Ardını oxu...
Azərbaycan ərazisində hələ də qalmaqda olan qanunsuz erməni hərbi birləşmələri növbəti təxribata əl atıb. Bu, əslində hər an hərbi toqquşmanın olması üçün qaçılmaz bir haldır. Çünki heç bir ölkə ərazisində özünü “dövlət” adlandıran separatçı, terrorçu qurumun olmasını qəbul edə bilməz. Təxribatların baş verməsi də məhz bu reallıqdan qaynaqlanır.

DİA.AZ bildirir ki, bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, bütün bunlara birdəfəlik son qoymaq üçün Ermənistana məxsus silahlı qüvvələr və separatçı rejimin tör-töküntüləri ərazidən dərhal çıxarılmalıdır:

“Burada terrorçulara yaşıl işıq yandıran rus sülhməramlıları ilə bağlı da konkret addım atılmalıdır. Bu qüvvələrin Azərbaycan ərazisində olduğu müddətdə burada sabitlikdən söhbət gedə bilməz”.

Millət vəkilinə görə, bu qüvvələrin sülh və ya danışıqlar yolu ilə bölgədən çıxarılması mümkün olmayacaq:

“Həmçinin Rusiya ABŞ-ın və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqların müsbət nəticə verməsinə imkan yaratmayacaq. Moskva hər vəchlə bunun qarşısını alacaq. Çünki bölgədə münaqişə ocağının olması Rusiya üçün lazımdır”.

Elman Məmmədov bildirib ki, hazırda Xocalıda olan aeroportdan rus sülhməramlıları ermənilərin Qarabağa və Ermənistana daşınmasını təmin edir:

“Eyni zamanda rus sülhməramlıları öz hərbi imkanları ilə separatçıllara maksimum dəstək verir. Fakt odur ki, bu gün Rusiya separatçıların mövcudluğu üçün hər şeyi edir. Avropanın da yanaşması bu məsələdə konkret nəticə əldə etməyə imkan vermir. Onlar da sadəcə olaraq Ermənistana vaxt qazandırmaqla məşğuldur”.

Deputat hesab edir ki, Azərbaycan bütün bunları nəzərə alıb güc yolu ilə öz ərazilərini separatçı və terrorçulardan təmizləməlidir:

“Kimlərsə buna qarşı çıxacaqsa onlara da cavab verilməlidir. Bu olmasa Qarabağda növbəti müharibənin başlanması qaçılmaz olacaq”.
 
Ardını oxu...
Azərbaycanın Ordusunun Qarabağ bölgəsində ermənilərin qanunsuz hərbi birləşmələrin istehkamlarını məhv etməsinin görüntüləri yayılıb.

“Report”un xəbərinə görə, qanunsuz silahlı birləşmələr növbəti təxribata əl ataraq Azərbaycan Silahlı Qüvvələrinin mövqeyini atəşə tutublar. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində - “Qisas” əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı və 5 üzvü məhv edilib.

Bütün bunlar bir daha sübut edir ki, Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir. Məhz həmin səbəbdən qanunsuz hərbi birləşmələrin tam tərksilah edilməsi vacibdir.

***
Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü öldürülüb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib. Nəticədə 4 terrorçu məhv edilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.

"Caliber.az" isə xəbər verir ki, məhv edilən erməni hərbçilərin sayı 5-ə çatıb.

 
 
 
Ardını oxu...
İyunun 28-də saat 01:30-dan etibarən Azərbaycan Silahlı Qüvvələri artilleriya zərbələri və PUA-lardan da istifadə etməklə Ağdərə və Xocavənd istiqamətində erməni mövqelərini atəşə tutub.

DİA.AZ ovqat.com-a istinadən xəbər verir ki, məlumatı qondarma “DQR”-nin “Müdafiə Nazirliyi” yayıb.

Məlumata görə, erməni tərəfdən 4 nəfər ölüb.

