələrində müxtəlif biznes sahələrinə sahibdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Samux Rayon icra Hakimiyyətinin başçısı Firdövsi Əliyevin oğlu Orxan Əliyev 78 saylı Lerik seçki dairəsindəndən deputat mandatı almaq arzusundadır.

Bu barədə Azsiyaset.az saytı məlumat yayıb.

Qeyd olunur ki, F.Əliyev oğlu Orxana deputat mandatı verdirmək üçün bütün gücünü səfərbər edib. Hətta Orxanın deputat olmaq arzusunu reallaşdırmaq ailəsinin sahib olduğu biznes imkanlarını əsas gətirib.

Qeyd edək ki, 78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədovdur.
 
 
 

Ardını oxu...
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçki prosesində rəqabət mühiti getdikcə qızışır.

Yenicag.az-ın əldə etdiyi məlumatlara görə, VI cağırış Milli Məclisin deputatı olmuş bir sıra şəxslərin bu seçkilərdə yenidən namizəd ola bilməyəcəyi, bəzilərinin namizəd olacağı halda belə, yenidən seçilmək şansları itiriləcək. Məlumatlardan bəlli olur ki, Cəlilabad rayonunda deputat mandatı uğrunda “nəhənglərin” seçki savaşı artıq başlayıb. Belə ki, bu rayonda deputatlıq uğrunda yarışda bu rayondan olan sabiq iqtisadiyyat naziri Fərhad Əliyev özü ön planda olmasa da, yenidən Cəlilabadı “kurasiyasına” götürməyə çalışır. Cəlilabadda Fərhad Əliyev Əmlak Məsələləri Komitəsinin keçmiş sədri, Prezidentin köməkçisi – Prezidenti Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bu rayondan deputat seçilmiş qardaşı Malik Həsənovla üz-üzə gəlir.

Növbədənkənar parlament seçkiləri barədə araşdırma aparan veteninfo.az saytı yazır ki, bu seçkilərdə yenidən parlamentə düşmək istəyən bəzi YAP üzvlərinə indidən qapını göstəriblər. “Çoxlarına bəllidir ki, YAP açıq şəkildə bəyan edib ki, partiyanın bu dəfəki namizədləri modern düşüncə sahibi olan şəxslər olacaq. Bir çox rayonlarında YAP sədrlərinə bu barədə göstəriş verilib. Bu dəfə parlamenti özü üçün qoruma yolu seçən 67 saylı Cəlilabad şəhər seçki dairəsindən millət vəkili seçilən Malik Həsənov haqqında məlumat verəcəyik. 4 ildir ki, cəlilabadlılar millət vəkilləri Malik Həsənovu axtarıb tapa bilmirlər. Keçən iki cağırış Malik Həsənov bir dəfə də olsun secicilərini ziyarət etməyib. Bunu biz demirik. Onun seciciləri sosial şəbəkədə yazırlar. Görünür, Malik Həsənovun secicilərinin qarşısına cıxacaq nə üz var, nə də sözü…”, – deyə sayt qeyd edir.

Qeyd edək ki, Fərhad Əliyevin seçki prosesinə qoşulması ilə Malik Həsənovun yenidən deputat olmaq şansı getdikcə azalır. Çünki Fərhad Əliyev M.Həsənovun yerinə öz adamın seçdirmək istəyir. Fakt isə budur ki, əhali arasında müsbət meyllər Fərhad Əliyevin tərəfindədir. Lakin bu vaxta qədər Kərəm Həsənov və onun deputat olan qardaşı Malik Həsənov rayon üçün hansısa faydalı işə sahib olmayıb, rayon əhalisinin güzəranına müsbət təsir edə bilən hansısa işlər görməyib. Malik Həsənov inzibati resursların hesabına deputat olduğu üçün rayon əhalisinin səsi və mövqeyi onun üçün heç bir əhəmiyyət kəsb etməyib. Fərhad Əliyev isə vəzifədə olarkən Cəlilabad rayonu sakinlərinə daha çox diqqət göstərib, bu da seçicilər arasında onun namizədinə səs vermək şanslarını artırır. Malik Həsənovun yenidən deputat seçilməsini rayon əhalisi onsuz da istəmirdi, digər tərəfdən Fərhad Əliyevin yenidən meydana çıxması onun yenidən deputat seçilməsinə ciddi problem yaradacaq.

Malik Həsənovun fəaliyyəti barədə məlumat verən veteninfo.az saytı yazır ki, bu illər ərzində millət vəkili ancaq öz biznesini genişləndirməklə məşğul olub.

“O, millət vəkili kimi deyil, daha çox biznesmen kimi tanınır. Malik Həsənovun əlinin altında sahib olduğu onlarla şirkət, restoran, ticarət mərkəzləri var. “Baku Mall”, “X-Petrol” yanacaqdoldurma məntəqələri,”Bağçasaray” restoranlar şəbəkəsi məhz Malik Həsənova məxsusdur. Bəziləri zarafatla deyirlər ki, Cəlilabad məhz Həsənovların kurasiyasındadır. Bütün bu gücə baxmayaraq, nədənsə Malik Həsənov və onun himayəçiləri sadə secici ilə maraqlanmır”, – deyə məlumatda qeyd olunur.
 
Ardını oxu...
İş adamı Qalib Məmmədov deputat olmaq üçün əl-ayağa düşüb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, daha bir məmur sentyabrın 1-də keçiriləcək parlament seçkilərində mandat qazanmaq istəyir.
Bu şəxs “KDY Logistics” şirkətinin Azərbaycan qrupunun Direktorlar Şurasının sədri Qalib Məmmədovdur.

Qalib Məmmədov iş adamıdır, əvvəllər Rusiyada fəaliyyət göstərib. Daha sonra o, Azərbaycana gəlib və burada özünə şirkət qurub.

Qalib Məmmədov bir zamanlar işğaldan azad edilmiş Qubadlıda qurduğu dövlətə meydan oxuyan təmtəraqlı məclislə diqqət mərkəzinə düşmüşdü.

Hal-hazırda Kəlbəcərdən deputat olmaq üçün əl-ayağa düşən iş adamı bəzi dairələrlə iş aparır. Onun namizədliyi Rusiya və İrandakı bəzi qüvvələr tərəfindən dəstəklənir.

Dövlət başçısının xəbərdarlıqlarına məhəl qoymayaraq, azad edilmiş bölgələrimizdəki füsunkar yerləri özününkü hesab edən Qalib Məmmədov məhz toxunulmazlıq statusu ala bilmək üçün parlamentə can atır.

Onu da qeyd edək ki, Qalib Məmmədov Azərbaycanda fəlaliyyət göstərən iş adamlarından birinin “sağ əli” hesab olunur. Ona görə də onun Kəlbəcərin deputatı olmaq şansı bir qədər də artır.

www.yenicag.az
 
 
 

Dünyapress TV

Xəbər lenti