Müğənnilərin toy qiyməti -
Yerli məşhurların şəxsi həyatı, lüks malikanələri, bahalı avtomobilləri qədər toy qiymətləri də daim müzakirə edilən mövzulardandır. Övladının şad günündə müğənniləri görmək istəyənlər isə bunun üçün ətək-ətək pul ödəməlidirlər desək, yanılmarıq.

XALQ.AZ bu dəfə məşhurların toy qonorarlarının nə qədər olduğunu araşdırıb. Məlum olub ki, yarım saatlıq çıxış üçün qiymət bütöv toy qiymətindən ən azı 3 dəfə az olur. Yarım saatlıq ifaya 4-5 mahnı daxildir. Toyu əvvəldən sona kimi idarə edən müğənnilər ansambl, aparıcı, rəqs qrupu və ümumi şou-proqramın xərclərini də xidmət haqqına əlavə edir. Bu səbəblə də sənətçilər bütov toy idarəsi üçün yüksək məbləğdə pul tələb edirlər.

Show.az tanınmış müğənnilərin toy qiymətlərini təqdim edir:

Xalq artisti Brilliant Dadaşova toyda yarım saata 6000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, sənətçinin alacağı məbləğ 15000 AZN-ə qədər yüksəlir.

Xalq artistləri Aygün Kazımova, Röya Ayxan və Miri Yusif toyda yarım saata 8000 AZN qazanırlar.

Xalq artisti Faiq Ağayev məclisdə yarım saatı 4000 AZN-ə, bütöv toyu isə 8000 AZN-ə oxuyur.

Xalq artisti Tünzalə Ağayeva toydan yarım saata 4000 AZN qonorar əldə edir.

Xalq artisti Zülfiyyə Xanbabayeva məclisdə yarım saatı 4500-5000 AZN-ə çıxış edir.

Əməkdar artist Elton Hüseynəliyev toydan yarım saata 4000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, 12000 AZN qazanır.

Əməkdar artist Abbas Bağırov məclisdə ansamblla birgə 20000 AZN-ə çıxış edir.

Əməkdar artist Könül Kərimova toyda yarım saatı 3000 AZN-ə, ansambl ilə 8000 AZN-ə oxuyur.

Əməkdar artist Ədalət Şükürov məclisdə yarım saatı 3000 AZN-ə oxuyur.

Əməkdar artist Xumar Qədimova toyda yarım saatı 4000 AZN-ə çıxış edir.

Əməkdar artist Manana Caparidze məclisdə yarım saata 4500 AZN qonorar əldə edir.

Müğənni Xatirə İslam toyda yarım saatı 3500 AZN-ə çıxış edir. Bütün toyu isə 10000 AZN-ə oxuyur.

Meyxanaçı Namiq Qaraçuxurlu məclisdən yarım saata 3000 AZN qazanır.

Müğənni Nadir Qafarzadə toyda yarım saatı 4000 AZN-ə oxuyur.

Müğənni Günay İbrahimli və Sevda Yahyayeva məclisdə yarım saatı 3000 AZN-ə çıxış edirlər.

Müğənni Rüfət Axundov toyda bir saatı 2000 AZN-ə, bütün toyu 4000 AZN-ə oxuyur.
// Baku.ws
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO

Dünyapress TV

Xəbər lenti