Bakı tələb etdi, İrəvan razılaşmadı... -
Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyasının müddətinin 2027-ci il fevralın 19-dən uzadılması ilə bağlı qərar təsdiqlənib. Buna əsasən, missiya daha iki il Ermənistanın sərhəd ərazilərində monitorinq aparmağa davam edəcək.

Həmçinin müşahidəçilərin say tərkibinin dəyişməz qalması da razılaşdırılıb. Hazırkı missiyada 165 beynəlxalq və 44 ermənidən ibarət heyət fəaliyyət göstərir. Bakının İrəvandan dəfələrlə missiyanın fəaliyyətinin sonlandırılmasını tələb etməsinə rəğmən qərarın dəyişməməsi, birmənalı qarşılanmayıb. Bu qərar Qərbin regionda qarşıdurma, gərginlik yaratmasına xidmət edən addım kimi dəyərləndirilir.

Avropa İttifaqı sözügedən missiyanı regionda saxlamaqla nəyə nail olmağa çalışır?

Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov deyib ki, Aİ missiyası əsasən Praqa danışıqlarından sonra yaradıldı:

“Missiyanın əsas məqsədi Ermənistan-Azərbaycan şərti dövlət sərhədində delimitasiya və demarkasiya prosesinə dəstək göstərmək idi. Yəni ittifaqın bu vasitə ilə prosesə texniki yardımının nəzərdə tutduğu qeyd edilirdi.

Artıq bir ildir ki, Bakı ilə İrəvan delimitasiya və demarkasiya prosesini davam etdirirlər. Aİ missiyasının burda artıq heç bir funksiyası yoxdur, müşahidəçilər prosesdə iştirak edə bilməzlər. Ona görə də Azərbaycanın onlarla bağlı gözləntisi əsaslıdır. Lakin müddətin uzadılması qərarı geosiyasi məqsəd daşıyır.

İttifaq artıq regionda ikinci ölkədə öz missiyası ilə təmsil olunur. Söhbət Gürcüstan və Ermənistandan gedir. Bu missiya Ermənistan tərəfindən təhlükəsizlik qarantı olaraq görülür və bu səbəbdən geosiyasi məna daşıyır”.

Politoloq bildirib ki, sülh sazişinin iki bəndi prinsipial ziddiyyət təşkil edir:

“Bəndlərdən biri sərhəddə üçüncü tərəfin olmaması ilə bağlıdır. Yəni Aİ-nin öz missiyasını Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi sülh sazişinə maneədir.

Bu məsələ Bakı və İrəvan arasında danışıqlar yolu ilə həll edilə bilər. Məsələn, artıq delimitasiya və demarkasiya prosesinin tamamlandığı ərazilərdə həmin missiyanın yerləşdirilməməsi əsaslı olar. Yəni İrəvan missiyanı Ermənistandakı funksiyasını yenidən nəzərdən keçirə bilər. Danışıqlar vasitəsilə bu iki istiqamətdə iş aparılsa, tərəflər arasında gərginlik olmaz”.

Bölmənin digər xəbərləri

20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!

Dünyapress TV

Xəbər lenti