Ardını oxu...
Az miqdarda yağsız qızardılmış ət balanslaşdırılmış pəhrizin bir hissəsi ola bilər.
Foodinfo.az xəbər verir ki, Doktor Mayk Ballın sözlərinə görə, insanların çoxu üçün qızardılmış ət əzələ kütləsinin qurulmasına və sağlam qanın saxlanmasına kömək edən qida mənbəyidir. Bununla belə, qırmızı ətdə doymuş yağ çoxdur və onun müntəzəm istehlakı yüksək xolesterin, ürək xəstəlikləri və hətta xərçəng riski artıra bilər.
Mədə-bağırsaq problemi olan insanlar üçün qızardılmış ət çətin qidadır. Doktor Ball izah edir ki, qırmızı ətin həzm edilməsi çətin olur, xüsusən də insanda həzm problemi varsa.
Qırmızı ət allergiyası olan insanlarbundan uzaq durmalıdır. Çünki simptomlar ət yedikdən bir neçə dəqiqə sonra ortaya çıxa bilər.Diabetli insanlar qırmızı ətlə xüsusilə diqqətli olmalıdırlar. Tərkibində xolesterinin səviyyəsini artıra və yüksək qan təzyiqinə kömək edən əhəmiyyətli miqdarda doymuş yağ var.
 
Ardını oxu...
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 42 milyon 995 min ABŞ dolları dəyərində 36 min 705 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 54% və ya 12 min 887 ton, dəyər ifadəsində isə 46.6% və ya 13 milyon 672 min ABŞ dolları artıb. Hesabat dövründə Azərbaycana Malaziyadan 11 min 853 ton, İndoneziyadan isə 24 min 851 ton palma yağı idxal edilib.

Redaktor.az palma yağı barədə araşdırmanı təqdim edir:

Palma yağı nədir?

Bu yağ İndoneziya və Malayziyada tapılan palma növündən əldə edilir. Daha çox işlənmiş qidalarda və qablaşdırılmış məhsullarda istifadə olunur. Qida sektorunda palma yağı ağacına üstünlük verilməsinin səbəbi çox qənaətcil olmasıdır. Bitki yağları arasında palma yağı ən çox seçilən yağ növüdür. Omeqa-6 baxımından da yüksəkdir və istehlak edilmədikdə omeqa-6 xəstəliklərinə səbəb ola bilər.

Ancaq palma yağları yüksək temperaturda təmizləndiyi üçün bir qədər zərərli ola bilər. Yüksək temperatura məruz qalmasının səbəbi isə təbii qırmızı rəngini itirməsi və qoxusundan qurtulmasıdır. Mütəxəssislər palma yağının zərərləri ilə bağlı iki yerə bölünsələr də, bir çoxları seçimi istehlakçının ixtiyarına buraxırlar.

Palma yağının ziyanı var?

Bəzi ekspertlər yüksək temperatura məruz qalan palma yağının infarkta və yüksək təzyiqə gətirib çıxardığı qənaətindədirlər. Ancaq araşdırmalar nəticəsində onun hələlik yalnız heyvanlar üzərində kanserogen təsir göstərdiyi məlumdur. Xüsusilə palma yağı oranqutanların yox olmasına səbəb olacaq faktordur. Onların yaşayış yerləri daraldıqca, özləri də bir-bir bu həyatdan yox olacaqlar. Bundan başqa, palma yağı istehsalı üçün yağış meşələr də məhv edilir.

Beləliklə, bu bir zəncirdir. Nə qədər çox istehlak olarsa, bir o qədər çox ağac kəsiləcək və heyvanların təbiəti dəyişəcək. Qısaca, bir neçə ildən sonra sürətli istehlak səbəbindən biz bəzi heyvanları ancaq kitablarda görə biləcəyik.

Palma yağının faydaları nədir?

Tərkibindəki E vitamini sayəsində sabun və kosmetika məhsullarında xüsusilə saç baxım məhsullarında palma yağına üstünlük verilir. Saçlara canlılıq və parlaqlıq təsiri bağışlayır.
Dəriyə qulluq vasitələrində, yaşlanma əleyhinə kremlərdə və losyonlarda istifadə olunur. Çünki hüceyrə bərpaedici xüsusiyyəti bu kremlərdə özünü göstərir.
Bəzi araşdırmalar nəticəsində katarakta əmələ gəlməsinin qarşısını aldığı bildirilir.
Tərkibində A, D və E vitaminləri var və istehlak edildikdə enerji verir. Bu, palma yağının faydaları haqqında mənfi düşüncələri bir kənara qoya bilər.
Omeqa-6 dəyəri baxımından olduqca yüksəkdir. Omeqa-6 saç baxımı və uzanmasında təsirli faktordur.
Palma yağı harada istifadə olunur?

