Rövşən Rüstəmovun yarıtmaz fəaliyyəti:
Məşhur mahnıda deyildiyi kimi: “O qatarın dalınca baxma…”. Günümüzün reallığında bu mümkün deyil, çünki “Azərbaycan Dəmir Yolları” QSC-nin, hətta birbaşa Rövşən Rüstəmovun “möhtəşəm fəaliyyəti” sərnişinləri qatarların arxasınca “baxmağa” məcbur etməkdən ibarətdir. Elə bir həftə, yaxud ay olmasın ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatarların xarab olduğu, ya relsdən çıxdığı, ya yolda qaldığı, yaxud gecikdiyi və ya vaxtından tez çıxdığı xəbərləri yayılmasın. Yəni sözün gerçək mənasında qatarların “dalınca baxa-baxa” qalmışıq.

– Bakı-Sumqayıt istiqamətində hərəkət edən sərnişin qatarı yolda qaldı.

– Ağstafadan Bakıya gələn qatar 2 saat gecikdi.

– Bakı-Pirşağı qatarı xarab oldu.

– Rusiyadan Azərbaycana inşaat materialları daşıyan qatar Siyəzən rayonunun Zarat stansiyasında relsdən çıxdı.

– Bakı-Gəncə qatarı xarab oldu, insanlar piyada gəlir.

Belə xəbərlər mediada saysız-hesabsızdır və demək olar ki, hər həftə, ən yaxşı halda hər ay belə məlumatlar yayılır. Halbuki, cəmi iki il öncəyə qədər belə xəbərlərə nadir hallarda rast gəlmək olardı, çünki qatarların fəaliyyətində nasazlıq nadir hallarda baş verirdi. Məhz 2022-ci ildən – Rövşən Rüstəmovun “Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbərlik etməyə başlamasından sonra neqativlər hər keçən gün daha da artmağa başladı. Rövşən Rüstəmov QSC-yə 2022-ci ilin oktyabrında rəhbər təyin olunub, 2023-cü ildən etibarən “Azərbaycan Dəmir Yolları” QSC haqqında yayılan xəbərlərin əksəriyyəti ya qatarların xarab olması, ya relsdən çıxması, ya gecikməsi, yaxud müxtəlif maxinasiyaların baş verməsi barədədir.

Sual yaranır: niyə belə acınacaqlı vəziyyət yaranıb?

Bu sualın yeganə cavabı məhz Rövşən Rüstəmovun yarıtmaz fəaliyyətidir. Halbuki, Azərbaycanın dəmir yolu infrastrukturu Cənubi Qafqazda yüksək keyfiyyəti və əlverişliliyi ilə seçilib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə yenidən qurulan dəmir yolu infrastrukturumuz Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib.

Təsadüfi deyil ki, Azərbaycan qlobal nəqliyyat şəbəkələrinin açar ölkəsidir və bu məsələdə dəmir yolu infrastrukturumuzun böyük rolu olub. Axı dəyişən heç nə yoxdur. Yol həmin yoldur, dövlətin “Azərbaycan Dəmir Yolları” QSC-yə dəstəyi, ümumiyyətlə, dərmir yolu daşımalarına diqqəti azalmayıb, əksinə daha da artıb. Yeganə dəyişən isə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədridir. Rövşən Rüstəmovun gəlişindən sonra Azərbaycanın dəmir yolları sahəsi ciddi geriləmə yaşayır, həm sərnişin, həm yük daşımalarında acınacaqlı vəziyyət davam edir.

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-yə olan inam da, etibar da sıfırlanır. Gecikən, yolda qalan, yaxud xarab olan qatarlardan bezən vətəndaşlar baha olsa belə avtomobil və təyyarə nəqliyyatına üstünlük verirlər. Yükdaşma sahəsində də analoji vəziyyət hökm sürür. Təsadüfi deyil ki, dəmir yolları ilə yükdaşınmanın payı hər il aşağı düşür.

Problem nə ölkənin dəmir yolu infrastrukturunda, nə qatarlarda, nə da bu sahənin peşəkar kadrlarındadır. Problem birbaşa Rövşən Rüstəmovdadır. Bu sahəyə yad olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri faktiki olaraq məsul olduğu sahəni idarə edə bilmir, zərəri də vətəndaşlarımız və dövlətimiz çəkir.Demokrat.az
 
 
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025  “Uğur 777” klinikasının UĞURSUZLUQLAR SERİYASI - İTTİHAM VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti