Ardını oxu...
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Türkiyədən olan bir qrup müəllim və inzibati heyətlə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, satınalma müqaviləsinin imzalandığı şəxslər Türkiyənin Ege Universitetinin əməkdaşlarıdır.
Qeyd edək ki, müqavilə 2 ay (14.09 – 12.11.2024) müddətində qüvvədə olacaq. Dövlət Aqrar Universiteti 2 ay üçün Türkiyəli müəllimlərin hər birinə 15 min 780 manat 53 qəpik ödəyəcək.
Dövlət Aqrar Universitetinin müqavilə imzaladığı şəxslər və onlara ödəniləcək məbləğ belə olacaq:
Hülya İlbi – 15 780,53 manat
Aliye Yıldırım – 15 780,53 manat
Sait Engindeniz – 15 780,53 manat
Sezai Delibacak – 15 780,53 manat
Pervi Kınay – 15 780,53 manat
Galib Kaşkavalcı – 15 780,53 manat
Vedat Demir – 15 780,53 manat
Emrah Özçakal – 15 780,53 manat
Gölçen Yönter – 15 780,53 manat
Ahmet Hatipoğlu – 15 780,53 manat
Gülsüm Öztürk – 15 780,53 manat
Yalçın Harun – 15 780,53 manat

Məlumat üçün onu da bildirək ki Dövlət Aqrar Universiteti bu ilin mart ayında da Türkiyənin Ege Universitetinin əməkdaşları ilə daha bir satınalma müqaviləsi imzalayıb. Bu gün adları açıqlanan müəllimlərin bəziləri ilə mart ayında da müqavilə imzalanıb.
Edib Açıl – 26 746,68 manat
Zulal Metiner – 13 373,28 manat
Oktay Yerlikaya – 12 240 manat
Mustafa Özgür Tatar – 12 240 manat
Vedat Demir – 12 240 manat
Tuncay Günhan – 12 240 manat
Sinan Akgöl – 12 240 manat
Öztekin Gölgen Bahar – 12 240 manat
Özgür Avşar – 12 240 manat
Mustafa Gümüş – 12 240 manat
Murat Kılıç – 12 240 manat
İştipliler Deniz – 12 240 manat
İbrahim Duman – 12 240 manat
Hatice Özaktan – 12 240 manat
Hakan Adanacıoğlu – 12 240 manat
Hakan Geren – 12 240 manat
Hasan Kağan Yayla – 12 240 manat
Fulsen Özen – 12 240 manat
Halil Baki Ünal – 12 240 manat
Figen Kırkpınar – 12 240 manat
Dal Fadime – 12 240 manat
Çiğdem Takma – 12 240 manat
Aykut Güvensen – 12 240 manat
Arif Behiç – 12 240 manat
Ahmet Hatipoğlu – 12 240 manat
İbrahim Duman – 12 240 manat
Hatice Özaktan – 12 240 manat
Hakan Adanacıoğlu – 12 240 manat
Hakan Geren – 12 240 manat
Hasan Kağan Yayla – 12 240 manat
Fulsen Özen – 12 240 manat
Halil Baki Ünal – 12 240 manat
Figen Kırkpınar – 12 240 manat
Dal Fadime – 12 240 manat
Çiğdem Takma – 12 240 manat
Aykut Güvensen – 12 240 manat
Arif Behiç – 12 240 manat
Ahmet Hatipoğlu – 12 240 manat
 
 
 
Ardını oxu...
Redaksiyamıza "LeoBank" müştərisi Vüsal Bilalov tərəfindən müraciət daxil olub. O, "LeoBank"ın müştərilərinə razılaşmasız borc artımı tətbiq etməsi ilə bağlı narahatlığını bildirib.

V.Bilalov bildirir ki, əvvəllər "LeoBank" tərəfindən verilmiş taksit kartını faizsiz taksit planı ilə istifadə edib. İndi isə kartın borcunun idarə edilməsi ilə bağlı problem yaşayır. "İlkin olaraq razılığımla 18 aylıq faizsiz taksit planı ilə bu kartdan istifadə edərək alış-veriş etdim" - deyən şikayətçinin sözlərinə görə, "LeoBank" mobil proqramında yoxlama zamanı aşkar edib ki, borc qeydləri və əvvəlki əməliyyatları silinib: "Səbəbsiz sıfırlamadan narahat olaraq, aydınlıq gətirmək üçün dərhal "LeoBank"ın müştəri xidmətlərinə müraciət etdim. Bir həftə gözlədikdən sonra bank mənə borcumun təfərrüatları ilə bağlı müqavilə göndərdi, lakin böyük, narahatedici dəyişikliklə. Əvvəlcədən məsləhətləşmədən və mənim təsdiqim olmadan "LeoBank" borcumu yenidən hesablayıb, faizləri tətbiq edib və taksit müddətini 24 aya qədər uzadıb. Bu dəyişiklik ilkin şərtlərə uyğun deyildi. Razılaşdırılmış şərtlərə məhəl qoymadan, həm də gözlənilmədən faizlər tətbiq edildi və bununla da ödəməli olduğum ümumi borc məbləği artdı".

