Ardını oxu...
“Əgər Zəngəzur Dəhlizi yaradılarsa, o zaman Ermənistanın cənub bölgələri ilə əlaqəsi kəsiləcək”. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə iranlı ekspert İsmayıl Əlixan çıxış edib.

“Pars Today” nəşrinə verdiyi açıqlamasında Əlixan onu da deyib ki, dəhlizin açılmasından sonra ermənilər İrana keçmək üçün Azərbaycanın da raszılıq və icazəsini almalı olacaqlar.

Ekspert qeyd edib ki, Ermənistan Azərbaycana cənubdan, İranla sərhəddə ərazi versə, İranla qonşu olmaqdan çıxacaq. “İran Ermənistanla ən qısa ümumi sərhədə malikdir. Bu cəmi 38 km təşkil edir. Bu, İran və Avropa arasında əlaqə qapısıdır və böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, bu olduqca məntiqsiz və əsassız yanaşmadır. Çünki Zəngəzur Dəhlizinin açılması Ermənistanla İran arasında əlaqələrin kəsilməsi anlamı daşımır. Bu sadəcə, İranın başqa bəhanə tapa bilməməsinin göstərəcisi olmaqla yanaşı, həm də məsələyə başqa don geyindirmək cəhdidir.
 
Ardını oxu...
Hazırda Qarabağın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan erməni əhalisinin ərzaq ehtiyatları kifayət qədərdir, acından heç kəs ölməyəcək.

DİA.AZ axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Bildirilib ki, Azərbaycan rus sülhməramlılara təklif də verib:

“Azərbaycan rus sülhməramlılara təklif verib ki, ehtiyac varsa, Ağdamdan ürəkləri istəyən qədər ərzaq ala bilərlər”.

Nəşrin məlumatına görə, Bakının bu təklifinə yaxın zamanda müsbət cavab verilmə ehtimalı böyükdür.

Qeyd edək ki, 15 iyunda ermənilərin “Laçın” sərhəd-buraxılış məntəqəsində sərhədçilərimizi və rus sülhməramlıları atəşə tutmasından sonra post müvəqqəti olaraq bağlanıb.
 
Ardını oxu...
Xəbər verildiyi kimi, Ukrayna Putinin "sülhməramlı"ların nəzarətində olan Azərbaycan ərazilərinə göndərdiyi milyarder "desant"ı Ruben Vardanyanı axtarışa verib. Ukraynanın sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil etdiyi Ruben Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib. Lakin erməni milyarderin hansı səbəblərdən axtarışa verildiyi bizim üçün qaranlıq qalıb...

Avropanın nüfuzlu "EU Reporter" analitik portalı “Aİ üçün təhlükə: Putinin əlaltısı Cənubi Qafqazda müharibəyə hazırlaşır” başlıqlı məqaləsini məhz Ruben Vardanyanın Qarabağdakı təxribatçı fəaliyyətinə və ümumiyyətlə, Rusiyanın burada Azərbaycan, Güney Qafqaz, Ukrayna və Avropa İttifaqına qarşı gördüyü işlərdən bəhs edir.

TEREF.AZ həmin məqaləni kiçik ixtisarla Moderator.az-a istinadla oxucuların nəzərinə çatdırır:

“Bu yaxınlarda ABŞ Rusiya kəşfiyyatı ilə əlaqəli qrupun yeddi aparıcı üzvünə Rusiyanın Moldovada destruktiv təsir kampaniyalarında və sabitliyi pozma əməliyyatlarında oynadıqları rola görə sanksiya tətbiq edib. Ən azı bir nəfərin qara siyahıya əlavə edilməsinə təcili ehtiyac var – hazırda “sülhməramlı” kimi görünən Rusiya hərbçilərinin bazasına çevrilmiş Azərbaycan torpaqlarında tanınmamış separatçı qurumun keçmiş “dövlət naziri” Ruben Vardanyanın...

Ötən həftə Ukrayna Məxfi Xidməti ("SSU") Vardanyanı saxlamağa və Ukrayna hakimiyyətinə və ya hər hansı NATO ölkəsinin səlahiyyətlilərinə təhvil verməyə çağırıb. Onun adı “Myrotvorets” ("Sülhməramlı") məlumat bazasında yer alıb. Orada ukraynalılar Rusiyanın işğalını dəstəkləyənlərin siyahısını təqdim edirlər.

Vardanyan Kremlə yaxın fəaliyyəti ilə məşhurdur. Xatırladaq ki, Ruben Vardanyanın 2005-2022-ci illərdə ofşor şirkətlər vasitəsilə çirkli pulların yuyulması və Putinin ətrafının ən nüfuzlu adamlarına (məsələn, Sergey Rolduqinə) pul köçürməsi ilə məşğul olduğu bildirilib. Həmin dövrdə o, Rusiya Federasiyasının prezidenti və hökuməti yanında “ekspert şuraları”nda, yalnız Putinə yaxın adamlar üçün əlçatan olan vəzifələrdə çalışıb. Eyni zamanda, Vardanyan 2011-ci ildə Rusiya Federasiyasının "Sberbankı"nın tərkibinə daxil olan “Troyka Dialoq” investisiya bankına da rəhbərlik edib.

2019-cu ilin martında Avropa İttifaqı parlamentinin üzvləri Vardanyanın “Troyka Dialoq”un rəhbəri kimi fəaliyyətinin araşdırılmasını tələb ediblər.

Bu günlərdə Vardanyanın və onun “Troyka Dialoq”unun adı ofşor şirkətlər mövzusu ilə bağlı yenidən gündəmə gəlib: Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi (OCCRP) “Troyka Dialoq”un ofşor şirkətlərin geniş şəbəkəsi yaratdığını inandırıcı şəkildə sübut edib. Bu şirkətlər Rusiyadan pulların yuyulması, nağdlaşdırılması və ya qeyri-qanuni çıxarılmasında ittiham olunan digər şirkətlərlə əməkdaşlıq ediblər. Söhbət 76 şirkətdən keçən 4,6 milyard dollardan gedir...

Bu gün Qarabağdakı separatçı anklavda “dövlət naziri” vəzifəsindən azad edilsə də,“Putinin pul kisəsi” hələ də Cənubi Qafqazda Rusiya qazı və neftinin əsas enerji təchizatı alternativlərindən biri olan Azərbaycan üçün qeyri-sabitlik mənbəyi yaratmaqla məşğuldur...

Qəribədir ki, ukraynalılar bunu avropalılardan və amerikalılardan daha yaxşı başa düşürlər. Ukrayna kəşfiyyat xidmətləri yalnız Cənubi Qafqazda Rusiyaya pilotsuz təyyarələr və raketlər verən İranla bağlı işləmir. Ukraynalılar başa düşürlər ki, Aİ-yə sabit enerji təchizatına təsir edən istənilən məsələ onlara ağır zərbə vura bilər.

Vardanyan bu yaxınlarda Qarabağdakı separatçıları silaha sarılmağa çağırıb: "Biz sona qədər döyüşəcəyik. Son həddi keçilib: siz ya "Artsax"ın müdafiəsinə qalxın, ya da bütün erməni xalqına qarşı". Bu çağırış Aİ və ABŞ-ın Ermənistan və Azərbaycan arasında sülh nizamlanmasına nail olmaq səyləri fonunda edilib...

“Sülhməramlılar (anklavdakı rus hərbçiləri - red.) “Artsax”ı dəstəkləyən qüvvədir... Onların burada daha çox sayda və daha uzun müddət qalması üçün biz çox iş görməliyik”, - Vardanyan belə deyib.

Mayın əvvəlində Rusiyayönlü mitinqdə o, Putinin Cənubi Qafqazda təsirini saxlamaq üçün bir vasitə kimi rus qoşunlarının iştirakının zəruriliyi ideyasını açıq şəkildə irəli sürüb.

Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya hərbçiləri Qarabağdakı separatçıları Çinin yüzlərlə “DJI Mavic 3” kəşfiyyat və zərbə vuran pilotsuz təyyarələri ilə təmin edib. Onlar minaatan kimi partlayıcı qurğuları atmağa imkan verən bombardman sistemləri ilə təchiz olunublar. Həmin silahların separatçılara verilməsi əmrini Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini Aleksey Kim verib. Onlardan təxribatlar üçün istifadə oluna bilər, məsələn, Bakı ilə İrəvan arasında sülh danışıqlarını sabotaj etmək və ya Qərbə qaz nəqlini əngəlləməklə regionda yeni müharibəyə başlamaq məqsədi ilə.

Bu təhlükənin qarşısını almaq vaxtıdır; Vardanyana qarşı nəinki sanksiya tətbiq etməyin, həm də onu İnterpol və digər Qərb təhlükəsizlik xidmətlərinin axtarışına çıxarmağın vaxtı çatıb”.

Zəruri şərh:

Moderator.az Ruben Vardanyanın Qarabağa daxil olduğu ilk gündən – 2022-ci il sentyabrın 1-dən Azərbaycan XİN-ə onun ölkəmizin ərazisindən uzaqlaşdırılması üçün təcili və qəti tədbirlər görülməsi üçün müraciət edib. Lakin təəssüf ki... Həmçinin Putinin milyarder desantının “dövlət naziri” vəzifəsindən azad edildiyi 23 fevral 2023-cü il tarixindən bəri də mütəmadi olaraq Vardanyanın Qarabağda və Ermənistanla sülhyaratma prosesi qarşısında böyük əngəl və təhlükə olduğunu vurğulayıb...
 
Ardını oxu...
“Mövcud çətinliklərə baxmayaraq Azərbaycanın minalarla çirklənmiş ərazilərinin artıq onda birini təmizləyib”.

APA xəbər verir ki, bunu Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Konvensiyanın 2023-cü il sessiyalararası görüşündə iştirak edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov deyib.

Səfir, həmçinin, Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini pozaraq Azərbaycana hələ də dəqiq mina xəritələrini verməkdən boyun qaçırdığı vurğulanıb. Bu xüsusda, beynəlxalq həmrəyliyin göstərilməsinin vacibliyi, həmçinin ölkəmizin beynəxalq təşkilatlarla əməkdaşlığa hazır olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
 
Ardını oxu...
Ermənistan ordusunun bütün sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirildiyinə dair məlumatlar var: avropalı müşahidəçiləri də bölgədən təcili təxliyə ediblər;

Ermənilər iddia edirlər ki, 1 nömrəli hazırlıq vəziyyəti Azərbaycan ordusunun hərəkətliliyinə görə elan edilib. Hərçənd, onların məlumatlarını analiz etdikdə hücumun Azərbaycan yox, Ermənistan tərəfindən hazırlandığı aydın görünür.

Birincisi, Azərbaycanın hərbi əməliyyatları öz ərazisində keçirməsi ehtimalı daha çoxdur, nəinki sərhədboyunca: mövcud şəraitdə Qarabağda separatizmin ləğv edilməsi daha aktual görünür;

İkincisi, ermənilər Azərbaycan ordusunun “Kəlbəcər, Laçın və Naxçıvan istiqamətində cəmləndiyini” iddia edir: Kəlbəcər və Laçın istiqamətində ordumuz strateji yüksəkliklərə sahibdir, Naxçıvan istiqamətində Zəngəzur dəhlizinin hərbi yolla açılması versiyası bölgədə üçüncü ölkələrin də qoşula biləcəyi hərbi eskalasiya riski yaratdığı üçün bu ehtimal az görünür;

Üçüncüsü, Ermənistan avropalı müşahidəçiləri sərhədə məhz “Azərbaycan atəş açır, təxribat törədir” iddialarını ispat etmək üçün gətiriblər: əgər Azərbaycan hücuma hazırlaşırsa, ermənilər müşahidəçiləri bölgədən təxliyə etməz, əksinə, “sübutlar toplamaq” üçün saxlayardılar; onların təxliyəsi hücumun Ermənistan tərəfindən hazırlandığını açıq şəkildə göstərir;

Ermənistanın mümkün təxribat hücumunun birdən çox hədəfi ola bilər:

1. Azərbaycan Qarabağda genişmiqyaslı anti-terror əməliyyatına başlayarsa, sərhəddə təxribatlarla cəbhəni böyütmək, qüvvələri ikiyə bölmək və zəiflətmək;
2. Kəlbəcər və Laçın istiqamətində əlverişli mövqelərə çıxmaq;
3. Naxçıvan istiqamətində təxribatlarla “Azərbaycan Zəngəzur dəhlizini hərbi yolla əldə etmək istəyir” görüntüsü yaratmaq və üçüncü ölkələri – Qərb ölkələrinin və İranın ən azı siyasi müdaxiləsinə (mümkünsə hərbi müdaxilə) nail olmaq;
4. Sərhəddə təxribatlarla danışıqlar masasında “güzgü prinsipi”ni – qoşunların geri çəkilməsini yenidən aktuallaşdırmaq və s;

Ermənistan ordusunun sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirilməsindən sonra – bu gün müdafiə naziri Suren Papikyanın Fransaya səfər etməsi də diqqət çəkən məqamlardandır.

Asif Nərimanlı - DİA.AZ
Ucar rayonunda 59 nəfərin qanunsuz işindən çıxarılmasını araşdıran yoxdur, nədəki əmək müqaviləsinə xitam verilməsinə dair əmirləri onlara təqdim edilmir.Hansı ki, əmrləri almaq üçün müarciətlər edilib.
Həmin 59 nəfər Ucar rayon sakinləri 2019-cu ildə “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına (komxoza) işə qəbul ediliblər.
Onları 2023-cü ilin aprel ayında qanunsuz işdən çıxarılıblar.Əsas göstərilir ki, Məşğulluq Agentliyi Ucarda 24 noyabr, 05 və 15 dekabr 2023-cü il tarixlərdə monitorinq aparan zaman həmin 59 nəfər işdə olmayıb.
Bunun isə korrupsiya əməli olmasını subut etmək çox asandır.
Beləki “DOST” İş Mərkəzinin müqaviləsi ilə Ucarda komxozda 350 nəfər işləyir, komxozun özünün isə 70 nəfər işçisi var.Bunu bütün Ucar rayon sakinləri bilir və görür ki, 450 dən çox işçisi olan komxozun hər gün 70 nəfəri təmizlik işi aparırlar.Qalan 400 nəfərə yaxın işçi aylıq haqq verir deyə işə gəlmirlər.Onlara qanunsuz davamiyyət yazılır hər ayda maaş alırlar. Yoxlama gələndə aylıq pul alan birqadirlər və müdir onlara xəbər edir ki, tez gəlin gözə görsənin yoxlama gəlib.
Onların arasında elələri var ki, Ucardan kənarda işləyi alver edir.Komxozun rəhbərliyi yoxlamanıda pul verib razı sala bilir deyə həmin aylıq pul verənlər barədə tədbir görülmür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, DOST Agentliyinin rəhbəri Fərid Məmmədov və “DOST” İş Mərkəzinin direktoru Firudin Cəbrayılovun hər birinə müraciət edib xahiş etmişəm kİ, 24 noyabr, 05 və 15 dekabr 2023-cü il tarixlərində Məşğulluq Agentliyi tərəfindən Ucarda aparılmış monitorinq zamanı çəkilmiş videoya mənim və digər şəxslərin iştirakı ilə baxılsın. Ancaq müsbət cavab verilməyib.Çünki həmin yoxlama zamanı təxminən 400 nəfər işdə olmayıb.Monitorinq zamanı çəkilmiş videoya baxanda bu aydın görünəcək. Ancaq bu əsasla 59 nəfər işdən çıxarılıb.Çnüki həmin 59 nəfər hər gün işə çıxıb aylıq pul verməyənlər idi.Sadəcə yoxlama saat 11 də gəlib deyə onları görməyib.Çünki dünyanın hər yerində olduğu kimi Ucarda da təmizlik işləri cəmiyyət yuxudan oyanmazdan əvvəl səhər saat 6 -00 dan başlayır.Bu insanlarda səhər saat 6-00 dan -10-00 kimi işləyib evə gediblər.
Komxozun müdiri və birqadirlər isə aylıq pul verib işə gəlməyənləri müdafiə ediblər.
Bir daha qeyd edirəm monitorinq zamanı çəkilmiş videoya baxılsın həmin günü işdə təxminən 400 adam olmayıb ancaq 59 nəfəri bu əsasla işdən çıxarıblar.
Bu bir qrup vəzifəli şəxsin Ucarda əlbir olub etdikləri cinayət əməlidir.Məqsəd isə isə o idi ki, işdən çıxardıqları adamların yerinə pul alıb yeni adamlar işə qəbul edib aylıq alsınlar.

Göyçay rayonunda “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə işləyənlərin çoxu işdən çxıarıldı ancaq rəhbərliyin işə qarışması bunun qarşısın aldı hansı ki həmin adamların əmək müqavilələrinə xitam verilib son haqq hesab pullarınıda almışdılar.Ancaq vicdanlı rəhbər buna imkan vermədi.Ucarda isə Mənsur Məmmədov laqeyid yanaşır çünki bu oynu quranlarla əlbirdir.

Fuad Hüseynov jurnalist - DİA.AZ

 
Ardını oxu...
Qarabağdakı separatçılar “Ria Novosti”nin “ABŞ Bakı ilə dialoq tələb edir, əks təqdirdə antiterror əməliyyatı keçiriləcək” xəbərdarlığına dair iddiasına münasibət bildirib: deyirlər ki, “mövcud şəraitdə münaqişənin dialoq yolu ilə həlli real deyil”;
Məlumatda iddia olunan “üçüncü ölkələrdə dialoq” da Azərbaycanın gündəliyinə daxil deyil.
Separatçılar üçün iki dəfə Bakıda reinteqrasiyanı müzakirə etmək təklifi verilmişdi, artıq nə bu təklif, nə də dialoq gündəmdə deyil.
Təslim olmaq tələbi var və yalnız bu halda amnistiya haqda müzakirə aparıla bilər.
Separatçıların “dialoqdan” imtina etməsi isə problemi fərqli yollarla həll etmək baxımından rəsmi Bakıya sərf edir.
Asif Nərimanli
 
Ardını oxu...
Paşinyan Laçın postuna hücum əmrini buna görə verib - DETALLAR

Ermənistanın Laçın postunda təxribat hücumu təkzibedilməz faktlarla sübut olunub. Artıq ermənilər də bunu təkzib edə bilmir, müxalifət isə bu təxribata görə Nikol Paşinyan hakimiyyətini ittiham edir.

Qarabağdakı ermənilər isə Ermənistan hakimiyyətinin bu təxribatı Azərbaycana fürsət vermək üçün törətdiyini iddia edirlər.

“Hraparak” nəşri Qarabağdakı separatçılara istinadən yazır ki, Ermənistan hakimiyyəti təxribatı qəsdən törədib.

“Məqsəd vəziyyəti gərginləşdirmək və Azərbaycanın Qarabağa nəzarəti təmin etməyini legitimləşdirməkdir. Nəticədə sərhəd-keçid məntəqəsi bağlandı və proses bu istiqamətdə gedir”, - Qarabağdakı ermənilər qeyd edirlər. \\Publika.az
Ardını oxu...
Bu gün Ermənistan hərbçilərinin “Laçın” postunda sərhədçimizi yaralaması da daxil olmaqla, müxtəlif istiqamətlərdə təxribatları ABŞ-ın İrəvandakı səfirliyinin dünənki çağırışını gündəmə gətirib.

Ötən gün səhər saatlarında ABŞ-ın Ermənistandakı səfirliyi diplomatik korpusun əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycanla həmsərhəd rayonlara hər hansı qeyri-vacib səfərləri qadağan etmişdi.

Səfərlərin qadağan olunduğu yerlər isə Ermənistanın Tavuş, Göyçə, Cermuk və Zəngəzur vilayətləridir.

Politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu, Vaşinqtonun Ermənistan ordusunun təxribatı haqqında əvvəlcədən məlumatlı olduğunu təsdiqləyir:

“ABŞ İkinci Qarabağ müharibəsinin başlanmasından bir neçə gün əvvəl də vətəndaşlarına oxşar xəbərdaqlıq etmişdi. ABŞ kəşfiyyatı dünyanın hər yerində olduğu kimi Cənubi Qafqazda da fəaldır, təsadüfi deyil ki, ABŞ-ın keçmiş SSRİ məkanında ən böyük səfirliyi Ermənistandadır”.
 
Ardını oxu...
Ermənistanın hərbi təxribatlara görə məsuliyyəti riyakarcasına Azərbaycanın üzərinə atması və Qarabağ bölgəsinə beynəlxalq missiya göndərilməsi təklifi bu ölkənin beynəlxalq öhdəliklərinə önəm vermədiyini bir daha nümayiş etdirir. Ermənistanın həm işğal dövründə, həm də sülh danışıqları prosesinə maneçilik törətmək məqsədilə Azərbaycana qarşı hərbi-siyasi təxribatlar törətməsi hər kəsə məlumdur. Məhz bu təxribatçı addımlar nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalına son qoyulması istiqamətində diplomatik səylər uğursuzluğa düçar oldu. Hazırda Ermənistan tərəfinin postmünaqişə dövründə ərazilərimizdən erməni silahlı qüvvələrini tam olaraq çıxarmayaraq öhdəliyini icra etməməsi Azərbaycanın təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir. Azərbaycan ərazisində mövcud olan qüvvələrin Ermənistana məxsusluğunun danılması Ermənistanın faktları necə saxtalaşdırdığının göstəricisidir. Sərhədyanı bölgədə törədilən təxribatlarla yanaşı, ərazimizdə mövcud olan qanunsuz birləşmələr Azərbaycanın yenidənqurma işlərinə maneədir. O baxımdan bütün erməni silahlı birləşmələr Azərbaycan ərazisindən dərhal çıxarılmalıdır.
TEREF.AZ-ın məlumatına görə, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistanın bölgədə sabitliyin əldə olunmasında heç bir marağı, istəyi yoxdur. Partiya rəhbərinin sözlərinə görə, bunun əsas səbəbi Ermənistanın kənardan idarə olunması, müstəqil dövlət ola bilməməsidir: "Ermənistan Rusiya ilə yanaşı, Qərbin də təlimatlarını icra edir. Erməni tərəfini təxribata sövq etməklə öz məqsədlərini reallaşdırmağa səy göstərirlər. Rəsmi İrəvanın açıqlamalarından da görünür ki, Ermənistanın da niyyəti Azərbaycanın Qarabağ bölgəsinə "beynəlxalq missiya" adı ilə xarici gücləri yerləşdirməkdir. Şübhəsiz, bunda da məqsəd prosesi mümkün qədər uzatmaq, ermənilər üçün münbit şəraitin yetişməsinə zəmin hazırlamaqdır. Çünki sülhlə bağlı şərtləri qalib Azərbaycan diktə edir. Ermənistan indiki halda öz hədəflərinə çata bilməyəcəyini yaxşı anlayır. Müəyyən qədər Qərbin, eləcə də ara-sıra Rusiyanın istəklərini dilə gətirməklə əslində öz niyyətlərini pərdə arxasına keçirməyə çalışırlar. Bölgədə, eləcə də Qarabağda hansısa problemin olmaması, gərginliyin tamamilə aradan qalxması üçün Ermənistan üçtərəfli bəyanatın bəndlərinə qeyd-şərtsiz əməl etməlidir. Qanunsuz silahsız birləşmələr torpaqlarımızdan dərhal çıxmalıdır. Sərhədlərin demarkasiya və delimitasiyası prosesi sürətlənməli, kommunikasiya xətləri reallaşmalıdır".

A.Əlizadə diqqətə çatdırıb ki, üzərinə vasitəçilik missiyasını götürən Rusiya, həmçinin Fransa kimi Qərb ölkələri də Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı deyil: "Əksinə, gərginliyin qalmasını istəyirlər. Gərginliyin davam etməsi sayəsində regiondakı siyasi-iqtisadi maraqlarını qoruya biləcəklərini düşünürlər. Bunun üçün də hər zaman olduğu kimi yenə də Ermənistandan alət kimi istifadə edirlər. Qarabağa "beynəlxalq missiya" göndərilməsi təklifi də bu məqsədlə gündəmə gətirilir. Şübhəsiz, rəsmi Bakının icazəsi, razılığı olmadan Qarabağa heç bir xarici ölkənin nümayəndələri, ordusu yerləşə bilməz. Sadəcə rus sülhməramlılarına müvəqqəti olaraq icazə verilib. Onlar da vaxt başa çatdıqda torpaqlarımızı tərk edəcəklər".

    
Ardını oxu...
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Laçında sərhəd-buraxılış məntəqəsindən keçməklə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindəki ermənilərə yardım gətirib.

Beynəlxalq təşkilatın Qarabağa humanitar yardım daşıyan nəqliyyat vasitələrinin sözügedən məntəqədən növbəti keçidi ilə bağlı videogörüntülər yayılıb.

Lakin burada bir addım gözdən yayınmır. Belə ki, BQXK öz missiyasının icrasında Qarabağda yaşayan mülki şəxslərin avtomobillərindən istifadə edir. Məhz bu addım onların fəaliyyəti ilə bağlı şübhə yaradır.
Daha ətraflı Baku TV-nin süjetində:

 
 
 

Dünyapress TV

Xəbər lenti