Ardını oxu...
4,9 milyondan çox Rusiya vətəndaşının borca görə Yeni il bayramı öncəsi xaricə çıxışı müvəqqəti məhdudlaşdırılıb.
Təkcə Moskvada bu ilin 11 ayı ərzində məhkəmə icraçıları səyahətin məhdudlaşdırılması ilə bağlı 742 min əmr verib. Üstəlik, bu sənədlərin yarıdan çoxu Yeni il ərəfəsində etibarlılığını davam etdirir.

2022-ci ildə, Yeni il öncəsi 8 milyon rusiyalının borclarına görə səyahətləri məhdudlaşdırılıb. Bayram qabağı xaricə getməyə icazə verilməyən rusiyalıların bu sayı rekord həddə çatıb.
РИА Новости
 
Ardını oxu...
Argentinanın yeni prezidenti Xavyer Miley dövlət qulluqçularının kütləvi şəkildə işdən çıxarılması prosesinə başlayıb.

Bu barədə "Brief" "Telegram" kanalı məlumat yayıb.

"Argentina prezidenti Xavyer Miley 2023-cü il yanvarın 1-dən sonra işə götürülən bütün dövlət qulluqçularını işdən çıxarıb. Təxminən 23 min insan dərhal işini itirdi", deyə nəşr yazır.

Dekabrın 21-də Miley Argentina iqtisadiyyatını liberallaşdırmaq üçün 300 islahat təqdim edən fərman imzalayıb. Dövlət başçısının sözlərinə görə, onların məqsədi iqtisadi azadlığı qaytarmaq və ölkənin inkişafını ləngidən çoxlu sayda maneələri aradan qaldırmaqdır.

Həmin gün o, Argentinada 2025-ci ilin sonuna qədər fövqəladə vəziyyət elan edib. Eyni zamanda, islahatlar ölkə əhalisinin bir hissəsinin etirazına səbəb olub, minlərlə insan mitinqlər keçirib. \\Qaynarinfo
 
 
 
Ardını oxu...
Villi Brandt adına Berlin-Brandenburq Beynəlxalq Hava Limanında (BER) proqram təminatı nasazlığı səbəbindən onlarla reys gecikir.

“Report” xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Milad bayramına bir gün qalmış onlarla təyyarə havaya qalxmağı gözləyir. Sərnişinlərə məlumat verilib ki, Berlin hava limanında proqram təminatında nasazlıq olub. Bir çox səyahətçi qar yağdığından baqajlarını təyyarəyə yerləşdirə bilməyib.

Qeyd edək ki, şənbə günü Berlində əlverişsiz hava şəraiti müşahidə olunur. Səhər saatlarından yağan yağış bəzi hallarda sulu qara keçir. Güclü külək vəziyyəti daha da ağırlaşdırır.
 
 
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan bir müddətdir Azərbaycanla imzalanacaq sülh müqaviləsi barədə ard-arda bəyanatlar səsləndirsə də, bu dəfə də vədinə xilaf çıxaraq sülh prosesini baltalamaq qərarına gəlib. Erməni hökumətinin başçısı bu dəfə Qarabağ separatçıları kartından istifadə edib.

Məsələ burasındadır ki, özünü separatçı qurumun prezidentinin müşaviri adlandıran Vladimir Qriqoryan “Azatutyun” radiosuna müsahibə verərək bildirib ki, Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan qondarma qurumu buraxdığı barədə əvvəlki qərarını ləğv edib. Erməni mediası isə hakim komandanın göstərişi ilə bu xəbəri gecə-gündüz eninə-boyuna tirajlayaraq, Şahramanyanın öz qərarını ləğv etməsi barədə məlumat yayıb.

Qriqoryanı danışdıran və belə bir açıqlama verməyə vadar edən elə Paşinyan komandasının özü olduğu bəllidir. Regionda sülhə, iqtisadi inkişafa, erməni xalqının rifahına gedən yola əngəl olmaq, revanşizm siyasətini davam etdirmək, görünür, Ermənistan hakimiyyətinin sapmayacağı yeganə yoldur. Bu dəfə də iki ölkə arasında sülhə gedən yolun görünməsi Paşinyanın Qərbdəki havadarları və ağalarını narahat edib. Bu səbəbdən də prosesi ləngitmək, baltalamaq üçün .

Amma erməni hökuməti belə bir xəbəri tirajlamaqla əslində özünün nə qədər çürük və oyuncaq olduğunu bir daha sübut edib. Belə olmasaydı, səslənən bəyanatın Ermənistan üçün nə qədər təhlükəli olduğunu sonradan dərk edən hakim komandanın təkzib xarakterli addımlar atması, ruporları vasitəsilə bu açıqlamanı tənqid edən fikirləri ortaya çıxmazdı. Separatçı Şahramanyanın dilindən bu məsələni ortaya atmaqla, Paşinyan sülhə zərbə vurmaqla yanaşı, özünün də oyuncaq olduğunu üzə çıxarıb. Bunu faktlarla ortaya qoymaq mümkündür.

Birincisi, sözügedən açıqlamanı verən Vladimir Qriqoryan əvvəlcə özünü Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyanın müşaviri kimi təqdim edərək, radioya açıqlama verib.

Sonradan isə açıqlamanı təkzib edərək şəxsi fikri olduğunu, Şahramanyanın da müşaviri olmadığını bəyan edib. Məşhur lətifədə deyildiyi kimi, yaxşı, bu ətdirsə, pişik hanı? Pişikdirsə ət hanı? Yəni, sadə bir adamın fikrinin erməni mətbuatında iki gündür tirajlanması kimə və hansı mərkəzlərə xidmət edirdi? Təbii ki, sualın cavabı gün kimi aydındır: sülh prosesini baltalayan Paşinyan komandasına.
Ətraflı

İkincisi, İrəvan hökuməti dekabrın 21-də müşavirə keçirərək, yeni qərar qəbul edib. Qərara əsasən, dövlət büdcəsində dəyişiklik ediləcək. Yəni, separatçı qurum tərəfindən verilən kreditlərin ödənilməsi üçün kommersiya banklarına 225 milyard dram ödəniləcək. Bu isə, 550 milyon dollardan çox, yəni ölkə büdcəsinin 10 faizini təşkil edir. Kreditlərin kimə və necə veriləcəyi, borc alanların hansı faizinin separatçı rejimlə heç bir əlaqəsi olmadığı barədə isə bir kəlimə də kəsilmir.

Bu isə Paşinyan hökumətinin növbəti yeyinti mənbəsi olacaq. Büdcədən ayrılan çox ciddi məbləğ kommersiya bankları vasitəsilə müəyyən şəxslərin cibinə axacaq. Bu məsələni ört-basdır etmək üçün də Şahramanyan kartından istifadə edilib və artıq erməni KİV-lərində Qarabağ ermənilərinin linçlənməsi kampaniyasına start verilib.

Artıq hakim fraksiyanın üzvü Arusyak Julhakyan və katibi Artur Hovannisyan separatçı Şahramanyana qarşı sərt bəyanatlar səsləndiriblər. Julhakyan bildirib ki, Ermənistan respublikası ərazisində bir hökumət var və ancaq bu hökumətin institutları fəaliyyət göstərir. Digər qurum və institutlar qeyri-leqaldır, onların fərman və sənəd imzalamaq hüququ yoxdur. Katib qeyd edib ki, baş verənlər ölkəni hərbi təxribata cəlb etmək niyyətini güdür və bu işin arxasında olanlar cəzalandırılacaq.

