Rusiya “tarixi səhvi” düzəltdi: Biz niyə Zəngəzuru almayaq?
Rusiyanın Krımı ilhaqının 10 illiyi ilə bağlı (16 mart 2014-cü il) mövzu yenidən gündəmə gəlib və rusiyalı tarixçilər, jurnalistlər, həmçinin rəsmilər bu istiqamətdə açıqlamalar verirlər.

Ən maraqlısı bir neçə gün öncə Andrey Karaulovun tarixi sənədləri yayması və bunun üzərindən şərhi oldu. Məlum olur ki, Krım sosialist inqilabının lideri Vladimir İliç Lenin tərəfindən 50 milyon dollar müqabilində Rokfeller bankına girov qoyulub. 1946-cı ilə qədər SSRİ-nin kredit və faizləri qaytarmayacağı təqdirdə Krımın ABŞ-ın bir ştatına çevrilməsi müzakirəsi varmış. Hətta “Krım Kaliforniyası” termini də həmin zaman gündəmə gəlib.

Stalin buna imkan verməyib – nə krediti, nə faizlərini qaytarıb, nə də Krımı təslim edib. Əvəzində isə RSFSR tərkibində olan Krımı Ukraynaya birləşdirmək ideyasını irəli sürüb və Xruşşov bu tövsiyəni yerinə yetirməklə, əslində, Krım mövzusunu gündəmdən çıxarıb.

Rusiya rəsmiləri isə ümumiyyətlə 1954-cü ildə Krımın Ukraynaya verilməsini SSRİ rəhbərliyinin cinayətkar səhvi adlandırırlar. Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bu gün bildirib ki, Krımın Ukraynaya verilməsi qərarı Sovet lideri Nikita Xruşşovun bağışlanmaz və faciəli səhvi, konstitusiyaya zidd addım idi.

Demək, Rusiya SSRİ liderlərinin etdiyi faciəvi və bağışlanmaz səhvi “düzəltdi”, 2014-cü ildə Krımı geri qaytardı və ən maraqlı hadisə də bundan sonra oldu. Rusiya Krımı ilhaq edərkən, Qərbin kəskin reaksiyası ilə üzləşmədi, hətta Rusiyaya qarşı ciddi və çoxsaylı sanksiyalar da baş vermədi. Bəzi Qərb liderləri isə Krımın Rusiyanın haqqı olduğunu elan etməkdən belə çəkinmədilər.

Yalnız 2022-ci il 24 fevralda Rusiyanın Ukraynaya hücumundan sonra vəziyyət dəyişdi və “Ukraynanın ərazi bütövlüyünə” artıq birmənalı olaraq Krım da daxil edildi.

Yəni Rusiya Ukraynaya hücum etməsəydi, Krımın ilhaqı siyasi-hüquqi müzakirə mövzusundan o tərəfə keçməyəcəkdi.

Eyni cinayəti Sovet rəhbərliyi Azərbaycana qarşı törədib. 1920-ci ildə – Azərbaycanın işğalından sonra Qərbi Zəngəzur və Göyçə Ermənistana bağışlanıb.

Bu “bağışlanma” zamanı Azərbaycan xalqının rəyi soruşulmayıb, heç bir referendum aparılmayıb. Qərbi Zəngəzurun Azərbaycandan qoparılması, Narışkinin sözləri ilə desək, Sovet rəhbərliyinin bağışlanmaz və faciəvi səhvi, konstitusiyaya zidd addım idi.

Buna görə də Azərbaycanın Qərbi Zəngəzuru geri tələb etmək haqqı var. Və üstəlik, Rusiyadan daha artıqdır. Çünki:

– Rusiya RSFSR-in varisidir. 1991-ci ildə Rusiya SSRİ-dən çıxarkən, Krım RSFSR-in tərkibində deyildi. Ancaq Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və AXC-nin ərazisinə iddia etmək hüququ var.

Qərbi Zəngəzur, o cümlədən Göyçə mahalı Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi sayılıb. Belə ki, 2020-ci il 11 yanvarında AXC-nin Paris Sülh Konfransında de-fakto müstəqilliyi tanınarkən, mübahisəsiz hesab olunan 100 min kv.km ərazisi də təsdiqlənib. Halbuki AXC 100 min kv.km ilə razı deyildi və əlavə 14 min kv.km ərazini də özününkü sayırdı.

– Krım ABŞ-a girov qoyulmuşdu, SSRİ rəhbərliyi bu hüquqi məsuliyyətdən yayınmaq üçün Krımı Ukraynaya 1954-cü ildə verir.

Qərbi Zəngəzur isə heç vaxt girov qoyulmayıb və heç vaxt Azərbaycanın mübahisəli ərazisi sayılmayıb. Əksinə, 1918-ci il 29 may tarixində Milli Şura İrəvan və ətrafının (9,7 min kv.km) ermənilərə verilməsi barədə qərar qəbul edib.

İrəvan və ətrafının ermənilərə verilməsi və Ermənistan dövlətinin yaradılması ilə ermənilərin torpaq iddiasına son qoyulması razılaşdırılmışdı. Bununla bağlı ermənilər öhdəlik də götürmüşdülər.

Yəni Krım modeli tətbiq edilərsə, əslində İrəvan və ətrafının geri qaytarılması müzakirəyə çıxarıla bilər. Ancaq biz Sovet rəhbərliyinin cinayətkar və faciəvi səhvindən danışırıqsa, üstəlik, 1920-ci il 11 yanvar tarixində Fransa, Böyük Britaniya, ABŞ da daxil olmaqla, dünyanın 20 nəhəng dövlətinin AXC-ni (və həm də Ermənistanı) de-fakto tanımasını əsas götürürüksə, Qərbi Zəngəzur və Göyçə üzərində durmaq lazım gəlir.

Paris Sülh Konfransında tanınan və hazırda orijinalları Parisdə saxlanılan xəritələr əsasında Azərbaycan öz ərazisini niyə tələb etməməli və hüquqi müzakirə açmamalıdır?/axar.az
 

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Çinlə dərinləşən münasibətlər Zəngəzur dəhlizinin açılmasını sürətləndirə bilər...
23 Aprel 2025 Dünyanın ən bahalı villaları – TOP-5
23 Aprel 2025 Rusiyadan Avropaya təhlükə artmaqda davam edir - Hollandiya kəşfiyyatı təxribatların hədəflərini açıqladı
23 Aprel 2025 ABŞ İrana yeni sanksiyalar tətbiq edib
23 Aprel 2025 Deputat Xamenei üçün hazırlanan “Ağa can, 100 yaşa” videosundan danışdı: - “Güclü ideoloji iş apara bilməsək...”
23 Aprel 2025 Tərəflər yorulub, qarşıdurmanı dayandıracaq sülh formuluna ehtiyac var - ŞƏRH
22 Aprel 2025 Qərb ŞOKDA! Putin GERİ ÇƏKİLDİ – ilk dəfə BU ADDIMI ATDI – müharibə BİTİR
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO
22 Aprel 2025 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu - Yaralanan var - VİDEO
22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib

Dünyapress TV

Xəbər lenti