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda başlayan sülh danışıqları ərəfəsində Qarabağda bu cür insidentin çıxmasına ən az maraqlı tərəf rəsmi Bakıdır. Danışıqların pozulmasını ən çox istəyən isə separatçılar və onları dəstəkləyən rus “sülhməramlıları”dır. Görünür, separatçıların təxribatına cavab verən Azərbaycan Ordusu bir neçə erməni diversantını zərərləşdirmək məcburiyyətində qalıb və qondarma qurum bundan öz məqsədləri üçün istifadə edərək, Vaşinqton danışıqlarını təxirə salmağa çalışır.

Azərbaycan Müdafiə Nazirliyinin dünən axşam yaydığı rəsmi məlumat insidentin separatçılar tərəfindən başladıldığını təsdiqləyir. Məlumatda bildirilirdi:

“İyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.

Qeyd edək ki, Vaşinqton görüşünə Rusiya rəsmiləri də qarşı çıxır, hətta ölkənin xarici işlər naziri Sergey Lavrov regionda Rusiyanın hansısa “legitim maraqlarından” bəhs edirdi. Lavrovun iddiasına görə, Vaşinqton görüşü bu maraqları nəzərə almadığından Moskva onun nəticələri ilə razılaşa bilməz. Zənnimizcə, Lavrovun və digər rus rəsmilərinin bu fikirləri Qarabağda bu gecə baş verən və bir neçə separatçının zərərsizləşdirilməsi ilə nəticələnən insidentin çıxış səbəbini izah edir.

Xatırladaq ki, Ovqat.com-un bir müddət əvvəl etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Qarabağ erməniləri son zamanlar təxribat məqsədli əks-hücuma hazırlaşırdılar. Hətta bunun üçün Qarabağ əhalisinin yaşını cavanlaşdırmaq siyasəti yürüdür, 50 yaşdan yuxarı erməniləri Ermənistana göndərir, 30-35 yaşlı xüsusi təlim görmüş təxribatçıları gətirirdilər.

Məlum olduğu kimi, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci ilin 9 noyabr tarixində imzalanan bəyanata görə, Qarabağda heç bir erməni silahlısı saxlanıla bilməz. Ermənilər isə nəinki bu öhdəliyə əməl etmirlər, əksinə “Dağlıq Qarabağ müdafiə ordusu”ndan danışırlar. Üstəlik, bütün bunlar İrəvanın Azərbaycanın torpaq bütünlüyünü və suverenliyini tanıdığını bəyan etdiyi bir zamanda yaşanır. Separatçıların bu ikiüzlü siyasəti Azərbaycana beynəlxalq qanunları rəhbər tutaraq anti-terror əməliyyatı keçirmək imkanı verir.
 
Ardını oxu...
ABŞ-ın tanınmış "Forbes" jurnalı Ruben Vardanyanı Ermənistan və Azərbaycan arasında davamlı sülhün qarşısını alan lider adlandırıb.

DİA.AZ xəbər verir ki, məqalədə vurğulanır ki, Vardanyan saxlanılaraq Ukrayna və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

"Mayın 28-də Vardanyan özünün rusdilli Teleqram kanalında bildirib ki, separatçılar "Azərbaycanla heç bir müqavilə imzalamamalıdırlar. Vardanyan bir müddətdir ki, separatçılarla əlaqə saxlayır. Vardanyan özünün "Twitter" səhifəsində "insan haqları məsələləri ilə bağlı yazır və regionu Ermənistanla birləşdirən yolun qondarma “blokadası”ndan danışır”, - jurnalda qeyd olunur.

Bildirilir ki, Moskvadan Azərbaycanın Qarabağ bölgəsinə “ixrac edilən” kriminal oliqarx, vaxtilə separatçıların qondarma “dövlət naziri” olmuş Vardanyan çox güman ki, fərdi sanksiyalar riskinin qarşısını almaq üçün öz “vəzifəsini” tərk edib.
 
Ardını oxu...
Ermənistanın hakimiyyət dairələri Laçında sərhədçilərimizə qarşı silahlı təxribat törətdildiyini etiraf edərək üzr istəməyincə və günahkarlar cəzalarını almayınca, Laçın yolu açılmayacaq.

Azərbaycaqnın XİN başçısı Ceyhun Bayramovun Beynəlxalq Qırmızı Xaç komitəsinin (BQXK) Bakıdakı nümayəndəliyinin rəhbəri Draqana Koyiçlə görüşündə də bu məqam tam açıq şəkildə olmasa da, bir daha bəyan edildi.

Ermənilər Gorus-Xankəndi marşrutunun tam qapalı olduğunu deyirlər. Lakin Xankəndindəki separatçı rejimin funksionerləri və erməni iş adamları arasında özlərini "səhhəti kəskin pisləşmiş şəxs" kimi qələmə verərək BQXK avtomobillərindən biri vasitəsilə Ermənistana yollananlar da var.

Daha doğrusu, ermənilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərindən az qala taksi kimi istifadə edirlər.

Ermənistan mediasında, həmçinin sosial şəbəkələrin erməni seqmentində bununla bağlı məlumatların, iddiaların və informasiyaların sayı fasiləsiz artmaqdadır.

Məsələn, "Hraparak" qəzeti yazır ki, Ermənistanda və hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində bizneslə məşğul olan Armen Hakopcanyan İrəvana qayıdıb. O, hazırda Ermənistanda biznesinin miqyasını genişləndirməklə məşğuldur. O, "Çiçəklənən Ermənistan" Partiyasının sədri, oliqarx Qagik Sarukyana məxsus qazdoldurma stansiyaları şəbəkəsini satın alıb.

Rusiyanın Xankəndinə yolladığı erməni milyarder Ruben Vardanyan Xankəndindəki separatçı rejimin "dövlət naziri" təyin ediləndə A.Hakopcanyan da ona müşavir olmuşdu.

Lakin qarabağlı ermənilərin dediklərinə görə, R.Vardanyan yerlii şəraitə və reallıqlara əsla bələd olmadığı üçün sadəcə, "görünrtü fiquru" idi: əsl səlahiyyətlərsə A.Hakopcanyanda olub.

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı Xankəndində real güc mərkəzi yaratmaq, müqavimət mərkəzi təşkil etmək, sonra isə İrəvana yollanaraq baş nazir kursüsünə yiyələnməklə başa çatacaq yeni müxalif hərəkat təşkil etməklə bağlı tapşırıq almış Ruben Vardanyanın "fəaliyyət"i sadalanan məqamlarla məhdudlaşmıodı.

Daha konkret olsaq, Ruben Vardanyana bütün vasitələrdən istifadə etmək və imkanlarını maksimum səfərbər etmək bahasına Azərbaycanla Ermənistan arasındakı danışıqlarda maneələr yaratmaq, yekun sülh sazişinin imzalanmasına imkan verməmək tapşırılmışdı.

Məhz bu səbəbdən R.Vardanyan Xankəndinə "ezam" ediləndən sonra qarabağlı ermənilərin separatçı liderləri aktivləşdilər, gündəmə "qarabağlı ermənilərin hüquq və təhlükəsizliyinin təminatı zərurəti" məsələsini gətirdilər.

N.Paşinyan da təşəbbüsün R.Vardanyanın əlinə keçməməsi, Moskvanın emisarının qarabağlı ermənilərin yeni siyasi liderinə çevrilməməsi üçün əks-hücuma keçdi.

R.Vardanyanın "vəzifə"sindən kənarlaşdırılması ilə bağlı Xankəndindəki separatçı rejimin lideri Araik Arutyunyana göstərişi də N.Paşinyan vermişdi.

Vardanyan separatçı rejimdəki vəzifəsindən məhrum edilən kimi A.Hakopcanyan Ermənistana üz tutmuşdu.

Onun separtçı rejimin lideri Araik Arutyunyanın "xəzinədar"ı olduğu da vurğulanır. Qarabağlı ermənilərin dediklərinə görə, Hakopcanyanın Ermənistandakı bütün biznes strukturları və habelə, yeni satın aldığı firmaların istisnasız olaraq hamısının əsl sahibi Araik Arutyunyandır.

Separatçı rejimin lideri Xankəndindən qaçacağı təqdirdə, Ermənistanda işlək biznes obyekilərinin, daşınmaz əmlaklarının və aktivlərinin olmasını istəyir.

Təsadüfi deyil ki, A.Hakopcanyan Ermənistana qayıdandan az sonra A.Arutyanyan böyük qızını da İrəvana yollayıb.

A.Arutyanyanın özü, arvadı və kiçik qızı hələlik Xankəndindədir. Fəqət, onların RSK-nın müvəqqəti nəzarətindəki ərazilərdə uzun müddət qalmaq niyyəti yoxdur.

Xankəndindəki separatçı rejimin rəhbəri artıq anlayıb ki, Azərbaycanla Ermənistan arasındakı yekun sülh sazişi imzalanan günədək Gorus-Xankəndi marşrutu, yəni Laçın yolu açılmayacaq.

Laçında, Həkəri çayının üzərindəki körpünün yaxınlığında sərhəd nəzarət-buraxılış məntəqəsini (SBNM) işə salmaqla Azərbaycan dövlət sərhədlərini ütün perimetr boyunca bərpa etməklə yanaşı, Ermənistana və bütün dünya ermənilərinə messic verdi: separatçılıq bəlası artıq bitir!

Ermənistanın hakimiyyət dairələri sülh sazişi gündəliyini pozmağa, anlaşmanın imzalanmasına yönəlmiş prosesdə süni maneələr yaratmağa davam etsələr, rəsmi Bakı artıq Azərbaycanın daxili işinə çevrilmiş qarabağlı ermənilər məsələsini özü həll edəcək. Nizamlanmanın yeganə yolu qarabağlı ermənilərin Azərbaycana inteqrasiyasıdır.

Xankəndindəki separatçı rejimə, müxtəlif qondarma və oyuncaq "hakimiyyət-idarəetmə strukturları"na gəldikdə, onların hamısı ləğv ediləcək, separatçıların silahlı birləşmələri tərksilah olunacaq.

Laçın yolunda hərəkət isə Azərbaycanla Ermənistan arasında dövlətlərarası sənədlərlə müəyyənləşəcək.

Laçın yolunun qapadılması ilə bağlı qarabağlı ermənilərin guya ərzaq, gündəlik tələbat malları və yanacaq təminatı baxımından problemlərlə üzləşməsi ilə bağlı iddialara gəldikdə isə, heç bir problem yoxdur.

Qarabağlı ermənilər zərurət duyduqları malları və məhsulları Ağdama yollanaraq ala bilərlər.

Və ya hazırda RSK-nın müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərin təminatı Ağdam istiqamətindən reallaşdırıla bilər.

Proseslərin gedişatı göstərir ki, çox yaxında elə bu cür də olacaq.
trend
 

Ardını oxu...
Cümə günü, iyunun 23-də Şuşa rayonunun faktiki işğal altında qalan Kiçik və Böyük Qaladərəsi kəndlərində məskunlaşmış bir qrup hayk mikroavtobusla Rusiya “sülhməramlıları”nın müşayiəti ilə Xankəndinə gedib və onlar alış-veriş etdikdən sonra geri qayıdıblar.

DİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bunu NEWS.am ilə söhbətində adı çəkilən kəndlərə yaxın məsafədə yerləşən Sarıbaba(yaxud Salatınkənd) kəndinin qanunsuz icma başçısı Artak Akopyan söyləyib.

