Ardını oxu...
“Payım” şirkətinin istehsal etdiyi əksər növ sosis və kolbasaların tərkibində insan orqanizmi üçün zərəri hesab edilən qida əlavələri var.

Tribunainfo.az xəbər verir ki, bu barədə sözügedən şirkətin rəsmi internet səhifəsində də məlumat var. Belə ki, şirkət istehsal etdiyi kolbasa və sosislərin tərkibi barədə saytında geniş məlumat yerləşdirib. Bu məlumatlarda hansı növ kolbasa və sosisin tərkibində hansı qida əlavəsinin olduğu aydın görünür. Məsələn, “Payım” şirkətinə məxsus südlü sosislərin, yarım hisə verilmiş “Oxotniçya”, “Krakovskaya”, “Keşlə Servelat”, “Doktorskaya” və sair kolbasalarının tərkibində orqanizm üçün zərərli hesab edilən E300, E330 və E450 qida əlavələri var.

Olduqca zərərli hesab edilən E300 askorbin turşusu (vitamin C) ilə birləşərək benzol birləşməsi əmələ gətirir və bu maddə orqanizmdə xərçəng riskini artırır. E330 qida əlavəsi də olduqca zərərli hesab edilən əlavələrdəndir. Belə ki, bu qida əlavəsi də xərçəng riski yaradan əlavə hesab edilir. Təsvir edin ki, xərçəng riski yarada bilən iki zərərli qida əlavəsi bir ərzağın tərkibində mövcuddur.
Bunan başqa, yuxarıda adını çəkdiyimiz kolbasa və sosislərin tərkibində olan E450 qida əlavəsi də zərərli hesab edilənlərdəndir. Belə ki, E450 mədə pozulmasına səbəb olan qida əlavəsidir.

Mütəxəssislər tərkibində bu qədər zərərli qida əlavəsi olan bu cür qidalardan uzaq durmağı məsləhət görürür. Uşaqlara isə ümumiyyətlə belə qidaların verilməsi məsləhət görülmür.
 
Ardını oxu...
"Dünyada onkoloji xəstəliklərin dinamikası artmaqdadır. Bunun ilk səbəbi ekologiyadır".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.

Professor əlavə edib ki, insanların qəbul etdiyi qidaların keyfiyyət paramertlərinin aşağı olması, ekoloji faktorlar, havanın, suyun, torpağın çirklənməsi, siqaret çəkənlərin və alkoqol istifadəçilərinin sayının artması, oturaq həyat tərzi, piylənmə və mübadilə pozuntuları və s. bütün bunlar müasir dövrdə xəstəliyi artıran səbəblərdir:

"Bunun nəticəsində xərçəng xəstəliyi artır. Bu xəstəliyi yaradan səbəblərdən biri sərbəst radikallardır ki, bunlar bədəndə həmin dediyim faktorlardan çoxalır. Onlar da zamanla xərçəng şişi törədir. Bununla yanaşı digər səbəblər də var. Məsələn, onkogen viruslar, hepatit B, C, herpes virusuları və s. də xərcəngə gətirən səbəblərdır. Yeni bir amil koronavirus pondemiyası zamanı müəyyən edildi ki, xərçəng xəstələrnin sayı artır. Koronovirusun SARS-CoV-2 ştamının daha çox onkogen xarakterli olması, orqanizmin ciddi təlatümlər yaratması ilə bağlıdır".

Adil Qeybulla bütün bunların zamanla orqanizmdə öz işini gördüynü vurğulayıb:

"Xərçəng xəstəliyinin pandemiyadan sonra artması da bununla bağlıdır. Bu problemlə bağlı ciddi araşdırmalar aparılır. Onların nəticələri yaxın vaxtlarda açıqlanacaq. Millətin sağlamlaşdırılması üçün xüsusi sağlamlaşdırma proqramları lazımdır. Bundan əlavə kütləvi idman, qida mədəniyyətinə riayyət, zərərli faktorlardan uzaq gəzmək, havanın təmizlənməsi lazımi amillərdən biridir. Bunlar kütləvi şəkildə həyata keçirilməlidir".

Qeyd edək ki, Azərbaycanda onkoloji xəstələrin sayında artım var. Statistika Komitəsinin 2023-cü ilin sonuna olan məlumatına görə, ölkədə qeydiyyatda 70 minə yaxın xərçəng xəstəsi var ki, onlardan 13.666 nəfəri keçən il qeydiyyata alınanlardır.
 
