Ardını oxu...
Cənubi Koreya hərbi kəşfiyyatının rəhbəri Mun San Xo və onun sələfi No San Von həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Onların hər ikisi hərbi vəziyyətlə bağlı qiyamda iştirakda şübhəli sayılır.

Bundan əvvəl sabiq müdafiə naziri Kim Yon Xyon və hərbi əks-kəşfiyyatın rəhbəri Yo İn Xyon həbs edilib.
 
Ardını oxu...
ABŞ-ın keçmiş və gələcək prezidenti Donald Trampın Almaniyadakı keçmiş səfiri və onun biznes tərəfdaşlarından biri Riçard Qrenellin (Richard Grenell) yeni vəzifə alması barədə xəbər gündəmə çıxıb. Tramp, Truth Social platformasında etdiyi açıqlamada, Qrenellin “xüsusi missiyalar üzrə elçi” təyin edildiyini və onun dünyanın müxtəlif münaqişə ocaqlarında mühüm rol oynayacağını bildirib. Tramp qeyd edib ki, Qrenellin fəaliyyəti xüsusilə Venesuela və Şimali Koreya kimi “ən qaynar nöqtələrdə” cəmləşəcək və o, “güc vasitəsilə sülh” prinsipi uğrunda mübarizə aparacaq əsas fiqur olacaq.
Riçard Qrenell Tramp administrasiyasında diqqət mərkəzində olmuş bir fiqurdur və o, xüsusilə açıq və sərt tənqidləri ilə tanınır. O, əvvəllər ABŞ-ın Almaniyadakı səfiri kimi xidmət edib və bu müddət ərzində Almaniya hökuməti ilə kəskin mövqe fərqləri ilə yadda qalıb. Daha sonra isə kəşfiyyat orqanlarına nəzarət edən milli təhlükəsizlik üzrə vəzifədə çalışıb.
Yeni təyinat Qrenellin Tramp komandasında etibarlı fiqur kimi mövqeyini gücləndirir.
 
 
 
Ardını oxu...
ABŞ-də polis Ağ Evin hasarını aşmağa cəhd edən şəxsi saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “ABC News” məxfi xidmətin mətbuat katibinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, insident səhər saatlarında baş verib. Naməlum şəxs tez bir zamanda saxlanılıb.

Bildirilib ki, həmin vaxt iqamətgahda olan ABŞ prezidenti Co Bayden heç bir təhlükə ilə üzləşməyib.
 
Ardını oxu...
ABŞ-nin aparıcı televiziya kanallarından sayılan "ABC News" yeni seçilmiş prezident Donald Trampa qarşı böhtan işində 15 milyon dollar təzminat ödəyəcək.

Bu barədə "ABC News" və Trampın müdafiə qrupu arasında əldə olunan razılaşma ictimaiyyətə açıqlanıb.

Kanalın aparıcısı Corc Stefanopulos iddiaçı tərəfindən və ya onun adından qurulan prezident fonduna və ya muzeyinə 15 milyon dollar xeyriyyə ianəsini ödəməyə və Donald Trampdan üzr istəməyə razılaşdırıldığını söyləyib.

Televiziya şirkəti, həmçinin iddiaçıya 1 milyon dollar vəkil haqqı ödəyəcək.

Trampın "X" hesabında razılaşma ilə bağlı belə qeyd olunub: "Bu razılaşma Tramp üçün mühüm hüquqi zəfərdir və jurnalistikada, xüsusən də ictimai xadimlərə gəldikdə, dəqiqliyi əks etdirir".

Xatırladaq ki, 80 yaşlı jurnal yazıçısı E.Jean Carroll Trampın 1996-cı ilin yazında Nyu-Yorkdakı "Bergdorf Goodman" mağazasının soyunub-geyinmə otağında ona təcavüz etdiyini bildirsə də, Tramp bu iddiaları rədd edib. Kerollun qaldırdığı "zorlama və təhqir" işində məhkəmə münsiflər heyəti Trampı 2023-cü ilin mayında hücum, təhqir və cinsi təcavüzdə günahkar bilib, lakin Kerollun zorlama ilə bağlı bunu sübut edə bilməyəcəyinə qərar verib. Məhkəmə Trampı hücum və təhqirə görə 5 milyon dollar, iddiaçıya dəymiş ziyana görə 83,3 milyon dollar ödəməyə məhkum edib. Bu ilin əvvəlində isə Tramp Florida ştatının federal məhkəməsində böhtan iddiası qaldırmışdı.

Mənbə: teleqraf.com
 
 
 
Ardını oxu...
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsinin rəhbəri Devin Nunesi Prezidentin Kəşfiyyat Məsləhət Şurasının sədri təyin etmək qərarına gəlib.

Bu barədə Tramp “Truth” hesabında məlumat verib.

“Mən “Truth Social”ın baş direktoru Devin Nunesi federal hökumətlə birbaşa əlaqəsi olmayan görkəmli vətəndaşlardan ibarət Prezidentin Kəşfiyyat Məsləhət Şurasının sədri vəzifəsinə təyin edəcəyimi elan etməkdən məmnunam”, - deyə o bildirib.

Mənbə: qafqazinfo.az
 
 
 
Ardını oxu...
Onun sözlərinə görə, ölkə iqtisadiyyatı misli görünməmiş sanksiyalar fonunda inkişaf edir.
Yaxın və uzunmüddətli perspektivdə Rusiyanın qarşısında duran bütün vəzifələr yerinə yetiriləcək.
“Report” xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Putin "Vahid Rusiya" partiyasının qurultayında bildirib.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatı misli görünməmiş sanksiyalar fonunda inkişaf edir, şantaj və ona mane olmaq cəhdləri isə nəticə verməyəcək.
 
Ardını oxu...
Hatayın (Türkiyə) Reyhanlı bölgəsində 53 nəfərin öldüyü terror hücumunda əli olan Cengiz Sertel saxlanılıb.

Bu barədə "Haber Global" məlumat yayıb.

11 may 2013-cü ildəki hücumun iştirakçısı Türkiyə Milli Kəşfiyyat Təşkilatı və polisin təşkil etdiyi əməliyyatla ələ keçib.

Bildirilir ki, o terror aktında istifadə edilən partlayıcıları Suriyadan Türkiyəyə keçirib.
 
 
 
Ardını oxu...
Ümd edirik ki, yeni Suriya ərəb qonşularına və beynəlxalq ictimaiyyətə arxalana biləcək şəkildə qurulacaq.

APA xəbər verir ki, bu barədə İordaniyanın xarici işlər naziri Ayman Safadi mətbuat konfransında bildirib.

O, İsrailin bufer zonaya daxil olmasını pisləyib: “Biz İsrail qüvvələrinin bufer zonaya hücumunu pisləyir və Colan təpələrindən geri çəkilməsin istəyirik”.
 
Ardını oxu...
  

ABŞ-ın Nyu-Cersi və Nyu-York ştatları üzərində naməlum mənşəli dronlar qeydə alınıb.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə onların mənşəyi ilə bağlı müxtəlif fərziyyələr irəli sürülür. Bəziləri bu dronların yadplanetli texnologiyası ola biləcəyini iddia edərkən, digərləri onların xarici dövlətlərə məxsus olduğunu düşünür.

ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) hazırda dronların mənşəyini müəyyən edə bilməyib. Bu vəziyyət ictimaiyyətdə ciddi narahatlıq yaradıb.

Donald Tramp məsələ ilə bağlı sərt mövqe nümayiş etdirib:
"Belə bir hadisənin hökumətin nəzarətindən kənarda baş verməsi mümkün deyil. İctimaiyyəti dərhal məlumatlandırın. Əks halda, həmin dronları vurun," – deyə o, bildirib.

Məsələ ilə bağlı rəsmi qurumların susqunluğu suallara səbəb olur. Ekspertlər isə bu cür uçuşların təhlükəsizlik baxımından ciddi risklər daşıdığını vurğulayır.

 

 
 
 
 
 

 

 
 

Dünyapress TV

Xəbər lenti