O bildirib ki, sabah, yəni iyunun 26-da Şuşa rayonunun Sarıbaba kəndi və Turşsu qəsəbəsində məskunlaşmış hayklardan da bir qrupu “sülhməramlı”ların müşayiəti ilə Xankəndinə yola düşəcək və yenidən qayıdacaqlar .

Qeyd edək ki, erməni mənbələri Şuşanın adı çəkilən 4 məntəqəsini “ikiqat blokadada qaldığını” iddia edir

Artıq 11-ci gündür ki, yəni iyunun 15-dən, Həkəri çayı üzərindəki Laçın sərhəd-buraxılış məntəqəmiz Ermənistan istiqamətindən snayper atəşinə məruz qaldıqdan və bir sərhədçimiz yaralandıqdan sonra Azərbaycan tərəfi Yuxarı Qarabağa gediş-gələşi tamamilə əngəlləyib. Yalnız bu gündən Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə ağır xəstələrin Ermənistana aparılıb-gətirilməsinə icazə verilir.
 

      

Ardını oxu...
Bu gün Laçın şəhərinə növbəti köç başlayır.

DİA.AZ xəbər verir ki, daha 15 ailə (53 nəfər) doğma yurduna geri dönür.

Qeyd edək ki, köç saat 07:00-da Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb.

Onu da bildirək ki, sakinlər təkcə 30 illik həsrətdən sonra doğma yurdlarına qayıtdıqlarına görə sevinmirlər, həm də hazırki şəraitsizlik və riskli yaşamdan canlarını qurtardıqlarına görə də sevinirlər. Bu yüzdə-yüz belədir.

Çünki bu vaxta qədər “Qobu park” yaşayış kompleksinin sakinləri yaşadıqları binanı inşa edən “Kristal Abşeron” şirkətindən müxtəlif səbəblərlə dəfələrlə şikayət ediblər. Və ən acınacaqlısı da odur ki, hər dəfə sözügedən şirkətin rəhbərliyi müraciətləri qulaqardına vurub.

Elə buna görə doğma yurdlarına köçən sakunləri hamılıqla təbrik edə bilərik...
 
Ardını oxu...
Xankəndindəki "Arevik" tibb birliyinin neonatologiya və reanimasiya şöbəsində iki gündür son dərəcə ağır vəziyyətdə olan hemorragik komponentli viral ensefalit (Monte Q.) diaqnozu qoyulan bir yaşlı uşaq bu gün helikopterlə Rusiya sülhməramlılarının dəstəyi ilə müvafiq tibbi yardım almaq üçün Ermənistan Respublikasının ixtisaslaşmış tibb mərkəzinə aparılıb"

TEREF.AZ Moderator.az-a istinadən xəbər verir ki, bu haqda "Aysor" nəşri məlumat yayıb.

Xəbərdən o da məlum olur ki, Rusiya "sülhməramlı"ları helikopterlə Ermənistan Respublikasından həm Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda məskunlaşmış haykların, həm də öz ehtiyacları üçün zəruri dərman preparatları da çatdırıblar.

Artıq 10-cu gündür ki, yəni iyunun 15-dən, yəni Həkəri çayı üzərindəki Laçın sərhəd-buraxılış məntəqəmiz Ermənistan istiqamətindən snayper atəşinə məruz qaldıqdan və bir sərhədçimiz yaralandıqdan sonra Azərbaycan tərəfi Yuxarı Qarabağa gediş-gələşi tamamilə əngəlləyib.
 
Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyunun 21-də keçirdiyi brifinqdə Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Şuşada baş konsulluğunun açılması ilə bağlı son bəyanatına toxunub.

Bu barədə “Caliber”in “Youtube” kanalının növbəti buraxılışında bildirilir.

“Bu bəyanat və gələcəkdə konsulluğun açılması Rusiya sülhməramlı kontingentinə, eləcə də Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına təhlükə yaradırmı?”, - deyə “Ura.ru” xəbər agentliyinin rusiyalı jurnalisti sual verib.

Mariya Zaxarovanın suala cavabının giriş hissəsi diplomatik cəhətdən qüsursuz olub.

“İstənilən yerdə, xüsusən Şuşada konsulluq idarələrinin açılması məsələsi ikitərəfli münasibətlərin mövzusu olaraq qalır. İndiki halda bu, Bakı ilə Ankara arasında olan məsələdir”, - deyə o bildirib.

Hər şey sanki Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət çərçivəsindədir. Lakin bu, cavabın yalnız birinci hissəsidir. Bunun ardınca Zaxarova başqa açıqlamalar verib.

“Eyni zamanda biz məsələnin İrəvan üçün həssas yönünü başa düşürük. Biz təmaslarımızda bir-birimizin maraqlarını nəzərə almağın vacibliyini və Azərbaycan-Ermənistan kimi, Türkiyə- Ermənistan münasibətlərinin də normallaşması prosesinin vacibliyini vurğulayırıq”, - deyə o əlavə edib.

Daha ətraflı videosüjetdə:

 

       
Ardını oxu...
Horadiz-Meğri-Arazdəyən-Culfa dəmir yolunun açılması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında bütün texniki məsələlər razılaşdırılıb.

Ancaq Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsini təmin edəcək dəmir yolunun bərpasına münasibətdə siyasi maneələr qalmaqdadır.

Əslində, problemin Azərbaycanla əlaqəsi yoxdur. Rusiya və Ermənistan arasında mövcud olan fikir ayrılığı iki ölkə arasında gərginliyə səbəb olub. Nikol Paşinyan hakimiyyəti Zəngəzur dəhlizini Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə adlandırmaqla kommunikasiyaların təhlükəsizliyinin Rusiya tərəfindən mühafizəsinə etiraz edir.

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bununla bağlı mətbuata açıqlamasında dəmir yolunun blokdan açılmasının detallarının müzakirə edildiyini bildirsə də, Rusiyanın təhlükəsizliyin təmin olunmasında iştirakını yolverilməz hesab edib:

“9 noyabr (2020)-ci il tarixli Bəyanatda və Rusiya Prezidentinin imzaladığı sonrakı fərmanda konkret olaraq nəzarətdən yox, daha çox Rusiya FTX-nin həyata keçirməli olduğu monitorinq funksiyasından danışılır”.

Zəngəzurdan keçən yola sonda kimin nəzarət edəcəyinə dair suala cavabında Kostanyan deyib ki, 9 noyabr Bəyanatında nəzarətin Rusiya tərəfindən həyata keçirilməli olduğu açıq şəkildə göstərilib.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk isə bildirib ki, yolların bağlanması ilə bağlı əsas fikir ayrılığı bu marşrutlardan istifadə edəcək insanların təhlükəsizliyini kimin təmin etməsi ilə bağlıdır.

“Dəmir yolu bu il istismara verilə bilərmi” sualına xarici işlər nazirinin müavini belə cavab verib:

“Ermənistan xüsusilə dəmir yolu məsələsində blokun açılması prosesini irəliyə aparmaqda maraqlıdır və hazırdır. Suverenlik və yurisdiksiya prinsipləri ilə bağlı razılıq əldə edildikdən sonra biz irəliləməyə hazırıq”.

Xarici işlər nazirinin müavini bir daha vurğulayıb ki, təhlükəsilik də daxil olmaqla blokun açılmasının bütün detallarının Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində baş verməsi erməni tərəfi üçün vacibdir.

Qeyd edək ki, Baş nazir müavinlərinin son üçtərəfli görüşündən sonra rəsmi İrəvan bəyan edib ki, blokun açılacağı təqdirdə Ermənistan ərazisində sərhəd xidməti Ermənistan tərəfindən həyata keçirilməlidir.

Xatırladaq ki, 10 noyabr Bəyanatının 9-cu bəndinə görə, Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir.
Lakin indi Ermənistanın mövqeyində dəyişiklik müşahidə olunur və Paşinyan hökuməti Rusiya qoşunları tərəfindən həyata keçirlməli olan nəzarət funksiyasını monitorinq kimi qəbul edir.

Təhlükəsizliyin isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları tərəfindən təmin edilməsini istəyir. Yəni Ermənistan təhlükəsizliyə zəmanaət verilməsi üçün dəmir yolunun mühafizəsinin öz qoşunları tərəfindən təmin olunmasında israr edir. Bu məsələnin Rusiyaya həvalə edilməsini Ermənistanın suverenliyinə və təhdid kimi qiymətləndirir. Ancaq Rusiya təhlükəsizliyin təminatını öz üzərinə götürmədən nəzarəti həyata keçirməyi qeyri-mümkün sayır.

Moskva dəmir yolunun keçdiyi ərazi üzərində Ermənistanın suverenliyini tanıdığını və orada Ermənistan qanunvericiliyinin tətbiq olunacağını bəyan etsə də. rəsmi İərvan bu vədlərə inanmır.

DİA.AZ-ın məlumatına görə, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında bildirib ki, 10 noyabr Bəyanatına əsasən, Zəngəzur dəhlizində təhlükəsizlik funksiyasını Rusiya həyata keçirməlidir:

“Həmin vaxt proseslər inkişaf istiqamətindən asılı olaraq, Ermənistan buna etiraz edə bilmədi. Rusiya nəqliyyat yolları üzərində öz geosiyasi mövqeyini qoruyub saxlamağa çalışdı. İndi isə Ermənistan Rusiyanın Zəngəzur dəmir yolu üzərində təhlükəsizliyi təmin etməsinə qarşı çıxır.

Bu, Nikol Paşinyanın anti-Rusiya siyasətinin tərkib hissədir. Onlar Ermənistanın müstəqilliyinin sual altında olduğunu qeyd edirlər. Halbuki Ermənistanın sərhədlərini Rusiya mühafizə edir. Ola bilsin ki, Ermənistan sərhədlərini Rusiyanın mühafizə etməsini istəməyən Qərb Paşinyana belə bir təlimat verib.

Ümumiyyətlə, monitorinq mülki missiyadır və Rusiyanın geosiyasi mövqeyinin güclənməsinə xidmət etmir. Dəmir yolunun mühafizəsi ilə bağlı yaranmış problem Ermənistanla Rusiya arasında olan daxili məsələdir. Azərbaycan bu məsələy qarışmır. Amma Rusiyanın Cənubi Qafqazdan getməsi Azərbaycanın maraqlarına uyğundur.

Azərbaycan da Zəngəzur dəmir yolunda Rusiya qoşunlarının olmasını qəbul etmir və Ermənistan kimi bu məsələni rəsmən qaldırmır. Çünki Azərbaycan Ermənistanın daxili işlərinə qarışmır. Yəqin ki, Rusiya və Ermənistan arasında bu mübahisə və gərginlik davam edəcək.

Hesab edirəm ki, Ermənistan tərəfi Rusiyaya qəti şəkildə güzəştə getməyəcək. Ermənistan özü vəziyyətə nəzarəti əlində saxlayacaq. Bu yolun geosiyasi layihə olduğunu nəzərə alsaq, Türkiyə də təhlükəsizlik funksiyasını Rusiyanın həyata keçirməsini istəmir. Pərdəarxası söhbətlərdə Rusiyanın bu yola nəzarət etməməli olduğuna dair fikirlər var. Dəmir yolu Ermənistan ərazisindən keçdiyi üçün rəsmi İrəvan buna icazə verməməlidir”.
 

Dünyapress TV

Xəbər lenti