Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə.
Azərbaycan Respublikası Baş Prokuror cənab Kamran Əliyevə.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Naziri cənab Sahil Babayevə.
Azərbaycan Respublikası Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri cənab Mustafa Abbasbəyliyə.
Şəki rayonu, Yeni Çələbixan Köçkünlər qəsəbəsində məskunlaşan, Laçın rayonundan məcburi köçkün Abdullayev Əbdül Nurqələm oğlu tərəfindən

M Ü R A C İ Ə T

Müraciətim ondan ibarətdir ki, Şəki rayon Məşğulluq Mərkəzində baş verən xoşagəlməz əməllər, birbaşa vətəndaş hüquqlarının tapdalanmasına gətirib çıxardıb. Korrupsiya yuvasına çevrilən bu mərkəzin direktoru Abdulla Kərimov, ancaq öz yaxın çevrəsinə və imkanlı şəxslərə xidmət göstərilməsi haqda öz qanunsuz tapşırıqlarını verməsi, vətəndaşlar arasında çaşqınlıq yaradaraq narazılığa səbəb olmuşdur. Geniş miqyasda neqativ əməlləri olan və yeni-yeni rüşvət toxumları səpən bu direktorun şəxsi tapşırığını, əməkdaşları tərəfindən necə lazımdır icra edilir. Dövlətimizin özünəməşğulluq proqramı çərçivəsində imzaladığı qərarlara zidd gedib, kölgə salınaraq Şəki rayon Məşğulluq Mərkəzi yeyinti mərkəzinə çevrilib. Yenə qeyd edərək onu vurğulayıram ki, belə çirkin işlərə birbaşa Şəki rayon Məşğulluq Mərkəzinin direktoru Abdulla Kərimov şərait yaradıb. Şəki rayon Məşğuluq Mərkəzi dədə-babadan miras qalmış bir mülkü xatırladır. Sanki elə bil şəxsi iqamətgahlarıdı və o cürə hərəkət edirlər. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin diqqət mərkəzindən yan ötən bu mərkəzdə əhaliyə yuxarıdan baxmaqla, aşağılanır. Burada rəhbər şəxslərlə dolayı yollar ilə razılaşanların məsələsi öz həllini tapır. Digər haqlı vətəndaşlar isə müxtəlif bəhanələrlə, yalançı vədlərlə yubadılır. Onuda qeyd edərək xahiş edirəm ki, bizlərə bu Mərkəzə maddi vəsaiti yaxşı olan imkanlı şəxslər, daydayı olanlar və sair kimi şəxslər" müraciət edə bilər rəsmi cavablarını göndərsinlər və bizdə səhv ünvana müraciət etdiyimizi dərk edərək, birdə belə bir səhvə yol verməyək. Gör Dövlət qurumunu nə vəziyyətə gətirib çıxardıblar. Hətta vəziyyət o yerdədir ki, Abdulla Kərimov məşğulluğa müraciət edən vətəndaşlara əlin cibində olsun anlayışını işə salaraq qeyr-qanunsuzluğa yol verib öz bildiyini edir. Və bu ənənəyədə sadiq bir məmurdur. Bu mərkəzə gələn yoxlamaları yola verərək, qanunsuz işlərini ört-basdır etdirməkdə, Abdulla Kərimov mahir peşəkar məmur obrazını çox yüksək səviyyədə özündə canlandıra bilir. Saymaqla-qurtarmayacaq qədər özbaşınalıqlar artır pik nöqtədir. Hətta burada bu məmur ilk növbədə həssas təbəqələrə köməklik edilməsinidə unudub. Aidiyyatı orqanlar, belə korrupsiya çirkabına bulaşmış bir xidmət mərkəzindən yəqin xəbərsizdilər. Yoxsa bu vaxta kimi məncə tədbir görmüş olmaları lazım idi. Bir məsələnidə vurğulamaq istəyirəm ki, Dövlətin özünəməşğulluq proqramı çərçivəsində ayırdığı pul vəsaitini mənimsəyərək əhalini sağlam heyvanlar ilə təmin etmək əvəzinə, xəstə mal-qara verilərək qanunsuzluğa imza atırlar.

Nə qanunsuzluq varsa, hamısı Şəki rayon Məşğulluq Mərkəzində cəmləşib.

Ona görədə sizin sayt vasitəsilə bu yazımın ictimailəşməsini və bu Mərkəzdə baş verən neqativ halların ciddi araşdırılmasını xahiş edirəm.

