Ardını oxu...
Rusiya Somalinin SSRİ tərəfindən verilmiş kreditlər üzrə 48,1 milyon dollar borcunu silib.

Müvafiq sənəd normativ hüquqi aktlar portalında dərc olunub.

Bildirilir ki, 1984-cü il oktyabrın 1-dək Sovet hökumətinin Somaliyə verdiyi uzunmüddətli kreditlər üzrə yığılmış faizlər silinib.

Rusiya prezidenti Vladimir Putin noyabrda keçirilən Rusiya-Afrika Tərəfdaşlıq Forumunda bildirib ki, Rusiya Federasiyası ilə Afrika ölkələri arasında əlaqələrin inkişafı daha intensiv və çoxşaxəli xarakter alır.

Onun sözlərinə görə, bu faktı nazirlərin konfransının məzmunlu proqramı tam təsdiq edir.

Tədbirlərin hazırlanması üzrə təşkilat komitəsinin icraçı katibi Anton Kobyakov bildirib ki, Rusiya Federasiyası 2030-cu ilə qədər Afrika ilə müstəqil hesablaşma sistemi yaratmaq niyyətindədir.
Ardını oxu...
Avropa Şurası və Gürcüstan rəhbərliyi ölkədə etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” Qanuna dəyişiklik edilməsini müzakirə edəcəklər.
“Kommersant” xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Alen Berse Tbilisiyə üçgünlük səfərindən sonra mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, sözügedən qanuna dəyişiklik edilməsinin müzakirəsi üçün İşçi Qrupun yaradılması ilə bağlı Gürcüstan rəhbərliyi ilə razılığa gəlib. Berse bildirib ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyası Avropa Şurası yanında yaradılan komissiya hansı dəyişikliklərin tələb olunduğunu müəyyən edərsə, həmin qanuna dəyişiklik etməyə razılaşıb: “Qütbləşmə Gürcüstanda demokratik proseslərə zərbə vurur. Bütün qüvvələr dialoqda iştirak etməli, demokratik prinsipləri qorumalı və ona hörmətlə yanaşmalıdırlar”.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə öz növbəsində brifinqdə bildirib ki, ölkə rəhbərliyi istənilən formatlarda, eləcə də Avropa Şurasının iştirakı ilə müzakirələrə hazırdır: “Qanunun yenidən nəzərdən keçirilməsinə gəldikdə isə, burada vacib bir məqam var – bu qanunun hüquq prinsiplərini məhz necə pozduğunu bizə əsaslandırmalıdırlar. Bizə hüquqi nöqsanların mövcudluğunu təsdiq edən əsaslandırmalar təqdim edilərsə, əlbəttə, biz qanunu yenidən nəzərdən keçirməyə hazırıq”.

Xatırladaq ki, Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” Qanunu may ayında qəbul edib. Bu qanun xaricdən maliyyələşən bütün qeyri-hökumət təşkilatlarının və Kütləvi İnformasiya Vasitələrinin (KİV) xüsusi reyestrdə qeydiyyatdan keçirilməsini nəzərdə tutur. Avropa İttifaqı tərəfindən tənqid edilən qanun layihəsinin müzakirəsi və daha sonradan parlamentdə qəbulu ölkədə kütləvi etiraz aksiyalarının keçirilməsinə səbəb olmuşdu. Gürcüstan müxalifəti “xarici agentlər” haqqında bu qanunu Rusiyada mövcud olan qanunla müqayisə edirdi.

Ardını oxu...
  

Sabiq Suriya prezidenti Bəşər Əsədin Rusiyadakı həyatı ciddi məhdudiyyətlərlə müşayiət olunur

Musavat.com xəbər verir ki, Rusiyanın yüksək səviyyəli siyasi qərarı ilə sabiq Suriya prezidenti Bəşər Əsəd və onun ailəsinə Moskvada sığınacaq verilməsi ilə bağlı yeni detallar ortaya çıxıb. Məlum olub ki, Əsədin həyat şərtləri ciddi nəzarət altında təşkil edilib və onun fəaliyyətinə ciddi məhdudiyyətlər tətbiq olunub.

Bəşər Əsədə tətbiq olunan məhdudiyyətlər

Siyasi fəaliyyət qadağası: Bəşər Əsədin hər hansı siyasi fəaliyyətlə məşğul olması tamamilə qadağan edilib. O, nəinki Rusiyada siyasi çıxışlar edə, həm də beynəlxalq arenada hər hansı şəkildə iştirak edə bilməz. Bundan əlavə, Əsədin Moskvadan kənara çıxması yalnız Rusiya hakimiyyətinin xüsusi icazəsi ilə mümkündür. Bu addım onun Suriya siyasətindən tamamilə kənarlaşdırılması məqsədi daşıyır.

Ailənin şəxsi vəziyyəti

Əsədin həyat yoldaşı Əsma Əsəd Rusiya məhkəməsinə boşanma ərizəsi ilə müraciət edib. O, ərizəsində Londona köçmək niyyətini ifadə edib. Lakin Rusiya tərəfi bu məsələni hələ yekunlaşdırmayıb, vəkil mənbələrinə görə, Əsma Əsədin müraciəti “siyasi və humanitar nəticələr baxımından” araşdırılır.

Maliyyə və aktivlərin dondurulması

Bəşər Əsəd və onun ailəsinə məxsus olan bütün maliyyə aktivləri və əmlaklar dondurulub. Bu qərar Rusiya tərəfindən təhlükəsizlik tədbiri kimi qəbul edilib. Əsədin aktivlərinin idarə olunması və istifadəsi yalnız Rusiya strukturlarının qərarlarına əsaslanır.

Mahir Əsədin durumu

Bəşər Əsədin qardaşı Mahir Əsəd isə Rusiya tərəfindən sığınacaq almayıb. O, ailəsi ilə birlikdə ev həbsində saxlanılır və onun müraciətinə baxılma prosesi davam edir. Hazırda Mahir Əsədin Suriya məsələlərində iştirak etməsi tamamilə məhdudlaşdırılıb.

Rusiya-Suriya münasibətlərində yeni mərhələ

Bu hadisələr fonunda diqqətçəkən məqam Rusiya rəhbərliyinin son illik iclasında Suriyadakı bazalarla bağlı heç bir açıqlama verməməsi olub. NATO ilə münaqişələr, Ukrayna müharibəsi və daxili sosial məsələlərin müzakirə edildiyi toplantıda Suriyanın tamamilə gündəmdən kənarda qalması beynəlxalq mətbuatın, o cümlədən The New York Times kimi nəşrlərin diqqətini çəkib.

Analitiklərin fikrincə, Rusiya ilə Suriya arasında olan münasibətlərdə qeyri-müəyyənlik yaranıb. Bu vəziyyət, xüsusilə də Bəşər Əsədin məhdudiyyətlərlə üzləşməsi, tərəflər arasındakı siyasi gərginliyi artırır. Beynəlxalq ictimaiyyət isə bu addımların Əsədin Suriyada tamamilə siyasi arenadan çıxarılmasına yönəldiyini düşünür.

Nəticə

Bəşər Əsədin Rusiyadakı həyatı məhdudiyyətlər və nəzarətlə doludur. Bu vəziyyət təkcə onun şəxsi taleyinə deyil, həm də Rusiya-Suriya münasibətlərinə təsir göstərir. Ailə daxilindəki gərginliklər, maliyyə blokadaları və beynəlxalq izolyasiya Əsədin gələcəkdəki mövqeyini daha da zəiflədir. Rusiya isə bu prosesdə öz strateji mövqeyini gücləndirmək məqsədi güdür. 

Mənbə: https://cursorinfo.co.il/

 

Musavat.com

Ardını oxu...
 

Brüsseldə keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Vlodimir Zelenski Donald Trampın yenidən prezidentlik vəzifəsinə başlaması ilə bağlı fikirlərini bildirib.

Musavat.com xəbər verir ki, Zelenski Trampı "güclü şəxsiyyət" adlandıraraq onun Ukraynaya dəstək verəcəyinə ümid etdiyini ifadə edib. O, Trampla münaqişə məsələlərini müzakirə etməyi planlaşdırdığını və hər iki tərəfin mövqelərini aydınlaşdırmağın vacib olduğunu vurğulayıb.

Zelenski bildirib ki, ABŞ-ın dəstəyi Ukrayna üçün xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə əməkdaşlıq davam etdirilməlidir.

Ardını oxu...
Abxaziya “parlament”ində atışma baş verib.

“İnterfaks” xəbər verir ki, insident nəticəsində “deputat” Vaxtanq Qolandziya həlak olub, digəri Kan Kvarçiya isə yaralanıb.

İlkin məlumata görə, sözügedən şəxsləri Adqur Xaraziya adlı “deputat” güllələyib. Onun hadisə yerindən qaçdığı bildirilir.

Xəstəxanaya yerləşdirilən Kvarçiyanın həyatı üçün təhlükə olmadığı qeyd olunub.

Bununla belə, insidentin səbəbi açıqlanmayıb.
Ardını oxu...
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp xarici görünüşündə dəyişiklik edib.

