Ardını oxu...
 
 

 
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Tikinti və Təmir” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

 

Xalqxeber.az yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi "Xezer Construction" MMC (VÖEN- 1603218151) olub.
Tender müsabiqəsinin şərtlərinə görə "Xezer Construction" MMC “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nabatat Bağı"nın abadlaşdırılması işlərini həyata keçirəcək.

Abadlıq işləri üçün Bakı Şəhər İcra Hakimiyyəti "Xezer Construction" MMC-yə 57 milyon 999 min 905 manat 91 qəpik ayıracaq.
Məlumat üçün bildirək ki, “"Xezer Construction" MMC 26.02.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 1/8-də (Adore Plaza) yerləşir. Şirkətin qanuni təmsilçisi Abışov İslam Məhəmməd oğludur.

Onu da qeyd edək ki, “Bakı Şəhər Tikinti və Təmir” MMC bu yaxınlarda “Mərkəzi Nəbatat Bağı”nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərini hazırlamaq üçün “Feniks-AA” MMC (VÖEN- 2000094981) ilə 580 min 300 manat dəyərində müqavilə imzalayıb.

Məlumat üçün bildirək ki, “Feniks-AA” MMC 06.11.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 152, m. 56-da yerləşir. Şirkətin qanuni təmsilçisi Aydınlı Aydın İlqar oğludur.
Onu da bildirək ki, Aydınlı Aydın İlqar oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar Aydın oğlu İsbatovun oğludur. “Feniks-AA” MMC-yə 2008-ci ilə kimi İlqar İsbatovun özü rəhbərlik edib. 2008-ci ildə İlqar İsbatov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru təyin olunduğu üçün rəsmi sənədlərdə şirkət rəhbərliyini oğluna həvalə edib.

 

XalqXeber.Az
Ardını oxu...
 
 

 
Şamaxı rayonundan verilən məlumata görə, yaxın günlərdə icra başçısı Tahir Məmmədovun vəzifəsi ilə vidalaşacağı gözlənilir. Tahir Məmmədovun vəzifədən getməsinə səbəb onun yarıtmaz fəaliyyəti göstərilir.

 

Son illər Şamaxı rayonunda tüğyan edən məmur özbaşınalığı əhali arasında böyük narazı kütlə formalaşdırıb. Rayon icra başçısı Tahir Məmmədovun yarıtmaz fəaliyyəti nəticəsində formalaşan narazılığın ictimailəşməməsi üçün etirazçı şəxslərə qarşı ağlasığmaz üsullardan istifadə olunur.

Şamaxıda narazı kütlələri formalaşdıran İcra Hakimiyyəti başçısının müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova tərəfindən təşkil olunan tədbirlərin birində tezliklə rayonun icra başçısı olacağını söyləyib.

Bizə verilən məlumat da bildirilir ki, Şamaxı rayon icra başçısı Tahir Məmmədovun qəbuluna düşmək artıq müşkil məsələyə çevrilib. İcra başçısının qəbuluna gələnləri yönləndirir xanım müavini Mehriban Eyubovaya.

Verilən məlumata görə, Şamaxı rayonunda Mehriban Eyibova, Tahir Məmmədovun qara kassası sayılır.

Şamaxı da bütün məktəblər, xəstəxanalar, dövlət və özəl müəssələrin hamısı xanım müavin Mehriban Eyubova ilə hesablaşmalı olurlar.

Demək olar ki, Şamaxını icra başçısı Tahir Məmmədov yox, xanım müavin Mehriban Eyubova idarə edir.

Buda rayon sakinləri arasında ciddi narazılıqlar yaradır.

Tahir Məmmədovun Şamaxı rayonuna icra başçısı təyin olunduğu gündən rayon bədbəxt vəziyyətə düşüb. Rayonda baş alıb gedən özbaşnalıq və korrupsiya demək olar ki, bütün sahələrdə vüsət alıb çiçəklənir.

Ardı növbəti sayımızda…

Xeberal.az

 

XalqXeber.Az
Ardını oxu...
Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun Avropadakı biznesi barədə sosial şəbəkəsə məlumat yayılıb.

TEREF.AZ 32gun.az-a istinadla yayılan məlumatı təqdim edir:

“Şirkət əvvəlcə Azərbaycanın Bratislavadakı fəxri konsulu Cəlal Qasımovun və xanımının adına keçirilir, 2018-ci ilin aprelin 4-dən isə Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun adına rəsmiləşdirilir. Fəxri konsul isə Hicran Valehovun şəriki olur. Sənədlərə görə cənab Valehovun Slovakiyadakı qeydiyyat ünvanı belədir: Javorová 5803/8, Pezinok 902 01.

Hicran Valehovun biznesi Slovakiya ilə məhdudlaşmır. Onun Çexiyada da geniş biznesi var.

Çexiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş C E T S, s.r.o. şirkətinin sənədlərinə görə 5 iyun 1968-ci il təvəllüdlü, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Şadlınski küçəsi ev 26-da qeydiyyatda olan Hicran Valehov 13 iyun 2017-ci ildən bəri şirkətin iki təsisçisindən biridir. Şirkətin digər həmtəsisçisi isə A L L İ A N C E – G R O U P şirkətidir.

200 min çex kronu nizamnamə kapitalı olan C E T S, s.r.o. hələ 2009-cu ildə Praqada qeydiyyata alınıb (şəhadətnamə nömrəsi C 158021). 2017-ci ildə şirkət çex sahibləri (FRANTIŠEK DÁŇA, JIŘÍ BROŽ və JAN HRAZDIRA) tərəfindən Hicran Valehova satılıb və həmin tarixdən yeni ünvanda (Petrohradská 216/3, Vršovice, 10100 Praha 10) fəaliyyət göstərməyə başlayıb. Nizamnaməyə görə, istehsal, ticarət və xidmət sahəsində istənilən xidmət növü ilə məşğul ola bilər.

Şirkəti hal-hazırda Praqada yaşayan 1973-cü il təvəllüdlü Aydın Süleymanlı idarə edir. Aydın Süleymanlı eyni zamanda Alliance-group.eu, spol. s r.o şirkətinin həmtəsisçidir. Bu şirkət də faktiki olaraq Hicran Valehova aiddir. Belə ki, 200 min kron nizamnamə kapitalı olan şirkətin digər həmtəsisçisi Hicran Valehovun qardaşı, Bakı şəhəri Yeni Günəşli qəsəbəsində qeydiyyatda olan, 1972-ci il təvəllüdlü Məhəmməd Valehovdur. Şirkət 14 dekabr 2009-cu ildə Aydın və Aynur Süleymanlıların adına qeydiyyatdan keçirilib (şəhadətnamə nömrəsi: C 159637).

Alliance-group.eu, spol. s r.o daşınmaz əmlak, mənzil və qeyri-yaşayış sahələrinin alışı, kirayəsi ilə məşğuldur.

2016-cı ilin noyabrın 11-dən şirkətin Aynur Süleymanlı aid 50 faiz hissəsi Məhəmməd Valehovun adına rəsmiləşdirilib.

Mətbuatda gedən məlumatlarda Hicran Valehov "Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Cavid Qurbanovun "qara qutusu", ən yaxın adamı kimi təqdim olunur
 
 
 
Ardını oxu...
Səhiyyə Nazirliyinin səlahiyyətlərinin böyük hissəsinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə , onun yaratdığı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) verilməsi ilə əhalinin sağlamlığının qorunmasının effektivliyinin artırılması amacı güdülür(dü). Nə yazıq, tam əksi baş verib. Xəstələr Agentliyin, TƏBİB -in “xidmətlər zərfinə daxil edilməyən” qanunsuz ödənişlərindən sığorta olunmayıblar. Elə xidmət(sizliy)ə görə ödəniş ödənilməsi tələb edilir ki, Səhiyyə Nazirliyi heç vaxt bunu etmir(di). Hətta özbaşına özəl etdikləri dövlət tibb müəssisələrinə göndəriş verilməsi də ödənişlidir. Agentlikdən bildirildiyinə görə, bu ödəniş onların cibindən getdiyindən (?) , xəstələrin keyfiyyətli müaliciə alması üçün göndəriş verilməsindən imtina edilir.
Əlilliyi olan şəxslərin icbari tibbi sığortasına, tibbi xidmətlə təminatına gəldikdə isə, hər şey yaxşılığa doğru getmir. Əvvəllər nəinki müharibə ilə bağlı əlilliyi olan şəxslərin, eləcə də digər əlillərin bütün dövlət tibb müəssisələrində tibbi xidmətlərdən yararlanmaları hüquqları qanunla legitimləşdirilmişdisə , hazırda bu legitimlik İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndərişindən asılıdır. Onu da, vurğuladığımız kimi, vermirlər ki, Agentlik xərcə düşür. Anlamaq olmur, bəs İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nədən ötrüdür , niyə yaradılıb? Bəs vətəndaşların Respublikadan kənarda müalicəyə göndərilməsi kimin, hansı dövlət qurumunun büdcəsi hesabına həyata keçirilir? Axı hamı deputat, məmur deyil ki, adi sidik analizi verməyə də xaricə getsin! ?
Ədalət adına deyək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Respublikadan kənarda müalicəyə göndərilməsinə rəy verilməsində əlindən gələni edir. Müalicə xərclərinin ödənilməsi isə ya xəstənin özünün üzərinə düşür , ya da sosial müdafiə qurumlarının. Ən yaxşı halda, yaxın xaricdəki dost – tanışlarına ümid bağlayan xəstələrə qayıtdıqdan sonra yol xərcinin ödənməsinə söz verilir. 1-ci dərəcəli əlillərə gəldikdə isə, onları müşayiət edən şəxslərin yol xərcinin ödənməsi də həyata keçirilir. Vurğuladığımız kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəy verməklə yaxasını kənara çəkir. Hətta covid testinə görə ödənişdə də güzəşt edilmir! (?) Təsəvvür edin, Agentlik özünün xaricə göndərdiyi əlillərdən zorla 40 manat məbləğində “test haqqı” alır! “Zorla”nı ona görə vurğulayırıq ki, AZAL bu “uçuş testi” olmasa, uçmağa qadağa qoyduğundan , əlil ödəniş etməyə zorlanır.
Ötən gün ən ucuz - 40 manatlıq “uçuş testi” həyata keçirən üç tibb müəssisəsindən Nizami rayonundakı 18 saylı xəstəxanada xaricdə müalicəyə gedən Qarabağ qazisinə güzəştdən imtina olunub ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rüsum məsələsində hamıya “bir gözlə baxır” . Uçuşa buraxılmayacağından çəkinən əlil onu xaricə göndərən tibb müəssisəsinə ödəniş etmək zorunda qalıb.
Maraqlıdır, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müalicəyə gedənlər bir yana, müalicəyə göndərdiyi şəxslərdən adi bir testə görə ödəniş almaya bilməz? Özü də, heç demə, uçuşa test qadağası ləğv olunubmuş.
Məğrur Bədəlsoy
P. S. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qanunsuzluğunu “uçuş testinə” görə ödənişin xidmətlər zərfinə daxil olunmaması ilə izah edir. Lap tutaq ki, belədir, bəyəm bu yekəlikdə Agentliyin xaricdə müalicəyə gedən Qarabağ qazisinə 40 manatlıq güzəşt etmək hüququ da zərfə salınmayıb. Dılğır bir test niyə belə baha xərc tələb etsin ki?!Eyni zamanda, Qarabağ qazilərinin hərbi tibb müəssisələrində tibbi xidmətlərdən yararlanmalarına da “zərf qadağası” qoyulub. Dövlətin bütün tibb müəssisələrini dövlət məmurları hansı qanunla, hansı bazarda, hərracda satın alıblar ki, bizim xəbərimiz yoxdur? Qarabağ qazisinə müalicə , sağlamlığın qorunması lazımdır, müalicəyə bürokratik qadağa qoyulması yox!
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bakıda daha bir məmur və iş adamı ilə bağlı qalmaqal gündəmə gəlib.

