Ardını oxu...
"MADO Azərbaycan-da "Sezar" salatı sifariş versəniz ehtiyatlı olun. İçindən sellofan, əlcək, paltar - hər şey çıxa bilər..." Dia-az.İnfo bildirir ki, bu barədə Fərid Rüstəmzadə adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Bu gün (dünən nəzərdə tutulur -red.) "Gənclik Mall"da yerləşən "Mado" restoranında yemək üçün əyləşdik. Gətirdikləri sezar salatından bir az yedikdən sonra bıçaqla bölməyə çalışdığımız qidanın mayonezli kələm yox, salatın içinə qarışıb ərimiş böyük bir sellofan olduğunu gördük. Yeməkdən tük çıxmağını başa düşərəm, amma daha "çanta" çıxmasın da...
Restoran rəhbərliyi isə yeməyi geri götürdü, quru bir üzr istədi, hələ utanmadan digər sifarişlərin hesabını da ödətdilər.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, müəssisələrə yoxlanışlara gedirsiz? Bu cür böyük restoranlar şəbəkəsi müştərilərə necə plastik yedirə bilir? Müştərinin sağlamlığına dəyən zərəri kim qarşılayacaq?
"Mado Azərbaycan" rəhbərliyi isə təqsiri hər hansı adi bir işçinin üzərinə atmadan müştərilərdən üzr istəməli, hadisə ilə bağlı məsuliyyəti tam üzərinə götürməli və filiallarında qida təhlükəsizliyi üçün təcili tədbirlər gördüyünü göstərməlidir..."

Ardını oxu...
 
Ardını oxu...
Dövlətin səhiyyə xərcləri (bir nəfərə hesabla):
Norveç - 5 673 $
Almaniya - 5 648 $
İsveçrə - 4 988 $
İsveç - 4 928 $
Niderland - 4 767
Danimarka - 4 663 $
Fransa - 4 501 $
Avstriya - 4 402 $
Belçika - 4 125 $
Yaponiya - 4 064 $
Rusiya - 1 015 $
https://t.me/ibrahim_nebioglu
TEREF
 
Ardını oxu...
Son günlər əhali arasında kəskin baş-boğaz ağrısı, qızdırma, ürəkbulanma ilə müşahidə edilən xəstəlik yayılıb. Bu xəstəliyə həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir.

Qrip simptomlarına bənzəsə də, sağalma müddətinə, sürətli yayılmasına görə fərqlənir. Virusa yoluxanların iddiasına görə, qripin müalicəsində istifadə olunan dərmanlar heç biri effektiv nəticə vermir. Bir çox insanlar günlərlə yataqdan qalxa bilmir, halsızlıq və yüksək qızdırmadan əziyyət çəkir.

Ənənəvi qripdən fərqli olaraq insanlar yalnız həkimin təyin etdiyi və ya xəstəxanada müalicədən sonra sağala bilirlər.

Bəziləri bunun COVID-19 virusunun mutasiyaya uğramış yeni variantının olduğunu da iddia edirlər.

Bəs bu virus nədir?

Mövzu ilə bağlı Bizim.media-ya danışan infeksionist Vasif Əliyev deyib ki, bu cür simptomlara səbəb olan yüzlərlə virus ola bilər:

"Hər bir insanda fərqli viruslar səbəbindən bu cür xəstəlik yarana bilər. Bu əlamətlər qripdə, koronavirusda, adenovirusda və bir çox virusda ola bilər. Həmçinin ölkədə konkret olaraq ciddi bir epidemik hal olmadığına görə hər birinə bağlı ola bilər. Yəni konkret bir virusa bağlamaq olmaz, hər biri eyni əlamətləri yarada bilər".
 
 
 
Ardını oxu...
"Ay-Min" MMC-yə məxsus "Flaqman" əmtəə nişanlı sosis məhsulunun içərisindən naməlum tullantı çıxıb.

Bu barədə Oxu.Az-a hadisə ilə rastlaşan vətəndaş müraciət edib.

Şikayətçi Hicran Həsənov qeyd edib ki, sosisi Balakən rayonundakı marketdən alıb:

"Hər zaman alış-veriş etdiyimiz rayon marketindən "Flaqman"ın "Südlü" markalı sosisini aldıq. Sosisi evə gətirəndən sonra ailəlikcə bir neçəsini yedik. Əvvəlcə bacım dedi ki, bundan çox pis iy gəlir. Bir az da yedikdən sonra iyrənc mənzərə ilə rastlaşdıq. Hamımız yediyimizi qaytardıq".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan məsələ nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".

Məlumat üçün bildirək ki, "Ay-Min" MMC-yə məxsus "Flaqman" əmtəə nişanlı ət məhsulları ilə bağlı əvvəllər də oxşar situasiyalar yaşanıb. Sözügedən şirkətə bir neçə dəfə cəza tədbirləri görülüb.
 
Ardını oxu...
Tribunainfo.az xəbər verir ki, Oksford universiteti tədqiqatçıları 2 qrup könüllü üzərində bir neçə ay müşahidə aparıblar.
İştirakçılar 2-3 ay müntəzəm eyni qidaları qəbul ediblər.
Bir qrup 1 ay müxtəlif yağlı şirin desertlər yeyiblər.
Digər qrup yağları balıq, qoz, zeytundan qəbul ediblər.
Nəticələr göstərib ki, yüksək doymuş yağlarla qidalanan qrupun qan göstəriciləri və sağlamlığı 1 aya pisləşib.
Metobolik, ürək-damar problemləri riski yüksəlib. Damarlarda pis xolesterin, qaraciyərdə piylənmə faizi artıb.
Digər qrup yarımdoymuş yağlarla qidalananlarda isə əksinə lipid və ümumi xolesterinin səviyyəsi 10% azalıb.
Elmi işin müəllifi Nikol Srnik bildirib ki, ürək-damarların sağlamlığı üçün yağın miqdarı yox, tipi və keyfiyyəti vacibdir.
Amma maraqlı məqam odur ki, mənfi dəyişikliklər çox qısa müddətdə sürətlə baş verir. 3 ay belə qidalanmaq kifayətdir ki, ürək xəstəlikləri hətta artıq çəki və piylənmə olmadan artsın”.
Alimlər şirniyyat, kruasan, peçenye və pirojnaların hər gün yeyilməsini tövsiyə etmir.
 
Ardını oxu...
“Çiçək xəstəliyi çox axmaq bir xəstəlikdir. Bu xəstəlikdən minlərlə, milyonlarla adam qırılır. 1982-ci ildə dünyada çiçək xəstəliyini tamamilə ləğv etdilər. Amma onun yerinə yeni bir xəstəlik əmələ gəldi. Bu da SPİD (QİÇS) idi. Yer kürəsində ləğv olunsa da, Konqoda meşəlikdə 50 meymun yaşayırdı. Onları da Ümumdünya Səhiyyə Təşkilatı daim nəzarətdə saxlayırdı. Meymundan insana yoluxa bilərdi. İndi onu buraxıblar meymunlara, buna da meymunçiçəyi deyirlər. İnsanları qırmağa çalışırlar. Bu xəstəlik üzdə çopurluq əmələ gətirir, orqanları sıradan çıxarır. Çox vaxtı da ölümlə nəticələnir”.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib.

O daha sonra bu xəstəliyə qarşı peyvəndlərdən danışıb:

“O vaxt SSRİ dövründə bu xəstəliyin peyvəndi var idi. Qolumuza iki cızıq xətt çəkirdilər, qol da qızarırdı. Buna yazılma deyilirdi. Bununla da heç kim çiçək xəstəliyinə tutulmurdu. Yaşlı adamları yox, cavanları bu xəstəlik qıracaq. Mən də bu xəstəliyə yazılmışam, tutsam da çox yüngül keçirəcəm”.