V.Bilalov bildirir ki, dəfələrlə etiraz etməyinə baxmayaraq, "LeoBank" nümayəndələri bu düzəlişlərin onun razılığı olmadan edildiyinə məhəl qoymayıblar və bu yeni müqaviləyə əməl etməyində təkid ediblər: "Məsul müştəri kimi hesab edirəm ki, bank qurumları şəffaflığı təmin etməli və əvvəlcədən razılaşdırılmış şərtlərə riayət etməklə və ya heç olmasa, hər hansı dəyişiklikləri əvvəlcədən bildirməklə müştərilərinin etibarını qorumalıdır. Mən "LeoBank"ı müştəriləri ilə bağlanmış ilkin razılaşmaya əməl etməyə çağırıram".

"LeoBank"dan bildirildi ki, müştəri kartının bitməsinə az müddət qaldıqda alış-veriş edib daha uzun müddətə böldürdüyü halda, müqavilə avtomatik uzanır. Bu halda isə əlavə faizlər hesablanır, məbləğ artır.


AFN.az
 
Ardını oxu...
Xankəndidəki hərbi parad - Zərəfimizin tarixi və unudulmaz günü
2023-cü il noyabrın 8-də Azərbaycan təntənəli şəkildə əzəli düşmən üzərində Qələbənin üçüncü ilini qeyd etdi. Həmin gün Bakının müxtəlif küçə və prospektlərində, Gəncə, Bərdə, Füzuli, Laçın və Zəngilan rayonlarında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri oldu. Xalqımız böyük qürur və fərəh hissi ilə şanlı Qələbənin üçüncü ildönümünü bayram etdi. Qələbə gününü ən yaddaqalan hadisəsi isə çoxdan səbirsizliklə gözlədiyimiz bir hadisə azad edilən Xankəndidə əzəmətli paradın keçirilməsi oldu.
Ermənistan rəhbərliyinin davamlı təxribatları nəticəsində 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibə zamanı 5 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa), 300-ə yaxın kənd, qəsəbə və mühüm yüksəkliklər işğaldan azad olunaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi, Azərbaycan-İran sərhədinə nəzarət bərpa edildi.
Ordumuz Şuşanı azad edəndən bir gün sonra Ermənistan kapitulasiya aktına imza atdı. Ağdam, Kəlbərcər, Laçın 1 güllə atılmadan azad edildi. Müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür. Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi".
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyinə və təcrübəsinə ancaq heyran olmaq olar. Xankəndindəki paradda Azərbaycan Silahlı Qüvvələri tərəfindən qənimət kimi götürülmüş erməni hərbi texnikasının bir hissəsi nümayiş etdirildi. Bu, bizə “mülki əhali”nin deyil, yaxşı silahlanmış erməni qeyri-qanuni birləşmələrinin müqavimət göstərdiyini daha bir nümayiş etdirmək üçün vacibidi. Onlar hətta 44 günlük müharibə başa çatdıqdan sonra da həm Ermənistan rəhbərliyi, həm də dünya erməniləri tərəfindən maliyyələşdirilməyə və silahlanmağa davam etdilər. Qarabağ xuntası özünü dağıtdı, onun keçmiş rəhbərləri Bakıdadırlar və ədalətli məhkəməni gözləyirlər. Xankəndində isə Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komndanı İlham Əliyev Qələbə Gününə həsr olunmuş hərbi paradı qəbul etdi.
Ötən il noyabrın 8-də işğaldan azad edilmiş Xankəndində keçirilən hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyev demişdi: "Uzun illər işğal zamanı Azərbaycan xalqı bir məqamı hədəfləyib ki, torpaqlarımız tezliklə işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz zəhmətimizlə, əməyimizlə yaxınlaşdırdıq".
Daha sonra ölkə başçısı bildirdi ki, “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejimidi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik.”
Bu gün alnı açıq, başı dik və fəxrlə - biz bütöv və suveren Azərbaycan vətəndaşıyam-deyirik. Bütün bunlara nail olmağımızda Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyətinin rolu qeyd-şərtsizdir. Onun qlobal lider kimi bacarıqları, strateji yanaşması, yüksək intellekt səviyyəsi, xalqına və vətəninə sevgisi və misilsiz diplomatik bacarığı sayəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. O bir tərəfdən öz siyasi iradəsini nümayiş etdirir, bir tərəfdən hərbi strateji vəzifənin icrasında yüksək peşəkarlıq göstərir, digər tərəfdən isə öz gündəmini beynəlxalq səviyyədə təbliğ etmək, dövlətçiliyi və xalqı müdafiə etmək üçün bütün diplomatik bacarığını sərgiləyir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ardını oxu...
Şimali Koreya hərbçilərinin Rusiyada yerləşdirilməsi və Ukrayna cəbhəsinə göndərilməyə hazırlanması müharibəni fərqli müstəviyə daşıyacaq. Qərb ölkələrinin liderləri və NATO baş katibi sərt açıqlamaları ilə Kremli bu addımdan çəkindirməyə çalışsalar da, bunun nəticə verməyəcəyi onlara da aydındır. Kreml öz planlarından imtina etməyəcək.
Ukrayna prezidenti Volodimir Zelenski Şimali Şimali Koreya qoşunlarının hələ döyüşə girmədiyini bildirsə də, “bu, ayların yox, günlərin işidir” deyə vurğulayıb: “Şimali Koreya əsgərləri Kurskdadır. Onlar Ukrayna ilə döyüşməyə hazırlaşır, bu, iki ölkənin birinə qarşı müharibəsidir”. Ukrayna Prezidenti Rusiyanın Şimali Koreya ilə açıq şəkildə tərəfdaşlıq etdiyini, təxminən 3,5 milyon artilleriya mərmisi əldə etdiyini də vurğulayıb. Zelenski Qərb ölkələrindən Ukraynaya dəstəklərini artırmasını istəyib.
Zelenski Çinin mövcud duruma susmasına işarə edərək regional təhlükəsizliyin təminatçısı kimi Çinin “səssizliyi təəccüblüdür” deyib: “Pekinin bizim tərəfimizdə olduğunu deyə bilmərəm, ancaq Çin regional dövlət olaraq Rusiya-Ukrayna müharibəsinin genişlənməsində maraqlı olmamalıdır. Asiyada Yaponiya və Cənubi Koreya sivil dövlətlərdir və Şimali Koreyanın Rusiyaya hərbçi göndərməsindən narahat olublar, bəyanat veriblər, Çindən isə səs çıxmır”.
Çin Şimali Koreya ilə sıx münasibətlərə malikdir. Şimali Koreya ərzaq çatızmazlığı ilə qarşılaşanda birinci növbədə qonşusu Çinə müraciət edir. Rusiyanın son zamanlar Şimali Koreya ilə əlaqələrini genişləndirməyə başlaması Pekinin narahat etməyə bilməz. Şimali Koreyanın Rusiyaya hərbçilərini göndərməsi də Çinin maraqlarına cavab vermir. Buna baxmayaraq, Pekin açıq şəkildə bunun əleyhinə çıxa bilməz, çünki Rusiya ilə tərəfdaşlıq münasibətlərinə kölgə salmaq istəmir.
“Atlas” Araşdırmalar Mərkəzi
TEREF
 
