Ardını oxu...
“İndi dünyanın ən gərgin regionu iki böyük dövlətin təzyiqi altında olan Ukraynadır. Bir tərəfdən Rusiya hərbi təzyiq edir, bu ölkənin enerji resurslarını vurur, şəhərlərini dağıdır, ölkəni işğal etmək istəyir. Digər tərəfdən də Amerika siyasi təzyiq göstərir”.

Bu fikirləri Reyting.az-a hərbi ekspert Azad İsazadə deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə bağlı qarşısına qoyduğu məqsədlərə tam nail ola bilməsə də, niyyətindən vaz keçməyib.

A. İsazadə bildirib ki, Amerikanın yeni hakimiyyəti müharibəni dayandırmaq üçün Kiyevə təzyiq edir, faktiki olaraq Rusiyanın dediyini musiqi notu kimi təkrar edir: “Üstəlik, Ukraynanın milli sərvətləri ilə bağlı müqavilə bağlamaq istəyir. Bu baxımdan Kiyev həm Rusiya, həm də Amerikanın təzyiqi ilə üzləşib. Bu, sözsüz ki, çox ciddi problemdir”.

Hərbi ekspert əlavə edib ki, çoxları bu prosesin sonunda Zelenskinin hakimiyyətdən gedəcəyini və ya istefa verəcəyini gözləyir: “Bəli, indi görünən odur ki, Zelenski Tramp üçün problemdir və onun getməsi həm ABŞ, həm də Rusiyanın maraqlarına uyğundur. Amma Zelenski deyir ki, yalnız Ukraynanın təhlükəsizliyinə təminat verilərsə və ya ölkəsi NATO-ya daxil olarsa, hakimiyyətdən gedə bilər. Zelenski yaxşı dərk edir ki, yaxın dövrdə bu məqamlar baş verməyəcək, odur ki, belə siyasi bəyanatla hər kəsi fakt qarşısında qoyur”.

Yaxın dövrdə ABŞ və Ukrayna arasında mineral və digər milli sərvətlərlə bağlı sazişin imzalanacağından da söz açan A. İsazadə bildirib ki, bu sazişin təhlükəsizliklə bağlı əlaqəsi olmasa da, Ukraynaya böyük kapitalın gəlməsi deməkdir: “Bu da istər-istəməz müsbət haldır. Amma bunun fonunda Tramp-Putin görüşü natmam qalır, tərəflərin görüş niyyəti var, amma heç biri buna hazır deyil. Odur ki, indi hər bir tərəf çalışır ki, cəbhədə üstünlük əldə etsin, daha çox ərazini nəzarətə götürsün. Çünki bu, danışıqlar prosesində mövqeləri gücləndirə bilər. Bu baxımdan, hesab edirəm ki, yaxın dövrdə Ukrayna-Rusiya cəbhəsində gərginlik daha da artacaq”.
 

Ardını oxu...
  

Rusiyanın postsovet ölkələrə təzyiqlərinə dair yazdığımız və ardını bu dəfəyə saxladığımız yazının girişində belə bir qeyd etmişdik: “Son 34 ildə Kremlin keçmiş SSRİ respublikalarına münasibətdə əsasən iki dərdi olub: 1. Müstəqil dövlət olsalar da, vassal olmaqda davam etsinlər, Moskvanın əlinin altında olsunlar və üzlərini başqa səmtlərə tutmasınlar; 2. Qanuni, azad, dürüst seçki keçirməsinlər, xalqın iradəsi ilə formalaşan hakimiyyətə malik olmasınlar”.

Bu gün söhbətə qaldığımız yerdən davam edək.

Kreml 1990-cı ilin noyabrında Gürcüstan parlamentinin sədri, 1991-ci ilin aprelində, hələ SSRİ dağılmamış isə prezident seçilərək Gürcüstanda hakimiyyətə gələn Zviad Qamsaxudiyadan çox narazıydı və onu “şovinist” adlandırır, diktatura bərqərar etməkdə suçlayırdı. Doğrusu, xalq hərəkatının dalğasında hakimiyyətə gəlmiş bütün liderlər kimi, Qamsaxurdiyada da millətçilik damarı yoğun idi və zaman-zaman açıq nasizm səciyyəsi daşıyırdı. Onun abxazlara və osetinlərə qarşı ksenofobik ritorikasından Kreml məharətlə istifadə edərək, araya düşmənçilik toxumu səpmişdi.