Rəşid Mahmudov bildirib ki, COP29 tədbirləri çərçivəsində daha diqqətli olmalıyıq. Çünki ölkəmizə dünyanın bir çox yerlərindən insanlar axın edəcək:

“Heç kim evindən çölə çıxmayacaq. Eynən koronavirus infeksiyasında olduğu kimi. Dərslər də, işlər də hamısı onlayn olacaq. Təxminən 12-15 gün iş olmayacaq. Karantin rejimi olacaq. Bu həm də qabaqcıl tədbirdir ki, yoluxmanın qarşısı alınacaq”.
 

Ardını oxu...
 

Musavat.com xəbər verir ki, dünya şöhrətli azərbaycanlı professor Məsud Aşina miqren xəstəliyinin dərmanını tapıb. O, bu nəticəni bir qrup alimlə birlikdə əldə edib.

Bu barədə Avropa mediasında yayılan məlumatda bildirilir ki, hipofiz adenilat siklazı aktivləşdirən polipeptidin (PACAP) hədəflənməsi miqrenin müalicəsi üçün yeni bir yoldur. 

Ardını oxu...

Məsud Aşina 29 dekabr 1965-ci ildə Bakıda doğulub. Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktorudur. 

Məsud Aşina dünyanın ən yaxşı on miqren mütəxəssisindən biri hesab olunur. 

Onun vətənpərvər keyfiyyətləri də xüsusi qeyd olunmalıdır. Otuz ildən çoxdur Vətəndən uzaqda yaşamasına baxmayaraq, onunla əlaqəni heç zaman kəsməyib. Azərbaycanın ən kritik anlarında dövlətinin yanında olub. “YAŞAT” Fondunun işində yaxından iştirak edir. Məsud Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvüdür.

Xəbərin qaynağı bu linkdə: https://www.nejm.org/doi/full/10.1056/NEJMoa2314577 

Musavat.com soydaşımız Məsud Aşinanı daha yaxından tanımaq istəyənlər üçün bir zamanlar ondan aldığımız müsahibənin linkini təqdim edir: https://musavat.com/news/professor-mesud-asina-azerbaycan-cilalanmaya-ehtiyaci-olan-almazdir_520391.html

 

Musavat.com

Ardını oxu...
Ardını oxu...
 
 
Ardını oxu...
Əgər siz həmişəki kimi yerimək əvəzinə dal-dala yerisəniz və belinizi irəli çəksəniz, əlavə sağlamlıq faydaları əldə edə bilərsiniz.

Bunu fizioterapevt Kristian Barton deyib.

Geriyə doğru yerimək Çində, sonra isə digər ölkələrdə populyarlıq qazanmağa başladı. Bartona görə, kürəyinizi irəli çəkmək əslində yeriməyi daha sağlam edə bilər.

“Bu, propriosepsiya dediyimiz şeyi – əzələlərin və oynaqların beyinlə qarşılıqlı əlaqədə olmaq, əks əlaqə siqnalları göndərmək və qəbul etmək qabiliyyətini inkişaf etdirməyə kömək edir”, – deyə ekspert bildirb.

Fizioterapevt izah edib ki, insan geriyə doğru irəliləyəndə adətən hərəkətsiz olan əzələlər işləyir.

“Zamanla bu cür təlim koordinasiyanı yaxşılaşdırır və yıxılmaların qarşısını alır, bu xüsusilə yaşlı insanlar üçün vacibdir”, – Barton deyib.

O, həmçinin qeyd edib ki, belə yeriş zamanı dizlərdəki yük azalır, çünki əsas çəkini bud əzələləri götürür.
 
Ardını oxu...
“Payım” şirkətinin istehsal etdiyi əksər növ sosis və kolbasaların tərkibində insan orqanizmi üçün zərəri hesab edilən qida əlavələri var.

Tribunainfo.az xəbər verir ki, bu barədə sözügedən şirkətin rəsmi internet səhifəsində də məlumat var. Belə ki, şirkət istehsal etdiyi kolbasa və sosislərin tərkibi barədə saytında geniş məlumat yerləşdirib. Bu məlumatlarda hansı növ kolbasa və sosisin tərkibində hansı qida əlavəsinin olduğu aydın görünür. Məsələn, “Payım” şirkətinə məxsus südlü sosislərin, yarım hisə verilmiş “Oxotniçya”, “Krakovskaya”, “Keşlə Servelat”, “Doktorskaya” və sair kolbasalarının tərkibində orqanizm üçün zərərli hesab edilən E300, E330 və E450 qida əlavələri var.

Olduqca zərərli hesab edilən E300 askorbin turşusu (vitamin C) ilə birləşərək benzol birləşməsi əmələ gətirir və bu maddə orqanizmdə xərçəng riskini artırır. E330 qida əlavəsi də olduqca zərərli hesab edilən əlavələrdəndir. Belə ki, bu qida əlavəsi də xərçəng riski yaradan əlavə hesab edilir. Təsvir edin ki, xərçəng riski yarada bilən iki zərərli qida əlavəsi bir ərzağın tərkibində mövcuddur.
Bunan başqa, yuxarıda adını çəkdiyimiz kolbasa və sosislərin tərkibində olan E450 qida əlavəsi də zərərli hesab edilənlərdəndir. Belə ki, E450 mədə pozulmasına səbəb olan qida əlavəsidir.

Mütəxəssislər tərkibində bu qədər zərərli qida əlavəsi olan bu cür qidalardan uzaq durmağı məsləhət görürür. Uşaqlara isə ümumiyyətlə belə qidaların verilməsi məsləhət görülmür.
 
Ardını oxu...
"Dünyada onkoloji xəstəliklərin dinamikası artmaqdadır. Bunun ilk səbəbi ekologiyadır".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.

Professor əlavə edib ki, insanların qəbul etdiyi qidaların keyfiyyət paramertlərinin aşağı olması, ekoloji faktorlar, havanın, suyun, torpağın çirklənməsi, siqaret çəkənlərin və alkoqol istifadəçilərinin sayının artması, oturaq həyat tərzi, piylənmə və mübadilə pozuntuları və s. bütün bunlar müasir dövrdə xəstəliyi artıran səbəblərdir:

"Bunun nəticəsində xərçəng xəstəliyi artır. Bu xəstəliyi yaradan səbəblərdən biri sərbəst radikallardır ki, bunlar bədəndə həmin dediyim faktorlardan çoxalır. Onlar da zamanla xərçəng şişi törədir. Bununla yanaşı digər səbəblər də var. Məsələn, onkogen viruslar, hepatit B, C, herpes virusuları və s. də xərcəngə gətirən səbəblərdır. Yeni bir amil koronavirus pondemiyası zamanı müəyyən edildi ki, xərçəng xəstələrnin sayı artır. Koronovirusun SARS-CoV-2 ştamının daha çox onkogen xarakterli olması, orqanizmin ciddi təlatümlər yaratması ilə bağlıdır".

Adil Qeybulla bütün bunların zamanla orqanizmdə öz işini gördüynü vurğulayıb:

"Xərçəng xəstəliyinin pandemiyadan sonra artması da bununla bağlıdır. Bu problemlə bağlı ciddi araşdırmalar aparılır. Onların nəticələri yaxın vaxtlarda açıqlanacaq. Millətin sağlamlaşdırılması üçün xüsusi sağlamlaşdırma proqramları lazımdır. Bundan əlavə kütləvi idman, qida mədəniyyətinə riayyət, zərərli faktorlardan uzaq gəzmək, havanın təmizlənməsi lazımi amillərdən biridir. Bunlar kütləvi şəkildə həyata keçirilməlidir".

Qeyd edək ki, Azərbaycanda onkoloji xəstələrin sayında artım var. Statistika Komitəsinin 2023-cü ilin sonuna olan məlumatına görə, ölkədə qeydiyyatda 70 minə yaxın xərçəng xəstəsi var ki, onlardan 13.666 nəfəri keçən il qeydiyyata alınanlardır.
 

Dünyapress TV

Xəbər lenti