Ardını oxu...
Azərbaycan tərəfinin sərhəddə nəzarət və şəffaflıq tətbiq etməklə, Laçın yolundan qeyri-qanuni məqsədlərlə istifadənin qarşısının alınması, yoldan sui-istifadə hallarına yol verilməməsi öhdəliyi və salahiyyəti mövcuddur.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Laçın yolu ilə bağlı bəyanatına münasibətdində bildirilib.

Qeyd olunub ki, bu səylərə baxmayaraq, Ermənistan tərəfi yenə də təxribatlardan əl çəkməyib, buraxılış məntəqəsinə atəş açıb, qaçaqmalçılığa cəhd göstərib və Azərbaycanın icazəsi olmadan əraziyə yük avtomobilləri göndərməyə çalışıb. Azərbaycan tərəfi bu təxribatlara baxmayaraq, yenə də Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə erməni sakinlərin məntəqədən keçidinə şərait yaradıb və yalnız bir gün ərzində, 27 iyul tarixində Laçın sərhəd buraxılış məntəqəsindən 34 nəfər şəxsin 7 nəqliyyat vasitəsilə keçidi təmin olunub. Böyük həcmdə yüklərin əraziyə daşınması üçün isə “Ağdam-Xankəndi” daxil olmaqla, alternativ yollar təklif edilsə də, Azərbaycanın suveren ərazisində bu qərarına uzun müddət ərzində nümayiş etdirilən hörmətsizlik humanitar vəziyyət ilə bağlı səslənən iddiaların yalnız spekulyasiya olduğunu göstərir.
Ardını oxu...
Ermənistanın ötən gün səhər saatlarında Azərbaycana qarşı növbəti “humanitar şou”ya başladığı günün əvvəlində aydın oldu – Hökumət evinin yanında sıralanan yük maşınlarına yüklənən “zəruri ərzaq mallarına” baxmaq üçün səfirliklərin nümayəndələri dəvət olunduqda.

Bunun ardınca isə mübahisəli, bir-birini təkzib edən xəbərlər sıralandı:

1. Hökumət evinin yaxınlığına xarici ölkə səfirlərinin dəvət edildiyi bildirildi. Məqsəd yüklərə sэfirlərin də baxması, burada yalnız ərzaq olduğunu öz gözləri ilə görməsi idi.

Yalnız Rusiya səfirliyinin hümayəndəsinin yüklərə baxış keçirdiyi haqda məlumat yayıldı. Digər heç bir ölkənin səfiri və yaxud səfirlik nümayəndəsinin yüklərə baxdığını təsdiqləyən xəbər, foto, video yoxdur;

2. İrəvanda Hökumət evinin yaxınlığında 10 yük maşınının video və fotosu yayıldı. Məhz bu maşınların yük yeri açılmışdı və xarici ölkə səfirliklərinin baxması üçün göstərilirdi.

Az sonra Hökumət evinin yanındakı maşınların sayı 19-a çatdı.

9 yük maşını ora necə əlavə olundu? Səfirliklərə göstərmək üçün onların yük yeri açılmışdımı?

3. Erməni mediası ”humanitar yük”ün 400 ton olduğunu bildirdi. Ancaq qısa müddət sonra Ermənistan Baş naziri Nikol Paşinyan yükün 360 ton olduğunu dedi.

Nikol Paşinyan bu gün hökumətin iclasında göndərilən “humanitar yük”ün 361 ton olduğunu bildirib: Un – 100 ton, makaron – 80 ton, qənd – 60 ton, ət məhsulları – 40 ton, quru süd – 40 ton, duz – 20 ton, uşaq yeməyi – 12 ton, dərman – 9 ton.

a) Əvvəla, niyə hər yerdə 400 ton olduğu bildirilir, yalnız Nikol Paşinyan 360 və 361 tondan danışır? Niyə dəqiqləşdirilmir?

b) Sərhədimizə göndərilən yük maşınları ağırtonnajlı və iriqabaritli “Volvo” TIR-larıdır. Bu şirkət 2019-cu ildə Ermənistanda “Spayk” adıyla fəaliyyətə başlayıb.