Tribunainfo.az “The Economics”ə istinadən xəbər verir ki, o, Florida ştatının Palm-Biç şəhərindəki “Trump International Golf Club”a səfəri zamanı yeni saç düzümü ilə kameralara tuş gəlib.

Sosial şəbəkələrdə yayılan videoda Tramp ziyarətçilərə yaxınlaşaraq onlardan yaxşı vaxt keçirib-keçirmədiklərini soruşur. Daha sonra yeni seçilmiş prezident vətəndaşlara üz tutaraq “hər kəs respublikaçıdır?” sualını ünvanlayır. Onun bu sualları salonda alqışlarla qarşılanır.

Qeyd edək ki, Tramp illərdir saç düzümünü dəyişməyib. Buna görə də əksər sosial şəbəkə izləyiciləri Trampın saçlarını dəyişməsinə inanmayıblar.
Ardını oxu...
Türkiyə Suriyanın ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcək.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın Baş naziri Nəcib Mikati ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.

“Bizim prioritetimiz tikinti vasitəsilə suriyalıların gündəlik həyatını normallaşdırmaqdır. Suriyanın ərazi bütövlüyünün qorunub saxlanması bizim ölkənin heç vaxt güzəştə getməyəcəyi bir məsələdir”, - Türkiyə lideri bildirib.

Livanın yardımından danışan Ərdoğan qeyd edib ki, hər iki ölkə birlikdə hərəkət etməli olduqlarını qəbul ediblər.

"Suriyanın sabitliyi son 13 ildə qeyri-sabitlikdən əziyyət çəkən bütün regionun sabitliyi deməkdir. Türkiyə kimi Livan da suriyalı qardaşlarımızı (qaçqınları - red.) qəbul etməkdən çəkinmədi. Ortaq məqsəd Suriyanı diriltmək üçün həm Türkiyə, həm də Livan üçün öhdəmizə düşəni yerinə yetirməkdə davam edəcəyik”, - Türkiyə Prezidenti vurğulayıb.
 
Ardını oxu...
Azərbaycan həqiqətlərinin dünyaya dəqiq və düzgün çatdırılması istiqamətlərində həyata keçirdiyi işlər çərçivəsində ölkə başçısı cənab İlham Əliyev növbəti dəfə tanınmış kütləvi informasiya vasitələrindən birinə geniş müsahibə verib. Dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyov Prezident İlham Əliyevin qonağı olaraq ondan müsahibə alıb. Müsahibədə Rusiya Azərbaycan münasibətlərinin genişləndirilməsi perspektivləri, Bakıda keçirilən yüksək səviyyəli beynəlxalq tədbir olan COP29-un yekunları, bir sıra dövlətlərin bölgədə vəziyyəti gərginləşdirmək məqsədi ilə Ermənistanı silahlandırılması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətindəki işlərin vəziyyəti, Azərbaycanda rus dilinə olan münasibət və digər mühüm əhəmiyyət daşıyan məsələlərə toxunulub.
Qeyd edilib ki, bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna nə Azərbaycanda, nə də Rusiyada heç bir şübhə yoxdur. “Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq”, - deyən dövlətimizin başçısı bundan sonra da belə olacağına əminliyini ifadə edib. Deyib ki, əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik.
Vurğulanıb ki, 2022-ci il fevralın 22-də Azərbaycan və Rusiya arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Belə bir Bəyannamənin imzalanması iki ölkə arasında 30 ildən artıq bir müddətdə birlikdə keçirilən, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialının artırıldıldığı və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız böyük yolun nümayiş etdirilməsidir. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır. Əgər nəzərə alsaq ki, iki dövlət həm Qafqazda, həm də Xəzər regionunda qonşudur, bir çox cəhətdən ölkələrin xarici siyasət prioritetləri üst-üstə düşür, deməli belə bir sənəd tarixi hadisədir.
Bu gün Azərbaycan və Rusiya arasında iqtisadi-ticari əməkdaşlıq üçün yeni sahələr axtarışı davam edir, ticarət dövriyyəsi artır. Rusiyalıların Azərbaycana səfərləri baxımından COVID-dən əvvəlki səviyyəyə çatılır. Hazırda ölkələr arasında avia reyslərinin sayının artması buna əsas sübutdur. Odur ki, hər iki dövlət arasında münasibətlərin inkişafı məmnunluq doğurur, onlar yüksək qiymətləndirilir və əminik ki, bu müsbət dinamika gələn ildə də qorunub saxlanılacaqdır.
Prezident İlham Əliyev müsahibəsi zamanı Azərbaycan və Rusiya arasındakı iqtisadi əlaqələrin genişlənməsinə, Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işlərində Rusiya şirkətlərinin iştirakına xüsusi olaraq toxundu. Qeyd edildi ki, bu yaxınlarda Həştərxan vilayətinin qubernatorunun tapşırığına əsasən uşaq bağçasının tikintisinə başlanılıb. Azərbaycana səfəri çərçivəsində Həştərxanlı qonaqlar bu sosial infrastruktur obyektinin tikildiyi Qubadlı rayonunda olublar.
Qeyd edilməlidir ki, işğaldan azad edilən ərazılərimizdə Rusiya Federasiyasından ilk investisiya layihəsi Tatarıstan tərəfindən həyata keçirilib. Bu, Cəbrayıl rayonunda istifadəyə verilən “KamAZ” avtomobillərinin xidmət mərkəzidir. Ümidvarıq ki, bu istiqamətdəki əlaqələr daha da genişlənəcəkdir.
Bərpa işlərində mal və xidmətlərin tədarükçüsü qismində iştirak edən bir neçə Rusiya şirkəti var, həmçinin rusiyalı iş icraçıları da mövcuddur. Guman edilir ki, gələcəkdə onların sayı daha çox ola bilər, çünki bərpa işlərinin miqyası kifayət qədər genişdir. İlk növbədə, infrastruktur layihələrini icrasında, yollar, dəmiryol tunelləri, körpülərin inşasında böyük təcrübəsi olan çoxlu sayda Rusiya şirkətlərinin cəlb edilməsində hər iki tərəf maraqlıdır.
Ölkə başçısı öz müsahibəsində energetika sahəsinə xüsusi yer ayırıb. Qeyd edilib ki, Azərbaycanda təbii qazın sübut olunmuş ehtiyatları 2,6 trilyon kubmetr səviyyəsindədir. Son otuz il ərzində bizim işlətdiyimiz neft yataqları, resursların yeni qiymətləndirilməsi 500 milyon tondan bir milyard yarım tona çatıb, yəni, 2,6 trilyon on il əvvəlki qiymətləndirilmiş ehtiyatlardır. Aydındır ki, bu cür potensial həcmlə və 25 milyard kubmetr ixrac həcmi ilə Azərbaycan əlavə enerji mənbələrinə ehtiyac duymur. Üstəlik, Qarabağda və Şərqi Zəngəzurda son üç ildə təxminən 300 meqavatlıq kiçik SES-lərin yaradılması layihələrini artıq həyata keçirilib və iki ildən sonra bu, 500-ə çatacaq. Əlavə olaraq, külək və günəş energetikasını xarici investisiyalar hesabına fəal şəkildə inkişaf etdirilir. Dünya Bankının qiymətləndirməsinə görə təkcə Xəzərdə külək enerjisi ehtiyatları 157 min meqavatdır. 2030-cu ilə qədər artıq imzalanmış müqavilələr və indi yerinə yetirilənlər ölkəmizə 6 min meqavat verəcək. Bu da Azərbaycanın enerji ehtiyatlarının kifayəq qədər olmasına əyani sübutdur.

Metin Hüseynov - siyasi sərhçi, politoloq

 
 
 
Ardını oxu...
  

Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Ermənistandan qovulmuş azərbaycanlılardan danışıb.

Musavat.com-un xəbərinə görə, dövlət başçısı deyib ki, Azərbaycanda Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib.

“Çünki onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq”, - deyə dövlət başçısı əlavə edib.

Ardını oxu...
ABŞ-də tərkibində germanium izotopu olan radioaktiv materialların olduğu yük naməlum şəraitdə yoxa çıxıb.

"RİA Novosti" xəbər verir ki, bu barədə ölkənin Nüvə Tənzimləmə Komissiyasının (NRC) hesabatında bildirilir.

Tənzimləyicinin saytında dərc edilən məlumata görə, Nyu-Cersi ştatının Naja şəhərindəki xərçəng mərkəzi dekabrın əvvəlində tərkibində germanium-68 olan radioaktiv yükü konteynerdə utilizasiya üçün göndərib, lakin o təyinat yerinə çatmayıb.

"Nəqliyyat konteyneri zədələnmiş və boş halda təyinat yerinə çatıb. Lisenziya sahibi (xərçəng mərkəzi - red.) yükgöndərənə iddia qaldırıb. Əgər mənbə 30 gün ərzində aşkar edilməzsə, lisenziya sahibi əsas səbəblər və düzəldici tədbirlər də daxil olmaqla tam yazılı hesabat təqdim edəcək", - NRC sənədində qeyd olunub.
 

Dünyapress TV

Xəbər lenti