Ardını oxu...
“Təəssüf ki, Ankara Kiyev rejimi ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir. Türkiyə silahları Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçilərini və mülki şəxslərini öldürmək üçün istifadə olunur. Türkiyə rəhbərliyinin vasitəçilik xidmətləri göstərməyə hazır olması ilə bağlı bəyanatlarını nəzərə alsaq, bu, çaşqınlıq yaratmaya bilməz”.

Bunu Rusiya XİN-in başçısı, müasir dünya diplomatiyasının “üz qarası” Sergey Lavrov Türkiyə mətbuatına müsahibəsində deyib...

Özündən kiçik və zəif ölkəyə qarşı açıq işğalçılıq müharibəsi aparan, imperiyaçılıq, şovinizm bəlasına düçar olan bir ölkənin baş diplomatının bu cür “qırmızı”, abırsız, prinsipsiz birisi olmasında qeyri-adi heç nə yoxdur. Lakin bu başabəla diplomatın Kremlin hər imkanda ətəyinə düşdüyü, hətta yaltaqlandığı Türkiyəyə dil uzatması onun və ona tapşırıq verənlərin nankorluğunun, simasızlığının həddi-hüdudunun olmamasından xəbər verir.

Özü dünyanın demək olar bütün qaynar nöqtələrinə silah satan, proksi qüvvələr göndərən, bütün münaqişələrdə haqsız tərəfin yanında duran Rusiyanın XİN başçısının Türkiyəni Ukraynaya silah verməkdə günahlandırması absurdluğu ilə yanaşı beynəlxalq hüquq və prinsiplərə növbəti hörmətsilzik, saymazlıqdır. Təcavüzə məruz qalan və Türkiyə də daxil olmaqla bütün dünya birliyinin ərazi bütövlüyünü tanıdığı Ukraynaya silah verməkdə qanunsuz heç nə yoxdur. Ukrayna işğala məruz qalan suveren ölkədir, həm də Türkiyənin yaxın qonşusudur. Türkiyə isə NATO ölkəsidir. Müstəqil xarici siyasəti və nəinki regionda, bütün dünyada özünəməxsus yeri və çəkisi olan Türkiyəyə hansı ölkə ilə hərbi əməkdaşlıq qurmağı diqtə etmək nə Lavrovun, nə də onun sahibinin başı üçün olan məsələ deyil...

Onu da Lavrovun yadına salan lazımdır ki, Türkiyənin strateji tərəfdaşı və qardaş dövləti olan Azərbaycanın əraziləri Ermənistana verilən rus silahları, rus zabitlərinin təlimatları, hətta birbaşa iştirakı ilə işğal olunmuşdu. 44 günlük müharibə günlərində təyyarələrlə İrəvana daşınan da rus silahları idi, Gəncədə, Bərdədə dinc əhalini bombalayan da rus raketləri idi, Xocalıda azərbaycanlıları qətlə yetirən də rus texnikası, rus avtomatları və rusların idarə etdiyi erməni separatçıları, quldurları idi. Ümumiyyətlə, Azərbaycana tarixən ermənilərin əli ilə gətirilən bəlaların əksəriyyəti rus əli və rus silahı ilə olub. Hələ 20 yanvarı, ondan əvvəlki tarixi faciələri, işğalları və s. demirik...
Ətraflı

Rusiya silahı təkcə ermənilərin əli ilə yox, terrorçu PKK-nın da əlilə türklərə qarşı döyüşüb və döyüşməkdədir. PKK-nı yaradan və silahlandıran, həmçinin bu gün də himayə edənlərdən biri Rusiya deyilmi? Suriyada, İraqda, Liviyada da Türkiyənin maraqlarına, hərbçisinə, əsgərinə rus silahı ilə atəş açılır. Bütün bunlardan sonra Rusiyanın Türkiyəni Ukraynaya silah verdiyi üçün günahlandırması nə dərəcədə məntiqə və normal ağıla uyğundur?