“Volvo” irihəcmli TIR-larının yükgötürmə qabiliyyəti 60 tondan başlayır və 100 tona qədər artır. Yəni bu maşınlara 100 ton da yük vurmaq mümkündür, ancaq 60 ton minimumdur.

Hətta minimumla götürsək, 360 ton yükü Xankəndiyə gətirmək üçün cəmi 6 TIR kifayətdir. Yalnız dərmanın çəkisi az, həcminin böyük olduğunu düşünərək, 9 ton dərman üçün bir ayrıca TIR ayrıla bilər ki, bu da maksimum 7 TIR etməlidir.

Belədə, maraqlıdır: 19 TIR-la Xankəndiyə nə daşınır?

– ya daha çox ərzaq gətirilir, amma gizlədilir, həcmi az göstərilir – Paşinyanla digər rəsmilərin fərqli çəki deməsi də bu şübhəyə yol açır;

– ya “səfirlərə göstərmədikləri” gizli yük var – bunun hərbi olması ehtimalı yüksəkdir;

– ya da şounu daha dəbdəbəli, daha irihəcmli göstərməyə xidmət edirlər: 6-7 yük maşını ilə 19 yük maşınının “göstərişi” fərqli effekt verir.

4. Ermənistan rəsmiləri bu “humanitar yardım”ın Xankəndi və ətrafında yaşayan insanların yalnız 1-2 günlük qida ehtiyacını ödəyəcəyini bildirir.

“1-2 günlük qida ehtiyatının ödənilməsi” üçün bu şouya dəyərmi? Bəs, 1-2 gündən sonra nə edəcəksiniz? Niyə “problemin” köklü həlli üçün daha ciddi addımlar atılmır? Məsələn, Ağdamdan istənilən ərzağı almaq bu qədərmi çətindir?

Ağdamdan Xankəndiyə yol 36 km, İrəvandan xankəndiyə isə 323 km-dir. Əgər doğrudan da ərzaq qıtlığı varsa, 36 km-likdən niyə almırlar? Niyə 323 km-likdən ərzaq daşınmalıdır?

5. “Humanitar fəlakət” yaşanırsa, aylardır blokada varsa, heç nə tapılmırsa, Xankəndidə indiyə qədər bircə adam acından ölübmü?

6. Azərbaycan Xankəndidə humanitar böhran olduğuna inanmır. Əgər ciddi narahatlıq varsa, bizim mütəxəssislər vəziyyətlə yerində tanış olmaq üçün Xankəndiyə gedə bilərlər.

Bunun xahiş edə bilərsiniz və Bakı mütəxəssislər göndərə bilər./axar.az/
 
Ardını oxu...
Ermənistan tərəfindən nəqliyyat vasitələrinin Laçın dövlət sərhədinin keçid məntəqəsində cəmləşdirilməsi siyasi şou, manipulyasiyadır və növbəti təxribata cəhdidir.

Teref.az “Report”a istinadən xəbər verir ki, Ermənistan tərəfi Azərbaycanla razılaşdırmadan yük maşınlarını sərhəd məntəqəsinə yığır.

Ermənistan bu addımla siyasi şou yaradır və siyasi möhtəkirlik nümunəsi ortaya qoyur. Xarici səfirliklərin, o cümlədən də Avropa İttifaqının nümayəndələrini yığıb sərhədə gətirmək sözün əsl mənasında məsələdən tamaşa düzəltmək anlamına gəlir. Digər tərəfdən, Qərb ölkələrinin səfirlik nümayəndələrinin bu tamaşada iştirakı riyakarlıqdan başqa bir şey deyil. Ermənistanın və onun havadarlarının növbəti şousu heç bir nəticə verməyəcək və iflasa məhkumdur.

Azərbaycan dəfələrlə bəyan edib ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun sözlərinə görə, yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başadüşülən deyil.

“Burada məqsəd siyasi şou və siyasi möhtəkirlikdən başqa bir şey deyil”, – xüsusi nümayəndə əlavə edib.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonra qeyd edib ki, teatral səhnələr və yük maşınlarını nümayiş xətrinə Laçın yoxlanış məntəqəsinə gətirməkdənsə, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son verməli, öz qüvvələrinin elementlərini Azərbaycanın Qarabağ regionundan çəkməli və qanunsuz marionet rejimin maliyyələşdirməsini dayandırmalıdır.

Prezidentin köməkçisi onu da qeyd edib ki, beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolunun istifadəsi və Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın siqnal göndərməlidir.

Hikmət Hacıyevin fikrincə, Ermənistanın Ağdam yolundan imtina edərək yalnız Laçın yolundan istifadədə israr etməsi və məsələni siyasiləşdirməsi qəbuledilməzdir.

 
Ardını oxu...
Azərbaycan və Ermənistanda əsl fırtına Sergey Lavrov tərəfindən yaradıldı. Dünən danışıqlar zamanı köməkçisi Lavrova yaxınlaşaraq ondan xahiş edib ki, “DQMV” ifadəsini işlətməsin, çünki bu, Azərbaycanın xoşuna gəlmir.

DİA.AZ axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Mikrofon açıq idi. Lavrov mikrofonu söndürdu və “DQMV” ifadəsini işlətmədi. İndi bütün erməni sosial şəbəkələri qışqırır ki, Rusiya Azərbaycanın yanındadır. Onlar deyirlər ki, erməni Qarabağı dumanda yoxa çıxır və onunla vidalaşa bilərlər. Azərbaycan sosial şəbəkələri isə həvəslə Rusiyanı tərənnüm edir və deyirlər ki, nizamlanmada əsas ABŞ və ya AB deyil, məhz Rusiya olmalıdır”, - o bildirib.
Ardını oxu...
Müşaviri Lavrova “keçmiş DQMV” sözünün Azərbaycanın xoşuna gəlməyəcəyinə dair xəbərdarlıq etsə də, Rusiyanın xarici işlər naziri “Dağlıq Qarabağ” ifadəsindən istifadə edir.
Əslində Lavrovun mikrafonunun açıq qalmasına ehtiyac yoxdur, Rusiyanın Qarabağla bağlı mövqeyi bəllidir.
Dəyişən Bakının mövqeyinin güclənməsi və mövcud reallıqda rusların Qarabağla bağlı düşündüklərini yüksək səslə deyə bilməmələridir.
Asif Nerimanli
Teref.az
Ardını oxu...
“Biz dialoqa necə gedə bilərik? Nə qədər dialoqa getsək də, onların məqsədi yalnız birdir: inteqrasiya. 18 yaşlı gəncimiz Azərbaycan ordusunda xidmətə necə gedə bilər? Mən belə bir şey təsəvvür edə bilmirəm, bu, mümkün deyil...”

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bu separatçı, revanşist fikri Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz “qanunverici” orqanının “deputat”ı Nela Qriqoryan NEWS.am ilə söhbətində söyləib.

Samvel Babayanın da dəstəklədiyi mümkün Xankəndi-Bakı dialoquna toxunan N.Qriqoryan birmənalı olaraq belə dialoqun əleyhinə olduğunu bildirib.

“Samvel Babayan fikrini bütün xalqa aid etməməlidi. Bu onun fikridir. Əvvəl o özü Ağdama getsin, ya da övladıını göndərsin”- deyə separatçı “deputat” qeyd edib.

O, Ermənistan hakimiyyətindən nə gözlədiyi sualına belə cavab verib: “Hazırda mənim İrəvandan heç bir gözləntim yoxdur, çünki onlar artıq yüksək səviyyədə Artsaxın Azərbaycan olduğunu bəyan ediblər... Mənim gözləntim müəyyən dərəcədə Rusiya sülhməramlılarıyla bağlı ola bilər...”
Ardını oxu...
Qarabağda separatçı erməniləri qızışdıran, davamlı olaraq təxribatçı çıxışları ilə diqqət mərkəzində olan Rusiyanın kuklası Ruben Vardanyan bölgədə yaşayan ermənilərə müraciət edib. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu dəfə o, Qarabağda qalmaqdan və kilsə tikməkdən danışıb.