Xahiş edirəm ki, bu özbaşınalıqdan cənab Prezident və aidiyyatı orqanların məlumatı olsun ki, öz tədbirlərini görsünlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

RegionXəbərləricom.az
Ardını oxu...
Rəis gecə sfetoforun yerini dəyişib, yerində ticarət mərkəzi tikir....
Vətəndaşlar soruşur ki, DÖVLƏT HARA BAXIR..? Haqqında bəhs edəcəyimiz mövzu ilə bağlı qısaca məlumat verək.
Biz bir media olaraq illər öncə, təxminən 2000-ci illərin əvvəlində yazmışıq ki, nəqliyyatı “dubinka” ilə idarə etmək erası çoxdan başa çatıb, müasir dünyada nəqliyyatın intellektual idarəolunması var. Yekəxanalıq olmasın, o zaman çoxları nəqliyyatın intellektual idarə olunmasının nə olduğunu heç bilmirdi.
Sözün qısası, biz yazandan bir neçə il sonra belə bir sahənin olması bizimkilərin də yadına düşdü. Və o zamankı nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi altında...
Bəli, 100 milyonlar yeyildi, amma ortaya normal bir intellektual idarəetmə qoyulmadı. Onu da qeyd edək ki, bu gün ölkədəki dəhşətli tıxacların əsas səbəblərindən biri, bəlkə də birincisi budur. İkinci problem odur ki, hər gün 100 minlərlə sürücü yola çıxır, bunların xeyli hissəsinin yerli-yersiz cərimələnməsi, cəmiyyətdə ciddi narazılıq yaradır, insanlar soruşur ki, DÖVLƏT HARA BAXIR..? Bax, əsas məsələ budur..? İnsanları dövlətdən narazı salmaq olmaz.
Nə isə keçək əsas mövzuya. Yuxarıda qeyd etdiyimiz nəqliyyatın intellektual idarəolunmasının bir hissəsini də SİQNAL İDARƏSİ həyata keçirir. Söhbət Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin tabeçiliyində olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsindən və onun regional istismar sahələrindən gedir.
Təsəvvür edirsiniz, bu idarəyə hər il milyonlarla pul ayrılır, işıqforların quraşdırılması, yol nişanlarının çəkilməsi, boya alınması, nişanlama xətlərinin bərpası, piyada keçidlərinin göstərilməsi, dönmə nişanlarının qoyulması və daha nələr üçün. Hər dəfə də hansısa tenderləri keçirib məsələni bitirirlər. Hər gün qarşılaşdığım bir mənzərəni qeyd edim.
Deməli, tuneldən çıxan yüzlərlə sürücünün heç biri QARŞI tərəfi görmür və ALLAH ÜMİDİNƏ çıxır. Yəni DAĞIN DALINI görməyən adamın oradakı obyekti nişan alması kimi... Niyə SİQNAL idarəsi bu problemi aradan qaldırmır..? Hələ bu harasıdır..? Bəzən lazımsız, mənasız, hərdən təkrar nişanlar qoyulur. Hələ bu harasıdır..? Siqnal İdarəsi “saxlamaq qadağandır” işarəsini ağacların arasında “gizlədir” və orada əvvəlcədən öyrədilmiş 2-3 taksi saxlayır. Kənar sürücülər də taksilərin dayandığını görür, gizlədilmiş qadağan işarəsini isə seçə bilmədiklərindən gəlib orada saxlayırlar. Dərhal evakuator gəlir...cərimə-filan...
Sözün qısası, Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Regional istismar sahələri və rəisləri var. Onlardan biri də “Siqnal”ın Şirvan Regional İstismar Sahəsədir, qısaca desək, Şirvan bölgəsinin Siqnalı, onun da rəisi Davudov Rövşən Həmidulla oğludur. Rövşən Davudovun yol boyu “qurduğu tələ”lər onun üçün əməlli-başlı biznesdir. Belə ki, sürücü işıqfora çatmamış 2 metrlikdə həmin işarə asfaltın üzərində işarələnir. Həmin işarənin üzərində isə öndə olan maşın dayanır. İşarə əlbəttə arxadakı sürücüyə görünmür. Həmin sürücü istiqamətini dəyişmək istədikdə 50 manatdan yuxarı cərimə olunur.
Yuxarıda dediyimiz kimi sürücü görünməyən dağın dalını necə görə bilər..? Beləcə, sürücüləri 50 manat cərimələməklə Rövşən Davudovun cibinə pullar axır. Redaksiyamıza müraciət edən Şirvan şəhərinin sakinləri deyir ki, Rövşən Davudov şəhərdə, Azpetrolun yanında, yəni Heydər Əliyev prospektində öz şəxsi mənafeyi üçün gecə saat 3 radələrində işıqforun yerini dəyişdirib. Nəticədə Azpetroldan çıxan maşınlar həmin işıqforda böyük tıxaclar yaradır və bu tıxaclar həyat üçün çox təhlükəlidir. İşıqforun yerinin dəyişdirilməsində məqsəd isə Rövşən Davudovun "Al" marketə icarəyə verdiyi obyektin ərazisinin 200 kv-dan artıq böyüdülməsi olub.
Nəzərinizə çatdıraq ki, həmin ərazidə olan obyekt Şirvan Siqnal İdarəsinin rəisi Rövşən Davudova məxsusdur. İşıqforun oradan çıxarılması 200 kv-lıq ərazinin boşaldılması deməkdir. Uzun illik ağacların bu ərazidən məhv edilərək çıxardılması isə yenidən böyük bir obyektin tikintisi üçün zəmin yaradır. Bu ərazidə Rövşən Davudova məxsus "Al" market, kafe, indi isə işıqforun yerində 4 mərtəbəli ticarət mərkəzi tikilməsi nəzərdə tutulub. Rövşən Davudov başa düşmür ki, ölkədəki qəzaların bir səbəbi də yol-hərəkət nişanlarının baxımsız vəziyyətdə, işıqforların yerində olmamasıdır. Sənə kim ixtiyar verib ki, gecə ilə işıqforun yerini dəyişirsən..? Görəsən, Şirvanın icra başçısı İlqar Abbasov Rövşən Davudovu yanına çağıraraq, nəyi tələb edib..? Rövşən Davudovun hərbi xidmətdən yayınması isə başqa bir yazının mövzusudur. Bizi izləyin.
Qarşı tərəfin münasibətini dərc edə bilərik.
 
Ardını oxu...
Sözün düzü, Ağstafa rayon sakini Səfiquliyeva Balaxanım Əhməd qızının redaksiyamıza daxil olan şikayət məktubu bu yazının yazılmasına səbəb oldu. Yoxsa, ilin-günün bu vaxtında bizim hansısa icra başçısı ilə nə qəsd-qərəzimiz ola bilər..?
Vətəndaş Balaxanım Səfiquliyeva haray salır ki, köhnə evim var başıma uçur, bir gün bu evin uçqunu altında qala bilərəm. Doğrudan da, Balaxanım Səfiquliyevanın göndərdiyi şəkillərə baxanda adam dəhşətə gəlir. XXI əsrdə azərbaycan insanı niyə bu vəziyyətdə olmalıdır..?
Bu ölkənin bu boyda sərvəti var, özü də sayımız bir şəhərin əhalisi boyda deyil, cəmi 10 milyondur. İnsaf naminə onu da qeyd edək ki, cənab Prezident imkansız ailələr üçün ictimai işlər adı ilə müəyyən əmək haqqı ayırır, yardımlar edir... Amma icra başçıları həmin imkansız ailələrə verilən maaş kartlarını ciblərində gəzdirirlər... Belələri haqqında bir dəfə cənab Prezident dedi ki, xalqdan, qanundan qorxmursunuzsa, barı Allahdan qorxun... Amma nə olsun, bəzi icra başçılarının gözü doymur.
Təsəvvür edirsiniz, cənab Prezident qoca icra başçısını vəzifədən çıxarıb yerinə, cavan, xaricdə təhsil almış gənc kadrı təyin edir ki, bəlkə vəziyyət düzələr. Amma... Perzident açıq mətnlə məmurlara deyir ki, mən də, siz də bu xalqın xidmətçiləriyik...başa düşdünüzmü... Bundan artıq nə demək olar... Nə isə, binəva Ağstafa sakini yazır ki, dəfələrlə icra başçısı Seymur Orucovun qəbulunda olmuşam, deyirəm evim başıma uçur, dul arvadam, ərim ölüb, mənə kömək edin... İcra başçısı hər dəfə dul qadına deyir ki, sənə kömək etməyə imkanımız yoxdur... Binəva qadın yazır ki, icra başçısına deyirəm ki, imkan yoxdursa, bir övladım-oğlum var, ona iş ver, maaş alsın, evimizi özümüz təmir edək... İcra başçısı deyir ki, mənim iş yerim yoxdur, sənin oğluna verməyə... İndi özünüz deyin, binəva dul qadın haranın daşını başına salsın..? Bəlkə, oğluna desin ki, get oğurluq elə, cənab Seymur Orucov... Cənab Seymur Orucov, axı, Prezident İlham Əliyev cənabları səni o boyda rayona rəhbər təyin edəndə düşünürdü ki, etimadı doğruldacaqsan.
İndi gəlin görək, Seymur Orucov özü kimdir, nəçidir, necə icra başçısı olub, bu cavan oğlan..? 35 yaşında icra başçısı olan bu cavan oğlan sabiq millət vəkili, “Narxoz”un sabiq rektoru Şəmsəddin Hacıyevin qızı Çeşmi xanımın həyat yoldaşıdır, yəni kürəkənidir. Bu növcavan icra başçısının doğma dayısı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əbədi, əzəli sədri, millət vəkili Səttar Möhbalıyevdir. Möhbalıyev də Perzidentin sabiq köməkçisi Əli Həsənovla qudadır.... Cavan icra başçısının xanımı Çeşmi “Narxoz”da dekan olub, indi də Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın müşaviridir. Çeşmi xanım fermerdir, “parnik” (istixana) sahibidir, pomidor, xiyar yetişdirir. Özü də 350.000 (üç yüz əlli min)lik zirehli avtomobildə gəzir və Azəriqaza 115 min manat borcu var. Seymur Orucov isə Ağstafanın abadlaşdırılması ilə bağlı tenderləri gizli (ətraflı məlumat vermədən, katirovka sorğusu olmadan) keçirir və yerli medianın məlumatına görə, özünə yaxın şirkətlər qalib elan edilir. Dövlət büdcəsindən İcra Hakimiyyətinə ayrılan pullar hara gedir, ay Seymur Orucov. Nə olar o puldan 5-10 manat dul, kimsəsiz qadına versən..? Seymur Orucov, astronomlar deyir ki, göydən yekə bir daş gəlir... O daş rüşvətxor, xalqa xidmət etməyən məmurların başına düşəcək.
P.S. Seymur müəllim birdən Hüquq Mühafizə Orqanlarında çalışan qohumuna bizdən şikayət edərsən aaa... Səsi aparatdan gələr.
gundelik baki.com
 
 
 
Ardını oxu...
2 min şagirdlik R. Əlihəsənov adına Masallı şəhər tam orta məktəbinə yeni direktor təyinatından sonra burada maraqlı mənzərələr sərgilənir. Məlumat üçün bildirək ki, bu məktəbdə 25 xadimə ştatı var imiş.

Bəziləri zarafatla məktəbin “Xadimə Korpusunu” rayonun “mini kommunxozu” da adlandırırdı. Bu xadimələrin 16-sı həqiqətən məktəbdə xadimə işləyirmiş. 9 nəfərə isə... ştatda vəzifələri xadimə olsa da, realda onlar “müəllim”, yaxud digər vəzifə sahibi kimi tanınırmış.

Yəni, 16 xadimə 3 sinif əvəzinə, 5 sinif otağını təmizləyir, 2 qat zəhmət çəkib, daha artıq saat işləyərək, “yalançı xadimələrin” də əvəzinə sinifləri, karidorları, həyat-bacanı süpürürmüşlər.

İndi işlər aşkarlanandan sonra həmin “xadimələr” deyir ki, biz pulu xadiməlik üçün verməmişik. Bəs vəzifəniz nədir? Onu da bilmirlər.

Son məlumata görə, artıq 9 “yalançı xadimə”dən 1-i öz ərizəsi ilə işindən azad edilib. Daha bir nəfər də işi ilə vidalaşmağa hazırlaşır. Mənbə bildirir ki, bu “9-ların” bir çoxu vəzifəli şəxslərin yaxınlarıdır.

Yəqin ki, yaxın günlərdə məsələyə tam aydınlıq gələcək – ya yalançı xadimliyə əlvida, ya da süpürgə.

Oxucular yəqin xatırlayar ki, biz illərdir məktəblərdə “xadimə biznesindən” yazardıq. Nədir “xadimə biznesi”? Loru desək, məktəb direktorlarının çörək ağacı. Yəni, şagirdlərin sayından asılı olaraq, təxminən məktəbdə 10 xadimə ştatı varsa, onları 4-5-i işləyir, digər xadimələrin kartları isə direktorların, ya da onların himayədarlarının cibində olurdu.

Məktəb rəhbərliyi deyilənləri əsasən təsdiq etdi. Əksəriyyət isə Şəhər 1 saylıdakı “xadimə” tamaşasının sonluğunu maraqla gözləyir. Yeni direktor arxalı xadimələrin səlahiyyətli qohumlarının təzyiqinə tab gətirə biləcəkmi? “Yalnçı xadimə”lərin siyahısı isə hər an açıqlana bilər.

Cenub.az
 
Ardını oxu...
Bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyinə tabe "Aqroservis" ASC-də narazılıqlar yaşandığı barədə xəbər vermişdik.
Kənd Təsərrüfatı nazirliyinə tabe bu qrumun regional nümayəndəliklərində və rayon bölmələrində mənimsəmə faktalarının aşkarlanıb gizli saxlanıldığı,bir sıra kənd təsərrüfatı mütəxəssislərinin işdən çıxarılmasının narazılıqlara səbəb olmasını yazmışdıq.(Məlum yazının linki :https://www.faktinfo.az/news/aqroservis-asc-de-naraziliqlar-yasanir-regional-idarenin-reisine-tohmet-verilib) Bu barədə əlavə məlumat verəcəyimizi bildirmişdik.

TEREF.AZ yazır ki, Faktinfo.az saytını məlumatlandıran mənbə bildirir ki, "Aqroservis" ASC-nin sədri Elmin Rəhimovun qrumun Şəmkir Regional İdarəsinin rəisi Azər Əliyevi vəzifəsindən kənarlaşdırmaq üçün etdiyi ikinci cəhd uğursuz alınıb. Elmin Rəhimovla Azər Əliyev arasında yaranmış ziddiyyət biraz da dərinləşib.Belə ki,Azər Əliyevə bir neçə ay bundan əvvəl verilmiş töhmətdən sonra,ikinci dəfə şiddətli töhmət verilib.

Qeyd edək KTN-yə tabe qrumlardan olunan şikayətlərin sayı-hesabı yoxdur.Prezident Administrasiyasına ünvanlanan şikayətlərin təkirar-təkirar edilməsi halları daha çoxdur.
 
Ardını oxu...
9 nəfərlik ailəsi ilə birgə Bakı şəhərində kirayədə yaşayan, Naxçıvan Muxtar Respublikası (MR), Şərur rayonu, Axura kəndində qeydiyyatda olan Şirəliyeva Sürəyya Muxtər qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası (MR) üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət edən şikayətçi deyir ki, Axura kəndində qeydiyyatda olduğu, mərhum həyat yoldaşının ata-baba yurdunda tikilən ailəsinə məxsus ev qanunsuz yollarla satılaraq, pulu mənimsənilib.

Sürəyya Şirəliyeva yazır ki, ali təhsilli mühəndis olan həyat yoldaşı Şirəliyev Heydər Şirəli oğlu 1989-cu ildə iş qəzası nəticəsində başından ağır xəsarət alıb və bundan sonra sağlıq durumunda ciddi problem yaranıb. Belə ki, o, həyatının sonunadək şizofreniya xəstəliyindən əziyyət çəkib. Bu səbəbdən, Naxçıvan Psixonevroloji Dispanserdə qeydiyyatda olub və xəstəliyinə görə təqaüd də alıb.

Şikayətçinin sözlərinə görə, mərhum həyat yoldaşının şizofreniya xəstəsi olması Məhkəmə Psixiatrik Ekspertizasının 03.02.2018-ci il tarixli, 127 saylı rəyində də öz əksini tapıb. Bununla belə, Axura kənd icra nümayəndəsi Cəlilov Cabbar Cəlil oğlu 14.02.2003-cü ildə həyat yoldaşının xəstəliyindən istifadə edərək, Şərur 1 saylı notariat kontorunun notariusu ilə əlbir olaraq, ailə üzvlərinin heç birinin xəbəri və rəsmi razılığı olmadan, Axura kəndindəki evlərini Orucov Vidadi Musa oğluna satıb. “Kənd icra nümayəndəsi bütün kənd sakinləri kimi bizim ailəni yaxından tanıyır və bilirdi ki, Heydər şizofreniya xəstəliyindən əziyyət çəkir. Buna görə də, Cabbar Cəlilovla notraius faktiki olaraq vəzifə saxtakarlığı törətmişlər. Belə ki, Axura kəndində 3939,88 kvadrat metr həyətyanı torpaq sahəsini, içərisindəki ev və əşyaları ilə birlikdə, bizim xəbərimiz olmadan, Orucov Vidadi Musa oğluna satıblar”, - deyən S.Şirəliyeva bildirir ki, bu alqı-satqı müqaviləsi saxta sənədlər əsasında bağlanıb. Belə ki, icra nümayəndəsi Cabbar Cəlilov guya onlara məxus pay torpağını sənədləşdirmək adı ilə mərhum həyat yoldaşını ağ vərəqə imza atmağa razı salıb. Bundan sonra, digər ailə üzvlərinin, hətta həmin vaxt hərbi xidmətdə olan oğlunun adından saxta “razılıq ərizəsi” hazırlanaraq, ev başqasına satılıb.



S.Şirəliyeva deyir ki, həmin vaxt Bakıda yaşadıqları üçün o və ailə üzvləri bu alqı-satqı işindən təxminən 9 il sonra xəbərdar olub. Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyindən, 2012-ci ildə yeniləmək üçün Naxçıvana yola düşüb. Bu zaman məlum olub ki, icra nümayəndəsi Cabbar Cəlilov 2025-ci ildə onu, həyat yoldaşını və övladlarını Axura kəndindəki evlərindən qeydiyyatdan çıxarıb. Nəticədə, məlum alqı-satqı fırıldağı ortaya çıxıb. Şikayətçinin sözlərinə görə, həyat yoldaşının ata yurdu satışa çıxarılan zaman, onun cehizləri ilə yanaşı, evin içərisində olan digər əşyalar da mənimsənilib:

“Mən bu qanunsuzluqlara hüquqi qiymət verilməsi, mülkiyyət hüququmun bərpa edilməsi üçün 12.12.2018-ci ildə Şərur rayon Məhkəməsinə müraciət etmişəm. Keçirilmiş xətşünaslıq ekspertizasının nəticəsində müəyyən olunmuşdur ki, evin özgəninkiləşdirilməsi üçün razılıqla bağlı atılmış imzalar mənə və oğluma aid deyildir. Bununla belə, Şərur rayon Məhkəməsi daşınmaz əmlakla bağlı iddia müddətini tətbiq edərək, 6 iclas keçirildikdən sonra mənim iddiamı ləğv etdi. Beləliklə də, mənim və ailə üzvlərimin nə pozulan mülkiyyət hüququ bərpa olundu, nə də təqsirkarlar cəzasını aldı”.

Hazırda 9 nəfərlik ailə üzvləri ilə birgə evsiz-eşiksiz qaldıqlarının bildirən şikayətçi, yetkili dövlət rəsmilərindən şikayətinin araşdırılmasını və mülkiyyət hüququnun bərpa olunmasını xahiş edir. O, keçmiş icra nümayəndəsi Cabbar Cəlilovun, Şərur raton 1 saylı notariat kontorunun keçmiş rəhbərinin və Şərur rayon Məhkəməsinin hakimi Seymur Qarayevin məsuliyyətə cəlb olunmasını istəyir:

“Seymur Qarayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi özbaşınalıqla bitdi. Deməli, hakim qarşı tərəfə özünü müdafiə etmək üçün söz haqqı verdi, evi əlindən zorakalıqla alınan mənə isə söz haqqı vermədi. Məhkəməni düzgün aparmadı. Seymur Qarayev ya rüşvət almışdı, ya qarşı tərəflə hansısa məsələdə sövdələşib deyə mənim işimə düzgün baxmadı. Proses zamanı Cabbar Cəlilov ifadə verən zaman onun dediyi yalanlara münasibət bildirməyimə belə icazə vermədi. O, bütün sənədlər qarşısında ola-ola məni susdurdu.



Yoldaşım şizofreniya xəstəsi olub, oğlum hərbi xidmətə gedən zaman yaşadığım yerdən arayış almışam. Əgər mən o evi çoxdan satmış olsaydım, necə olur ki, mənə yaşayış yerinin təsdiqi haqqında arayış verilib?! Mən bu sualları hakimə vermək istəyəndə məni susdurdu. Yoldaşım 3 ədəd ağ vərəqə qol çəkdirilib və bu səbəbdən də evimə yiyələniblər. Digər məhkəmələrdə sübut olunmuşdu ki, kağızda olan imzaların 1-i yoldaşıma aiddir, digər 2 imza isə başqa şəxslər tərəfindən çəkilib.

Naxçıvanda 2 məhkəmə prosesi yaxşı keçirdi. Hakim Seymur Qarayev hətta mənim başa düşmədiklərimi, imza məsələsini belə açıq-aşkar ortaya çıxartdıqdan sonra, birdən-birə nə tapşırıq gəldisə, nə oldusa fikrini dəyişdi, mənə qarşı qərəzli şəkildə qərarlar verməyə başladı. Hakim Seymur Qarayev öz dili ilə məhkəmədə bildirdi ki, bu imza zərərçəkmişə aid deyil. Sonradan dövlətin hakiminin fikirləri niyə qarışdı, mənə də qaranlıqdır...

3-cü məhkəmə prosesində hətta mənim vəkilim olan Arif müəllim “uğur qazana bilmərik” deyib yollarını mənimlə ayırdı. Vəkillər Kollegiyasında olmuşam, bütün vəkillərlə yanaşı, öz vəkilim də Seymur Qarayev kimi qarşı tərəfin haqsız olduğunu bildirsə də, sonradan fikirlərini dəyişdilər. Vəkilim qəflətən mənim işimdən üz döndərdi.

Naxçıvan Vəkillər Kollegiyasının sədri Kamil Şükürovla məsləhətdəşdiyim zaman o da mənim haqlı olduğumu bildirmişdi.

Şərur rayon prokroru Rəşad Babayelə də görüşdüm, başıma gələnləri danışdım. Rəşad Babayev mənə məsləhət verdi ki, məhkəməyə ver...

Evimi mənimsəyən şəxs Orucov Vidadinin həyat yoldaşı Məryəm məhkəmədə izahat verərək bildirdi ki, guya evimin əşyalarını baldızım Bayramova Həbibə və yoldaşımın bibisi qızı Kubra yığıb aparıb. Bunların dediyi kimi, evimi mən və yoldaşım satmışdıqsa, bəs evimin cehizini niyə baldızım və Kubra aparıb?!

Mən sizin sayt vasitəsilə Prezidentə və Birinci xanıma müraciət edirəm. Naxçıvan Ədliyyə nazirinin keçmiş müavini vəzifəsində çalışan Həsənov Tofiq Etibar oğlu mənim evimi dələduzluqla ələ keçirib. O, Vidadi Orucovun əmisi oğludur.

Naxçıvan Ali Məclisinin rəhbərliyinə də Seymur Qarayevlə bağlı şikayətimi bildirmişəm. Xahiş etmişəm ki, Seymur Qarayevin apardığı prosesi nəzarətdə saxlasınlar. Hal-hazırda 9 nəfər ailə üzvümlə birgə yaşadığım mülkdə Şərur rayon Axura kəndində qeydiyyatdayam. Mən və ailəm nə qədər orda-burda qalmalıyıq? Mənim və ailəmin yaşamaq hüququmuzu əlimizdən alıblar.

2005-ci ildə qeydiyyat kitabçasından silinmişiksə, necə olur, 2007-ci ildə oğlum əsgərliyə gedərkən arayış alıb?! Əgər qeydiyyatımız olmayıbsa, necə arayış ala bilmişik?”

Redaksiyadan: Qeyd edək ki, Sürəyya Şirəliyevanın şikayəti ilə əlaqədar Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinə, Daxili İşlər Nazirliyinə və Ədliyyə Nazirliyinə rəsmi müraciət etmişik. Qəzetimizin növbəti sayında sözügedən qurumların mövqeyini dərc edəcəyik.

Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini də dərc etməyə hazırıq. //“Hürriyyət”//
Ardını oxu...
"Təsəvvür edin, hər il Beyləqan rayonun şəhər daxili küçələrinin yollarının təmiri (asfaltlaşdırılması) üçün dövlət büdcəsindən yarım milyondan yuxarı (dəqiq rəqəmdir) maliyyə vəsaiti ayrılır. Cənab prezident İlham Əliyevin sərəncamına əsasən dövlət büdcəsindən təkcə Beyləqan şəhərinin daxili kücələrinin yol infrastrukturunun təmirinə ayırdığı bu qədər pulun qarşısında hələ də rayonun SMD -42 qəsəbəsi ünvanında yerləşən küçə illərdir ki, bu vəziyyətdədir."
TEREF.AZ yazır ki, bunu jurnalist Ramin Məhəmmədoğlu yazıb.Daha sonra fikrini şərh edən jurnalist yazır:

"Dəfələrlə rayon icra hakimiyyətinə, ərazi icra nümayəndəliyinə və bələdiyyəyə orqanına müraciət etməyimizə baxmayaraq gördüyünüz kücənin yolu hələ də asfaltlaşdırılmır. Niyə? İzin verin niyəsini də deyim. Ona görə ki, cənab prezidentin bu təyinat üzrə ayırdığı həmin vəsaitləri icra başçısı Asif Ağayev və ərazi icra nümayəndəliyi mənimsəyir. Bu faktdır.
Ən ucqar kənddə belə yol çəkildiyi bir vaxtda hələ də Beyləqanda gördüyünüz bu küçə sakinləri həm özləri, həmdə uşaqları zıgda-palçıqda əziyyət çəkirlər.
Əgər Asif Ağayev də bir azacıq vicdan deyilən bir şey varsa, bu küçənin yollarına əncam çəkəcək.
Qeyd edim ki, magistral yoldan küçənin axırina qədər 300 metr məsafə edir. Bu da 20 min manat vəsait təşkil edir. Hadı Asif Ağayev görüm.."
Ardını oxu...
Ardını oxu...
Teref.az olaraq qaldırılan probləmlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Biznesmen deputat vergidən yayınıb? - KƏMALƏDDİN QAFAROVA VAXT QOYULDU

Milli Məclisin biznesmen deputatı Kəmaləddin Qafarov vergi orqanları ilə ciddi problem yaşayır.

TEREF.AZ bildirir ki, bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin xəbərinə görə, Dövlət Vergi xidməti deputata məxsus tibb müəssisələrinə külli miqdarda vergi borcu yazıb.

Məlumatda bildirili ki, Kəmaləddin Qafarovun bir sıra yüksək vəzifəli şəxslərə çıxmasına baxmayaraq, ona heç bir güzəşt edilməyib və vergi borcunu bağlamaq üçün konkret zaman təyin olunub.

Qeyd edək ki, Kəmaləddin Qafarov dərman biznesi ilə yanaşı bir neçə tibb müəssisəsinin faktiki sahibidir.

Millət vəkili olmasına baxmayaraq, ölkənin ictimai-siyasi həyatında iştirakı da yoxdur.
 
Ardını oxu...
Bakının Nərimanov rayonunda "Çarbağ" MMC Xudiyeva Leyli Xudu qızına məxsus olan qeyri-yaşayış obyektini təhvil vermir.

Şikayətçi bildirib ki, 2013-cü ildə Bakı şəhəri Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi 31 ünvanında 3 mərtəbəli köhnə yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, hər iki tərəfdən yola açılmaqla qapısı olan və Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətində qeyri-yaşayış sahəsi kimi qeydiyyatda olan 23.4 kv sahəli obyekti 65 min ABŞ dolları ödəyərək alıb. Daha sonra obyekti təmir etdirib. 2017-ci ildə isə Bakı şəhərində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq 3 mərtəbəli binanın sökülüb yerində çoxmərtəbəli yeni bina tikiləcəyi əmlak sahiblərinə bildirilib. "Çarbağ" MMC şirkəti binanı sökərək yerində yeni çoxmətəbəli tikili inşa edib.

Xudiyeva Leyli Xudu qızı qeyd edib ki, tikinti şirkəti ilə aralarında bağlanan müqaviləyə əsasən obyekt tikilib hazır olana qədər ona hər ay 300 manat məbləğində kompensasiya ödənilib. Şikayətçinin sözlərinə görə, artıq 2 ilə yaxındır ki, bina tam hazır vəziyyətdə olmasına baxmayaraq "Çarbağ" MMC hər dəfə müxtəlif bəhanələr gətirərək ona məxsus olan qeyri-yaşayış obyektini təhvil vermir:

"Mənə məxsus olan obyekt hazırda tam təmirlidir və istifadə olunur. MMC rəhbərliyinə dəfələrlə müraciət etsəm də, "get gələn ay gələrsən, 15 gün sonra gəl, ilin axırıdır, gələn ilin əvvəli gələrsən" deyərək məsələni həll etmirlər. Deyirlər ki, get kimə şikayət edirsən et.

66 yaşım var, qardaşlarımın köməkliyi ilə bu obyekti almışıq. Səhhətimdə ciddi problemlər var. Qaraciyərimin 2/3 hissəsi 2009-cu ildə keçirdiyim ağır əməliyyatla çıxarılıb. Həmçinin ürək çatışmazlığından əziyyət çəkirəm. MMC rəhbərliyi bunları nəzərə almır və hər gedişimdə məni əsəbləşdirib yola salırlar. Bu səbəbdən səhhətimdə ciddi problemlər yaranır, maddi və mənəvi ziyan çəkirəm.

Mənim obyektim binanın künc hissəsində hər iki tərəfdən yola qapısı açılan yerdə yerləşir. Videoda üzərində "Vedi" yazılan mağaza mənə məxsusdur. Amma "Çarbağ" MMC qanunsuz olaraq mənə məxsus olan obyekti başqasına verib və sizə göndərdiyim videoda olan mağazaların kənarında yerləşən, ağ kiçik qapısı olan anbar tipli yeri təklif edir. Təbii olaraq təkliflə razılaşmıram, mənə məxsus bütün sənədləri qaydasında olan qeyri-yaşayış obyektimi təhvil verməklərini tələb edirəm.

Sizdən xaiş edirəm ki, məsələnin işıqlandırılmasında, haqq-ədalətin bərpa olunmasında mənə köməklik edəsiniz. Onu da qeyd edim ki, məsələ ilə bağlı cənab Prezident İlham Əliyevə, baş nazir Əli Əsədova və baş prokuror Kamran Əliyevə ərizə ilə müraciət etmişəm".

Şikayətçi qeyri-yaşayış obyektinin sənədlərini, "Çarbağ" MMC ilə bağlanan müqaviləni, binanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən görüntüləri redaksiyamıza sübut olaraq göndərib. //yenisabah.az//
 
Ardını oxu...
Teref.az yazır ki, Göyçay şəhəri Rauf İsayev küçəsi ev 26 ünvanında yaşayan 1-ci Qarabağ şəhidi Qormaz Rəhimovun qardaşı Rəhimli Elnur Nazim oğlu Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura və Memarlıq Şöbəsinin yeni müdiri Ayaz Səfərəliyevdən şikayətçidir.
Vətəndaş Rəhimli Elnur yazır:
Göyçay şəhəri Rauf İsayev küçəsi ev 26 ünvanında yaşayan 1-ci Qarabağ şəhidi Qormaz Rəhimovun qardaşı Rəhimli Elnur Nazim oğlu tərəfindən ölkə rəhbəri cənab İlham Əliyevə ünvanlanan ərizədə deyilir:

"Yazaraq bildirmək istəyirəm ki, Göyçay şəhəri Heydər Əliyev prospektində yerləşən mahşurut dayanacaqlarının birində "köşk" inşa etdirərək kiçik sahibkarlıqla məşğul oluram. Belə ki, sözü gedən köşkün yeri 2018-ci ildə Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən mənə verilmişdir. Maddi imkanım olmadığına görə kökş inşa etdirə bilmirdim. Nəhayət bir neçə bankdan faizli kredit götürərək müasir standartlara cavab verən köşk düzəltdirdim və 2022-ci ilin dekabr ayından kiçik sahibkarlıq fəaliyyətinə başladım.

Lakin, Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura və Memarlıq Şöbəsinin yeni müdiri Ayaz Səfərəliyev qərəzli şəkildə ticarətimə mane olmağa başladı. O, guya şəhərin görkəmini pozur adı altında öncə köşkü mənə əsassız yerə təmir etdirdi, daha sonra isə icra başçısı "sök əmri verib" dedi. Beləliklə də rayonumuzda olan bütün mahşurut dayancaqlarındakı köşklərin heç birinə deyil, yalnız mənim istifadəmdə olan köşkün sökülməsini qarşısına məqsəd olaraq qoyub. Ayaz Səfərəliyev sözün həqiqi mənasında məni o qədər bezdiribdir ki, onun ücbatından intihar həddinə çatmışam. Onun bu iyrənc əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci "Özünü öldürmə həddinə çatdırma" maddəsini özündə əks etdirir.

Hətta bir müddət öncə isə Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə hər nə göstəriş verdisə, qəslə obyektə verilən elektrik enerjisini belə dayandırdılar. Ayaz Səfərəliyev öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək hegemonluq edir. Göyçay Rayon Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində çalışdığı müddətdə korrupsiya yolu ilə bahalı avtomobil, torpaq sahələri, dəbdəbəli ev, ticarət obyektləri əldə etmiş bu şəxs indi də mənim qəpik-quruş qazandığım köşkə və ya onun yerinə tamah salmağa başlayıb. Hansı ki, həmin köşk mənim və ailəmin yeganə qazanc mənbəyidir. Özüm ailəliyəm və hazırki vəziyyətdə 4 nəfərdən ibarət olan ailədə heç kim işləmir.

Valideynlərimdən miras qalmış köhnə və qəzalı evdə yaşayırıq. O qədər acınacaqlı durumdayıq ki, maddiyyat səbəbilə mavi yanacaqla deyil, çöldən-bayırdan topladığım taxta-tuxta ilə qızınırıq. Görəsən Ayaz Səfərəliyev də öz möhtəşəm villasında otaqların istiliyini bizim kimi çır-çırpı ilə əldə edirmi?! O villa ki, rayonun Cəyirli kəndində, həmin ərazidə ondan daha böyük və yaraşıqlısı ev yoxdur. Xeyir, "Adəm oğlunun iki vadi dolusu malı olsa üçüncüsünü istər. Onun qarnını ancaq torpaq doydurar" demişdir Peyğəmbərimiz.

Sizdən şəhid qardaşı və Azərbaycan Respublikasının vətəndaşı olaraq xahiş edirəm, yuxarıda qeyd etdiyim kimi, istifadəmdə olan köşkün sökülməsini və ləğv edilməsini tələb edən Ayaz Səfərəliyevin Mənzil İstismar Sahəsində yaratmış olduğu korrupsiya şəbəkəsi haqqında ciddi araşdırma aparılması üçün tapşırıq verəsiniz. Sizə öncədən təşəkkürlərimi bildirirəm."

 

Dünyapress TV

Xəbər lenti