Arusyakın da açıqlamalarından məlum olur ki, hakim fraksiya baş verən vəziyyətdən narahatdır və baş nazirin hesablanmamış addımları artıq partiya daxilində ciddi narazılıqlara səbəb olub. Şübhəsiz ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyanın bir müddət əvvəl “Ermənistan ərazisində heç bir separatçı qurumun dövlət orqanları fəaliyyət göstərə bilməz” fikrini xatırlatmaq yerinə düşər. Belə olduğu halda, Şahramanyanın özünün də xəbəri olmadan Paşinyan direktivləri ilə “fərman imzalaması” təbii ki, fraksiyada çaşqınlığa səbəb olub. Bu çaşqınlığı aradan qaldırmaq, hadisənin anlaşılmazlıq olduğunu sübuta yetirmək üçün deputatlar və rəsmilər artıq fəaliyyətə keçiblər.

Əslində “Vətəndaş müqaviləsi”ni qorxuya salan rəsmi Bakının reaksiyasıdır. Təbii ki, erməni siyasi elitası da anlayıb ki, baş verənlər Azərbaycan tərəfindən düzgün analiz edilir və bu bəyanatların arxasında revanşizm meyllərinin olduğu artıq bilinir. Bu isə Azərbaycan dövlətinin kəskin reaksiyasına səbəb ola bilər və Nikol Paşinyan separatizmi bəsləyən şəxs kimi qəbul edilə bilər.

Əgər Ermənistan və havadarları öz çirkin planları üzərində iş qurursa, Qərbi Azərbaycan Respublikasının yaradılması prosesinə başlanmalıdır. 30 il bundan öncə öz torpaqlarından qovulan insanların Qərbi Azərbaycana qayıtmaq hüququ, bu prosesi əsaslandıran tarixi əsas və güclü Azərbaycan Ordusu var. Və sülhdən boyun qaçıran rəsmi İrəvan bunu tam gözü önünə almalıdır.

Ortaya maraqlı bir sual çıxır, xəbər iki gündür tirajlanır və hakim fraksiyanın katibi olan Artur yəqin ki, məsələdən halidir. Bu iki gün ərzində niyə ağzına su alıb susurdu? Sonradan baş verəni analiz edib rəsmi Bakının qəzəbinə düçar olacaqlarını anladıqdan sonra addım atmaq kimə lazımdır? Paşinyan komandası görəsən toydan sonra nağara siyasətindən nə zaman uzaqlaşacaq?

Şahramanyanın adından ortaya atılan iddia isə yeni məqamları üzə çıxarıb. Məlum olub ki, separatçı qurumun “vəzifəliləri” sentyabr ayından “maaş” almırlar və bu məsələdə Nikol Paşinyanı günahlandırırlar. Onların tələbinə boyun əyməmək və bir dram da xərcləmək niyyətində olmayan hakim komanda bu son oyunu ilə maaş söhbətinin də üstündən xətt çəkdi.

Göründüyü kimi, separatçı rejimə “can vermək” planı elə başlayan kimi də fiaskoya uğrayıb. Rəsmi İrəvan yəqin ki, növbəti hərbi əməliyyatın Ermənistan üçün daha dağıdıcı və dövlət sisteminin məhvi ilə nəticələnəcəyini anlayır. (report.az)
Ardını oxu...
“HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı İsraildən ciddi təkliflər almayıb”.
Yeniavaz.com xəbər verir ki, bunu hərəkatın Siyasi Bürosunun üzvü Hussam Badran “Əl-Cəzirə” telekanalına şərhində bildirib.
“İsrail girov məsələsi ilə bağlı ciddi və real təkliflərlə çıxış etməyib. Yəhudi hakimiyyət orqanları Qəzzada saxlanılan israillilərin manevr edib ailələrini çaşdırmağa çalışır”, - məlumatda deyilir.
Badranın sözlərinə görə, HƏMAS-ın prioriteti anklava qarşı təcavüzü dayandırmaqdır:
“Yalnız bu məqsədə çatdıqdan sonra hərəkat bütün digər məsələlər haqqında danışa biləcək”.
Ardını oxu...
Macarıstan Bolqarıstanın Şengen zonasına daxil olmasına vetonunu ləğv etdi. Səbəb Sofiyanın Rusiya qazının öz ərazisindən tranziti üçün rüsumları ləğv etməsidir.

Bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri Peter Siyarto deyib.

Bolqarıstan tərəfi Macarıstanı məlumatlandırıb ki, yanacağın daşınmasına görə rüsumlar haqqında qanun qüvvəyə minib və müvafiq layihə rəsmi sənədlər toplusuna daxil edilib.

“Macarıstana təbii qaz tədarükünə görə əlavə vergini ləğv edən qanun rəsmən dərc edilib”, – Macarıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.
 
Ardını oxu...
Tribunainfo.az xəbər verir ki, “Wall Street Journal”da dərc olunan məqalədə deyilir ki, Yevgeni Priqojinin ölümündə Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Sergey Patruşev əli olub.

Amerika dövri nəşrinin yazdığına görə, 2022-ci ilin yayından başlayaraq Patruşev hakimiyyətə bir neçə dəfə Priqojinin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq etsə də, onu ciddi qəbul etmədilər, çünki “Vaqner” RMC cəbhədə uğur qazanırdı.

Lakin oktyabrda Priqojin Rusiya prezidentinin adını çəkərək kifayət qədər kəskin tonda sursat çatışmazlığını elan etdi, bundan sonra onların təmaslarının dayandırıldığı iddia edildi və Putin Vaqnerlə Müdafiə Nazirliyi arasında ictimai fikir ayrılığına müdaxilə etmədi.

Vəziyyət 2023-cü ilin iyun qiyamı zamanı gərginləşdi. Daha sonra WSJ-nin məlumatına görə, Patruşev Priqojinə yaxın olan zabitləri onunla əlaqə saxlamağa və ondan üsyanı dayandırmağı xahiş etməyə inandırmağa çalışıb.
O, həmçinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev (o iştirak etməkdən imtina edib) və Belarus prezidenti Aleksandr Lukaşenko ilə əlaqə saxlayıb, münaqişənin həllində vasitəçilik istəyib.

Üsyan bitdikdən sonra Patruşev, WSJ-yə görə, Priqojini öldürmək üçün plan hazırlamaq əmrini verdi. Nəşrin yazdığına görə, ölkənin ali rəhbərliyi bundan xəbərdar olsa da, onun hazırlanmasına qarışmayıb.

WSJ-nin məlumatına görə, avqustun 23-də Priqojinin şəxsi təyyarəsinin qanadı altına bomba qoyulub və o, biznes-jet havaya qalxdıqdan dərhal sonra partlayıb.
 
Ardını oxu...
Ermənistanda “Sputnik” radiosunun yayımı dayandırılıb. Bu, Ermənistan rəhbərliyinin açıq-aşkar antirusiya addımıdır.

Bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Amma Rusiyadan sərt cavab olmayacaq. Çünki Paşinyan bununla Moskvanı sərt davranmağa təhrik edib, bu sərt cavabdan erməni əhalisi arasında kütləvi antirusiya təbliğatı aparmaq üçün istifadə edə bilər. Bunun hesabına da Ermənistanda ictimai rəyi rusiyapərəstlikdən antirusiyaya çevirər. Bu zaman da bütün gücü ilə xəyanət bıçağını Rusiyanın kürəyinə sancıb, Ermənistanı ABŞ, Fransa, AB, NATO simasında Kremlin düşmənlərinə doğru apara bilər. Ona görə də Rusiyanın cavabı çox, çox yumşaq olacaq. Hansı ki, bu halda daha uyğundur”, - o bildirib.

Mənbə: axar.az
Ardını oxu...
Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar vətəndaşlara müraciət edib.
Bu barədə səfirliyin “X” hesabında yazılıb.
Qeyd olunub ki, 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərində səsvermə hüququndan istifadə üçün lazımi məlumatları səfirliyə təqdim etməlidirlər.
Onlar soyad, ad, ata adını, doğum tarixlərini, Türkiyədə daimi və ya müvəqqəti yaşadıqları ünvanları və əlaqə məlumatlarını “consul_ankara@mission.mfa.gov.az” elektron poçt ünvanına göndərməlidirlər.
 
Ardını oxu...
Moldovalı deputat Doyna German deyib ki, hakimiyyət 2024-cü ilin sonuna qədər MDB çərçivəsində imzalanmış, demək olar ki, bütün sazişlərdən çıxmağı planlaşdırır.
Moldovanın MDB-dən çıxmaq istəyi yeni deyil. Keçmiş ruspərəst prezident İqor Dodonun hakimiyyətdən getməsi və onu qərbpərəst xanım Maya Sandunun əvəz etməsindən sonra bu istəklər daha da artıb. Sandu faktiki olaraq rəsmi Kişinyovu Kreml orbitindən çıxarıb, Qərbə inteqrasiya etmək yolunu seçib.
Sandu hakimiyyətə gəldiyi ilk vaxtlar bunu radikal formada etsə də, Rusiyanın Ukraynaya hücumu və ərazilərini işğalı fonunda geri addım ataraq, prosesi daha səssiz və ləng aparmağa başladı. Çünki Kremlin növbəti hədəfi həm də Moldova idi. Lakin Kişinyovun bəxti onda gətirdi ki, Moskva Ukraynada istədiyi nəticələri əldə edə bilmədi və Qərbin yardımları, Kiyevin inadlı müqaviməti ilə üzləşdi.
İndiki məqamda Maya Sandunun qarşısında iki mühüm seçim var. Ya o, Moldovanı həqiqətən də 2024-cü ilin sonuna qədər MDB-dən çıxaracaq, ya da prezident seçkilərinə fokuslanacaq. Qeyd edim ki, 2024-cü ilin noyabrında Moldovada prezident seçkiləri planlaşdırılır.
Sandu hesab edir ki, Rusiya gözlənilən seçkidən əvvəl sabitliyi pozmağı planlaşdırır. Onun bu narahatlığı əbəs deyil: Kreml uzun müddətdir, Moldovada hakimiyyət dəyişikliyi etmək istəyir. Son zamanlar ruspərəst deputatların verdiyi açıqlamalar da bu baxımdan diqqət çəkir. Misal üçün Moldovanın müxalif “İntibah” partiyasının rəhbəri Nataliya Paraska deyib ki, Rusiya və digər MDB ölkələri ilə münasibətlərin kəsilməsi yerli əhalinin istəyi deyil, rejimin seçimidir. Paraska Moldova müxalifətinin Avrasiya İqtisadi İttifaqı və BRİKS ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Rusiyanın Moldovaya əsas təzyiqi ölkədə ruspərəstlər olsa da, görünməyən bir silahı da var. Söhbət Qaqauziya Muxtariyyətindən gedir. Qaqauzlar Moldovanın həm Aİ üzvlüyünə, həm də Rumıniya ilə birləşmək istəyinə qarşıdır. Bundan başqa, Kişinyov-Moskva gərginliyi fonunda artan qaz qiymətləri son aylarda qaqauzları qəzəbləndirib. Sonuncu dəfə Qaqauziya muxtar bölgəsinin paytaxtı Komratda enerji tariflərinin artırılmasına etiraz mitinqi keçirilib.
Nəticə etibarilə Doyna Germanın iddia etdiyi kimi, Moldovanın 2024-cü ilin sonuna qədər MDB çərçivəsində imzalanmış bütün sazişlərdən çıxması o qədər də ağlabatan deyil. Xüsusilə prezident seçkilərindən əvvəl Sandu hakimiyyəti belə bir riskə getməz. Lakin Sandu yenidən prezident seçilsə, rəsmi Kişinyovun bu addımı atması mümkündür. Hətta Sandu buna görə növbədənkənar prezident seçkilərinə belə gedə bilər.
Müəllif: Politoloq Turan Rzayev
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 

Dünyapress TV

Xəbər lenti