Ardını oxu...
Urik turşusunun yığılması oynaqlara və böyrəklərə təsir göstərir. Həddindən artıq sidik turşusu və nəticədə duz kristallarının çökməsi hər hansı oynaqlara təsir edən gut xəstəliyinə səbəb olur. Bir qayda olaraq, ayaqların oynaqları təsirlənir. Urik turşusu kristallarının əmələ gəlməsi oynaqlarda şişlik və müxtəlif şiddətdə ağrılar yaradır.
TEREF Sağlamolun.az-a istinadən oynaqda yığılan sidik turşusundan necə xilas olmaq olar, onu araşdırıb:
Tərkibi:1 orta boy xiyar, 2 kərəviz qabığı, yarım limon və 2,5 sm-lik cavan zəncəfil kökündən şirə hazırlayın.
Hazırlanması:Tərkiblərdən dəriləri çıxarın. Xiyar və kərəvizi kiçik parçalara kəsin. Limonu yarıya bölün, bir hissəsini götürün və blender qabına sıxın, digərini isə soyuducuya qoyun. Zəncəfil kökünü doğrayın. Bütün inqrediyentləri çırpın və nəticəni hiss edənə qədər qarışığı gündə 1-2 dəfə için.
 
Ardını oxu...
Şimal bölgələrinin sakinləri tez-tez D vitamini çatışmazlığı ilə üzləşirlər, lakin düzgün qidalanma bu problemin həlli ola bilər.
Bu kapsul və ya tablet şəklində adi əlavələri əvəz edə bilər.
Fooinfo.az “Moskva Region Today” internet nəşrinə istinadən xəbər verir ki, bunu diyetoloq Anastasiya Kurova bildirib.
Onun sözlərinə görə, D vitamini yağlı balıq (məsələn, qızılbalıq və ya ton balığı), yumurta sarısı, göbələk və bəzi süd məhsullarında olur.
O qeyd edib ki, dəniz məhsulları ilə zəngin balanslaşdırılmış pəhriz orqanizmə bu vitaminin kifayət qədər miqdarda alınmasına imkan verir.
 
Ardını oxu...
Az yağlı qidaların faydadan çox zərər verdiyi ortaya çıxıb. Onların müntəzəm istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Fooinfo.az xəbər verir ki, bu barədə dietoloq Anastasiya Tarasko “Moscow Region Today” internet nəşrinə bildirib.
Diyetoloqun sözlərinə görə, az yağlı kəsmik, süd və pendir istənilən halda zülal ehtiva edir, bu da onların yüksək kalorili olması deməkdir.
Lakin onların tərkibində A və D daxil olmaqla, orqanizm üçün faydalı olan yağda həll olunan vitaminlər yoxdur.
Ekspert həmçinin qidaları “yaxşı” və “pis”ə bölməyin təhlükələri barədə xəbərdarlıq edib. Bu cür problemlər sonradan yemək pozğunluğuna və bununla da çəki artımına və ya qəfil itkiyə səbəb olur.
 
Ardını oxu...
Yatan vaxtı şəkərli qidalar yemək bir sıra mənfi təsirlərə səbəb ola bilər. Foodinfo.az xəbər verir ki, şəkərli qidalar qan şəkərini sürətlə artırır və bu, orqanizmin enerji səviyyəsinin yüksəlməsinə səbəb olur. Yüksək qan şəkəri yuxunun dərinləşməsinə mane ola bilər və tez-tez oyanmalara səbəb olar. Yatmazdan əvvəl şəkərli qida qəbul etmək yuxunun keyfiyyətini aşağı salır və nəticədə özünüzü daha yorğun hiss edə bilərsiniz.Yuxuya getmək üçün rahatlanmaq vacibdir. Şəkərli qidalar bədənə enerji verir və stress hormonlarının (məsələn, kortizol) səviyyəsini artırır, bu da yuxuya getməyi çətinləşdirir. Gecə vaxtı metabolizma daha yavaş olur və qəbul olunan kalorilər daha çətin yandırılır. Yatmadan əvvəl şəkərli qidalar yemək zamanla kilo artımına səbəb olur, bu da ümumi sağlamlığa mənfi təsir edir.Axşamlar şəkərli qidaların mütəmadi olaraq qəbul edilməsi qan şəkərinin yüksək qalmasına və insulin səviyyəsinin balanssız olmasına gətirib çıxarır. Daha yaxşı yuxu və sağlamlıq üçün gecə yeməkləri seçərkən az şəkərli və yüngül qidalar üstünlük təşkil etməlidir.
 
Ardını oxu...
Birləşmiş Millətlər Təşkilatı mühasirəyə alınmış anklavın müəyyən ərazilərində 640 minə yaxın uşağı iflic xəstəliyinə qarşı peyvənd etməyə başlayacaq. Peyvəndlər İsrail qoşunları ilə HƏMAS (ABŞ-da terror təşkilatı kimi tanınan təşkilat - redaktorun qeydi) arasında hər iki tərəfin razılaşdığı döyüşlərdə gündəlik səkkiz saatlıq fasilələrə əməl olunmasından asılıdır.

