Ardını oxu...
“Erməni tərəfinin yeritdiyi siyasət yanlışdır və bizim qonşu iranlılar demişkən, halva-halva deməklə, ağız şirin olmaz. Danışıqlarda da belədir. Paşinyan “sülh” sözünü nə qədər təkrar etsə də, sülh yaxınlaşmır, əksinə, faktlar tam əksini sübut edir”.

Teref.Az xəbər verir ki, bu sözləri siyasi ekspert Tatev Ayrapetyan özünün teleqram kanalında bildirib. O daha sonra yazıb: “Bu gün Sünik (Zəngəzur) rayonunun Qafan hava limanı hədəfə alınıb. Azərbaycan səhərdən axşama kimi Ermənistanın bütün ərazisini öz ərazisi kimi təqdim edir, yer adları dəyişirdirilir. Bu təbliğat deyil, bir proqramdır və ermənilərin beyninə də belə yeridilir. Ona görə də nə imzalanırsa, imzalansın, biz bununla barışmayacağıq. Sülh müqaviləsi ilə bağlı İran da nə vaxtsa partlayacaq”. \\KONKRET.az
 

Ardını oxu...
Bu gün Laçın şəhəri günüdür.

"DogruXeber.az"ın xəbərinə görə, Azərbaycanda ilk dəfədir ki, Laçın şəhəri günü qeyd olunur.

Belə ki, Laçın şəhəri günü Prezident İlham Əliyevin ötən ay imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir.

Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində ötən ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri tviter səhifəsində (indiki "X" sosial şəbəkəsi) elan edib.

Dövlət başçısının ötən ilin bu günü paylaşdığı mətndə deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".

Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.

Artıq bir ildir ki, Laçın şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı dalğalanır.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatıb.

Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapıb – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qalıb və bununla da tarixi ədalət bərpa olunub. Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatandan sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci ilin dekabrın 1-də təhvil verilib.

30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulub, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Laçın şəhərinə məcburi köçkünlərin qayıdışına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.

Laçın şəhəri ilə yanaşı Zabux və Susda da yenidənqurma və bərpa işləri aparılır.
Ardını oxu...
“Rusiya-Ukrayna müharibəsi Avrasiya dəmir yolu əlaqəsinin effektivliyinə ciddi ziyan vurub, bu fonda Transxəzər marşrutunun nəqliyyat imkanları yüksələ bilər”.

Bunu “Report”a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən, Qərbin Rusiyaya qarşı ciddi sanksiyalarından sonra logistika əlaqələri pozulub.

Ekspert bildirib ki, əvvəllər Çindən Qazaxıstan, Rusiya və Belarusa gedən marşrut vardı, ancaq bu marşrutla qatarların hamısı gedib Belarusun Brest şəhərində tıxanırdı, çünki ötürmə gücü zəif idi:

“Sonra Rusiyanın öz ərazisindən keçən Baykal-Amur magistralı işə salındı. Ancaq təbii fəlakətlər dəmir yolunu su altında qoyub, eyni zamanda, müharibə nəticəsində bu marşrut işləmir. Bu isə oradan gələn yüklərin azalmasına gətirib çıxarır və alternativləri gündəmə daşıyır. Bu baxımdan Orta Dəhlizin potensialı böyükdür”.

R.Ağamirzəyev vurğulayıb ki, Orta Dəhliz multimodal, yəni müxtəlif nəqliyyat vasitələrinin birləşməsindən ibarətdir və böyük maraq kəsb edir.

Mütəxəssis qeyd edib ki, son on ilin göstəricilərini nəzərdən keçirəndə nəyə görə Orta Dəhlizin böyük maraq kəsb etdiyini görmək mümkündür:

“10 il əvvəl Qazaxıstan ərazisində bu ölkənin tam mərkəzindən yolu 900 kilometr qısaldan dəmir yolu layihələri icra olunmuşdu. Eyni ildə Türkiyədə Marmaray tuneli istifadəyə verilmişdi. Bu da Avropa ilə Asiya arasında marşrutun Türkiyə ərazisində kəsintisiz əlaqələnməsi demək idi. 2017-ci ildə isə Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdü ki, bununla yol daha da qısaldı və multimodallıq azaldı. 2018-ci ildə Azərbaycan Bakı limanını Ələtə köçürdü və bu, gələcək üçün böyük perspektivlər açdı. Limanın yükqəbuletmə və ötürmə potensialını artdı”.

Bununla belə, ekspert hələ də müəyyən problemlərin olduğu bildirib. R.Ağamirzəyev deyib ki, Azərbaycan müəyyən yükləri qəbul edə bilər, amma böyük yüklərdən danışdıqda bunun üçün bütün dəhliz ölkələrində infrastruktur hazır olmalıdır:

“Azərbaycan, demək olar, dəhliz ölkələri arasında daha yaxşı vəziyyətdə olan, yatırdığı sərmayələrlə özünü doğruldan bir ölkədir. Ancaq onu da nəzərə alaq ki, Azərbaycan düzən ərazidə yerləşir. Bizim marşrutlarımız, əsasən, ya Kür-Araz ovalığından keçir, ya da Xəzər boyu. Ona görə də bizdə bu, tikinti sürətinə birbaşa təsir edir. Amma qonşularımızda dağlıq ərazi olduğu üçün bu işlər böyük xərc, daha çox süni qurğuların tikintisi və vaxt tələb edir”.

R.Ağamirzəyev söyləyib ki, Orta Dəhlizin tam inkişafı bütün iştirakçıların addım atması vacibdir. Məsələn, Xəzərin digər sahillərində yerləşən ölkələrdən olan Qazaxıstan bir liman tikib, amma artan yük qarşısında genişləndirmə işləri görülməlidir:

“Türkmənistan böyük bir liman infrastrukturuna malikdir. Burada çatışmayan element Çin-Qırğızıstan-Özbəkistan dəmir yoludur. 30 ildən artıq idi ki, onun ətrafında müzakirə gedirdi. Keçən il Şanxay Əməkdaşlıq Təşkilatında qərara alındı və artıq tikintiyə başlanıb. Hədəfləndiyi üzrə 2025-ci ildə işlər tam icra olunub bitdikdən sonra daha qısa bir marşrut yaranmış olacaq. Bu bizim üçün ona görə önəmlidir ki, bizim istiqamətdə artıq bir yox, iki marşrut fəaliyyət göstərəcək”.

Həmsöhbətimiz baş verəcək yeniliyin isə Azərbaycan ərazisində dəhlizlərin şaxələndirilməsi mövzusunu gündəmə gətirdiyini vurğulayıb:

“Ona görə də Azərbaycan bütün riskləri nəzərə alaraq Zəngəzur dəhlizi ətrafında işlər görür. Bu həm Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin reinteqrasiyası, həm də “Böyük Qayıdış” proqramındakı bütün daşımaların dəmir yolu vasitəsilə icra edilməsi baxımından vacibdir, həmçinin, qitələrarası əlaqə baxımından əhəmiyyət kəsb edir. Ümumiyyətlə, istənilən yol, birinci - ölkənin öz daşımaları, ikinci - regional daşımalar, üçüncü - qitələrarası daşımalar baxımından əhəmiyyətlidir. Hər ölkə öz ərazisində daşımanı bunları nəzərə alıb təşkil etsə, daha effektiv olacaq”.

R.Ağamirzəyev qeyd edib ki, Azərbaycan Şərq-Qərb dəhlizi üzrə xərclərin optimallaşdırılması üçün Bakıdan Böyük Kəsiyə uzanan sabitcərəyanlı elektriklənmiş dəmir yolunun dəyişən cərəyana keçidi işlərinə başlayıb:

“Ucardan Böyük Kəsiyə bu işlər bitib. Ucardan Bakı istiqamətinə isə işlər davam edir. Bu bizim üçün xərcləri 20 faiz optimallaşdıracaq və daha ucuz daşımağa imkan yaradacaq. Bundan başqa, 40 ədəd “Az8A” dəyişən cərəyanlı işləyən, 10 ədəd isə dəyişən və sabit cərəyanlı “Az4A” lokomotiv alınıb. Bu işlər davam edir, çünki yük artdıqca hərəkət tərkibinin də yenilənməsinə ehtiyac var. Ümumiyyətlə, işlər bir günlük deyil, qısa, orta və uzun vədəli həll olunmalıdır. İlkin olaraq beşillik yol xəritəsi cızılıb”.
 

Ardını oxu...
Qarabağ separatçılarının lideri Araik Aryutunyan Ağdamdan keçməklə Xankəndinə gedən yolun açılmasına razılıq verməyi planlaşdırır. Turan agentliyi Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu, onun opponentlərinin, o cümlədən rusiyalı biznesmen Ruben Vardanyan və daşnakların etirazına səbəb olub.

Öz növbəsində Araik Arutyunyanın silahlı tərəfdarları “hökuməti”, “parlamenti” qovacaqları və “böhran şurası” yaradaraq, bütün hakimiyyəti ona verəcəkləri ilə hədələyirlər.

Hər şey Araik Arutyunyanın bir neçə gün əvvəl istefa vermək niyyətində olduğunu elan etməsindən sonra başlayıb. Bundan sonra Ruben Vardanyan onu istefa ilə bağlı fikrini dəyişərək ictimaiyyəti aldatmaqda ittiham edib. O, Arutyunyana göndərdiyi videomüraciətdə deyib: “Siz nə lider, nə də ali komandan ola bildiniz və bu, davranışınızla bağlıdır”.

“Həftənin əvvəlində siz hamını istefaya gedəcəyinizə inandırırdınız və artıq qərar verdiyiniz üçün sizi dilə tutmağa ehtiyac olmadığını deyirdiniz. Amma 8 nəfərin iştirak etdiyi iclasda çoxları sizə inanmadı. Siz elə bir vəziyyət yaratdınız ki, artıq dövlət başçısının sözlərinə heç kim inanmır, sizin sözləriniz boş şeylərdir”, – deyə o, davam edib.

O, daha sonra qeyd edib ki, Arutyunyan “qırmızı xətti” keçib və xalq bunu ona bağışlamayacaq. Amma bununla nə demək istədiyini açıqlamayıb.

Bu sualın cavabı Arutyunyanın Azərbaycanla əməkdaşlığa razı olduğunu və Ağdamdan Xankəndiyə gedən yolu açmağa hazır olduğunu iddia edən erməni mətbuatında yer alıb. “Past” nəşrinin məlumatına görə, yaxın vaxtlarda Bərdədə Qarabağ ermənilərinin nümayəndələrinin Azərbaycan hakimiyyəti ilə görüşü keçiriləcək və orada bütün məsələlər razılaşdırılacaq.

Bu planlar təkcə Ruben Vardanyanın deyil, Azərbaycanla barışığın əleyhinə çıxan qüvvələrin, ilk növbədə daşnakların etirazına səbəb olub. Qarabağ “parlamenti”nin rəhbəri David İşxanyanın Bakı ilə münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların qarşısını almaq cəhdləri ona gətirib çıxarıb ki, Arutyunyanın silahlı tərəfdarları “parlament”i ələ keçiriblər, sakitləşmək istəməyən İşxanyanı hədələyiblər. Bunu öz videomüraciətində yeni peyda olmuş “Artsax könüllülərinin komandiri” Karen Matevosyan bildirib. Qarabağdan gələn xəbərlərə görə, bu hərbi dəstənin üzvləri Arutyunyanın əleyhdarlarına təzyiq göstərir və onları hədələyirlər.

Hər şeydən göründüyü kimi, Azərbaycanla reinteqrasiya ideyasının əleyhdarları da boyun əymək niyyətində deyillər və qətiyyətli addımlara hazırdırlar. “Təhlükəsizlik qüvvələrinin” və hər şeydən əvvəl qeyri-qanuni Qarabağ “ordusunun” mövqeyinin necə olacağı bəlli deyil.

Hadisələrin necə inkişaf edəcəyi naməlum olaraq qalır, lakin İrəvanın susması Ermənistanın bu prosesə müdaxilə etmək niyyətində olmadığını deməyə əsas verir. Eyni zamanda, vəziyyətin gərginləşməsi və müxtəlif qruplar arasında silahlı qarşıdurmanın başlaması Bakının Qarabağdakı qanunsuz silahlı birləşmələri tərksilah etmək planlarını sürətləndirə bilər.

Yuxarıda təsvir edilən hadisələrdə həqiqət payı nə qədərdir? Hər şey tam olaraq erməni mediasının təqdim etdiyi kimi ola bilərmi? Əgər belədirsə, onda belə çıxır ki, “prezident” Araik nədənsə yenidən mövqeyini dəyişib və artıq az qala Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasının tərəfdarıdır. Buna nə səbəb ola bilər? Kremldən verilən “işarə”? Bəs Rusiya bununla hansı məqsədləri güdə bilər?

Rusiya pasportu olan ermənilərin Qarabağdan çıxarılması ilə bağlı yeni tendensiyanın Moskvanın özü tərəfindən başlandığını istisna etmək olmaz. Xüsusən də, sülhməramlı kontingentdəki rus hərbçilərinin gedənlərə fiziki yardım göstərdiyini yada salmaq lazımdır. Görünür, bu hadisələr separatçı elitada çaxnaşma yaradıb və elitanı təşkil edən müxtəlif klanlar arasında çəkişmə başlayıb.

DİA.AZ-ın məlumatına görə, yaranmış vəziyyəti Press Kluba şərh edən Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bildirib ki, Ağdam-Xankəndi yolunun açılması məsələsinin Moskvada həll olunduğu açıq görünür.

“Amma bu o demək deyil ki, yol mütləq açılacaq. Çünki biz sadəcə olaraq Moskvanın hazırda Qarabağda hansı kombinasiya oynadığını bilmirik. Ola bilsin ki, bu, həqiqətən də onların reallıqları anladıqlarının göstəricisidir və nəticədə Ağdam-Xankəndi yolunun açılışı olacaq. Bəlkə də əksinə, Moskva Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında qeyri-sabitlik yaradacaq ki, bu da bütövlükdə danışıq imkanlarının və Qarabağ ermənilərinin reinteqrasiyası perspektivlərinin tam əngəllənməsinə gətirib çıxaracaq.

Ümumiyyətlə, son vaxtlar hesab edirəm ki, ruslara sülhməramlı kontingenti saxlamaq lazım olduğu tezisinə düzəliş etmək lazımdır. Ruslar bu gün sülhməramlı kontingenti deyil, daha çox Ermənistanla Azərbaycan arasında müharibə və düşmənçilik vəziyyətini saxlamaq istəyirlər. Və bunun üçün Qarabağdakı ermənilərə həqiqətən ehtiyacları olmaya bilər. Lakin növbəti gərginlik və döyüş əməliyyatlarına səbəb olacaq faciə çox lazımdır. Buna görə də, indi həm Bakı, həm də İrəvan xüsusilə diqqətli olmalıdır”, – gürcü analitik hesab edir.
 

Ardını oxu...
Bütün beynəlxalq mexanizmlər, təzyiq vasitələri Azərbaycanı Laçın yolunu açmağa məcbur edə bilmədi. 16 avqustda BMT Təhlükəsizlik Şurasında Ermənistanın tələbi üzrə baş tutan nəticəsiz toplantı bu məqsəd uğurunda mübarizənin kulminasiyası idi. Erməni isteblişmentində dərin məyusluq, həmçinin vurnuxma var, bunu onların mediasında və sosial şəbəkələrin Ermənistan seqmentində aydın görmək olur.

Şübhəsiz, Qarabağdakı hərbi xunta, Ermənistan hakimiyyəti və onların mövqeyinə fəal dəstək verən beynəlxalq çevrələr vəziyyətdən çıxış yolu haqda düşünürlər. Məşhur deyimdə olduğu kimi, ən çıxılmaz hesab olunan problemdən ən azı iki çıxış yolu var, sadəcə, düşünmək lazımdır. Bu baxımdan, erməni cameəsi də istisna deyil. Amma onlar hansı yolu seçəcəklər, bu zaman regiondakı reallıqları nəzərə alacaqlar, yoxsa iki əsrə dayanan erməni hikkəsinin əsrinə çevrilməkdə davam edəcəklər, bunu yaxın zaman göstərəcək.

Reallıq belədir:

BMT TŞ iclasından heç bir qətnamə, bəyanat, yazılı açıqlama olmaması göstərdi ki, Azərbaycanın mövqeyi haqlıdır, habelə beynəlxalq münasibətlərdəki hazırki status-kvo rəsmi Bakıya qarşı sərt təzyiq siyasəti formalaşdırmağa imkan vermir;

Ermənistanın müttəfiqi, Qarabağda işğalı mayalandıran və dəstəkləyən Rusiya imperiyası ağır günlərini yaşayır, Ukraynadakı fəlakətli müharibədən necə çıxacağı qeyri-müəyyəndir. Kremlin əvvəlki resursları azalıb, qarşısında güclənən Türkiyə-Azərbaycan tandemi var, onlarla hesablaşmaq məcburiyyətindədir;

2018-ci ildə Ermənistanda baş vermiş məxməri inqilab nəticəsində iqtidara gələn Nikol Paşinyan komandası müharibədəki biabırçı məğlubiyyətdən sonra vəziyyəti obyektiv qiymətləndirib, ölkəni dalandan çıxarmağa çalışır. Amma Rusiyanın təzyiqləri, Ermənistanın daxilində onun dəstəklədiyi radikal millətçi qruplar ona problemlər yaradır. Paşinyanın siyasətinin mahiyyətini bugünkü çıxışı dəqiq ifadə edib. Baş nazir Müstəqillik Bəyannaməsinin qəbulunun 33-cü ildönümü ilə bağlı xalqa müraciətində sözügedən sənədi sərt tənqid edib. Xatırladaq ki, Müstəqillik Bəyannaməsində Türkiyəyə qarşı ərazi iddiaları da yer alırdı. Sitat: “2020-ci il müharibəsindən əvvəl, xüsusi ilə də sonra Bəyannamənin mətnini dəfələrlə, təkrar-təkrar oxudum. Etiraf etməliyəm ki, müharibədən sonrakı təəssüratlarım müharibədən əvvəlkindən bir qədər fərqli idi. Bəyannamənin mətninin tənqidi təhlili göstərir ki, biz nəticədə Ermənistanı Sovet İttifaqının bir hissəsi edən düstura əsaslanan diskurs və məzmun seçmişik: bu, regional mühitlə qarşıdurma diskursudur ki, bu, bizi qonşularla daima münaqişədə saxlayır. …Hökumətimizin qəbul etdiyi sülh gündəliyi müstəqilliyin gündəmidir, çünki biz sülh yolunda olsaq, müstəqilliyimiz də olacaq. Sülh olana qədər SSRİ-nin ruhu bizim və regionumuzun səmasında dolaşacaq. Mən müstəqilliyi, suverenliyi, demokratiyanı seçirəm. Ermənistan Respublikasının vətəndaşları da müstəqilliyi, suverenliyi, demokratiyanı seçirlər…”

Beləliklə, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağı, Türkiyə ilə münasibətləri normallaşdırmağı Ermənistanın müstəqilliyinin qarantı sayır. O, qarşıdurmaya, yeni müharibəyə getməyəcək, buna resurslar da yoxdur.

Yuxarıda təsvir olunan reallıqlar Qarabağdakı hərbi xuntanın rəhbərliyində fikir ayrlığını, qarşıdurmanı dərinləşdirib. Son günlər Xankəndində baş verən gərginlik əslində ümidsizliyin təzahürüdür. Çünki ümid ediləsi heç bir resurs yoxdur:

Azərbaycan beynəlxalq təzyiqlər nəticəsində Laçın yolunu dəhlizə çevirəcəyi ilə bağlı illüziyalar yoxa çıxıb;

Rusiyanın Azərbaycana sərt təzyiq edib güzəştlərə vadar etməsi barədə ümidlər puç olub;

Öz dərdinin hayına qalan Ermənistan rəhbərliyindən daha kömək gözləməyə dəyməz.

Bölgədə insan kimi yaşamağın yeganə yolu Azərbaycanın şərtlərini qəbul etməkdir. Rəsmi Bakının Ağdam vasitəsilə Qarabağa humanitar dəhliz verilməsi təklifi BMT Təhlükəsizlik Şurasının iclasında da müzakirə edilib, Avropa ittifaqının rəhbərləri də bu variantı dəstəkləyir.

Erməni mediası yazır ki, Xankəndindəki separatçı rejimin rəhbəri Arayik Arutyunyan da dünən keçirdiyi iclasda Ağdam yolu ilə yüklərin daşınması barədə qərar qəbul edildiyini açıqlayıb. Media yazır ki, Aratunyan artıq bu məsələni müzakirə üçün qaldırmır, reallıq kimi təqdim edir.

“Görünür, yaxın vaxtlarda Ağdam yolunda qoyulmuş beton hasar dağıdılacaq. Arayik Arutyunyan bildirib ki, bu yol boyu daşınma qismən olacaq. Ağdam yolu ilə tikinti materialları, dizel yanacağı, dərman preparatları tədarük olunacaq. Ərzaq Rusiya sülhməramlıları vasitəsilə Laçın vasitəsilə gətiriləcək”, – deyə “Hraparak” qəzet yazıb.

Arutyunyan bildirib ki, növbəti mərhələdə Azərbaycandan da gələcək qaz və elektrik enerjisi məsələsinin müzakirəsi planlaşdırılır. O, deyib ki, Azərbaycan bu güzəşt müqabilində Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunun istismara verilməsini tələb edir. Söhbət Nənə və Baba heykəlinin altından keçən məşhur dolama yolundan gedir. Onlar bu məsələlərdə razılığa gəlmək üçün yaxın vaxtlarda yenidən görüşmək qərarına gəliblər.

Bir gün əvvəl yayılan xəbərlərdə isə Arutyunyanla Rusiyanın Qarabağdakı emissarı, milyarder Ruben Vardanyan arasında açıq müstəviyə çıxan qarşıdurmadan bəhs olunurdu. Vardanyan yerli mətbuata açıqlamasında Arutyunyandan istefaya getməsini tələb edib. O, hətta bildirib ki, Arutyunyan onun da arasında olduğu 8 şəxslə görüşdə istefaya gedəcəyinə söz verib, lakin sonradan vədinə əməl etməyib. Bu arada məlum olub ki, qondarma rejimin “parlamenti”ndə insident baş verib.

İki gün əvvəl bir qrup silahlı erməni qondarma “parlament”ə girərək, iclası yarımçıq saxlayıb. Karen Motevosyan adlı “səhra komandiri”nin rəhbərlik etdiyi bu silahlı qrup “parlamentin yeni sədri” David İşxanyanı və “parlament” üzvlərini hədələyərək, Araik Arutyunyanın ünvanına səsləndirilən təhqirləri dayandırmağı tələb edib. Həmin silahlı dəstənin şəxsən Arutyunyanı müdafiə və mühafizə etdiyi bildirilir.

Erməni mətbuatı yazır ki, bütün bunlar qondarma rejimin rəhbərliyi uğrunda Arutyunyanla Vardanyan arasında gedən mübarizənin yeni mərhələsidir və belə görünür ki, Vardanyan bu mübarizədə uduzur.

Ermənilərin “Faktİnfo” nəşri isə iddia edib ki, Arutyunyan Azərbaycanla danışıqlara getməyə və Ağdam yolunun açılmasına razılıq verib. O, hətta yaxın günlərdə Bərdə şəhərində Azərbaycan rəsmilərilə görüş keçiriləcəyini iddia edib.

Əlbəttə, A.Arutyunyanın Xankəndində vəziyyətə tam hakim olduğunu düşünmək olmaz. Bu yaxınlarda Rusiya dəstəkli qüvvələr radikal millətçi David İşxanyanı “spiker” postuna gətirməyə nail olublar. O, dünən yaydığı bəyanatda Vardanyanın tezislərini təkrarlayaraq “Artsax”ın müstəqilliyini qorumaqdan dəm vurub. Həmçinin onlar və Ermənistandakı müxalifət partiyaları sentyabrın 2-də “Artsax”ın müstəqilliyinin 33-cü ilini kütləvi mitinqlə qeyd etməyə hazırlaşırlar. Bunlar daxili vəziyyəti daha da gərginləşdirə bilər.

Şübhəsiz ki, proseslərə əsas təsiredici qüvvə Rusiyadır, Xankəndində hansı qüvvələrin ayaqda qalacağına o qərar verəcək. Məsələ burasındadır ki, Azərbaycan Kremlin sabitləşdirməyə çalışdığı status-kvonu qəbul etmək istəmir. Bakının gündəliyində duran əsas məsələ ilk növbədə Qarabağın silahsızlaşdırılması, daxili kommunikasiyaların açılmasıdır. Son günlər həmin bölgədə atəşkəsin tez-tez pozulması da güc tətbiqi variantının gündəmdə olduğunu göstərir.

Arutyunaynın Moskvadan “xəbərsiz” Bakının şərtlərini qəbul etməsi, danışıqlara gəlməsi inandırıcı deyil. Görünür, Moskva hansısa kompromislərə getməklə gərginliyi nisbətən yumşaltmağa, həmçinin yenidən özünü vasitəçi kimi təqdim etməyə çalışacaq.

Bunun əksi, yəni, Azərbaycana qarşı təxribatların davamı, prtoseslərin qanlı mərhələyə keçidi mümkündür. Nəzərə almaq lazımdır ki, Vardanyan və onunla birgə hərəkət edən qüvvələr silahlı müqaviməti davam etdirib, bölgədə kütləvi qırğın görüntüsü yaradıb, dünyanın nəzərlərini yenidən Azərbaycana çevirməyi “effektli plan” hesab edirlər…
Pressklub.az
 
Ardını oxu...
Avqustun 22-si saat 19:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Ardını oxu...
Rusiyanın Qarabağdakı emissarı, milyarder Ruben Vardanyanla Xankəndindəki qondarma rejimin rəhbərliyi arasındakı qarşıdurma kritik həddə yaxınlaşır. Xəbər verdiyimiz kimi, Vardanyan Ermənistan mətbuatına növbəti açıqlamasında Xankəndindəki separatçı rejimin başında duran Araik Arutyunyandan istefaya getməsini tələb edib.

O, hətta bildirib ki, Arutyunyan onun da arasında olduğu 8 şəxslə görüşdə istefaya gedəcəyinə söz verib, lakin sonradan vədinə əməl etməyib.

Bu arada məlum olub ki, qondarma rejimin “parlamenti”ndə insident baş verib.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bugünlərdə bir qrup silahlı erməni qondarma “parlament”ə girərək, iclası yarımçıq saxlayıb.

Karen Motevosyan adlı “səhra komandiri”nin rəhbərlik etdiyi bu silahlı qrup “parlamentin yeni sədri” David İşxanyanı və “parlament” üzvlərini hədələyərək, Araik Arutyunyanın ünvanına səsləndirilən təhqirləri dayandırmağı tələb edib. Həmin silahlı dəstənin şəxsən Arutyunyanı müdafiə və mühafizə etdiyi bildirilir.

Həmçinin, qeyd olunur ki, Motevosyan sosial şəbəkələrdə Arutyunyanı tənqid edən erməniləri də təhdid edib, həmin adamların telefonlarına zənglər edilərək, onlara hədə-qorxu gəlinib. Erməni mətbuatı yazır ki, bütün bunlar qondarma rejimin rəhbərliyi uğrunda Arutyunyanla Vardanyan arasında gedən mübarizənin yeni mərhələsidir və belə görünür ki, Vardanyan bu mübarizədə uduzur.

Bu arada ermənilərin “Faktİnfo” nəşri maraqlı məlumatla çıxış edib. Nəşr bildirib ki, Araik Arutyunyan Azərbaycanla danışıqlara getməyə və Ağdam yolunun açılmasına razılıq verib.

O, hətta yaxın günlərdə Bərdə şəhərində Azərbaycan rəsmilərilə görüş keçiriləcəyini iddia edib: “Hazırda iki çıxış yolu var. Ya Arutyunyan təcili istefaya gedəcək, ya da “artsax”a Ağdam yolu ilə ərzaq gəlməyə başlayacaq. Anonim mənbə bildirir ki, Arutyunyan istefa verməyi ağlına da gətirmir. Deməli, gündəlikdə duran məsələ ərzaqların Ağdam yolu ilə idxal edilməsidir. “Faktİnfo”nun əldə etdiyi məlumata görə, “artsax”da hökumət nəzdində xüsusi komanda hazırlanıb ki, bu komanda yaxın günlərdə - sabah, yaxud birisi gün Azərbaycan tərəfi ilə görüşə gedəcək. Böyük ehtimalla görüş Azərbaycanın Bərdə şəhərində keçiriləcək”.

Bununla yanaşı, Ermənistanda Ağdam yolundan istifadə edilməsilə heç cür razılaşmayan qatı millətçi qüvvələrin “iniltiləri” səngimir.

Məsələn, Ermənistanda tanınmış diplomatlardan olan, Ermənistan XİN-in sabiq mətbuat katibi, eləcə də bu ölkənin Sinqapurdakı sabiq səfiri Dzünik Ağacanyan Ağdam yolunun açılmasının ermənilər üçün “intihar” olacağını bildirib: “BMT qəqtamə qəbul etmək və dəhlizi açmaq fikrində deyil. Çünki Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi kimi tanımaq ideyasını dəstəkləyir və artıq BMT-dən nəyisə tələb etmək səlahiyyətlərinə malik deyil... Ağdam yolunun açılması isə öz əlimizlə öz qətlimizi imzalamaq kimidir. Bu, “artsax”a gedən yolun birdəfəlik bağlanması, əbədi olaraq “artsax”la Ermənistanın ayrılması və onun birdəfəlik Azərbaycanda qalması deməkdir... Laçın yolu bağlansa, Ermənistanın məhvi başlayacaq”.

Artıq bütün revanşistlər və qatı millətçilər həyəcan təbili çalır və A.Arutyunyanın Nikol Paşinyanın göstərişilə hərəkət etdiyini iddia edirlər. Separatçılar arasında isə qarşıdurma qızışır və belə çıxır ki, Arutyunyan təşəbbüsü ələ alır. O da məlum olur ki, Arutyunyan istefaya getməyə hazırlaşmır.

Onun komandasının Bakı ilə danışıqlara getməyə hazır olduğuna dair iddialara gəlincə, zatən Qarabağda qalan ermənilərinin başqa çıxış yolu da qalmayıb. Nə BMT Təhlüksizlik Şurası nə də başqa beynəlxalq qurumların ermənilərin təxribatlarına cəlb edilməsi cəhdləri heç bir nəticə vermədi. Azərbaycanın qətiyyətli mövqeyi və beynəlxalq hüququn tələbləri öz sözünü dedi.

Deməli, Qarabağ ərazində qalan erməni toplumu nə qədər tez Azərbaycanın tərkibində yaşamaqla barışsa, itirəcəkləri bir o qədər az olacaq. Bununla razılaşmayanlar isə hansı istiqamətdə getməli olduqlarını özləri yaxşı bilirlər...

C.Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
Ötən günlərdə Laçın sərhəd-buraxılış məntəqəsindən Ermənistan istiqamətində 60-a yaxın şəxsin keçidi qeydə alınıb. Görünən odur ki, bura müəyyən vədlər və ümidlərlə gəlmiş şəxslər ərazini tərk edir. Amma unutmaq olmaz ki, burada erməni hiyləsi, fitnəkarlığı ola bilər. Çünki digər şərhlərdə ermənilərin növbəti müharibə hazırlığından bəhs edilir. Qarabağa qanunsuz olaraq köçürülmüş rus pasportu olan şəxslərin də tələsik buradan çıxarılmasını məhz bu kontekstdən qiymətləndirmək olar.

TEREF.AZ bildirir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun fikrincə, Azərbaycanın konkret şərti odur ki, onun ərazisində yaşan hər kəs vətəndaşlığı qəbul etməlidir:

“Ona görə də burada yaşayanlar üçün iki seçim imkanı var. Onlar Azərbaycan vətəndaşlığını qəbul edib dinc şəkildə yaşaya bilər. Bunun əksinə erməni əsilli sakinlər ərazini tərk etməlidir. Ola bilsin ki, Qarabağı tərk edənlər elə ikinci yolu seçiblər. Güman ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəmədikləri üçün ərazini tərk edir”.

Deputat hesab edir kii, bu məsələdə Azərbaycanı heç kəs qınaya bilməz:

“Burada Azərbaycan beynəlxalq qanunlara və ölkə Konstitusiyasına uyğun davranış sərgiləyir. Vətəndaşlığı olmayan şəxslərin bir ölkədə qalmaq, yaşamaq müddəti var. Həmin müddət bitdikdən sonra bu şəxslər ölkə hüdudlarını mütləq tərk etməlidir. Ona görə də, Azərbaycan vətəndaşı olmayan şəxslər burada yaşaya bilməz. Eyni zamanda hələ də Qarabağda şübhəli insanlar var. Onlar da zaman etibarı ilə buranı tərk edəcəklər. Laçın sərhəd-buraxılış məntəqəsində hazırda çox ciddi yoxlanış var. Yeni Vaqif Xaçatryanlar aşkarlansa onlar da məsuliyyətə cəlb ediləcək. Ona görə də hələ də Azərbaycan ərazisində qalmış terrorçular buranı tərk etməlidir. Onlar ərazidən çıxmasalar, məhv ediləcəklər”.

Elman Məmmədova görə, vaxt itirmədən Azərbaycan ərazisində olan bütün separatçı-terrorçular çıxarılmalıdır:

“Sonuncu separatçı ərazimizdən çıxana qədər təmizləmə prosesi həyata keçirilməlidir. Əks halda təxribatların, hərbi qarşıdurmaların olması ehtimalı böyükdür. Çünki Ermənistan bu gün də revanşizm arzuları ilə silahlanır. İran ərazisindən keçməklə Hindistandan Ermənistana silah daşınır. Bütün bunlar növbəti hərbi eskalasiya riskinin yüksək olmasından xəbər verir”.
 

Dünyapress TV

Xəbər lenti