AFN.az-a məlumat verən mənbə bildirir ki, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı Yusifov Bayram Məmməd oğlu başqa bir iş adamını aldatmaq və qanunsuz təzyiqlər etmək nəticəsində külli miqdarda əmlak əldə edib və etməyə də davam edir. Belə ki, Bayram Yusifov hələ 2015-2016-cı illərdə guya Nofəl Hacıyev adlı şəxsə 1.500.000 (bir milyon beş yüz min) manat pul verdiyini iddia edədək, Xırdalan şəhərində, Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən “Çinar AN” MTK-ya məxsus yaşayış binalarından 25 mənzil və 1000 kv. metrdən artıq qeyri-yaşayış sahəsinin qanunsuz olaraq öz adına rəsmiləşdirilməsinə nail olub. Halbuki, həmin mənzillər və qeyri-yaşayış sahəsi 2013 və 2014-cü illərdə qanuni şəkildə müxtəlif vətəndaşlara satılıb. Əslində isə Nofəl Hacıyevin rəsmi olaraq “Çinar AN” MTK-ya heç bir bağlılığı yoxdur. O, MTK-da nə payçı, nə də sədr olmayıb, bununla da mənzil satmaq, müqavilə bağlamaq səlahiyyətlərinə də malik olmayıb. Mənbə bildirid ki, Bayram Yusifov Nofəl Hacıyevi aldadıb, müqavilələrin sadəcə olaraq, sığorta üçün girov kimi verilməsini tələb edib, lakin verdiyi pulu aldıqdan sonra həmin 25 mənzilin və qeyri-yaşayış sahələsni də mənimsəyərək sahiblənmək üçün “Çinar AN” MTK-ya qarşı iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət edib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, iş adamı Yusifov Bayram Məmməd oğlunun öz şəxsi adına “rəsmiləşdirilmiş”, lakin heç bir hüquqi qüvvəsi olmayan və səlahiyyətsiz şəxs tərəfindən imzalanmış bu müqavilələrdə 25 ədəd mənzil maya dəyərindən xeyli ucuz – 1 kv.m-i 400 manata dəyərləndirilib. Halbuki həmin vaxt o ərazidə mənzilin 1 kv.m-i 700 manat olub.
“Bir gündə 10-15 mənzilin qeyri-qanuni yolla sənədləşməsini aparıblar” - deyən mənbənin sözlərinə görə, Bayram Yusifov N.Hacıyevi aldadaraq və ona təzyiqlər edərək, binadakı qeyri-yaşayış sahəsinin də real dəyərindən uyğun sənədləşdirilməsinə nail olub - bir kvadratmetri 1500 manat olduğu halda, 800 manata: “Eyni zamanda, Bayram Yusifov Heydər Əliyev prospektində yerləşən binadan da saxta sənədlərlə mənzil və qeyri-yaşayış sahəsi əldə edib. Belə ki, həmin ərazidə 32 ədəd mənzili maya dəyərindən ucuz – kvadratmetrini 400 manata sənədləşdiriblər. Halbuki həmin vaxt orada mənzilin kvadratmetri 700 manatdan aşağı olmayıb. Həmçinin kvadratmetri 1500 manatdan aşağı olmayan 300 kv.m qeyri-yaşayış sahəsini 800 manata sənədləşdiriblər. Bayram Yusifov Xırdalan şəhərində, Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən 5 bloklu binadan 10 mənzil, H.Əliyev prospektində yerləşən binadan isə 20 mənzil olmaqla 30 mənzil satıb. B.Yusifov mənzilləri vətəndaşlara satan zaman qanunsuz olaraq öz adına olan sənədləri ləğv etdirməyib və vətəndaşları aldadıb. Bunu etməklə o, gələcəkdə həmin mənzillərə iddia qaldırmaq imkanını özündə saxlayıb. Halbuki mənzil alan insanların o zaman bundan xəbəri olmayıb. Artıq onlar bu haqda məlumatlıdırlar və hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildiriblər”.
B.Yusifovun N.Hacıyevi aldatması və təzyiqləri nəticəsində 57 mənzil, 1000 kv.m qeyri-yaşayış sahəsi qeyri-qanuni yolla sənədləşdirilərək vətəndaşlara “satılıb”. Bu isə ümumilikdə mənzillər üzrə 3 999 000 manat, qeyri-yaşayış sahəsi üzrə isə 1 500 000 manat ziyan deməkdir: “Nəticədə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən, “Çinar AN” MTK-ya məxsus 105 mənzilli yaşayış binasında işlərin tamamlanması yarımçıq qalıb. Belə ki, kommunikasiya işlərinin heç birisi tamamlanmamış qalıb. Hesablamalara görə ümumilikdə təxminən 500-600 min manat vəsait lazımdır. Həmin binada 800.000 manat vergi borcu yaranıb.
Bakı-Quba magistralının 14-cü kilometrliyinin qərb tərəfində yerləşən “Çinar AN” MTK-ya məxsus 10 girişli binanın vergiyə olan borcu 2 milyon 200 min manat, Əmək Müfəttişliyinə olan borcu 120 min manatdır. Dövlət büdcəsinə bu borcların yaranmasının və tikintinin başa çatdırılmamasının əsl səbəbkarları Bayram Yusifovdur. Bütün bunlara görə də vətəndaşların haqlı narazılığı yaranıb və onlar hüquq-mühafizə orqanlarına, ölkə başçısına müraciət etməyə hazırlaşırlar”.
Qeyd edək ki, Hacıyevlə Yusifov əvvəllər yaxın münasibətdə olub. Daha sonra aralarında yaranmış borc mübahisəsi zamanı Hacıyev borcu qaytara bilməyib və Yusifovun təzyiqləri ilə üzləşib. Sonda isə Hacıyev canını qurtarmaq üçün “Çinar AN” MTK-ya məxsus olan binadan yuxarıda qeyd olunan mənzilləri və qeyri-yaşayış sahələrini qeyri-qanuni yolla Bayram Yusifovun adına sənədləşdirməyə məcbur olub.
Mənbəmiz məsələ ilə bağlı daha detallı məlumatlar verib. Aydın olur ki, bütün bu proseslərin arxasında iri məmurlardan biri dayanır. Elə həmin əlaqələrindən istifadə edərək, Bayram Yusifov Abşeron rayon Məhkəməsinin köməkliyi ilə öz qanunsuz əməllərinə qanuni don geyindirməyə, dəyəri 10.000.000 (on milyon) manata yaxın olan 25 ədəd mənzil və 1000 kv. metr qeyri-yaşayış sahəsini sahiblənməyə çalışır və hələ ki, buna qismən də olsa nail olur.
Növbəti yazılarımızda bu haqda da müfəssəl yazacağıq.
Bu yazıda qeyd edilənlərlə bağlı B.Yusifovla əlaqə saxlayıb mövqeyini almaq istəsək də, zəngimizə cavab vermədi. Hər bir halda, qarşı tərəfin mövqeyini verməyə hazırıq.

AFN.az, İnformasiya şöbəsi
 
Ardını oxu...
DogruXeber.az: - Ölkədə korrupsiya və yarıtmazlıqdan söhbət düşəndə ilk ağıla gələn adlar Sahil Babayev və Zaur Mikayılovdur.

Bu o demək deyil ki, digər rəhbər məmurlar vəzifəsini layiqincə yerinə yetirir, yox. Sadəcə, ən vacib sahələr olduğu üçün, ən çox narazılıq da bu qurumlardandır.

Elə oliqarx məmurlardan danışanda da ilk ağıla gələn Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və "Azərbaycan Meliorasiya və Su təsərrüfatı" ASC-dir. Hansı ki, hər iki qurumda səlahiyyət sahibi olanların hamısı sözün əsl mənasında oliqarx həyatı yaşayırlar.

Məsələn, bir neçə ay əvvəl "Melorasiya və Su təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanovun milyonlar dəyərində əmlakları, obyektləri, oğluna məxsus bahalı avtomobil kolleksiyası və sair barəsində sosial medialarda məlumatlar yayımlanmışdı. Bundan əlavə yerli mediadan əldə etdiyimiz məlumata görə Melorasiya və Su Təsərrüfatı ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev, Rafiq Aslanovun bacısı oğludur və İlqar Əliyev həm vətəndaşlara qarşı saymazlığı, həm də tabeliyində olan işçilərə qarşı kobud davranışları və onları öz evində, həyətində qul kimi işlətməsi, həmçinin korrupsioner əməlləri ilə "şöhrət" qazanıb.

Dayısına arxalanan bacıoğlu, Papanın avtomobil kolleksiyası toplayan "gül balası", "Tender karvanı" nın qarşısını kəsib "xələt" toplayan səlahiyyət sahibləri, ayrılan pulları yeyib, artezyan quyularını yerli sakinlərin hesabına salıb, öz adı ilə təhvil verən yerli Su sistemləri idarələrinin rəisləri və sair hamısı cəm olub Zaur Mikayılovun rəhbərlik etdiyi "Melorasiya və Su təsərrüfatı" ASC-də.

Yeri gəlmişkən, bir neçə gün əvvəl "DogruXeber.az" informasiya agentliyinin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Şəmkir rayon Düz qışlaq kənd sakini Şükür İsmayılov kənddəki artezyanlardan birinin işləməməsi, Suvarma sistemləri idarəsinin isə bu problemə məsuliyyətsiz yanaşmasından gileylənmişdi.

Ertəsi günü Şəmkir rayonunun "Yeniyol" kənd sakini Polad Vəliyev redaksiyamıza zəng etdi və canlı yayıma qoşulmaq istədiyini bildirdi.

Polad Vəliyev, efirə qoşularkən "Şükür hələ nə dedi ki ?! Mən Melorasiyanın işçisiyəm, burda nələr baş verir mənim gözümün önündədir", dedi.

"Mən 4 ildir, Su Melorasiyada elektrik -mantyor olaraq çalışıram.
2021-ci ildə prezidentin sərəncamı ilə Şəmkir rayonunda 10 su artezyan quyularının saxlanması üçün dövlət büdcəsindən müəyyən məbləğdə pul ayrıldı. Lakin, onlarda cəmi bir dənəsi Yeni həyat kəndində vuruldu ki, eşitdiyimə görə onu da Sahibə Qafarovanın qohumu etdirib. Hazırda da təkcə o işləyir, digər 9-u isə hələ də işləmir.

Yeniyol kəndinin də artezyan quyusu bu ilin may ayında vurulub, hələ də işə salınmayıb. Onu da salan Norveç şirkətidir. Orada çalışan Kamran və Xəqani adlı şəxslər bildirir ki, "2021-ci ildə Norveç şirkəti "Azərişıq" ASC ilə 2400 (iki min dörd yüz) AZN -lik müqavilə imzalayıb. Lakin, indi "Azərişıq" ASC həmin məbləği 5.000 (beş min)ə qaldırdığı üçün texniki şərti ala bilmirik ki, on minliyə qoşulaq".

Ümumiyyətlə, mənim ağlım kəsəndən bugünə qədər Şəmkir rayonunda su üstündə qardaş qırğını gedir. Hamı bir-biri ilə düşmən olub. İllərdir ki, lap Əhməd Əhmədzadənin vaxtından bugünə qədər aidiyyatı üzrə Melorasiya və Su təsərrüfatı ASC-nin rəhbərliyinə məktublar yazıram. Bir ev dolusu məktub yazmışam, hələ də məsələ həll olunmamış qalır. Orada adını dəqiq xatırlamıram, Vidadi müəllimdir, yoxsa Çingiz müəllim mənə Bakı ləhçəsi ilə deyir, "Olacey dəə, nöş telesirsüz". Ümumiyyətlə, artıq, hara müraciət edəcəyimizi bilmirik.
Nə Zaur Mikayılov, nə müavini Zakir müəllim, Rafiq Aslanov müraciətlərimizi veclərinə almırlar.



Biz daha nə qədər bir-birimizi didməliyik su üstündə?
Artıq, özümüz özümüzə bu "müharibələr"imizə görə "Milli ordu-252" ləqəbini vermişik. Bu nə qədər belə davam edəcək?".

İş orasındadır, Şəmkir "Melorasiya və Su təsərrüfatı" ASC-nin fəaliyyətindən narazılıq edən yeganə rayon deyil. "Həftə səkkiz, mən doqquz" sosial medialarda Zaur Mikayılovun "şəninə" nələr yazılır, nələr...

Amma, görünən o ki, bu yazılanların, deyilənlərin heç biri Şəmkir sakini Polad Vəliyevin də dediyi kimi Zaur Mikayılov vecinə deyil. Yoxsa, bu qədər dərin səbr kasası kimdə var?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Ardını oxu...
Bakıda yerləşən 132-134 saylı Təhsil Komleksində baş verən qanunsuz hadisələr barəsində ilginc məlumatlar əldə etimişik. Bir qrup valideyn tərəfindən cumhuriyyet.az-a ünvanlanan müraciətdə məktəbin direktoru Sara Xanlarovanın ünvanına bir sıra ittihamlar yer alıb.
Müraciət müəllifləri bildirirlər ki, 132-134 saylı Təhsil Kompleksində yuxarı siniflərində təhsil formal xarakter daşıyır. Belə ki, 9, 10 və 11-ci siniflərdə təhsilin səviyyəsi sıfıra bərabərdir. Hazırlıq kurslarında və repititor müəllimlərin yanında dərs keçən şagirdlər dərsə gəlməmənin müqabilində direktora sinif rəhbərləri və məktəbin direktor müavinlərinin əli ilə haqq ödəyirlər. İllik məbləğin 2500-5000 manat arasında dəyişdiyi bildirilir.
Valideynlər məktəbə şagird qəbulu zamanı da süründürməçilik, rüşvət hallarının geniş yayıldığını bildirirlər. Belə ki, istər 5 yaşlıların hazırlıq kurslarına, istərsə də birinci sinifə qəbul zamanı məktəbdə yer olmaması, buna yalnız nazirlik nəzarət edir bəhanəsi ilə valideynlərdən “ şirinlik” tələb olunur ki, bu da ümumi hesabda heç də kiçik məbləğ hesab olunmamalıdır.
Valideynlər cumhuriyyet.az-a bildirirlər ki, müəllimlər müəyyən səbəblərdən səslərini çıxarmasalar da, hər ay direktora, direktorun aidiyyatı müavinlərinə haqq ödədiklərini söyləyirlər.
Müraciətdə bildirilir ki, Təhsil Nazirliyinin dəfələrlə sərt xəbərdarlıq etməsinə baxmayaraq Təhsil Kompleksində 5 oktyabr müəllimlər günündə şıdırğı pul yığma kompaniyası həyata keçirilib. Xüsusilə valideyn komitələri vəzifələrini icra edənlər bu işdə fəallıq göstəriblər. Müraciət müəllifləri valideynlərin övladlarının digər şagirdlər və müəllimlər yanında “gözükölgəli” olmaması üçün deyilən məbləği ödədiklərini vurğulayırlar. Müraciətdə Təhsil Nazirliyinin “müəllimlər günü” rüsvayçılığına son qoymasını tələb edirlər.
Redaksiyamıza daxil olan müraciətdə valideynlər Sara Xanlarovanı təhsilimizdə “Misir Mərdanov erası”nın sonuncu alınmaz qalası adlandırırlar. Müraciət müəllifləri bildirir ki, “Sara Xanlarovanın keçmiş nazir Misir Mərdanovun kadrı olduğunu və bu gün də vəzifədə məhz onun tapşırığı əsasında qaldığını bilməyən yoxdur. Biz isə öz işinin öhdəsindən gələ bilməyən bir nazirin kadrının əməllərinin cəzasını çəkməyə məcbur deyilik”. Eyni zamanda əfsuslar olsun ki, Sara Xanlarovanın zaman-zaman qanunsuz əməllərinə göz yumanlar bu gün də “yuxarıdan” alınan göstərişlər müqabilində göz yummaq məcburiyyətindədir. Sara Xanlarovanın Milli Məclisin deputatı Aqiyə xanım Naxçıvanlının adından sui-istifadə etməsi, Səbael rayon icra başçısı Vüqar Zeynalovun himayəsində çalışdığı bildirilir. O cümlədən aidiyyatı üst qurumlar belə heç bir müsbət nəticələr əldə etməyən direktorun yüksək titula layiq görülməsini Prezident sərəncamına belə salmışlar. Əgər son illər ərzində məktəbin göstəriciləri Bakı şəhərində olan yüksək səviyyəli digər məktəblərlə müqayisə etsək, Sara Xanlarovanın əmək müqaviləsinin məqsədli şəkildə uzadılmasının şahidi olarıq.
Müraciət müəllifləri bildirirlər: “Övladlarımızın rüşvət və korrupsiya yuvasına dönmüş bir məktəbdə təhsil alması bizi çox narahat edir. Məktəb bizim üçün müqəddəs bir məkandır. Lakin, Sara Xanlarovanın idarəçiliyi Təhsil Kompleksində bazar qanunlarının işləməsi ilə nəticələnib. Demək olar ki, hər həftə uşaqlardan müxtəlif adlar altında pul tələb olunur. Bu isə şagirdlərin psixologiyasında mənfi izlər qoyur. Əgər nəzərə alsaq ki, təhsil kompleksində məktəblilərin əxlaqa sığmayan video-pornoları sosial şəbəkələrdə tüğyan edir, Sara Xanlarovaya himayədarlıq etmək belə cinayətdir. Elə bu baxımdan Sara Xanlarova əldə etdiyi qanunsuz gəlirlərlə Badamdar mossivində dörd mərtəbəli uşaq bağçası inşa etdirərək qızına hədiyyə etmişdir”. Cumhuriyyet.az-a ünvanlanan müraciətin sonunda bildirilir:”Biz Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, Prezidentin köməkçisi Anar Ələkbərova, Təhsil naziri Emin Əmrullayevə, Səabil rayon icra başçısı Vüqar Zeynalova, Millət vəkili Aqiyə xanım Naxçıvanlıya müraciət edərək kömək istəyirik. Tezliklə Təhsil Kompleksində baş verən qanunsuzluqlara son qoyulmazsa vəziyyət daha da acınacaqlı olacaqdır. Bizə kömək edin, biz övladlarımızın gələcəyi üçün narahatıq!”
 //cumhuriyyet.az//
 
