Ardını oxu...
Ambulator müalicənin dərmanlarını da icbari tibbi sığorta qarşılayacaq.

Bu barədə "Report"a açıqlamasında Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan "Əhalinin sağlamlığının qorunması haqqında” və "Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb.

O qeyd edib ki, layihə hazırlanarkən dünya təcrübəsi, xüsusilə də bu sahədə aparıcı dövlətlərin normativ-hüquqi sənədləri öyrənilib və geniş şəkildə araşdırılıb: "Beynəlxalq təcrübə araşdırılarkən müəyyən edilib ki, ambulator dərman vasitələrinin təminatının həyata keçirilməsi bir neçə əsas aspektdən dəyərləndirilir. Ambulator dərman təminatının əhatə dairəsinin müəyyən olunmasında istifadə olunan əsas prinsiplər profilaktik və preventiv müalicənin təşkili, ağırlaşma hallarının və əhalinin səhiyyə xərclərinin azaldılmasıdır".

"Layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb. Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir. Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq", - A.Vəliyev əlavə edib.

Parlament rəsmisi vurğulayıb ki, layihə əhalinin dərman vasitələri ilə təchizatının icbari tibbi sığorta çərçivəsində təmin edilməsi üçün mərhələli şəkildə keçidlə bağlı hazırlanıb.

Qeyd edək ki, məsələ parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılaraq plenar iclasa tövsiyə olunub.
Ardını oxu...
“Şikayətim “Ahu” Estetik Klinikasındandır. Əhmədlidə yerləşir….” Dia-az.Media xəbər verir ki, bu barədə “Müştəriyəm Şikayətim Var” sosial qrupunda giley olunur.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: “1. Çox qeyri-professional iş görürlər. Yazıldığım saatdan əvvəl getdim hətta, Dr. Sida Abuşova mənim üzümə dərman vurub tam 2 saat gözlətdi, məndən sonra yazılmadan gələn pasienti qəbul edib, onun üzərində prosedur etməyə başladı.
2. Preparatların tarixi 2023-2025-ci illər idi, yəni bitməyinə 1-2 ay qalan preparatları kampaniya adı ilə insanların üzünə vururlar.
3. Resepşn xanıma iradımı bildirdim, ümumiyyətlə hamı ilə kobud danışır.
Bir sözlə əziz xanımlar, əvvəla onu bilin ki, hamımız gözəlik. Rədd olsun belə şeylər…. İkincisi də nəbadə yolunuz oraya düşə. Əsəbdən üzünüz qırışacaq…”
Ardını oxu...
 
Ardını oxu...
"Krandan çiy su içməyin, çünki infeksiyaya yoluxacaqsınız".

TEREF oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Bakının bəzi ərazilərdə kran suyu içdiyi üçün uşaq və böyüklərin infeksiyaya yoluxması ilə bağlı iddialar yayılıb.

Qeyd olunub ki, Bakıxanov, Sulutəpə və Ramana qəsəbələri ərazisində krandan gələn suyu çiy halda içdiklərinə görə infeksiyaya yoluxanlar olub.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, münasibəti yalnız həkim rəyi göndərildikdən sonra bildirə bilərlər.

Son vaxtlar mədə-bağırsaq infeksiyasına yoluxma səbəbindən gələn xəstələrin sayında hər hansı artım olub-olmaması ilə bağlı sualı isə Kliniki Tibbi Mərkəzə yönəltdik.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hər il yay aylarında qastrointestinal infeksiyalarla müraciət sayında artımlar müşahidə olunur.

"Bu da mövsümlə əlaqədardır. Həmin dövrdə şöbəyə ay ərzində təxminən 400-500 müraciət daxil olur. Payız-qış aylarında isə bu sayda azalma müşahidə olunur", - deyə məlumatda bildirilir.

Lakin məhz kran suyundan içməklə infeksiyaya yoluxma halları ilə bağlı KTM-dən bildirdilər ki, təcili yardıma müraciət edən xəstələrin suyu haradan içməsi məsələsi araşdırılmır.

"Əgər zəhərlənmə baş veribsə, adekvat müalicə aparılır, mədə yuyulur və problem aradan qaldırılır", - deyə açıqlamada vurğulanıb.

Beləliklə, kran suyu içməklə infeksiyaya yoluxma halları hələlik təsdiqini tapmayıb. Lakin mövsüm dəyişikliyi ilə əlaqədar qastrointestinal xəstəliklərə diqqətli yanaşmaq və gigiyena qaydalarına ciddi əməl etmək vətəndaşlara edilən tövsiyələr arasındadır.
 
Ardını oxu...
Şizofreniya üçün 30 ildən sonra ilk dəfə yeni dərman təsdiqlənib
ABŞ Qida və Dərman İdarəsi (FDA) 30 ildən artıq müddətdə ilk dəfə olaraq şizofreniya xəstəliyinin müalicəsi üçün yeni dərmanı təsdiqləyib.

İndex.az xəbər verir ki, “Cobenfy” adlı bu dərman “Bristol Myers Squibb” tərəfindən hazırlanıb və iki fərqli dərmanı (xanomeline və trospium xlorid) birləşdirərək şizofreniya simptomlarını idarə etməyə kömək edir. “Cobenfy” gündə iki dəfə qəbul edilən həb şəklində olacaq.

“Cobenfy” tərkibində xanomelin və trospium xlorid (və ya trospium xlorid) adlı iki aktiv maddə var. Klinik sınaqlarda bu birləşmənin şizofreniya xəstələrində sanrılar, halüsinasiyalar və qeyri-mütəşəkkil düşüncə kimi ümumi simptomları idarə etməyə kömək etdiyi göstərilib.

Şizofreniyanı müalicə etmək üçün istifadə edilən ənənəvi dərmanlar ümumiyyətlə beyin kimyəvi dopamini hədəf alırsa, “Cobenfy” bunun əvəzinə yaddaş, öyrənmə və diqqətə kömək edən başqa bir beyin kimyəvi maddəsi olan asetilkolini hədəf alır. Bu yeni mexanizmin şizofreniya müalicəsində tez-tez rast gəlinən çəki artımı, yuxululuq və hərəkət pozğunluqları kimi yan təsirlərin azaldılmasına töhfə verə biləcəyi ifadə edilir.

“Cobenfy”ın klinik sınaqları zamanı yan təsirlərə görə dərmanı dayandıran xəstələrin nisbətinin yalnız yüzdə 6 olduğu bildirildi. Ənənəvi tibbdə bu nisbət yüzdə 20-30-a çata bilər. Bununla belə, “Cobenfy”ın bəzi yan təsirləri də var. FDA-ya görə, ən çox görülən yan təsirlərə ürəkbulanma, həzmsizlik, qəbizlik, qusma, yüksək qan təzyiqi, qarın ağrısı, ishal, ürək döyüntüsünün artması və başgicəllənmə daxildir. Bununla belə, mütəxəssislər ənənəvi dərmanların yan təsirlərinə dözə bilməyən xəstələrin “Cobenfy”dan böyük fayda əldə edə biləcəklərini bildirirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada təxminən 24 milyon insan şizofreniya ilə yaşayır. Bu o deməkdir ki, hər 300 nəfərdən biri bu xroniki və çətin xəstəliyin təsirini yaşayır. Xəstəlik adətən gec yeniyetməlik və ya erkən yetkinlik dövründə başlayır və lazımi müalicə olunmazsa, ömürlük əlilliyə səbəb ola bilər.
 
 

 


Ardını oxu...
Son vaxtlar düyülərə siçan dərmanı (arsen) qatılması ilə bağlı şikayətlər səslənir. Qaynadılıb süzülərkən bu dərmanın kəskin qoxusu hiss olunur.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən “Muğan düyü” şirkətinin nümayəndəsi Namiq Quliyev bildirib ki, “Həşimi” düyü sortu İran toxumudur. İranda düyü 200-300 ildir ki, əkilir.

Quliyevin sözlərinə görə, bizim texnoloqların arasında da savadlı, işinin peşəkarı iranlılar var. İranlı texnoloqlar deyir ki, sizin “Həşimi” düyüsü iran düyüsündən dadlıdır.

“Məsələ ondadır ki, onlar uzun illərdir düyü əkir, artıq torpaq qüvvətdən düşüb. Bizim torpaqlar isə qüvvətlidir. Çünki cəmi 8 ildir ki, düyü əkirik. Bizdə münbit torpaqdır, axan su belə Xanbulaqdan istifadə olunur. Bizim torpaqlarda ziyanvericilərə qarşı dərman vurulmur. Çünki ona ehtiyac belə yoxdur. Bizim öz,məhsullarımız demək olar ki, orqanikə yaxın olan məhsullardır. Çalışın yerli məhsullara üstünlük verin”.
 
 
 
Ardını oxu...
İstənilən miqdarda alkoqol qəbul etmək müxtəlif növ xərçəng, qaraciyər xəstəliyi və insult da daxil olmaqla, vaxtından əvvəl ölümün müxtəlif səbəbləri riskini əhəmiyyətli dərəcədə artırır.
Alimlər müəyyən ediblər ki, erkən ölüm hallarının ən aşağı faizi həyatı boyu alkoqoldan imtina edənlər arasında olub. Xarici kivlərin məlumatına görə, son illərdə "çox az miqdarda alkoqol"un faydaları ilə bağlı araşdırmalar xüsusilə populyarlaşıb.
Təkcə 2021-ci ildə bununla bağlı 60-a yaxın oxşar elmi məqalə elan edilib. Məlum olub ki, onların hamısı ya birbaşa alkoqol sənayesi tərəfindən maliyyələşdirilib, ya da alkoqol sənayesi ilə əlaqəsi olan tədqiqatçılar tərəfindən yazılıb.
Məsələn, bir neçə il əvvəl Sietldəkı Vaşinqton Universiteti alkoqolun 40 yaşdan yuxarı insanlar üçün faydalı ola biləcəyini söyləyib. Bu tədqiqatın nəticələrinə görə, gündə bir stəkan qırmızı şərab potensial olaraq ürək xəstəliyi, insult və diabet riskini azaldır.
Bununla belə, bütün əvvəlki araşdırmaların təhlilinə əsaslanan hazırkı araşdırma alkoqolun sağlamlıq üçün hər hansı faydasını təkzib edir. Problem ondadır ki, keçmiş tədqiqatlar ciddi metodoloji qüsurları nəzərdən qaçırıblar. Əsas problemlərdən biri o idi ki, içki içməyən qruplar arasında ölüm riski çox vaxt yüksək qiymətləndirilmişdi, çünki bura sağlamlıq səbəbi ilə içməyi dayandıran xeyli sayda alkoqolik daxil idi. İnsanların bu faizini "kəssəniz", məlumatlar kəskin şəkildə dəyişir.
Son təhlillər müəyyən edib ki, istənilən miqdarda alkoqol qəbul etmək müxtəlif növ xərçəng, qaraciyər xəstəliyi və insult da daxil olmaqla, vaxtından əvvəl ölümün müxtəlif səbəbləri riskini əhəmiyyətli dərəcədə artırır. Müvafiq olaraq, alkoqol istehlakı (hətta "lap azacıq miqdarda") birbaşa sağlamlıq nəticələri və vaxtından əvvəl ölüm riski ilə bağlıdır.
Bundan əvvəl bal arısının zəhərinin xərçəng hüceyrələrini məhv etdiyi barədə məlumat verilmişdi.
 
