“BU QURUM İNSANLARIN HƏYATINI MƏHV EDİR” – Qarabağ döyüşçüsü:
Ağdam rayonu, Quzanlı kənd sakini Fərzalıyev Calal Qənəhət oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiaysına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

“Cənab Prezident!

Mən, Fərzalıyev Calal Qənəhət oğlu, yazaraq Sizdən xahiş edirəm ki, mənim problemimlə bağlı aidiyyəti qurumlara tapşırıq verəsiniz.

Bildirim ki, bir çox insanlar kimi mən də Sahil Babayevin piyarına qurban getdim. Bu qurumun özbaşınalıqlarına son qoymaq lazımdır.

Qeyd edim ki, 1995-ci ildə döyüş tapşırığını yerinə yetirərkən düşmənin artilleriya mərmisi yanımda partladı. Aldığım ağır zərbə nəticəsində 2 qulağım batdı, sol əlimdən qəlpə yarası aldım. Uzun müddət 251 saylı hərbi hospitalda müalicə almışam. Hazırda da səhhətimdə ciddi problemlər var, qulağım eşitmir.

2006-cı ildən 2-ci qrup əlil olaraq pensiya və prezident təqaüdü almışam. 2022-ci ilin dekabr ayından pensiyamı səbəbsiz yerə və saxtakarlıqla kəsiblər.

Dəfələrlə müraciət etsəm də, heç bir nəticə olmayıb. Bəzən pensiyamı bərpa edəcəklərini deyib, boş ümid verirlər.

2024-cü ilin yanvar ayında TSEK-in direktoru Anar Bayramovun özü ilə görüşdüm. Əlilliyimin hansı səbəbdən kəsildiyini soruşdum və bunun haqsızlıq olduğunu dedim. O isə, “ola bilsin səhvlik olub, mütləq nəzərə alınacaq”, - dedi.

Eşitməməyimlə bağlı LOR həkiminin rəyləri də əlimdə var. Həmin rəyi Ağdam Rayonu Mərkəzi Xəstəxanasının komissiyasına təqdim etmişəm.

29.04.2024-cu il tarixində mənim sənədlərim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən TSEK-ə göndərildi. Bu günə qədər də komissiyadan keçməyim üçün məni dəvət etməyiblər. Nazirliyin 142 “qaynar xətti” ilə əlaqə saxlayıram, lazımi cavabı ala bilmirəm.

Cənab Prezident!

Əmək və Əhalinin Sosial Nazirliyi adı altında fəaliyyət göstərən bu qurum insanların həyatını məhv edir. Bu qurum həqiqi xəstələrə əlillik vermir, sağlam adam rüşvət verib, əlillik dərəcəsi alır. Bu qədər haqsızlıq olmaz, axı?”

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinə məlumat verilib. Qurumun mövqeyini dərc etməyə çalışacağıq.
 
 


 

Bölmənin digər xəbərləri

23 Aprel 2025 Adil Əliyevin qanunların əleyhinə fərqli siyasi prinsipi ...
23 Aprel 2025 Dövlət büdcəsini asfaltda əzdilər, qalanını divara suvayırlar... - VİDEO
23 Aprel 2025 Qazax səhiyyəsində SAXTA DİPLOM QALMAQALI... - BU NƏDİ BELƏ?..
23 Aprel 2025 Estetik prosedurun daha bir qurbanı... - Ayağındakı deşikdən 10 aydır irin axır - FOTO
23 Aprel 2025 Ağacları məhv edərək “planeti qoruyan” şirkət: “Avant Group” kimindir?
22 Aprel 2025 İlham Səfərov da digərlərindən seçilmədi - Yeni Bələdiyyə sədri Mərdan Camalovun ümidlərini doğrultmayır FOTO
22 Aprel 2025 Həkim Kəmalə Mirzəyevanın qurbanları onu axtarır:Həkim HARADADIR? -ŞOK FAKTLAR/FOTOLAR+VİDEO
22 Aprel 2025 Rövşən Rüstəmovun idarəsində ANARXİYA: iclasda gərginlik oldu, dəmiryolçular ÜSYANA qalxdı - Təfsilat
22 Aprel 2025 Heydərovun “kantoru” ÖZÜ SATIR... ÖZÜ DƏ ALIR... – Bəs “Azəri Biznes” MMC nə edir?
22 Aprel 2025 Nərimanovun icra başçısı bir ərazini iki şirkətə satdı – Qalmaqal böyüyür
22 Aprel 2025 Sahil qəsəbəsində 1 milyon manatlıq obyekti kim tikdirir?-Video-Fotofakt
22 Aprel 2025 Nərimanov rayonunda qanunsuz tikilən obyekt hansı məmura məxsusdur? - VİDEO
22 Aprel 2025 Binəqədi rayonunda sənədsiz yaşayış binasının “icazə“sini kim verib? - FOTOLAR
21 Aprel 2025  Zaur Mikayılov 30 milyon manatın hesabatını niyə vermir? - HƏQİQƏTƏN DƏ...
21 Aprel 2025 500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
21 Aprel 2025 Sabunçu icra şöbəsində NƏ BAŞ VERİR? - NARAZILIQ VAR...
21 Aprel 2025 Adil Əliyev XARÜQƏLƏR YARADIR... - BU NƏDİ BELƏ? FOTO
20 Aprel 2025 "Aypara estetik center"də pasiyentlərə dolğu və plazma terapiya necə icra olunur?
20 Aprel 2025 İcra məmuru qanunları saya salmırsa… - Nazirə MÜRACİƏT
19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO

Dünyapress TV

Xəbər lenti