Ardını oxu...
Berlin hava limanında təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, İsrail səfirliyinə terror aktı törətməyi planlaşdıran 18 yaşlı gənc saxlanılıb.

Bu barədə Berliner Zeitung qəzeti yazır.

Hökumət orqanlarının məlumatına görə, 18 yaşlı gənc Berlində siyasi motivli hücum həyata keçirməyi planlaşdırıb.

Hücumun hədəfinin İsrail səfirliyi olduğu bildirilib.

Gəncin Potsdamda yaşadığı və çeçen olduğu qeyd edilir.
 
Ardını oxu...
Ukraynadan geriyə qalan ərazi yenidən Rusiya ilə NATO arasında bufer zonası olacaq.

APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə ötən ilin siyasi yekunlarına dair çıxışında bildirib.

Onun sözlərinə görə, Ukraynanın qalan ərazisinin Aİ-yə daxil olub-olmayacağına Macarıstan qərar verəcək.

Hökümət başçısı onu da əlavə edib ki, Ukraynanın Avropa İttifaqına qoşulması macar fermerləri və ölkəsinin milli iqtisadiyyatını məhv edəcək.

“Ukrayna Macarıstanın maraqlarına zidd hərəkət edərsə, heç vaxt Aİ-yə daxil olmayacaq”, - Orban vurğulayıb.
 
Ardını oxu...
Bu gün Parisdə Fransanın Avropa İttifaqı (Aİ) və NATO-dan çıxmasını tələb edən aksiya keçirilib.

RIA Novosti xəbər verir ki, yürüşə 200-dən çox Paris sakini qatılıb.
 
Ardını oxu...
“Avstriyanın paytaxtı Vyanada Ermənistan və Türkiyə parlamentarilərinin görüşü keçirilib”.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni deputat Sərkis Xandanyan məlumat yayıb.

Görüşün ATƏT-in Parlament Assambelyası çərçivəsində keçirildiyi bildirilib, lakin kimin təşəbbüsü ilə baş tutduğu açıqlanmayıb.

Məlumata görə, parlamentarilər iki ölkə arasında münasibətlərin normallaşması, yolların və regiondakı digər infrastrukturların tez bir zamanda açılmasını müzakirə ediblər.

Ermənistan tərəfdən müxalif deputat Lilit Qalstyan müzakirələrə qatılmaqdan imtina edib. Türkiyə tərəfi isə görüşlə bağlı heç bir məlumat yaymayıb.
 
Ardını oxu...
ABŞ Prezidenti Donald Trampın müşaviri və məşhur milyarder İlon Mask Vaşinqton yaxınlığında keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Komitəsinin (CPAC) 2025 İllik Toplantısında iştirakı zamanı Argentina prezidenti Xavyer Mileini ona qızılla örtülmüş elektrik mişarı hədiyyə edib.

Hədiyyə üçün səhnəyə çıxan Mask elektrik mişarı ilə poz verib.

Hədiyyəni yüksək dəyərləndirən Mask deyib: “Bu mişar bürokratiya üçündür”.

Maskın bu sözlər alqışla qarşılanıb. (Ölkə.Az)

 
 
 

Ardını oxu...
   

Fransa prezidenti Makron Putinin qarşısında zəif görünmək riski barədə Trampa birbaşa mesaj verməyi vəd etdiyi halda, Böyük Britaniyanın baş naziri Kir Starmer vəziyyəti yumşaltmağa çalışır və prezidentin son şərhlərinə birbaşa istinad etməkdən qaçmağı üstün tutur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, Britaniya rəsmiləri məsələyə fərqli yanaşacaqlarını bildirirlər. Məqalədə qeyd olunur ki, "Makron Trampın yanında Avropa İttifaqını təmsil edəcək. Bizim rolumuz bir qədər fərqlidir — biz ABŞ ilə Avropa arasında körpü rolunu oynamaq istəyirik", — deyə mənbə bildirib.
"Biz keçmişdə baş vermiş mübahisələri yenidən gündəmə gətirmək əvəzinə, gələcəyə diqqət yetirmək istəyirik. Əgər prezident bizim fikrimizi soruşsa, biz onu bəyanatlarımızla uyğun şəkildə ifadə edəcəyik. Ancaq keçmiş mübahisələri yenidən müzakirə etmək əvəzinə, gələcəyə yönəlmək həmişə daha yaxşıdır", — deyə adı çəkilməyən britaniyalı məmur bildirib.

Verilən məlumata görə, Starmer Ağ Evə səfəri zamanı ticarət məsələsini qaldıracaq və ölkələrinin ikitərəfli ticarəti artırmalı olduqlarını, yeni maneələrlə məhdudlaşdırılmamalı olduqlarını qeyd edəcək.

 

Musavat.com


Ardını oxu...

Qırğızıstan və Tacikistan sərhədlə bağlı tarixi razılaşmaya nail olublar.

Bişkekdə Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası haqqında sənəd imzalanıb.

Sənədi iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov imzalayıblar.

Qeyd edək ki, Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin uzunluğu 970 km-dən çoxdur. Bundan əvvəl Bişkek və Düşənbə mübahisəli sahələri razılaşdırmışdılar.
Ardını oxu...
Almaniyanın xarici işlər naziri Annalena Berbok ABŞ-yə təzyiqləri artırmağa çağırıb.

"DogruXeber.az" xəbər verir ki, onun sözlərinə görə, ABŞ hökumətinə təzyiqlərin artırılması ABŞ-nin Rusiya ilə danışıqları fonunda məntiqlidir.

"Biz amerikalılara təzyiqi artırırıq ki, onlar artıq Avropanın liberal demokratiyalarının tərəfini tutmasalar, itirəcəkləri nələrin olduğunu görsünlər", - deyə Berbok bildirib.
Ardını oxu...
Vladimir Putinin səhhətinin kəskin şəkildə pisləşdiyi və həkimlərin onu xilas etməli olduğu barədə şayiələr son günlərdə Kremldəki bir neçə mənbə tərəfindən səsləndirilib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiyanın “Kremlevskaya Tabakerka” Teleqram kanalı məlumat yayıb.

Kanal iddia edir ki, həkimlər Putini son anda ölümdən xilas ediblər.

“Kreml daxilində ciddi insanlardan eşitmişəm ki, Vladimir Vladimiroviçin bir neçə xəstəliyi birdən kəskinləşib. Hətta az qala ölüb və həkimlər onu bir neçə saat xilas etməyə çalışıb. Bunun, çox güman ki, doğru olmadığını başa düşürəm. Amma yenə də qorxuludur”, – yüksək vəzifəli mənbə etiraf edib.

Bənzər məlumatlar digər mənbələr tərəfindən də təsdiqlənib. Bəzi mənbələr Putinin xərçəngdən, digərləri isə ürək problemlərindən əziyyət çəkdiyini iddia edirlər.

Bununla yanaşı, Kremlə yaxın bir mənbə isə bu xəbərlərin Rusiya və prezidentin düşmənləri tərəfindən yayıldığını iddia edir:

“Bu şayiələri ilk növbədə daxili düşmənlər yayır. Onlar ABŞ və Trampla aparılan danışıqları pozmaq istəyirlər. Guya prezidentin vaxtı az qalıb və onunla danışıqlar aparmaq mənasızdır. Bununla da həm prezidentə, həm də bütövlükdə Rusiyaya zərər vurmaq niyyətindədirlər”.

Eyni zamanda, mənbə etiraf edib ki, Putin həqiqətən də son vaxtlar həkimlərə müraciət edib, lakin bunun fövqəladə bir vəziyyətlə əlaqəsi yoxdur:

“Yaşına görə hər kəsdə olduğu kimi xroniki problemlərlə bağlı planlı müayinələrdən keçib. Beləliklə, düşmənlər ümid etməsinlər”.
 
Ardını oxu...
ABŞ prezidenti Donald Trampın ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Hindistanda seçkilərə 21 milyon dollar xərclədiyini iddia etməsi Hindistanda hökumətlə müxalifət arasında gərginliyə səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.

Hakim Bharatiya Janata Partiyasının liderlərindən biri Amit Malviya “X” hesabında etdiyi paylaşımda iddianı “xarici müdaxilə” kimi qiymətləndirib və müxalif Hindistan Milli Konqresinin keçmiş vitse-prezidenti Rahul Qandini ABŞ və Avropanı Hindistanın daxili işlərinə qarışmağa çağırmaqda ittiham edib.

Qarşı tərəf isə iddiaları rədd edib və hökumətdən Baş nazir Narendra Modinin dövründə ABŞ-ın Hindistandakı dövlət və özəl təşkilatlara göstərdiyi bütün yardımları izah etməsini istəyib.

Digər tərəfdən, Tramp və Hökumətin Səmərəliliyi Departamenti USAID-in Hindistana verdiyi iddia edilən vəsaitlərlə bağlı heç bir sənəd paylaşmayıb.

“Indian Express” qəzetinin bugünkü xəbərində 21 milyon dollarlıq yardımın Hindistana deyil, Banqladeşə aid olduğu iddia edilib.
 

Dünyapress TV

Xəbər lenti