Ardını oxu...
Füzuli rayon Təhsil Şöbəsinin müdiri Ramella Şahin qızı Məmmədova barəsində müxtəlif media orqanlarında yazılan “xanım tərifini” oxuyanda adam xəcalət çəkir və demək istəyirsən ki, “Vəsf zamanı deyil, Ramella Şahin qızı..”.
Doğrudan da, ölkə təhsilinin nə səviyyədə olduğu, məktəblərdəki nizam-intizam, mənəvi atmosferin az qala hamıya bəlli olduğu bir zamanda Ramella Məmmədovadan “örnək” düzəltmək ən azı gülüncdür. Həm də nəzərə almalıyıq ki, Ramella Məmmədovanın rəhbərlik etdiyi kollektivin üzvləri tərəfindən dövlət qurumlarına, Təhsil Nazirliyinə ünvanlanan şikayətlərin arası dayanmır. Yeri gəlmişkən, Füzuli rayon Təhsil Şöbəsindəki 400 minlik mənimsəməyə görə, əvvəlki müdirə vəzifəsindən uzaqlaşdırılmışdı. Və Füzuli camaatı ümid edirdi ki, Ramella Məmmədova rayonun təhsil sahəsində müsbət dəyişiklik edəcək. Amma tam əksi oldu.
Belə ki, mətbuatdan bəlli olduğu kimi Ramella Məmmədovanın razılığı ilə bəzi məktəb direktorları məktəbin həyətyanı sahəsini öz şəxsi mal-qaralarının örüş yerinə çeviriblər.
Problem örüş yeri ilə bitmir. Ramella Məmmədova öz yaxınlarına deyir ki, mən filankəsin qohumuyam və onun verdiyi 200 min manatın hesabına bu vəzifəyə gəlmişəm və pulumu çıxartmalıyam.
Onu da qeyd edək ki, Ramella Məmmədovanın tabeçiliyində 79 ümumtəhsil məktəbi, 1 İnternat tipli Gimnaziya, 2 məktəbdənkənar təhsil müəssisəsi var. Həmin məktəblərin 15-i Bakı şəhəri, 5-i Sumqayıt şəhəri, 1-i Şirvan şəhəri, 2-si Sabirabad rayonu, 5-i İmişli rayonu, 7-si Beyləqan rayonu, 44-ü isə rayon ərazisində fəaliyyət göstərir. Rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 13929 nəfər, pedoqoji işçilərin sayı 2159 nəfərdir. İndi özünüz hər ay müəllimlərdən yığılan pulun miqdarını təxmini hesablayın. Hər müəllimin maaşından 10-15 manat tutulsa, bu 30 min manatdan çox pul edir. Bu hələ harasıdır..?
Təsəvvür edirsiniz, 80 məktəbə ayrılan idman və digər avadanlıqlar satılaraq pulu Ramella Məmmədova tərəfindən mənimsənilib. Ramella Məmmədovanın korrupsiya mexanizmi bununla bitmir. Dövlət tərəfindən rayon Təhsil Şöbəsinə ayrılan vəsaiti mənimsəmək üçün Ramella Məmmədova saxta tenderlər keçirir və külli miqdarda “otkat”lar alır. Füzuli rayon məktəblərində çalışan müəllimlər yazır ki, Ramella Məmmədova müəllimlərin hər birinin məzuniyyət pulundan 100 manat alır, məktəb direktorlarının isə hər birindən 5 min manat gətirməyi tələb edir. Və direktorlara deyir ki, böyük miqdarda məmisəmə ortaya çıxıb, onu “bağlamaq” istəyirəm. Müəllimlər deyir ki, onsuz da maaşımız azdır, nə üçün Ramellaya 100 manat verməliyik.
Bütün bunlar azmış kimi, rayonun məktəb direktorları, müəllimləri arasında saxta diplomla çalışanlar da var. Məsələn, saxta diplomla məktəbdə müəllimə işləyən Pərvanə Quliyeva həm də məktəb direktorunun müavinidir və qeyri-qanuni olaraq vəzifə maaşı ilə bərabər dərs yükünə görə də maaş alıb.
Bütün bu qanunsuzluqların arxasında dayanan Füzulu RTŞ-nin müdiri Ramella Məmmədovadır. Rayondakı məktəb direktoru, müavinlərin çoxu qohum-əqrəba, baldız, qayın, kirvədir. Məsələn, Təhsil Nazirliyindən attestasiyadan keçməyən İlahə Qəmbərova direktordur. Çünki icra başçısı Alı Alıyevin baldızı qızıdır. Bakı şəhərində yerləşən 2 N-li məktəbin direktoru Alı Alıyevin əmisi oğlunun həyat yoldaşı Svetlana Məmmədovadır. Qayıdış 2 N-li məktəbin direktoru Rəna müəllimə başçının dayısı qızıdır. Qayıdış 5-Nli məktəbin direktoru Alı Alıyevlə kirvədir. Zobucuq 27 saylı məktəbin direktoru isə Gəncə müəllimlər insitutunu saxta diplomla bitirmiş Elşaddır. Onu kiminsə xahişi ilə məktəbə direktor təyin ediblər. Bu siyahını kifayət qədər uzatmaq olar. Amma nə ehtiyac var..?
Ramella Məmmədova yüksək vəzifəli şəxslərin adını tez-tez çəkdiyi üçün məktəb direktorları və müəllimlər ondan qorxurlar. Ramellanın sirrli macəraları bununla bitmir. Bu yazıları başqa xəbər saytlarından götürmüşük. Amma növbəti yazıda geniş mövzulara toxunacağıq.
Redaksiyamıza daxil olan məlumata görə, Ramella Məmmədova bütün sənədlərinə əl gəzdirərək, bütün düzəlişləri edib. Saxtalaşdırma tək bununla bitmir. Ramella Məmmədova Dövlət İmtahan Mərkəzini-zadı saya salmır, kimi istəyirsə müsabiqədən keçmədən vəzifəyə təyin edir. Bizim hazırda apardığımız araşdırma Ramella Məmmədovanın diplomunun axtarışı ilə bağlıdır. Və Ramella Məmmədovanın diplomunu tapan kimi, yaxın xarici ölkələrdən birinə rəsmi sorğu ünvanlayacağıq.
P.S. Deyirəm, Ramella xanım yaman yerdə axşamlamısan, çünki hər şeyi saxtalaşdıra bilsən də, ləğv olunmuş məktəblərin diplomunu dəyişə bilməzsən. Çətindir, elə deyilmi? Biz heç vaxt dövlətimiz və dövlətçiliyimiz üçün lazım olan məsələlərdə güzəştə getmirik. //gundelik-baku.com//
 