Ardını oxu...

8 aydan sonra yerli partnomenklaturanın gücüylə Qamsaxurdiya devriləndə və hakimiyyətə Eduard Şevardnadze gələndə, əslində Kreml onu istəmirdi. Moskva Amvrosyeviçi “vurulmuş kadr” hesab edir, başqa kadr üzərində düşünürdü. Bu şəxs eynilə Azərbaycanda hakimiyyətə gəlməsi arzulanan Vaqif Hüseynov kimi vaxtilə Gürcüstanın DTK-sının generalı olan İqor Giorqadze idi. Ancaq qoca Şevardnadze gənc Giorqadzedən güclü çıxdı, özü prezident oldu və onu DTK sədri təyin etdi. Onlar bir neçə il birlikdə işlədilər. Kreml anası rus olan Giorqadzenin Şevardnadzeni əvəz edəcəyinə əmin idi. Ancaq işlər o cür getmədi. Əvvəlcə Şevardnadze Giorqadzeni “vurdu”, sonra Mixail Saakaşvili və komandası Şevardnadzeni devirdi, Moskvanın “gürcü arzusu” çin olmadı.

Kreml elə ilk günlərdə Qərbyönümlü Saakaşviliyə düşmən kəsildi. Çünki o, hakimiyyətə öz xalqının iradəsi ilə gəlmişdi və Gürcüstanı Avropaya inteqrasiya etdirmək, ABŞ üçün isə ikinci “Corciya” (Georgia – Corciya və Georgia-Gürcüstan) yaratmaq istəyirdi.

Ardını oxu...

Bu intriqanın ömrü uzun sürmədi. Abxaziya və Cənubi Osetiya üzərində suverenliyini bərpa etmək istəyən Gürcüstan Rusiyanın hərbi təcavüzünə məruz qaldı, daha sonra prezidentlik müddəti bitən Saakaşvili hakimiyyəti “Gürcü arzusu” partiyasına verməli oldu. Moskvanın qulağı Gürcüstan sarıdan dincəldi. Düzdür, bu iki dövlət arasında əski münasibətlər hələ də bərpa olunmayıb, amma bunun əsl səbəbkarı gürcü xalqının 08.08.08 tarixli hərbi təcavüzə görə Moskvanı bağışlamamasıdır. Yoxsa İvanişvili iqtidarının Moskvapərəst siyasət yeritdiyi heç kəsə sirr deyil.

Elə Gürcüstandakı son vətəndaş qarşıdurması da Rusiyada qəbul edilmiş xarici agentlər haqqında qanunun “kopi-peyst” edilib tərcümə olunması və Gürcüstan parlamentində qəbul edilməsidir. Yeri gəlmişkən, Kreml Gürcüstanın indiki hakimiyyətini dəstəklədiyini gizlətmir. Gürcüstan hakimiyyəti isə Moskvaya sevgisini çox da açıb-ağarda bilmir, xalq bu iltifatı yaxşı qəbul etməz.

Ardını oxu...

Rusiyanın Ukrayna ilə münaqişəsinin başlanğıcının tarixi haqda çox yazmışıq. Qısaca onu deyək ki, 2004-cü ildə hakimiyyətə Viktor Yuşşenko yox, prezident Leonid Kuçmanın Moskvadan xeyir-dua alan varisi gəlsəydi, bu iki ölkə arasında ixtilaf başlamayacaq, təxirə düşəcəkdi – ta Moskvanın Kiyev üzərindəki dominantlığı itənə qədər.

İndi Vladimir Zelenskiyə qarşı olan siyasətçilər və siyasi dairələr eyni bir fikri təkrarlayırlar ki, münaqişənin əsas səbəbi Ukraynanın NATO-ya üzv olmaq istəməsidir.

Bu fikri dönə-dönə vurğulayanlar bir gerçəkliyi görməzliyə vururlar: Ukrayna müstəqil dövlətdir və istənilən hərbi, siyasi, iqtisadi bloka qoşulmaqda sərbəstdir. Onun keçmiş SSRİ respublikası olması Moskvaya haqq vermir ki, buna mane olsun.

NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması məsələsinə gəlincə, NATO çoxdan Rusiyanın sərhədinə yaxınlaşıb. Latviya, Estoniya və Litva 2004-cü ildən Avropa İttifaqının, 29 mart 2004-cü ildən NATO-nun üzvüdürlər, Şengen zonasına daxildirlər və Avrozonanın bir hissəsidirlər. Bəs nə əcəb o zaman Rusiya etiaz etməyib?

Yaxud 2022-ci ildə Rusiyanın digər qonşuları Finlandiya v İsveç NATO-ya üzv oldular, Moskva mane oldumu, ola bildimi, olmağa çalışdımı? Xeyr.

Ona görə ki, Kremlin bu ölkələrə təsir rıçağı ya yoxdur, ya da çox zəifdir. Amma Moskva həm özünü Ukraynada güclü hesab edirdi, həm də düşünür ki, Ukrayna onun əbədi “arxa bağça”sidir.

Ardını oxu...

2020-ci ildən sonra Rusiyanın Ermənistana qıcığının əsl səbəbi Nikol Paşinyanın xalqın iradəsi ilə seçilməsi və ölkəsini Qərbə yaxınlaşdırmasıdır. Paşinyanın komandası hələm-hələm gülləyə gəlməyən şələquyruq məxluq kimi hiyləgərcəsinə manevr edə-edə öz bildiyi istiqamətə gedir. Moskva isə fürsət gözləyir. Ermənistanın NATO və Avropa İttifaqı üzvlüyü geridönməz şəkildə dəqiqləşərsə, Rusiyanın hərbi kontingentinin 1979-cu ilin dekabrında Kabuldakı prezident iqəmatgahını “götürdüyü” kimi bir əməliyyat keçirəcəyi istisna deyil.

Keçirdiyi demokratik seçki ilə Kremli narazı salan sonuncu ölkə Moldovadır. Ötən ilin noyabrında Qərbin adamı Maya Sandu Rusiyanın adamı Stoyanoqloya qalib gəldikdən bəri Rusiya mediasının gözünün düşməni xanım Sandudur. M.Sandu da Avropaya inteqrasiyanın qatı tərəfdarıdır. Moskva isə buna qarşıdır. Ona görə də Kreml artıq onun üçün “Qaqauz problemi” hazırlayır, Dnestryanı bölgə ilə yanaşı Qaqauz Yeri muxtariyyatını da Kişinyovun başına bəla etmək istəyir.

Çox gözləməli olmayacağıq. Ukrayna məsələsi yan-yön olan kimi rus barmağı özünü İrəvanda və Kişinyovda göstərəcək.

Araz Altaylı, Musavat.com

Ardını oxu...
Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ərəb dilində nəşrinin Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtında təqdimat mərasimi keçirilib. Mərasimdə ölkə rəsmiləri, Əlcəzairdə akkreditə olunan xarici ölkələrin səfirləri və diplomatları, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, bu ölkədə işləyən və təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasındakı səfiri Tural Rzayev, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, akademik Nərgiz Axundova və başqaları “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının əhəmiyyətindən danışaraq bildiriblər ki, kitabda Vətən müharibəsində qazanılan Şanlı Qələbə və bu Qələbənin memarı olan Prezident İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, yüksək intellekti, dahi sərkərdəlik qabiliyyəti və şəxsiyyət faktoru öz əksini tapıb.
Qeyd edilib ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq 10 dildə nəşr edilib və dünyanın bir sıra ölkələrində təqdimatı keçirilib.
Mərasimdə qonaqlara Azərbaycan, işğaldan azad edilən torpaqlarımız, bu ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri haqqında film nümayiş etdirildi. Qonaqlar üçün Azərbaycan milli musiqisi səsləndirilib və sonda ziyafət təşkil edilib.
Qeyd edilməlidir ki, kitabın təqdimat mərasimi haqqında məqalə və xəbərlər Əlcəzairin kütləvi informasiya vasitələrində, həmçinin sosial şəbəkələrdə geniş işıqlandırılıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Moskvanın Meşçanski Rayon Məhkəməsi müstəntiqin İlya Varlamova məxsus hesablardakı vəsaitlərə həbs qoyulması barədə vəsatətini təmin edib.

Bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, İlya Varlamov 2023-cü ilin martında Rusiyada xarici agent kimi tanınıb. Ədliyyə Nazirliyi onun xaricdən maliyyə vəsaiti aldığını, hökumət qərarları və siyasəti ilə bağlı saxta məlumatlar yaydığını bəyan edib.
Ardını oxu...
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini çox hiyləgər hesab edir.

Bu barədə “BBC Nyus” məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq üçün hər hansı sövdələşmədə hansısa güzəştə getməli olub-olmayacağı ilə bağlı suala ABŞ prezidenti belə cavab verib: “Bəli, edəcək”.

Tramp Rusiya prezidentini həmçinin “hiyləgər” adlandırıb və qeyd edib ki, Rusiya lideri Tramp yenidən seçilənə qədər Ukraynadakı müharibəni bitirmək niyyətində deyildi.

“Mən seçilməsəydim, o, Ukraynada fəaliyyətini davam etdirəcəkdi. Çox adam öləcəkdi. Bizim texnikamız olmasaydı, bu müharibə bitərdi. Mən bunun bitməsini istəyirəm", - Tramp vurğulayıb. \\Axar.Az
 
Ardını oxu...
“Ermənistan Azərbaycanla dəmiryolunun istismar şərtlərini sadələşdirməyə hazırdır”.

Teleqraf Ermənistan mətbutaına istinadən xəbər verir ki, bu sözləri baş nazir Nikol Pasinyan deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin Ermənistanın təklifinə münasibəti müsbət olacaq: “Azərbaycanın qərbi ilə Naxçıvan arasında əlaqə yaratmaq üçün dəmiryolu Ermənistan ərazisindən keçəcək. Həm də hər iki ölkə beynəlxalq yük daşımaları üçün bir-birinin ərazisindən keçən dəmiryollarından istifadə etmək imkanı əldə edəcək".

Paşinyanın fikrincə, Azərbaycanın bu təklifdən imtina etməsi üçün heç bir əsas yoxdur: "Öz təkliflərimizi təqdim etməliyik, proses gedir. Digər tərəfdən, delimitasiya komissiyaları işləyir. Həll yolunu təklif etmişik və ümid edirik ki, Azərbaycan buna müsbət cavab verəcək”.
 
Ardını oxu...
Tayvanın Sahil Mühafizə Xidməti Çin ticarət gəmisini saxlayıb.

Oxu.Az xəbər verir ki, baş verən insidentin videosu "Telegram" kanallarda yayılıb.

Tayvan tərəfi ekipajın sualtı kabeli qırdığını iddia edib.

İnternetdə yayılan görüntülərdə sahil mühafizəçilərinin qayıq vasitəsi ilə gəmiyə yan alaraq onun göyərtəsinə qalxdıqları görünür.

Artıq Çin tərəfi hadisəni şərh edib. Yayılan açıqlamada baş verən insidentə görə gəmi heyətinin məsuliyyət daşıdığı qeyd olunur.

Hələlik Tayvan tərəfindən sualtı kabelin, əsasən də onun qəsdən qırılmasında Çin gəmisinin iştirakı ilə bağlı heç bir sübut təqdim edilməyib. Sahil Mühafizə Xidməti gəminin Çin hökuməti tərəfindən maliyyələşdirildiyini və göyərtəsində bu ölkənin səkkiz vətəndaşının olduğunu açıqlayıb.
Ardını oxu...
Cənubi Koreya Prezidenti Yun Sok Yol Konstitusiya Məhkəməsində çıxış edərək ölkə vətəndaşlarından hərbi vəziyyətin elan olunması ilə bağlı yaranan qarışıqlıq və narahatlığa görə üzr istəyib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

"Xalqımdan üzr istəmək və sizə təşəkkür etmək istəyirəm... Hərbi vəziyyət ölkə və xalq naminə tətbiq olundu, lakin bu prosesdə dəyərli vətəndaşlarımız üçün qarışıqlıq və narahatlıq yaratdığım üçün səmimi qəlbdən üzr istəyirəm", – deyə prezident bildirib.

O, hərbi vəziyyətin elan olunması ilə bağlı özünə qarşı irəli sürülən üsyan ittihamlarını bir daha rədd edib. Yun, həmçinin siyasətçilərin həbsi və Milli Assambleyanın binasından çıxarılması barədə əmr verdiyinə dair iddiaları “absurd” adlandırıb.

Qeyd edək ki, Yun Sok Yol 15 yanvarda üsyan işi üzrə həbs edilib. Bu, Cənubi Koreya tarixində ilk dəfədir ki, vəzifədə olan prezident istintaq orqanı tərəfindən həbs olunur. Lakin siyasətçi bildirib ki, o, istintaqa könüllü şəkildə ifadə verməyə gedib və özünü günahkar hesab etmir.

Xatırladaq ki, Yun Sok Yol 3 dekabr 2024-cü ildə Cənubi Koreyada hərbi vəziyyət elan etmişdi. O, bu addımını Şimali Koreya tərəfdarı qüvvələri məhv etmək və azad konstitusiya quruluşunu qorumaq zərurəti ilə əsaslandırmışdı. Lakin Seulda kütləvi etirazlar başladı və vətəndaş cəmiyyəti fəalları şəhərə gətirilən əsgərlərlə qarşıdurmaya girdilər. Bir neçə saat sonra hərbi vəziyyət ləğv olundu. Daha sonra Cənubi Koreya parlamenti Yuna impiçment elan etdi.
 
Ardını oxu...
Ölkəni tərk edən Ukrayna vətəndaşlarının 70%-i hərbi əməliyyatlar bitdikdən sonra belə geri qayıtmayacaq.
Strana.ua xəbər verir ki, bunu Milli Birlik naziri Aleksey Çernışov deyib.
O qeyd edib ki, Ukrayna təhlükəsizliyə qovuşduqdan sonra onu tərk edənlərin yalnız 30%-i ölkəyə qayıdacaq.
12 dekabr 2024-cü ildə Ukrayna Prezidenti Vladimir Zelenskinin müşaviri Oleksandr Kamışin 2025-ci ildə Almaniyada olan qaçqınların geri qaytarılması üçün proqramın fəaliyyətə başlayacağını açıqlayıb. Onun sözlərinə görə, Milli Birlik Nazirliyinin rəhbəri Aleksiy Çernışovla birlikdə ukraynalıların ölkənin müdafiə sənayesinə qaytarılması üzərində işləyirlər.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Bundestaqdakı çıxışında ölkəsini tərk etmiş Ukrayna vətəndaşlarını Almaniyada daha aktiv iş axtarmağa çağırıb, əks halda vətənlərinə qayıtmalı olduqlarını bildirmişdi.
Oktyabrda Strana.ua nəşri bəyan edib ki, 2051-ci ilə qədər Ukrayna əhalisi münaqişədən əvvəlki dövrdəki 42 milyon nəfərdən 25,2 milyon nəfərə qədər azala bilər, beləliklə, 29 il ərzində ölkə əhalisinin 17 milyon nəfər azalacağı proqnozlaşdırılır.
Nəşrin məlumatına görə, Ukraynanın nəzarətində olan ərazilərin əhalisi 31,1 milyon nəfərdir.
 
Ardını oxu...
ABŞ hökuməti, işçilərin, o cümlədən tibb işçilərinin xaricə məcburi göndərişinə görə
Kuba rəsmilərinə qarşı viza məhdudiyyətlərini genişləndirib.
TASS xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.
Sənəddə deyilir: "Bu gün biz Kuba ilə bağlı mövcud viza məhdudiyyəti siyasətinin genişləndirilməsini elan edirik və bu, Kubadam məcburi əmək ixracına qarşıdır ".
Bəyanatda deyilir ki, yeni tədbirlər “Kubanın hazırkı və ya keçmiş hökumət rəsmilərinə, həmçinin Kuba işçi qüvvəsinin ixracı proqramına, xüsusən də Kubanın xaricdəki tibbi missiyalarına cavabdeh və ya bu proqramda iştirak edən xarici dövlət rəsmiləri də daxil olmaqla digər şəxslərə şamil edilir”.
Tədbirlər bu şəxslərin ailə üzvlərinə də təsir edəcək.
Amerika hakimiyyətinin fikrincə, bu proqramlar “Kuba rejimini zənginləşdirir”.
Sənəddə deyilir: "Kubanın xaricdəki tibbi missiyalarına gəldikdə, onlar adi kubalıları öz ölkələrində ehtiyac duyduqları tibbi yardımdan məhrum edirlər".
Bildirilib ki, yenilənmiş siyasətə əsasən, Dövlət Departamenti artıq venesuelalılar da daxil olmaqla bir neçə şəxsə viza məhdudiyyəti tətbiq edib.
 

Dünyapress TV

Xəbər lenti