Palma yağı marqarinlərdə, bəzi dondurmalarda, şokoladlarda, çöldə hazırlanan hazır yeməklərdə, qənnadı məmulatlarında və əksər işlənmiş qidalarda istifadə olunur. Bundan əlavə, bu yağ ən çox ətirli maye yuyucu vasitələrdə, sabun və şampunlarda, dodaq boyalarında və s. mövcud olur. Palma yağına xüsusən kosmetika və qida sahəsində üstünlük verilir.
 
 
 
Ardını oxu...
Fizioterapevt Mir Elvin Əliyev: “Davamlı oturmaq təkcə fiziki sağlamlığa deyil, ruh sağlamlığına da mənfi təsir göstərir”

Kompüter həyatımızın ayrılmaz hissəsinə çevrilib. Təəssüf ki, kompüterin sağlamlığımıza çox mənfi təsirləri var. Saatlarla kompüter qarşısında oturmaq və ondan uzun müddət istifadə etmək müxtəlif xəstəliklərə yol aça bilər. Mütəxəssislərin qənaətincə, uzun müddət oturma “ölü omba” sindromuna yol açır. Metabolizma 30 dəqiqəlik oturma müddətindən sonra 50 faiz daha yavaş işləməyə başlayır. Buna görə də çox oturmaq yağlanmaya və çəki artmasına səbəb ola bilər.

Kompüter arxasında düzgün oturmamağın yaratdığı fəsadlarla bağlı “Hürriyyət” qəzetinin redaksiyasına danışan fizioterapevt Mir Elvin Əliyev bildirir ki, çox oturmağın və stol arxasında işləməyin verdiyi zərərlər müasir iş həyatının ən böyük problemlərindən birinə çevrilib:

“Uzun müddət masa arxasında oturmaq duruş pozğunluqlarına səbəb olur. Xüsusilə pis oturma bədən duruşuna mənfi təsir göstərir. Zamanla donqar (hiperkifoz) və boyun düzləşməsi kimi duruş pozğunluqları yarana bilər. Bu, əzələ balansının pozulmasını və bel ağrısını əmələ gətirir. Xüsusilə kompüter ekranının yanlış hündürlüyü və klaviaturanın yanlış yerləşdirilməsi boyun, çiyin və kürəkdə gərginliyə səbəb ola bilər”.

Fizioterapevt deyir ki, uzun müddət hərəkətsiz qalmağın əzələ və oynaqlara da təsiri var: “Uzun müddət hərəkətsiz qalmaq əzələlərdə zəiflik, oynaqlarda sərtlik meydana gətirir. Omba və ayaq əzələləri kifayət qədər məşq edilmədikdə, əzələlərin qısalması və omba əzələlərində zəiflik əmələ gəlir. Bundan əlavə, oynaqlarda artrit riski artır. Hərəkətsizlik qan dövranını ləngidə bilər, varikoz damarları və qan laxtalanması riskini artırır.

Uzun müddət hərəkətsiz oturmaq ayaqlarda qan yığılmasına da səbəb ola bilər ki, bu da dərin damar trombozu kimi ciddi sağlamlıq problemlərinə səbəb olur. Uzun müddət oturmaq ürək xəstəliyi riskini ciddi şəkildə artırır. Araşdırmalar göstərir ki, gündə 8 saatdan çox oturan insanlarda koroner ürək xəstəliyi riski 20% artır. Oturmaq qan axınını yavaşladır və damar sağlamlığına mənfi təsir göstərir. Bu, hipertoniya, yüksək xolesterin və ateroskleroz kimi problemlərə gətirib çıxarır”.

Fizioterapevt qeyd edir ki, davamlı oturmaq təkcə fiziki sağlamlığa deyil, ruh sağlamlığına da mənfi təsir göstərir. Hərəkət çatışmazlığı beynin fəaliyyətini ləngidir, konsentrasiya itkisinə və aşağı enerjiyə səbəb olur:

“Bundan əlavə, oturmanın depressiya və narahatlıq riskini artırdığı müşahidə edilmişdir. Fiziki fəaliyyət stress hormonlarını tənzimləyir və psixi sağlamlığı dəstəkləyən xoşbəxtlik hormonu olan endorfinlərin ifrazını stimullaşdırır.

İş masasında oturmaq qarın əzələlərinin kifayət qədər aktiv şəkildə istifadə edilməməsi ilə nəticələnir. Qarın əzələlərinin zəifləməsi belin sabitliyini azaldaraq onurğanın sağlamlığını təhdid edir. Eyni zamanda, əyilmiş vəziyyətdə oturmaq ağciyər tutumunu məhdudlaşdırır və diafraqmanın düzgün işləməsinə mane olur ki, bu da dayaz və qeyri-adekvat nəfəs almağa şərait yaradır. Uzun müddət ekrana baxmaq göz əzələlərinin həddindən artıq yorulmasına və rəqəmsal göz yorğunluğu (kompüter görmə sindromu) kimi tanınan bir vəziyyətə gətirib çıxarır. Bu, baş ağrısı, bulanıq görmə, quru gözlər və boyun ağrısı kimi simptomlarla özünü göstərə bilər. 20-20-20 qaydası (hər 20 dəqiqədən bir, 20 saniyə ərzində 20 fut uzaqlıqdakı bir şeyə baxmaq) bu problemləri aradan qaldırmağa kömək edə bilər”.

Həkim vurğulayır ki, hər 30-60 dəqiqədən bir qalxmaq və qısa gəzintilər əzələləri aktiv saxlayır: “Sadə gərmə hərəkətləri ilə qan dövranını artıra bilərsiniz. Kreslonun bel dayağı olmalıdır və monitor göz səviyyəsində yerləşdirilməlidir. Klaviatura və siçan əlçatan yerdə, qollar və biləklər isə neytral vəziyyətdə olmalıdır”.

Aynurə İSMAYIL
 
Ardını oxu...
Çılpaq yatmaq sağlamlıq, emosional və fiziki rifah, tərəfdaşla yaxınlıq hisslərinin artması üçün yaxşıdır.

Yenisabah.az xarici mediaya istinadən bildirir ki, bu barədə klinik psixoloq, somnoloq Aleksey Melexin məlumat verib.

Melexin elm adamlarının son araşdırmalarına istinad edərək, çılpaq yatan cütlüklərin münasibətlərdə daha xoşbəxt olduğunu, çünki dəri ilə təmasda sevgi və məhəbbət hormonu oksitosinin istehsalını təşviq etdiyini söyləyib. Somnoloq əlavə edib ki, bu, öz növbəsində, stress və narahatlıq səviyyəsini azaldır və hətta yüksək qan təzyiqi və tip 2 diabet riskini azaldır. vakansiya 2023

Melexin müxtəlif xəstəliklərin qarşısının alınmasını və bədənin termorequlyasiyasının yaxşılaşdırılmasını çılpaq yatmağın başqa bir gözlənilməz üstəgəlliyi adlandırıb.

“İnfeksiyalar baxımından ayrı bir fayda var - kişilərdə cinsi sistemin daha yaxşı işləməsi üçün çox isinməməlidir. Qadınlarda bu, həm də heç bir şeyi sıxmamağa, həmçinin göbələk infeksiyalarının qarşısının alınmasını təmin etməyə imkan verir”, - Melexin vurğulayıb.

Somnoloq onu da qeyd edib ki, paltarsız gecə istirahəti tez bir zamanda dərin yuxu mərhələsinə qərq olmağa imkan verir ki, insan özünü daha enerjili və sağlam hiss etsin.
 
Ardını oxu...
Sosial şəbəkələrdə Türkiyə marketlərinin birində işləyən satıcının paylaşdığı video diqqət çəkib. Videoda ətin yeməyə yararsız hissələri və yeməyə yararlı hissələri ayrı-ayrılıqda ət maşınından keçirilir. Nəticədə isə arada heç bir fərq görünmür. Satıcı insanların bu yolla aldadıldığını bildirir. İstehlakçı arada heç bir fərq görməsə də sağlamlığına və büdcəsinə ziyan dəyir.

Ölkəmizdə vəziyyət necədir?

Marketlərdən çəkilmiş ət almağa dəyərmi?

TEREF xəbər verir ki, məsələ ilə bağlı news24 saytının suallarını qida eksperti Ağa Salamov cavablayıb:

"İstehlakçıların hazır çəkilmiş ət almağını məsləhət görmürük. Hansı ki, həmin məhsullar brend marka altında satılmır, təsdiqlənmiş deyil və baytar nəzarəti altında kəsilmir. Məsələn, ət aldığınız şirkətə qida institutundan nəzarət var, baytarı var, qida zənciri qırılmayıbsa ,o zaman, etibar etmək olar. Ancaq etibar etmədiyimiz mənbələr də var. Supermarketlərdə işıqlandırma sistemi elədir ki, çəkilmiş ət qıpqırmızı görünür. Şübhədən çıxmaq üçün həmin məhsullardan uzaq durmaq lazımdır. Ən yaxşısı,sümüksüz ət alıb, özümüz qiymə halına salaq. Bu, daha məqsədəuyğundur. Qiymələr bəzən başqa ət ilə də sintez edilir. Məsələn, qoyun ətinin çıxıntıları mal ətinə qarışdırılır. Digər bir aldadıcı vasitə isə süni rəngləndiricilərdir. Həmin rəngləndiricilər vasitəsilə ətin rəngi qırmızı görünür. Rəngləndirilən əti su ilə yuduqda,rəngini buraxır. Vətəndaşlar əti özləri çəkməli və ya marketdə çəkdirməlidir".
 
Ardını oxu...
Bəzən metrolarda yaranan sıxlıq insanların halının pisləşməsinə səbəb ola bilir. Bu səbəbdən onlara tibbi ləvazimat və ya suya ehtiyacı olur.

Bəs metropolitenlərdə stansiyalara, qatarlara ilkin tibbi yardım üçün dərman qutuları qoymaq olarmı?

Mövzu ilə Redaktor.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, sərnişinlər üçün tibbi xidməti peşəkar qaydada təmin olunur.

"Bakı metropolitenində olan tibbi məntəqələr yalnız işçi personalın, xüsusən də maşinistlərin reys qabağı işə çıxmazdan əvvəl tibbi normativlərə uyğun yoxlanılaraq işə buraxılması üçün nəzərdə tutulub. Sərnişinlər üçün tibbi xidməti yalnız peşəkar qaydada təmin olunur və bununla bağlı Bakı metropoliteninnin aidiyyatı üzrə qurumlarla, xüsusən də Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti ilə mümkün ən operativ əlaqə forması mövcuddur. Bakı metropolitenindən daxil olmuş, sifariş əsasında dəvət olunduğu stansiyaya uyğun olaraq ən yaxın məntəqə və yaxud da ən yaxın təcili tibbi yardım briqadası dərhal metropoliten stansiyasına yönləndirilir".


O, həmçinin qeyd etdi ki, qatarlarda və stansiyalarda ilk tibbi yardım qutularının qoyulması ilk növbədə təhlükəsizlik baxımından qiymətləndirilməlidir.

"Bununla bağlı bu günə qədər hər hansı bir ciddi problem olmayıb. Ümumiyyətlə, bu məsələ aidiyyəti qurumlarla müntəzəm olaraq müzakirə olunur və təbii ki, bütün monitorinqlərin nəticələri məhz bu süzgəclərdən keçirilərək dəyərləndirilir və qiymətləndirilir. Qatarlarda və stansiyalarda tibbi yardım qutularının qoyulması ilk növbədə təhlükəsizlik baxımından qiymətləndirilməlidir və müvafiq prosedurlar təmin olunmalıdır. Prosedur dedikdə, sadəcə olaraq, burada bunun hüquqi əsasları deyil, eyni zamanda onun ilk növbədə sərnişin və hərəkət təhlükəsizliyi baxımından bütün parametrlər üzrə qiymətləndirilməsi vacibdir. Bu məsələ də müxtəlif dövrlərdə müzakirə mövzusu olur", - deyə B.Məmmədov bildirdi.
 
Ardını oxu...
Xərçəng elə xəstəlikdir ki, hələ də onun nədən yarandığına dair dəqiq sübut yoxdur. Ümumilikdə, xərçəng yaradan qidalar barədə araşdırmalar olsa da, insan gün ərzində qarışıq məhsullar yediyi üçün kimsə sırf hər hansə qidadan xərçəngə tutulub deyə dəqiq diaqnoz qoymaq mümkün deyil.

Lakin, xərçəng yaranmasına gətirib çıxaran bəzi məhsullar varki, emal olunmuş ətlər, o cümlədən kolbasanın adı bu siyahıda çəkilir. Kolbasa uzunmüddətli istifadədə xərçəng xəstəliyi riskini artıra bilər. Xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) emal olunmuş ətləri insanlarda xərçəngə səbəb ola biləcək maddələr siyahısına daxil edib.

Kolbasa və digər emal olunmuş ətlərin zərərləri

Kolbasa və digər emal olunmuş ətlərin xərçəng riskini artırdığına dair elmi sübutlar mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) 2015-ci ildə yayımladığı hesabatda emal olunmuş ətlərə dair araşdırmaların nəticələrini açıqlayıb. Bu faktlar elmi araşdırmalara və uzunmüddətli müşahidələrə əsaslanır.

Emal olunmuş ətlərin istifadəsi və xərçəng riski: Kolbasa kimi emal olunmuş ətlər insan üçün kanserogen (xərçəng yaradan) olaraq təsnif edilmişdir. Xüsusilə bağırsaq (kolorektal) xərçəngi riskini artırdığı qeyd olunur.

Xüsusi kimyəvi maddələr: Kolbasa və digər emal olunmuş ətlərdə olan nitratlar, nitritlər və digər kimyəvi konservantlar bioloji proseslər nəticəsində potensial kanserogen maddələrə çevrilə bilər. Bu, xərçəngə səbəb olan DNT zədələnməsinə və hüceyrə mutasiyalarına yol aça bilər.

Emal olunmuş ətlərin istifadəsi ilə bağlı aparılan geniş miqyaslı tədqiqatlar göstərir ki, gündə 50 qram emal olunmuş ət istehlakı kolorektal xərçəng riskini təxminən 18% artırır.

Kolbasaların yüksək duz və yağ tərkibi ürək-damar xəstəlikləri və piylənmə riskini yüksəldir. Süni dadlandırıcılar və dolgu maddələri həzm problemlərinə səbəb ola bilər, yüksək temperaturda bişirildikdə isə kanserogen maddələr yaranır.

Kolbasanın zərərli maddələrini bədəndən necə təmizləmək olar?

Bu məhsullardakı risk faktorları nitritlər və digər konservantlardır, hansı ki, mədə-bağırsaq sistemi üçün zərərlidir və xərçəng riskini artıra bilər. Daim və çox miqdarda emal olunmuş ət məhsulları istehlak etmək sağlamlıq üçün zərərli hesab olunur, buna görə də bu cür qidaları daha az miqdarda və balanslı şəkildə qəbul etmək tövsiyə olunur.

Evdə necə kolbasa hazırlamaq olar?
Kolbasa və digər emal olunmuş ətlərin tərkibindəki zərərli maddələri bədəndən təmizləmək üçün yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, brokoli), liflə zəngin qidalar (tam taxıllar, paxlalılar), sitrus meyvələri (portağal, limon), sarıkök və zəncəfil kimi güclü antioksidant və antiinflamatuar bitkilər faydalıdır. Yaşıl çayda olan polifenollar və bol su içmək də toksinlərin çıxarılmasını dəstəkləyir. Həmçinin, sarımsaq və kətan toxumu qaraciyər funksiyasını gücləndirir və həzm sistemini təmizləyir. Bu qidalarla zəngin balanslı qidalanma bədənin təbii detoksifikasiyasını sürətləndirir.

Qeyd edək ki, xərçəng xəstəliyi, bədənin hüceyrələrinin anormal şəkildə böyüməsi və yayılması nəticəsində yaranır. Normal hüceyrələr müəyyən bir müddətdən sonra bölünməyi dayandırır, amma xərçəng hüceyrələri bu prosesi dayandırmadan böyüyür və digər toxumalara yayılır. Xərçəng bir çox fərqli orqan və toxumaları təsir edə bilər. Erkən diaqnoz və düzgün müalicə xərçəngin müalicəsində vacibdir. /milli.az
 

Ardını oxu...
  

Onlar kimi aldadır - elektron siqaret fəsadı....

Son zamanlar siqaret çəkənlərə qarşı cəza mexanizmlərinin sayı artıb. Amma bu, xüsusən də gəncləri siqaretdən yayındıra bilirmi? Niyə bu zərərli vərdişə daha çox gənclər meyl edir? Ümumi rəqəmlər nədən xəbər verir?

Ümumiyyətlə, elektron siqaret çəkənlər say etibarilə üstünlük təşkil edir. Çünki bu cür siqaretlər digərləri ilə müqayisədə daha cəlbedici olmaqla həm də asılılıq yaradır, ondan imtinanı çətinləşdirir.  Lakin bu qanun layihəsində elektron siqaretlərlə bağlı heç bir müddəa yer almayıb. Azərbaycanda siqaret çəkənlərin 36.7 faizini kişilər, 2.26 faizini isə uşaqlar təşkil edir. Qadınlarla bağlı rəqəmlərə gəldikdə isə Azərbaycanda gündəlik olaraq siqaret çəkən qadınların sayı təxminən 11 mindir. Bu barədə tobaccoatlas-ın 2015-ci il məlumatında qeyd olunub.

Məlumatda deyilir ki, Azərbaycanda siqaret çəkənlərin 0.58 faizini qızlar təşkil edir ki, bu da rəqəm etibarı ilə 1600-dür. 2016-cı ilin hesabatında isə qeyd olunur ki, Azərbaycanda siqaretdən dünyasını dəyişən qadınlar 8.51 faiz olub. Bu isə həftəlik olaraq 48 qadının siqaretdən dünyasını dəyişməsi deməkdir. Burada qeyd olunur ki, siqaret çəkməyə görə iqtisadi ziyan dəyəri isə 1387 milyon manatdır ki, bura da səhiyyə xərcləri ilə əlaqəli birbaşa xərclər və erkən ölüm və xəstələnmə səbəbindən itirilmiş məhsuldarlıqla bağlı dolayı xərclər, erkən ölümlə əlaqədar olaraq itirilən məhsuldarlıq dəyəri daxildir.

Britaniyadakı elm adamları, Bristol Universitetinin valideyn və uşaq sağlamlığı üzrə fəaliyyət göstərən ALSPAC araşdırma mərkəzinin 14 500 ailənin iştirak etdiyi araşdırmasından sonra bu nəticəyə gəliblər.

1266 gəncin 2004-2008-ci illərdə qeyd edilən məlumatlarını nəzərdən keçirən tədqiqatçılar 13,14 və 17 yaşlarındakı iştirakçıların siqaretdən və spirtli içkidən istifadə etməklərini və ürək damarlarının sağlamlığını araşdırıblar.

Burada iki əsas dəyişiklik irəli çıxıb:

- Həyatları boyu çəkdikləri siqaret sayı;

- Spirtli içkidən istifadə etməyə başladıqları yaş.

Araşdırma nəticələrinə əsasən, həyatı boyunca 100-dən artıq siqaret çəkənlər, ya da daha çox spirtli içki qəbul edənlərin ürəklərində, 20-dən az siqaret çəkənlərin və gündə 2 spirtli içki qəbul edənlərə nisbətdə daha çox damar sərtləşməsi əlamətlərinə rast gəlinib.

BBC-yə açıqlama verən Böyük Britaniya Ürək Fondunun (BHF) direktoru, professor Metin Avkiran dərnəyin maliyyə dəstəyi verdiyi bu araşdırmanın “cəsarət verən nəticələr” təqdim etdiyini söyləyib.

“Bu araşdırma ürək arteriyalarındakı problemlərin gənc yaşlarda belə özünü göstərə biləcəyini və bunun sonrakı illərdə çox ciddi problemlərə səbəb olacağını göstərir. Həqiqətən həyatınızı xilas edə biləcək bəzi dəyişiklikləri etmək üçün heç bir zaman gec deyildir” deyən Avkiran bunları əlavə edib:

“Siqareti tərgitmək ürəyinizi qorumaq üçün edə biləcəyiniz tək və ən yaxşı yoldur. Spirtli içki qəbul edirsinizsə, bunun təklif edilən miqdarı keçməməsinə diqqət etməlisiniz”.

Yalnız yaşı 60-dan yuxarı olan şəxslər deyil, 30 yaşlı siqaret çəkən gənclərin də koronavirusa yoluxma riski yüksəkdir. Bunu Türkiyə Səhiyyə Nazirliyinin Elmi Şurasının üzvü professor Yeşim Taşova bildirib. “İhlas” xəbər agentliyinə danışan professor əlavə edib ki, 50 yaşlı xroniki xəstələr də risk qrupuna daxildir.

Amerika alimləri siqaretə vərdiş əmələ gətirən maddəni aşkar ediblər. Britaniyanın “Deyli Teleqraf” qəzetinin yazdığına görə, 11 siqaret markası üzərində aparılmış tədqiqatlar Amerika bazarında ən çox satılan bu tütün məmulatlarının siqaret çəkənlərin beyninə müxtəlif dərəcədə təsir göstərdiyini aydınlaşdırıb. Belə ki, “Marlboro” siqaretlərində bu maddənin miqdarı 9,6 faiz, “Uinston”da 6,2 faiz, “Kemel”də 2,7 faizdir.

“Marlboro” siqaretlərinin istehsalçısı olan “ Filip Morris” şirkətinin nümayəndəsi isə bu faktlara özünəməxsus tərzdə münasibət bildirərək deyib ki, “təhlükəsiz siqaret yoxdur və onların hamısı eyni dərəcədə vərdiş yaradır”.

ÜST xəbərdarlıq edir ki, son vaxtlar gənclər arasında elektron siqaret aludəçilərinin sayı artıb və bu, çox ciddi təhlükə mənbəyidir. ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkmək nəticəsində xəstələnib.

Xüsusilə gənclər arasında elektron siqaretdən istifadə etmək vərdişi çox sürətlə yayılır. Bəzən gənclər elə düşünürlər ki, elektron siqaretlər ənənəvi siqaretlərdən daha az zərərlidir. Bəziləri isə bunu siqareti tərgitməyin ən səmərəli üsulu kimi qəbul edir. Əslində isə bu, heç də belə deyil. Tütün dumanlı siqaretlərdən də bahalı olan elektron siqaretlər ürək-damar və onkoloji xəstəliklər riskini artırır.

Elektron siqaret nikotinli və nikotinsiz olmaqla iki qrupa bölünür. Lakin əksər istehsalçılar onların tərkibinə mütləq nikotin daxil edirlər. Elektron siqaretin buxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir. Artıq bir çox ölkələrdə elektron siqaretlərin fəsadları qeydə alınıb.

Elektron siqaretlərdən gənclər daha çox tütünçəkmənin əvvəlində istifadə edirlər. Bu, bütün hallarda təhlükə mənbəyi sayılır və tütünçəkmənin dəstəklənməsinə xidmət edir. Çox vaxt qapalı məkanlarda siqaret çəkməyə icazə verilmədiyindən gənclər elektron siqaretə meyil göstərirlər. Halbuki çox vaxt elektron siqaretləri də, digər ənənəvi siqaretləri də eyni şirkətlər istehsal edir. Bu baxımdan, elektron siqaretlərin təhlükəsiz olması barədə deyilənlər, sadəcə, marketinq siyasətidir.

Dünya Səhiyyə Təşkilatının metodologiyası əsasında aparılmış araşdırmalara əsasən, Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 10,3%-i (əsasən oğlanlar) nə vaxtsa siqaret çəkib və onların 32,6 %-i 10 yaşadək bunu edib. Yeniyetmələrin 28,8%-i evdə, 40,8%-i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Siqaret çəkən yeniyetmələrin 64,8%-i mağazadan siqaret alıb. Halbuki qanunvericilik buna yol vermir. Yeniyetmələrin 32,5%-i düşünür ki, siqaret vitrinləri siqaret çəkməyə həvəsləndirir. Siqaret çəkməyən yeniyetmələrin 8%-i növbəti il siqaret çəkməyə başlaya bilər.

Ziqmund Freyd insanların vərdişlərini maraqlı izah edirdi. O deyirdi ki, oral tip xarakterli insanlarda vərdişlər daha çox olur. Ən çox da siqaret çəkmək. Bu gün bu vərdişlər azyaşlılar arasında sürətlə yayılır. Səbəb isə çox sadədir. Psixoloji mühitdə yaranan boşluq. Azyaşlı hər hansı bir formada özünün psixi enerjisini realizə etməlidir. Təəssüf ki, bu zaman onları doğru istiqamətə yönləndirmək olmur. Çünki valideyn və uşaq arasında çox dəhşətli uçurum var. Uşaqların bu tip addım atmalarına səbəb isə birbaşa valideynlərin özləridir.

Valideynlər bunu qəbul etməsə də, azyaşlı uşaqların yanında siqaret çəkərək ilk olaraq özləri bu vərdişi onlara təlqin edirlər. Uşaqlarda bunu örnək alır və özünü kişi kimi sübut etməyə çalışır. Bu, eynən qızlarda da belədir.

Hazırladı: Sevinc 


Ardını oxu...
   

Qoz qida dəyəri, qidalandırıcı xüsusiyyətləri və ləzzətli dadı ilə insan sağlamlığına çox faydalıdır.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu çərəzin tərkibində sağlam yağlar, liflər, vitaminlər və minerallar var.

Qoz ürək xəstəliklərindən beyin xəstəliklərinə, yaddaş problemlərindən şəkər xəstəliyinə qədər bir çox sağlamlıq vəziyyətinə faydalı hesab edilir.

Qoz digər çərəzlərdən daha yüksək antioksidant aktivliyə malikdir. Həmçinin bir ovuc qoz ovqatı yaxşılaşdırır.

Yüksək qan təzyiqi ürək xəstəliyi və insult üçün mühüm risk faktorudur. Qoz yemək yüksək qan təzyiqi olan insanlarda təzyiqi aşağı salmağa kömək edə bilər.

Qoz zəngin antioksidant mənbəyidir. Antioksidantlar sərbəst radikalları zərərsizləşdirərək hüceyrə və toxumaların zədələnməsi riskini azalda bilər. Bu, yaşlanma prosesini yavaşlatmağa və müxtəlif xroniki xəstəliklərin riskini azaltmağa kömək edir.

Qozda müxtəlif vitaminlər (məsələn, C və E vitamini) və minerallar var. Bu qidalar immunitet sistemini gücləndirə və bədəni xəstəliklərdən qoruya bilər.

Qozun digər bir xüsusiyyəti də iltihabı azaltmasıdır. Qoz tərkibindəki polifenollarla oksidləşdirici stress və iltihabla mübarizə aparır.

Qozda olan E vitamini dəri sağlamlığını dəstəkləyir, dəri hüceyrələrini qoruyur və saç sağlamlığını dəstəkləyə bilir.

Qoz təbii olaraq melatonin adlı bir hormon ehtiva edir. Melatonin yuxu rejimini tənzimləyən və yuxu keyfiyyətini yaxşılaşdıran bir hormondur. Buna görə də qoz istehlakı melatonin səviyyəsini artıraraq yuxu rejimini dəstəkləyir.

Beləliklə qoz:

1. Ürək sağlamlığını dəstəkləyir.

2. Beyin funksiyalarını yaxşılaşdırır.

3. Antioksidantlarla zəngindir.

4. İmmunitet sistemini gücləndirir.

5. Xərçəng riskini azalda bilər.

6. Dərinin və saçın sağlamlığını dəstəkləyir.

7. Çəkiyə nəzarətdə kömək edə bilər.

8. Depressiyanın təsirlərini aradan qaldırır.

9. Yuxu keyfiyyətini yaxşılaşdırır.

10. Reproduktiv sağlamlığı dəstəkləyir.

11. Anemiyanın qarşısını alır.

 
 
 
Ardını oxu...
Sosial layihələrə xüsusi önəmlə yanaşan “Nar” “Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün dizayner modelyer ixtisası üzrə peşə təlimlərinə start verir. Mobil operatorun dəstəyi ilə həyata keçirilən layihənin məqsədi nitq və eşitmə məhdudiyyətli şəxslərin gələcək karyeralarına və maddi sərbəstliklərinə töhfə verməklə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Layihə çərçivəsində 18-40 yaş arasındakı nitq və eşitmə məhdudiyyətli şəxslərə 3 ay boyunca zəngin təcrübəyə malik dizayner modelyer tərəfindən peşə təlimləri tədris ediləcək. Bu təlimlər iştirakçıların peşə bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların özünə inamlarını da artırmağa kömək edəcək. Təlimi uğurla başa vuranlara Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi tərəfindən müvafiq sahə üzrə şəhadətnamə təqdim olunacaq, bu da onların gələcək iş imkanlarını genişləndirəcək.

Qeyd edək ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan “Eventiada IPRA Golden World Awards 2019” müsabiqəsində “KSM üzrə ən yaxşı layihə” nominasiyasında qalib gəlmişdir. “Nar” bu mükafatdan və layihənin cəmiyyətə verdiyi müsbət təsirdən ruhlanaraq uzun illərdir ki, “Təlim Məktəbi” layihəsini davam etdirir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələrlə buradan ətraflı tanış ola bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir və son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
 

Dünyapress TV

Xəbər lenti