 
 
Ardını oxu...
Ucar rayon sakinləri ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun yarıtmaz fəaliyyəti nəticəsində əhali arasında ciddi narazılıq yaranmış, korrupsiya əməllərinə görə dövlətə küllü miqdarda ziyanlar dəyməkdə davam edir.
Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun qardaşı olan Müşfiq Məmmədov hətta o qədər arxayındır ki, həftədə bir dəfə işə gəlib yığılan pulları götürüb evinə Bakı şəhərinə qayıdır.
Bu vəzifəyə təyin olunana qədər Bakı şəhərində maqazin işlədən Müşfiq Məmmədov icra başçısı olan qardaşının sayəsində Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
İdarəyə məxsus bütün texnikalar şəxsi işlərə cəlb edilib gündəlik qazanclarının 90 faizini müdirə ödəyirlər.Dövlət tərəfindən ayrılmış yanacaq isə satılaraq talan edilir.Həttda illərlə sürülməyən nasaz vəziyyətdə idarənin həyətində yatıb qalmış texnikalara yanacaq fakturası yazılır.Rayon ərazisində suvarma kanallarını kol-kos basıb, qamış və lil olsada təmizlənməsinə dair qanunsuz sənədləşmə aparıb dövlətin vəsaitini talan edirlər.
Adı işdə özləri Bakı şəhərində olan çoxlu sayda işçilər var ki, aylıq müdir Müfiq Məmmədova haqq verirlər.Həttda staj xatirinə adı işdə maaş kartları Müşfiq Məmmədovun cibində olan işçilərdə çoxdur.
Rayon ərazisində su qıtlığı yaşansada hektarı üçün Müşfiq Məmmədova 2000 manat ödəməklə yüzlərlə hektar çəltik sahələri əkilmişdir.
İdarə rayonun ərazisindəki meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanalları, kollektorlar, boru kəmərləri və bəndlərinin istismarını keyfiyyətsiz həyata keçirir. Müşfiq Məmmədovun yarıtmaz idarəçiliyinə görə rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması vəzifəsi yerinə yetirilmir. Nəticədə isə torpaqların məhsuldarlığı olmur , şoranlaşma dahada artır.
Su nasoslarının təmiri üçün 1 və ya 2 min manat xərcləndiyi halda sənədlərdə həmin məbləğ 20-30 min manat göstərilir. Həmçinin İdarəyə məxsus texnikalaraın təmirini sürücülər özləri vəsaitləri hesabına etsələrdə Müşfiq Məmmədov buna dair sənədləşmə aparıb həmin məbləği öz şəxsi hesabına keçirir.
Nəticədə də talançılığı gündəlik iş üslubu etmiş Müşfiq Məmmədov böyük kaitala daşınmaz əmlaka və bahalı avtomobillərə sahiblənmişdir.
Təkcə Bakı şəhərində 12 yerdə mənzilə, 14 yerdə ticarət obyektinə sahiblənib.Qəbələ, Quba və İsmayıllı rayonlarında bağ evləri və bahalı maşınları dövlət büdcəsindən taladığı pulların hesabına əldə etmişdir.
Elementar savadı, danışıq qabiliyyəti və kobud davranışı olan dövlət vəsaitini talan edən belə yaramazın vəzifədə qalması dövlət adına bir ləkədir.
Ucar əhalisi Məmmədov qardaşlarının cinayət əməllərindən çox əziyət çəkirlər.Onların nə vaxt qanun qarşısnda cavab verəcəklərini əhali səbirsiliklə gözləyir".

İddia olunanlarla bağlı Teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti