Ardını oxu...
“Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjet BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-cü il tarixli növbədənkənar iclasının nəticələrinə həsr edilib.

Müəllif qeyd edir ki, Ermənistan tərəfi iclasda öz gücünü və resurslarını maksimum səfərbər etsə də, nəticə İrəvanın gözləntilərinə doğrultmadı.

“BMT-nin Təhlükəsizlik Şurasınında öz ölkələrini təmsil edən deputatlar öz hazırladıqları çıxışların mətnini oxuyub dağılışdılar. Qısası, ümidlər özünü doğrultmadı və yerdəki vəziyyət dəyişmədi. Məsələnin isə mahiyyətinə dərk edilmədikcə, heç nə dəyişməyəcək. Məsələnin mahiyyəti sadədir: Laçın və Xankəndi yolunun humanitar konteksti mövcud deyil. Bu yolların konteksti, yalnız siyasidir”, - deyə müəllif qeyd edir.

Daha ətraflı “Caliber”in yeni süjetində:

 
 
 
Ardını oxu...
Ötən ilin sentyabrında Rusiyadan Qarabağa köçən Ruben Vardanyan gəldiyi ilk günlərdən tez-tez müsahibələr verməklə diqqət mərkəzinə keçməyi bacarmışdı. Dünyanın tanınmış televiziya kanalları və aparacıları ondan internet vasitəsilə müsahibələr alır, Vardanyanın baş verənlərə münasibətini öyrənirdilər. Çox keçmədən bu “populyarlıq” onu Qarabağın “dövlət naziri” vəzifəsinə gətirdi. Əslində isə Moskvanın planı tədricən reallaşırdı. Moskvanın məqsədi Vardanyanı separatçıların lideri Araik Arutunyanla əvəzləyib Bakı ilə dialoqu təmin etmək idi. Ancaq rəsmi Bakı ilk gündən bəyan etdi ki, Ruben Vardanyanla heç bir dialoq olmayacaq, o Qarabağa yad ünsürdür. Ruben Vardanyanın Moskvada milyardlarla gəlir gətirən şirkətlərini başqalarına tapşırıb gərgin bölgəyə köçməsinin onun öz ağlının məhsulu olmadığını Bakı da anlamışdı.
Bakının Vardanyanla təmasa keçməyəcəyi qətiləşəndən sonra Moskvanın ona olan ümidləri puça çıxdı və Araik Arutunyan bu durumdan istifadə edərək erməni mənşəli oliqarxı “istefaya” göndərdi. Vardanyanın “populyarlığı” həmin gündən başlayaraq azalmağa başladı, müsahibələrin sayı da azaldı.
Buna baxmayaraq, Vardanyan özünü unutdurmamağa çalışır. O son video müraciətində separatçıların lideri Araik Arutunyanı hədəf götürüb. Vardanyan keçmişdə Arutunyanın adını çəkmədən yerli “idarəetməni” yumşaq formada tənqid edirdi, bu dəfə isə o separatçıların liderini ağır sözlərlə ittiham edib. Vardanyan Qarabağ ermənilərinin kənar çağırışlarla yanaşı daxildə də ciddi problemləri olduğunu bu sözlərlə izah edib: “Mən 6 ay əvvəl “vəzifəmi” tərk edəndə belə demişdim: Əgər “prezident” düşmənlə mübarizəyə hazırdırsa mən qarışıq hamımız onu dəstəkləməliyik. Ancaq biz nə lider, nə də baş komandan gördük. Cəmiyyəti aldatmaq düzgün deyil. Araik, Siz vədinizi yerinə yetirmədiniz. Siz istefa verəcəyinizi vəd etmişdiniz, həmin söhbətdə 8 nəfər şahid olub. İstefa vermək əvəzinə Sizə təzyiq edildiyini və buna görə istefa verə bilməyəcəyinizi söylədiniz. Siz insanlara fərqlli-fərqli sözlər deyirsiniz. Siz bizim müqavimət gücümüzü zəiflədirsiniz. Siz bütün qırmızı çizgiləri aşmısınız. Qarabağ erməniləri Sizdən hesabat tələb edəcək və mən onları dəstəkləyəcəm”.
Ruben Vardanyan faktiki Araik Arutunyana ultimatum elan edib. “İstefa verməsən, biz Səni buna məcbur edəcəyik” demək istəyən Vardanyan separatçıların liderinə qarşı təzyiqi artıracağını vurğulayıb. Vardanyanın çıxışında “istefa vermək əvəzinə Sizə təzyiq edildiyini və buna görə istefa verə bilməyəcəyinizi söylədiniz” cümləsi diqqət çəkib. Araik Arutunyana “istefa verməmək üçün” Ermənistanın baş naziri Nikol Paşinyan, yoxsa Moskvada onu kurasiya edən güclər təzyiq edib? Paşinyan üçün Qarabağ ermənilərinin kimin idarə edəcəyinin böyük fərqi yoxdur, o bu yükdən qurtulmaq istəyir. Moskva üçün isə Qarabağ separatçılarının başında kimin dayanmasının fərqi var, çünki Rusiya hərbi kontingentinin 2 ildən sonra bölgəni tərk edib-etməyəcəyi məsələsi var. Bütün hallarda Araik Arutunyan “istefa” vədini yerinə yetirsə belə, onu əvəz edəcək şəxs Ruben Vardanyan olmayacaq, birincisi Bakı onunla dialoqa getməyəcək, ikincisi yerli ermənilər içərisində onun nüfuz sahibi olmasıyla bağlı məlumat yoxdur.
“Atlas” Araşdırmalar Mərkəzi
 
Ardını oxu...
“Ermənilərə xüsusi hüquqlar verilir, cinayət təqibi dayandırılır, Ermənistanla əlaqələr...”
Qarabağdakı erməni separatçıların rəhbərlərinin nümayəndələri Xankəndi ilə rəsmi Bakı arasında “sülh müqaviləsi” layihəsinin surətini yerli ictimai fəallara təqdim ediblər. Bu layihə ermənilərin Azərbaycanda yaşamasının hüquqi aspektlərini əks etdirir.

Onlar iddia edirlər ki, sənədi Rusiya Xarici İşlər Nazirliyi hazırlayıb. Layihənin adında xüsusi qeyd olunur ki, o, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki ermənilər üçün nəzərdə tutulub.

“Arsaxpress”in məlumatına görə, “Keçmiş Azərbaycan SSR-in tərkibindəki DQMV-nin erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlı sənədi “Arsax Prezidenti yanında Antiböhran Şurasının rəhbəri” Tiqran Petrosyan dərc edib. Petrosyanın sözlərinə görə, bu sənədi Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 25-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşdə təklif edib.

Layihəyə əsasən, Azərbaycanın mərkəzi hakimiyyəti qanunvericilik səviyyəsində ermənilərin bütün mədəni və humanitar hüquqlarını, eləcə də ölkə qanunları çərçivəsində Qarabağın erməni əhalisinin özünüidarəetmə hüququnun təmin edilməsinə təminat verir. Bu, məktəbəqədər, ibtidai, orta və ali təhsil müəssisələrində erməni dilinin istifadəsinə və inkişafına, eləcə də ana dilində tədrisə də aiddir. Ermənilərin azad dini etiqad hüququ da təmin edilir.

Bu layihəyə əsasən, Bakı qanunvericilik səviyyəsində Qarabağ ermənilərinin Ermənistanla biznes və humanitar təmas hüquqlarının təmin edilməsinə razılıq verir.

Rusiya Federasiyasının təklif etdiyi sənəd görə, yalnız hərbi cinayətlər törətmiş və məhkəmə tərəfindən cinayətkar kimi tanınmış Qarabağ erməniləri Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən cinayət təqibinə məruz qala bilərlər. Azərbaycana qarşı müharibələrdə iştirak edənlər və separatçıların cinayətlərdə ittiham edilməyən məmurları cəzadan azad edilir.

Layihədə separatçıların Bakı ilə ancaq beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar aparmaq və Qarabağda ikinci erməni dövlətinin yaradılması ilə bağlı tələb etdiyi şərtlər yoxdur.

Xankəndidə iddia edirlər ki, layihə Bakı tərəfindən dəstəklənib, lakin separatçılar tərəfindən rədd edilib.

“Turan” xəbər verir ki, Ermənistan sosial şəbəkələrində bununla bağlı 2020-ci il xatırladılır – o zaman 9 noyabrında imzalanmış sənəd ermənilərin 90%-i və onların bütün siyasi partiyaları tərəfindən rədd edilib. Müharibədəki məğlubiyyətdən sonra isə eyni sayda erməni Paşinyanı müharibənin ilkin mərhələsində Azərbaycanın sülh şərtləri ilə razılaşmamaqda ittiham edib.

“Qorxuram ki, tarix təkrarlanır. Amma Allah etsin ki, mən səhv edim”, – Ovanes Xacatur adlı istifadəçi yazır.

Başqa bir istifadəçi Vaan Poqosyan öz fikirlərini bölüşür: “Həqiqətən də başqa çıxış yolu yoxdur, ona görə də, yəqin imza atmalı olacağıq”.

Burada ən maraqlı məqam bunun Rusiyaya niyə lazım olması ilə bağlıdır. Moskva faktiki olaraq Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası üçün şərtləri nəzərdə tutan bu layihəni niyə hazırlayıb? Rusiya doğrudanmı bu məsələnin həllində maraqlıdır? Axı bu zaman o, “sülhməramlı kontingentini” mütləq şəkildə Qarabağdan çıxarmalı olacaq. Bəlkə bu, ümumi prosesi gecikdirmək üçün yeni bir oyundur? Çünki sənəddə Azərbaycan üçün həm məqbul, həm də qəbuledilməz məqamlar var.

Separatçılar iddia edirlər ki, Bakı Moskvanın bu layihəsini qəbul edib. Amma iddia çox şübhəlidir.

Beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə Azərbaycan tərəfinin bu sənədin şərtləri ilə razılaşa biləcəyini güman etmir. Çünki sənəd erməni əhalisinin hüquqlarını ölkə daxilində müəyyən xüsusi etnik qrup kimi müəyyən edir.

“Üstəlik, bu layihə, görünür, hansısa beynəlxalq statusa malik bir sənəd kimi qəbul edilməli və təsdiq edilməlidir”, – deyə Vəlizadə Press Kluba açıqlamasında bildirib.

“Bütün bunlar bu və ya digər dərəcədə Azərbaycanın bu ərazi üzərində suverenliyini pozur, digər tərəfdən isə erməniləri dövlətin digər sakinlərinə nisbətən hansısa imtiyazlı vəziyyətə gətirir. Sənədə əsasən, onlar üçün hansısa müstəsna şərait yaradılır, bəzi hüquqlar ayrıca olaraq təmin edilir. Amma Konstitusiyamızda milliyyətindən və dinindən asılı olmayaraq ölkənin bütün sakinlərinə bərabər hüquqlar təmin edilir. Və bu hüquqlar universaldır”, – ekspert deyir.

O hesab edir ki, Azərbaycan ərazisində ermənilərə hər hansı xüsusi sənədlər, hüquqlar verən heç bir sənəd qəbul edilməməlidir – bu, məqsədəuyğun deyil və Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına uyğun gəlmir. “Heç kim kiçik saylı erməni əhalisi üçün ölkənin əsas qanunu dəyişdirməyəcək. Bildiyiniz kimi, Konstitusiyaya dəyişikliklər ümumxalq səsverməsi əsasında aparılır. Tutaq ki, biz referendum keçirdik və bir çox təklif olunan müddəaları ümumi səsverməyə çaxırdıq – Azərbaycan əhalisinin neçə faizi onunla razılaşar? Əminəm ki, çox az hissəsi. Ona görə də, hesab edirəm ki, bu cür təkliflər hüquqi və praktiki şəkildə həyata keçirilməsi baxımından əsaslandırıla bilməz.

Bu layihənin mətninə əsasən, Azərbaycan ərazisində yaşayan ermənilərə hansısa xüsusi status zəmanəti verilir. Biz isə bilirik ki, status məsələsi keçmişdə qalıb. Hətta bu cür təklif edilən formada bu mövzu qəbuledilməzdir və ümumiyyətlə müzakirə oluna bilməz”, – politoloqlar klubunun rəhbəri əmindir.
Ardını oxu...
Çoxmənzilli binalarda zibil qutusu olmadığından tullantı torbalarını küçəyə çıxararaq xüsusi zibil qutularına atırıq. Ancaq məsələ belədir ki, oraya hər cür əşyanı qoymaq olmaz

Qaynarinfo zibil qutularına nəyi atmağın düzgün olmadığını və qadağaya məhəl qoymamağın nə ilə nəticələndiyini öyrənib.

Çox az adam bilir ki, insanlar və ətraf mühit üçün təhlükəli olan bəzi əşyaları məişət tullantıları ilə birlikdə atmaq olmaz. Bu əşyaların siyahını yaxşı yadda saxlayaq.

Qırılan termometrlər

Həkimlər deyirlər ki, bir civə termometrində 500 mq-a qədər təhlükəli maddə var ki, qabığın bütövlüyü (termometrin özü) pozularsa, buxarlanır və səthlərə çökür. Civə buxarı ilə nəfəs almağın nəticələsini dərhal yox, çox sonra hiss edirik, buna görə də termometr sınıbsa, onu özünüz toplayıb zibil qutusuna apara bilməzsiniz - bu, konteynerin yaxınlığında olanlar üçün zəhərli olacaq. Belə təhlükəli əşyanı atmaq üçün Dövlət Fövqəladə Hallar Xidmətinə zəng etmək lazımdır.
İstifadə müddəti bitmiş dərmanlar

Evinizdəki ilk yardım dəstini çeşidləyərək, artıq ehtiyacı olmayan bir neçə paket və ya butulka dərman tapsanız, onları zibil qutusuna atmağı ağlınızdan keçirməyin. Bir çox dərman preparatları kimyəvi tərkibi ilə torpağı və yeraltı suları zəhərləyir, evsiz heyvanlar üçün də çox təhlükəlidirlər.
Tibbi preparatların atılması üçün ən təhlükəsiz seçim yaxın xəstəxanaya getmək və kömək istəməkdir, həkimlər ətraf mühitə zərər vermədən bu dərmanlardan xilas olmağa kömək edəcəklər.

Dezodorantlar, hava təravətləndiriciləri və digər aerozollar

Belə bir məişət məhsulundan bir şüşə digər tullantıların təzyiqi altında zibil qutusunda partlaya bilər. Bu, yanğına səbəb olacaq, nəticədə bütün konteyner yanacaq. Aerozol şüşəsini tamamilə boşaltmaqla bu vəziyyətin qarşısını almaq olar.

Elektron cihazlar və məişət texnikası

Belə qacetləri zibil qutusuna atmaq olmaz - onların tərkibində ətraf mühiti zəhərləyən zərərli kimyəvi birləşmələr var. Buna görə lazımsız avadanlıqları xüsusi toplama məntəqələrinə aparmaq daha yaxşıdır - orada onlar emal ediləcək.
Həmçinin flüoresan lampanı zibil qutusuna atmaqdan çəkinin - onun içərisində termometrdə olduğu kimi eyni civə var (bir kompakt ampulda 3-6 mq və xətti olanda 50 mq-a qədər). Zibil qutusundakı lampa sınsa, civə buxarlanaraq ətrafdakı hər şeyi zəhərləyəcək. Buna görə yandırılmış və sadəcə lazımsız nüsxələr təkrar emal mərkəzlərinə aparılmalıdır.

Ot-ələfi zibil qutusuna ata bilərikmi?

Öz sahələrində qaydasına salan və ümumi təmizlik nəticəsində çoxlu miqdarda yarpaq, ot və budaq toplanan fərdi evlərin sahiblərinə bütün bu "təmizliyi" ümumi zibil qutusuna aparmaq qəti qadağandır. Üstəlik, açıq yerlərdə də yandırmaq olmaz, ancaq, məsələn, gübrə kimi təkrar istifadə edilə bilər. Həqiqətən ondan xilas olmaq istəyirsinizsə, onda bir seçim var - yaxşı odadavamlı xüsusiyyətlərə malik böyük bir metal çən alın, yanğın və tüstü bütün əraziyə yayılmasın deyə ot-ələfi içinə yığıb yandırın.

Mebelləri zibil qutusuna atmaq olarmı?

Zibil qablarına nə atmaq olmaz və nə ola bilər, səhv etməmək üçün tullantıların təsnifatını başa düşmək lazımdır. "Böyük ölçülü zibil" anlayışı var - qanunvericilik çərçivəsində onun ölçüləri 50x50x50 santimetrdən çoxdur.

Yəni mebeliniz, pəncərə çərçivələriniz, qapılarınız, xalçalarınız və digər əşyalarınız kifayət qədər iridirsə, onlar artıq həcmli tullantılar kateqoriyasına aiddir. Bu cür məişət əşyalarını ümumi qablara atmaq mümkün deyil - onları çənlərin yanında çinləmək lazımdır ki, sonradan kommunal xidmətlər onları zibilin qalan hissəsindən ayrıca götürə bilsinlər.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bir neçə gündür erməni mediası Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı dəstənin başçısı Araik Arutyunyanın “istefa” verəcəyini yazır.

Teref.az Axar.az-a istinadən bildirir ki, “Hraparak” Arutyunyanın yaxın adamlarına istinadla bu “istefanın” yaxınlarda olmayacağını bildirib. Amma bu o demək deyil ki, ümumiyyətlə olmayacaq.

Nəşr öz mənbəsinə istinadla yazıb ki, həftənin əvvəlində Araik Arutyunyan “siyasi elita” ilə – “parlament fraksiyalarının” başçıları, separatçılara başçılıq etmiş Bako Saakyan və Arkadi Qukasyan, Qarabağa göndərilmiş rusiyalı milyarder Ruben Vardanyanla görüşüb və dörd saatdan çox müzakirə aparıb. İclasda digər separatçılar – David İşxanyan, Artur Moseyan, Aşot Qulyan, Artur Tovmasyan da iştirak edib.

Araik görüşə yalnız Samvel Babayanı çağırmayıb, çünki onun mövqeyi ilə razılaşmır. Xatırladaq ki, Babayan Azərbaycana inteqrasiyanın və birbaşa danışıqların tərəfdarıdır. O hesab edir ki, birbaşa danışıqlarla erməni icması üçün hansısa “status” almaq olar.

Sayt iddia edib ki, Araik “istefa” verməkdə israrlı olub, bu addımından qabaq isə “hesabat vermək” üçün “siyasi elita”nı toplayıb.

“Arutyunyan qonaqlarına bildirib ki, həftənin sonuna kimi “istefa” vermək qərarına gəlib, çünki artıq heç nə edə bilmir. O xahiş edib ki, onun qərarına anlayışla yanaşsınlar, onu bəzi arqumentlərlə inandırmağa çalışmasınlar, çünki o, artıq belə aciz mövqe tuta, müxtəlif tərəfdən tüpürcək yeyə bilməz. Ən əsası isə Arutyunyan əmin edib ki, o, qərarı Ermənistan hakimiyyəti ilə də müzakirə edib – heç bir problem yoxdur və o, Qarabağda sülhməramlı missiyanı yerinə yetirən Rusiya hərbi qrupunun rəhbərliyini də məlumatlandırıb.

Arutyunyan bildirib ki, qanuna əsasən, onun funksiyaları David İşxanyana keçəcək (qondarma “parlament”in sədri – red.)”, – məlumatda vurğulanır.

Qeyd edilir ki, bu qərar iclasda iştirak edənlər üçün “soyuq duş” təsiri bağışlayıb və onlar Araiki fikrindən döndərməyə çalışıblar:

“Xüsusilə Bako Saakyan Arutyunyanı danlayıb ki, sən getməyə hazırlaşırdınsa, indi yox, müharibədən əvvəl getməli idin, Qarabağda son dərəcə gərgin vəziyyət olanda və indiki məqamda istefa problemlərdən qaçmaq deməkdir. David İşxanyan da etiraz edib ki, belə bir vəziyyətdə kim dedi ki, o, “dövlət başçısının funksiyaları”nı öz üzərinə götürmək istəyir? Ruben Vardanyan və başqaları Araik Arutyunyana izah ediblər ki, onun “istefası” təkcə Qarabağ üçün deyil, həm də özü üçün ciddi təhlükəsizlik problemləri yarada bilər, çünki bir qərarla “120 min insanın” (Qarabağda 120 min erməni yaşamır, bu, şişirdilmiş rəqəmdir – red.) taleyi dəyişə bilər. Bir neçə saatlıq müzakirədən sonra Araik Arutyunyan öz qərarından geri çəkilməyə razılaşdırılıb”.

Nəşrin mənbələri həmçinin bildirib ki, Saakyan və Qukasyan iclasdan sonra da Araiklə müzakirəni davam etdirib. Onlar bildiriblər ki, nə vaxtsa “istefa” versə, bunun “qanunvericiliklə” yolunu tapmalıdırlar.
 
Ardını oxu...
Ermənistanın tələbi ilə çağırılmış BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında ölkəmiz əleyhinə qərar qəbul olunmadı. Ermənilərin hiyləgərcəsinə tərtib etdikləri siyasi oyunları uğursuzluqla bitdi. Dünya birliyi ermənilərə həqiqətən də qapını göstərdi. Onlara başa salındı ki, reallıqla barışmalısınız. Reallıq isə ondan ibarətdir ki, bundan sonra Qarabağda yaşayan ermənilərlə bağlı bütün məsələlər məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nəzərdən keçiriləcək.

Beləliklə, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün meydança kimi, rupor kimi istifadə etmək cəhdləri uğursuzluğa düçar oldu. İclas həm də erməni diplomatiyası ilə Azərbaycan diplomatiyasının keyfiyyət güzgüsünə çevrildi.

Bu iclasda Azərbaycan əleyhinə qətnamə çıxarılmasına çalışan Ermənistan diplomatiyası gerçəkdən də çox ciddi məğlubiyyətə uğradı. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin sözügedən iclasda etdiyi çıxış da kifayət qədər effektiv, sərrast və əsaslandırılmış çıxış idi. Bir sözlə, BMT Təhlükəsizlik Şurasının ötən gün baş tutan təcili iclasının nəticələri bir daha göstərdi ki, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi istiqamətində yürütdüyü ardıcıl və inamlı siyasət öz müsbət nəticələrini verir. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün Ermənistan və onun havadarları tərəfindən həyata keçirilən bütün təxribatlar, məkrli siyasi oyunlar iflasa uğrayır.

Bununla yanaşı, TŞ-dəki dinləmələr bəzi Qərb dövlətlərinin Qarabağa yanaşmalarının elə də dəyişmədiyini, oradakı etnik azlıqdan geosiyasi məqsədləri üçün faydalanmağa çalışdıqlarını bütün çılpaqlığı ilə üzə çıxardı. O baxımdan BMT fiaskosu sadəcə ermənilərin deyil, eyni zamanda onlara hərtərəfli dəstək olan, himayə edən güclərin də məğlubiyyəti sayılmalıdır. Sirr deyil ki, məhz qeyri-konstruktiv mövqeyinə, eləcə də Azərbaycana qarşı apardığı qərəzli siyasətə görə Fransa regionda bütün nüfuzunu itirib. Rəsmi Paris sülh prosesində heç bir rol oynamaq imkanına malik deyil.

Ancaq eyni arzuolunmaz aqibətlə Amerika Birləşmiş Ştatları da üzləşə bilər. Məsələnin Ermənistanın əsassız müraciəti əsasında BMT TŞ-də müzakirəyə çıxarılmasına dəstək verən Vaşinqtonun da bölgədəki mövqeləri zəifləməyə doğru gedir. Amerika BMT TŞ-nin iclasında özünü obyektiv tərəf kimi göstərə bilmədi və açıq-aşkar ermənilərin əlinə oynadı. Müzakirələrdə çıxış edən ABŞ nümayəndəsi Linda Tomas Laçın dəhlizinin "bağlı" qalması nəticəsində Qarabağdakı erməni əhaliyə qida və dərman çatdırılmasının dayandırılmasından "dərin narahatlıq" keçirdiyini söylədi. Rəsmi Bakını onsuz da fəaliyyətdə olan bir yolu açmağa çağırdı. Aydın şəkildə görünürdü ki, ABŞ-nin BMT-dəki təmsilçisi bir sıra hallarda özünü beynəlxalq tribunanın kürsüsündə yox, Kaliforniyada seçkiqabağı kampaniyada çıxış edirmiş kimi aparırdı. ABŞ nümayəndəsinin Azərbaycanla Ermənistana Qarabağla bağlı "uzunmüddətli danışıqlar" təklif etməsi Fransa kimi Ağ Evin də regionda sülhdən daha çox qarşıdurmanın qalmasında maraqlı olduğunu göstərməkdən başqa bir şey deyil. Görünür, Qarabağın Azərbaycan torpağı olduğunu, bunu görməzdən gələnlərə anlatmaq üçün çox qısa zamanda daha təsirli addımlar atılacaq.

ABŞ-nin Azərbaycan əleyhinə addımları son günlər bir neçə dəfə təkrarlanıb və bunun arxasında erməni lobbisinin dayandığı da şübhə doğurmur. ABŞ-də güclü, təşkilatlanmış erməni diasporunun olması hər kəsə bəllidir. Konqresdə, Senatda, digər müxtəlif dövlət orqanlarında, kütləvi informasiya vasitələrində əməlli-başlı kök atmış lobbi təşkilatları vasitəsilə özlərinin maraqlarına uyğun ictimai rəy formalaşdırmağa çalışırlar. Laçın yolu üzərində sərhəd-buraxılış məntəqəsinin quraşdırılması, Ermənistanın, Qarabağdakı separatçıların, diaspor və lobbi təşkilatlarının ciddi narazılığına səbəb olub. Ermənistanın məğlubiyyətini həzm edə bilməyən həmin qüvvələrin Azərbaycan əleyhinə böhtan, şantaj, iftira kampaniyasına başlamaları gözlənilən idi.

Son günlər “Vaşinqton Post” qəzetində Azərbaycan əleyhinə silsilə məqalələrin yayılması, heç şübhəsiz, erməni diasporuna bağlı qüvvələrin sifarişidir. Əlbəttə, “Vaşinqton Post” kimi nüfuzlu mətbuat orqanında altı gündə üç məqalənin Azərbaycana həsr olunması acı təəssüf hissi doğurur. Hər şeydən əvvəl ona görə ki, 2001-ci ilin sentyabrında ABŞ-də baş vermiş terror hadisəsindən sonra bu ölkənin yanında olan ölkələrdən biri Azərbaycan idi. Xatırladaq ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendezin tapşırığı ilə amerikalı nümayəndələrdən ibarət bir qrup Ermənistana səfər etmişdi. Senatın Xarici Əlaqələr Komitəsinin ofisinin nümayəndələri - Sara Arkin və Demian Mörfi yük maşınlarının dayandığı sərhəd Kornidzorda olublar. Nümayəndə heyətini Sünik (Qərbi Zəngəzur) qubernatoru Robert Qukasyan müşayiət edib və onlar Gorus şəhərinin meri Aruş Aruşanyanla görüşüblər. Senatorlara sərhəddəki vəziyyət, guya, Laçın yolunun "bağlanması" və "Qarabağdakı humanitar durum" barədə məlumat verilib.

Bir daha vurğulayaq ki, amerikalı nümayəndələr ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendezin tapşırığı ilə Ermənistana gedib. Aydındır ki, bu cür saxta “yoxlama missiyası” təşkil etməkdə məqsəd “əsasları” çoxaltmaq və məsələni Senatın gündəliyinə daşımaqla hansısa anti-Azərbaycan sənədinin qəbuluna nail olmaq idi. ABŞ Konqresi və demokratlar tarixən ermənilərin beynəlxalq miqyasda özlərinin "məzlumlaşma" silahından istifadə etdikləri ən mühüm platformalardan və hədəflərindən biridir. Təsadüfi deyil ki, bütün müqavimətlərə baxmayaraq, uzun illər qondarma “erməni soyqırımının” məhz bu platformada tanıdılması üçün böyük vaxt və enerji sərf edərək, onun tanıdılmasına nail oldular. Maraqlısı odur ki, Vaşinqton və Paris dünya gündəmini zəbt edən Rusiya-Ukrayna müharibəsi, "Taxıl sazişi", Afrika və Yaxın Şərqdə baş verən, uzun müddətdir həllini gözləyən ciddi hadisələr dura-dura ermənilərin əsassız iddiaları ilə məşğul olmağa davam edirlər. Deməli, Ağ Evə görə, ən aktual məsələ erməni məsələsidir.

Müstəqillik illərində ABŞ-Azərbaycan münasibətləri hər zaman yüksələn xətlə inkişaf edib. Özünü demokratik ölkə hesab edən ABŞ öz dövlət maraqlarını bir qrup erməni tərəfindən satın alınmış siyasətçilərin koorporativ maraqlarına qurban verməməlidir. Ümid edək ki, Vaşinqton Azərbaycan-Ermənistan arasında gedən sülh danışıqlarında əsas platformalardan biri olduğunun mahiyyətini dərk edəcək və vasitəçi kimi obyektiv olmağı bacaracaq. Əks halda Ağ Evin rəsmi Parisdən fərqlənməyən siyasəti Vaşinqtonun hər zaman qorumağa çalışdığı balanslı yanaşmasına sarsıdıcı zərbə vurmuş olacaq.

İsmayıl Qocayev
 //SHERG.AZ//
Ardını oxu...
Ermənistan siyasi dairələrində müzakirəyə çıxarılan məsələlərin hamısı Azərbaycanla bağlıdır. Bəzən uydurduqları yalana az qala özləri də inanırlar. Qarabağ münaqişəsini Azərbaycanın başlaması haqqında gülünc yalanı isə ancaq erməni uydura bilər. Özlərini süddən çıxmış ağ qaşıq kimi göstərən ermənilər Azərbaycan ərazilərinin də işğalından xəbərsiz olduğunu deyirlər.

Erməni politoloq Andrias Qukasyanın söylədiyi fikirlər isə onların əsl erməni simasını bir daha ortaya qoyur. Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan Ermənistan törətdiyi cinayətdən boyun qaçırsa da, bu, sadəcə mümkün deyil. Qukasyan və digər erməni siyasət adamları öz auditoryalarına “xırdalayırlar” ki, Azərbaycan ərazilərini Ermənistan deyil, Qarabağın “özünümüdafiə dəstələri” işğal edib. Özünə hörmət edən hər bir siyasətçi bu ifadələri səsləndirəndə ən azı yaxın tarixə nəzər salmalıdır. Deyəsən, özünü daha ağıllı hesab edən Qukasyan 10 noyabr üçtərəfli bəyannaməsindən xəbərsizdir. Həmin bəyannamənin 6-cı bəndində deyilir: “Ermənistan Respublikası 2020-ci il noyabrın 15-dək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 2020-ci il dekabrın 1-dək Laçın rayonunu qaytarır. Ağdam bölgəsi və Ermənistan tərəfinin Azərbaycanın Qazax rayonu istiqamətdə nəzarətdə saxladığı ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarılır”.

Deməli, Ermənistan Baş nazirinin imza atdığı üçtərəfli bəyənnamə rəsmi sənəddir və Ermənistan da rəsmi olaraq Azərbaycan ərazilərini işğal faktını təsdiq edib. Qarabağ separatçılarının “işğal etdiyi” ərazilərə görə Paşinyan niyə zəhmət çəkib sənədə imza atmalıydı? Sadəcə beynəlxalq aləmdə işğalçılıq damğasından yayınan Ermənistan törətdiyi cinayətləri Qarabağdakı bir ovuc erməninin üzərinə yükləməyə və bununla da məsuliyyətdən yaxa qurtarmağa çalışır. Amma əlahəzrət fakt tamam başqa həqiqətləri diqtə edir.

Ermənistan Baş naziri ölkəsinin işğalçı olmasını 10 noyabr bəyannaməsi ilə rəsmən təsdiq edib. İndi Qukasyan kimi yüzlərlə erməni politoloq and-aman eləsə də Ermənistanın işğalçı olmasını gizlədə bilməz. Erməni cəmiyyətini yalan informasiyalarla aldadan bu tip siyasətçilər, eyni zamanda, revanşist fikirlər də səsləndirirlər. 44 günlük müharibədə darmadağın edilən toplumun nümayəndələri bir qədər də irəli gedərək imkan düşən kimi Laçın və Kəlbəcəri yenidən işğal etməyi və bununla da Qarabağla Ermənistan arasında quru sərhədləri bərpa etməyi planlaşdırırlar.

Deməli, 44 gün ərzində azğın millətin başı tam əzilməyib. Yerdə qalan tör-töküntülər də bundan sonra qırılıb məhv olacaq.

KONKRET.az
Ardını oxu...
BMT Təhlükəsizlik Şurasının Ermənistanın tələbi ilə avqustun 16-da keçirilən iclası gözlənilməz nəticə ilə yekunlaşdı. Müzakirə masasında olan qətnamə layihəsi ümumiyyətlə səsverməyə çıxarılmadı. Çünki TŞ-nın daimi və müvəqqəti üzvlərinin mövqeləri bir-birindən kəskin fərqlənirdi.

Beləliklə, Qarabağda humanitar vəziyyətin ağırlaşması, Azərbaycanın guya erməni əhaliyə qarşı “genosidə” hazırlaşması barədə təbliğat iflasa uğradı. Rəsmi Bakının Laçın yolunda hərəkətə məhdudiyyətlər tətbiq etməsi nəticəsində Qarabağda “acınacaqlı” vəziyyət yaratması ilə bağlı beynəlxalq ictimaiyyətdə formalaşdırılan ictimai rəy də əhəmiyyətini itirdi.

Maraqlı məsələlərdən biri odur ki, nə Azərbaycan, nə Ermənistan siyasi rəhbərliyi bu müzakirələrin nəticələrini daxili auditoriyada böyük qələbə kimi təqdim etməyib. Hər iki tərəfdə qarşılıqlı qınaq və ittihamlar olsa da, sonda sülh danışıqlarının alternativinin olmadığı qeyd olunur.

Azərbaycan XİN-in dünən yaydığı bəyanatın birinci abzasında Ermənistanın addımı sərt şəkildə qınanır:

“Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir”.

XİN-nin yekun mövqeyi bundan ibarətdir ki, Azərbaycan Ermənistana iki ölkənin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında sülh təklif edib. “Digər tərəfdən, Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş, habelə Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparır. Hər iki istiqamətə sadiq olduğumuz kimi, suverenliyimizi və ərazi bütövlüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaqda da əzmliyik”, – bəyanatda vurğulanır.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə hesab edir ki, BMT Təhlükəsizlik Şurasının iclasının əsas nailiyyəti beynəlxalq ictimaiyyət tərəfindən Laçın “dəhlizinin” blokadasını təsbit etməsi olub.

“Xülasə olaraq deyə bilərik ki, Laçın dəhlizinin bağlanması faktı ən yüksək beynəlxalq instansiyada bəyan edilib. İlk baxışda bu, bir qədər qəribə bəyanatdır, lakin unutmaq olmaz ki, Azərbaycan blokada faktını daim inkar edir”, – Paşinyan bildirib.

“BMT Təhlükəsizlik Şurasındakı müzakirə Dağlıq Qarabağda humanitar böhranın mövcudluğunu və Dağlıq Qarabağ ermənilərinin həyatı və təhlükəsizliyinin sual altında olduğunu təsdiqləyib. BMT Təhlükəsizlik Şurası Azərbaycanın Beynəlxalq Məhkəmənin qərarlarına əməl etməməsini də qeydə alıb. Beynəlxalq ictimaiyyət Azərbaycana dəhlizin açılması üçün kollektiv çağırış səsləndirib”, – Baş nazir əlavə edib.

Ermənistan rəhbərinin də açıqlamasının yekunu sülh prosesinin davam etdirilməsi ilə bağlıdır: “Ermənistan hələ də beynəlxalq mexanizmlər çərçivəsində Stepanakert-Bakı dialoqunun başlanmasında israr edir, həmçinin sülh gündəminə sadiqdir”.

Əsas sual bundan sonra nə baş verəcəyi ilə bağlıdır. Çünki dünyanın əhəmiyyətli institutlarının cəlb olunduğu bir proses yekunlaşıb, onun nəticələrindən dərs çıxarmaq, vəziyyəti obyektiv dəyərləndirib qərarlar qəbul etmək lazımdır.

Nəticələrə gəldikdə:

Ermənistan rəhbərliyi anladı ki, Azərbaycana qarşı strateji təzyiq siyasəti aparmaqla nəticəyə nail olmaq mümkün deyil. Çünki həm Azərbaycanın, onun müttəfiqi Türkiyənin beynəlxalq çevrələrdə ciddi əlaqələri var, həm də iştirakçı qüvvələrin geosiyasi maraqları fəqrlidir. Ermənistanın coğrafi mövqeyi onun siyasi əhəmiyyətini xeyli məhdudlaşdırıb, İrəvan və onun müttəfiqləri yaxşı başa düşürlər ki, ölkənin xilası Azərbaycanla sülh bağlamaq, Türkiyə ilə sərhədləri açmaq, nəqliyyat-kommunikasiya əlaqələrini bərpa etməkdən keçir. Bunun alternativini düşünmək belə ağılsızlıqdır.

Qarabağdakı hərbi xuntanın rəhbərliyi də başa düşdü ki, çığır-bağırla “xilas” olmaq mümkün deyil. Dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır, ermənilərin əlahiddə imtiyazlar qoparması çətin məsələdir. Çıxış yolu separatçı liderlərin Xankəndini tərk etməsi, sadə erməni əhalisi ilə Azərbaycanın mərkəzi hökuməti arasında danışıqların başlamasına, onun tələblərini qəbul etməsinə mane olmamaqdır. Bunun əksi daxili parçalanma, xaos, Rusiya hərbçiləri ilə dərinləşən konflikt və günün birində Azərbaycan xüsusi təyinatlıları tərəfindən həbs olunub ömürlük cəzaya məhkum edilməkdir.

Rusiya BMT TŞ-dəki müzakirələrin yekunlarından məmnundur. Amma perspektiv necə olacaq, bu, indiki kritik dövrdə Moskvanı az maraqlandırır. Ukrayna kampaniyası yekunlaşana qədər Rusiya Cənubi Qafqazda ayaqda qalmaq, Qərbin regiona gəlişini ləngitməyə çalışır. Buna nail olmaq üçün münaqişə dondurulmalı, post-müharibə status-kvosu saxlanılmalıdır. İndi qalır, Qarabağ ermənilərini növbəti dərin məyusluqdan çıxarıb, onları “Vardanyan dövründəki” siyasi aktivliyə qaytarmaq. Buna nail olmaq, Azərbaycanla balansı qorumaq mümkün olacaqmı, bu xeyli problematik görünür.

ABŞ və Avropa İttifaqı isti yay dövründəki gərginliyi öz masalarına yansıtmadan Bakı və İrəvanla sülh danışıqlarını davam etdirəcəklər. Hər iki tərəfdən verilən mesajlar qaneedicidir, qarşıdakı həftələrdə yeni görüşlər, müzakirələr gözlənilir.

Azərbaycana gəldikdə, Ermənistanın, erməni lobbisinin müttəfiqlərin köməyi ilə ağır prosesdən az itki ilə çıxmasından məmnundur. Bakı şərtlərindən geri çəkilməyib, əksinə, Xankəndinə humanitar yüklərin daşınması ilə bağlı təklif etdiyi alternativ yol dəstək qazanıb. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ölkəsinin BMT TŞ iclasında qoyduğu mövqeni belə izah edib: “ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfildin rəsmi bəyanatına əsasən, Təhlükəsizlik Şurası sırf Azərbaycanı qınamır. Daha doğrusu o, həm Azərbaycanı, həm də Ermənistanı Laçın yolu boyunca gərginliyi azaltmağa və sülh müqaviləsi üzərində işləməyə davam etməyə çağırıb. Səfir Tomas-Qrinfild humanitar yüklərin daşınması üçün əlavə marşrutlar üzrə kompromislərin mümkünlüyünü qeyd edib. Bu, Azərbaycanın Ağdamdan Qarabağdakı etnik ermənilərə humanitar yardım çatdırmağa hazır olduğuna işarədir. Bunu Avropa Şurasının prezidenti Şarl Mişel də Prezident İlham Əliyevlə Baş nazir Paşinyan arasında keçirdiyi ən son görüşdən sonra verdiyi bəyanatda da bildirib”.

Bakı üçün mühüm məsələ Qarabağın silahsızlaşdırılması, hərbi xuntanın bölgəni tərk etməsi, reinteqrasiya prosesinə başlamaqdır. TŞ iclasının yekunları bu gündəliyin icrasını sürətləndirmək üçün yeni imkanlar açır. Çünki beynəlxalq müqavimət işə yaramadı, Qarabağdakı bir ovuc separatçının, onlara daha nə cür dəstək verəcəyini bilməyən Ermənistanın mövqeyi o qədər də əhəmiyyət daşımır…
Pressklub.az
 

Ardını oxu...
Hər şey öncədən də bəlli idi ki, Ermənistanın hamilərinin dəstəyi ilə Azərbaycana müxtəlif istiqamətlərdə "hücum" planı nəticəsiz qalacaq. Baxmayaraq ki, Laçın yolunun başlanğıcına yaxın ərazidə Ermənistana məxsus yüklə dolu nəqliyyat vasitələrinin gözləmə mövqeyində dayanması, Qarabağda separatçıların hərbi texnikanı bir məntəqədən başqasına daşıması, səngərlərin qazılması, erməni diasporunun müxtəlif ölkələrdə başlatdıqları “etiraz aksiyaları”, ermənipərəst konqresmenlərinin təxribatçı açıqlama və müraciətləri, nəhayət bu təxribatların ən piki - BMT Təhlükəsizlik Şurasında təşkil edilən müzakirələr vahid ssenarinin tərkib hissəsi kimi rəsmi Bakını geri orurtmaq məqsədi daşıyırdı.

Sanki “Azərbaycanı necə geri addım atmağa məcbur edə bilərik” mövzusunda fəaliyyət planı hazırlamış Ermənistan və hamilərinin məqsədi təbii ki, faktiki erməniləri Azərbaycanla növbəti qarşıdurmaya və itkilərə sürükləmək məqsədi güdürdü. Lakin Azərbaycan bir daha hərb meydanında olduğu kimi diplomatik müstəvidə də erməniləri və erməni sevdalılarını geri oturtmağı bacardı.

Belə ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı ilə bütün Ermənistanı və ermənipərəst Qərb diplomatiyasını fakt qarşısında qoymağı bacardı.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Ermənistan XİN rəhbərini təxribatçı çıxışına, əsassız iddidlarına qarşı faktlarla cavab verdi və kimin haqlı olduğunu dünya ictimaiyyətinə göstərmiş oldu. İclasda Ermənistan XİN rəhbəri Ararat Mirzoyan heç bir əsası olmadan "Aclıq görünməz soyqırım silahıdır və tədbirlər görülməsə, Qarabağdakı ermənilər məhv ediləcək", - deyə bildirməsinə görə Yaşar Əliyev tərəfindən səsləndirilən faktlar, təqdim edilən sənədlərlə aciz duruma salındı.

Daha dəqiq desək, BMT-dəki daimi nümayəndəmiz Qarabağdakı ermənilərin aclıqdan ölmədiyinə dair sosial şəbəkədən toplanan faktlarla dolu papkanı diplomat kübarlığı və siyasi əda ilə Mirzoyanın "qoltuğuna verdi”. Bu, Ermənistan üçün fiasko, Ararat Mirzoyanın, Ermənistan diplomatiyasının növbəti ağır məğlubiyyətidir. Beləcə, Ermənistan siyasi hakimiyyəti də növbəti dəfə hamilərinə böyük ümid edərək yollandığı xarici səfərdən əliboş, korpeşman geri qayıtdı.

Bu təkcə rəsmi İrəvanın yox, eyni zamanda Fransanın, İranın və digər antitürk dövlətlərin daha bir ləyaqətsizliyinin isbatı gecəsi kimi tarixə köçdü. Əslində Ermənistan və Fransa son dönəmlər bu cür fiskolarla artıq tez-tez üzləşməyə alışqan olublar. Bu, sayca Fransa və Ermənistanın artıq ikinci iflasıdır – ötən ilin dekabrında da məsələnin BMT TŞ-da qaldırılması cəhdi olmuşdu. Yekunda, hər iki halda bu cəhdlər nəticəsiz qaldı.

BMT Təhlükəsizlik Şurasında "Laçın axşamı" əslində Qarabağ ermənilərinin taleyinin narahatlığından qaynaqlanan bir məsələ deyildi. Hər şey gün kimi aydın idi ki, Ermənistan üzərindən regiona daxil olmaq istəyən, gesiyasi düzəni dəyişdirməyə cəhd edən kənar qüvvələr, dövlətlər bu məsələdən istifadə etməklə niyyətlərinə daha sürətli şəkildə nail ola bilərlər. Amma Azərbaycan ilk gündən bildirdiyi kimi, heç bir kənar qüvvənin Cənubi Qafqazda Azərbaycanın ərazi bütövlüyünə, təhlükəsizlik məsələsinə, suvernliyinə təhdid yaradacaq istənilən addımına qarşı lazımı addımları atacaq. Belə də oldu.

Elə Yaşar Əliyevin də qeyd etdiyi kimi,əgər Ermənistan həqiqətən də rayonun sadə sakinlərini düşünsəydi, o zaman Ağdam-Xankəndi yolu ilə Qarabağ bölgəsinə yüklərin çatdırılmasına heç vaxt etiraz etməzdi. Bu yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından biri olan “İpək Yolu” və ya M2 kimi tanınan və beynəlxalq bazarlara etibarlı əlaqələri təmin edən magistral yolu ilə birləşir. Dağ serpantinləri ilə uzanan 59 km-lik Laçın-Xankəndi yolu ilə müqayisədə bu yolun Ağdamla Xankəndi arasında uzunluğu cəmi 18 km-dir. Demək ki, məqsəd və məram elə bizim iddia etdiyimiz kimidir, demək ki, nə Ermənistan hərbi-siyasi rəhbərliyinə, nə də onun havadarlarına Qarabağdakı erməni sakinlərin gələcək taleyi zərrə qədər də maraqlı deyil.

Qarabağ ermənilərinin guya acından öldüyü ilə bağlı iddialara Bakının cavabını isə inanmıram ki, nə Ermənistan, nə də onun həyasızlığına ümidlər bəsləyən hamiləri uzun müddət unuda. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Qarabağ ermənilərinin ac olması iddialarına fotolarla, faktlarla cavab verdi. BMT Təhlükəsizlik Şurasının iclasında zala yığılan digər ölkələrə - Azərbaycanın haqlı mövqeyinə qarşı çıxanlara diplomatiya dərsi keçildi.

Nə qədər yumoristik səslənsə də Yaşar Əliyev erməni dəyirmanına su tökənlərin qabağına tort (fotofaktlar) qoydu. Rəsmi Bakı BMT TŞ-nın iclasında səbrlə və təmkinlə qarşı tərəfi oyun qaydalarına uyğun şəkildə masada da zərərsizləşdirməyi bacardı. Guya “blokada” şəraitində yaşayan erməni sakinlərin Xankəndidə keçirdikləri toy, ad günü, konsert şənliklərinin şəkillərinin sübutlarla, faktlarla iclas zalında təqdim edilməsi zala toplaşanlara yerini dar etdi desək, yalan olmaz.

Nəticə etibarı ilə BMT Təhlükəsizlik Şurasının müzakirələri çərçivəsində Ermənistanın Qarabağda “aclıq reality şou” təqdimatı ilə çağırdığı fövqəladə iclası nəticəsiz bitdi. Ermənistanı belə geniş ictimayyətə bu qədər riyakar, manipulyator və təcavüzkar ölkə kimi təqdim etmək üçün rəsmi Bakı bütün imkanlarından istifadə etdi. İkinci Qarabağ müharibəsində üzləşdikləri ağır məğlubiyyət ermənilərin əskəriyyətini ağıllandırmadısa, özlərinin istəyi ilə BMT Təhlükəsizlik Şurasında təşkil edilən toplantının nəticələri ermənilər üçün növbəti siqnal olmalıdır. Bu günkü eallığı qəbul etmək istəməyərək Azərbaycana qarşı təzyiqlə nəsə əldə edəcəklərini düşünən Ermənistan hakimiyyəti, lobbi təşkilatları və havadarları gec də olsa dərk etməlidirlər ki, rəsmi İrəvan daha böyük fiasko ilə qarşı-qarşıya qala bilər.

Törədilən təxribatlar, legitim ərazilərimizdə separatçıların qanunsuz silahlı birləşmələrinin yeni səngərlər qazıb, mövqelər qurmaq cəhdləri onlara çox baha başa gələ bilər. Məntiqi ardıcıllıqğınöz işini görəcəyi də istisna edilmir. Bu gün diplomatik masadan böyük yenilgi ilə ayrılan Ermənistan və onun qondarma rejiminin növbəti ağır məğlubiyyəti döyüş meydanında reallaşa bilər. Bu dəfə daha acınacaqlı, daha betər. Bu səbəbdən, ermənilər üçün ən doğru yol elə Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yoludur. Sülh də, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası da məhz bu prosesə çox bağlıdır.

Təhməz Əsədov
 //TREND//
 
Ardını oxu...
“Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclasında çıxışında deyib.
Y.Əliyev bildirib ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində, Ermənistanın bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, silah, sursat, mina və xarici terrorçuların daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və daşınması kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui-istifadə etməsinin qarşısını almaq məqsədilə yaradılıb. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.
 

Dünyapress TV

Xəbər lenti