Ardını oxu...
“İran Qırmızı dənizdə gəmilərə hücumları dayandırmaq üçün Yəmənin üsyançı “Ənsar Allah” hərəkatına (husilərə) təzyiq etməlidir”.

Bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron öz “X” hesabında yazıb.

O, iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla telefon danışığı həyata keçirdiyi bildirib.
“Bu gün Əmir Abdullahyanla Qırmızı dənizdə həm günahsız insanların həyatı, həm də qlobal iqtisadiyyat üçün təhlükə yaradan hücumlar barədə danışdım. İranın bu hücumların qarşısının alınmasında məsuliyyəti digər ölkələrlə bölüşməli olduğunu açıq şəkildə bildirdim, çünki o, uzun müddətdir husiləri dəstəkləyib”, - Kemeron yazıb.
TASS
Ardını oxu...
Türkiyənin Azərbaycandakı Səfirliyi ölkəmizdəki diplomatik fəaliyyəti və ikitərəfli əməkdaşlıqla bağlı paylaşım edib.

“Cümhuriyyətimizin 100 illiyi və xarici siyasətimizin əsasının qoyulmasının 500 illiyi ilə bağlı qardaş Azərbaycanda diplomatik fəaliyyətimizi Şuşa Bəyannaməsinin prinsip və məqsədlərinə uyğun olaraq həyata keçirdik.

Türkiyə əsri perspektivi çərçivəsində 2024-cü ilə hazırıq. Birliyimiz bizim gücümüzdür. Bir millət iki dövlət”, - paylaşımda qeyd olunub.
Ardını oxu...
“Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
“Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar”, - deyə dövlətimizin başçısı xüsusi vurğulayıb.
 
Ardını oxu...
İngiltərənin paytaxtı Londonun ortasından keçən Temza çayının altındakı tuneli daşqınlar nəticəsində su basıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, baş verən daşqın nəticəsində “Eurostar” şirkətinin Paris, Brüssel və Amsterdama gedən ən azı 29 qatarı ləğv edilib.

“Yeni il” öncəsi qatarların hərəkətinin dayandırılması stansiyalarda çoxlu sərnişinin əziyyət çəkməsinə səbəb olub.

Tuneldə çalışan mühəndislər görülən işlərlə suyun səviyyəsinin azaldığını bildiriblər.

Qatarların hərəkətinin nə vaxt normallaşacağına aydınlıq gətirilməyib.
 
Ardını oxu...
İsrail Müdafiə Qüvvələri (İDF) Qəzzanın cənubunda əməliyyatları davam etdirirlər.

Bu çərçivədə İsrail hərbçiləri Xan-Yunisdə HƏMAS kəşfiyyatının baş qərargahına reyd keçiriblər.

İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, bu qərargah Xan-Yunis bölgəsində HƏMAS-ın bütün kəşfiyyat fəaliyyətlərinin həyata keçirilməsinə cavabdeh olub.

Həmçinin bu kompleksdə Fələstinin “İslami Cihad” təşkilatının komandanlıq mərkəzi yerləşir.
İDF nümayəndələrinin sözlərinə görə, ərazidən olduqca kəşfiyyat materialları əldə edilib.

Mənbə: “The Times of Israel”
 
Ardını oxu...
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında 2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası dövlət sərhədindən “Astara” (Azərbaycan Respublikası) – “Astara” (İran İslam Respublikası) dövlət sərhəd–keçid buraxılış məntəqələri ərazisində Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında Anlaşma Memorandumu”na əsasən inşa olunan körpünün və modul tipli sərhəd buraxılış məntəqəsinin dekabrın 30-da açılış mərasimi keçirilib.

İqtisadyyat.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak ediblər.

Qeyd edək ki, körpünün tikintisi 2022-ci ilin martın 1-də başlayıb. Yük nəqliyyat vasitələri üçün nəzərdə tutulan körpünün ümumi uzunluğu 97,5 metr, eni 4 metr təşkil edir. Körpüdə dörd hərəkət zolağı mövcuddur. Körpü üzərində hər birinin eni 2,5 metr olan iki piyada yolu da inşa edilib.

Modul tipli dövlət sərhədindən buraxılış məntəqəsinin tikinti-quraşdırma işləri cari ilin avqustun 28-də başlayıb və dekabrın 1-də yekunlaşdırılıb. Sahəsi 4500 kvadratmetr olan buraxılış məntəqəsində gömrük prosedurlarının səmərəli formada tətbiq olunması, sürətli keçidin təmin edilməsi məqsədilə müvafiq şərait yaradılıb.

Son texnoloji imkanlara malik yeni avadanlıqla təchiz olunan yeni məntəqədən idxal və ixrac istiqamətlərində sutkalıq 250-300 yük nəqliyyat vasitəsinin, ümumilikdə isə 500-600 yük nəqliyyat vasitəsinin qəbul edilməsi nəzərdə tutulub.

Şimal-Cənub Nəqliyyat Dəhlizinin mühüm komponentləri olan körpünün və buraxılış məntəqəsinin istifadəyə verilməsi dəhliz üzrə daşımaların həcminin artırılması baxımından böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, cari ildə dəhlizlə yük daşımaları 44,5 faiz artıb.

Eyni zamanda, cari ilin 11 ayında Azərbaycanla İran arasında ikitərəfli yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz, o cümlədən tranzit daşımaları 2,1 dəfə çox olub. Yeni körpünün və buraxılış məntəqəsinin açılışı iki ölkə arasında yük daşımalarının həcminin daha da artırılmasına töhfə verəcək.

Dövlət sərhədində yol və gömrük-sərhəd infrastrukturunun yaradılması eyni zamanda nəqliyyat vasitələrinin Astara şəhərinə daxil olmadan yollarına davam etmələrinə şərait yaradacaq ki, bu da öz növbəsində şəhərdaxili nəqliyyat axınının səmərəliliyinin artırılmasına müsbət təsir edəcək.

Eyni zamanda, dövlət sərhədindən buraxılış məntəqəsinin ikinci fazada genişləndirilməsi məqsədilə müvafiq işlərə başlanılıb. Gənişləndirilmə işlərindən sonra dövlət sərhədindən buraxılış məntəqəsi 7 gediş və 7 gəliş xətləri üzrə gündəlik olaraq 500 giriş və 500 çıxış olmaqla, ən azı 1000 yük nəqliyyat vasitəsini qəbul edə biləcək.(azərtac)
 
Ardını oxu...
Ukraynada gedən genişmiqyaslı müharibənin 2-ci ilinin tamamına yaxın Qərbin, xüsusilə əsas donor olan ABŞ-nin yardımının təxirə düşməsi rəsmi Kiyevin "B planı"nı işə salmasını gündəmə gətirib. Bəs bu plan nədir?

Ukraynalı siyasətçilər və ekspertlər durumla bağlı gerçəkliyi "Report"un Şərqi Avropa bürosuna açıqlayıblar.

Hərbi-siyasi şərhçi Taras Berezovets bildirib ki, Ukrayna hələ SSRİ-nin tərkibində olan zaman ən böyük silah istehsalçılarından biri idi: "Sovet İttifaqı dağıldıqdan sonra Ukrayna ən böyük hərbi sənaye kompleksinə malik oldu. Kiyev bundan müxtəlif silahların istehsalında və onların ixracında istifadə edib. Ukrayna düz 25 il ərzində ən çox silah istehsal və ixrac edən 10 ölkədən biri olub. Amma 2000-ci illərdən sonra müdafiə sənayesi ilə bağlı bir çox layihələr dayandırıldı. Belə ki, o vaxt hərbi sənaye kompleksi özəlləşdirilməyə başlandı. Lakin Ukrayna 2014-cü ildən sonra tədricən, 2022-ci il fevralın 24-də Rusiyanın genişmiqyaslı müharibəyə başlamasından sonra isə sürətlə müdafiə sahəsi ilə öz proqramını həyata keçirməyə başlayıb. Hazırda Ukrayna şirkətləri unikal silahlar istehsal edirlər. Bu məqamda qeyd edək ki, Ukrayna hazırda dəniz dronları istehsal edən ən böyük ölkələrdən biridir. Bu dronların istehsalına cəmi 1 ildir ki start verilib. Amma onlar vasitəsilə Qara dənizdə düşmənin hərbi hədəfləri məhv edilir. Bundan başqa, Ukrayna zirehli texnikaların istehsalına dair proqramı fəal şəkildə inkişaf edir. Aydındır ki, müharibə başa çatdıqdan sonra Ukrayna istehsalı olan unikal silahlar digər ölkələrə ixrac olunacaq. İndi döyüş şəraitində həm yerli, həm də Qərb ölkələrinin yeni silahları sınaqdan keçirilir. Üstəlik, Qərb ölkələrinin Ukraynaya silah tədarükünü azaltması fonunda Kiyev müdafiə sahəsi ilə bağlı öz proqramlarını inkişaf etdirməyə məcburdur. Bununla bağlı artıq müsbət nəticələr var. Bu, Ukrayna hərbi sənaye kompleksinin böyüməsinə, çox sayda unikal silahın, ilk növbədə pilotsuz uçuş aparatlarının istehsalına təkan verir".

Politoloq Maksim Yali isə qeyd edib ki, təxminən iki ildir davam edən hərbi əməliyyatlar hazırda Qərb tərəfdaşlarının onları kifayət qədər döyüş sursatı, müxtəlif silahlarla tam təmin edə bilmədiklərini göstərir.

"Odur ki, Ukrayna özü silah istehsalına başlayıb. Ukrayna bu istiqamətdə 2023-cü ildə müəyyən uğurlar da qazanıb. Buraya ilk növbədə haubitsalar və ümumiyyətlə, artilleriya sistemləri üçün mərmilər daxildir. Bizim bununla bağlı müəyyən nailiyyətlərimiz var. Qərb ekspertlərinin fikrincə, Ukraynada hərbi əməliyyatların hazırkı tempini qorumaq üçün Qərb ölkələrinin – ABŞ, Avropa dövlətlərinə həm mərmi, həm də silah istehsalı üçün bir neçə il kifayət etməyəcək. Xüsusən də ABŞ-nin hərbi yardımının gecikməsini, Avropa İttifaqı ölkələrində buna dair müəyyən çətinliklərin olduğunu nəzərə alsaq, Ukrayna üçün yeganə yolun məhz bu olduğunu söyləyə bilərik. Digər tərəfdən, Qərb ölkələrinin öhdəliklərini yerinə yetirəcəyinə əminəm. Hər halda, Ukrayna yalnız özünə güvənməlidir, çünki Qərbdə siyasi vəziyyət dəyişə bilər. Belə ki, 2024-cü ildə ABŞ-də prezident seçkiləri keçiriləcək. Respublikaçılar Partiyasında reytinqinə görə hazırda lider olan Donald Tramp Ukraynanı onun üçün əlverişli olmayan şərtlərdə danışıqlara məcbur etmək niyyətindədir. Əks təqdirdə, Tramp Ukraynaya silah tədarükündən imtina edəcəyini deyib. NATO və Aİ-nin mexanizmlərini nəzərə alsaq, Avropada da bu məsələ ilə bağlı problemlərin olduğunu söyləyə bilərik. Məsələn, dekabrda Macarıstanın veto qoyması ilə Ukraynaya 50 milyard avro məbləğində yardım ayrılması mümkün olmayıb.

Beləliklə, bu istiqamətdə iki problem var. Birincisi, əvvəllər qeyd etdiyim siyasi aspektlərdir ki, bu da bizi getdikcə özümüzə güvənməyə vadar edir: xüsusən də silah və sursat istehsalında. İkincisi, texnoloji çağırışla bağlıdır. Bu, bir neçə onilliklər ərzində həm Avropa ölkələrində, həm də ABŞ-də silah və sursat istehsalının əhəmiyyətli dərəcədə azalması ilə əlaqədardır. Onlar istəsələr belə, Ukraynanın bütün ehtiyaclarının ödənilməsi üçün
qısa müddətdə istehsalı bərpa edə bilmirlər. Buna görə də silahlarla bağlı yeganə yol özümüzə güvənməkdir. Məlum olduğu kimi, biz “Boqdan” haubitsaları istehsal edirik. Artıq 6 aydır ki minaatanlar üçün mərmilər və digər silahlar istehsal edirik", - deyə politoloq vurğulayıb.
 
Ardını oxu...
Samvel Balasanyanın oğlu, iş adamı Misak Balasanyan 4 sentyabr 2023-cü ildə Ermənistanın İraqdakı səfiri vəzifəsinə təyin edilib. Bu gün – 29 dekabr 2023-cü ildə isə o, həmin vəzifədən geri çağırılıb. Balasanyan 2 noyabrda etimadnaməsini İraq Prezidenti Əbdüllətif Rəşidə təqdim edib. Yəni faktiki olaraq bu vəzifədə 57 gün çalışıb.
Bu sözləri erməni siyasi şərhçi Edqar Kazaryan qeyd edib.
O bildirib ki, bu, diplomatiya tarixində nadir hadisədir:
“Səfirin fəaliyyətə başladıqdan 57 gün sonra geri çağırılması ümumilikdə diplomatiyaya, xüsusən də İraqa hörmətsizlikdən başqa bir şey deyil”. (Axar.az)
 
Ardını oxu...
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı diplomatik traffik yaşanır. Ermənistan parlamentinin spikeri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan Bakı və İrəvanın mövqelərin kifayət qədər yaxınlaşdığına dair açıqlamalar veriblər.

Habelə, İranın xarici işlər naziri Abdullahyan da əvvəlcə Rusiyalı və Azərbaycanlı həmkarları Sergey Lavrov və Ceyhun Bayramovla telefonda danışdqdan sonra İrəvana getdi. O, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında Tehranın Azərbaycanla Ermənistan arasında sülh arzuladığını, bunun regionda təhlükəsizliyə və inkişafa səbəb olacağını deyib.

Rusiya və Qərbdən də bu barədə açıqlamalar var. Dekabrın 25-də NATO-nun Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə nümayıəndəsi Xayver Kolmina Təşkilatın ikitərəfli əsasda sülh danışıqlarını dəstəklədiyini bildirib və sülh prosesində əldə olunan tərəqqidən məmnunluğunu ifadə edib.

Sülh prosesi Türkiyənin də ciddi marağındadır, ötən həftə Bakıda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bəyan edib ki, “heç vaxt olmadığı qədər” tarixi fürsət yaranıb. Nazir sülh müqaviləsinin imzalanmasının Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına, nəticə etibarı ilə regionda tərəqqiyə gətirəcəyini vurğulayıb.

Azərbaycanın xarici işlər naziri də tərəflər arasında texniki detalları çıxmaq şərti ilə ciddi fikir ayrılıqları olmadığını ifadə edib.

Rusiyadan da bu yöndə açıqlamalar var. Rusiya XİN-nin rəsmi nümayəndəsi bəyan edib ki, sülh prosesinə nikbin yanaşırlar, amma Qərbin bu prosesdə iştirakı arzuolunmazdır.

Xatırladaq ki, dekabrın 26-da Sankt-Peterburqda MDB dövlət başçılarının zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderləri ayaqüstü müzakirələr aparıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat xidməti Prezident İlham Əliyevlə sülh prosesinin müzakirə olunduğunu açıqlayıb.

Beləliklə, regionda bütün maraqlı tərəflər hərəkətə gəlib və onlar sülhə nikbin yanaşırlar, o zaman Bakı və İrəvan nə zaman masa arxasında əyləşə bilərlər?

Politoloq Elxan Şahinoğlu “AzPolitika.info”ya bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin gələn ilin birinci yarısında imzalanması ehtimalı yüksəkdir:
Ətraflı

“Buna baxmayaraq, sülh sazişi iki ölkə arasında bütün problemlərin həlli demək olmayacaq. Sülh sazişnin fəlsəfəsi iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Sərhədin müəyyənləşməsi və dəhliz məsələsi sülh sazişinin xaricində qalacaq, bunlar sonrakı danışıqlar predmetidir. Tərəflər sülh sazişinin imzalanmasına nə qədər yaxındırlarsa, sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması mövzularına vaxt daha çox sərf olunacaq”.

Politoloq Fərhad Məmmədov isə Sankt-Peterburqda Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında görüşün ikitərəfli əsasda baş tutduğunu xatırladır: “Bununla yanaşı, Rusiyaya səfərdən əvvəl və sonra Rusiya, Türkiyə, İran və Azərbaycanın Xarici İşlər Nazirliklərinin rəhbərləri arasında telefon diplomatiyası aparılır. İranın xarici işlər nazirinin Ermənistana səfəri zamanı verdiyi bəyanatda 3+3 formatı çərçivəsində sülh müqaviləsi imzalana biləcəyi qeyd olunub. Bu, regionda təhlükəsizliyə cavabdeh ölkələrin müstəsna iştirakı ilə mümkündür. Məncə, region ölkələri arasında telefon danışıqlarının əsas nəticələri bunlardır”.

Ekspert hesab edir ki, İranlı nazirə bu tezisi səsləndirmək tapşırılıb, çünki Rusiyadan fərqli olaraq Ermənistan rəhbərliyi İranın gözləntilərindən xüsusilə ehtiyatlanır: “İran açıq və birmənalı şəkildə Ermənistanın ərazi bütövlüyünə təminat verilməsini istəyən, həmçinin silah çatdırılmasında marşrut rolunu oynayan yeganə ölkədir. Hindistandan gələn silahlar İrandan keçir! Tehranda 3+3 formatında keçirilən görüşdə Ermənistan XİN rəhbərinin iştirakını məhz Tehran təmin edib”.

F.Məmmədov vurğulayır ki, dekabrın 7-də Azərbaycan və Ermənistan liderləri administrasiyalarının birgə bəyanatından sonra öz formatlarında danışıqların davam etdirilməsini tələb edən Vaşinqton və Brüsselin fəallığını müşahidə olunur: “İndi İranın xarici işlər naziri qarşıda gözlənilən sülh müqaviləsindən danışır. Vasitəçilərin və qonşuların hər biri sülh prosesinə adaptasiya olmağa və onda iştirak etməyə çalışır. Yeri gəlmişkən, bu vəziyyət üç il ərzində Moskvadan, Tehrandan, Parisdən, Brüsseldən, Vaşinqtondan münaqişəni davam etdirmək, Azərbaycana qarşı təcavüzkar siyasətə dəstək almaq istəyən Ermənistan rəhbərliyinin günahıdır. Çünki məhz Ermənistan rəhbərliyinin dəstəyi ilə Fransa siyasətçiləri, iranlı diversantlar, “Vardanyan layihəsi” Laçın yolu ilə Qarabağda peyda oldular. İndi bütün bu paytaxtlar tələb edir ki, Ermənistan sülh prosesində həm iştirak səviyyəsində, həm də forma və məzmun baxımından onların maraqlarını nəzərə alsın. Onlar həqiqətən də müqavilənin mətni ilə maraqlanır və oraya öz ifadələrini daxil etməyə çalışırlar. Azərbaycanlılar buna “barmaq etmək” deyirlər”.

Politoloq qeyd edir ki, bu fəaliyyətlər həm də Azərbaycan və Ermənistan arasında müzakirə predmetinə çevrilə bilər: “Çünki biz dəfələrlə xarici qüvvələrin danışıqlar prosesinin mahiyyətini necə dəyişdirə və onu çıxılmaz vəziyyətə sala bildiyinin şahidi olmuşuq”.

F.Məmmədov hesab edir ki, vasitəçilərin bütün ədəb həddini aşan təzyiqlərinə yalnız Bakı və İrəvanın sülh sazişinə dair birgə fəaliyyəti gətirə bilər.

“Çıxış yolu prosesi sürətləndirmək ola bilər, əks halda belə “barmaqlar” daha çox olacaq”, - o vurğulayıb.
 
Ardını oxu...
Qarabağda Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərə riyakarcasına və iyrənc formada Fransa rəhbərlik edir, saxta erməni sevgisi ilə “ermənidən artıq erməni olmağa” çalışır, ölkə rəhbərliyi daxili və xarici problemlərini həll etmək əvəzinə, müstəqil xarici siyasət həyata keçirən dövlətləri hədəfə alır. Ən acınacaqlısı odur ki, bu “siyasət” ən çirkin formada bütün sahələri əhatə etməkdədir. Parisin nifrət və kini o həddə çatıb ki, hətta ölkəsində Azərbaycanı xatırladan nə varsa aradan qaldırmağa çalışır. Azərbaycanlı şairə Natəvanın abidəsinin götürülməsindən tutmuş səfirlikdə casus yerləşdirməyə kimi hər bir qərəzli addıma yol verilir. Artıq Fransa Prezidenti Emmanuel Makronun çirkin və qərəzli kampaniyasına fransız mediası da cəlb edilib.

Azərbaycan haqqında hədyanlar yaymaq üzrə ixtisaslaşan “Le Monde”, “Le Figaro”, “France Info”, “Le Huffington Post” və s. kimi obyektivlikdən uzaq nəşrlər erməni lobbisi və kolonial dəyərlərin daşıyıcısı olan ölkələrinin ruporuna çevriliblər. Söhbət Parisin Azərbaycanda casusluq fəaliyyəti ətrafında yaşanan qalmaqaldan gedir. Həmin məlumatlara nəzər saldıqda onların obyektivlikdən uzaq olduğuna və qərəz üzərində qurulduğuna əmin olursan. Bunların heç birində rəsmi Bakının mövqeyi nəzərə alınmayıb. Məsələn, azərbaycanlı diplomatların Parisdən çıxarılma səbəbləri göstərilmir. Halbuki, Fransanın Azərbaycandakı səfirliyinin iki diplomatik statusa malik əməkdaşı “persona non grata” elan edilməzdən əvvəl qarşı tərəfə nota göndərilib və məsələlərin araşdırılması zərurəti vurğulanıb. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov da bəyan edib ki, əgər Fransa tərəfi həmin şəxslərin günahsız olmasında əmin idisə, araşdırma apara bilərdi. Ancaq buna getmədilər və səfir XİN-ə dəvət olunaraq ona etiraz bildirildi. Ortaya heç bir əsas qoymayan Fransa tərəfindən səfir Leyla Abdullayeva XİN-ə çağırılıb və iki Azərbaycan diplomatı ilə bağlı qərar ona təqdim olunub. Rəsmi Bakının addımları ilə Yelisey sarayının addımı arasında böyük fərq var, yəni Bakı sübutlarla danışıb.

Artıq əksəriyyətin də gəldiyi qənaət budur ki, bütövlükdə Bakı ilə Paris arasında siyasi gərginlik və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bildirdiyi kimi, iki ölkə arasında münasibətlərin ən aşağı səviyyədə olması, əslində, geosiyasi qüvvələr arasında qəliz qarşılıqlı əlaqələrin olduğunu əks etdirir. Fakt odur ki, Azərbaycanın iki fransız diplomatını “persona non grata” elan etməsi və Fransanın buna iki azərbaycanlı diplomatın ölkədən çıxarması şəklində cavabı Parisin Bakı ilə İrəvanın münasibətlərinə fəal müdaxiləsinin və bu məsələdə Avropa strukturlarına təzyiqinin təzahürüdür.

Yeri gəlmişkən, nəşrlər riyakarcasına Azərbaycan KİV-ini anti-Fransa kampaniyası aparmaqda ittiham etməkdən də çəkinməyiblər. Halbuki, yerli media qarşı tərəfin proseslərə qərəzli və ikili yanaşmasını sərt tənqid edib. Belə yanaşmanın Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilik etmiş bir dövlətə yaraşmadığını dəfələrlə qeyd edib. Yəni hamısı yalnız qərəzli yanaşmaya cavab tədbirləri olub.
Ətraflı

Əksər media vasitələri heç bir yerdə Azərbaycanın mövqeyini əks etdirməyiblər, yaxud buna cəhd belə göstərməyiblər. Bu da onların müstəqil, obyektivlikdən uzaq olduqlarının göstəricisidir.

Bu faktdır ki, Azərbaycan-Fransa münasibətlərinin mövcud vəziyyəti son 30 ildə ən aşağı səviyyədədir və xarici işlər naziri Ceyhun Bayramov da bunu ilin yekunlarına dair mətbuat konfransında bir daha təsdiq edib. Bəs bunun səbəbkarı kimdir? Azərbaycan, yoxsa Fransa? İkinci Qarabağ müharibəsi başlayandan bəri Azərbaycana qarşı qərəz, ikili mövqe qabarıq şəkildə üzə çıxıb. Əslində, elə 30 il boyunca belə olub. Sadəcə, münaqişənin dondurulmuş vəziyyətdə olması Fransanı qane edib və bu səbəbdən də birtərəfli mövqe nümayiş etdirməyib. Qarabağda müharibədən sonra Fransa öz ziyanverici əməlləri ilə Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması perspektivlərinin qarşısını almağa çalışır. Son hadisələr də bu dövlətin riyakar və qərəzli mövqeyini ortaya qoyub. Açıq şəkildə anti-Azərbaycan təşəbbüslərini təşviq etmək üçün BMT-nin Təhlükəsizlik Şurası, Avropa İttifaqı və onun təsisatları kimi müxtəlif beynəlxalq platformalarından alət kimi istifadə etməsi onun mümkün vasitəçi kimi, onsuz da, şübhəli olan reputasiyasını tamamilə sarsıtdı. Həm də Bakının Fransanın aparıcı rollardan birinə sahib olduğu Avropa İttifaqına inamını ciddi şəkildə sarsıdıb.

Parisin İrəvanı ölümcül silahlarla təchiz etməsi Cənubi Qafqaz regionunda sabitliyi və təhlükəsizliyi pozur, onu yeni hərbi münaqişələrə, mənasız silahlanma yarışına sövq edir və Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması perspektivlərini süni şəkildə ləngidir.

“Report” İnformasiya Agentliyi

Dünyapress TV

Xəbər lenti