O özünün Teleqram kanalında yazıb ki, kilsə tikmək lazımdır. “Heç nə etmək mümkün olmayan kimi görünəndə nə edirsiniz? Məbədlər tikin! Benzin yoxdu? At sürəcəyik, gəzəcəyik. Əlaqə yoxdur? Gəlin kağız üzərində məktublar yazaq. Yemək olmasa, son çörəyi də bir-birimizlə bölüşəcəyik. Biz daha güclü olmağı bilirik. Oksigen olmasa belə, biz burada qalacağıq”.

Vardanyan bildirib ki, onlar Qarabağda yeni kilsə tikməyi qərarlaşdırıblar: “Bu gün biz qərara gəldik ki, 7-ci əsrdə əsası qoyulmuş Müqəddəs Hakobavank məbədini bərpa edək. Çılpaq əllərlə, əcdadlarımızın etdiyi kimi – avadanlıqsız, yanacaqsız, mövcud ənənəvi materiallardan. Bütün insanlar – hər birindən qabiliyyətinə görə. Biz müqəddəs Akobavankın ruhani keşiş Ovannes Hovhannisyanla razılaşdıq ki, hamını bu işdə iştirak etməyə çağıracağıq. Bu tikintidə hər kəsin yeri olacaq. Biz ziyarətgahlarımızdan inanılmaz güc alırıq. Bunlar bizim kökümüzdür! Budur əcdadlarımızın ruhu, burada bizim həyat gücümüz, burada hər şeyimiz var. Bu bizim torpağımızdır, bura bizim havamızdır! Bunlar bizim dağlarımızdır! Məbədlər və yollar tikəcəyik, uşaqları böyüdəcək və öyrədəcəyik. Biz burada yaşayacağıq! Qarabağı sona qədər müdafiə edəcəyik! Monastırın bərpası ilə bağlı işlərə iyulun 28-də başlanacaq. Hər kəsi Stepanakertdəki Bizim Dağlar Mərkəzində (David Sasuntsi 2) gözləyirik”.

P.S. Vardanyan ənənəvi erməni nağıllarından daha birini danışıb. O, yenə də erməniləri anlaşmaya, Azərbaycanın tərkibində yaşamağa yox, təxribata çağırıb. Elə zənn edir ki, kilsə tikməklə, belə davranışlarla nəsə əldə edəcəklər. Bu sarsaq deyir ki, Qarabağ üçün mübarizə aparacaqlar. Nəynən? Hansı güclə və imkanla? Bu qədər sarsaqlığı yerə qoyub, ağıllı başla düşünsəydi, indi nə bu problemlər var idi, nə də bir erməninin belə burunu qanamamışdı. Görünür, Vardanyan Kremldəki havadarlarının əli ilə bir qədər də erməni qanı tökməyi qarşısına məqsəd qoyub.
 
Ardını oxu...
“Ermənilərin Azərbaycana qarşı hər gün yeni iddialarını, saymazyana, meydan oxurcasına xüsusi siyasi ambisiyalı çıxışlarını, bəyanatlarını görməmək mümkün deyil. Azərbaycan türklərinə nifrət dolu münasibət, bizim xoş məramlı, humanitar addımımızı düşməncəsinə qarşılamaq - son günlərin əsas mövzusudur. Bu mənzərə situativ formadan çıxaraq strateji xarakter almağa başlayır və Qarabağ hadisələrinin başlandığı ilk illərdəki erməni iddialarından mahiyyət etibarı ilə fərqlənmir, çünki o illərdə olduğu kimi, Rusiya yenə də separatçıların arxasında, yanında, önündədir”.

Teref.az AzPolitika-ya istinadla xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Qarabağ ətrafında yaranmış son durumu şərh edərkən bunları deyib.

Onun sözlərinə görə, ermənilər Şarl Mişel başda olmaqla Qərbi də hədəfə alıblar, Rusiyaya xoş görünmək üçün Qərbi hədəfə almaq ermənilərin işinə yarayır və Rusiya XİN-in Azərbaycana qarşı yönəlik son bəyanatı buna sübutdur.

“Rusiya artıq yerdəki adamlarına xüsusi təlimatlar göndərir və bu onların çıxışlarında aydın görünür”, - deyə ekspert vurğulayıb.

İ.İsmayıl Ruben Vardanyanın bir ildir Qarabağ ərazisində olduğunu xatırladır: “Hərbi kontingentlə kifayətlənməyən Rusiya zəngin və şovinist Vardanyanı siyasi perspektivlə təlimatlandıraraq Qarabağ ərazisinə göndərib. Vardanyanın dediklərinə bəlkə də diqqət yetirməmək olardı, onsuz da erməninin terrorçusu, katolikosu, prezidenti, baş naziri, sıravisi hər gün Qarabağ barədə nəsə danışır, amma Vardanyan danışanda, deməli, Kreml danışır. Ona görə də, bəzi məqamlara nəzər salmağı məqsədəuyğun hesab etmək olar. Vardanyanın dünən “FB” səhifəsində yazdıqlarının tezis şəklində Kremldən göndərildiyinə şübhə olmasın”.

Bəs Vardanyanın dili ilə Moskva hansı tələblərlə, ideyalarla çıxış edir?

Təhlükəsizlik eksperti bunları qeyd edib: “Vardanyan “humanitar hava dəhlizinin” açılmasının birinci dərəcəli əhəmiyyət kəsb etdiyini deyir. Və məhz bu hava yolu ilə BMT-nin və başqa beynəlxalq təşkilatların Bakıdan yan keçməklə Xankəndinə gəlməsini, kömək göstərməsini tələb edir.

Ağdam-Əsgəran yolundan istifadə etməklə humanitar məqsədlərdən imtina edən ermənilərə bizim nəzarətimiz olmayan heç bir hava dəhlizi açmağa yol vermək olmaz. Onsuz da ruslar son günlər çox intensiv şəkildə helikopterlər vasitəsilə Qarabağdakı qanunsuz erməni silahlı qüvvələrinin təminatını həyata keçirir. Əgər hava dəhlizinə icazə verilsə, Laçın yolundakı sərhəd-buraxılış məntəqəsinin mənası qalmaz. Xocalı hava limanı o zaman açıla bilər ki, ora birbaşa Azərbaycan nəzarət edəcək, gediş-gəliş, daşınan yüklər, Laçın yolunda olduğu kimi bizim filtrasiyadan keçəcək. Rusiya özünü hədəfə gətirməmək üçün Azərbaycana təkbaşına deyil, beynəlxalq güclərin vasitəsilə təzyiq planlaşdırır və Vardanyanın dili ilə bildirir ki, “Vaşinqton, Paris, Moskva vasitəçi kimi Azərbaycana təzyiq etməlidir ki, situasiyada dəyişiklik yaransın”.

Bir az da irəli gedərək tamam yeni oyunçunun – Çinin də sülhməramlı kontingentlə bölgəyə cəlb edilməsini vacib bilir. Ermənilərin fantaziyasına görə planetdəki dövlətlər, xüsusilə qlobal güclər bütün problemlərini, işlərini unudub yalnız Qarabağ ermənilərinin maraqları ilə məşğul olmalıdırlar. BMT Ukraynanı unudub ruslara beynəlxalq mandat verməlidir. Adam olsaydılar, deyilərdi ki, BMT-nin, dünyanın Rusiyanı işğalçı kimi gördüyü bir vaxtda adı çəkilən dövlətlərdə, qurumda necə Rusiya sevgisi ola bilər ki, dünyanın ən aqressiv ölkəsinə sülhməramlı mandatı versin?”

