Rusiya və Qərbin təlimatları:
Ermənistanın hərbi təxribatlara görə məsuliyyəti riyakarcasına Azərbaycanın üzərinə atması və Qarabağ bölgəsinə beynəlxalq missiya göndərilməsi təklifi bu ölkənin beynəlxalq öhdəliklərinə önəm vermədiyini bir daha nümayiş etdirir. Ermənistanın həm işğal dövründə, həm də sülh danışıqları prosesinə maneçilik törətmək məqsədilə Azərbaycana qarşı hərbi-siyasi təxribatlar törətməsi hər kəsə məlumdur. Məhz bu təxribatçı addımlar nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalına son qoyulması istiqamətində diplomatik səylər uğursuzluğa düçar oldu. Hazırda Ermənistan tərəfinin postmünaqişə dövründə ərazilərimizdən erməni silahlı qüvvələrini tam olaraq çıxarmayaraq öhdəliyini icra etməməsi Azərbaycanın təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir. Azərbaycan ərazisində mövcud olan qüvvələrin Ermənistana məxsusluğunun danılması Ermənistanın faktları necə saxtalaşdırdığının göstəricisidir. Sərhədyanı bölgədə törədilən təxribatlarla yanaşı, ərazimizdə mövcud olan qanunsuz birləşmələr Azərbaycanın yenidənqurma işlərinə maneədir. O baxımdan bütün erməni silahlı birləşmələr Azərbaycan ərazisindən dərhal çıxarılmalıdır.
TEREF.AZ-ın məlumatına görə, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistanın bölgədə sabitliyin əldə olunmasında heç bir marağı, istəyi yoxdur. Partiya rəhbərinin sözlərinə görə, bunun əsas səbəbi Ermənistanın kənardan idarə olunması, müstəqil dövlət ola bilməməsidir: "Ermənistan Rusiya ilə yanaşı, Qərbin də təlimatlarını icra edir. Erməni tərəfini təxribata sövq etməklə öz məqsədlərini reallaşdırmağa səy göstərirlər. Rəsmi İrəvanın açıqlamalarından da görünür ki, Ermənistanın da niyyəti Azərbaycanın Qarabağ bölgəsinə "beynəlxalq missiya" adı ilə xarici gücləri yerləşdirməkdir. Şübhəsiz, bunda da məqsəd prosesi mümkün qədər uzatmaq, ermənilər üçün münbit şəraitin yetişməsinə zəmin hazırlamaqdır. Çünki sülhlə bağlı şərtləri qalib Azərbaycan diktə edir. Ermənistan indiki halda öz hədəflərinə çata bilməyəcəyini yaxşı anlayır. Müəyyən qədər Qərbin, eləcə də ara-sıra Rusiyanın istəklərini dilə gətirməklə əslində öz niyyətlərini pərdə arxasına keçirməyə çalışırlar. Bölgədə, eləcə də Qarabağda hansısa problemin olmaması, gərginliyin tamamilə aradan qalxması üçün Ermənistan üçtərəfli bəyanatın bəndlərinə qeyd-şərtsiz əməl etməlidir. Qanunsuz silahsız birləşmələr torpaqlarımızdan dərhal çıxmalıdır. Sərhədlərin demarkasiya və delimitasiyası prosesi sürətlənməli, kommunikasiya xətləri reallaşmalıdır".

A.Əlizadə diqqətə çatdırıb ki, üzərinə vasitəçilik missiyasını götürən Rusiya, həmçinin Fransa kimi Qərb ölkələri də Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı deyil: "Əksinə, gərginliyin qalmasını istəyirlər. Gərginliyin davam etməsi sayəsində regiondakı siyasi-iqtisadi maraqlarını qoruya biləcəklərini düşünürlər. Bunun üçün də hər zaman olduğu kimi yenə də Ermənistandan alət kimi istifadə edirlər. Qarabağa "beynəlxalq missiya" göndərilməsi təklifi də bu məqsədlə gündəmə gətirilir. Şübhəsiz, rəsmi Bakının icazəsi, razılığı olmadan Qarabağa heç bir xarici ölkənin nümayəndələri, ordusu yerləşə bilməz. Sadəcə rus sülhməramlılarına müvəqqəti olaraq icazə verilib. Onlar da vaxt başa çatdıqda torpaqlarımızı tərk edəcəklər".

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti