Ardını oxu...
Yeni Orleanın Fransız Məhəlləsində Yeni İli qeyd edən izdihama yük maşını çırpılıb, nəticədə ən azı 10 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Bu barədə şəhərin rəsmi saytında məlumat verilib.

Şahidlərin CNN-ə verdiyi məlumata görə, terroçu pikap maşınını məşhur restoran və barlarla tanınan Burbon küçəsində izdihamın üzərinə sürüb. Daha sonra sürücü maşından düşərək atəş açmağa başlayıb. Hadisə bayram əhval-ruhiyyəsindəki izdihamın arasında baş verib və ərazidə böyük panika yaradıb.

Yerli hakimiyyət orqanları bildiriblər ki, zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yeni Orlean Polis İdarəsi hadisəni araşdırır.

Luiziana qubernatoru Ceff Lendri sosial media postunda bu hadisəni “dəhşətli zorakılıq aktı” kimi təsvir edib. Yeni Orlean meri LaToya Kantrell isə bu hücumu terror aktı adlandırıb.

Fransız Məhəlləsi, xüsusilə Burbon küçəsi, şəhərin bayram tədbirlərinin mərkəzi və il boyu turistlərin cəlb olunduğu bir məkan kimi tanınır. Hadisə baş verən zaman bölgə insanlarla dolu idi.

Hakimiyyət orqanlarının məlumatına görə, şübhəli şəxs atəşma zamanı öldürülüb. Bu barədə CNN-ə federal hüquq-mühafizə orqanının nümayəndəsi məlumat verib. Rəsmi şəxs hadisənin qəsdən törədildiyini bildirib. FTB və yerli polis cinayətin motivlərini müəyyən etmək məqsədilə maşını araşdırır.

Artıq avtomobilini izdihamın üzərinə sürmüş şəxsin kimliyi məlum olub. “Polisə atəş açdığı iddia edilən şübhəli şəxs hadisə yerində öldürülüb. Çərşənbə günü onun 42 yaşlı Şamsud Din Cabbar olduğu müəyyən edilib”, – NOLA nəşri vurğulayıb.

ABŞ prezidenti Co Bayden hadisə ilə bağlı məlumatlandırılıb, Ağ Evin bəyanatında qeyd olunub.

“Prezident Bayden Yeni Orleanda gecə saatlarında sürücünün çoxsaylı insanları öldürməsi və yaralaması ilə bağlı dəhşətli xəbərlə məlumatlandırılıb. Ağ Ev meri Kantrell ilə əlaqə saxlayaraq dəstək təklif edib”, – bəyanatda bildirilib. “FTB artıq hadisə yerindədir və yerli hüquq-mühafizə orqanlarına dəstək göstərir. Prezident gün ərzində davamlı olaraq məlumatlandırılacaq”.

Hazırda Delaverin Uilminqton şəhərində olan Bayden, çərşənbə axşamı axşamı ailə toyunda iştirak edib. Prezident qurbanların ailələrinə başsağlığı verib. Hücumun motivləri və şübhəli şəxs barədə araşdırmaların davam etdiyi bildirilir.

ABŞ-nin Nyu-Orlean şəhərində insanların həlak olduğu ərazidə partlayıcı qurğu aşkar edilib.

Bu barədə ABŞ Federal Təhlükəsizlik Bürosunun (FTB) nümayəndəsi “Fox News”a bildirib.
 

Ardını oxu...
 

Dünyanın bir çox ölkəsi 2025-ci ilə böyük həyəcanla girərkən fantastika filmlərini xatırladan maraqlı bir hadisə baş verib.

Musavat.com "Haberler.com" saytına istinadən xəbər verir ki, Honkonqdan 2025-ci ildə qalxan təyyarə ABŞ-ın Los-Anceles şəhərinə 2024-cü ildə eniş edib.

Məlumata görə, "CPA880" reysi və sərnişinlər Honkonqdan 1 yanvar 2025-ci il saat 00:25-də havaya qalxıb. Təyyarə Sakit Okeanı keçərək saat 20:55-də Los-Ancelesə eniş edib. Ancaq təyyarə eniş edərkən, vaxt fərqinə görə tarixlər 31 dekabr 2024-cü ili göstərib.

İqbal,
Musavat.com

Ardını oxu...
 
 
Ardını oxu...
Zimbabvedə ölüm hökmü ləğv edilib.

"DogruXeber.az" xəbər verir ki, prezident Emmerson Mnanqavanın 31 dekabrda imzaladığı fərman yanvarın 1-də qüvvəyə minib. Barəsində ölüm hökmü çıxarılmış şəxslərin cəzaları ömürlük həbslə əvəzlənib.

Ölkədə ölüm hökmünün icrasına 2005-ci ildən moratorium qoyulsa da, məhkəmələr hökm çıxara bilirdi. Artıq bu gündən prokurorlar ölüm hökmü çıxarılmasını tələb edə, məhkəmələr isə bu cəzanı təyin edə bilməz.

2024-cü ilin yanvarına olan məlumata görə, ölkədə təxminən 60 nəfər barəsində ölüm hökmü çıxarılan şəxs var.
Ardını oxu...
Kansler amerikalı milyarderi “Almaniya üçün Alternativ” Partiyasını dəstəklədiyinə görə tənqid edib

“Almaniyanın gələcəyini sosial media sahibləri deyil, vətəndaşları müəyyən edəcək”. AYNA xəbər verir ki, bu sözləri Almaniya Federal Kansleri Olaf Şolts ənənəvi Yeni İl çıxışında bildirib.

Şolts konkret adlar çəkmədən əvvəllər ifrat sağçı “Almaniya üçün Alternativ” Partiyasına (AfD) dəstəyini açıq şəkildə ifadə edən “X” sosial şəbəkəsinin sahibi İlon Maskı tənqid edərək, ölkəni yalnız bu partiyanın xilas edə biləcəyini deyib.

Şolts isə qeyd edib ki, Almaniyanın gələcəyini onun vətəndaşları müəyyən edir: “Bu, sosial media sahiblərinin qərarından asılı deyil”.

“Müzakirələr zamanı bəzən belə bir təəssürat yarana bilər ki, fikir nə qədər radikal olsa, bir o qədər diqqəti cəlb edir. Amma Almaniyada işlərin necə olacağını ən yüksək səslə qışqıran deyil, ağlabatan və layiqli insanların böyük əksəriyyəti müəyyən edir”, - kansler bildirib.

Siyasətçi qeyd edib ki, bu, fevralın 23-də keçiriləcək federal seçkilərə də aiddir. Şolts vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırıb.

Kansler həmçinin alman vətəndaşlarını əmin edib ki, hakimiyyət Maqdeburqda Milad bazarına hücuma görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb edəcək.

Almaniya hökumətinin başçısı həmçinin əmin edib ki, Berlin bundan sonra da Ukraynaya güclü dəstək verəcək.

Şoltsun ​​sözlərinə görə, bir çox insan Ukraynadakı münaqişəni artan narahatlıqla izləyir: “Mən sizi əmin edirəm ki, biz Ukraynanı tək qoymayacağıq və Avropada ona dəstək verməyə davam edəcəyik və müharibənin qızışmaması üçün soyuqqanlılığımızı qoruyacağıq”.

Müəllif: Ayna.az
Ardını oxu...
Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib.

Bu gündən etibarən Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq.

Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.

Bundan əlavə Azərbaycan vətəndaşı Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Əlavə olaraq nəzərə alınmalıdır ki, Rusiya Federasiyasının mövcud qanunvericiliyinin tələblərinə əsasən Rusiya Federasiyasına daxil olan zaman əcnəbilərdən, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarından miqrasiya kartının doldurulması tələb olunur.

Miqrasiya kartını Rusiya Federasiyasının dövlət sərhədinin buraxılış məntəqələrində, beynəlxalq hava limanlarında, habelə Rusiyaya uçan təyyarələrin göyərtəsində pulsuz əldə etmək mümkündür. Miqrasiya kartı rus dilində və ya pasportda qeyd edilən məlumatlara uyğun olaraq latın əlifbasının hərfləri ilə doldurulmalıdır.
Ardını oxu...
Gürcüstan prezidenti Salome Zurabişvilinin xələfinin təntənəli andiçmə mərasimindən sonra da prezident sarayını tərk etməyəcəyi təxmin edilirdi. Ancaq elə olmadı. Hökumət əleyhinə minlərlə etirazçının mənəvi dayağına çevrilən Zurabişvili savaş açmadan çıxıb getməyə üstünlük verdi. Bu, tez baş versə də, səssiz ötüşmədi.

AzadlıqRadiosunun əməkdaşı Lük Allnutt yazır ki, dekabrın 29-də keçmiş futbolçu və sağçı populist Mixeil Kavelaşvilinin təntənəli andiçmə mərasimi keçirilərkən Zurabişvili prezident sarayının önündəki etirazçılar qarşısında çıxış edirdi.

Sarayı tərk edən Zurabişvili Gürcüstanın "tək" legitim prezidenti olaraq qaldığını bildirib. Mübarizəsiz çıxıb getmək fikri olmayan Zurabişvili iddia edir ki, Kavelaşvilini seçən hakim "Gürcü arzusu" nümayəndələrinin çoxluqda olduğu Seçicilər Kollegiyası "qeyri-legitimdir". Onun əsas tələbi - yeni parlament seçkilərinin keçirilməsidir.

Oktyabrın 26-da gerçəkləşmiş parlamentə seçkilər Gürcüstandakı siyasi qarşıdurmada mərkəzi yer tutub. "Gürcü arzusu" qələbəsini elan edəndən sonra minlərlə müxalifətçi küçələrə axışdı. Müxalifət və beynəlxalq müşahidəçilər bildirdilər ki, seçkilər azad və ədalətli keçirilməyib və iddia edilən qanun pozuntuları hakim partiyaya verilən səs sayının artmasına yol açıb.

Hüquqi əsas tükənib?
Di gəl, Gürcüstan hökumətini yeni seçkilər keçirməyə inandırmaq asan olmayacaq. Ölkədə demokratiyanın geriləməsində suçlanan "Gürcü arzusu"nun rəsmiləri bir neçə qanun pozuntusunu etiraf etsə də, seçkiləri azad və ədalətli sayır. Baş nazir İrakli Kobaxidze səsvermənin yenidən keçirilməsi üçün hüquqi əsasların tükəndiyini deyir.

Ola bilər ki, yeni seçkilər keçirilməsinin, həbsdə olan və cinayət ittihamlarıyla üzləşən etirazçıların azad olunmasının əvəzində Zurabişvili ölkənin "qanuni dövlət başçısı" iddiasından imtina etsin. Ancaq özəlliklə yenicə səfərbər olan istəkli müxalifət fonunda seçkilərin yenidən keçirilməsi hakim partiya üçün riskli addım sayılacaq. O biri yandan da Gürcüstan hökuməti artan beynəlxalq basqıyı hiss edəcək. Dekabrın 27-də ruspərəst milyarder, sabiq baş nazir, "Gürcü arzusu"nun qurucusu Bidzina İvanişviliyə qarşı Gürcüstanda "Rusiya Federasiyasının maraqlarına uyğun" şəkildə demokratiyanı sarsıtdığı üçün sanksiyalar tətbiq etdiyini bildirib. Dekabrın əvvəlində isə ABŞ bir neçə nazir və hüquq-mühafizə orqanları əməkdaşına qarşı viza məhdudiyyətləri tətbiq edib.

Avropa İttifaqı da (Aİ) Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız gediş-gəlişi dayandırıb. Blok həm də ölkənin Müdafiə Nazirliyinə ayrılan 30 milyon avro maliyyə yardımı dondurub.

Ancaq beynəlxalq sanksiyalardan çox, küçələrdəki basqı Gürcüstan hökumətinin baş ağrısına çevrilə bilər. Aİ-yə üzvlüyə dair danışıqlar ertələnəndən sonra noyabrda yenidən baş qaldıran etirazlar səngimək bilmir. Dekabrın 29-dakı təntənəli andiçmə mərasimindən öncə etirazçılar Tbilisinin mərkəziylə uzanan "birlik zənciri" yaradıblar. Yaxın günlərdə daha miqyaslı etiraz aksiyalarının keçirilməsi gözlənilir.

Şaxtalı küçələrdə etiraz, yoxsa isti evdə bayram keçirmək yaxşıdır?
Hökumətin qəddarca basqısının davamı və ya Zurabişvilinin həbsi mülki əhali arasında qurban sayının və siyasi qeyri-sabitliyin artmasına yol aça bilər. Andiçmə mərasimindən öncə Kobaxidze 72 yaşlı Zurabişvilinin sarayı tərk etməyəcəyi halda həbs ediləcəyini söyləmişdi. Gürcüstan hökuməti üçün riskli sayılan bu addım küçə etirazlarını körükləyə və ölkəni beynəlxalq səviyyədə təkləşdirə bilər.

Hakimiyyətin gözləmə taktikası seçib, yaranmış siyasi dalana üstünlük verməsi və müxalifətin məhkəmə çəkişmələrindən qorunmağa çalışması da mümkündür. Zurabişvili ABŞ-nin seçilmiş prezidenti Donald Trampla danışdığını deyib, amma təcridlik siyasəti aparacağı gözlənilər yeni administrasiyanın buna cavabı bəlli deyil.

Gürcüstanda bayramlar mövsümü başlayıb. Ölkə dekabrın 31-də Yeni ili, yanvarın 7-də pravoslav Miladını, ondan bir həftə sonra da pravoslav Yeni ilini qeyd edəcək. Hökumət gürcülərin soyuq havalarda küçə etirazlarına deyil, evdə ailə üzvləriylə qalmağa üstünlük verəcəklərinə ümid bəsləyir.
 
Ardını oxu...
  

İki gənci öldürən GÜRCÜ sürücü azərbaycanlılara söyüş söyüb

Gürcüstanın Marneuli rayonunun Arıxlı kəndində iki gəncin ölümü ilə nəticələnən ağır yol qəzasından sonra gərginlik bu anlarda da davam edir. Musavat.com xəbər verir ki, hadisə zamanı iki gənc avtomobilin vurması nəticəsində həyatını itirib, bir neçə nəfər isə yaralanıb. Qəzadan sonra vəziyyət daha da pisləşib, çünki sürücünün Azərbaycanlı əhalinin ünvanına təhqiramiz ifadələr işlətməsi kənddə qəzəb və etiraza səbəb olub.

Yerli əhali bildirir ki, qəzanı törədən sürücü Azərbaycanlı sakinləri təhqir edərək vəziyyəti daha da gərginləşdirib. Bu, kənd sakinlərinin etirazına səbəb olub və nəticədə kənddə gərginlik artıb. Hal-hazırda Arıxlı kəndində xüsusi təyinatlı polis qüvvələri yerləşdirilib.

Azərbaycanlı jurnalistə danışan kənd sakinləri baş verən hadisəni və etirazlarının səbəbini açıqlayıblar. Onlar qeyd edirlər ki, iki gəncin qanının yerdə qalmasını istəmirlər və ədalətin təmin olunmasını tələb edirlər. Kənd əhalisi həmçinin vurğulayıb ki, sürücünün təhqiramiz davranışı onların qəzəbini artırıb və bu səbəbdən də hadisəyə kəskin reaksiya göstəriblər. 

Hazırda Arıxlı kəndində polis və əhali arasında gərginlik davam edir. Yerli sakinlər, həyatını itirən gənclərin, yaralanan digər sakinlərin ailələri və yaralananların yaxınları ədalət tələb edir. Kənd əhalisi sürücünün məsuliyyətə cəlb olunmasını və qanunun tam şəkildə tətbiq edilməsini istəyir.

Musavat.com olaraq hadisənin təfərrüatlarını əks etdirən videonu təqdim edirik:

 


Musavat.com

 

 
 
 
 
 
 
 
 

 

 

 
 
 
Ardını oxu...
AZAL-ın təyyarəsinin Rusiya ərazisində vurulmasına görə Qroznı aeroportunun rəhbəri istintaqa cəlb edilib. Maraqlıdır ki, Çeçenistan lideri Ramzan Kadırov dekabrın 26-da Təhlükəsizlik Şurasının katibi vəzifəsini daşıyan qardaşı oğlu Həmzət Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib. Həmzət Kadırov isə dekabrın 25-də Çeçenistan səmasında Ukrayna PUA-larının vurulduğunu açıqlamışdı. Onun təltif edilməsi Ukrayna PUA-larının vurulmasına görədir. Belə çıxır ki, Azərbaycana məxsus təyyarənin qəzaya uğramasında H.Kadırovun da məsuliyyət payı var.

O da məsuliyyətə cəlb oluna bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, Ramzan Kadırovun qəhrəman kimi təltif etdiyi qardaşı oğlu Azərbaycan dövləti üçün cinayətkardır.

Onun sözlərinə görə, kiçik Kadırov Azərbaycan qanunlarına uyğun olaraq istintaqa cəlb edilməli və məhkum olmalıdır:

“Beynəlxalq hüquqda şəxsin hansısa statusunun olmasının heç bir önəmi yoxdur. Məsələn, istintaqın aparılması ilə bağlı Baş Prokurorluqdan Rusiyaya bir qrup şəxs ezam olunub. Bu, müsbət haldır.

Nəticə etibarilə bizim istintaqçıların həmin cinayətin araşdırılmasında iştirak etməsi həm də ona əsas verəcək ki, cinayətkar və onun ətrafında günahkar hesab olunan şəxslər barəsində araşdırma dəqiq aparılsın. Əgər Rusiya, Ramzan Kadırov belə bir hadisəni gizlətməyə cəhd göstərə və hər hansı bir müdaxilə edərsə, o zaman dövlətimiz Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlə bağlı özünün daxilində cinayət işi başlatmaqla, istintaqı daxili resursları hesabına aparmaqla həmin şəxsləri beynəlxalq axtarış sisteminə, yəni interpol sisteminə verə bilər.

R.Süleymanov deyib ki, nəticə etibarilə Ramzan Kadırovun təltif etdiyi Həmzət Kadırov birbaşa interpolla axtarışda olan şəxslər siyahısına düşəcək:

“Öldürülən şəxslərin sayı çox olduğuna görə, bunu törədən adamlar ömürlük azadlıqdan məhrumetmə cəzası ala bilərlər”.
 
Ardını oxu...
ABŞ-nin Los-Anceles Beynəlxalq Hava Limanında “Delta Airlines”ə məxsus sərnişin təyyarəsi havaya qalxmağa hazırlaşarkən Gonzaga Universitetinin basketbol komandasını daşıyan “Key Lime Air” şirkətinə məxsus özəl bir təyyarənin uçuş-enmə zolağına daxil olub.

Baş verə biləcək mümkün fəlakətin qarşısı son anda alınıb.

Belə ki, qüllə özəl təyyarənin hərəkətəni əvvəlcədən müəyyən edərək hadisəyə müdaxilə edib.

Təyyarənin pilotu ilə əlaqə saxlayan qüllə ardıcıl “dayan” əmrləri verərək bunun kritik xəbərdarlıq olduğunu deyib və beləcə qəzanın qarşısını son anda alıb.

Qeyd edək ki, ABŞ Federal Aviasiya İdarəsi (FAA) hadisə ilə bağlı araşdırmalara başlayıb.
МШВУЩ
AzPolitika.info
 
Ardını oxu...
Prezident İlham Əliyevin Azərbaycanın sərnişin təyyarəsini vuran Rusiyanın mövqeyini sərt tənqid etməsi Kremlə tutarlı cavab idi. İlham Əliyev Rusiya hakimiyyətinin 3 gün səssiz qalmasından və təyyarənin “qəzaya uğramasını təbii səbəblərlə” əlaqələndirməsindən narazılığını ortaya qoydu.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin ötən gün AzTV-yə müsahibəsini şərh edərkən deyib.

O bildirib ki, dövlət başçısı Rusiyanın izi itirməyə çalışdığına dair konkret suallar səsləndirdi:

“İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində Rusiya rəsmi strukturlarını sərt təndiq etdi. Bu o deməkdir ki, Kreml sahibinin telefonda səsləndirdiyi üzrü yarımçıq olub. Çünki Putin Rusiyanın cavabdeh olduğunu etiraf etməyib. İlham Əliyev isə müsahibəsində Rusiyanın üzrxahlığından sonra etiraf və kompensasiyanın ödənilməsinin vacibliyini bildirib. Rusiyanın siyasi və ekspert dairlərində etiraf və kompensasiya mövzularında müzakirə getmir, İlham Əliyevin açıqlamalarını görməzlikdən gəlməyə çalışırlar. Kreml icazə vermir. Əksinə, Kremlin nəzarətindəki televiziya kanalları və Z-blogerlər baş verən hadisəyə görə Ukraynanı günahkar sayırlar, guya Ukrayna dronları qəsdən sərnişin təyyarəsinin uçuşuna mane olublar. Bunun özü də cinayətin izinin itirilməsinə və cavabdehlikdən boyun qaçırmağa yönəlik təşəbbüslərdir.

Vladimir Putin Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkini Çeçenistana göndərib. O, Qroznıda əməliyyat müşavirəsi keçirib. Putin anlamamış deyil ki, İlham Əliyevin təyyarə qəzasıyla bağlı haqlı tələbləri yerinə yetirilməsə, bu, Azərbaycan-Rusiya münasibətlərinə təsirsiz ötüşməyəcək. Ancaq Putin Əliyevin tələblərini yerinə yetirsə belə, “vurulan təyyarənin niyə Qroznı yaxınlığındakı hava limanlarından birinə enməsinə icazə verilməyib” sualı heç zaman gündəmdən düşməyəcək. Kremlin “pilotlar özləri Aktau istiqamətini seçiblər” versiyasını səsləndirməkdə davam etməsi Azərbaycanda və beynəlxalq aləmdə qəbul edilməyəcək”.

Dünyapress TV

Xəbər lenti