Hələ 2019-cu ildə də Lavrov Türkiyəyə dil uzatmışdı və PKK-çıları terrorçu hesab etmədiklərinə eyham vurmuşdu. O demişdi ki, Moskva ilə Ankaranın Suriyadakı kürd birləşmələrindən hansının terrorçu sayılması ilə bağlı anlayış fərqi var. O vaxt Ərdoğan Lavrovun cavabını vermişdi: “PKK ilə əlaqəli bütün qruplar terrorçudur. Lavrovun bəyanatı yanlışdır. Türkiyəni kürd xalqının düşməni kimi təqdim etməyə çalışmaq düzgün deyil, çünki PKK kürd xalqı deyil”.

Türkiyə rəhbərliyi Lavrovun son açıqlamasına da biganə qalmayıb. Ərdoğanın Rusiya XİN başçısının bu bəyanatını hiddətlə qarşıladığı qeyd edilir. Belə ki, Kremlə yaxın “Kremlyovskaya tabakerka” “teleqram” kanalı yazıb ki, Türkiyə Lavrovun sözlərilə bağlı diplomatik kanallarla Moskvaya öz narazılığını çatdırıb. Bu barədə kanala Rusiyanın Türkiyədəki səfirliyindən bildiriblər. Türkiyə xəbərdar edib ki, NATO ölkəsi olaraq Ukraynaya daha böyük hərbi dəsətək göstərə bilər, lakin bir sıra səbəblərdən bunu etmir. Məlumatda deyilir ki, Türkiyə tərəfi Lavrovun açıqlamasını təxribat adlandırıb və bu cür açıqlamaların Türkiyəni Ukrayna ilə hərbi əməkdaşlığın genişləndirilməsi mövzusuna yenidən baxmağa vadar edə bilər. Bu o deməkdir ki, Türkiyə haqlı olaraq Lavrovun və onun sahibinin “qulağını burmaq” səlahiyyətini özündə saxlayır. Bu, həm də o deməkdir ki, “İtlə dostluq et, amma çomağı əldən yerə qoyma” atalar sözü hələ də öz aktuallığını qoruyub saxlayır...

C.Məmmədov

“AzPolitika.info”
 
 
 
Ardını oxu...
Geridə qoyduğumuz həftələr Amerika cəmiyyəti və siyasətçiləri üçün əsl sınaq oldu. Kamala Harrislə Donald Tramp arasında ABŞ prezidentliyi uğrunda mübarizə dramatik dönüşlərin bu günə qədər görünməyən ittihamlar və qalmaqallarla qonşu olduğu əsl absurd teatrına çevrildi. İlk baxışdan elə görünə bilər ki, seçki yarışı çoxdan ən yüksək həddinə çatıb. Lakin hər yeni gün yeni sürprizlər gətirir. Psixoloji və emosional gərginlik artır, sonsuz ittihamlar və proqnozlar silsiləsində yorulan amerikalılar artıq bu döyüşdən dincəlmək üçün onun sonunu gözləyirlər.

Kampaniyanın əsas cəhətlərindən biri tamamilə fərqli iki üslubun qarşıdurmasıdır. Mötədil demokrat baxışları təmsil edən və sosial islahatların tərəfdarı olan Kamala Harris inklüzivlik və bərabərlik dəyərlərini təbliğ edən “yeni Amerikanın” səsi olmağa çalışır. Digər tərəfdən, Donald Tramp kəskin ritorikadan və sərt bəyanatlardan imtina etməyərək, ənənəvi və mühafizəkar fikirlərini vurğulamaq fürsətini əldən vermir. Onun kampaniyası vətənpərvərlik və milli qürur hissi üzərində qurulan ciddi nizam-intizam və özünütəminatlılıq prinsiplərinə əsaslanır.

Hazırkı seçki yarışı həm də rəqibini gözdən salmaq cəhdləri ilə bağlı olan qalmaqallarla yadda qalacaq. Harris də, Tramp da “qurşaqdan aşağı zərbə” taktikasına əl atırlar. Məsələn, Tramp tərəfdarları Harrisi korrupsiyada və boş vədlərdə ittiham edirlər. Harrisin komandası isə əsas diqqəti Trampın siyasi keçmişi və müxtəlif biznes qurumları ilə əlaqələri ilə bağlı məsələlərə yönəldir. Tərəflər sözün əsl mənasında qalmaqallı bəyanatlar verərək, bir-birinin ünvanına ittihamlar səsləndirirlər. Və bunu elə edirlər ki, hətta siyasi baxımdan neytral mövqe tutan vətəndaşlar da baş verənləri sakitcə izləyə bilmirlər.