Ardını oxu...
Belqorod vilayətində (RF) istehsal olunan təmizlənməmiş günəbaxan yağı "Sloboda" hücuma məruz qalıb. Bu, təhlükəli məhsulların Gosstandart reyestrindən irəli gəlir. Müxtəlif souslar və mayonez də istehsal edən marka, büdcə seqmentində möhkəm bir yer tutdu və bir çox ruslar və belaruslar arasında məşhurdur.

Gosstandart, Rusiya məhsullarının Gömrük İttifaqının "Qida məhsullarının təhlükəsizliyi haqqında", "Yağ və yağ məhsulları üçün texniki reqlamentlər", GOST 1129-2013 "Günəbaxan yağı" texniki reqlamentinin tələblərinə cavab vermədiyini göstərib.

Peroksid sayı qeyri-üzvi çirklərin tərkibini və yağların oksidləşmə dərəcəsini əks etdirən bir göstəricidir.

“Zəif təmizlənmiş və köhnəlmiş yağda daha çox peroksid var. Peroksidin sayı nə qədər yüksək olarsa, yağ işıqda da bir o qədər uzun müddət saxlanılırdı. Tez-tez olur ki, raf ömrü hələ bitməyib, amma yağ artıq acıdır. Tamamilə mümkündür ki, o, keyfiyyətsiz xammaldan, xarab günəbaxan tumlarından hazırlanıb”, - Roskontrol göstəricinin dəyəri barədə bildirib .

Aşkar edilən Gömrük İttifaqının qaydalarına uyğunsuzluq fonunda Sloboda-nın ölkədə satışı sentyabrın 23-dən qadağan edilib. Artıq mağazalara daxil olan lotlar satışdan çıxarılır. Malların idxalı da dayandırılır./Moderator.az
Ardını oxu...
Uzun saçlı xanımlar saçlarının düz olması üçün müxtəlif vasitələrdən istifadə edir. Bəzi xanımlar saçların düz formada olması üçün keratindən istifadə edir. Ancaq peşəkarlar keratindən istifadəni məsləhət bilmir.

Trixoloq həkim Aynurə Həsənova Hit.az-a açıqlamasında bildirib ki, saçlarını keratinlə düzləşdirmək istəyən xanımlar diqqətli olmalıdırlar. Əks halda saçları zədələnə və ya tam olaraq yana bilər:

“Keratin xüsusilə çox qabaran, elektriklənən və sözə baxmayan saçlar üçün nəzərdə tutulub. Keratinin tərkibində çox ağır maddələr var. Hansı ki, o maddələr xərçəngə səbəb olur. Bu səbəbdən də bəzi xarici ölkələrdə keratindən istifadə qadağan olunub. Yaxşı olar ki, bizim ölkədə saç keratini qadağan olunsun. Onkoloji xəstəliyin daha da artmaması üçün bu kimi kimyəvi preparatlar satışdan yığışdırılmalıdır”.
 
Ardını oxu...
İsrail ordusu Livanın hərbi blokadaya alındığını elan edib.

Oxu.Az Ynet-ə istinadən xəbər verir ki, Tel-Əviv, həmçinin Suriya və İrandan gələn yük təyyarələrinin Beyrut hava limanına enməsinə qadağa qoyulması barədə Livan tərəfini rəsmi məlumatlandırıb.

İsrail ordusunun nümayəndəsi əməliyyatları davam etdirmək niyyətində olduğunu, o cümlədən "Hizbullah"ın daha əvvəl məhv edilən liderlərinin yerinə keçən yeni liderlərin məhv ediləcəyini açıqlayıb.

Habelə, İsrail ordusu Həsən Nəsrullahın aradan qaldırılmasının təşkilatın "fəaliyyətlərində dəyişiklik"ə səbəb olacağına ümid etdiyini bildirib.
 

Dünyapress TV

Xəbər lenti