Şənbə günü həkimlər rəsmi kampaniya başlamazdan əvvəl simvolik bir addım olaraq Nasser Xəstəxanasının palatalarında bəzi uşaqlara peyvəndlər vurub. Keçən həftə bir uşaq ikinci tip poliomielit virusu ilə qismən iflic olub ki, bu da sektorda son 25 ildə ilk belə hal olub.

ÜST nümayəndələrinin fikrincə, peyvəndlər arasında dörd həftəlik fasilə ilə uşaqların ən azı 90%-nin iki dəfə peyvənd edilməsi zəruridir. Lakin təxminən 11 ay davam edən müharibə nəticəsində böyük dərəcədə dağıdılan Qəzzada bu, çox böyük problemlər yaradır.

Qəzza zolağındakı səkkiz qaçqın düşərgəsindən biri olan Nuseyratdakı həkimlər bildiriblər ki, İsrailin ayrı-ayrı hücumları nəticəsində eyni ailənin doqquz üzvü də daxil olmaqla, ən azı 19 nəfər həlak olub.

İsrail ordusunun bəyanatında deyilir ki, Qəzza zolağının mərkəzi və cənub hissələrində fəaliyyətini davam etdirir. İsrail ordusu yaraqlıları məhv edib, Qəzza şəhərində, eləcə də Rafahın qərbində Tel Əl-Sultanda hərbi infrastrukturu dağıdıb.

Bu arada İsrail ordusunun HƏMAS-ın yenidən qruplaşmasının qarşısını almaq məqsədi daşıdığını bildirdiyi 22 günlük hücumu başa vurmasından sonra bəzi ailələr Qəzza zolağının cənubundakı Xan Yunisdəki evlərinə qayıdıb. Şəhərin bir çox infrastrukturu və yaşayış binaları dağıdılıb.
 
Ardını oxu...
Çuğundur suyu saçlara bir sıra faydalı təsirlər göstərə bilər. Bu təsirlər əsasən çuğundurun qida dəyərləri ilə bağlıdır. Foodinfo.az xəbər verir ki, çuğundur suyu saç sağlamlığını dəstəkləyən vitaminlər, minerallar və antioksidantlarla zəngindir. Çuğundur suyunun saçlara olan faydaları aşağıdakılardır:Çuğundur suyu, xüsusən də dəmir və folatla zəngindir. Dəmir qan dövranını yaxşılaşdırır və saç köklərinə daha çox oksigen daşıyır. Bu da saç inkişafını sürətləndirir və saçları gücləndirir.Bu tərəvəz suyunun təbii antiseptik və təmizləyici xüsusiyyətləri kəpəklə mübarizədə faydalıdır. Saç dərisindəki ölü hüceyrələri təmizləyərək saç dərisi sağlamlığını yaxşılaşdırır.Tərkibindəki qidalar, xüsusən də antioksidantlar və vitaminlər saç köklərini gücləndirir, saç tökülməsini azaldır və saçların qalınlaşmasına kömək edir.Çuğundur suyu saçı nəmləndirərək onu quru və kövrək olmağa qarşı qoruyur. Tərkibindəki vitamin və minerallar saçları parlaq və sağlam saxlayır.Ondakı antioksidantlar saç rəngini təbii şəkildə qorumağa kömək edir və saçlara təbii bir parlaqlıq verir.Çuğundur suyunu birbaşa saç dərisinə tətbiq etmək, yaxud onu içmək saç sağlamlığını yaxşılaşdırmaq üçün istifadə edilə bilər. Ancaq saç dəriniz həssasdırsa və ya hər hansı bir allergik reaksiya ehtimalı varsa, ilk dəfə tətbiq etməzdən əvvəl kiçik bir nahiyədə sınaqdan keçirmək faydalı ola bilər.
 
Ardını oxu...
Maya çörəyi adi versiyadan daha uzun müddətə hazırlanır, lakin daha sağlamdır. Foodinfo.az xəbər verir ki, ABŞ-ın Klivlend Klinikasından sertifikatlı dietoloq Beth Cervoni belə bir məhsulun faydalarından danışıb.Maya çörəyi fermentasiya yolu ilə hazırlanır. Bu, bağırsaqda sağlam bakteriyaları qidalandıran prebiyotiklər yaradır.Üstəlik, fermentasiya prosesinə görə bu məhsul bəzi digər çörək növlərinə nisbətən daha aşağı glisemik indeksə malikdir. Başqa sözlə, qan şəkərinin səviyyəsi ağ çörək yeyərkən olduğu kimi tez yüksəlmir ki, bu da diabetli insanlar üçün xüsusilə vacibdir.
 
 


 
Ardını oxu...
"Azərbaycan Respublikasının Milli Məclisinə təyin edilən növbədənkənar seçkidə təcili yardım hər bir çağırışa çevik cavab vermək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək".

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları xidmətə tam hazır vəziyyətə gətirilib:

"Bununla əlaqədar, artıq cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb".
 

Dünyapress TV

Xəbər lenti