Lakin bu mübarizə təkcə siyasi ziddiyyətləri deyil, həm də ölkə daxilində mədəni fərqliliyi də son dərəcə kəskinləşdirib. İrq, gender və iqtisadi bərabərsizlik məsələləri yenidən gündəmə gəlir və Amerika cəmiyyətini iki düşərgəyə ayıran əsas mövzulara çevrilir. Çoxları üçün Tramp və Harris arasında seçim ölkənin keçmişi ilə gələcəyi arasında seçimdir. İnsanlar sosial şəbəkələrdə, mitinqlərdə və gündəlik söhbətlərdə namizədləri aktiv şəkildə müzakirə edirlər və bu, bəzən açıq-aşkar düşmənçilik həddinə çatır.

Amerikanın dərindən nəfəs alacağı ana bir neçə gün qalıb. Nəticələrdən asılı olmayaraq, kampaniya uzun müddət ölkə tarixində ən yorucu və dramatik kampaniyalardan biri kimi yadda qalacaq. Cəmiyyət bitib-tükənməyən mübahisələrdən yorulub və siyasi baxışlarından asılı olmayaraq hamı nəhayət bu marafonun bitməsini istəyir.
pressklub
 
 
 
Ardını oxu...
“İran İslam Respublikasında bəzi mövcud anti-Azərbaycan siyasi dairələri yenə də öz köhnə ampluasındadır. Həmin qüvvələr heç bir halda Azərbaycan və İran arasında mehriban qonşuluq münasibətlərinin qorunub saxlanmasında maraqlı deyillər”.

Bu sözləri Globalinfo.az-a deputat Elman Nəsirov iranlı həmkarının Azərbaycanı təhdid etməsi barədə danışarkən deyib.

O bildirib ki, bəzi İrandan olan qüvvələr ciddi cəhdlə iki ölkə arasında münasibətlə xələl gətirməyə çalışırlar:

“Bu çirkin niyyətlərinə nail olmaq üçün hər cür vasitəyə əl atırlar. Əks təqdirdə İran parlamentinin deputatı Əbülfəz Zöhrəvəndin anti-Azərbaycan müsahibəsinə necə qiymət vermək olar?! Bu müsahibədə o, İsrail-İran münasibətlərində yaranmış gərginlik fonunda ilk növbədə rəsmi Bakını ittiham edir. Guya ki, Azərbaycan İsrailin İrana qarşı hərbi əməliyyatlarında onunla əməkdaşlıq edir. Hələ bir qədər də irəli gedərək, Azərbaycanın cəzalandırılmasından danışır. İranın bizə qarşı absurd şəkildə bir qovluğu var. Bu qovluq bağlanmayıb, açıq vəziyyətdədir. Bunların fikrincə, Azərbaycanın qulağına “sillə” vurmaq lazımdır ki, guya ağlını başına yığsın”.

E.Nəsirov deyib ki, Zöhrəvənd deputata yaraşmayan leksikondan istifadə etməklə İran hakimiyyətinin anti-Azərbaycan məsələsi və Azərbaycanın cəzalandırılması ilə bağlı müəyyən planların olması barədə ismarış ünvanlayır:

“Qeyd edim ki, bu şəxs diplomat olub, İranın İtaliya və Əfqanıstanda səfiri işləyib. Eyni zamanda prezident olmuş Əhməd Nejatın Əfqanıstanda müşaviri kimi fəaliyyət göstərib. Yüksək dövlət postları tutmuş şəxsin leksikonuna baxın. Keçmiş səfirin və bugünkü diplomatın danışığına, istifadə etdiyi ifadələrə fikir verin – yalan, iftira, təzyiq, təhdid, Azərbaycanı cəzalandırmaq çağırışı, Azərbaycanın qulağının dibinə “sillə” vurmaq hədəsi və s. Yəni tənqidə dözməyən bir davranışdır. Hətta fikrimcə, o, dediyi sözlərin məsuliyyətini daşımalıdır. Görünür ki, Zöhrəvənd bu prosesdə tək deyil, onun arxasında dayanan daha iri siyasi fiqurlar var. Onlar da bu şəxsin dili ilə Azərbaycan əleyhinə olan çirkin niyyətlərini ortaya qoyurlar. Amma bilsinlər ki, Azərbaycan güclü dövlətdir, onun güclü lideri var, Prezident İlham Əliyevin dünya siyasətində öz sözü, çəkisi mövcuddur!”

Deputat Əbülfəz Zöhrəvənd və onun kimi Azərbaycana ismarış göndərənlərə səslənib:

“Zöhrəvənd kimilər unutmasınlar ki, düz 18 il bundan öncə, yəni 2006-ci ilin aprel aynda İlham Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı İranla bağlı bir açıqlama verdi. Bu o zaman idi ki, dünya mətbuatında günlər, dəqiqələr, hətta saniyələr belə göstərirdi ki, Birləşmiş Ştatlarının müttəfiqləri İrana zərbə endirəcək. Azərbaycan başçısı Ağ Evdə ABŞ prezidenti Corc Buşla danışıqlar zamanı və brifinqdə bəyan etdi ki, Azərbaycan ərazisindən heç bir üçüncü dövlət İrana qarşı güc tətbiq edə bilməz, biz buna imkan vermərik! O zamandan 18 il keçib. Göründüyü kimi, cənab Prezident sözünün ağasıdır! Necə bəyanat veribsə, o cür də əməl edib. Ölkə başçımızın sözü imzası qədər gücə malikdir. İndi Əbülfəz Zöhrəvənd kimilərin dedikləri İlham Əliyevin etdiyi yaxşılıqların qarşısında təşəkkürüdürmü? Unutmasınlar ki, Azərbaycan Prezidentinin müəyyən etdiyi xarici siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatındadır. Bu formatda qonşularla münasibətlər əsas istiqamətdir”.

Elman Nəsirovun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətinin fəlsəfəsində İranla əlaqələrin inkişafı əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub:

“Bütün bunların qarşılığında görün, İran və İrandakı siyasi dairələr kimlərin arxasında dayanıb, kimləri önə verir və onların dili ilə Azərbaycana qarşı təhdid dolu ismarışlar göndərir. Bütün bu cəhdlərin heç bir nəticəsi olmayacaq! Çünki Azərbaycan güclü dövlətdir, bizim səfərbər olmuş cəmiyyətimiz var, vətəndaş həmrəyliyi hökm sürür. Güclü ordumuz, “Dəmir yumruq” kimi birləşmiş xalqımız və xalq birliyi mövcuddur. Bütün bu reallıqlar fonunda İran tərəfi onu da unutmasın ki, orada 40 milyona yaxın soydaşımız yaşayır və Azərbaycanı haqq işində hər zaman müdafiə edirlər”.

Zaira Akifqızı

Globalinfo.az
 
Ardını oxu...
Nə üçün düşünülməmiş addımlar atılır, məqsəd nədir, yoxsa məqsəd yoxdur?..

Dövlətin və xalqın gələcək taleyində mühüm rol oynayan rəsmi qurumlardan biri də Təhsil Nazirliyidir. Əsas vəzifəsi də ölkənin təhsil siyasətini müəyyən etmək və həyata keçirməkdir. Dövlətin davamlı inkişafı üçün bilikli və peşəkar kadrların hazırlanması əhəmiyyətlidir. Bu kadrlar da məhz Təhsil Nazirliyinin tənzimlədiyi təhsil sistemində yetişir.

Güclü təhsil sistemi sağlam cəmiyyətin formalaşmasında mühüm addım olur və ölkənin beynəlxalq arenada rəqabət qabiliyyətini artırır. Bütün bunlar isə sözügedən qurumun nə dərəcədə məsuliyyətli, planlı, müdrik və düşünülmüş davranmasını labüd edir. Di gəl ki, reallıqla nəzəriyyə bir-birindən köklü şəkildə fərqlənir.

Fizika qanunlarını tanımayan...

Ötən il Azərbaycan Təhsil Nazirliyi (TN) belə bir qərarla gündəmə gəldi: uşaq bağçalarında çalışan qeyri-ixtisas tərbiyəçi-müəllimlərin maaşları və dərəcələri azaldılsın. Amma bundan sonra həm mətbuatda, həm də digər vasitələrlə qərardan şikayətlər başladı.

Nəticədə Nazirlik fərdi şəkildə (hamını birdəfəlik deyil ha) tərbiyəçilərin həm maaşlarını, həm də ixtisas dərəcələrini bərpa etməyə məcbur oldu. Necə deyərlər, geriyə addım atdı.

Amma nisbi sakitlik uzun sürmədi. Bir neçə gün əvvəl TN növbəti fövqəladə anonsunu verdi. Bağça müdirlərini toplayıb elan ediblər ki, dekabrdan yenə də qeyri-ixtisas tərbiyəçilərin maaşları və dərəcələri aşağı salınacaq.

Adətən deyirlər ki, mərmi bir çuxura bir dəfə düşür (bu misala bənzər digər gözəl atalar sözümüz də var, sadəcə olaraq orda xatırlanan canlını nazirlik əməkdaşlarına şamil etmək istəmirik). Ancaq göründüyü kimi, Azərbaycanda təhsilə cavabdeh olanlar bütün fizika və hərb qanunlarını alt-üst etməyə müvəffəq olublar: mərmi yenə eyni çuxura atılıb.

Lakin biabırçılıqlar bununla bitmir. Dədə Qorqud demiş, “Oğuz elinin qanlı-qadalı günləri hələ qabaqdadır”.

Məntiq elmini dəhlizlərdə gömən nazirlik

Bu ay, oktyabrın 19-20-də TN bağçada çalışan müəllimlərin, - istər ixtisas, istərsə də qeyri-ixtisas üzrə, - diaqnostik qiymətləndirməsini apardı, maksimal nəticə kimi də 60 bal göstərici təyin edildi. Hətta ümid vardı ki, yüksək nəticə göstərənlərin maaşlarında artım olacaq.

Eyni zamanda 2025-ci ildə bağça müəllimlərinin sertifikasiyasının keçiriləcəyi bildirilir. Və yenə də yağlı vədlər: yüksək nəticə əldə edənlərin məvacibləri artırılacaq.

Bəs, yaxşı, o zaman oktyabrın 29-da baş tutan toplantıda elan edilən “sünnət mərasimi”nin məramı nədir? Və ya başqa cür qoyaq sualı: apreldəki sertifikasiya kimə lazım olacaq? Bir sözlə: məntiq elmi Təhsil Nazirliyinin dəhlizlərində qalstuklu məmurlar tərəfindən səssizcə dəfn edilib.

Əgər qeyri-ixtisas müəllimlərini cəzalandıracaqsınızsa, o zaman onların qiymətləndirilməsinə nə lüzum var, sertifikasiya kimə lazımdır?

Başqa qəbildən olan suallar da meydana gəlir. Məsələn, əgər nazirlikdə heç bir kadr dəyişikliyi baş verməyibsə, hansısa inqilabi istiqamət dəyişikliyi bəyan edilməyibsə, o zaman qəbul edilən qərarlardakı bu məntiqsizlik, pərakəndəlik nə ilə izah edilməlidir?

Ölkədə bütün səviyyələrdə elmin və təhsilin yüksəlişinin təmin edilməsi qarşısına vəzifə kimi qoyulan bir dövlət qurumu tam əksi ilə məşğuldur. Həqiqətən də, belə məntiqsiz sıçrayışlar hansı insanı işinə yaradıcı yanaşmağa, cani-dildən çalışmağa sövq edər?

Balaca uşaqlarla daim ünsiyyətdə olan insan sanki Domokl qılıncı altında gəzir və beynində istər-istəməz bir sual var-gəl edir: görəsən, növbəti dəfə nazirliyin kefi nə vaxt... istəyəcək və mənim onsuz da aşağı olan maaşımın bir qədər də aşağı salınmasına qərar verəcək?

Ümid sonuncu ölür

Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, ölkədə onsuz da uşaq bağçası və ixtisaslaşmış tərbiyəçilər qıtlığı var. Tutaq ki, qeyri-ixtisas peşəsi üzrə çalışanları ixtisar etdiniz. Ya da maaşları aşağı salınandan sonra özləri başqa sahələrə üz tutaraq başlarına çarə qılmağa çalışdılar.

Sonra necə olacaq? Onların boş qalan yerlərinə ixtisaslı tərbiyəçiləri haradan tapacaqsınız? Axı onların ərsəyə gəlməsi üçün illər tələb olunur. Bu, meyvə-tərəvəz, quş əti deyil ki, xarici ölkələrdən idxal edilsin. Elə isə nə üçün bu cür düşünülməmiş addımlar atılır? Məqsəd nədir? Yoxsa məqsəd yoxdur? Bəlkə, məqsəd sadəcə qızğın iş görüntüsü yaratmaq, nəticələri isə zamanın axarına buraxmaqdır?

Ümid edirik ki, Təhsil Nazirliyində bütün bu suallar ətrafında düşünə, düşünüb düzgün nəticə çıxara biləcək heç olmasa 1-2 nəfər tapılacaq. Əks halda vay bizim və gələcəyimizin halına!

Müəllif: Polad Xudayarlı
 


Elxan Şahinoğlu: “Belarusda hakimiyyət dəyişikliyinə nail olsalar, bu, Qərbin uğuru, Rusiyanın isə məğlubiyyəti olacaq”

Qərbin uzun müddətdir inqilab ssenarisi hazırladığı ölkələrdən biri də Belarusdur. Ukrayna-Rusiya müharibəsi fonunda Lukaşenkoya xeyli təzyiq və təhdidlər edildi, lakin “Batka” bunları dəf edə bildi.

İndi isə Qərb və Avropa Belarusda gələn ilin əvvəlində keçiriləcək prezident seçkisinə “hazırlaşır”.

Qeyd edək ki, Belarusun Mərkəzi Seçki Komissiyası gələn ilin yanvarında keçiriləcək prezident seçkisində hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun namizəd kimi irəli sürülməsinin dəstəklənməsi üçün imza toplamaq üzrə təşəbbüs qrupunun qeydə alınması barədə qərar qəbul edib.

Lukaşenkonun namizədliyinin müdafiəsi üçün imza toplamaq üzrə təşəbbüs qrupunun qeydiyyatı ilə bağlı sənədlər oktyabrın 26-da Mərkəzi Seçki Komissiyasına daxil olub.

Belarusda prezident seçkisi 2025-ci il yanvarın 26-da keçiriləcək. Prezidentliyə namizəd kimi irəli sürülmək istəyənlər 2024-cü il noyabrın 1-dən gec olmayaraq onların irəli sürülməsi üçün təşəbbüs qrupunun qeydə alınması üçün zəruri olan sənədləri MSK-ya təqdim etməlidirlər. Prezidentliyə namizədlərin irəli sürülməsinin dəstəklənməsi üçün seçici imzalarının toplanması noyabrın 7-dən dekabrın 6-sı daxil olmaqla, davam edəcək. Prezidentliyə namizəd olmaq istəyən ən az 100 min vətəndaşın imzasını almalıdır.

Nəzərə çatdıraq ki, Lukaşenkonun ölkə daxilində ciddi alternativi yoxdur. Buna rəğmən ölkədə qarışıqlıq salmaq ssenariləri də aktivləşdiriləcək. Bəs Lukaşenko bu dəfə də əlinə silah alıb ölkəsini qanlı hadisələrdən qoruya biləcəkmi?

Ardını oxu...

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib. Politoloq qeyd edib ki, Aleksandr Lukaşenkonun bu seçkidə iştirak edib-etməyəcəyi ilə bağlı hələ ki, kəskin qərar yoxdur: Çünki özü də bir neçə dəfə eyham vurub ki, yerinə başqasını da hazırlaya bilər. Yaşı da kifayət qədər çoxdur. Lakin özü də namizədliyini irəli sürə bilər.

Ötən seçkilərdə ciddi qarşıdurmalar, küçə mitinqləri, yürüşlər oldu, lakin Lukaşenko öz hakimiyyətini qoruya bildi. Ola bilsin ki, bu dəfə də Qərbin müəyyən dairələri Lukaşenkonu hakimiyyətdən yıxmaq üçün müəyyən təşəbbüslərlə çıxış etsinlər. Lakin məsələ burasındadır ki, Belarusda hazırda müxalifətin manevr  imkanları daralıb, bir çox nümayəndələri həbsdədir, digər liderləri bir sıra Qərb ölkələrində, o cümlədən Polşada qərar tutublar və onların geri qayıtması mümkün deyil. Ona görə də müxalifətin vahid namizədlə çıxış edəcəyinin özü də sual altındadır.

Lakin bütün hallarda Qərbin beyin mərkəzləri Lukanşenkonu hakimiyyətdən yıxmaq üçün müəyyən ssenarilər hazırlaya bilərlər. Çünki Belarusda hakimiyyət dəyişikliyi Qərb üçün vacibdir. Belarus Rusiyanın ən yaxın strateji müttəfiqidir, Ukraynaya qarşı müharibədə Rusiya Belarusun imkanlarından da istifadə edib. Yəni əgər Qərb Belarusda hakimiyyət dəyişikliyinə nail olsa, özünə yaxın simanı hakimiyyətə gətirə bilsə, bu, Qərbin uğuru, Rusiyanın isə məğlubiyyəti demək olacaq. Ona görə də bu mübarizədə Rusiya da aktiv olacaq və əlindən gələni edəcək ki, Lukaşenko və yaxud onun varisi hakimiyyət uğrunda mübarizədə müxalifətə məğlub olmasın".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 
 
 
Ardını oxu...
Sonra deyirsiz azərbaycan dili dəyərdən salınmışdı, əzəməti yox idi. Bəs bu nədi?
Əbdürrəhim Ərdəbili yazır ki, Xəmsə alimlərinin fikrincə, türkcə danışıqda, ənənəyə uyğun olaraq, gərək əmrdən irəli gələn qətiyyət mənası ifadə olsun, əks halda, "türkcə sözün haqqı verilməmiş olacaq". Bütün türkcə feillər zamanlarda, məsdər, inkar, sual, təsdiqdə, qadağa bildirəndə, söz və birləşmələrdə "tamamilə əmrdə deyilir".
Molla Qaraxanoğlu nəzakətli danışığı "əbədi haram" və "xətalı" və hətta "tat" adlandırır, onları türklərin "ali şərəfli sülaləsinə" aid etmir.
Göründüyü kimi, Əbdürrəhim Ərdəbili Şirvani türkcədəki bütün feillərin və isimlərin mənşə və kökünün "əmr feilləri", türkcənin əsasının isə "buyruq feili" olduğunu söyləyir. Bu səbəbdən türk Qızılbaş üləmaları da vurğulayır ki, türkcə danışan şəxsin səs tonunda acizlik, pəltəklik, çarəsizlik, ədəb, nəzakət, rica, dilənmək, yaltaqlıq və ya yalvarış deyil, ancaq buyruq, əmr, qətiyyət, qərarlılıq, əminlik, möhkəmlik və gücdən formalaşan bir amiranəlik olmalıdır.
Əbdürrəhim Ərdəbili türk dilini dünya dilləri arasında bənzərsiz adlandırmış və qərara almışdır ki, fiqh terminlərinin köməyi ilə türkcənin sözlərinin gücü qətiyyətli və əzəmətli olmalıdır.
Səfəvi və Əfşarlar o dövrdə mütləq siyasi və dini hökmran olduqları üçün türk dili ilə bağlı şəriət fətvaları vermiş və dini baxımından başqalarını da bu əmrlərə tabe olmağa çağırmışlar.
"Məzhər üt-türki"nin ən dəyərli hissələrindən biri "Türkcə şəkillər, sözlər, o cümlədən feillər və isimlərin qeydi və izahı" bölməsidir. Bu bölmədə Qızılbaş türkcəsində işlək olan, 3 əsrlik zaman müddətində mənasını dəyişmiş və ya işləklikdən çıxmış leksik arxaizmlər verilir.
Məsələn: qanda (harada), qaçaq/qaçan (haçan?), təpdir (basmağa vadar etmə). Çıqır, çırp, cında(köhnə, əski), çibin (milçək), qayır (düzəlt), biz (iynə).
P.S. Arxaik sözlərdən biri də "Uzat" sözü, Quba xanının adına olan məktubda var idi. Borçalıda hələdə həmin mənada işlədilir.
İstinad: "Məzhər üt-türki", Əbdürrəhim Ərdəbili Şirvani, XVIII əsr (Nadir şah Əfşar dövrü)
Milli Kimlik
TEREF
 
 
 

Dünyapress TV

Xəbər lenti