İlham İsmayıl hesab edir ki, Azərbaycanı ermənilərə nifrət təbliğatı aparmaqda ittiham edənlərə sonuncu hərəkətlərini xatırlatmaq lazımdır: “Ağdam yolundan istifadə etməklə minimum qida problemlərinin həll olunmasına etiraz edərək yola beton plitə döşəyən, “biz düşmən qapısına getmərik” şüarı ilə çıxış edən erməni daha çox bizə nifrət təbliğatı aparır, yoxsa 30 ildən çox müddətdə torpaqlarını işğal etmənizə baxmayaraq, sizə xoş məram nümayiş etdirib humanitar yol təklif edən Azərbaycan?

Hələ cinayətkar, Xocalı qatili Samvel Babayan da dünən təklifləri ilə bir az da qabağa gedib, birbaşa BMT-yə müraciət edərək Azərbaycanın bu təşkilata hansı ərazi ilə daxil olmasına yenidən baxılmasını xahiş edir. Yəni bunların ağlından keçən odur ki, BMT Azərbaycanın ərazi bütövlüyündən imtina edib, Qarabağı sinidə ermənilərə hədiyyə etsin. Erməni qatil BMT-nin yaxasını yalnız bu absurd xahişlə buraxmır, Qarabağda beynəlxalq təminatlı sülhməramlı mandatın təmin edilməsini də istəyir. BMT xətti həm Vardanyanın, həm də Babayanın planında təsadüfən səslənmir, çünki tezislər eyni mənbədəndir. Təbii ki, Rusiyaya müraciət heç yaddan çıxmır və Rusiyadan yaranmış situasiyaya müdaxilə etməyi xahiş edir. Bütün dünya ermənilərini də yaddan çıxarmadan ümumi mübarizəyə səsləyir. Azərbaycanı intensiv olaraq hədəf göstərməkdə əsas məqsəd Laçın yolunun açılması, nəzarət məntəqəsinin ləğv edilməsidir. Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, hətta yol açılmasa, sərbəst gediş-gəlişə şərait yaradılmasa danışıqları dayandıracaqları ilə hədələyir”.

Ekspert vurğulayır ki, Azərbaycan bu hücumları zərərsizləşdirmək üçün özü hücum diplomatiyasına başlamalı, tələblərin reallaşma mexanizmini şərt olaraq göstərməklə qarşı tərəfi müdafiə mövqeyinə çəkilməyə məcbur etməlidir.

“Məsələn, erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmağa 10 gün vaxt verməklə. Ermənilərin yenidən dərsi verilməsə, şirnikib iddialarını reallaşdırmaq üçün Rusiya ilə birlikdə Qarabağda təxribatların miqyasını böyüdəcəklər”, - deyə İlham İsmayıl qeyd edib.

Onun sözlərinə görə, danışıqlar prosesi real nəticələrlə yekunlaşmır, əksinə, sadə, pozitiv bir fikir belə Ermənistan və Rusiya tərəfindən süngü ilə qarşılanır: “Perspektiv Brüssel, Qranada görüşlərindən sonra da eyni reaksiyaların şahidi olacağıq. Rusiyanın qeyri-konstruktiv mövqeyi, ermənilərin revanşist çağırışları, Qərbin yumşaq tərzi Azərbaycanın 2025-ci ildə Xankəndi və ətrafına dövlət nəzarətini bərpa edəcəyini şübhə altına alır. İki il səkkiz ay ərzində bir sıra taktiki və sərhəd-buraxılış məntəqəsi ilə strateji uğurlar qazansaq da, məsələnin yekun nöqtəsinin vurulmaması bu gedişlə vəziyyəti mürəkkəbləşdirir. Düzdür, buna birmənalı qiymət vermək mümkün deyil və ən azı Rusiya-Ukrayna müharibəsinin perspektivdə hansı beynəlxalq şəraiti yaratmasından çox məsələlər asılı olacaq. Amma biz qeyri-müəyyən gələcəyə deyil, bu günə hesablanan və real nəticələr verəcək siyasi, hərbi addımlar atmalıyıq. Düşməni və havadarını müdafiəyə çəkilməyə məcbur edib, Qarabağın qalan hissəsində suveren hüquqlarımızı bərpa etməliyik...”

İ.İsmayıl sual edir: “Niyə erməni silahlı qüvvələrinin çıxarılmasına vaxt qoyub xəbərdarlıq etmirik? Əgər bu tələbimiz keçmirsə, növbəti tələbimiz daha sərt və konkret olmalıdır. Məsələn, sabah elan edirik ki, Azərbaycan dövlət strukturları 10 gündən sonra Xankəndinə daxil olacaq və legitim hakimiyyət strukturları fəaliyyətə başlayacaq. Rusiya silahlı qüvvələri də iki toplum arasında asayişi, təhlükəsizliyi təmin edəcək. Yəni, gəlirik! Başqa bir təklif: keçmiş Dağlıq Qarabağ ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların Şuşa-Xankəndi, Ağdam- Əsgəran, Tərtər-Ağdərə istiqamətində aksiyasını təşkil etmək, “evimizə qayıdırıq” şüarları ilə fasiləsiz etiraz aksiyasına başlamaq. Erməni razı olmayacaq, Rusiya sülhün yaranmasını tez hesab etdiyi kimi, Azərbaycanın da dövlət nəzarətinin bərpasını Lavrovun sözləri ilə “hələ tezdir, bu məsələni gələcək nəsillər həll edərlər” cavabını verəcək. 27 sentyabr 2020-dək də belə siyasət yeritdilər, indi biz də tarixdən dərs götürüb deməliyik ki, zor-xoş, biz öz torpaqlarımızda dövlət nəzarətimizi yaradırıq. Ermənilər istəsələr qalsınlar, istəməsələr, yol açıqdır. Bir sözlə, 2025-ci ili gözləmədən ən yaxın hədəf Xankəndi olmalıdır!..”

Ardını oxu...
     

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərində olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Ardını oxu...
“Qərbin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan danışıqlarından sonra onların Qərb proqramını addım-addım irəlilətməyə çalışdıqları nəzərə çarpır. Yəni, Qarabağ statussuz və Rusiya sülhməramlıları olmayan Azərbaycanın bir hissəsidir”. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu sözləri siyasi texnoloq Armen Badalyan deyib.

O bildirib ki,Brüsseldə irəliyə doğru daha bir addım atılıb. “Biz bu addımı onunla qiymətləndirə bilərik ki, Aİ-nin yüksək rütbəli rəhbəri Qarabağın erməni əhalisini, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi kimi qeyd edib və Azərbaycandan humanitar yardımını ala biləcəyini qeyd edib. Bundan sonra Ermənistandan Laçın vasitəsilə Qarabağa yox, Ağdamdan Xankəndinə gedən yolla yardımlar daşınacaq”.

Badalyan Laçın dəhlizini açmaq üçün “yol” da fikirləşib. O deyib ki, bunun bir yolu var, o da mitinqlər təşkil etmək və ardından hücumlara başlamaq. “Əvvəlcə mitinqlər təşkil edib, Qarabağdakı rəsmiləri istefaya göndərmək lazımdır. Ardından Qarabağda problemi olan adamı seçmək və onu başa gətirmək lazımdır. Yeni təyin olunan “pörezident” isə güc strukturlarının rəhbərlərini dəyişməli, ardından isə zorla yolu açıb, bütün Laçını nəzarətə götürməlidir”.

P.S. Ermənilər hələ də anlamırlar ki, onların Azərbaycan Ordusuna qarşı döyüşmək imkanları yoxdur. Əksinə, bu gün üzük qaşı kimi, əhatəmizdədirlər. İstənilən təxribata isə ən sərt formada cavab verilir ki, bunun da əyani sübutlarından biri iyunun son günlərində ermənilər də gördülər. İndi bu ağıldankəmlər hansı qüvvə və güc ilə müharibə etmək fikrindədirlər? Əgər 90-cı illərdəki hava başlarında qalısa, o zaman ağıllı olmaları daha məsləhətdir. Çünki indi 90-cı illər deyil.
 

Dünyapress TV

Xəbər lenti